- Dinləmək
-
-
Əsli
-
فَلَنَقُصَّنَّ عَلَيْهِم بِعِلْمٍ ۖ وَمَا كُنَّا غَائِبِينَ
-
Transliterasiya
-
Falanaquṣṣanna `Alayhim Bi`ilmin Wa Mā Kunnā ġā'ibīna
-
Mirzə Əli Meşkini
-
Beləliklə, Biz mütləq onlara (əməllərinin əhvalatını) elm əsasında bəyan edəcəyik və Biz heç vaxt (onlardan) qaib olmamışıq.
-
Əltafur-Rəhman
-
Ayədəki «bi`ilmin» sözünün mənası (ayə:7)
Bu ayədə «onların nə etdiklərini özlərinə söyləyəcəyik» buyurulduqda onlara nağıl danışmaq deyil, hər bir şeyi dəqiqliyi ilə söyləmək nəzərdə tutulur.
Elm iki qismə bölünür:
1. Görülən əşyaların, oxunan kitabların, dərs deyən müəllimlərin vasitəsilə əldə olunan elm; bu növ elm sahibləri müxtəlif səviyyədə — oxuduqları qədər alim olarlar.
2. Heç nədən asılılığı olmayan elm. Yəni heç bir kitab oxumadan, heç bir müəllimdən dərs almadan alim olan kəs.Peyğəmbərlərin elm və biliyi Allah təalanın öyrətməsi vasitəsilədirsə, ulu Tanrının elmi heç bir vasitə olmadan mövcuddur. Çünki hər şeyi yaradan Odur, O, hər yerdə vardır.
Digərlərinin elmi müxtəlif səbəblərə görə unudulsa da, Allah təalanın elmi Ondan heç vaxt ayrılmaz. Ona görə də, bir çox dualarda, xüsusən də, «Cövşən-kəbir» duasında belə oxuyuruq: «yə Alimən lə yu`alləm — Ey kimdənsə elm almayan alim!», «yə Alimən lə yəchəl — ey elmi aradan getməyən alim!»
Uca Rəbbimizin bütün varlıqlara və insanların etdiklərinə alim olmasını ayənin sonunda işlənən «va mə kunnə ğaibin» sözündən başa düşmək olar. Yəni O, heç nədən qaib olmamışdır ki, nəyisə bilməsin.
Bildiyimiz kimi, qaib dərsdə və ya hansısa məclisdə iştirak etməyən şəxsə deyilir. Mütəal Allah buyurur: «Ələm təra ənnəllahə yə`ləmu mə fis-səməvati va mə fil-ərz. Mə yəkunu min nəcva sələsətin illə Huva rabi`uhum... İnnəllahə bikulli şey`in alim — (Ya Peyğəmbər!) Görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Həqiqətən də, Allah hər şeyi biləndir.» («Mücadilə» surəsi, ayə:7)Bu ayədən də məlum olur ki, Mütəal Allah heç vaxt, heç bir məxluqdan qaib və uzaq olmamışdır ki, onun nə etdiyindən xəbərsiz olsun.
Onun barəsində deyilir: O, elə uca bir Allahdır ki, görmək olmur, elə yaxındır ki, hər şeyi eşidir və görür.