6-ci ayə 206-dən
Dinləmək
Əsli
فَلَنَسْأَلَنَّ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ
Transliterasiya
Falanas'ala‍‍nn‍‍a A‍‍l-La‍ḏ‍ī‍‍na 'Ursila 'Ilayhi‍‍m Wa Lanas'ala‍‍nn‍‍a A‍‍l-Mursal‍‍ī‍‍n‍‍a
Mirzə Əli Meşkini
Odur ki, şübhəsiz, Biz həm peyğəmbərlərin göndərildiyi kəslərdən («Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?» – deyə) soruşacağıq və həm də peyğəmbərlərdən («Mənim tapşırdıqlarımı çatdırdınız ya yox və sizin dəvətinizə nə cavab verdilər?» – deyə) soruşacağıq.
Əltafur-Rəhman

Peyğəmbərlərin sorğu-sual olunması (ayə:6)

Bura qədərki ayələrdə Quranın nazil olmasından, Peyğəmbərin öz ümmətini dinə xilaf çıxacaqları təqdirdə, əzaba düçar olacaqları ilə xəbərdar etməsindən, bəzi keçmiş ümmətlərə nankor olduqları üçün dünyada ikən əzab nazil olmasından danışılır. 6-cı ayədən 9cu ayələrə qədər isə Mütəal Allah qiyamət günü baş verəcək hadisələrdən söhbət açaraq buyurur: «Biz qiyamət günü həm peyğəmbər göndərdiyimiz ümmətləri (haqqa tabe olub-olmadıqları barədə), həm də onlara göndərdiyimiz peyğəmbərləri (din və şəriəti onlara çatdırıb-çatdırmadıqları haqda) sorğu-sual edəcəyik.»

Bu mübarək ayədən məlum olur ki, Allah təala peyğəmbər göndərilməyən bir məmləkətin əhalisinə din və şəriətdən xəbərsiz olduqları halda əzab nazil etməz, yaxud sorğu-suala çəkməz. Amma elə bir yer təsəvvür etmək olmaz ki, ulu Tanrı ora peyğəmbər göndərməsin. Burada məqsəd peyğəmbər sözündən, Quran ayələrindən xəbərsiz olanların sorğu-suala çəkilməməsidir. Ona görə də, peyğəmbərlər Allah kəlamını bütün ümmətlərə çatdırmaqdan ötrü öyüd — nəsihət eşidənlərə həmin sözləri orada olmayanlara çatdırmağı tövsiyə edərdilər. Necə ki, həzrət Muhəmməd (s.ə.a. s) Qədiri-Xum səhrasında Əlinin (ə) vilayətini camaata bəyan etdikdən sonra buyurdu: «Fəlyubəlliğuş-şəhidu əl-ğaibə Allah tərəfindən dediklərimi eşidənlər onu burada olmayanlara çatdırsınlar.» Belə olduğu təqdirdə, peyğəmbərlərin qiyamət günü sorğu-sual edilməsində hədəf onların dini camaata necə (hansı səviyyədə) çatdırıb-çatdırmamalarıdır.

Cəlaləddin Süyuti öz əsərində Buxari, Müslim, Tirmizi və İbn Mərdəveyhdən, onlar da Abdullah ibn Ömərdən nəql etmişlər ki, o deyib: «Peyğəmbər (s.ə.a. s) buyurdu: kullukum ra`in va kullukum məs`ulun an ra`iyyətih. Fəl-iməmu yus`əlu anin-nəsi var-raculu yus`əlu an əhlihi val-mər`ətu tus`əlu an beyti zaucihə val-abdu an məli seyyidihi — Siz hamınız rəiyyət sahibisiniz və hamınız öz rəiyyətinizin (ixtiyarınızda olanların) məsuliyyətini daşıyırsınız. İctimai rəhbər öz camaatı, kişi öz ailəsi, qadın ərinin evi, qul isə ağasının malı ilə necə rəftar etdiyi barədə sorğu-sual ediləcəkdir.» («əd-Durrul-mənsur», c.3, s.69)

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi