- Dinləmək
-
-
Əsli
-
فَمَا كَانَ دَعْوَاهُمْ إِذْ جَاءَهُم بَأْسُنَا إِلَّا أَن قَالُوا إِنَّا كُنَّا ظَالِمِينَ
-
Transliterasiya
-
Famā Kāna Da`wāhum 'Iḏ Jā'ahum Ba'sunā 'Illā 'An Qālū 'Innā Kunnā ẓālimīna
-
Mirzə Əli Meşkini
-
Beləliklə, Bizim əzabımız onlara yetişən zaman, onların «biz doğrudan zalım idik» deməkdən başqa bir dua və nalələri olmadı.
-
Əltafur-Rəhman
-
Ayədə işlənən «də`va» sözünün mənası (ayə:5)
«Dua» və «də`va» sözləri eyni kökdən törəyib. Lakin «dua» bir şəxsi «çağırmaq», «də`va» isə iki nəfərin özünü haqq bilməsi nəticəsində dalaşması deməkdir. Çünki onlardan: «Nə üçün dava edirsiniz?» deyə soruşduqda onların hər biri özünə bəraət qazandıraraq haqq olduğunu sübut etməyə çalışacaq.
Kafir və müşriklərə əzab nazil olduqda onlar heç bir həqiqətə əsaslanmadıqlarına görə çarəsizlikdən: «Biz zalımıq!» deməkdən başqa bir söz söyləməzlər. Bu, tövhid yolunun haqq, öz tutduqları yolun isə batil olmasını etiraf etmələri deməkdir.
Xatırlatmalıyam ki, «Ən`am» surəsində iki dəstənin sorğu-sual edilməyəcəklərini qeyd etmişdik. Onlardan biri imanı xalis olan şəxslərdir. Belə olduğu təqdirdə, bu mübarək ayədə «Biz həm ümmətləri, həm də onların peyğəmbərlərini sorğu-sual edəcəyik» cümləsini necə başa düşmək olar? Cavab olaraq qeyd etməliyəm ki, bu ayədə peyğəmbərlərin sorğu-suala çəkiləcəklərində məqsəd peyğəmbər göndərilməsini inkar edən kafirlərin peyğəmbərlərin şəhadət verməsi ilə susdurulmalarıdır. Çünki Mütəal Allah peyğəmbərlərin din və şəriəti kafirlərə çatdırdıqlarını yaxşı bilir.
Ərəsati-məhşərin müxtəlif məqamları vardır. Həmin məqamların birində Mütəal Allah buyurar: «Vaqifuhum innəhum məs`ulun — Onları (günahkarları) saxlayın, sorğu-suala çəkiləcəklər.» Digər bir məqamda buyurar: «Fəyauməizin lə yus`əlu an zənbihi insun va lə cən — Həmin gün heç bir insan və cin etdiyi günahlar barədə sorğusual olunmayacaq.» Bu iki ayənin arasında ziddiyyət yoxdur. Çünki birinci ayə insanların qəbirdən qalxaraq Ərəsati-məhşərə gəldikləri zamana, ikinci ayə isə günahkarların cəhənnəmə daxil olduqdan sonrakı vaxta aiddir.