4-ci ayə 206-dən
Dinləmək
Əsli
وَكَم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا فَجَاءَهَا بَأْسُنَا بَيَاتًا أَوْ هُمْ قَائِلُونَ
Transliterasiya
‌Wa Ka‍‍m Mi‍‍n Qaryatin 'Ahlaknāhā Faj‍‍ā‍‍'ahā Ba'sunā Bayātāan 'Aw Hu‍‍m Q‍‍ā‍‍'il‍‍ū‍‍n‍‍a
Mirzə Əli Meşkini
Nə çox insan cəmiyyətləri ki, Biz onları həlak etdik. Bizim əzabımız onlar gecə rahatlığında və ya günorta istirahətində olarkən onlara yetişdi.
Əltafur-Rəhman

İkiqat əzab (ayə:4)

Bildiyimiz kimi, uzanaraq istirahət etdikdə həmin şəxsi yuxudan oyatmaq bir növ əzab-əziyyət hesab olunur. Belə bir vaxtda Allahın qəzəbinə düçar olmaq isə ikiqat əzab sayılır. Allah təala kafir və müşrikləri gündüz oyaq olduqda da əzaba düçar edə bilərdi. Amma O, əzabları daha şiddətli olsun deyə onlara gecə yatdıqları zaman və ya gündüz dincəldikləri vaxt bəla göndərmişdir.

«Kəm» sözünün mənası

Ərəb dilində «kəm» sözü «neçə, neçəyə» mənasında işlənir. İnsan satıcıdan bir malı soruşduqda deyir: «Kəm həzə? — Bu neçəyədir?» Satıcı son qiyməti dedikdən sonra alıcı belə deyə bilər: «Ondan aşağı qiymətə verə bilərsənmi?»

Bu söz «min» şəkilçisi ilə («kəm min» şəklində) işləndikdə «bir neçə, çox, yaxud az» mənasını verir. Məsələn, «Kəm min raculin kərimin ləqituhu — Ömrümdə səxavətli insanla çox az rastlaşmışam.» Gördüyünüz kimi, bu söz burada az mənasında işlənsə də, təfsirini yazdığımız ayədə «çox» mənasını daşıyır. Necə ki, ayədə buyurulur: «Ey kafir və müşriklər! (Güman etməyin ki, haqqı qoyub batilə üz tutsanız, məhv olmayacaqsınız.) Nə çox kafir və müşriklər olub ki, Bizim əzabımız onlara gecə yatdıqları zaman, ya da gündüz uzanıb (yuxuya daldıqları zaman) gəlmişdi.» Yəni, Allah onları elə bir vaxt əzaba düçar etmişdi ki, heç yerə qaça və sığına bilməsinlər.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi