- Dinləmək
-
-
Əsli
-
اتَّبِعُوا مَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَا تَتَّبِعُوا مِن دُونِهِ أَوْلِيَاءَ ۗ قَلِيلًا مَّا تَذَكَّرُونَ
-
Transliterasiya
-
Attabi`ū Mā 'Unzila 'Ilaykum Min Rabbikum Wa Lā Tattabi`ū Min Dūnihi 'Awliyā'a Qalīlāan Mā Taḏakkarūna
-
Mirzə Əli Meşkini
-
Rəbbiniz tərəfindən sizə nazil olana tabe olun və Ondan başqa başçı və dostlara tabe olmayın. Amma çox az öyüd alırsınız.
-
Əltafur-Rəhman
-
Allahdan başqasını rəhbər seçməyin! (ayə:3)
İlk iki ayə Peyğəmbərə müraciət, üçüncü ayə isə müşriklərə və əhli-kitaba xitab hesab olunur. Baxmayaraq ki, ayənin zahirində Qurana tabe olmaq zikr olunur, batində Allaha tabe olun deyilmək istənilir. Necə ki, ardınca buyurulur: «Allahdan başqalarına tabe olmayın (Onu özünüzə rəhbər seçin)!»
Bu mübarək ayədə çatdırmaq istənilir ki, insan Allahdan başqalarına tabe olsa, onları özünə rəhbər seçsə, haqqı qoyub batilə yönəlir. Batilə üz tutanlar həmişə həlak olmuşlar.