2-ci ayə 206-dən
Dinləmək
Əsli
كِتَابٌ أُنزِلَ إِلَيْكَ فَلَا يَكُن فِي صَدْرِكَ حَرَجٌ مِّنْهُ لِتُنذِرَ بِهِ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ
Transliterasiya
Kit‍‍ā‍‍bun 'U‍‍n‍‍zila 'Ilayka Falā Yaku‍‍n Fī ṣa‍‍d‍‍r‍‍ika ḥaraju‍‍n Minhu Litu‍‍n‍‍ḏi‍‍r‍‍a Bih‍‍i Wa ḏikrá Lilmu'umin‍‍ī‍‍n‍‍a
Mirzə Əli Meşkini
(Bu Quran) sənə nazil edilmiş bir kitabdır (qədim zamanlardan Lövhi-Məhfuzda olan və gələcəkdə, nəsli kəsilənədək bəşəriyyətin əli ilə yazılacaq bir yazıdır) – buna görə də sinəndə ondan («bu layiqli nemətin çatdırılmasını bacaracağam? Onun təqdim edilməsinə tələbat olacaqmı?» kimi) sıxıntı və tərəddüd olmasın – ki, onun vasitəsi ilə insanları qorxudasan və o, möminlər üçün öyüd olsun.
Əltafur-Rəhman

«Kitəbun» sözünün qeyri-müəyyənlikdə işlənməsi (ayə:2)

Bu ayədə «Kitab» sözünün qeyri-müəyyənlikdə işlənməsinə səbəb onun əzəmət və üstünlüyünün ifadə olunmasıdır. Ərəb dilində belə bir qayda vardır: hansısa əşyanın üstünlük və əzəmətini üzə çıxarmaq məqsədilə ya müəyyənliyi bildirən «zəlikə, həzə» sözlərindən istifadə olunur, ya da həmin əşya qeyri-müəyyənlikdə verilir. Yəni «əlif, lam, mim, sad» elə bir kitabdır ki, o, sənə nazil olmuşdur. Elə isə onu camaata çatdırmaqda çətinlik çəkmə!

«Harac» sözünün mənası

Ayədə işlənən bu söz iki cür məna edilmişdir:
1. Çətinlik;
Rəvayətdə qeyd olunmuşdur ki, bu surə nazil olduqda həzrət Peyğəmbər (s.ə.a. s) onu camaata çatdırmaqdan çəkinərək buyururdu: mən qorxuram ki, bunları camaata çatdırsam, mənim başımı yarar, bu sözləri isə quru çörək kimi tərk edərlər. Ona görə də, uca Rəbbimiz bu ayədə buyurur: (Ya Peyğəmbər!) Bu kitabı təbliğ etməkdə çətinlik çəkmə və sıxılma.
2. Şəkk-şübhə.

(Ya Peyğəmbər!) Bu kitabı camaata təbliğ etməyin sənə vacib olduğuna şəkk etmə! Lakin bu məna islam peyğəmbərinin nübüvvət məqamı ilə düz gəlmir. Çünki o həzrət Mütəal Allah tərəfindən nazil olan ayə və surələri camaata çatdırmaq lazım olduğunu tam yəqinliklə bilirdi. Buna görə də, ilk məna bu mübarək ayəyə daha münasibdir. Çünki, həqiqətən də, Peyğəmbər Məkkə müşriklərinin nankorluqlarını və inadkarlıqlarını gördüyü üçün bunu onlara çatdırmağa çətinlik çəkirdi, ürəyi sıxılırdı. Odur ki, Allah təala bu ayəni nazil etməklə o həzrəti bu işdən çəkinməməyə təşviq edir.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi