1-ci ayə 206-dən
Dinləmək
Əsli
المص
Transliterasiya
'Alif-Lā‍‍m‍‍-Mī‍‍m‍‍-ṣā‍‍d
Mirzə Əli Meşkini
Əlif, Lam, Mim, Sad. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
Əltafur-Rəhman

Əlif, ləm, mim, sad («Ə`raf» surəsi, ayə:1)

«Bəqərə» surəsinin əvvəlində qeyd etdiyimiz kimi, bu hərflər «müqəttə`ə hərfləri» hesab olunub hərəkə qoyulmadan (heç bir sait səs əlavə olunmadan) öz adları ilə oxunur. Məsələn, bu surənin əvvəlində dörd hərf işlənmişdir: əlif, ləm, mim, sad. Bu hərflərin mənası və nazil edilməsində olan hədəflər barədə bir çox fikirlər səslənmişdir. Həmin fikir və nəzəriyyələrin xülasəsi bundan ibarətdir ki, Mütəal Allah bu hərflərlə Peyğəmbərə rəmzi olaraq bəzi məsələləri çatdırır. Necə ki, bu surənin də əvvəlində buyurur: əlif, ləm, mim, sad. Kitəbun unzilə ileykə Əlif, lam, mim, sad sənə nazil olan bir kitabdır ki, Sən onunla (kafir və müşrikləri, həmçinin günahkarları) qorxudasan, möminlərə isə Rəbbinin lütfünü xatırladasan.

Mərhum Səduq mötəbər sənədlərlə Əbu Cümə Rəhmət ibn Sədəqədən rəvayət edir ki, o deyib: «Bir gün Bəni-Üməyyə tayfasından olan dinsiz bir şəxs imam Sadiqin (ə) hüzuruna gələrək dedi: Allah: „Əlif, ləm, mim, sad“ hərfləri ilə nə demək istəyir? Bu hərflərin içində halal-haram əməllərdən hansı biri mövcuddur? Camaata bu hərflərin hansı xeyirli bir xüsusiyyəti vardır?!

İmam Sadiq (ə) bu sözü eşitdikdə qəzəblənərək buyurdu: sus, vay olsun sənə! Əlif əbcəd hesabı ilə bir, lam otuz, mim qırx, sad isə doxsan (cəmi 161) sayılır. De görüm, neçə ildir ki, siz BəniÜməyyə hakimiyyətdəsiniz? O dedi: 161 ildir. İmam Sadiq (ə) buyurdu: bil və agah ol ki, sənin dostlarının hakimiyyəti 161 illə də sona çatacaqdır.

Rəvayəti nəql edən Əbu Cümə deyir: biz gözlədik ki, BəniÜməyyənin hakimiyyətinin 161-ci ili (həmin il) nə baş verəcək? (Həmin il qurtardıqdan on gün sonra) aşura günü qara paltar geyənlər (Abbasilər) Kufəyə hücum çəkib Bəni-Üməyyənin hakimiyyətinə son qoydular.» («Nurus-səqəleyn», c.2, s.2, hədis:4; «Məaniləxbar», s.28, hədis: 5; «Təfsiri-Əyyaşi», c.2, s.7, hədis:2)

İmam Sadiq (ə) buyurduğu sözlərlə həm bu hərflərin daşıdığı mənalardan birinə işarə etmək, həm də bunların adi insanlar üçün deyil, Allahla Peyğəmbər arasında olan sirlər olduğunu söyləmək istədi.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi