-
Meisam Vahid Tammar
-
72:1
قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِّنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًاQul 'Ūḥiya 'Ilayya 'Annahu Astama`a Nafarun Mina Al-Jinni Faqālū 'Innā Sami`nā Qur'ānāan `AjabāanDe: «Mənə vəhy olundu ki, (bizim his etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qurana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Quran eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)». -
72:2
يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ ۖ وَلَن نُّشْرِكَ بِرَبِّنَا أَحَدًاYahdī 'Ilá Ar-Rušdi Fa'āmannā Bihi Wa Lan Nušrika Birabbinā 'Aḥadāan«O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq». (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir). -
72:3
وَأَنَّهُ تَعَالَىٰ جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًاWa 'Annahu Ta`ālá Jaddu Rabbinā Mā Attaḫaḏa ṣāḥibatan Wa Lā Waladāan«Və (biz iman gətirdik.) Rəbbimizin məqamı və əzəməti çox ucadır. O, Özünə əsla nə bir zövcə götürmüşdir, nə də bir övlad». -
72:4
وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًاWa 'Annahu Kāna Yaqūlu Safīhunā `Alá Al-Lahi šaṭaṭāan«Bizim səfehimiz Allah barəsində haqdan uzaq olan söz deyirdi (ki, guyaOnun zövcəsi və övladı vardır)». -
72:5
وَأَنَّا ظَنَنَّا أَن لَّن تَقُولَ الْإِنسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًاWa 'Annā ẓanannā 'An Lan Taqūla Al-'Insu Wa Al-Jinnu `Alá Al-Lahi Kaḏibāan«Biz elə güman edirdik ki, nə insan, nə də cin əsla Allah barəsində yalan danışmaz». -
72:6
وَأَنَّهُ كَانَ رِجَالٌ مِّنَ الْإِنسِ يَعُوذُونَ بِرِجَالٍ مِّنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًاWa 'Annahu Kāna Rijālun Mina Al-'Insi Ya`ūḏūna Birijālin Mina Al-Jinni Fazādūhum Rahaqāan«İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar». -
72:7
وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنتُمْ أَن لَّن يَبْعَثَ اللَّهُ أَحَدًاWa 'Annahum ẓannū Kamā ẓanantum 'An Lan Yab`aṯa Al-Lahu 'Aḥadāan«Onlar (müşrik insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi (bəşər üçün peyğəmbərliyə) seçməyəcək, (yaxud heç bir kəsi «məad» üçün) diriltməyəcəkdir». -
72:8
وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًاWa 'Annā Lamasnā As-Samā'a Fawajadnāhā Muli'at ḥarasāan šadīdāan Wa šuhubāan«Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük». -
72:9
وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ۖ فَمَن يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَّصَدًاWa 'Annā Kunnā Naq`udu Minhā Maqā`ida Lilssam`i Faman Yastami`i Al-'Āna Yajid Lahu šihābāan Raṣadāan«Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün oturardıq, lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər». -
72:10
وَأَنَّا لَا نَدْرِي أَشَرٌّ أُرِيدَ بِمَن فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًاWa 'Annā Lā Nadrī 'Ašarrun 'Urīda Biman Fī Al-'Arḍi 'Am 'Arāda Bihim Rabbuhum Rašadāan«Biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola yönəlmələrini və xeyrini istəmişdir». -
72:11
وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَائِقَ قِدَدًاWa 'Annā Minnā Aṣ-ṣāliḥūna Wa Minnā Dūna ḏālika Kunnā ṭarā'iqa Qidadāan«(Qurana qulaq asmazdan öncə) bizdən bir dəstə əməlisaleh idi, bir dəstə isə əməlisaleh deyildi. Biz müxtəlif firqələr halında idik». -
72:12
وَأَنَّا ظَنَنَّا أَن لَّن نُّعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَن نُّعْجِزَهُ هَرَبًاWa 'Annā ẓanannā 'An Lan Nu`jiza Al-Laha Fī Al-'Arḍi Wa Lan Nu`jizahu Harabāan«Biz bildik ki, əsla Allahı yer üzündə (Onun məqsədlərinə qarşı çıxmaqla) aciz edə bilməyəcəyik və (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik». -
72:13
وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ ۖ فَمَن يُؤْمِن بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًاWa 'Annā Lammā Sami`nā Al-Hudá 'Āmannā Bihi Faman Yu'umin Birabbihi Falā Yaḫāfu Baḫsāan Wa Lā Rahaqāan«Və elə ki, biz bu hidayətedicini (Quranı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar». -
72:14
وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُولَـٰئِكَ تَحَرَّوْا رَشَدًاWa 'Annā Minnā Al-Muslimūna Wa Minnā Al-Qāsiṭūna Faman 'Aslama Fa'ūlā'ika Taḥarraw Rašadāan«Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır». -
72:15
وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًاWa 'Ammā Al-Qāsiṭūna Fakānū Lijahannama ḥaṭabāan«Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (Cinlərin sözünün sonu.) -
72:16
وَأَن لَّوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُم مَّاءً غَدَقًاWa 'Allawi Astaqāmū `Alá Aṭ-ṭarīqati L'asqaynāhum Mā'an ġadaqāan«(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik ki, -
72:17
لِّنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًاLinaftinahum Fīhi Wa Man Yu`riḍ `An ḏikri Rabbihi Yaslukhu `Aḏābāan ṣa`adāanOnları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, (Allah) onu ona qalib gələn ağır bir əzaba düçar edər». -
72:18
وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًاWa 'Anna Al-Masājida Lillahi Falā Tad`ū Ma`a Al-Lahi 'Aḥadāan«Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın». -
72:19
وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًاWa 'Annahu Lammā Qāma `Abdu Al-Lahi Yad`ūhu Kādū Yakūnūna `Alayhi Libadāan«Allah bəndəsi (Peyğəmbər) Allahı çağırmaq üçün qalxdıqda, (möminlər və müşriklər Quranın heyrətamiz ayələrini dinləmək üçün) az qala hamılıqla onun başına tökülüşələr». -
72:20
قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًاQul 'Innamā 'Ad`ū Rabbī Wa Lā 'Ušriku Bihi 'AḥadāanDe: «Mən ancaq öz Rəbbimi çağırıram və əsla bir kəsi (tanrılıq və ibadətdə) Ona şərik qoşmaram».
Bağışlayan və mehriban Allahın adı ilə.
Имам Садык, да будет мир с ним, сказал: «Тот, кто многократно читает суру „Аль-Джинн“, никогда не пострадает от сглаза, колдовства и козней джиннов и магов и будет сопровождать Мухаммада, да благословит Аллах его и его род». Затем его светлость добавил: «Господи! Я не верю никому, кроме Него, и никогда не обращусь ни к кому, кроме Него одного!» (Аль-Бахрани, «Аль-Бурхан», т. 4, с. 390)