Əraf
  • Meisam Vahid Tammar
    image/svg+xml Basmala in Naskh script. Created by baba66, http://de.wikipedia.org, 2006-03-22 License: cc-by-sa/2.0/de and GFDL
    Bağışlayan və mehriban Allahın adı ilə.
  • 7:1

    المص
    'Alif-Lā‍‍m‍‍-Mī‍‍m‍‍-ṣā‍‍d
    Əlif, Lam, Mim, Sad. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)

    Əlif, ləm, mim, sad («Ə`raf» surəsi, ayə:1)

    «Bəqərə» surəsinin əvvəlində qeyd etdiyimiz kimi, bu hərflər «müqəttə`ə hərfləri» hesab olunub hərəkə qoyulmadan (heç bir sait səs əlavə olunmadan) öz adları ilə oxunur. Məsələn, bu surənin əvvəlində dörd hərf işlənmişdir: əlif, ləm, mim, sad. Bu hərflərin mənası və nazil edilməsində olan hədəflər barədə bir çox fikirlər səslənmişdir. Həmin fikir və nəzəriyyələrin xülasəsi bundan ibarətdir ki, Mütəal Allah bu hərflərlə Peyğəmbərə rəmzi olaraq bəzi məsələləri çatdırır. Necə ki, bu surənin də əvvəlində buyurur: əlif, ləm, mim, sad. Kitəbun unzilə ileykə Əlif, lam, mim, sad sənə nazil olan bir kitabdır ki, Sən onunla (kafir və müşrikləri, həmçinin günahkarları) qorxudasan, möminlərə isə Rəbbinin lütfünü xatırladasan.

    Mərhum Səduq mötəbər sənədlərlə Əbu Cümə Rəhmət ibn Sədəqədən rəvayət edir ki, o deyib: «Bir gün Bəni-Üməyyə tayfasından olan dinsiz bir şəxs imam Sadiqin (ə) hüzuruna gələrək dedi: Allah: „Əlif, ləm, mim, sad“ hərfləri ilə nə demək istəyir? Bu hərflərin içində halal-haram əməllərdən hansı biri mövcuddur? Camaata bu hərflərin hansı xeyirli bir xüsusiyyəti vardır?!

    İmam Sadiq (ə) bu sözü eşitdikdə qəzəblənərək buyurdu: sus, vay olsun sənə! Əlif əbcəd hesabı ilə bir, lam otuz, mim qırx, sad isə doxsan (cəmi 161) sayılır. De görüm, neçə ildir ki, siz BəniÜməyyə hakimiyyətdəsiniz? O dedi: 161 ildir. İmam Sadiq (ə) buyurdu: bil və agah ol ki, sənin dostlarının hakimiyyəti 161 illə də sona çatacaqdır.

    Rəvayəti nəql edən Əbu Cümə deyir: biz gözlədik ki, BəniÜməyyənin hakimiyyətinin 161-ci ili (həmin il) nə baş verəcək? (Həmin il qurtardıqdan on gün sonra) aşura günü qara paltar geyənlər (Abbasilər) Kufəyə hücum çəkib Bəni-Üməyyənin hakimiyyətinə son qoydular.» («Nurus-səqəleyn», c.2, s.2, hədis:4; «Məaniləxbar», s.28, hədis: 5; «Təfsiri-Əyyaşi», c.2, s.7, hədis:2)

    İmam Sadiq (ə) buyurduğu sözlərlə həm bu hərflərin daşıdığı mənalardan birinə işarə etmək, həm də bunların adi insanlar üçün deyil, Allahla Peyğəmbər arasında olan sirlər olduğunu söyləmək istədi.

  • 7:2

    كِتَابٌ أُنزِلَ إِلَيْكَ فَلَا يَكُن فِي صَدْرِكَ حَرَجٌ مِّنْهُ لِتُنذِرَ بِهِ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ
    Kit‍‍ā‍‍bun 'U‍‍n‍‍zila 'Ilayka Falā Yaku‍‍n Fī ṣa‍‍d‍‍r‍‍ika ḥaraju‍‍n Minhu Litu‍‍n‍‍ḏi‍‍r‍‍a Bih‍‍i Wa ḏikrá Lilmu'umin‍‍ī‍‍n‍‍a
    (Bu Quran) sənə nazil edilmiş bir kitabdır (qədim zamanlardan Lövhi-Məhfuzda olan və gələcəkdə, nəsli kəsilənədək bəşəriyyətin əli ilə yazılacaq bir yazıdır) – buna görə də sinəndə ondan («bu layiqli nemətin çatdırılmasını bacaracağam? Onun təqdim edilməsinə tələbat olacaqmı?» kimi) sıxıntı və tərəddüd olmasın – ki, onun vasitəsi ilə insanları qorxudasan və o, möminlər üçün öyüd olsun.

    «Kitəbun» sözünün qeyri-müəyyənlikdə işlənməsi (ayə:2)

    Bu ayədə «Kitab» sözünün qeyri-müəyyənlikdə işlənməsinə səbəb onun əzəmət və üstünlüyünün ifadə olunmasıdır. Ərəb dilində belə bir qayda vardır: hansısa əşyanın üstünlük və əzəmətini üzə çıxarmaq məqsədilə ya müəyyənliyi bildirən «zəlikə, həzə» sözlərindən istifadə olunur, ya da həmin əşya qeyri-müəyyənlikdə verilir. Yəni «əlif, lam, mim, sad» elə bir kitabdır ki, o, sənə nazil olmuşdur. Elə isə onu camaata çatdırmaqda çətinlik çəkmə!

    «Harac» sözünün mənası

    Ayədə işlənən bu söz iki cür məna edilmişdir:
    1. Çətinlik;
    Rəvayətdə qeyd olunmuşdur ki, bu surə nazil olduqda həzrət Peyğəmbər (s.ə.a. s) onu camaata çatdırmaqdan çəkinərək buyururdu: mən qorxuram ki, bunları camaata çatdırsam, mənim başımı yarar, bu sözləri isə quru çörək kimi tərk edərlər. Ona görə də, uca Rəbbimiz bu ayədə buyurur: (Ya Peyğəmbər!) Bu kitabı təbliğ etməkdə çətinlik çəkmə və sıxılma.
    2. Şəkk-şübhə.

    (Ya Peyğəmbər!) Bu kitabı camaata təbliğ etməyin sənə vacib olduğuna şəkk etmə! Lakin bu məna islam peyğəmbərinin nübüvvət məqamı ilə düz gəlmir. Çünki o həzrət Mütəal Allah tərəfindən nazil olan ayə və surələri camaata çatdırmaq lazım olduğunu tam yəqinliklə bilirdi. Buna görə də, ilk məna bu mübarək ayəyə daha münasibdir. Çünki, həqiqətən də, Peyğəmbər Məkkə müşriklərinin nankorluqlarını və inadkarlıqlarını gördüyü üçün bunu onlara çatdırmağa çətinlik çəkirdi, ürəyi sıxılırdı. Odur ki, Allah təala bu ayəni nazil etməklə o həzrəti bu işdən çəkinməməyə təşviq edir.

  • 7:3

    اتَّبِعُوا مَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَا تَتَّبِعُوا مِن دُونِهِ أَوْلِيَاءَ  ۗ قَلِيلًا مَّا تَذَكَّرُونَ
    A‍‍ttabi`ū M‍‍ā 'U‍‍n‍‍zila 'Ilayku‍‍m Mi‍‍n Rabbiku‍‍m Wa Lā Tattabi`ū Mi‍‍n Dūnih‍‍i 'Awliy‍‍ā‍‍'a Qalīlāa‍‍n Mā Ta‍ḏakkar‍‍ū‍‍n‍‍a
    Rəbbiniz tərəfindən sizə nazil olana tabe olun və Ondan başqa başçı və dostlara tabe olmayın. Amma çox az öyüd alırsınız.

    Allahdan başqasını rəhbər seçməyin! (ayə:3)

    İlk iki ayə Peyğəmbərə müraciət, üçüncü ayə isə müşriklərə və əhli-kitaba xitab hesab olunur. Baxmayaraq ki, ayənin zahirində Qurana tabe olmaq zikr olunur, batində Allaha tabe olun deyilmək istənilir. Necə ki, ardınca buyurulur: «Allahdan başqalarına tabe olmayın (Onu özünüzə rəhbər seçin)!»

    Bu mübarək ayədə çatdırmaq istənilir ki, insan Allahdan başqalarına tabe olsa, onları özünə rəhbər seçsə, haqqı qoyub batilə yönəlir. Batilə üz tutanlar həmişə həlak olmuşlar.

  • 7:4

    وَكَم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا فَجَاءَهَا بَأْسُنَا بَيَاتًا أَوْ هُمْ قَائِلُونَ
    ‌Wa Ka‍‍m Mi‍‍n Qaryatin 'Ahlaknāhā Faj‍‍ā‍‍'ahā Ba'sunā Bayātāan 'Aw Hu‍‍m Q‍‍ā‍‍'il‍‍ū‍‍n‍‍a
    Nə çox insan cəmiyyətləri ki, Biz onları həlak etdik. Bizim əzabımız onlar gecə rahatlığında və ya günorta istirahətində olarkən onlara yetişdi.

    İkiqat əzab (ayə:4)

    Bildiyimiz kimi, uzanaraq istirahət etdikdə həmin şəxsi yuxudan oyatmaq bir növ əzab-əziyyət hesab olunur. Belə bir vaxtda Allahın qəzəbinə düçar olmaq isə ikiqat əzab sayılır. Allah təala kafir və müşrikləri gündüz oyaq olduqda da əzaba düçar edə bilərdi. Amma O, əzabları daha şiddətli olsun deyə onlara gecə yatdıqları zaman və ya gündüz dincəldikləri vaxt bəla göndərmişdir.

    «Kəm» sözünün mənası

    Ərəb dilində «kəm» sözü «neçə, neçəyə» mənasında işlənir. İnsan satıcıdan bir malı soruşduqda deyir: «Kəm həzə? — Bu neçəyədir?» Satıcı son qiyməti dedikdən sonra alıcı belə deyə bilər: «Ondan aşağı qiymətə verə bilərsənmi?»

    Bu söz «min» şəkilçisi ilə («kəm min» şəklində) işləndikdə «bir neçə, çox, yaxud az» mənasını verir. Məsələn, «Kəm min raculin kərimin ləqituhu — Ömrümdə səxavətli insanla çox az rastlaşmışam.» Gördüyünüz kimi, bu söz burada az mənasında işlənsə də, təfsirini yazdığımız ayədə «çox» mənasını daşıyır. Necə ki, ayədə buyurulur: «Ey kafir və müşriklər! (Güman etməyin ki, haqqı qoyub batilə üz tutsanız, məhv olmayacaqsınız.) Nə çox kafir və müşriklər olub ki, Bizim əzabımız onlara gecə yatdıqları zaman, ya da gündüz uzanıb (yuxuya daldıqları zaman) gəlmişdi.» Yəni, Allah onları elə bir vaxt əzaba düçar etmişdi ki, heç yerə qaça və sığına bilməsinlər.

  • 7:5

    فَمَا كَانَ دَعْوَاهُمْ إِذْ جَاءَهُم بَأْسُنَا إِلَّا أَن قَالُوا إِنَّا كُنَّا ظَالِمِينَ
    Famā K‍‍ā‍‍na Da`wāhu‍‍m 'I‍ḏ J‍‍ā‍‍'ahu‍‍m Ba'sun‍‍ā 'Ill‍‍ā 'A‍‍n Qāl‍‍ū 'I‍‍nn‍‍ā Ku‍‍nn‍‍ā ẓālim‍‍ī‍‍n‍‍a
    Beləliklə, Bizim əzabımız onlara yetişən zaman, onların «biz doğrudan zalım idik» deməkdən başqa bir dua və nalələri olmadı.

    Ayədə işlənən «də`va» sözünün mənası (ayə:5)

    «Dua» və «də`va» sözləri eyni kökdən törəyib. Lakin «dua» bir şəxsi «çağırmaq», «də`va» isə iki nəfərin özünü haqq bilməsi nəticəsində dalaşması deməkdir. Çünki onlardan: «Nə üçün dava edirsiniz?» deyə soruşduqda onların hər biri özünə bəraət qazandıraraq haqq olduğunu sübut etməyə çalışacaq.

    Kafir və müşriklərə əzab nazil olduqda onlar heç bir həqiqətə əsaslanmadıqlarına görə çarəsizlikdən: «Biz zalımıq!» deməkdən başqa bir söz söyləməzlər. Bu, tövhid yolunun haqq, öz tutduqları yolun isə batil olmasını etiraf etmələri deməkdir.

    Xatırlatmalıyam ki, «Ən`am» surəsində iki dəstənin sorğu-sual edilməyəcəklərini qeyd etmişdik. Onlardan biri imanı xalis olan şəxslərdir. Belə olduğu təqdirdə, bu mübarək ayədə «Biz həm ümmətləri, həm də onların peyğəmbərlərini sorğu-sual edəcəyik» cümləsini necə başa düşmək olar? Cavab olaraq qeyd etməliyəm ki, bu ayədə peyğəmbərlərin sorğu-suala çəkiləcəklərində məqsəd peyğəmbər göndərilməsini inkar edən kafirlərin peyğəmbərlərin şəhadət verməsi ilə susdurulmalarıdır. Çünki Mütəal Allah peyğəmbərlərin din və şəriəti kafirlərə çatdırdıqlarını yaxşı bilir.

    Ərəsati-məhşərin müxtəlif məqamları vardır. Həmin məqamların birində Mütəal Allah buyurar: «Vaqifuhum innəhum məs`ulun — Onları (günahkarları) saxlayın, sorğu-suala çəkiləcəklər.» Digər bir məqamda buyurar: «Fəyauməizin lə yus`əlu an zənbihi insun va lə cən — Həmin gün heç bir insan və cin etdiyi günahlar barədə sorğusual olunmayacaq.» Bu iki ayənin arasında ziddiyyət yoxdur. Çünki birinci ayə insanların qəbirdən qalxaraq Ərəsati-məhşərə gəldikləri zamana, ikinci ayə isə günahkarların cəhənnəmə daxil olduqdan sonrakı vaxta aiddir.

  • 7:6

    فَلَنَسْأَلَنَّ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ
    Falanas'ala‍‍nn‍‍a A‍‍l-La‍ḏ‍ī‍‍na 'Ursila 'Ilayhi‍‍m Wa Lanas'ala‍‍nn‍‍a A‍‍l-Mursal‍‍ī‍‍n‍‍a
    Odur ki, şübhəsiz, Biz həm peyğəmbərlərin göndərildiyi kəslərdən («Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?» – deyə) soruşacağıq və həm də peyğəmbərlərdən («Mənim tapşırdıqlarımı çatdırdınız ya yox və sizin dəvətinizə nə cavab verdilər?» – deyə) soruşacağıq.

    Peyğəmbərlərin sorğu-sual olunması (ayə:6)

    Bura qədərki ayələrdə Quranın nazil olmasından, Peyğəmbərin öz ümmətini dinə xilaf çıxacaqları təqdirdə, əzaba düçar olacaqları ilə xəbərdar etməsindən, bəzi keçmiş ümmətlərə nankor olduqları üçün dünyada ikən əzab nazil olmasından danışılır. 6-cı ayədən 9cu ayələrə qədər isə Mütəal Allah qiyamət günü baş verəcək hadisələrdən söhbət açaraq buyurur: «Biz qiyamət günü həm peyğəmbər göndərdiyimiz ümmətləri (haqqa tabe olub-olmadıqları barədə), həm də onlara göndərdiyimiz peyğəmbərləri (din və şəriəti onlara çatdırıb-çatdırmadıqları haqda) sorğu-sual edəcəyik.»

    Bu mübarək ayədən məlum olur ki, Allah təala peyğəmbər göndərilməyən bir məmləkətin əhalisinə din və şəriətdən xəbərsiz olduqları halda əzab nazil etməz, yaxud sorğu-suala çəkməz. Amma elə bir yer təsəvvür etmək olmaz ki, ulu Tanrı ora peyğəmbər göndərməsin. Burada məqsəd peyğəmbər sözündən, Quran ayələrindən xəbərsiz olanların sorğu-suala çəkilməməsidir. Ona görə də, peyğəmbərlər Allah kəlamını bütün ümmətlərə çatdırmaqdan ötrü öyüd — nəsihət eşidənlərə həmin sözləri orada olmayanlara çatdırmağı tövsiyə edərdilər. Necə ki, həzrət Muhəmməd (s.ə.a. s) Qədiri-Xum səhrasında Əlinin (ə) vilayətini camaata bəyan etdikdən sonra buyurdu: «Fəlyubəlliğuş-şəhidu əl-ğaibə Allah tərəfindən dediklərimi eşidənlər onu burada olmayanlara çatdırsınlar.» Belə olduğu təqdirdə, peyğəmbərlərin qiyamət günü sorğu-sual edilməsində hədəf onların dini camaata necə (hansı səviyyədə) çatdırıb-çatdırmamalarıdır.

    Cəlaləddin Süyuti öz əsərində Buxari, Müslim, Tirmizi və İbn Mərdəveyhdən, onlar da Abdullah ibn Ömərdən nəql etmişlər ki, o deyib: «Peyğəmbər (s.ə.a. s) buyurdu: kullukum ra`in va kullukum məs`ulun an ra`iyyətih. Fəl-iməmu yus`əlu anin-nəsi var-raculu yus`əlu an əhlihi val-mər`ətu tus`əlu an beyti zaucihə val-abdu an məli seyyidihi — Siz hamınız rəiyyət sahibisiniz və hamınız öz rəiyyətinizin (ixtiyarınızda olanların) məsuliyyətini daşıyırsınız. İctimai rəhbər öz camaatı, kişi öz ailəsi, qadın ərinin evi, qul isə ağasının malı ilə necə rəftar etdiyi barədə sorğu-sual ediləcəkdir.» («əd-Durrul-mənsur», c.3, s.69)

  • 7:7

    فَلَنَقُصَّنَّ عَلَيْهِم بِعِلْمٍ  ۖ وَمَا كُنَّا غَائِبِينَ
    Falanaquṣṣa‍‍nn‍‍a `Alayhi‍‍m Bi`ilmi‍‍n Wa Mā Ku‍‍nn‍‍ā ġ‍ā‍‍'ib‍‍ī‍‍n‍‍a
    Beləliklə, Biz mütləq onlara (əməllərinin əhvalatını) elm əsasında bəyan edəcəyik və Biz heç vaxt (onlardan) qaib olmamışıq.

    Ayədəki «bi`ilmin» sözünün mənası (ayə:7)

    Bu ayədə «onların nə etdiklərini özlərinə söyləyəcəyik» buyurulduqda onlara nağıl danışmaq deyil, hər bir şeyi dəqiqliyi ilə söyləmək nəzərdə tutulur.

    Elm iki qismə bölünür:
    1. Görülən əşyaların, oxunan kitabların, dərs deyən müəllimlərin vasitəsilə əldə olunan elm; bu növ elm sahibləri müxtəlif səviyyədə — oxuduqları qədər alim olarlar.
    2. Heç nədən asılılığı olmayan elm. Yəni heç bir kitab oxumadan, heç bir müəllimdən dərs almadan alim olan kəs.

    Peyğəmbərlərin elm və biliyi Allah təalanın öyrətməsi vasitəsilədirsə, ulu Tanrının elmi heç bir vasitə olmadan mövcuddur. Çünki hər şeyi yaradan Odur, O, hər yerdə vardır.

    Digərlərinin elmi müxtəlif səbəblərə görə unudulsa da, Allah təalanın elmi Ondan heç vaxt ayrılmaz. Ona görə də, bir çox dualarda, xüsusən də, «Cövşən-kəbir» duasında belə oxuyuruq: «yə Alimən lə yu`alləm — Ey kimdənsə elm almayan alim!», «yə Alimən lə yəchəl — ey elmi aradan getməyən alim!»

    Uca Rəbbimizin bütün varlıqlara və insanların etdiklərinə alim olmasını ayənin sonunda işlənən «va mə kunnə ğaibin» sözündən başa düşmək olar. Yəni O, heç nədən qaib olmamışdır ki, nəyisə bilməsin.
    Bildiyimiz kimi, qaib dərsdə və ya hansısa məclisdə iştirak etməyən şəxsə deyilir. Mütəal Allah buyurur: «Ələm təra ənnəllahə yə`ləmu mə fis-səməvati va mə fil-ərz. Mə yəkunu min nəcva sələsətin illə Huva rabi`uhum... İnnəllahə bikulli şey`in alim — (Ya Peyğəmbər!) Görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Həqiqətən də, Allah hər şeyi biləndir.» («Mücadilə» surəsi, ayə:7)

    Bu ayədən də məlum olur ki, Mütəal Allah heç vaxt, heç bir məxluqdan qaib və uzaq olmamışdır ki, onun nə etdiyindən xəbərsiz olsun.

    Onun barəsində deyilir: O, elə uca bir Allahdır ki, görmək olmur, elə yaxındır ki, hər şeyi eşidir və görür.

  • 7:8

    وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ  ۚ فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ
    Wa A‍‍l-Waznu Yawma'i‍ḏin A‍‍l-ḥaqqu Fama‍‍n ṯ‍aqulat Mawāzīnuh‍‍u Fa'‍‍ū‍‍l‍‍ā‍‍'ika Humu A‍‍l-Mufliḥ‍‍ū‍‍n‍‍a
    Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!

    Əməlləri çəkən tərəzi (ayə:8, 9)

    Mütəal Allah 8-ci ayədə qiyamət günü insanların əməllərinin çəkiləcəyindən xəbər verərək buyurur: «Əməllərin çəkilməsi haqdır (heç kəs onu batil və ya yalan hesab etməsin).»

    Təbii ki, qiyamət günü insanların əməlləri çəkiləcək və onlar onun müqabilində mükafatlanacaq, yaxud cəzalanacaqlar. Onların özlərinin hansı vəzifə sahibi olmalarına, kök və ya arıq, cavan, yaxud qoca, qadın, yaxud kişi olmalarına əhəmiyyət verilməyəcək.

    Yaxşı əməllərin ağırlığı bilinər. Pis əməllər isə batil olduğuna görə onların dəyər və ağırlığı hiss olunmaz. Məsələn, ixlasla qılınmış iki rəkət sadə namazı riya ilə qılınmış müfəssəl iki rəkət namazla müqayisə etdikdə birinci namaz ağır və zəngin gələr, riya ilə qılınmış namaz isə müfəssəl olsa da, heç bir çəki və dəyərə malik olmaz. Bu əməllərin hansı tərəzi ilə ölçüləcəyi barədə müxtəlif fikirlər söylənmişdir. Bəzi müfəssirlər söyləmişlər ki, qiyamət günü tərəzilər dünyadakı tərəzilər kimi iki gözlü olacaq: onların bir gözünə yaxşı əməllər, digər gözünə isə pis əməllər qoyulacaq, əməllər bir-biri ilə müqayisə olunacaq, hansı ağır gəlsə, ona münasib qərar veriləcək və həmin şəxsin gedəcəyi yer təyin olunacaq. Bu fikir bəzi ayə və rəvayətlərin zahirinə əsasən nəql olunmuşdur. Lakin ayə və rəvayətləri yaxşı araşdırdıqda məlum olur ki, insanların etdiyi əməllər tərəzi ilə deyil, haqq-ədalətlə müqayisə olunduqda onların dəyər və çəkisi məlum olar. Məsələn, insanların qıldıqları namazlar düzgün qılınmış bir namazla, yaxud tutduqları oruclar düzgün tutulmuş bir orucla, yaxud da etdikləri digər ibadətlər icra olunmuş həqiqi ibadətlərlə müqayisə olunacaq, onlar həqiqi olan ibadətə nə qədər yaxın olsalar, o qədər də dəyər və mükafata layiq görüləcəklər, yaxud haqdan uzaq olduqları qədər onların ya dəyərləri azalacaq, ya da batil sayılacaqlar. Ola bilsin ki, bəzi şəxslər əməlləri cisim hesab etdikləri üçün onların tərəzi ilə ölçüləcəyini iddia etmişlər. Əgər, doğrudan da, əməllər cisim olarsa, onları tərəzi ilə çəkmək olar. Halbuki, əməllərin qiyamət günü cisim olaraq Ərəsati-məhşərə gəlməsi məlum deyil. Çünki bəzi rəvayətlərə əsasən, insanın etdiyi əməllər qiyamət günü hansısa bir surət və şəkildə gələcəklər. Belə olduğu təqdirdə, onları dünyadakı tərəzilərə bənzər tərəzi ilə çəkmək olmaz, onlar yalnız haqq-ədalətlə və düzgün yerinə yetirilmiş əməllərlə müqayisə olunmaq vasitəsilə ölçülər. Çünki insanların gördüyü işlərin Allah dərgahındakı dəyəri onların kəmiyyəti (sayı) ilə deyil, keyfiyyətilə ölçülər. Nə çox qılınan namaz və tutulan oruc vardır ki, Allahın əmr etdiyi kimi icra olunmadığına görə heç bir dəyərə malik deyildir. Lakin Allahın buyurduğu kimi edilən ibadət az olsa da, Mütəal Allah onu mükafatsız qoymaz. Buradan məlum olur ki, görülən işləri, edilən ibadətləri dəyərli edən onların keyfiyyətidir.

    Bəzi rəvayətlərdə nəql olunmuşdur ki, qiyamət günü insanların əməlləri peyğəmbərlərin və onların haqq canişinlərinin etdikləri əməllərlə müqayisə olunar. Əməllər o həzrətlərin əməllərinə nə qədər uyğun gəlmiş olarsa, bir o qədər də dəyəri, ağırlıq və zənginliyi artar. Belə olduqda, əməllərin çəkilməsi və onların çəkildiyi tərəzinin nə məna daşıdığı məlum olur.

    Mərhum Təbərsi özünün məşhur «əl-Ehticac» əsərində Hüşam ibn Həkəmdən rəvayət edir ki, o deyib: «Bir gün dinsiz-imansız bir şəxs imam Sadiqdən (ə) soruşdu: əməllər (qiyamət günü) çəkilməyəcəkmi? İmam (ə) buyurdu: lə, innəl-ə`mələ leysət biəcsəmin va innəmə hiyə sifətu mə amilu. Va innəmə yəhtəcu ilə vazniş-şey`i mən cəhilə adədəl-əşyə`i va lə yə`rifu siqləhə va xiffətəhə va innəllahə lə yəxfə aleyhi şey`un. Qalə: fəmə mə`nəl-mizən? Qalə: əl-adl. Qalə: fəmə mə`nəhu fi Kitəbihi: fəmən səqulət məvazinuhu...? Qalə: fəmən rucciha aməluhu — xeyr, əməllər cisim deyillər ki, tərəziyə qoyularaq çəkilsin. Əslində onlar insanların etdikləri əməllərin surətidir. Bundan əlavə, bir şeyin çəkilməsinə əşyanın sayını, onun ağırlıq və yüngüllüyünün nə qədər olduğunu bilməyən şəxsin ehtiyacı olar. Halbuki, heç bir şey Allaha gizli deyil. Həmin şəxs soruşdu: bəs (qiyamət günündəki) tərəzinin mənası nədir? (əməllər nə ilə ölçüləcək)? Həzrət buyurdu: haqq-ədalət (əməllərin surəti haqq-ədalətə göstərildikdə onların dəyəri məlum olacaq). O dedi: Allahın kitabında buyurulan „hər kəsin əməlinin çəkisi ağır gəlsə...“ cümləsinin mənası nədir? İmam (ə) buyurdu: „hər kəsin əməli haqq-ədalətə uyğun gəlsə“ mənasını daşıyır.» («əl-Ehticac», c.2, s.351)

    Mərhum Küleyni mötəbər sənədlərlə Səid ibn Müseyyibdən nəql edir ki, o deyib: «Bir gün imam Zeynəlabidin (ə) moizə edərkən izzət və cəlal sahibi olan Allahın buyurduğu: „Va lə in məssəthum nəfhatun min azəbi Rabbikə ləyəqulənnə: yə vaylənə, innə kunnə zalimin “ („Ənbiya“ surəsi, ayə:46) ayəsini oxuduqda buyurdu: fə in qultum, eyyuhən-nəs, innəllahə azzə va cəllə innəmə anə bihə əhləş-şirki fə keyfə zəlikə? Va Huva yəqulu: va nəza`ul-məvazinəl-qista liyaumil-qiyəməti fə lə tuzləmu nəfsun şey`ən va in kənət misqalə habbətin min xardəlin əteynə bihə va kəfə binə hasibin. Fə`ləmu, ibədəllah ənnə əhləş-şirki lə tunsabu ləhumul-məvazinu va lə tunşəru ləhumud-dəvavinu va innəmə yuhşərunə ilə cəhənnəmə zuməran. Va innəmə nəsbul-məvazin va nəşrud-dəvavin liəhlil-isləm — Ey camaat, əgər siz Allah bu ayədə: „Vay bizim halımıza, biz zalımlardan olmuşuq!“ buyurmaqla müşriklərdən söhbət açdığını deyirsinizsə (güman edirsinizsə), bu necə ola bilər, bir halda ki, O buyurur: qiyamət günü haqq tərəziləri ortaya qoyacağıq. Həmin gün hətta xırda bir əməllə gələn şəxsə belə zülm olunmayacaq. Bizim (ədalətli) haqq-hesabımız buna kifayət edər (ki, heç kəsin əməlini zay etməyək. „Ənbiya“ surəsi, ayə:47)

    Sonra o həzrət sözünə davam edərək buyurdu: ey Allahın bəndə-
    ləri! Bilin və agah olun ki, qiyamət günü müşriklər üçün tərəzilər qoyulmayacaq və onların nə etdikləri barədə əməl dəftərləri açılmayacaq. Çünki onlar Ərəsati-məhşərdən birbaşa cəhənnəmə gedəcəklər. Tərəzilərin ortaya qoyulması və divanların (ilahi məhkəmənin) qurulması islam ümmətindən (bütün peyğəmbərlərin ümmətlərindən iman gətirənlərin yaxşı işlər görənlərindən və ya günaha yol verənlərindən) ötrüdür (ki, onlardan yaxşı əməl sahibləri mükafatlandırılsın. Elə isə səy göstərin ki, təqvalı olasınız).» («əl-Kafi», c.8, s.60-63, hədis:29)

    Bu hədisdən məlum olur ki, qiyamət günü Mütəal Allahın haqq tərəziləri ortaya qoymasında əsil hədəfi iman əhlini az əməl sahibi olsa belə, mükafatlandırmaqdır. Kafir və müşriklər üçün isə heç bir tərəzi olmayacaq ki, onların əməlləri çəkilsin. Necə ki, Mütəal Allah buyurub: «Uləikəl-ləzinə kəfəru bi əyəti Rabbihim va liqaihi fəhabitat ə`məluhum fə lə nuqimu ləhum yauməl-qiyəməti vaznən
    — Onlar Rəblərinin ayələrini və qiyamət günü Onunla görüşəcəklərini danan şəxslərdir (kafirlərdir). Onların əməlləri puça çıxar, ona görə də, Biz qiyamət günü onlar üçün heç bir tərəzi qurmarıq.» («Kəhf» surəsi, ayə:105)

    Digər bir hədisdə mərhum Səduq mötəbər sənədlərlə Əbu Müəmmər əs-Sə`danidən, o da əmirəl-möminin Əlinin (ə) müfəssəl hədisindən nəql edir ki, o həzrət orada buyurdu: «Tuzənul-hasənətu vas-seyyiət. Fəl-hasənətu siqlul-mizəni vas-seyyiətu xiffətul-mizən
    — Qiyamət günü yaxşı və pis əməllər ölçülər. Yaxşı əməllər ağır (zəngin), pis işlər isə yüngül gələr (pis işlərdə heç bir ağırlıq və zənginlik hiss olunmaz, çünki onlar ağıl və məntiqə, Allah və Peyğəmbərin buyurduğu haqq sözə əsaslanmır).» («ət-Tövhid», s.268, hədis:11)

    Bu hədis və rəvayətlərdən məlum olur ki, qiyamət günü tərəzilərin qurulması deyildikdə bir gözünə yaxşı, digər gözünə isə pis əməllər qoyularaq ölçülən iki gözlü tərəzilər nəzərdə tutulmur. Əslində tərəzi insanın əməllərinin hansı dəyərə malik olduğunu ölçən meyardır.

    Əmirəl-möminin Əliyə (ə) bəzi ziyarətnamələrdə: «Əssəlamu aleykə, yə mizənəl-ə`məl! — Salam olsun sənə, ey əməllərin (haqq və ya batil olduğunu aşkara çıxaran) tərəzisi!» deyilmişdir. Buna səbəb o həzrətin islam peyğəmbərinin haqq canişini olması, eləcə də ömrünün sonunadək Allah və Peyğəmbərin buyurduqlarına tam şəkildə əməl etməsidir. O həzrət insanlara dünyada qeyrət, şücaət, ədalət və s. baxımdan örnək və nümunə, axirətdə isə onların əməllərinin haqq və ya batil olduğunu təyin edən meyar hesab olunur.

    Mütəal Allah Qurani-Kərimdə buyurur: «Fə əmmə mən səqulət məvazinuhu fəhuva fi `işətin raziyətin. Va əmmə mən xaffət məvazinuhu fə ummuhu haviyətun. Va mə ədrakə mə hiyəh. Nərun hamiyəh.» («əl-Qariə» surəsi, ayə:11)

    Gördüyünüz kimi, təfsirini yazdığımız 8-ci, 9-cu ayələrdə, eləcə də nəql etdiyimiz rəvayətlərdə insanların əməllərinin çəkilməsinin haqq olduğu bildirilir. Amma həmin əməlləri çəkən tərəzinin bir gözündə yaxşı, digər gözündə pis əməlləri çəkən iki gözlü tərəzi olacağı söylənilmir. Əslində tərəzi sözünün işlədilməsi insanların necə haqq-hesab olunacaqlarını asanlıqla başa düşmələrindən ötrüdür.

    Mərhum şeyx Abbas Qumi özünün məşhur «Məfatihul-cinan» əsərində imam Muhəmməd Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Atam imam Zeynəlabidinlə (ə) birlikdə cəddim əmirəlmöminin Əlini (ə) ziyarət etmək məqsədilə Nəcəfə getdik. Atam o həzrətin pak və mütəhhər ziyarətgahı önündə dayanaraq ağladıqda xitab edərək dedi: əssəlamu alə əbil-əimməti va xalilin-nubuvvati val-məxsusi bil-uxuvvati! Əssəlamu alə yə`subil-imən va mizənilə`məl!... — Salam olsun, imamların atasına, nübüvvətin (xalis) dostuna (himayəçisinə), Peyğəmbərin xüsusi qardaşına! Salam olsun, imanın rəhbərinə və əməllərin ölçü meyarına!...» («Məfətihulcinan», əmirəl-möminin Əlinin (ə) 4-cü ziyarətnaməsi. Şeyx Abbas Qumi bu hədisi mərhum Nurinin «Müstədrəkul-vəsail» əsərindən nəql etmişdir.)

    Gördüyünüz kimi, imam Zeynəlabidin (ə) bu ziyarətnamədə Əlini (ə) «mizanul-ə`mal (əməllərin ölçü meyarı)» adlandırmışdır. Buradan məlum olur ki, qiyamət günü tərəzi deyildikdə dünyadakı tərəzilər nəzərdə tutulmur. O, elə bir ölçü meyarıdır ki, iman əhlinin əməllərinin dəyər və zənginliyi onunla təyin olunacaq. Çünki Əli (ə) həzrət Muhəmmədə (s.ə.a. s) iman gətirənlərin ən birincisi olmuşdur. Ona görə də, insanların əməlləri o həzrətin əməlləri ilə müqayisədə dəyər tapacaq. Məsələn, insanların ədalət və əxlaqı, ibadət və itaəti, şücaət və qorxmazlığı, iman və cihadı o həzrətdə olan həmin keyfiyyətlərlə ölçüləcək.

    Burada belə bir sual meydana çıxır: nə üçün islam ümmətinin əməli Peyğəmbərin (s.ə.a. s) əməlləri ilə deyil, Əlinin (ə) əməlləri ilə müqayisə olunur? Cavab olaraq qeyd etməliyəm ki, iman əhlinin əməlləri Peyğəmbərin əməlləri ilə deyil, o həzrətə, Qurana və islama ilk iman gətirən şəxsin əməli ilə müqayisə olunmalıdır. Çünki müsəlmanlar peyğəmbər deyillər ki, onların əməlləri peyğəmbərin əməli ilə ölçülsün. Onlar peyğəmbərin ümməti hesab olunduqları üçün etdikləri əməllər o həzrətin ümməti arasında ən üstün şəxs olan Əlinin (ə) əməlləri ilə ölçülməlidir. Əli (ə) dünyada Peyğəmbərdən sonra islam ümmətinə əmir və rəhbər olduğu kimi axirətdə də onların əməllərinin ölçü meyarı olacaq. İslam peyğəmbərinin əməllərinə gəlincə, digər peyğəmbərlərin əməlləri o həzrətin əməlləri ilə müqayisə oluna bilər.

    Bir sözlə, qiyamət günü insanların əməlləri haqq-ədalətlə ölçüləcək. Bəzi müfəssirlərin fikrinə əsasən isə haqq-ədalət sözündə məqsəd hər bir əməlin mükəmməl nümunəsi olacaq ki, insanların əməlləri həmin nümunə ilə müqayisə olunacaq. Hər hansı əməl ona yaxın olduğu qədər dəyər tapacaq, ondan uzaq olduğu qədər dəyərsiz sayılacaq.

  • 7:9

    وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَـٰئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُم بِمَا كَانُوا بِآيَاتِنَا يَظْلِمُونَ
    ‌Wa Man ḫaffat Mawāzīnuh‍‍u Fa'‍‍ū‍‍l‍‍ā‍‍'ika A‍‍l-La‍ḏ‍ī‍‍na ḫasir‍‍ū 'A‍‍n‍‍fusahu‍‍m Bimā Kānū Bi'‍‍ā‍‍yātinā Yaẓlim‍‍ū‍‍n‍‍a
    Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!
  • 7:10

    وَلَقَدْ مَكَّنَّاكُمْ فِي الْأَرْضِ وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ  ۗ قَلِيلًا مَّا تَشْكُرُونَ
    ‌Wa Laqa‍‍d Makka‍‍nn‍‍āku‍‍m A‍‍l-'Arḍi Wa Ja`alnā Laku‍‍m Fīhā Ma`āyi‍ša Qalīlāa‍‍n Mā Ta‍škur‍‍ū‍‍n‍‍a
    Həqiqətən, sizə yer üzündə imkan və (onun bəxşişlərindən istifadə) qüdrət(i) verdik və sizin üçün yaşayış vasitələri hazırladıq, amma siz çox az şükr edirsiniz.

    İblislə mübarizə (ayə:10-17)

    Mütəal Allah bu surənin 3-cü ayəsində kafirlərə müraciət edərək buyurur: «Sizə Rəbbiniz tərəfindən nazil olana tabe olun. Allahdan başqasını özünüzə rəhbər seçməyin!» 10-cu ayədə isə buyurur: «And olsun ki, sizə yer üzündə yaşamaq üçün Biz imkan yaratdıq (qüdrət verdik). Bunun üçün bir çox şərait (su, hava, torpaq, bitkilər, heyvanlar və s.) yaratdıq. Siz nə az şükür edənlərsiniz?!»

    11-ci ayədə Mütəal Allah Adəm övladına verdiyi nemətləri xatırladaraq buyurur: «Biz sizi (atanız Adəmin sülbündə) yaratdıq. Sizə (analarınızın rəhmində) surət verdik (kimini ağ, kimini qara, kimini hündür, kimini bəstəboy, kimini göyçək, kimini də adi bir surətdə yaratdıq). Sonra mələklərə: „Adəmə səcdə edin!“ deyə əmr etdik. İblisdən başqa hamısı səcdə etdi. Amma o, səcdə edənlərdən olmadı.»

    Bildiyimiz kimi, İblis (Allahın ona lənəti olsun) Adəmə səcdə etmədiyinə görə Rəbbinin dərgahından qovulmadı. Çünki Adəmə səcdə etməmək elə bir günah deyil ki, ona görə həmişəlik Allah dərgahından qovulsun. Əslində o, Mütəal Allahın əmrindən çıxdığına görə cənnətdən qovuldu. O, güman edirdi ki, Mütəal Allah Adəmlə onu nədən xəlq etdiyini, hansının hansından üstün olduğunu bilmir.

    Bəzi şəxslər insanların zehnində şübhə yaratmaq məqsədilə, yaxud nadanlıq ucbatından deyirlər: «Namaz qılmamaq nə olan şeydir ki, Allah ona görə bəndələrini cəhənnəmə aparsın?» Daha bilmirlər ki, insan namaz qılmamaqla elə böyük ziyana uğrayır ki, onun yerini heç bir şeylə doldurmaq olmur. Təbii ki, özünə, ailəsinə, nəslinə belə xəsarət yetirən şəxs cəzalanmalıdır. Çünki Allaha ibadət etməyin nə qədər xeyri varsa, ibadət etməməyin də bir o qədər ziyanı vardır. İblis təkəbbür göstərərək Allahın əmrindən çıxdığına görə uca və ali məqam olan cənnətdən çıxarıldı. Onun cənnətdən çıxması ölümə bərabər idi. Ona görə də, Allahdan qiyamətə qədər yaşamaq üçün möhlət istədi. İblisin qiyamətədək möhlət almaqda hədəfi Adəm övladını azdırmaq, onları Allah dərgahından uzaqlaşdırmaq idi. Mütəal Allah isə ona söylədi: «İnnəkə minəl-munzarin Sən möhlət verilmişlərdənsən.» Başqa ayələrdə isə buyurur: «Fə innəkə minəl-munzarinə ilə yaumil-vaqtil-mə`lum Sənə qiyamətə qədər deyil, müəyyən vaxta (insanların dünyalarını dəyişmələrinə qədər) möhlət verildi (həmin vaxta qədər onları azdıra bilərsən). («Hicr» surəsi, ayə:38; «Sad» surəsi, ayə:81)

    İblis bu möhləti əldə etdikdən sonra dedi: «Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb (cənnətdən) çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam (və onları azdıracağam). Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən.»

    Bağışlamaq üstünlükdür

    Mərhum Əli ibn İbrahim Qummi imam Sadiqdən (ə) nəql edir ki, o həzrət buyurub: «İblis Allah dərgahından (cənnətdən) qovulduqdan sonra dedi: İlahi, Sən ədalət sahibisən. Heç kəsə zülm etməzsən. Məni dərgahından qovdun. Etdiyim ibadətlərin savabı puç oldumu? Allah təala buyurdu: xeyr, puç olmayıb, amma həmin savabın qarşılığında Məndən dünya işlərindən nə istəsən, dilə verim! İblisin dünya işlərindən ilk istəyi (ölməmək) qiyamətə qədər yaşamaq oldu. Mütəal Allah buyurdu: onu sənə verdim.
    İblis dedi: dünyada Adəm övladına qalib gəlim. Allah təala buyurdu: səni onlara qalib etdim.
    O dedi: mənə icazə ver ki, onların damarlarında qanın cərəyan etdiyi kimi gəzim.
    Allah buyurdu: icazə verdim.
    Dedi: onlara bir övlad verdikdə mənə iki övlad ver. Mən onları görüm, onlar isə məni görməsinlər. Onları aldatmaq üçün istədiyim cildə girə bilim.
    Allah buyurdu: onları da verdim.
    Dedi: ey Rəbbim, bu üstünlükləri mənim üçün bir az da artır.
    Buyurdu: onların qəlblərini sənə və zürriyyətinə vətən qərar verdim.
    İblis bunu eşitdikdə razı qalaraq dedi: bu qədər kifayətdir.
    İblis (bu qədər istəklərini əldə etdikdən) sonra (özünü yenə də bədbəxt hiss edərək) dedi: fə bi`izzətikə ləuğviyənnəhum əcmə`inə illə `ibədəkə minhumul-muxləsin — (Ey Rəbbim! Adəmə səcdə etməməyim bədbəxtliyimə səbəb olduğuna görə) izzətinə and olsun ki, mən də Sənin xalis bəndələrindən başqa onun övladlarının hamısını azdırıb bədbəxt edəcəyəm.» («Təfsiri-Qummi», «Sad» surəsi, 82-ci ayənin şərhi)

    Burada mühüm bir mətləbə diqqət yetirmək lazımdır: şeytan Adəm övladından intiqam almaqla, onları bədbəxt etməklə yenə də xoşbəxtlik əldə edə bilmədi. Əgər o, Adəm və Həvva kimi etdiyi xətaya görə tövbə edərək Allahdan bağışlanmaq diləsəydi, həm Allahın rəhmətinə nail olar, həm də özü və zürriyyəti yer üzündə Adəm və övladları ilə sülhlə yaşayardı. Ona görə də, biz insanlar gərək bizə qarşı zülm və hörmətsizlik edənlərdən intiqam almağa çalışmayaq. Onları bağışlamağa səy göstərək. Əgər kimsə pislik edən şəxsdən intiqam aldıqda fərəhlənərək ləzzət alırsa, bilsin ki, onu bağışlamağın ləzzəti ondan da çoxdur. Hətta bu iki ləzzət müqayisə olunmayacaq dərəcədə bir-birindən fərqlənir. Məşhur bir rəvayətdə əmirəl-möminin Əlidən (ə) nəql olunmuşdur ki, o həzrət buyurub: «Bağışlamaqda olan ləzzət intiqam almaqda yoxdur.»

    Bu haqda əlinizdəki təfsirin birinci cildində «Nurla zülmətin mübarizəsi» mövzusunda Cabir ibn Abdullahdan nəql olunmuş hədisə nəzər sala bilərsiniz. Həmin hədisdən məlum olur ki, aləmləri yaradan Rəbbimiz İblisə insanları azdırmaq üçün möhlət verdiyi kimi, insanlara da ağıl qüvvəsini bəxş etmiş, onlara peyğəmbərlər və səmavi kitablar göndərmişdir ki, şeytan onlara qalib gələ bilməsin, ulu Tanrı hətta günaha yol verənlərə tövbə edib Allah yoluna qayıtmaq imkanı da yaradıb.

    İradəli insanların nəzərinə!

    Xatırladım ki, şeytan, adətən, zəif insanları deyil, iman əhlini, möhkəm əqidə və iradəyə malik olanları aldatmağa çalışar. Çünki zəif insanlar adi bir şeylə tez bir zamanda aldanarlar. Zürarə deyir: «Mən imam Baqirdən (ə) «Sənin düz yolunun üstündə oturacağam» ayəsinin mənasını soruşduqda o həzrət buyurdu: «Yə Zuraratu, innəmə amədə ləkə va liəshabik. Va əmməl-əxarunə fəqad fərağa minhum — Ey Zürarə, həqiqətən də, İblisin niyyəti səni və sənin kimi möminləri aldatmaqdır. Qalanlarından (digər əqidələrə qulluq edənlərdən) isə əl çəkmişdir (onları artıq aldatmışdır).» («TəfsiriƏyyaşi», c.2, s.13, hədis:7; «əl-Bürhan», c.2, s.5, hədis:1, 4)

    İmam (ə) bu sözlə Zürarəyə bildirmək istəyir ki, İblis sizin kimi iman əhlini, din xadimlərini və Əhli-beytin (ə.s) məktəbində dərs oxuyanları aldatmağa səy göstərər. Çalışın ki, ona aldanmayasınız!

    Mərhum İbnuşşeyx özünün «əl-Məcalis» əsərində imam Rzadan (ə) rəvayət edir ki, o həzrət buyurub: «İnnə İblisə kənə yə`til-ənbiyəə min lədun Ədəmə ilə ən bə`asəllahul-Məsih. Yətəhaddəsu `indəhum va yəs`əluhum va ləm yəkun biəhadin minhum əşəddu unsən minhu bi Yəhyəbni Zəkəriyyə. Fəqalə ləhu Yəhyə: ... həl zafərtə bi sə`atən qattu? Qalə: lə va ləkin fikə xislətun tu`cibuni. Qalə Yəhyə: fə mə hiyə. Qalə: əntə raculun əkulun. Fə izə əftartə əkəltə va bəşəmtə fə yəmnə`ukə zəlikə min bə`zi salətikə va qiyəmikə bil-leyl... — İblis həzrət Adəmin dövründən həzrət İsa peyğəmbərlik məqamına çatanadək peyğəmbərlərin yanına gəlib onlarla danışar, bəzi sözlər soruşardı. O, ən çox həzrət Yəhya ilə ünsiyyət yaratmışdır. ...Bir gün həzrət Yəhya İblisdən soruşdu: heç indiyədək mənə qalib gəlmisənmi? İblis dedi: xeyr, mən heç vaxt sənə qalib gələ bilməmişəm. Lakin səndə bir xislət vardır ki, mənim ondan xoşum gəlir. Həzrət Yəhya soruşdu: o hansı xislətdir? İblis dedi: sən çox yeyirsən. İftar etdikdə doyanadək yeyirsən. Bu, sənin bəzi namazları qılmağına və gecə oyaq qalıb ibadət etməyinə mane olur. Həzrət Yəhya İblisin bu sözünü eşitdikdə söylədi: mən Allahla öz aramda əhd bağlayıram ki, ölənədək bir daha doyunca yemək yeməyəm. İblis bu sözdən xoşlanmayaraq dedi: mən də Allahla əhd bağlayıram ki, heç bir müsəlmana nəsihət verməyim.

    O gündən bəri şeytan həzrət Yəhyadan ayrılaraq bir daha o həz-
    rətin yanına getmədi.»

    Peyğəmbərdən (s.ə.a. s) rəvayət olunub ki, o həzrət buyurub: «İnnəş-şeytanə yəcri min ibni Ədəmə məcrad-dəm, fəzayyiqu məcəriyəhu bil-cu` Həqiqətən də, şeytan Adəm övladının qan damarlarında gəzər. Çalışın aclıqla (az yeməklə), onun gəzdiyi damarları daraldasınız.»

    Gördüyünüz kimi, Mütəal Allah 17-ci ayədə İblisin Adəm övladını necə azdıracağından bəhs edir. Şeytan həmin ayədə deyir: «Mən onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm.»

    Mərhum Təbərsi imam Baqirdən (ə) bu ayənin təfsiri haqqında nəql edir ki, o həzrət buyurub: «Qarşılarından gələrəm» cümləsinin mənası axirət gününün haqq-hesabını onlara yüngül göstərərəm (ki, onlar da günah etməkdən qorxmasınlar), «arxalarından gələrəm» ifadəsinin mənası onlara var-dövlət yığmağı, həmin malın xüms, zəkat və sədəqəsini verməyib övladlarına saxlamalarını əmr edərəm, sağlarından gələrəm cümləsinin mənası onları din adı ilə azdırar və əqidələrində şübhə yaradaram, müxtəlif təriqətlərə, pis yollara üz tutmağı onlara bəzəkli göstərərəm, sollarından gələrəm cümləsinin mənası isə onları dünya ləzzətlərini sevməyə, şəhvətə uymağa təşviq edərəm deməkdir. («Məcməul-bəyan», c.4, s.404)

  • 7:11

    وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ لَمْ يَكُن مِّنَ السَّاجِدِينَ
    ‌Wa Laqa‍‍d ḫala‍‍q‍‍nāku‍‍m ṯ‍u‍‍mm‍‍a ṣawwarnāku‍‍m ṯ‍u‍‍mm‍‍a Qulnā Lilmal‍‍ā‍‍'ikati A‍‍sjudū Li'dama Fasajad‍‍ū 'Ill‍‍ā 'I‍‍b‍‍l‍‍ī‍‍sa La‍‍m Yaku‍‍n Mina A‍‍s-Sājid‍‍ī‍‍n‍‍a
    Şübhəsiz, Biz sizi(n ulu babanız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqlardan ) yaratdıq, sonra həmin maddəni siz insanların şəklində surətlərə ayırdıq, sonra (ona ruh üfürəndən sonra) mələklərə dedik: «Adəmə səcdə edin». Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdilər, o isə səcdə edənlərdən olmadı.
  • 7:12

    قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ  ۖ قَالَ أَنَا خَيْرٌ مِّنْهُ خَلَقْتَنِي مِن نَّارٍ وَخَلَقْتَهُ مِن طِينٍ
    Q‍‍ā‍‍la Mā Mana`aka 'Allā Tasjuda 'I‍ḏ 'Amartuka Q‍‍ā‍‍la 'Anā ḫayru‍‍n Minhu ḫala‍‍q‍‍tanī Mi‍‍n N‍‍ā‍‍r‍‍i‍‍n Wa ḫala‍‍q‍‍tah‍‍u Mi‍‍n ṭ‍‍ī‍‍n‍‍in
    Allah buyurdu: «Sənə əmr etdiyim zaman, səcdə etməməyinə nə mane oldu?» Dedi: «Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır).
  • 7:13

    قَالَ فَاهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَاخْرُجْ إِنَّكَ مِنَ الصَّاغِرِينَ
    Q‍‍ā‍‍la Fāhbi‍‍ṭ Minhā Famā Yak‍‍ū‍‍nu Laka 'A‍‍n Tatakabbara Fīhā Fā‍ḫru‍‍j 'I‍‍nn‍‍aka Mina A‍‍ṣ-ṣā‍ġi‍‍r‍‍ī‍‍n‍‍a
    Buyurdu: «Belə isə, oradan (Cənnətdən, ya səmadan, ya mələklərin arasından, ya o məqam və rütbədən) aşağı en! Çünki sənə orada təkəbbürlük etmək yaramaz. Beləliklə, oradan xaric ol ki, şübhəsiz, sən alçaq və xar edilmişlərdənsən».
  • 7:14

    قَالَ أَنظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
    Q‍‍ā‍‍la 'A‍‍n‍‍ẓi‍‍r‍‍n‍‍ī 'Ilá Yawmi Yu‍‍b‍‍`a‍ṯ‍ū‍‍n‍‍a
    Dedi: «Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)».
  • 7:15

    قَالَ إِنَّكَ مِنَ الْمُنظَرِينَ
    Q‍‍ā‍‍la 'I‍‍nn‍‍aka Mina A‍‍l-Mu‍‍n‍‍ẓa‍‍r‍‍ī‍‍n‍‍a
    Buyurdu: «Həqiqətən, sən möhlət verilənlərdənsən».
  • 7:16

    قَالَ فَبِمَا أَغْوَيْتَنِي لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ
    Q‍‍ā‍‍la Fabim‍‍ā 'A‍ġwaytanī La'a‍‍q‍‍`uda‍‍nn‍‍a Lahu‍‍m ṣirāṭaka A‍‍l-Mustaq‍‍ī‍‍m‍‍a
    Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam».
  • 7:17

    ثُمَّ لَآتِيَنَّهُم مِّن بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَن شَمَائِلِهِمْ  ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ
    ṯ‍u‍‍mm‍‍a La'‍‍ā‍‍tiya‍‍nn‍‍ahu‍‍m Mi‍n‍ Bayni 'Aydīhi‍‍m Wa Min ḫalfihi‍‍m Wa `An 'Aymānihi‍‍m Wa `A‍‍n šam‍‍ā‍‍'ilihi‍‍m Wa Lā Tajidu 'Ak‍ṯarahu‍‍m šāki‍‍r‍‍ī‍‍n‍‍a
    «Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükr edən görməyəcəksən».
  • 7:18

    قَالَ اخْرُجْ مِنْهَا مَذْءُومًا مَّدْحُورًا  ۖ لَّمَن تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكُمْ أَجْمَعِينَ
    Q‍‍ā‍‍la A‍‍ḫru‍‍j Minhā Ma‍ḏ'‍‍ū‍‍māa‍‍n Ma‍‍d‍‍ḥūrāa‍‍n Lama‍‍n Tabi`aka Minhu‍‍m La'a‍‍m‍‍la'a‍‍nn‍‍a Jaha‍‍nn‍‍ama Mi‍‍n‍‍ku‍‍m 'A‍‍j‍‍ma`‍‍ī‍‍n‍‍a
    Buyurdu: «Buradan məzəmmət olunmuş və qovulmuş halda çıx! Şübhəsiz, onlardan kim sənə tabe olsa, Cəhənnəmi sizin hamınızla dolduracağam».
  • 7:19

    وَيَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَـٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ
    ‌Wa Y‍‍ā‍‍'‍‍ā‍‍damu A‍‍skun 'A‍‍n‍‍ta Wa Zawjuka A‍‍l-Ja‍‍nn‍‍ata Fakulā Min ḥay‍ṯu ši'tumā Wa Lā Ta‍‍q‍‍rabā Ha‍ḏihi A‍‍š-‍šajarata Fatakūnā Mina A‍‍ẓ-ẓālim‍‍ī‍‍n‍‍a
    Ey Adəm, sən və zövcən bu Cənnətdə (yer üzündə onlar üçün yaradılmış bağda, ya Bərzəx aləminin Cənnətində, ya Qiyamətdən sonrakı əsil Cənnətdə) məskunlaş, istədiyiniz yerdən yeyin (bəhrələnin) və bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız».
  • 7:20

    فَوَسْوَسَ لَهُمَا الشَّيْطَانُ لِيُبْدِيَ لَهُمَا مَا وُورِيَ عَنْهُمَا مِن سَوْآتِهِمَا وَقَالَ مَا نَهَاكُمَا رَبُّكُمَا عَنْ هَـٰذِهِ الشَّجَرَةِ إِلَّا أَن تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ الْخَالِدِينَ
    Fawaswasa Lahumā A‍‍š-‍šayṭ‍‍ā‍‍nu Liyu‍‍b‍‍diya Lahumā Mā Wū‍‍r‍‍iya `Anhumā Mi‍‍n Saw'‍‍ā‍‍tihimā Wa Q‍‍ā‍‍la Mā Nahākumā Rabbukumā `An Ha‍ḏihi A‍‍š-‍šajarati 'Ill‍‍ā 'A‍‍n Takūnā Malakayni 'Aw Takūnā Mina A‍‍l-‍ḫālid‍‍ī‍‍n‍‍a
    Beləliklə, Şeytan, bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək üçün o ikisinə vəsvəsə etdi və dedi: «Rəbbiniz bu ağacı sizə yalnız iki mələk olmamağınız ya (burada) əbədi qalanların zümrəsində olmamağınız üçün qadağan etmişdir».

«Ə`raf» surəsinin fəziləti

Tarixşünasların və bir çox müfəssirlərin qeyd etdiklərinə əsasən, bu mübarək surə 163-cü ayədən 170-ə qədərki ayələri istisna edilməklə hamısı Məkkədə nazil olmuşdur. Bu surə 206 ayədən ibarətdir.

Mərhum İbn Babəveyh mötəbər sənədlərlə Əbu Bəsirdən, o da imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Mən qaraə suratəl-Ə`rafi fi kulli şəhrin kənə yauməl-qiyəməti minəl-ləzinə lə xaufun aleyhim va lə hum yəhzənun... — Hər kəs bu surəni hər ay oxusa (onun ayələrini təsdiq edərək onlara əməl etməyə çalışsa, dəhşətindən hamının qorxduğu) qiyamət günü o, heç bir qorxusu və hüznü olmayan kəslərdən olar...

Sonra imam Sadiq (ə) sözünə davam edərək buyurdu: əmə innə fihə əyən muhkəmətən fə lə tədə`u qiraətəhə va tiləvatəhə val-qiyəmə bihə fə innəhə təşhədu yauməl-qiyəməti limən qaraəhə `ində Rabbihi — Bilin və agah olun ki, bu surədə möhkəm (mənası aşkar, hökmü ləğv olunmayan) ayələr vardır. Ona görə də, bu surənin qiraətini, tilavətini və onun ayələrinə əməl etməyi tərk etməyin. Çünki bu surə qiyamət günü öz Rəbbinin dərgahında onu oxuyan (və əməl etməyə çalışan) şəxs barədə şəhadət verəcək.» («əl-Bürhan», c.2, s.1, hədis:1; «Nurus-səqəleyn», c.2, s.1, hədis:1)

Baxmayaraq ki, bu surə əlimizdəki Quranda tərtib baxımından «Ən`am» surəsindən sonra qeyd olunub, bəzi ayələrə diqqət etsək, görərik ki, o, Peyğəmbərə «Ən`am» surəsindən öncə nazil olmuşdur. Çünki bu surədə Mütəal Allah bəzi elə hökmlərə qısa şəkildə toxunur ki, həmin hökmləri «Ən`am» surəsində geniş şəkildə bəyan edir. Əhkamın tədrici olduğunu nəzərə aldıqda məlum olur ki, «Ə`raf» surəsi «Ən`am» surəsindən əvvəl nazil olmuşdur.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi