6-ci ayə 165-dən
Dinləmək
Əsli
أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا السَّمَاءَ عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا الْأَنْهَارَ تَجْرِي مِن تَحْتِهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَنشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ
Transliterasiya
'Ala‍‍m Yaraw Ka‍‍m 'Ahlaknā Mi‍‍n Qa‍‍b‍‍lihi‍‍m Mi‍‍n Qarni‍‍n Makka‍‍nn‍‍āhu‍‍m A‍‍l-'Arḍi Mā La‍‍m Numakki‍‍n Laku‍‍m Wa 'Arsalnā A‍‍s-Sam‍‍ā‍‍'a `Alayhi‍‍m Mi‍‍d‍‍rārāa‍‍n Wa Ja`alnā A‍‍l-'Anh‍‍ā‍‍ra Ta‍‍j‍‍r‍‍ī Mi‍‍n Taḥtihi‍‍m Fa'ahlaknāhu‍‍m Bi‍ḏunūbihi‍‍m Wa 'A‍‍n‍‍ša'nā Mi‍n‍ Ba`dihi‍‍m Qarnāan '‍‍Ā‍‍ḫa‍‍r‍‍ī‍‍n‍‍a
Mirzə Əli Meşkini
Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş və çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə də Biz günahlarının cəzası olaraq onları həlak etdik və onlardan sonra digər bir toplum vücuda gətirdik.
Əltafur-Rəhman

Həlak olmağın səbəbi (ayə:6)

Bu ayələrdən öncəki üç ayədə aləmləri yaradan Rəbbimiz öz vəhdaniyyətinə (tövhidə) və məada (qiyamətə) işarə etdi. Bu ayədə isə nübüvvət məsələsinin həzrət Muhəmmədin (s.ə.a. s) haqq olması barədə söhbət edir. Məkkə müşrikləri varlı-imkanlı olduqları üçün özlərini çox üstün tuturdular. Buna görə də, onlar haqdan üz çevirib Allah kəlamına baş əymirdilər. Mütəal Allah onları təhdid edərək buyurur: «Onlar özlərindən öncə neçə-neçə ümmətləri həlak etdiyimizi görmədilərmi? Biz bunlara (Məkkəlilərə) vermədiyimiz imkanları onlara (əvvəlki qövmlərə) vermişdik (bununla yanaşı, onlar tüğyan etdikləri üçün əzaba düçar oldular). Biz onlara (əzab vermək üçün) göydən bol yağış göndərmiş, (evlərinin, saraylarının və bağçalarının) altından çaylar axıtmışdıq. Nəticədə onları günahlarına
görə məhv etdik və yerlərinə başqa ümmətləri gətirdik.»

Ayədə zikr olunan «fəəhləknəhum bizunubihim» cümləsindən məlum olur ki, günah etmək (vacib əməlləri tərk edib haram işləri görmək) insanların həlak olmasına səbəb ola bilər. Həlak olmaq bəzən bir anda kütləvi şəkildə, bəzən də tədricən (ömürlərin azalması, müxtəlif xəstəliklərə düçar olmaq, avtomobil toqquşması və s. vasitələrlə) baş verər. Sual oluna bilər ki, bəs günah əhli olmayan bəzi şəxslərin avtomobil qəzalarına düçar olmalarının səbəbi nədir? Cavab olaraq qeyd etməliyəm ki, bu, yol qaydalarına riayət edilməməsinə, sürət həddinin aşılmasına, yaxud da diqqətsizliyə yol verildiyinə görə baş verir.

Ayədəki «qərn» sözünün mənası

Bu söz həm «müəyyən müddəti əhatə edən zaman» mənasında, həm də «həmin zamanda yaşayan qövm və ümmət» mənasında işlənir. Bəzi rəvayətlərə əsasən, hər peyğəmbərin dövründə yaşayan ümmətə «qərn (eyni peyğəmbərin zamanında yaşayan ümmət)» deyilir. «Qərn» sözü zaman baxımından bəzi tədqiqatçıların fikrinə əsasən, 70 ili, bəzilərinə görə 80, bəzilərinə görə isə yüz ili əhatə edir. Bu söz müəyyən bir qövm, ümmət mənasını bildirdikdə isə eyni əsrdə yaşayan insanlar mənasını daşıyır. Bildiyimiz kimi, yaşadığımız dövrdə insanların ömrü 70, 80, yaxud yüz il arasında dəyişir. Buna görə də, «qərn» deyildikdə əsasən yüz il nəzərdə tutulur. Yəni, yüz il ərzindəki bir nəsil. Ona görə də, Mütəal Allah buyurur: «Biz onları günahlarına görə məhv etdik və yerlərinə başqa qərnləri (ümmətləri, nəsilləri) gətirdik.»

Bu ayədən məlum olur ki, keçmiş dövrlərdə bəzi peyğəmbərlərin ümmətləri onlara qarşı çıxdıqlarına və haqqı qəbul etmədiklərinə görə, hamılıqla həlak olmuşlar. Necə ki, həzrət Nuhun (ə.n. a.ə) qövmü göydən yağış yağması və yerdən su çıxması vasitəsilə həlak oldular. Halbuki, Nuh peyğəmbərin ümməti Məkkədə yaşayan kafirlərdən daha çox qüdrətli və imkanlı idilər.

6-cı ayəyə diqqət yetirdikdə görürük ki, Allah təala Məkkə əhlindən əvvəl yaşayan ümmətlərin bəzisinin onlardan həm maddi baxımdan imkanlı olduğunu, həm də yaşadıqları yerin Məkkə ilə müqayisədə çox abad, yaşıllıq, bol yağışların yağdığı və çoxlu çayların axdığı bir yer olduğunu vurğulayaraq buyurur: «Onlar özlərindən öncə neçə-neçə ümmətləri həlak etdiyimizi görmədilərmi (bilmədilərmi)? Biz bunlara (Məkkəlilərə) vermədiyimiz imkanları onlara (əvvəlki qövmlərə) vermişdik. Biz onlara göydən bol yağış göndərmiş, (evlərinin, saraylarının və bağçalarının) altından çaylar axıtmışdıq. (Bununla yanaşı) onlar tüğyan etdikləri (din və şəriəti inkar etdikləri, peyğəmbərlərinə qarşı çıxıb Allahın buyurduqlarına tabe olmadıqları) üçün həlak oldular.»

Həzrət Muhəmməd (s.ə.a. s) ona nazil olan ayələri kafirlərə kağız üzərindən deyil, əzbərdən oxuyurdu. Kafirlər o həzrətin oxuduğu ayələrə qarşı çıxır və onlara istehza edirdilər. Mütəal Allah 7-9-cu ayələrdə buyurur: «(Ey mənim Rəsulum!) Əgər Biz sənə kağız üzərində yazılı kitab nazil etsək, kafirlər də ona əlləri ilə toxunsalar belə, onlar (sənə yenə də iman gətirməyərək): «Bu, açıq-aşkar bir sehrdir» deyərlər. Və onlar: «(Əgər bu peyğəmbərdirsə) nə üçün onu təsdiq etmək üçün bir mələk gəlmir?» deyərlər. (Amma onlar bilmirlər ki) Biz (peyğəmbərlə yanaşı, onu təsdiq edən) bir mələk nazil etsəydik (kafirlər onu da inkar etsəydilər), daha iş tamamlanardı (əzab nazil olardı). Belə olduqda, onlara hətta tövbə etməyə də macal verilməzdi (dərhal həlak olardılar).

Əgər Biz onu (Peyğəmbəri) mələk qərar versəydik (yaxud mələkdən bir peyğəmbər göndərsəydik), həmin mələyi yenə də insan şəklinə salıb göndərərdik (ki, onlara uyğun olsun) və (həmin mələyi göndərməklə) onları bir daha (əvvəl) düşdükləri şübhəyə salardıq (onlar da həmin mələyin peyğəmbər olmasına şübhə edərək onu inkar edərdilər. Ya Peyğəmbər, ona görə də, yaxşısı budur ki, onlar sənə iman gətirib nazil etdiyimiz Kitabın haqq olduğunu təsdiq etsinlər.)

Allah lütf göstərməyi Özünə vacib etmişdir

Peyğəmbəri təsdiq etmək üçün mələyin nazil olmaması Mütəal Allahın lütfündən irəli gəlir. Çünki əgər mələk nazil olub Peyğəmbəri təsdiq etsəydi və kafirlər hətta mələyin də sözünə inanmasaydılar, əzab nazil olar, hamılıqla həlak olardılar. Allah istəmirdi ki, onlar həlak olsunlar. Çünki, O, əvvəla, islam ümmətini hamılıqla həlak etmək üçün bəla nazil etməyəcəyini Peyğəmbərə vəd etmişdi. İkincisi isə Allah bilirdi ki, həmin kafirlərin sülbündən bəzi möminlər dünyaya gələcəklər. Ona görə də, onları kütləvi şəkildə həlak etmədi. Odur ki, təfsirini yazdığıımız ayədə buyurulur: «Əgər Biz mələk nazil etsəydik, onlar həmin mələyi də inkar etsəydilər, iş tamamlanar, (hamılıqla həlak olar, daha yaşamağa da) fürsət tapmazdılar (ki, onlardan nəsil törəyərək iman əhli dünyaya gəlsin).»

Deməli, onların nəslindən iman əhlinin dünyaya gəlməsi ulu Tanrının lütf göstərməyi Özünə vacib etməsi sayəsində baş verir.

Mütəal Allah 10-cu ayədə Peyğəmbərə təskinlik verərək buyurur: «And olsun ki, səndən öncə göndərilmiş peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Həmin ümmətlərdən peyğəmbərlərinə məsxərə edənləri məsxərə etdikləri əzab əhatə etmişdir (kafirlər Nuh peyğəmbərin: „İman gətirməsəniz, sizə əzab nazil olar“ sözünü məsxərəyə qoyduqlarına görə, əzab onları əhatə etmişdi. Lut peyğəmbərin: „Günah etməyin, yoxsa əzab nazil olar və hamılıqla həlak olarsınız“ sözünə istehza etdiklərinə görə, əzab onları əhatə etmiş və bütünlüklə məhv olmuşdular.)»

Mütəal Allah 11-ci ayədə buyurur: "(Ya Peyğəmbər!) Onlara de: (ey kafirlər, mən sizə Allahın buyurduqlarını çatdırıram, onları təkzib etməyin, yoxsa sizə əzab nazil olar. Əgər buna inanmırsınızsa) yer üzünü (müxtəlif ölkələri və şəhərləri) seyr edin, (görün peyğəmbərləri) təkzib edənlərin (din və şəriəti inkar edənlərin) aqibəti necə olmuşdur (necə həlak olmuşdurlar, şəhərləri necə viran qalmışdır)?

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi