- Dinləmək
-
-
Əsli
-
قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً ۖ قُلِ اللَّهُ ۖ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ ۚ وَأُوحِيَ إِلَيَّ هَـٰذَا الْقُرْآنُ لِأُنذِرَكُم بِهِ وَمَن بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَىٰ ۚ قُل لَّا أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَـٰهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ
-
Transliterasiya
-
Qul 'Ayyu šay'in 'Akbaru šahādatan Quli Al-Lahu šahīdun Baynī Wa Baynakum Wa 'Ūḥiya 'Ilayya Hāḏā Al-Qur'ānu Li'nḏirakum Bihi Wa Man Balaġa 'A'innakum Latašhadūna 'Anna Ma`a Al-Lahi 'Ālihatan 'Uḫrá Qul Lā 'Ašhadu Qul 'Innamā Huwa 'Ilahun Wāḥidun Wa 'Innanī Barī'un Mimmā Tušrikūna
-
Mirzə Əli Meşkini
-
(Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən kafirlərə) de: «Şahidlik baxımından nə daha böyükdür?» De: «Allah mənimlə sizin aranızda şahiddir və bu Quran mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?» De: «Mən şəhadət vermirəm». De: «Həqiqətən, O, tək olan Allahdır və şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam».
-
Əltafur-Rəhman
-
Quran ümumbəşər kitabdır (ayə:19)
Uca Rəbbimiz həzrət Muhəmmədin (s.ə.a. s) peyğəmbərliyini təsdiq etmək üçün mələk nazil etmədi. Çünki mələk göndərilsəydi və kafirlər mələyin də Peyğəmbəri təsdiq etməsini qəbul etməsəydilər, məhv olardılar.
Mütəal Allah bu ayədə həzrət Peyğəmbərə buyurur: «De: (mənim peyğəmbərliyimə) Allahdan daha üstün şahid nə ola bilər? De: Allah mənimlə sizin aranızda ən böyük şahiddir! Bu Quran mənə nazil olmuşdur ki, onun vasitəsilə sizi və sizdən sonra gələnləri (pisliklərdən çəkindirərək cəhənnəm əzabı ilə) qorxudam. (Mən Allahın elçisiyəm! Şəhadət verirəm ki, O, təkdir, şəriki yoxdur!) Siz isə şəhadət verirsiniz ki, Allahla yanaşı, başqa ilahlar da var? Mən sizin dediyinizə şəhadət vermirəm. Mən deyirəm ki, həqiqətən də, O, tək bir Tanrıdır (şəriki yoxdur). Mən sizin şərik qoşduqlarınızdan uzağam.»
Quran ərəb dilində olduğuna görə, bəzi şəxslər iddia edə bilərlər ki, bu müqəddəs kitab digər millətlərə deyil, ərəblərə nazil olmuşdur, onları hidayət etməkdən ötrüdür. Lakin bildiyimiz kimi, bu müqəddəs kitabın əhkamı ümumbəşəri oduğuna görə, Peyğəmbər müxtəlif dillərdə danışan xalqları doğru yola yönəltmək, onları maarifləndirmək üçün ətrafındakılardan savadlı olanları digər ölkələrə göndərirdi ki, Quran ayələrini oxuyub izah edərək onları islam dininə dəvət etsinlər. Necə ki, o həzrət bu dini tanıtdırmaq üçün qeyri-ərəb dilli millətlərə Həbəş, Roma və İran padşahlarına, İbrani dilində danışan yəhudilərə də qasidlər göndərirdi. Bunun nəticəsində Bilal Həbəşi, Salman-Farsi, Süheym Rumi və yəhudilərdən olan Übey ibn Kə`b kimi görkəmli şəxslər islam peyğəmbərinə iman gətirdilər. Gördüyünüz kimi, din və şəriət Allahın buyurduğu əhkam dillə məhdudlaşmayaraq ümumbəşəri qanunlardan ibarət olub bütün bəşəriyyəti hidayət etməkdən ötrüdür.
Mərhum Əli ibn İbrahim əl-Qummi mötəbər sənədlərlə Əbu Caruddan rəvayət edir ki, o deyib: imam Baqirdən (ə) «Qulilləhu şəhidun bəyni va bəynəkum... De ki, mənimlə sizin aranızda ən böyük şahid Allahdır» ayəsi haqqında soruşduqda o həzrət buyurdu: «Zəlikə ənnə muşriki əhli-Məkkətə qalu:... mə nəra əhadən yusaddiqukə bil-ləzi təqul Fə`tinə bimən yəşhədu ənnəkə Rasulullah. Qalə Rasulullah (s): Əllahu şəhidun bəyni va bəynəkum — Peyğəmbərin bu sözü ona görə idi ki, Məkkə əhlinin müşrikləri o həzrətə dedilər Biz sənin peyğəmbərliyini və dediklərinin haqq olduğunu təsdiq edəcək bir şəxs görmürük. Peyğəmbər buyurdu: Allah mənimlə sizin aranızda ən böyük şahiddir (çünki göyləri və yeri yaradan və hər şeydən xəbərdar olan Odur).» («Təfsiri-Qummi», təfsirini yazdığımız ayənin izahında.)
Həmin müəllif rəvayət edir ki, Ömər ibn Xəttab yəhudilikdən dönüb islamı qəbul etmiş Abdullah ibn Səlama dedi: «Siz öz kitabınızda Muhəmmədin (s) peyğəmbərliyinin zikr olunduğunu oxumusunuzmu? O dedi: bəli, and olsun Allaha, biz onun öz Kitabımızda Allahın tərif etdiyi sifətlərlə yad olunduğunu görmüşük. O, bizim aramızda o qədər məşhurdur ki, biz onu insanın öz övladını başqa uşaqların arasında tanıdığı kimi tanıyırıq.» («Təfsiri-Qummi», təfsirini yazdığımız ayənin izahında)
Digər bir rəvayətdə nəql olunmuşdur ki, Abdullah ibn Səlam deyib: and olsun Allaha, Muhəmmədin (s) peyğəmbər olduğuna öz oğlumun mənə aid olmasından daha çox inanıram. Çünki övladım dünyaya gələrkən qadınların nə etdiyindən xəbərim yoxdur (yəni, onların övladımı başqa bir uşaqla dəyişib-dəyişməmələrindən xəbərsizəm. Amma həzrət Muhəmmədin (s) misli yoxdur ki, onun kiminləsə dəyişdirildiyinə şəkk edəsən). («ətTəfsirul-kəbir», Fəxri Razi, c.12, s.179)