Ənam
  • Meisam Vahid Tammar
    image/svg+xml Basmala in Naskh script. Created by baba66, http://de.wikipedia.org, 2006-03-22 License: cc-by-sa/2.0/de and GFDL
    Bağışlayan və mehriban Allahın adı ilə.
  • 6:1

    الْحَمْدُ لِلَّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ  ۖ ثُمَّ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ يَعْدِلُونَ
    Al-ḥa‍‍m‍‍du Lillahi A‍‍l-La‍ḏī ḫalaqa A‍‍s-Samāw‍‍ā‍‍ti Wa A‍‍l-'Arḍa Wa Ja`ala A‍‍ẓ-ẓulum‍‍ā‍‍ti Wa A‍‍n‍‍-N‍‍ū‍‍ra ṯ‍u‍‍mm‍‍a A‍‍l-La‍ḏ‍ī‍‍na Kafarū Birabbihi‍‍m Ya`dil‍‍ū‍‍n‍‍a
    Həmd və səna göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı vücuda gətirən Allaha məxsusdur. (Belə bir əzəmətli yaradılışın zatı tovhidə və bu qüdrətin yalnız Allaha məxsus olmasına dəlalət etməsinə baxmayaraq) kafirlər yenə də Rəbblərinə şərik qoşur və (bütləri Ona) tay tuturlar.

    Allahı tərif etməyin yolları («Ən`am» surəsi, ayə:1)

    Mütəal Allah hansısa bir surədə əhkamı nazil etmək istəsə, həmin surəni tədricən — hissə-hissə nazil edər. Bu, ondan ötrüdür ki, insanlar əhkamı tədricən öyrənsinlər. Lakin təfsirini yazdığımız «Ən`am» surəsi tövhid (Allahın birliyi), nübüvvət (Mütəal Allah tərəfindən gələn peyğəmbərlərin haqq olması) və məad (axirət) haqqında olduğuna görə, həzrət Peyğəmbərə bir yerdə nazil olmuşdur.
    Allah təala Qurani-Kərimin beş surəsini «əlhamdu lilləh» sözü ilə başlamışdır. Onların birincisi «Fatihə» surəsidir. Həmin surədə izzət və cəlal sahibi olan Allah: «Əlhamdu lilləhi Rabbil-aləmin — Aləmlərin rəbbi olan Allaha həmd olsun!» buyuraraq həmd-sənanı özünə həsr edir. Həmin surələrin ikincisi «Ən`am» surəsidir. Bu surə «Əlhamdu lilləhil-ləzi xaləqassəməvati val-ərz Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun!...» ayəsi ilə başlanır. Üçüncüsü, «Kəhf» surəsidir. Bu surənin ilk ayəsində Allah təala buyurur: «Əlhamdu lilləhil-ləzi ənzələ alə abdihil-Kitəbə va ləm yəc`al ləhu `ivacən — Həmd olsun o Allaha ki, Kitabı (Quranı mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi.» Dördüncüsü, «Səbə`» surəsidir. Bu surənin də əvvəlində buyurulur: «Əlhamdu lilləhilləzi ləhu mə fis-səməvati va mə fil-ərz... — Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun!...» Nəhayət, beşincisi «Fatir» surəsidir. Aləmləri yaradan Rəbbimiz bu surəni də: «Əlhamdu lilləhi Fətiris-səməvati val-ərz... — Göyləri və yeri yoxdan yaradan... Allaha həmd olsun! ...» cümləsi ilə başlayır. Lakin «Fatihə» surəsində Allaha edilən həmdin mənası adlarını çəkdiyimiz digər surələrdəki «həmd» kəlməsinin mənası kimi məhdud deyil, onlardan daha üstündür. Çünki «Fatihə» surəsində aləmləri, gözə görünən və görünməyən, ağıla gələn və gəlməyən varlıqları, bütün kainatı yaradan Allaha həmd-səna deyilir. Lakin «Ən`am» surəsində Allaha olan həmd-səna məhdudlaşdırılaraq göyləri, yeri, zülməti və nuru yaradan Allaha, «Kəhf» surəsində bəndəsi həzrət Muhəmmədə (s.ə. a. s) kitab nazil edən Allaha, «Səbə`» surəsində göylərin və yerin hakimiyyəti əlində olan Allaha, «Fatir» surəsində göyləri və yeri yaradıb bəzəyən Allaha həmd deyilir. Qeyd etdik ki, «Fatihə» surəsində deyilən həmd digər surələrdəkindən daha geniş və üstün mənaya malikdir. Ona görə də, Mütəal Allahın nemətlərindən istifadə etdikdə biz digər surələrdəki həmdlərlə deyil, «Fatihə» surəsində olan «əlhamdu lilləhi Rabbil-aləmin» cümləsi ilə Allaha həmd edirik. Çünki bu cümlə ilə həmd oxuduqda sanki digər surələrdə deyilən həmdləri də yerinə yetirmiş oluruq.

    Allahı tərif etmək üçün başqa kəlmələrdən də istifadə etmək olar. Məsələn, «əl-Mədhu lilləh» və ya «əs-sənəu lilləh». Lakin bu kəlmələrin heç biri tərif baxımından «həmd» sözünə çatmaz. Çünki «mədh və səna» kəlmələri ilə biz canlı və cansız varlıqları da tərif edə bildiyimizə görə, Allahı mükəmməl şəkildə tərif etmək istədikdə bu kəlmələri işlətməməliyik. Məsələn, üzüyün qaşı olan firuzə, yaqut və alması təriflədikdə bilirik ki, onların bu gözəllikləri öz ixtiyarlarında deyil. Yaxud tovuz quşunun gözəlliyi onun özündən deyil, bu gözəlliklər onlara Mütəal Allah tərəfindən verilmişdir. Həmçinin «şükr» sözü verilmiş nemətin qarşısında işlənər. Nemət verməyən, xidmət göstərməyən şəxsə təşəkkür olunmaz. Gördüyünüz kimi, «şükr» kəlməsi də xüsusi yerlərdə işlənir. Lakin «həmd» sözü, əvvəla, canlı bir şəxs haqqında, ikincisi isə onun öz ixtiyarı ilə göstərdiyi xidmətlərin müqabilində işlənir. İstər onun gördüyü işlər bizim barəmizdə olsun, istərsə də, digərləri haqqında. Yaxud həmin işlər istər mənfi olsun, istərsə də müsbət. Ona görə, bir şəxs Allaha layiqincə həmd etmək istədikdə belə deyə bilər: Allaha əta etdiyi və rəva bilmədiyi nemətlərə görə həmd olsun! Çünki O, ixtiyar sahibidir, hikmət sahibidir. Bu və digər dəlillərə əsasən, Mütəal Allah bu beş surənin əvvəlində və Quranın bir çox yerində Özünü tərif edərkən «əl-mədh» və «əs-sənə`» deyil, «əlhamdu lilləh» buyurur. Çünki bu söz onların hamısından üstündür.

    Hər bir işdə Allahın Öz məsləhəti var. Əgər Mütəal Allah bir şəxsə bir
    nemət verib digərinə onu verməyibsə, gərək həm nemət verilmiş kəs, həm də verilməyən şəxs Ona həmd etsin. Əlbəttə, kasıbın yoxsulluğuna səbəb gərək özü olmasın, yəni, bu, Allahın təqdiri ilə baş vermiş olsun! Çünki bəzi şəxslərin fəqirliyə düçar olması onların öz əməllərinin — tənbəllik, fəaliyyətsizlik, təhsil almamaq və yaşamağın yolunu bacarmamaq nəticəsində baş verir. Belə bir şəxsin öz yoxsulluğunu «Allahın yazdığı tale» adlandırıb Ona həmd-səna deməsinə heç bir savab verilməz. Çünki o, sanki öz tənbəlliyini, təhsil almamasını və fəaliyyətsiz gəzib-dolanmasını Allaha nisbət verir.

    «Xaləqa» sözü

    Bu sözün mənası «müxtəlif əşyaları bir-birinə yaxınlaşdıraraq birləşdirmək» deməkdir. Məsələn, biz hansısa bir taxtı düzəltmək istəsək, taxtanı müəyyən ölçüdə kəsib onu mismar və digər əşyalarla bir-birinə yaxınlaşdı rıb birləşdiririk. Mürəkkəb bir şeyin tərkib hissələrini bir-birinə yaxınlaşdırıb düzəltməyə «xəlq etmək» deyilir. Ona görə də, uca Allah bu mübarək ayədə buyurur: «Əlhamdu lilləhil-ləzi xaləqas-səməvati val-ərz Həmd
    göyləri və yeri müxtəlif ünsür və maddələrlə yaradan Allaha məxsusdur.»

    «Cə`alə» sözü

    Bu söz «icad etmək», «qərar vermək» mənalarını daşıyır. Diqqət etmək lazımdır ki, zülmət və nur maddi bir şey olsaydı, mübarək ayədə zikr olunan «xaləqa» sözü kifayət edərdi, daha «cə`alə» deməyə ehtiyac qalmazdı. O iki şey mücərrəd anlayış olduğu üçün Mütəal Allah onlar barəsində «cə`alə» sözünü işlətmişdir. Nur vücudi, zülmət isə ədəmi varlıqdır. Yəni, bunların hər hansı biri mövcud olarsa, digəri ola bilməz. Məsələn, işıq yanan yer qaranlıq olmaz, yanmayan yer isə qaranlıq olar. İşıq olmaq üçün lampaya ehtiyac var, qaranlıq olmaq üçün isə başqa bir şeyə ehtiyac yoxdur, lampanı söndürmək kifayət edər. Ona görə də, Qurani-Kərimdə buyurulur: «Əllahu nurus-səməvati val-ərz — Allah göylərin və yerin işığıdır (yəni, göylərə və yerə Allah lazımdır ki, onları işıqlandıraraq zülmətdən xilas etsin).» («Nur» surəsi, ayə:55) Günəş çıxmaqla dünya işıqlanır. Onun batması ilə isə zülmətə qərq olur. Yəni, dünyanın işıqlanması üçün Günəşə ehtiyac var, onun zülmətə batması üçün başqa planetə ehtiyac yoxdur ki, gəlib onu qaranlıq etsin, bunun üçün Günəşin batması kifayət edər. Bunu digər bir ifadə ilə desək, həqiqəti görmək üçün göz lazımdır. Onu görməmək üçün isə başqa bir şeyə ehtiyac yoxdur. Gözün kor olması kifayət edər. Necə ki, Mütəal Allah Quranda buyurur: «Ə fə lə yubsirun — Onlar görmürlərmi?» («Səcdə» surəsi, ayə:27), yaxud «Ə fə lə tubsirun — Görmürsünüzmü?» («Qəsəs» surəsi, ayə:72)

    Bunu da bilməliyik ki, göylərlə yer və zülmətlə nur bütün aləm deyil,
    aləmin bir hissəsi hesab olunur. Göylər və yer Allahın yaratdıqlarıdır ki, onları başqa bir fəzada qərar vermişdir. Bildiyimiz kimi, Allahın ərşi (qüdrətinin genişliyi) aləmlərin hamısını bütün kainatı əhatə edir. Necə ki, Mütəal Allah buyurur: «Vasi`a kursiyyuhus-səməvati val-ərz — Onun kürsisi (elm və qüdrəti) göylərdən və yerdən genişdir.» («Bəqərə» surəsi, ayə: 255)

    Mütəal Allah «Ən`am» surəsinin birinci ayəsində kafirlərin ağıl vasitəsilə Ona iman gətirmələrindən ötrü Özünün vəhdaniyyətindən, yenilməz qüvvətindən bəhs edir. Mütəal Allah ayənin sonunda kafirlərin bu qədər qüdrət və əzəməti gördükdən sonra yaratdıqlarını Ona şərik qoşmalarını, onlara ibadət etmələrini və qarşılarında baş əymələrini vurğulayaraq bu işə
    təəccüb etdiyini bildirir.

    Bəzi şəxslər «əlhamdu lilləhi Rabbil-aləmin» dedikdə güman edirlər ki, Allah yalnız göylərin, yerin və onlarda qərar tutan mələklər, cinlər, insanlar, sular, buludlar, torpaqlar, dağlar, qızıl-gümüş mədənləri, neft-qaz yataqları, quruda yaşayan canlılar (heyvanlar və həşəratlar), göydə uçan quşlar, suda üzən balıqlar, nəbatat və s.-in Rəbbi yaradanıdır. Halbuki, Allahın yaratdıqları təkcə həmin canlı və cansız varlıqlarla məhdudlaşmır. Çünki ərş, lövhə, qələm və s. də Onun xəlq etdiyi varlıqlardır. Hətta heyvanların, quşların və həşəratların neçə-neçə növlərinin, eləcə də, insanların bədən üzvlərinin — gözlərinin, qəlblərinin, əllərinin, ayaqlarının hər biri özözlüyündə bir aləmdir. Ona görə də, «əlhamdu lilləhi Rabbil-aləmin» zikri adını çəkdiyimiz digər surələrdə gələn məhdud həmdlərdən üstündür. Mütəal Allah buyurub: «Lə tudrikuhul-əbsar — gözlər (bu adda olan aləm) Onu dərk edə (görə) bilməz. Halbuki, O, bütün gözləri və onlarda olanları görər (və dərk edər. Hansı gözün baxışında xəyanət və ya ibadət varsa, onu bilər).» Yaxud qəlb aləmi haqqında mötəbər hədisdə nəql olunur ki, «innəllahə lə yənzuru ilə ə`məlikum va ləkin yənzuru ilə qulubikum — Allah sizin zahirən etdiyiniz əməllərə baxmaz, qəlblərinizdə olan niyyətlərinizə baxar (və ona uyğun mükafatlandırar və ya cəzalandırar).»

    Allahın əzəməti göyləri və yeri xəlq etməklə, yaxud zülmət və nuru yaratmaqla məhdudlaşmır. Peyğəmbər Məkkədə kafir və müşriklərlə qarşıqarşıya gəldiyinə görə, bu surədə həmin cümlənin zikr edilməsi kafirlərin göyləri və yeri gördükdə Allahın qüdrətinə inanaraq Ona iman gətirmələrindən ötrüdür.

    Bilməliyik ki, insan lazım olduqda özünü təqdim etməlidir. Lakin onun ehtiyac olmadığı yerdə özünü tərifləməsi bəyənilmir. Bizim üstün xüsusiyyətlərimiz zati olmadığına (Mütəal Allah tərəfindən olduğuna) və müvəqqəti olduğuna görə, onları tərifləməyimiz bəyənilmir. Mütəal Allahın camalı, izzət və cəlalı, elm və qüdrəti və s. sifətləri isə zati və əbədi olduğu üçün tərifə layiqdir.

    Bəzi müfəssirlər güman etmişlər ki, təfsirini yazdığımız ayədə işlənən «əlhamdu lilləh» cümləsi «inşa (əmr etmək, yol göstərmək)» mənasındadır. Yəni, göyləri və yeri yaradan, zülmət və nuru xəlq edən Allaha həmd edin! Lakin diqqətinizə çatdırım ki, bu cümlə inşa cümləsi deyil, xəbər cümləsidir. Yəni, həmd Allaha məxsusdur! Əgər bu cümlə inşa mənasında olsaydı, «ihmədu lilləh — Allaha həmd edin!» deyilməli idi.

    Həqiqətən də, Allah bütün təriflərə layiqdir. Çünki Onun nə zatını, nə sifətlərini, nə də feillərini heç kəslə müqayisə etmək olmaz. Onun Zatı tək və bənzərsiz olduğu kimi, sifət və feilləri də bənzərsizdir.

    «Yə`dilun» sözünün mənası

    Bu sözü bir neçə cür məna etmişlər. Onlardan ikisini sizə bəyan edirəm:

    1. «Udul» etmək (üz çevirmək); Mübarək ayədə «yə`dilun» deyildikdə kafirlərin Allahdan üz çevirib əlləri ilə düzəltdikləri bütlərə sitayiş etmələri nəzərdə tutulur. Bu, sanki ə`ləmdən (daha yüksək elm sahibi olan müctəhiddən) üz çevirib qeyri-ə`ləmə (elmi o səviyyədə olmayan alimə) üz tutmağa bənzəyir. Lakin «yə`dilun» sözünü bu cür mənalandırmaq bəyənilmir. Çünki ayədə həmin məna nəzərdə tutulsaydı, ərəb dili qrammatikasına əsasən, «bi Rabbihim» əvəzinə, «an Rabbihim» və ya «min Rabbihim» buyurulmalı idi.

    2. Bərabər tutmaq; yəni, «Mütəal Allahın gördüyü bu qədər əzəmətli işlərə baxmayaraq onlar heç bir qüdrətə malik olmayan bütləri, yaxud elm və qüdrəti məhdud olan şəxsləri Allahla bərabər tutaraq onlara təzim edir, baş əyirlər.» Ərəb dilində bacanağa «idl», yaxud «adil» deyilir. Yəni, onların hər ikisi eyni ailədən qız almışlar. Bu baxımdan onlar bərabər sayılırlar. Onların birincisi həmin ailəyə kürəkən olduğu kimi, ikincisi də onlara kürəkəndir. Amma bunlar öz-özlüklərində ayrı-ayrı şəxslərdir. Kafir və müşriklər bəyəndikləri ilahları Allaha bərabər tuturdular. Halbuki, onların ilahları heç bir qüdrətə malik deyil, aləmləri yaradan Rəbbimiz isə göyləri və yeri xəlq edib, zülmət və nuru yaradıb. Ona görə də, izzət və cəlal sahibi olan Allah bu ayədə öz qüdrətini bəyan etdikdən sonra təəccüblə buyurur: «Kafirlər (bütləri) öz Rəblərinə bərabər tuturlar.»

    Əziz oxucular, bu ayədə işlənən bəzi kəlmələr haqqında mübarək bir hədisi sizə nəql etmək istəyirəm. Mərhum Kuleyni mötəbər sənədlərlə Səlam ibn əl-Mustənirdən, o da imam Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «İnnəllahə xaləqal-cənnətə qablə ən yəxluqan-nəra va xaləqatta`atə qablə ən yəxluqal-mə`siyətə va xaləqar-rahmətə qabləl-ğazabi va xaləqal-xayra qabləş-şərri va xaləqal-ərza qabləs-səmə`i va xaləqal-hayətə qabləl-mauti va xaləqaş-şəmsə qabləl-qaməri va xaləqan-nura qabləzzulməti — Həqiqətən də, Allah cənnəti cəhənnəmdən öncə, itaət etməyi məsiyətdən (günaha meyil göstərməkdən), rəhməti qəzəbdən, xeyrə meyil göstərməyi şərdən, yeri göydən, həyatı ölümdən, Günəşi Aydan və nuru zülmətdən əvvəl yaratmışdır.» («Biharul-ənvar», c.8, s.308, hədis:72; «əlKafi», c.8, ər-Rövzə, s.127, hədis:116)

    Bəzi şəxslər güman etmişlər ki, Mütəal Allahın ayədə səmanı yerdən əvvəl zikr etməsi səmanın yerdən öncə yaradılmasına görədir. Halbuki, «Səcdə» surəsinin 12-ci ayəsinə əsasən, uca Rəbbimiz yeri göydən qabaq yaratmışdır. Çünki yer olmasa, göyün təsəvvür olunması mümkün deyil. Yəni, gərək yer olsun ki, insan başının üstündəkini göy adlandırsın. Amma təfsirini yazdığımız ayədə göylərin yerdən öncə zikr olunması kafirlərin hidayət edilməsindən ötrüdür. Çünki onlar göylərə baxdıqda Allahın əzəmətini daha yaxşı dərk edə bilərdilər.

    Cənnətin cəhənnəmdən öncə yaranması ulu Tanrımızın insanlara feyz bəxş etməsi, onları kamala çatdırması üçündür. Cəhənnəmi isə kamala çatmağı istəməyənlərdən, ona qarşı çıxanlardan ötrü yaratmışdır.

    İtaət etməyə meyil göstərməyi günaha həvəs etməkdən öncə yaratmışdır ki, insanlar itaət etməklə yüksəlsinlər. Əgər günah etmək hissi insanda olmasaydı, o, itaət etməyə məcbur olardı. Allah təala Adəm övladında bu iki hissi ona görə yaratmışdır ki, o, öz istək və iradəsi ilə haqq yolu tutsun. Heç kəs deyə bilməz ki, Allah məndə məsiyət hissi yaratmasaydı, mən günaha yol verməzdim. Çünki belə demək istəyən şəxs bilməlidir ki, Allah bu hissi yaratsa da, günah edən həmin şəxsin özüdür. Belə ki, o, itaətin əvəzinə günah etmək yolunu seçir. Başqa bir ifadə ilə belə demək olar ki, günah etmək bir vasitə ilə baş verir ki, həmin vasitə insan özüdür. İnsan Allaha itaət etməyə vasitə olsa, mükafatlanar, günah və məsiyət etməyə vasitə olsa, cəzalanar.

    Xeyrin şərdən öncə yaradılması da eynən bunlar kimidir. Allah xeyir işlərə meyil göstərməyi şərə yönəlməkdən əvvəl yaratmışdır. Təbii ki, xeyir və ya şər işə əl atan insan özüdür.

    Ulu Tanrının rəhməti qəzəbdən öncə yaratmasında hədəfi insanlara rəhm etməkdir. İnsanlar itaət və xeyirxahlıq yolunu tutmadıqda və buna qarşı çıxdıqda Allahın qəzəbinə düçar olarlar.

    Həyatın ölümdən öncə yaradılmasına gəlincə, təbii ki, həyat (dirilik) olmazsa, ölümün varlığı mümkün olmaz. Yaşamaq istəməyənlər (intihar etmək istəyənlər), yaxud başqalarının yaşamasına qarşı çıxanlar ölümün yaranmasına səbəb olurlar. Bu iki qrupun heç biri olmazsa, insan yaşaya bilər. Bunu da bilməliyik ki, insanlar dünyalarını dəyişməklə ölmürlər. Əslində onlar dünya həyatına son qoyub bərzəx aləmində yaşamağa başlayırlar. Bərzəx aləmində yaşamaq isə qiyamətədək davam edir. Həmin gün insanların hansı əməl sahibi olduqları bəlli olduqdan sonra onlar cənnət və ya cəhənnəmdə əbədi olan digər bir həyata qədəm qoyacaqlar.

    Günəşin aydan öncə yarandığını qədim zamanlarda başa düşməyən insan elm və texnikanın inkişaf etdiyi indiki dövrdə Ayın öz işığını Günəşdən aldığını yaxşı dərk edir. Mütəal Allahın Günəşi Aydan qabaq yaratması Ayın Günəşdən bəhrələnməsinə görədir. Əgər Ay Günəşdən öncə yaransaydı, Günəş yarananadək Ay qaranlıq bir cisimdən ibarət olar və heç bir yeri işıqlandıra bilməzdi.

    Nəhayət, nurun zülmətdən öncə yaranması ona görədir ki, nur zülmətdən üstündür. Nur olmayan yer qaranlığa batar. Allahın nuru olmayan ürək zülmət və qaranlığa düçar olaraq həqiqəti görə bilməz. Ona görə də, Mütəal Allah kainatı işıqlandırmaq üçün əvvəl nuru yaradıb. «Əllahu nurussəməvati val-ərz — Allah göylərin və yerin nurudur (onları nurlandırandır).» Hətta Günəş və Ayın nuru belə Allahdandır.

  • 6:2

    هُوَ الَّذِي خَلَقَكُم مِّن طِينٍ ثُمَّ قَضَىٰ أَجَلًا  ۖ وَأَجَلٌ مُّسَمًّى عِندَهُ  ۖ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ
    Huwa A‍‍l-La‍ḏī ḫalaqaku‍‍m Mi‍‍n ṭ‍‍ī‍‍ni‍‍n ṯ‍u‍‍mm‍‍a Qaḍ‍‍á 'Ajalāa‍‍n Wa 'Ajalu‍‍n Musa‍‍mm‍‍áan `I‍‍n‍‍dah‍‍u ṯ‍u‍‍mm‍‍a 'A‍‍n‍‍tu‍‍m Ta‍‍m‍‍tar‍‍ū‍‍n‍‍a
    Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhv-isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz.

    İnsanın torpaqdan xəlq olunması (ayə:2)

    Mütəal Allah təfsirini yazdığımız ilk ayədə böyük bir aləm yaratdığını söylədikdən sonra ikinci ayədə insanları nədən xəlq etdiyinə işarə edərək buyurur: «O, elə bir Allahdır ki, sizi (babanız Adəmi) torpaqdan (palçıqdan) yaratmışdır.» Allah təala bu ayədə həzrət Adəmi palçıqdan yaratmasını onun övladlarına nisbət verməklə onlara bildirmək istəyir ki, heç də təkəbbür etməsinlər, əksinə, onları yaradan Rəblərinə baş əysinlər!

    «Müsəmma» əcəlin mənası
    Bildiyimiz kimi, hər bir insanın dünyada yaşadığı müddətin sonuna əcəlin çatması deyilər. Bu sözün mənası «təyin olunmuş vaxt» deməkdir. Dünyaya gəldikdən qiyamət günü qəbirdən ayağa qalxıb Ərəsati-məhşərə çatanadək insanın iki cür əcəli vardır.
    1. Dünyada yaşadığı müddətin başa çatması; Bu növ əcəl müxtəlif səbəblərə görə artıb-azala bilər.
    2. Dünyaya gələn gündən qəbirdən qalxanadək olan vaxtın bitməsi, yaxud dünyasını dəyişdikdən sonra bərzəx aləmindəki yaşadığı müddətin sona çatması; bu əcəldə isə azalıb-çoxalma baş verməz.
    İlk qismə «əcəl», ikinci qismə isə «əcəli-müsəmma» deyilir. İkinci qismin əcəli-müsəmma adlanmasının səbəbi Mütəal Allahın insanların dünyaya gələn gündən Ərəsati-məhşərə gələn günədək nə qədər ömrə malik olmasını təyin etməsidir. Bu əcəl «Lövhi-məhfuzda» qeyd olunmuşdur. İnsanın dünyada yaşadığı müddətin sona çatması (birinci növ əcəl) azalıb-çoxala bilər. Aləmləri yaradan Rəbbimiz buyurur: «O, elə bir Allahdır ki, sizi palçıqdan yaradıb. Dünyada yaşayacağınız müddəti təyin edib. Dünya və bərzəxdən qiyamətədək yaşayacağınız müddət Onun yanındadır. Yəni, siz əsliniz torpaq olduğu və nə qədər yaşayacağınızdan xəbəriniz olmadığı halda, aləmləri yaradan Rəbbinizə şəkk edirsiniz? Halbuki, O, göylərdə və yerdə hamını heyran qoyan, gizlətdiyiniz, aşkara çıxartdığınız və gələcəkdə nə edəcəyinizi bilən Allahdır.»

    Mərhum Əyyaşi özünün məşhur «Təfsir» əsərində Həmrandan rəvayət edir ki, o deyib: «İmam Sadiqdən (ə) («Ən`am» surəsinin ikinci ayəsindəki) «əcəl və müsəmma əcəl» haqqında soruşduqda o həzrət buyurdu: «Humə əcələni: əcəlun mauqufun yəsnə`ullahu mə yəşə`u va əcəlun məhtum — Onlar iki növ əcəldir: 1. Mövqüf əcəl: Allah həmin əcəli istədikdə dəyişər (azaldar, yaxud coxaldar); 2. Hətmi (dəyişilməz) əcəl.» («Təfsiri-Əyyaşi», c.1, s.384, hədis:7)

    Mərhum Əyyaşi digər bir hədisdə Həsin adlı ravidən, o da imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət «əcəli-müsəmma Onun yanındadır» ayəsi haqqında buyurub: «əl-Əcəlul-əvvalu huva mə nəbəzahu iləl-mələikəti var-rusuli val-ənbiyə`. Val-əcəlul-musəmmə `indəhu huval-ləzi sətərahullahu anil-xaləiq — İlk əcəl elə bir əcəldir ki, Mütəal Allah onu mələklərə, kitab verilmiş və verilməmiş peyğəmbərlərə (mənaya adlanan elm vasitəsilə) bildirər (mələklər və peyğəmbərlər insanların bu növ əcəllərindən nə vaxt və necə öləcəklərindən xəbərdar olarlar, lazım olduqda bu barədə xəbər də verərlər). İkinci (müsəmma) əcələ gəlincə, Mütəal Allah onu bütün məxluqatından gizli saxlamışdır (bu əcəlin nə vaxt baş verəcəyini yalnız O bilər).» («Təfsiri-Əyyaşi», c.1, s.385, hədis:9; «əl-Bürhan», c.1, s.517, hədis:9)

    Mütəal Allah ilk əcəli gizli və tarixi möhürlənməmiş qərar verib. Bu növ əcəl insanların əməllərinə bağlı olduğuna görə, uca Rəbbimiz onu xüsusi bir lövhə olan «Lövhi-məhv və isbat»-da qeyd edib. Belə ki, həmin əcəl insanların etdikləri əməllər vasitəsilə azalıb-çoxala bilər. Dəyişilməz olan ikinci növ əcəli isə ulu Tanrı «Lövhi-məhfuz»-da qeyd etmişdir. Bu əcəlin nə vaxt baş verəcəyi yalnız Allah təalaya bəllidir.

    Bir sözlə, bəzi müfəssirlər insanın dünyaya gəlib vəfat edənə qədərki müddətin qurtarmasını birinci əcəl adlandırmışlar. Dünyasını dəyişdikdən sonra başlanan bərzəx aləmindəki müddətin sona çatmasını ikinci əcəl hesab etmişlər ki, bu da qiyamətin qopması ilə bilinər. Qiyamətin baş verəcəyi tarixi isə yalnız Allah bilir (lövhi-məhfuzdadır).

  • 6:3

    وَهُوَ اللَّهُ فِي السَّمَاوَاتِ وَفِي الْأَرْضِ  ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ
    ‌Wa Huwa A‍‍l-Lahu Fī A‍‍s-Samāw‍‍ā‍‍ti Wa Fī A‍‍l-'Arḍi Ya`lamu Si‍‍r‍‍raku‍‍m Wa Jahraku‍‍m Wa Ya`lamu Mā Taksib‍‍ū‍‍n‍‍a
    Göylərdə və yerdə olan tək Allah Odur. O, sizin gizlininizi də, aşkarınızı da bilir və (yaxşı və pisdən) əldə etdiklərinizdən də xəbərdardır.

    Həqiqəti sübut etməyin ən yaxşı yolu (ayə:3)

    Mütəal Allah ilk ayədə Öz qüdrət və vəhdaniyyətindən, ikinci ayədə insanın xilqətindən bəhs etdikdən sonra bu mübarək ayədə buyurur: «Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız Allahdır. Sizin gizlində də, aşkarda da nəyiniz varsa, onu bilir. O, edəcəyiniz (bütün) əməlləri bilir.»
    Bu üç ayəyə diqqətlə nəzər saldıqda görürük ki, izzət və cəlal sahibi olan Allah əvvəlcə böyük aləmdən — göyləri və yeri yaratmasından, zülmətləri və nuru xəlq etməsindən, sonra kiçik aləm olan insanın xilqətindən danışaraq, nəhayət, göylərdə və yerdə ibadətə yalnız Özünün layiq olduğunu, həmçinin gizlində və aşkarda olan bütün əməllərdən, hətta gələcəkdə görüləcək işlərdən xəbərdar olduğunu bildirir. Belə olduğu halda, O, kafir və müşriklərin bu qüdrət və əzəmətə malik olan Allahı qoyub bütlərə üz tutmalarının, yaxud sitayiş etdikləri bütləri Allaha tay tutmalarının təəccüblü olduğunu bildirir.
    Ulu Tanrının göyləri, yeri və insanı yaratmasından bəhs etməkdə, eləcə də insanın gizli və aşkar əməllərindən xəbərdar olduğunu söyləməkdə məqsədi kafirləri heç bir elm və qüdrəti olmayan bütlərdən uzaqlaşdırmaqdır. Gördüyünüz kimi, ulu Tanrı Peyğəmbərə öyrədir ki, kafirlərlə mübahisə etdikdə onların inanc bəslədikləri bütləri birbaşa gözdən salmağa üz tutmasın. Əksinə, onları imana gətirmək üçün Allah təalanın elm və qüdrətindən, izzət və əzəmətindən danışmaqla ürəklərini bütlərdən ayırsın. Bu yol haqqı sübut etməyin ən yaxşı və düzgün yoludur. Amma təəssüf ki, bəzi məzhəblərə qulluq edənlər özlərini «sudan quru çıxarmaq», guya haqlı olduqlarını sübuta yetirmək üçün ilk növbədə qarşı tərəfin müqəddəs bildiklərini, onların alimlərini gözdən salmağa çalışırlar. Bu, onların ədalətsiz olmalarından, Quran ayələrindən və Peyğəmbərin tutduğu yoldan uzaq düşmələrindən irəli gəlir.

    Gizlində və aşkarda olan əməllərdən agah

    «Sirr» insanın ürəyində olana, ürəyində gizlətdiyi əməllərə, «cəhr» isə onun əli, ayağı, dili, qulağı, gözü və digər bədən üzvləri ilə gördüyü işlərə deyilir. Ola bilsin ki, biz insanların bədən üzvləri ilə etdiyi işləri gördükdə onların kimliyini, yaxşı və ya pis insan olduqlarını deyə bilək. Lakin onların ürəklərindən keçənləri, qəlblərində hansı fikirdə olduqlarını deyə bilmərik. Mütəal Allah isə elə bir elm və qüdrətə malikdir ki, insanın həm ürəyindəki sirrindən, həm də onun aşkara çıxardığı əməllərdən agahdır. Kafirlərin inandıqları şəxslər və ya ibadət etdikləri bütlər buna qadir deyillər. Allah təala bu mübarək ayədə gizli və aşkar olan əməlləri bilməsindən danışaraq Öz qüdrətini kafirlərə bəyan etmək istəyir ki, onlar bütlərdən əl çəkib Ona iman gətirsinlər.

    «Kəsb» sözünün mənası

    Ərəb dilində «kəsb etmək» o feilə deyilir ki, insan həmin feildən ya bir şeyi əldə etmək, ya da hansısa bir zərəri dəf etmək üçün istifadə etsin. Ona görə də, bu kəlmə Mütəal Allah haqqında işlənməz. Məsələn, Mütəal Allah haqqında «Raziq — ruzi verən», «Xaliq — xəlq edən» və «Rahim — rəhm edən» işləndiyi halda Onun barəsində «Kasib — kəsb edən» adı zikr olunmaz. Çünki Onun kainatı yaratmaqda hədəfi bir şey qazanmaq, yaxud hansısa bir ziyanı Özündən uzaqlaşdırmaq deyil. Lakin insanlar hansısa bir işi gördükdə hədəfləri ya mənfəət əldə etmək, ya da zərəri dəf etməkdir. İnsan buna nail olmaq üçün düz və ya yalan danışmağa çalışar. Ona görə də, Mütəal Allah buyurur: «Va yə`ləmu mə təksibun — O, sizin (hansısa mənfəəti əldə etmək və ya zərəri özünüzdən dəf etməkdən ötrü) nə etdiyinizi (yalan və ya düz danışdığınızı, yaxud düzgün və ya xəyanətkar olduğunuzu) bilir.»

    Təfsirini yazdığımız bu üç ayədə aləmləri yaradan Rəbbimiz göyləri, yeri və insanları yaratmasından, onların gizlində və aşkarda etdiklərini bilməsindən, hətta onların mənfəət əldə etmək, yaxud zərəri dəf etmək üçün etdikləri işləri bilməsindən danışmaqda hədəfi Özünün vəhdaniyyətini, misilsiz olduğunu kafirlərə çatdırmaqdır ki, onlar küfrdən, yaxud Ona şərik qoşmaqdan əl çəksinlər. Çünki hansı bir şəxsə rast gəlmək olar ki, o, göyləri, yeri və insanları yaratsın, yaxud onların gizli və aşkar əməllərindən xəbər versin? Hər hansı bir peyğəmbər və ya imam insanların ürəyində nə olduğunu bilsələr də, göyləri, yeri və insanları yaratmağa qadir deyil. Çünki o, özü də Mütəal Allahın yaratdıqlarından biridir. Buna əsasən, hər bir insan bilməlidir ki, «ləysə kəmislihi şəy`... Onun misli, tayı-bərabəri və bənzəri yoxdur...» («Şura» surəsi, ayə:11)

    Mərhum seyid Haşim Bəhrani mötəbər sənədlərlə Müsənna əl-Hənnatdan (Muhəmməd ibn Nömandan) nəql edir ki, o deyib: «İmam Sadiqdən (ə) „Ən`am“ surəsindəki „va Huvallahu fis-səməvati va fil-ərz — O, göylərdə və yerdə olan Allahdır“ ayəsi haqqında soruşduqda o həzrət buyurdu: Kəzəlikə Huva fi kulli məkən. Qultu: bizətihi? Qalə: vayhak, innəl-əməkinə əqdərun. Fə izə qultə: fi məkənin bizətihi ləziməkə ən təqulə: fi əqdərin va ğayra zəlik. Va ləkin Huva bəinun min xalqihi, muhitun bimə xaləqa ilmən va qudratən va ihatatən va sultanən. Va ləysə ilmuhu bimə fil-ərzi biəqallə mimmə fis-səməi va lə yəb`udu minhu şəy`un val-əşyəu ləhu səvaun ilmən va qudratən va sultanən va mulkən va iradətən — Bəli, O, hər yerdədir. (Ravi nəql edir ki) dedim: O, zatı (vücudu) ilə hər yerdədir? İmam (ə) buyurdu: ayıb olsun sənə! Məkanlar məhdud yerlərdir. Əgər: „Allah bir məkandadır“ desən, gərək Onun müəyyən və məhdud məkanlarda olduğunu söyləyəsən. Halbuki, O, heç bir məkanla məhdudlaşmaz. Lakin O, bütün məxluqatdan ayrıdır. Amma onları Öz elmi, qüdrəti və səltənəti ilə əhatə edir. Onun yerdə olanları bilməsi səmadakıları bilməsindən az deyil (O, yerdə olanları bildiyi kimi, göylərdə olanları da bilir). (Yaratdıqlarından) heç bir şey Ondan uzaq deyil. Yaratdığı varlıqlar elm, qüdrət, səltənət, mülk və iradə baxımından Onun üçün eynidir (yəni, Onun üçün kiçik, yaxud böyük bir şeyi yaratmağın fərqi yoxdur. Kiçik bir varlığı məhv edə bildiyi kimi, böyük varlıqları da məhv edə bilər. Bir anda bir nəfərin canını ala bildiyi kimi, bir anın içində bir qövmü də öldürə bilər. Onun istək və iradəsi ilə həyata keçirdiyi iş arasında heç bir fasilə yoxdur. İstədiyi şey həmin an baş verər.)» («əl-Bürhan», c.1, s.517, zikr olunan ayənin təfsirində nəql olunmuş ilk hədis)

  • 6:4

    وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ
    ‌Wa Mā Ta'tīhi‍‍m Min '‍‍Ā‍‍yati‍‍n Min '‍‍Ā‍‍y‍‍ā‍‍ti Rabbihi‍‍m 'Illā Kānū `Anhā Mu`‍‍r‍‍iḍ‍‍ī‍‍n‍‍a
    Onlar Rəbbləri tərəfindən onlara gələn hər bir nişanə və möcüzədən (onları qəbul etməkdən) üz döndərirlər.
  • 6:5

    فَقَدْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ  ۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
    Faqa‍‍d Ka‍ddabū Bil-ḥaqqi La‍‍mm‍‍ā J‍‍ā‍‍'ahu‍‍m Fasawfa Ya'tīhi‍‍m 'A‍n‍‍b‍‍ā‍‍'u Mā Kānū Bih‍‍i Yastahzi'‍‍ū‍‍n
    Həqiqətən, onlar haqq (Quran və möcüzələr) onlara gələn zaman onu təkzib etdilər. Odur ki, tezliklə, istehza etdikləri şeyin xəbərləri (bu barədə vəd edilmiş cəzalar) onlara yetişəcəkdir.
  • 6:6

    أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا السَّمَاءَ عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا الْأَنْهَارَ تَجْرِي مِن تَحْتِهِمْ فَأَهْلَكْنَاهُم بِذُنُوبِهِمْ وَأَنشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ
    'Ala‍‍m Yaraw Ka‍‍m 'Ahlaknā Mi‍‍n Qa‍‍b‍‍lihi‍‍m Mi‍‍n Qarni‍‍n Makka‍‍nn‍‍āhu‍‍m A‍‍l-'Arḍi Mā La‍‍m Numakki‍‍n Laku‍‍m Wa 'Arsalnā A‍‍s-Sam‍‍ā‍‍'a `Alayhi‍‍m Mi‍‍d‍‍rārāa‍‍n Wa Ja`alnā A‍‍l-'Anh‍‍ā‍‍ra Ta‍‍j‍‍r‍‍ī Mi‍‍n Taḥtihi‍‍m Fa'ahlaknāhu‍‍m Bi‍ḏunūbihi‍‍m Wa 'A‍‍n‍‍ša'nā Mi‍n‍ Ba`dihi‍‍m Qarnāan '‍‍Ā‍‍ḫa‍‍r‍‍ī‍‍n‍‍a
    Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş və çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə də Biz günahlarının cəzası olaraq onları həlak etdik və onlardan sonra digər bir toplum vücuda gətirdik.

    Həlak olmağın səbəbi (ayə:6)

    Bu ayələrdən öncəki üç ayədə aləmləri yaradan Rəbbimiz öz vəhdaniyyətinə (tövhidə) və məada (qiyamətə) işarə etdi. Bu ayədə isə nübüvvət məsələsinin həzrət Muhəmmədin (s.ə.a. s) haqq olması barədə söhbət edir. Məkkə müşrikləri varlı-imkanlı olduqları üçün özlərini çox üstün tuturdular. Buna görə də, onlar haqdan üz çevirib Allah kəlamına baş əymirdilər. Mütəal Allah onları təhdid edərək buyurur: «Onlar özlərindən öncə neçə-neçə ümmətləri həlak etdiyimizi görmədilərmi? Biz bunlara (Məkkəlilərə) vermədiyimiz imkanları onlara (əvvəlki qövmlərə) vermişdik (bununla yanaşı, onlar tüğyan etdikləri üçün əzaba düçar oldular). Biz onlara (əzab vermək üçün) göydən bol yağış göndərmiş, (evlərinin, saraylarının və bağçalarının) altından çaylar axıtmışdıq. Nəticədə onları günahlarına
    görə məhv etdik və yerlərinə başqa ümmətləri gətirdik.»

    Ayədə zikr olunan «fəəhləknəhum bizunubihim» cümləsindən məlum olur ki, günah etmək (vacib əməlləri tərk edib haram işləri görmək) insanların həlak olmasına səbəb ola bilər. Həlak olmaq bəzən bir anda kütləvi şəkildə, bəzən də tədricən (ömürlərin azalması, müxtəlif xəstəliklərə düçar olmaq, avtomobil toqquşması və s. vasitələrlə) baş verər. Sual oluna bilər ki, bəs günah əhli olmayan bəzi şəxslərin avtomobil qəzalarına düçar olmalarının səbəbi nədir? Cavab olaraq qeyd etməliyəm ki, bu, yol qaydalarına riayət edilməməsinə, sürət həddinin aşılmasına, yaxud da diqqətsizliyə yol verildiyinə görə baş verir.

    Ayədəki «qərn» sözünün mənası

    Bu söz həm «müəyyən müddəti əhatə edən zaman» mənasında, həm də «həmin zamanda yaşayan qövm və ümmət» mənasında işlənir. Bəzi rəvayətlərə əsasən, hər peyğəmbərin dövründə yaşayan ümmətə «qərn (eyni peyğəmbərin zamanında yaşayan ümmət)» deyilir. «Qərn» sözü zaman baxımından bəzi tədqiqatçıların fikrinə əsasən, 70 ili, bəzilərinə görə 80, bəzilərinə görə isə yüz ili əhatə edir. Bu söz müəyyən bir qövm, ümmət mənasını bildirdikdə isə eyni əsrdə yaşayan insanlar mənasını daşıyır. Bildiyimiz kimi, yaşadığımız dövrdə insanların ömrü 70, 80, yaxud yüz il arasında dəyişir. Buna görə də, «qərn» deyildikdə əsasən yüz il nəzərdə tutulur. Yəni, yüz il ərzindəki bir nəsil. Ona görə də, Mütəal Allah buyurur: «Biz onları günahlarına görə məhv etdik və yerlərinə başqa qərnləri (ümmətləri, nəsilləri) gətirdik.»

    Bu ayədən məlum olur ki, keçmiş dövrlərdə bəzi peyğəmbərlərin ümmətləri onlara qarşı çıxdıqlarına və haqqı qəbul etmədiklərinə görə, hamılıqla həlak olmuşlar. Necə ki, həzrət Nuhun (ə.n. a.ə) qövmü göydən yağış yağması və yerdən su çıxması vasitəsilə həlak oldular. Halbuki, Nuh peyğəmbərin ümməti Məkkədə yaşayan kafirlərdən daha çox qüdrətli və imkanlı idilər.

    6-cı ayəyə diqqət yetirdikdə görürük ki, Allah təala Məkkə əhlindən əvvəl yaşayan ümmətlərin bəzisinin onlardan həm maddi baxımdan imkanlı olduğunu, həm də yaşadıqları yerin Məkkə ilə müqayisədə çox abad, yaşıllıq, bol yağışların yağdığı və çoxlu çayların axdığı bir yer olduğunu vurğulayaraq buyurur: «Onlar özlərindən öncə neçə-neçə ümmətləri həlak etdiyimizi görmədilərmi (bilmədilərmi)? Biz bunlara (Məkkəlilərə) vermədiyimiz imkanları onlara (əvvəlki qövmlərə) vermişdik. Biz onlara göydən bol yağış göndərmiş, (evlərinin, saraylarının və bağçalarının) altından çaylar axıtmışdıq. (Bununla yanaşı) onlar tüğyan etdikləri (din və şəriəti inkar etdikləri, peyğəmbərlərinə qarşı çıxıb Allahın buyurduqlarına tabe olmadıqları) üçün həlak oldular.»

    Həzrət Muhəmməd (s.ə.a. s) ona nazil olan ayələri kafirlərə kağız üzərindən deyil, əzbərdən oxuyurdu. Kafirlər o həzrətin oxuduğu ayələrə qarşı çıxır və onlara istehza edirdilər. Mütəal Allah 7-9-cu ayələrdə buyurur: «(Ey mənim Rəsulum!) Əgər Biz sənə kağız üzərində yazılı kitab nazil etsək, kafirlər də ona əlləri ilə toxunsalar belə, onlar (sənə yenə də iman gətirməyərək): «Bu, açıq-aşkar bir sehrdir» deyərlər. Və onlar: «(Əgər bu peyğəmbərdirsə) nə üçün onu təsdiq etmək üçün bir mələk gəlmir?» deyərlər. (Amma onlar bilmirlər ki) Biz (peyğəmbərlə yanaşı, onu təsdiq edən) bir mələk nazil etsəydik (kafirlər onu da inkar etsəydilər), daha iş tamamlanardı (əzab nazil olardı). Belə olduqda, onlara hətta tövbə etməyə də macal verilməzdi (dərhal həlak olardılar).

    Əgər Biz onu (Peyğəmbəri) mələk qərar versəydik (yaxud mələkdən bir peyğəmbər göndərsəydik), həmin mələyi yenə də insan şəklinə salıb göndərərdik (ki, onlara uyğun olsun) və (həmin mələyi göndərməklə) onları bir daha (əvvəl) düşdükləri şübhəyə salardıq (onlar da həmin mələyin peyğəmbər olmasına şübhə edərək onu inkar edərdilər. Ya Peyğəmbər, ona görə də, yaxşısı budur ki, onlar sənə iman gətirib nazil etdiyimiz Kitabın haqq olduğunu təsdiq etsinlər.)

    Allah lütf göstərməyi Özünə vacib etmişdir

    Peyğəmbəri təsdiq etmək üçün mələyin nazil olmaması Mütəal Allahın lütfündən irəli gəlir. Çünki əgər mələk nazil olub Peyğəmbəri təsdiq etsəydi və kafirlər hətta mələyin də sözünə inanmasaydılar, əzab nazil olar, hamılıqla həlak olardılar. Allah istəmirdi ki, onlar həlak olsunlar. Çünki, O, əvvəla, islam ümmətini hamılıqla həlak etmək üçün bəla nazil etməyəcəyini Peyğəmbərə vəd etmişdi. İkincisi isə Allah bilirdi ki, həmin kafirlərin sülbündən bəzi möminlər dünyaya gələcəklər. Ona görə də, onları kütləvi şəkildə həlak etmədi. Odur ki, təfsirini yazdığıımız ayədə buyurulur: «Əgər Biz mələk nazil etsəydik, onlar həmin mələyi də inkar etsəydilər, iş tamamlanar, (hamılıqla həlak olar, daha yaşamağa da) fürsət tapmazdılar (ki, onlardan nəsil törəyərək iman əhli dünyaya gəlsin).»

    Deməli, onların nəslindən iman əhlinin dünyaya gəlməsi ulu Tanrının lütf göstərməyi Özünə vacib etməsi sayəsində baş verir.

    Mütəal Allah 10-cu ayədə Peyğəmbərə təskinlik verərək buyurur: «And olsun ki, səndən öncə göndərilmiş peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Həmin ümmətlərdən peyğəmbərlərinə məsxərə edənləri məsxərə etdikləri əzab əhatə etmişdir (kafirlər Nuh peyğəmbərin: „İman gətirməsəniz, sizə əzab nazil olar“ sözünü məsxərəyə qoyduqlarına görə, əzab onları əhatə etmişdi. Lut peyğəmbərin: „Günah etməyin, yoxsa əzab nazil olar və hamılıqla həlak olarsınız“ sözünə istehza etdiklərinə görə, əzab onları əhatə etmiş və bütünlüklə məhv olmuşdular.)»

    Mütəal Allah 11-ci ayədə buyurur: "(Ya Peyğəmbər!) Onlara de: (ey kafirlər, mən sizə Allahın buyurduqlarını çatdırıram, onları təkzib etməyin, yoxsa sizə əzab nazil olar. Əgər buna inanmırsınızsa) yer üzünü (müxtəlif ölkələri və şəhərləri) seyr edin, (görün peyğəmbərləri) təkzib edənlərin (din və şəriəti inkar edənlərin) aqibəti necə olmuşdur (necə həlak olmuşdurlar, şəhərləri necə viran qalmışdır)?

  • 6:7

    وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ
    ‌Wa Law Nazzalnā `Alayka Kitābāa‍‍n Fī Qi‍‍r‍‍ṭ‍‍ā‍‍si‍‍n Falamas‍‍ū‍‍h‍‍u Bi'aydīhi‍‍m Laq‍‍ā‍‍la A‍‍l-La‍ḏ‍ī‍‍na Kafar‍‍ū 'In Hā‍ḏ‍ā 'Illā Siḥru‍‍n Mub‍‍ī‍‍n‍‍un
    Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər.
  • 6:8

    وَقَالُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ مَلَكٌ  ۖ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِيَ الْأَمْرُ ثُمَّ لَا يُنظَرُونَ
    ‌Wa Qālū Lawl‍‍ā 'U‍‍n‍‍zila `Alayhi Malaku‍‍n Wa Law 'A‍‍n‍‍zalnā Malakāa‍‍n Laquḍiya A‍‍l-'A‍‍m‍‍ru ṯ‍u‍‍mm‍‍a Lā Yu‍‍n‍‍ẓar‍‍ū‍‍n‍‍a
    Onlar «nə üçün ona bir mələk nazil olmur (ki, onun peyğəmbərliyinə şəhadət verərək, onunla birgə insanları qorxutsun)?» dedilər. Əgər mələk nazil etsək (və onlar inkar etsələr, Bizim ənənəvi qanunlarımıza uyğun olaraq) iş (onların həlak olmaları) mütləq sona çatar və onlara daha heç bir möhlət verilməz.
  • 6:9

    وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلًا وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ
    ‌Wa Law Ja`aln‍‍ā‍‍h‍‍u Malakāa‍‍n Laja`aln‍‍ā‍‍h‍‍u Rajulāa‍‍n Wa Lalabasnā `Alayhi‍‍m Mā Yalbis‍‍ū‍‍n‍‍a
    Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar və onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz də mütləq bu işi) onlara örtülü və anlaşılmaz edərdik (və onlar «bu da bizim kimi bir insandır» deyərdilər).
  • 6:10

    وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
    ‌Wa Laqadi A‍‍stuhzi'a Birusuli‍‍n Mi‍‍n Qa‍‍b‍‍lika Faḥ‍‍ā‍‍qa Bial-La‍ḏ‍ī‍‍na Sa‍ḫirū Minhu‍‍m Mā Kānū Bih‍‍i Yastahzi'‍‍ū‍‍n
    Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü.
  • 6:11

    قُلْ سِيرُوا فِي الْأَرْضِ ثُمَّ انظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
    Qul Sīrū Fī A‍‍l-'Arḍi ṯ‍u‍‍mm‍‍a A‍‍n‍‍ẓurū Kayfa K‍‍ā‍‍na `Āqibatu A‍‍l-Muka‍ddib‍‍ī‍‍n‍‍a
    De: «Yer (üzün)də gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!»
  • 6:12

    قُل لِّمَن مَّا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ  ۖ قُل لِّلَّهِ  ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ  ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ  ۚ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
    Qu‍‍l Lima‍‍n Mā Fī A‍‍s-Samāw‍‍ā‍‍ti Wa A‍‍l-'Arḍi Qu‍‍l Lillahi Kataba `Alá Nafsihi A‍‍r-Raḥmata Laya‍‍j‍‍ma`a‍‍nn‍‍aku‍‍m 'Ilá Yawmi A‍‍l-Qiyāmati Lā Rayba F‍‍ī‍‍hi A‍‍l-La‍ḏ‍ī‍‍na ḫasir‍‍ū 'A‍‍n‍‍fusahu‍‍m Fahu‍‍m Lā Yu'umin‍‍ū‍‍n‍‍a
    De: «Göylərdə və yerdə olan kimə məxsusdur?» De: «Allaha məxsusdur». O (Özü) Özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə də) sizi (əvvəlincinizdən axırıncınızadək) mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günündə bir yerə toplayacaqdır. (Lakin) özlərini uduzmuş və ziyana salmış kəslər iman gətirməzlər.

    Cavabı bəlli olan suallar nədən ötrüdür? (ayə:12-18)

    Mütəal Allah bu ayələrdə kafirləri qəflət yuxusundan oyadıb hidayət etmək üçün elə bir sual verir ki, onun cavabı hamıya bəllidir. Ona görə də, Allah təala verdiyi suala kafirlərdən cavab gözləmir, onu Özü bəyan edərək buyurur: «(Ya Peyğəmbər! Kafirlərə) de: „Göylərdə və yerdə olanlar kimə məxsusdur?“ (Onların cavab vermələrini gözləmədən) de: Allaha məxsusdur.»

    Bu cür danışıq — sual verib ardınca cavabı demək qarşı tərəfə həqiqəti sübut etməyin təsirli üsullarından biridir. Necə ki, ata oğluna deyir: «Mən səni dünən məktəbə göndərməmişdim?», yaxud «mən sənə pul verməmişdim?» Bunlar elə suallardır ki, onların cavabı hər iki tərəfə məlumdur.

    Aləmləri yaradan Rəbbimiz ayənin davamında buyurur: «O, rəhm etməyi Özünə vacib bilmişdir. (Etdiyin işin qarşılığını görmək hər bir insanın haqqı olduğu üçün) Allah sizi qiyamət günü (ərəsati-məhşərdə) bir yerə toplayacaq.»

    Bu iki cümlə uca Tanrımızın mərhəmətli və ədalətli olmasından xəbər verir. Çünki qiyamət günü hər bir insan etdiyi əməlin nəticəsini görməlidir. Əgər onlar öz əməllərinin nəticəsini görməsələr, zülm olunmuş hesab olunarlar. Ona görə də, uca Rəbbimiz insanların haqqını ədalət və mərhəmətlə əda etməyi Özünə vacib bilir. Çünki onların haqqını verməmək kafirlə mömini eyni tutmaq deməkdir ki, bu da Allahın ədalətindən uzaqdır.

    Mütəal Allah həmin ayənin sonunda buyurur: «Əlləzinə xasiru ənfusəhum... Qiyamət günü xəsarətə düşənlər (Allahın rəhmətindən bəhrələnməyənlər Allaha, Qurana, Peyğəmbərə, cənnət və cəhənnəmin haqq olduğuna) iman gətirməyənlərdir. (Çünki heç bir səbəb olmadan heç kəs ziyana düşməz.)»

    İzzət və cəlal sahibi olan Allah 13-cü ayədə Öz vəhdaniyyətini, hər şeydən agah olmasını, qiyamət gününün haqq olduğunu digər bir ifadə ilə bildirərək buyurur: «Gecədə və gündüzdə məskunlaşanlar (yaşayanlar) Ona məxsusdur. O, (insanların bütün danışıqlarını) eşidəndir (və onların etdiklərini) biləndir.»

    Ola bilsin bəzi şəxslər bu iki ayəni oxuduqda belə güman etsinlər ki, Allaha göylərdə, yerdə, gecədə və gündüzdə məskunlaşan insanlar məxsusdurlar. Amma bu, belə deyil. Çünki bu ayələrdə əgər söhbət təkcə insanlardan getsəydi, «mən fis-səməvati val-ərz» və «mən səkənə fil-ləyli vannəhər» buyurulardı. Halbuki, Allah təala hər iki ayədə «mə» buyurur. Yəni, «göylərdə və yerdə olan, gecədə və gündüzdə məskunlaşan varlıqların hamısı Allaha məxsusdur.» Bütün varlıqlar Onundur. Yaradıb-yaşatmaqda, qiyamət günü hesaba çəkməkdə Onun şəriki yoxdur. Gördüyünüz kimi, bu iki ayədə Allahın vəhdaniyyəti aydın şəkildə sübuta yetirilir. Kafirlər, bütpərəstlər və müşriklər elə güman edirlər ki, kainatı yaratmaqda və onları yaşatmaqda Allahdan başqa bir varlığın da rolu vardır. Məsələn, yağışın yağmasında bulud, gündüzün işıqlanmasında Günəş rol oynayır. Lakin bunu bilmək lazımdır ki, bulud və Günəşi yaradan da Allahdır. Göylərdə və yerdə olanların hamısı Onun ixtiyarındadır. Məsələn, bulud yağışı yağdırmaqda Allahın əmrinə tabedir. Allah təala hansı şəhərə istəsə, bulud oraya yağış yağdırar. Necə ki, biz dəfələrlə şəhərin üstünü bulud aldığını və günlərlə yağış yağmadığını müşahidə etmişik.

    Mütəal Allah 14-cü ayədə kafirləri ağıl və məntiq yolu ilə düz yola yönəltməkdən ötrü Peyğəmbərə buyurur: «Ey Rəsulum, onlara de: mən göyləri və yeri yaradan Allahdan başqa bir kimsəni vəli və ixtiyar sahibi tutum? Halbuki, O, yaratdıqlarına ruzi verir, heç kəsdən də ruzi gözləmir (ehtiyacsızdır). De: mənə Rəbbim tərəfindən əmr olunmuşdur ki, Ona (ilk iman gətirən və buyurduqlarına) birinci təslim olan mən olum (çünki Onun bənzərsiz olduğunu və şəriki olmadığını mən yaxşı bilirəm). (Həmçinin, mənə buyuruldu ki) müşriklərdən olma (Ona şərik qoşma)!»

    Mütəal Allah 17-ci ayədə yenidən Öz qüdrət və rübubiyyətinə işarə edir. Allah təala bu ayədə Peyğəmbərə müraciət etsə də, bu xitab əslində o həzrətin ümmətinə ünvanlanır. O, insanlara həmin sözləri buyurmaqla bunu çatdırmaq istəyir: «(Ey insan! Çalış ki, günah etməklə Allahın bəlasına düçar olmayasan. Çünki bu bəlanı Ondan başqa heç kəs səndən uzaqlaşdıra bilməz. Eləcə də, əgər Allah sənə bir xeyir yetirsə, heç kəs Ona mane ola bilməz.»

    Əziz oxucular! Bəzən insan elə bir bəla ilə, yaxud elə bir xəstəliklə üzləşir ki, o, həmin bəladan ata-ananın, qohum-əqrəbanın köməyi ilə, yaxud həmin xəstəlikdən mütəxəssis həkimin vasitəsilə xilas ola bilər. Bəzən də insanda elə bir xəstəlik tapılar ki, heç bir həkim ona həmin xəstəlikdən nicat verə bilməz. İnsan səy göstərməlidir ki, günah etməklə bu cür bəlalara düçar olmasın. Əks təqdirdə, heç kəs ona kömək edə bilməz. Nəhayət, həmin şəxs yenə də Allaha müraciət etməli və Onun buyurduqlarına baş əyməlidir. Çünki, O, hər şeyə qadirdir. O, insanı hansısa müsibət və bəladan qurtara bilər.

  • 6:13

     ۞ وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ  ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
    ‌Wa Lahu Mā Sakana Fī A‍‍l-Layli Wa A‍‍n‍‍-Nah‍‍ā‍‍r‍‍i Wa Huwa A‍‍s-Sam‍‍ī‍‍`u A‍‍l-`Al‍‍ī‍‍m‍‍u
    Gecə və gündüz (çərçivəsin)də qərar tutmuş (yəni yer kürəsində, eləcə də günəşin digər planetlərində onun nur və kölgəsinin əhatə dairəsində olan hər bir) şey Ona məxsusdur və Odur eşidən və bilən!
  • 6:14

    قُلْ أَغَيْرَ اللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ  ۗ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ  ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ
    Qul 'A‍ġayra A‍‍l-Lah‍‍i 'Atta‍ḫi‍ḏu Walīyāa‍‍n Fāṭi‍‍r‍‍‍‍i A‍‍s-Samāw‍‍ā‍‍ti Wa A‍‍l-'Arḍi Wa Huwa Yu‍‍ṭ‍‍`imu Wa Lā Yu‍‍ṭ‍‍`amu Qul 'I‍‍nn‍‍ī 'Umi‍‍r‍‍tu 'An 'Ak‍‍ū‍‍na 'Awwala Man 'Aslama Wa Lā Takūna‍‍nn‍‍a Mina A‍‍l-Mu‍š‍r‍‍ik‍‍ī‍‍n‍‍a
    De: «Göylərin və yerin yaradanı olan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı və yardımçı götürüm?!» De: «Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur və (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım)».
  • 6:15

    قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
    Qul 'I‍‍nn‍‍ī 'A‍ḫ‍ā‍‍fu 'In `Aṣaytu Rabbī `A‍ḏ‍ā‍‍ba Yawmin `Aẓ‍‍ī‍‍m‍‍in
    De: «Şübhəsiz, əgər mən də Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxaram».
  • 6:16

    مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ  ۚ وَذَ‌ٰلِكَ الْفَوْزُ الْمُبِينُ
    Ma‍‍n Yuṣraf `Anhu Yawma'i‍ḏi‍‍n Faqa‍‍d Raḥimah‍‍u Wa ḏalika A‍‍l-Fawzu A‍‍l-Mub‍‍ī‍‍n‍‍u
    (O əzab) həmin gün kimdən döndərilsə, doğrudan da Allah ona rəhm etmişdir və odur aşkar uğur və qurtuluş!
  • 6:17

    وَإِن يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ  ۖ وَإِن يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
    ‌Wa 'I‍‍n Ya‍‍m‍‍saska A‍‍l-Lah‍‍u Biḍur‍‍r‍‍i‍‍n Falā Kā‍šifa Lah‍‍u 'Illā Hu‍‍wa Wa 'I‍‍n Ya‍‍m‍‍saska Bi‍ḫay‍‍r‍‍i‍‍n Fahuwa `Alá Kulli šay'i‍‍n Qad‍‍ī‍‍r‍‍un
    Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir.
  • 6:18

    وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ  ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
    ‌Wa Huwa A‍‍l-Qāhi‍‍r‍‍u Fawqa `Ibādih‍‍i Wa Huwa A‍‍l-ḥak‍‍ī‍‍mu A‍‍l-‍ḫab‍‍ī‍‍r‍‍u
    Odur bəndələri üzərində hakim və qalib və Odur (bəndələrin işlərinin idarəsində) hikmətli və (onların zahir və batinlərindən) xəbərdar!

    Allahın «Qahir» isminin mənası (ayə:18)

    Bildiyimiz kimi, insanlardan biri digərinə qalib gəlir, başqa birisi də onu məğlub edərək qalib olur. Bu cür qələbələr qalibin üzərində başqa bir şəxsin qələbə çalması həyatda ardıcıl olaraq davam edir. Lakin elə bir varlıq vardır ki, o, bütün insanlara qalibdir, onu isə məğlub edən yoxdur. Həmin varlıq ölümdür. O, bütün qəhrəmanlara, padşahlara, hətta peyğəmbərlərə də qalib gəlir. Amma o, yalnız bir canlının üzərində qələbə çala bilməz ki, o da aləmləri yaradan Rəbbimizdir. Qurani-Kərimdə buyurulur: «Va təvakkəl aləl-Hayyil-ləzi lə yəmut. Elə bir canlıya təvəkkül et ki, ölüm Ona
    qələbə çala bilməz.» («əl-Furqan» surəsi, ayə:58)

    Cəlaləddin Süyuti «əd-Durrul-mənsur» adlı əsərində Əhməd ibn Hənbəldən, Tirmizidən, İbn Münzirdən, İbn Əbu Hatəmdən, İbn Mərdəveyhdən və Beyhəqidən, onlar da Peyğəmbərdən (s.ə.a. s) nəql edirlər ki, o həzrət buyurub: «Ləmmə xaləqal-ərza cə`alət təmidu. Fəxaləqal-cibələ fə əlqahə aləyhə. Fəstəqarrat. Fətə`accəbətil-mələikətu min xalqil-cibəl. Fəqalət: yə Rabbi, həl min xalqikə şəy`un əşəddu minəl-cibəl? Qalə: nə`am, əl-hadid. Qalət: fə həl min xalqikə şəy`un əşəddu minəl-hadid? Qalə: nə`am, ən-nər. Qalət: fə həl min xalqikə şəy`un əşəddu minən-nər? Qalə: nə`am, əl-mə`. Qalət: fə həl min xalqikə şəy`un əşəddu minəl-mə`? Qalə: nə`am, ər-rih. Qalət: fə həl min xalqikə şəy`un əşəddu minəh-rih? Qalə: nə`am, ibnu Ədəm, yətəsaddəqu biyəminihi va yuxfihə min şiməlih
    — Mütəal Allah yeri xəlq etdi. Onun bir halda sabit dayanmadığına və titrədiyinə görə (uca) dağları yaradaraq onun üzərində yerləşdirdi (ki, tərpənməsin). Dağlar yer üzündə qərar tutduqda mələklər onların əzəmətinə təəccüb edərək dedilər: ey Rəbb, dağlardan daha əzəməli və möhkəm bir şey yaratmısanmı? Mütəal Allah buyurdu: bəli, dəmiri yaratmışam (onunla dağları yararaq yol çəkmək olar, dağı parçalara bölüb ondan bina tikintilərində istifadə etmək olar). Onlar dedilər: dəmirdən daha möhkəm bir şey yaratmısanmı? O buyurdu: bəli, odu yaratmışam (ki, o, dəmiri əridər və ərinmiş dəmirdən müxtəlif əşyalar düzəldilər). Dedilər: oddan da əzəmətli və möhkəm bir şey yaratmısanmı? Buyurdu: bəli, suyu xəlq etmişəm (onunla odu söndürmək olar). Dedilər: sudan da möhkəm bir şey yaratmısanmı? Buyurdu: bəli, küləyi xəlq etmişəm (külək dəniz sularını təlatümə gətirərək böyük gəmiləri qərq edər, yaş əşyaları qurudar). Mələklər dedilər: (ey Rəbbimiz) küləkdən də əzəmətli və möhkəm bir şey xəlq etmisənmi? O buyurdu: bəli, Adəm övladını yaratmışam. O, (Mənə xatir) sağ əli ilə (ehtiyac sahibinə) etdiyi ehsanı (riyakarlıq olmasın, başqaları bilməsin deyə, hətta) sol əlindən də gizlədər.» («əd-Durrul-mənsur», c.1, s.354)

    Bu hədisdən məlum olur ki, edilən ehsanın xalis olması, başqalarının bilməməsi üçün insanın onu ürəyində saxlaması dağlardan da möhkəm, ağır və əzəmətli bir işdir. İzzət və cəlal sahibi olan Rəbbimiz bu cür şəxsin etdiyi ehsan az olsa belə, onun müqabilində həmin şəxsə Öz rizayətini və cənnəti bəxş edər. Amma bütün bunlarla yanaşı, Allah təbarək və təala yaratdıqlarının hamısından üstün və əzəmətlidir. O, bütün yaratdıqlarının ehtiyacını onlara hətta özləri istəmədən öncə əta edir. Uşaq ana bətnində olarkən ulu Tanrı ona görmək üçün göz, qidalanmaq üçün ağız, danışmaq üçün dil, eşitmək üçün qulaq, bir sözlə, yaşamaq üçün lazım olan bütün üzvləri bəxş edir. Hətta yeni dünyaya gələn körpənin qidalanması üçün anasının sinəsində əvvəlcədən süd qərar verir. Baxmayaraq ki, körpənin ana bətnində bunlara ehtiyacı olmur, aləmləri yaradan Rəbbimiz ona gələcəkdə lazım olanları öncədən bəxş edir. Belə bir üstünlüyü, bu qüdrət və əzəməti Allahdan başqa kimdə görmək olar? Bütün bunlara diqqətlə yanaşsaq, mübarək ayədə buyurulan: «Va Huval-Qahiru fauqa ibədihi va Huval-Hakimul-Xabir — O, bütün yaratdıqlarının üzərində qalibdir, O, hikmət sahibidir, hər şeydən xəbərdardır (kimin nə etdiyini və nəyə ehtiyacı olduğunu yaxşı bilir)» cümləsinin mənasını dərk edə bilərik.

    Mütəal Allahın «Qahir» ismini yekun olaraq belə mənalandırmaq olar: yaratdıqlarının hamısını əhatə edən, onların hamısına qalib gələn. Qeyd etdiklərimizdən Allahın birlik və vəhdaniyyətini başa düşmək olar. Bir halda ki, Allah bütün varlıqların üzərində qalibdir, deməli, O, təkdir misli, tayı-bərabəri və bənzəri yoxdur ki, şərik qoşulsun.

    «İbəd» sözünün mənası

    Bu mübarək ayədə zikr olunan «ibəd» sözü «abd» sözünün cəmi olub mənası «bəndələr» deməkdir. Bu söz ayədə yalnız insanlara deyil, bütün məxluqata şamil edilmişdir. Necə ki, Mütəal Allah Qurani-Kərimin digər bir ayəsində buyurur: «İnnəl-ləzinə təd`unə min dunilləhi ibədun əmsəlukum... — Həqiqətən, Allahdan başqa çağırdıqlarınız (bütlər) sizin kimi bəndələrdir (yaradılmışlardır)...» («Ə`raf» surəsi, ayə:194. Yaxşı olar ki, 191-ci ayədən 195-ci ayəyə qədər diqqət yetirəsiniz.)

  • 6:19

    قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً  ۖ قُلِ اللَّهُ  ۖ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ  ۚ وَأُوحِيَ إِلَيَّ هَـٰذَا الْقُرْآنُ لِأُنذِرَكُم بِهِ وَمَن بَلَغَ  ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَىٰ  ۚ قُل لَّا أَشْهَدُ  ۚ قُلْ إِنَّمَا هُوَ إِلَـٰهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ
    Qul 'Ayyu šay'in 'Akbaru šahādata‍‍n Quli A‍‍l-Lah‍‍u šah‍‍ī‍‍du‍n‍ Baynī Wa Baynaku‍‍m Wa '‍‍Ū‍‍ḥiya 'Ilayya Hā‍ḏā A‍‍l-Qur'‍‍ā‍‍nu Li'‍‍n‍‍ḏiraku‍‍m Bih‍‍i Wa Ma‍n‍ Bala‍ġa 'A'i‍‍nn‍‍aku‍‍m Lata‍šhad‍‍ū‍‍na 'A‍‍nn‍‍a Ma`a A‍‍l-Lahi '‍‍Ā‍‍lihatan 'U‍ḫrá Qu‍‍l L‍‍ā 'A‍šhadu Qul 'I‍‍nn‍‍amā Huwa 'Ilahu‍‍n Wāḥidu‍‍n Wa 'I‍‍nn‍‍anī Ba‍‍r‍‍ī‍‍'u‍‍n Mi‍‍mm‍‍ā Tu‍š‍r‍‍ik‍‍ū‍‍n‍‍a
    (Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən kafirlərə) de: «Şahidlik baxımından nə daha böyükdür?» De: «Allah mənimlə sizin aranızda şahiddir və bu Quran mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?» De: «Mən şəhadət vermirəm». De: «Həqiqətən, O, tək olan Allahdır və şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam».

    Quran ümumbəşər kitabdır (ayə:19)

    Uca Rəbbimiz həzrət Muhəmmədin (s.ə.a. s) peyğəmbərliyini təsdiq etmək üçün mələk nazil etmədi. Çünki mələk göndərilsəydi və kafirlər mələyin də Peyğəmbəri təsdiq etməsini qəbul etməsəydilər, məhv olardılar.

    Mütəal Allah bu ayədə həzrət Peyğəmbərə buyurur: «De: (mənim peyğəmbərliyimə) Allahdan daha üstün şahid nə ola bilər? De: Allah mənimlə sizin aranızda ən böyük şahiddir! Bu Quran mənə nazil olmuşdur ki, onun vasitəsilə sizi və sizdən sonra gələnləri (pisliklərdən çəkindirərək cəhənnəm əzabı ilə) qorxudam. (Mən Allahın elçisiyəm! Şəhadət verirəm ki, O, təkdir, şəriki yoxdur!) Siz isə şəhadət verirsiniz ki, Allahla yanaşı, başqa ilahlar da var? Mən sizin dediyinizə şəhadət vermirəm. Mən deyirəm ki, həqiqətən də, O, tək bir Tanrıdır (şəriki yoxdur). Mən sizin şərik qoşduqlarınızdan uzağam.»

    Quran ərəb dilində olduğuna görə, bəzi şəxslər iddia edə bilərlər ki, bu müqəddəs kitab digər millətlərə deyil, ərəblərə nazil olmuşdur, onları hidayət etməkdən ötrüdür. Lakin bildiyimiz kimi, bu müqəddəs kitabın əhkamı ümumbəşəri oduğuna görə, Peyğəmbər müxtəlif dillərdə danışan xalqları doğru yola yönəltmək, onları maarifləndirmək üçün ətrafındakılardan savadlı olanları digər ölkələrə göndərirdi ki, Quran ayələrini oxuyub izah edərək onları islam dininə dəvət etsinlər. Necə ki, o həzrət bu dini tanıtdırmaq üçün qeyri-ərəb dilli millətlərə Həbəş, Roma və İran padşahlarına, İbrani dilində danışan yəhudilərə də qasidlər göndərirdi. Bunun nəticəsində Bilal Həbəşi, Salman-Farsi, Süheym Rumi və yəhudilərdən olan Übey ibn Kə`b kimi görkəmli şəxslər islam peyğəmbərinə iman gətirdilər. Gördüyünüz kimi, din və şəriət Allahın buyurduğu əhkam dillə məhdudlaşmayaraq ümumbəşəri qanunlardan ibarət olub bütün bəşəriyyəti hidayət etməkdən ötrüdür.

    Mərhum Əli ibn İbrahim əl-Qummi mötəbər sənədlərlə Əbu Caruddan rəvayət edir ki, o deyib: imam Baqirdən (ə) «Qulilləhu şəhidun bəyni va bəynəkum... De ki, mənimlə sizin aranızda ən böyük şahid Allahdır» ayəsi haqqında soruşduqda o həzrət buyurdu: «Zəlikə ənnə muşriki əhli-Məkkətə qalu:... mə nəra əhadən yusaddiqukə bil-ləzi təqul Fə`tinə bimən yəşhədu ənnəkə Rasulullah. Qalə Rasulullah (s): Əllahu şəhidun bəyni va bəynəkum — Peyğəmbərin bu sözü ona görə idi ki, Məkkə əhlinin müşrikləri o həzrətə dedilər Biz sənin peyğəmbərliyini və dediklərinin haqq olduğunu təsdiq edəcək bir şəxs görmürük. Peyğəmbər buyurdu: Allah mənimlə sizin aranızda ən böyük şahiddir (çünki göyləri və yeri yaradan və hər şeydən xəbərdar olan Odur).» («Təfsiri-Qummi», təfsirini yazdığımız ayənin izahında.)

    Həmin müəllif rəvayət edir ki, Ömər ibn Xəttab yəhudilikdən dönüb islamı qəbul etmiş Abdullah ibn Səlama dedi: «Siz öz kitabınızda Muhəmmədin (s) peyğəmbərliyinin zikr olunduğunu oxumusunuzmu? O dedi: bəli, and olsun Allaha, biz onun öz Kitabımızda Allahın tərif etdiyi sifətlərlə yad olunduğunu görmüşük. O, bizim aramızda o qədər məşhurdur ki, biz onu insanın öz övladını başqa uşaqların arasında tanıdığı kimi tanıyırıq.» («Təfsiri-Qummi», təfsirini yazdığımız ayənin izahında)

    Digər bir rəvayətdə nəql olunmuşdur ki, Abdullah ibn Səlam deyib: and olsun Allaha, Muhəmmədin (s) peyğəmbər olduğuna öz oğlumun mənə aid olmasından daha çox inanıram. Çünki övladım dünyaya gələrkən qadınların nə etdiyindən xəbərim yoxdur (yəni, onların övladımı başqa bir uşaqla dəyişib-dəyişməmələrindən xəbərsizəm. Amma həzrət Muhəmmədin (s) misli yoxdur ki, onun kiminləsə dəyişdirildiyinə şəkk edəsən). («ətTəfsirul-kəbir», Fəxri Razi, c.12, s.179)

  • 6:20

    الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمُ  ۘ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
    Al-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍taynāhumu A‍‍l-Kit‍‍ā‍‍ba Ya`‍‍r‍‍ifūnah‍‍u Kamā Ya`‍‍r‍‍if‍‍ū‍‍na 'A‍‍b‍‍n‍‍ā‍‍'ahumu A‍‍l-La‍ḏ‍ī‍‍na ḫasir‍‍ū 'A‍‍n‍‍fusahu‍‍m Fahu‍‍m Lā Yu'umin‍‍ū‍‍n‍‍a
    (Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş və ziyana uğratmış kəslər iman gətirməyəcəklər.

    Peyğəmbəri yalnız tanımaq kifayət edərmi? (ayə:20)

    Peyğəmbəri inkar edənlərin, islam dinini qəbul etməyənlərin bir qismini tam kafir olanlar təşkil edirdisə də, onların mühüm bir qismi əhli-kitabdan yəhudi və xristianlardan ibarət idi. Digər kafirləri bir kənara qoysaq da, əhli-kitabın Tövrat və İncildə sonuncu peyğəmbərdən xəbərdar olduqları halda, o həzrəti inkar etmələri, həqiqətən də, çox qəbahətli və təəccüb doğurası haldır. Buna görə də, onlar heç bir əqidəni qəbul etməyən kafirlərlə müqayisədə islam dininə və həzrət Peyğəmbərə iman gətirməməklə çox şeyi itirmiş və çox zərər etmiş sayılırlar.

    20-ci ayəni oxuyanlar sual verə bilərlər ki, islam peyğəmbərini öz övladı kimi tanımaq yəhudi və xaçpərəstlərə cəhənnəm odundan nicat verməzmi? Cavab olaraq qeyd etməliyəm ki, Peyğəmbəri yalnız tanımaq və onun kimliyindən xəbərdar olmaq insanı cəhənnəm odundan xilas etməz. İnsanı oddan qurtaran Peyğəmbəri tanımaqla (mərifətlə) yanaşı, o həzrətin buyurduqlarını təsdiqləyərək onlara əməl etməkdir. Peyğəmbər və imamı təkcə tanımaqla insan oddan xilas olsaydı, Kərbəlada imam Hüseynə (ə) qarşı çıxanlar cənnət əhli olardılar. Çünki onlar o həzrəti tanıyırdılar. İmam Hüseyn (ə) Kərbəlada özünü onlara açıq-aşkar şəkildə təqdim etdi ki, onlar qiyamət günü özlərini cəhənnəm odundan qurtarmaq üçün o həzrətin Allahın höccəti olmasından xəbərsiz olduqlarını iddia etməsinlər.

    Əli ibn İbrahim Qummi mötəbər sənədlərlə Hüreyzdən, o da imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Nəzələt həzihil-əyətu filyəhudi van-nəsara. Yəqulullahu təbərakə va tə`alə: əlləzinə ətəynəhumul-kitəbə yə`rifunəhu kəmə yə`rifunə əbnəəhum... Yə`ni: Rasuləllah. Liənnəllahə azzə və cəllə ənzələ aləyhim fit-Taurati val-İncili vaz-Zəburi sifətə Muhammədin (s) va sifətə əshabihi va şi`atihi va muhəcirih. Va huva qauluhu: Muhammədun rasulullah val-ləzinə mə`ahu əşiddəu aləl-kuffər, ruhaməu bəynəhum... Fəhəzihi sifətu Rasulilləhi va sifətu əshabihi fit-Taurati val-İncil. Fələmmə bə`asəhullahu azzə va cəllə arafəhu əhlul-kitəbi kəmə qaləllahu cəllə cələluh — Bu ayə yəhudi və xristianlar haqqında nazil olmuşdur. Allah təbarək və təala: „Kitab verilmiş şəxslər onu öz övladlarını tanıdıqları kimi tanıyarlar“ buyurduqda onların Peyğəmbəri tanımalarını nəzərdə tutur. Çünki izzət və cəlal sahibi olan Allah onlara Tövrat, İncil və Zəburda Muhəmmədin (s.ə.a. s), (seçilmiş) səhabələrinin, ona tabe olanların və onunla hicrət edənlərin sifətlərini bəyan etmişdi. Bu mətləb „Muhəmməd Allahın elçisidir, onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mehribandırlar. Sən onları ruku və səcdə halında görərsən. Onlar Allahdan fəzilət və rizayət diləyirlər. Onların simalarında səcdənin izi vardır. Bu, onların Tövratda və İncildə zikr olunmuş məsəlləridir... Allah onlardan (Peyğəmbərin buyurduqlarına) iman gətirib (sabitqədəm olanlara və) saleh əməllər edənlərə bağışlanmaq və böyük əcr vəd etmişdir. („Fəth“ surəsi, ayə:29)“ ayəsində zikr olunub. Bunlar Rəsulullahın və səhabələrinin Tövrat və İncildə qeyd olunmuş sifətləridir. İzzət və cəlal sahibi olan Allah Peyğəmbəri göndərdikdə əhli-kitab o həzrəti Allahın buyurduğu (öz övladlarını tanıdıqları) kimi tanıdılar (bununla belə, onlar o həzrətin peyğəmbərliyini inkar etdilər. Ona görə də, Mütəal Allah ayənin sonunda buyurur: həqiqətən də, özlərinə zərər vuranlar iman gətirməzlər).» («əl-Bürhan», c.1, s.520, təfsirini yazdığımız ayənin şərhində ilk hədis)

    Allahın şahid olması

    Mötəzilə təriqətinə mənsub olanlar Mütəal Allahın sübutiyyə (var olan) sifətlərini yoxluqla mənalandırırlar. Məsələn, onlar: «Huval-Qadir — O qadirdir» cümləsini «O, aciz deyil» kimi, «Huval-Alim — O alimdir» cümləsini «cahil deyil», «Huval-Xaliq — O yaradandır» cümləsini «məxluq deyil», «Huvaş-Şəhid — O şahiddir» sözünü isə «xəbərsiz deyildir» deyə, məna edirlər. Onlar elə güman edirlər ki, Allah təalanın hər hansı sübutiyyə sifətini yoxluqla mənalandırmaq lazımdır. Amma bunu bilmək lazımdır ki, sübutiyyə sifətlərini bu cür mənalandırmaq məxluqat barəsində düzgün olsa da, aləmləri yaradan Rəbbimiz haqqında düzgün sayılmır. Məsələn, biz hansısa bir şəxsin alim olması barədə: «O, cahil deyil», yaxud bir kəsin səxavətli olması barədə: «O, xəsis deyil» və ya kiminsə imkanlı olması barədə: «O, fəqir deyil» deyə bilərik. Çünki bu xüsusiyyətlərə malik olan şəxslər gələcəkdə müəyyən hadisələrin nəticəsində həmin keyfiyyətlərini itirə bilərlər. Amma bu ifadəni Rəbbimiz haqqında işlədə bilmərik. Çünki Mütəal Allahın sübutiyyə sifətləri həmişəlikdir. Onun bu mübarək və müqəddəs sifətləri müsbət və mənfi tərkiblə zikr olunur. Biz Cəbrailin Peyğəmbərə gətirdiyi «Cövşəni-Kəbir» duasında görürük ki, Allah təalanın sübutiyyə sifətləri tərkibləri ilə zikr olunur. Məsələn, «Yə Alimən lə yəchəl, yə Halimən lə yə`cəl, yə Cəvadən lə yəbxal, yə Qadiran lə yə`cuz, yə Xaliqan ləm yuxlaq, yə Ğaniyyən lə yəftəqir, yə Kəbiran lə yəsğur — Ey cəhalətə yol verməyən Alim, ey cəzalandırmaqda tələskənliyə yol verməyən Həlim, ey xəsislik etməyən Səxavətli, ey acizliyə yol verməyən Qadir, ey yaradılmamış Xaliq, ey fəqirlik görməyən Zəngin, ey kiçilmək bilməyən Böyük!» Lakin Mötəzilə əqidəsində olan şəxslərdən «alim» sözünün mənasını soruşduqda yalnız belə deyirlər: «Yəni, cahil olmayan.» Amma Onun elminin nə qədər olduğunu, necə bir alim olduğunu demirlər, elminin daim sabit qalıb-qalmadığından söhbət açmırlar. Allahın «Şahid» sifətinə gəlincə, onun mənası «elə bir Şahid ki, heç vaxt qeybə çəkilməz» deməkdir. Mötəzilə təriqətində olanlar isə bu sifəti: «Qeybə çəkilməyib» deyə məna edirlər. Halbuki, bu ifadə insanlar haqqında keçərlidir. «Filankəs qaib deyil» dedikdə bu, onun həmin yerdə olduğunu bildirir. Lakin bu ifadə həmin şəxsin həmişə orada olacağına dəlalət etmir. Deməli, insanlara məxsus sifətlər zay olub aradan gedə bilər. Mütəal Allahın sübutiyyə sifətləri isə heç vaxt zay olub getməz. Ona görə də, Allahın sübutiyyə sifətlərinin (məsələn, «əş-Şəhid» isminin) təkcə mənfi («Qeybə çəkilməz») tərəfi deyil, müsbət («elə bir Şahid ki, heç vaxt qeybə çəkilməz») tərəfi də zikr olunmalıdır.

Bu surə 165 ayədən ibarətdir. Bəzi rəvayətlərə əsasən, bir neçə ayəsini istisna etməklə bu mübarək surə islam peyğəmbərinə Məkkədə bir yerdə nazil olmuşdur.

Mərhum seyid Haşim Bəhrani «əl-Bürhan» adlı əsərində Küleynidən, o da Həsən ibn Əli Əbu Həmzədən və mərhum Əyyaşi özünün «Təfsir» əsərində Əbu Bəsirdən rəvayət edir ki, imam Sadiq (ə) buyurub: «İnnə suratəl-Ən`ami nəzələt cumlətən vahidətən va şəyyə`ahə səb`unə əlfə mələkin hinə (hattə) unzilət alə Rasulilləh (s). Fə azzamuhə va bəccəluhə. Fə innəsməllahi azzə va cəllə fihə fi səb`inə mauzi`an va lau yə`ləmun-nəsu mə fi qiraətihə mə tərakuhə... — Həqiqətən, „Ən`am“ surəsi yetmiş min mələyin müşayiətilə Peyğəmbərə (s.ə.a. s) bir yerdə nazil olmuşdur. Mələklər ona əzəmət və hörmətlə yanaşırdılar. Çünki izzət və cəlal sahibi olan Allahın adı bu surənin yetmiş yerində zikr olunmuşdur. Əgər camaat bu surənin qiraətinin nə qədər fəzilətli olduğunu bilsə, onu heç vaxt tərk etməz...» («Təfsiri-Əyyaşi», c.1, s.383, hədis:1; «əl-Bürhan», c.1, s.514, hədis:2, 3)

Bu hədisi oxuduqdan sonra mümkündür ki, bəzi şəxslər surədə zikr olunan «Allah» sözlərini saysınlar və bu kəlməyə 67 yerdə rast gəlsinlər. Bildiyimiz kimi, yuvarlaq hesablamalarda saylar onluqlarla göstərilir. Məsələn, 45-dən 50-yə qədər olan rəqəmlər 50-dən hesab edilir. Eləcə də 67 rəqəmi bu hədisdə yuvarlaqlaşdırılaraq 70 hesab edilmişdir. Hədisdə: «Allahın adı bu surədə 70 yerdə işlənib» buyurulması ya söylədiyimiz səbəbə görədir, ya da Allahın ismi deyildikdə bu surədə müşrik və kafirlərin fikirlərini alt-üst edən yetmiş ayə nəzərdə tutulur. Çünki o ayələrin hər biri Allah təalanın kafirlərə qalib gələn, onların puç və batil fikirlərinə son qoyan isimləri hesab olunur. Şübhəsiz ki, Cəbrail islam peyğəmbərinə digər surələri də nazil etdikdə həmin surəni bir dəstə mələk müşayiət etmişdir. Lakin bu surənin əksər ayələri müşriklərə qələbə çalan ayələrdən ibarət olduğuna görə, onu yetmiş min mələk müşayiət etmişdir.

Bildiyimiz kimi, «Ğafir» (yaxud «əl-Mu`min» surəsi) «Ən`am» surəsinin yarısı qədər olsa da, orada Allahın adı əlli dörd yerdə zikr olunmuşdur. Yaxud «Həşr» surəsi «Ən`am» surəsinin dörddə biri qədər olsa da, orada Allahın adı otuz yerdə zikr olunmuşdur. Bu iki surəni «Ən`am» surəsi ilə müqayisə etdikdə bunlarda olan Allah kəlməsi «Ən`am» surəsindəkindən daha çoxdur. Amma bu iki surənin minlərlə mələyin müşayiətilə nazil olması haqqında bir şey nəql olunmayıb. Ona görə də, «Ən`am surəsinin 70 yerində Allah kəlməsi vardır» deyildikdə, ola bilsin ki, kafirlərin fikirlərini puça çıxaran 70 ayə nəzərdə tutulur. Həmin ayələr Mütəal Allahın isimləri kimi kafirlərin batil fikirlərinə qalib gələn ayələrdirlər.

Mərhum Təbərsi «Cəmiul-cəvami» əsərində Übəy ibn Kə`bdən, o da Peyğəmbərdən (s.ə.a. s) rəvayət edir ki, o həzrət buyurub: «Unzilət aləyyəlƏn`amu cumlətən vahidətən yuşəyyi`uhə səb`unə əlfə mələkin ləhum zəcəlun bit-təsbihi vat-təhmid. Fəmən qaraəhə sallə aləyhi uləikəs-səb`unə əlfə mələkin biadədi kulli əyətin minəl-Ən`ami yaumən va ləylətən — „Ən`am“ surəsi (bir neçə ayəsi istisna edilməklə) mənə birlikdə nazil olmuşdur. Bu surə nazil olarkən yetmiş min mələk onu Allaha uca səslə təsbih deyərək və həmd oxuyaraq müşayiət etmişlər. Hər kəs onu oxusa, həmin yetmiş min mələk ona gecə-gündüz „Ən`am“ surəsinin hər bir ayəsi qədər salavat göndərərlər (dua edərlər).»

Cəlaləddin Süyuti «əd-Durrul-mənsur» adlı əsərində Deyləmidən, o da Abdullah ibn Məsuddan rəvayət edir ki, o deyib: «Peyğəmbər (s.ə.a. s) buyurub: «Mən salləl-fəcra fi cəmə`atin va qa`adə fi musalləhu va qaraə sələsə əyətin min əvvali suratil-Ən`ami vakkələllahu bihi səb`inə mələkən yusəbbihunəllahə va yəstəğirunə ləhu ilə yaumil-qiyəməti — Hər kəs sübh namazını camaatla qıldıqdan sonra ayağa qalxmadan oturduğu yerdə „Ən`am“ surəsinin ilk üç ayəsini oxusa, Allah onun üçün yetmiş mələk təyin edər ki, onlar qiyamətədək Allaha təsbih deyib həmin ayələri oxuyan şəxs haqqında bağışlanmaq diləsinlər.» («əd-Durrul-mənsur», c.3, s.3)

Bu ayələrin oxunmasına görə verilən savab həmin ayələrdə zikr olunan sözlərə (Allahın vəhdaniyyətinə, nübüvvətə və məada) iman gətirən və onları təsdiq edən şəxslərə aiddir. Həmin şəxs ayələrdə zikr olunan sözlərə iman gətirib onları təsdiq etdiyinə görə, mələklər Allaha təsbih deyib onun üçün bağışlanmaq diləyərlər. Bu savab həmin ayələrə imanı olmayaraq, yaxud şəkk edərək onları oxuyanlara verilməz.

Rəvayətdə zikr olunan «hər kəs bu surəni oxusa» ifadəsində məqsəd, təbii ki, bir yerdə əyləşib Quranın zahirini oxumaqdan ibarət deyil, əslində bunun mənası mübarək surəni oxuyarkən həmin ayələri təsdiq edib onlara iman gətirmək və əməl etmək qərarına gəlməkdir. Hər kəs bu surəni bu cür oxuyarsa, mələklər ona həmin dua və salavatı göndərərlər. Yoxsa, həmin surəni oxuyub oradakı ayələrə əməl etməyən şəxsə bu savab verilməz. Əksinə, belə bir şəxs Mütəal Allahın qəzəbinə düçar ola bilər. Çünki məşhur bir rəvayətdə qeyd olunub ki, «Rubbə təlil-Qur`əni val-Qur`ənu yəl`anuhu — Nə çox Quran oxuyan vardır ki, Quran onu lənətləyir.»

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi