- Dinləmək
-
-
Əsli
-
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۙ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ
-
Transliterasiya
-
Wa`ada Al-Lahu Al-Laḏīna 'Āmanū Wa `Amilū Aṣ-ṣāliḥāti Lahum Maġfiratun Wa 'Ajrun `Aẓīmun
-
Mirzə Əli Meşkini
-
Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir.
-
Əltafur-Rəhman
-
Saleh əməl (ayə:9)
Bu ayədə izzət və cəlal sahibi olan Rəbbimiz Ona iman gətirib yaxşı işlər görənlərə vəd verir və ayənin sonunda həmin vədi açıqlayaraq buyurur: onlar üçün (Rəbləri tərəfindən) bağışlanmaq və böyük mükafat vardır.
Saleh əməllərdən biri dost və düşmənlə adilanə rəftardır. Təəssüf ki, bəzi şəxslər qohumluq və dostluğa görə tərəf tutmaqla digərinin haqqını tapdalayır və güman edirlər ki, qohum-əqrəbanın tərəfini saxlamaq insanın borcudur. Bəzi şəxslər isə kiməsə qarşı kin-küdurəti olduğu üçün ədalətsizliyə yol verirlər. Hər iki əməl Allahın buyurduqlarına qarşı çıxmaq və ya onları danmaq, təkzib etmək sayılır.