- Dinləmək
-
-
Əsli
-
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
-
Transliterasiya
-
Yā 'Ayyuhā Al-Laḏīna 'Āmanū Kūnū Qawwāmīna Lillahi šuhadā'a Bil-Qisṭi Wa Lā Yajrimannakum šana'ānu Qawmin `Alá 'Allā Ta`dilū A`dilū Huwa 'Aqrabu Lilttaqwá Wa Attaqū Al-Laha 'Inna Al-Laha ḫabīrun Bimā Ta`malūna
-
Mirzə Əli Meşkini
-
Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır.
-
Əltafur-Rəhman
-
Düşmənə qarşı ədalətsizlik (ayə:8)
Bu ayənin məna baxımından bənzəri «Nisa» surəsi 135-ci ayədə zikr olunmuşdur. Biz həmin ayənin təfsirini yazdıqda ona münasib sözləri qeyd etdik. Bu ayənin «Nisa» surəsindəki həmin ayə ilə fərqinə gəlincə, «Nisa» surəsində iman əhli öz qohum-əqrəbasının xeyrinə şəhadət verib digərlərinin haqqını tapdamasından, bu ayədə isə möminlər düşməndən intiqam almaq məqsədilə onların əleyhinə şəhadət verməkdən çəkindirilirlər. Ulu Tanrı onları bu işdən çəkindirərək buyurur: «Lə yəcrimənnəkum şənəənu qaumin alə ən lə tə`dilu — Hansısa bir qövmlə düşmənçiliyiniz olduğu üçün onların əleyhinə şəhadət verməyin! İstər dost, istərsə düşmən şəhadət verdiyiniz zaman ədalətli olun! Çünki ədalətli olmaq təqvalı olmağa ən yaxın yoldur.»
Uca Rəbbimiz ayənin sonunda iman əhlini düşmənə qarşı ədalətsiz olmaqdan başqa bir ifadə ilə çəkindirərək buyurur: «Allahdan qorxun. Həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır.»