2-ci ayə 120-dən
Dinləmək
Əsli
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحِلُّوا شَعَائِرَ اللَّهِ وَلَا الشَّهْرَ الْحَرَامَ وَلَا الْهَدْيَ وَلَا الْقَلَائِدَ وَلَا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلًا مِّن رَّبِّهِمْ وَرِضْوَانًا  ۚ وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُوا  ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَن تَعْتَدُوا  ۘ وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ  ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ  ۚ وَاتَّقُوا اللَّهَ  ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
Transliterasiya
Y‍‍ā 'Ayyuhā A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍manū Lā Tuḥillū ša`‍‍ā‍‍'i‍‍r‍‍a A‍‍l-Lah‍‍i Wa Lā A‍‍š-‍šahra A‍‍l-ḥar‍‍ā‍‍ma Wa Lā A‍‍l-Ha‍‍d‍‍ya Wa Lā A‍‍l-Qal‍‍ā‍‍'ida Wa L‍‍ā '‍‍Ā‍‍mm‍‍ī‍‍na A‍‍l-Bayta A‍‍l-ḥar‍‍ā‍‍ma Ya‍‍b‍‍ta‍ġ‍ū‍‍na Faḍlāa‍‍n Mi‍‍n Rabbihi‍‍m Wa R‍‍iḍwānāa‍‍n Wa 'I‍ḏā ḥalaltu‍‍m Fāṣṭādū Wa Lā Ya‍‍j‍‍r‍‍ima‍‍nn‍‍aku‍‍m šana'‍‍ā‍‍nu Qawmin 'A‍‍n ṣaddūku‍‍m `Ani A‍‍l-Masjidi A‍‍l-ḥar‍‍ā‍‍mi 'A‍‍n Ta`tadū Wa Ta`āwanū `Alá A‍‍l-Bi‍‍r‍‍r‍‍i Wa A‍‍t-Ta‍‍q‍‍wá Wa Lā Ta`āwanū `Alá A‍‍l-'I‍ṯmi Wa A‍‍l-`U‍‍d‍‍w‍‍ā‍‍ni Wa A‍‍ttaqū A‍‍l-Lah‍‍a 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a šad‍‍ī‍‍du A‍‍l-`Iq‍‍ā‍‍b‍‍i
Mirzə Əli Meşkini
Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən, Allah ağır cəzalandırandır.
Əltafur-Rəhman

«Şə`air» sözü (ayə:2)

Bu söz «şə`irə» sözünün cəmi olub «əlamət və nişanələr» deməkdir. Qədimdə Məkkə şəhərinin girişində bəzi əlamətlər qoyulurdu ki, onlar Hərəmin hüdudlarını bildirirdi. Belə ki, oradan içəri keçənlər Hərəmin hörmətini saxlamalı, onun qayda-qanunlarına riayət etməli idilər, yəni, ehram paltarı geyib: «ləbbəyk, Allahummə, ləbbəyk!» deyə-deyə oraya daxil olmalı idilər.

Həcc mövsümündə yerinə yetirilən əməllərin hamısı «şə`air»-dən hesab olunur. Ona görə də, heç kəsin haqqı yoxdur ki, onlara hörmətsizlik etsin. İnsan Məkkənin hörmətini, oranın əmin-amanlığını qorumaq üçün orada olduğu müddətdə heyvanlardan heç birini ovlaya bilməz. Bəzi heyvanların ətindən istifadə etmək haram olduğu kimi ehram halında ov edilən ətdən istifadə etmək də haramdır. Mütəal Allah 3-cü ayədə buyurur: «Hurrimət aləykumul-məytətu vad-dəmu va ləhmul-xinzir... — Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə („bismillah“ deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş, dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır (bunlardan istifadə etmək din və şəriətin hüdudunu aşmaq deməkdir). Canı çıxmamış kəsdiyiniz heyvanlar isə müstəsnadır...»

«Müstəsnadır» kəlməsi işlənən sonuncu cümlə boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (uca bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş heyvanlara aiddir. Əgər onların canı çıxmamış «bismillah» deyilərək üzü qibləyə tərəf kəsilsə, ətləri halaldır.

Lakin əti haram olan heyvanları (donuz, it, pişik və s. kimi) hətta üzü qibləyə tutub «bismillah» deyərək kəssən də, onları yemək halal olmaz. Əti haram olan heyvanlar haqqında təkcə bu surədə deyil, «Bəqərə» surəsi, ayə:173, «Ən`am» surəsi, ayə:145 və «Nəhl» surəsi, 115- ci ayədə də zikr olunmuşdur.

Mütəal Allah ayənin sonunda buyurur: «Hər kəs naçar qalarsa (qıtlıq olduğu üçün yeməyə başqa heç bir şey tapmasa, haram buyurulmuşlardan) zərurət miqdarında (Allaha qarşı çıxmaq üçün və doyunca deyil, yalnız özünü ölümdən qurtara biləcəyi qədər) istifadə edə bilər. (Belə bir vəziyyətə düşən bəndələrini) Allah bağışlayandır, rəhm edəndir.»

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi