18-ci ayə 120-dən
Dinləmək
Əsli
وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَىٰ نَحْنُ أَبْنَاءُ اللَّهِ وَأَحِبَّاؤُهُ  ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم  ۖ بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ  ۚ يَغْفِرُ لِمَن يَشَاءُ وَيُعَذِّبُ مَن يَشَاءُ  ۚ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا  ۖ وَإِلَيْهِ الْمَصِيرُ
Transliterasiya
‌Wa Qālati A‍‍l-Yah‍‍ū‍‍du Wa A‍‍n‍‍-Naṣārá Naḥnu 'A‍‍b‍‍n‍‍ā‍‍'u A‍‍l-Lah‍‍i Wa 'Aḥibb‍‍ā‍‍'uuh‍‍u Qul Falima Yu`a‍ddibuku‍‍m Bi‍ḏunūbiku‍‍m Bal 'A‍‍n‍‍tu‍‍m Ba‍šaru‍‍n Mi‍‍mm‍‍an ḫalaqa Ya‍ġfi‍‍r‍‍u Lima‍‍n Ya‍š‍ā‍‍'u Wa Yu`a‍ddibu Ma‍‍n Ya‍š‍ā‍‍'u Wa Lillahi Mulku A‍‍s-Samāw‍‍ā‍‍ti Wa A‍‍l-'Arḍi Wa Mā Baynahumā Wa 'Ilayhi A‍‍l-Maṣ‍‍ī‍‍r‍‍u
Mirzə Əli Meşkini
Yəhudi və xaçpərəstlər dedilər: «Biz Allahın oğulları və Onun sevimliləriyik». De: «Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?» Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir.
Əltafur-Rəhman

Fitrət dövrü (ayə:19)

Mütəal Allah İsa peyğəmbəri kafirlərin təhlükəsindən qorumaq üçün səmaya qaldırdı və yer üzü uzun müddət peyğəmbərsiz qaldı. Yəhudi və xristianlar həzrət İsadan sonra təxminən 550 il müddətində fitrət (peyğəmbərsizlik) dövranı adlanan bir dövrlə üzləşdilər. Həmin ərəfədə onlar cürbəcür bidət və özbaşınalıqlarla rastlaşdılar, müxtəlif günahlara mübtəla oldular. Belə olduqda, izzət və cəlal sahibi olan Allah onlara həqiqəti bəyan edən bir Peyğəmbər göndərdi ki, qiyamət günü onlar: «Bizə cənnəti müjdə verən, yaxud cəhənnəmlə qorxudan bir kəs gəlmədi», — deməsinlər.

Yəhudi və xaçpərəstlər islam dininə iman gətirməməkdən ötrü həzrət Muhəmmədin (s.ə.a. s) savadsızlığını bəhanə edirdilər. Amma onlar bilmirdilər ki, Allah istəsə, vəhy və ilham yolu ilə hətta təhsil görməyən bir şəxsə də elm bəxş edər. Bu ayənin sonunda işlənən «vallahu alə kulli şəy`in qadir — Allah hər şeyə qadirdir» cümləsi onların savadsız şəxsin necə peyğəmbər ola biləcəyi firkrinə cavab olaraq nazil olmuşdur.

Sabit ibn Deynar (məşhur Əbu Həmzə Somali), həmçinin Əburrəbi deyir: «Hüşam ibn Əbdülməlikin Məkkəyə getdiyi il biz Əbu Cəfər (imam Baqir əleyhissalam) ilə Məkkəyə getdik. Ömər ibn Xəttabın azad etdiyi Nafe adlı qul da Hüşam ibn Əbdülməliklə həmsəfər idi. Nafe Kəbənin ətrafında camaatın imam Baqirin (ə) ətrafına toplaşaraq o həzrəti sorğu-sual etdiklərini gördü. Nafe deyir: mən Hüşam ibn Əbdülməlikə dedim: ya əmirəl-möminin, bu kimdir ki, camaat onun ətrafına toplaşıb? O dedi: bu, Kufə əhlinin peyğəmbəridir (onlara cənnət və cəhənnəmdən xəbər verəndir). Nafe dedi: sən şahid ol, mən ondan bəzi suallar soruşmağa gedirəm ki, həmin sualların cavabını Peyğəmbərdən, yaxud Peyğəmbər canişinindən başqa bir kimsə bilməz. Hüşam ibn Əbdülməlik dedi: get soruş, bəlkə sən onu utandırasan! Nafe camaata yaxınlaşıb dayandı və imam Baqirə (ə) üz tutaraq dedi: ey Muhəmməd ibn Əli (ey imam Zeynəlabidinin oğlu)! Mən Tövrat, İncil, Zəbur və Quranın hamısını oxumuşam. Bu kitablardakı halalharamları da bilirəm. Sənə elə bir sual verməyə gəlmişəm ki, ona Peyğəmbər və ya onun canişinindən başqa bir kəs cavab verə bilməz. Əbu Həmzə Somali deyir: imam Baqir (ə) başını qaldıraraq buyurdu: səl ammə bədə lək! — hər nə istəyirsənsə, soruş! Nafe dedi: buyur görüm, Muhəmməd peyğəmbər İsa peyğəmbərdən neçə il sonra gəlmişdir? İmam (ə) buyurdu: öz bildiyimi deyim, yoxsa sənin güman etdiyini?
Nafe dedi: hər ikisini. O həzrət buyurdu: mənim fikrimə əsasən, o iki peyğəmbər arasında 500 il fasilə olmuşdur. Sən isə güman edirsən ki, onlar arasında 600 il fasilə olub.» («əl-Ehticac», c.2, s.325; «Biharul- ənvar», c.33, s.425)

Gördüyünüz kimi, Peyğəmbərin, yaxud Əhli-beytin (ə.s) dövründə zahirdə islamı qəbul edən bəzi yəhudi və xaçpərəstlər var idi ki, onlar öz kitablarından həzrət Muhəmmədin (s.ə.a. s) peyğəmbərliyi, o həzrətin xislətləri haqqında məlumatlı idilər. Lakin onlar bildikləri həqiqəti gizlədirdilər. Ona görə də, Mütəal Allah onlara müraciət edərək buyurur: «Ey kitab əhli! Sizə Kitabda (Tövrat və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu aşkara çıxaran peyğəmbərimiz gəldi.»

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi