17-ci ayə 120-dən
Dinləmək
Əsli
لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ  ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الْأَرْضِ جَمِيعًا  ۗ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا  ۚ يَخْلُقُ مَا يَشَاءُ  ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
Transliterasiya
Laqa‍‍d Kafara A‍‍l-La‍ḏ‍ī‍‍na Qāl‍‍ū 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a Huwa A‍‍l-Mas‍‍ī‍‍ḥu A‍‍b‍‍nu Maryama Qul Fama‍‍n Ya‍‍m‍‍liku Mina A‍‍l-Lah‍‍i šay'‍‍ā‍‍an 'In 'Ar‍‍ā‍‍da 'A‍‍n Yuhlika A‍‍l-Mas‍‍ī‍‍ḥa A‍‍b‍‍na Maryama Wa 'U‍‍mm‍‍ah‍‍u Wa Ma‍‍n A‍‍l-'Arḍi Jamī`āa‍‍n Wa Lillahi Mulku A‍‍s-Samāw‍‍ā‍‍ti Wa A‍‍l-'Arḍi Wa Mā Baynahumā Y‍ḫluqu Mā Ya‍š‍ā‍‍'u Wa A‍‍ll‍‍ā‍‍hu `Alá Kulli šay'i‍‍n Qad‍‍ī‍‍r‍‍un
Mirzə Əli Meşkini
Şübhəsiz, «həqiqətən, Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib və ya vacib varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. De: «Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin və o ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir».
Əltafur-Rəhman

Ayənin nazil olma səbəbi (ayə:17, 18)

Aləmləri yaradan Rəbbimiz bu iki ayədə əhli-kitabın kafir və müşrik olmalarından söhbət açır. 17-ci ayədə buyurur: «İsa ibn Məryəmi Allah bilənlər kafir oldular.» 18-ci ayədə isə buyurur: «Yəhudi və xaçpərəstlər: „Biz Allahın oğlanları və sevimliləriyik“, — deməklə müşrik oldular.» Bu ayələrin bənzəri əvvəlki surələrin bəzi yerlərində zikr olunmuşdur. Ona görə də, bu haqda həmin ayədə söylədiklərimi təkrar etmək istəmirəm.

Mütəal Allahın bu ayələri zikr etməkdə hədəfi müsəlmanların ibrət almaları ola bilər. Belə ki, onlar kiminsə barəsində ifrata yol verməsinlər və onu Allah məqamında görməsinlər. Yaxud müsəlmanlar özlərini Allahın sevimliləri, istəkli bəndələri hesab edərək qiyamət gününün haqq-hesabını unutmasınlar. Bunu bilsinlər ki, onlar da Allahın yaratdığı digər insanlar kimidirlər, Allahın məhkəməsində sorğu-suala çəkiləcəklər. Göylərin, yerin və onlar arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və hamı onun hüzuruna qaytarılacaqdır.

18-ci ayənin nazil olma səbəbi haqqında bəzi rəvayətlər nəql olunmuşdur. Onlardan birini sizə nəql edirəm.

Peyğəmbərin əmisi oğlu İbn Abbas deyir: «Üç nəfər (Nöman ibn Əza, Bəhri ibn Əmr və Şas ibn Ədiy adlı şəxslər) Peyğəmbərin hüzuruna gələrək o həzrətlə söhbət etdilər. Peyğəmbər onları Allaha, Onun vəhdaniyyətinə dəvət edərək qiyamətin əzabı ilə qorxutdu. Onlar dedilər: ya Muhəmməd, sən bizi qorxudursan, Halbuki, biz Allahın oğlanları və sevimliləriyik?! Onlar bu sözü dedikdə Cəbrail
Peyğəmbərin hüzuruna gələrək („...Qul fəlimə yu`azzibukum bizunubikum — ... (Ya peyğəmbər! Sən onlara) de: (Əgər siz Allahın oğulları və sevimlilərisinizsə) bəs nə üçün Allah günahlarınıza görə sizə əzab verir?“ ayəsini nazil etdi» («Uyunul- əsər», s.335, bab: «əxbəru kuffəril-yəhud val-munəfiqin»).

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi