15-ci ayə 120-dən
Dinləmək
Əsli
يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ  ۚ قَدْ جَاءَكُم مِّنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ
Transliterasiya
Y‍‍ā 'Ahla A‍‍l-Kit‍‍ā‍‍bi Qa‍‍d J‍‍ā‍‍'aku‍‍m Rasūlunā Yubayyinu Laku‍‍m Ka‍ṯīrāa‍‍n Mi‍‍mm‍‍ā Ku‍‍n‍‍tu‍‍m Tu‍ḫf‍‍ū‍‍na Mina A‍‍l-Kit‍‍ā‍‍bi Wa Ya`fū `A‍‍n Ka‍ṯ‍ī‍‍r‍‍‍‍i‍‍n Qa‍‍d J‍‍ā‍‍'aku‍‍m Mina A‍‍l-Lahi N‍‍ū‍‍ru‍‍n Wa Kit‍‍ā‍‍bu‍‍n Mub‍‍ī‍‍n‍‍un
Mirzə Əli Meşkini
Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən, Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.
Əltafur-Rəhman

Hidayət edən kimdir? (ayə:15, 16)

Əhli-kitab bir çox bəhanələrlə (məsələn, Peyğəmbərin savadsız olmasını iddia edərək) islam peyğəmbərinin gətirdiyi din və şəriəti qəbul etmirdilər. Mütəal Allah 15-ci ayədə əhli-kitaba müraciət edərək buyurur: «Ey kitab əhli! Bizim Peyğəmbərimiz (Muhəmməd) gəlib ki, gizlətdiyiniz bir çox həqiqəti üzə çıxarsın, bir çoxunu da bağışlasın.»

Həzrət Muhəmmədin (s.ə.a. s) Musa və İsa peyğəmbərdən sonrakı peyğəmbər olmasını yəhudilər Tövratdan, xaçpərəstlər isə İncildən oxuyaraq bilirdilər. Lakin onlar öz kitablarında olan bu ayələri avam camaatdan gizlədirdilər. İslam peyğəmbəri onların belə bir xəyanətə yol verdiklərini aşkara çıxarır və bunu bilməyənlərə bəyan edirdi. İzzət və cəlal sahibi olan Rəbbimiz islam peyğəmbərinin, həqiqətən də, Onun tərəfindən gəldiyini o həzrətin qeybdən xəbər verməsi (əhli-kitabın gizlətdiklərini üzə çıxarması) ilə sübuta yetirərək buyurur: O, Allah tərəfindən sizə nur və açıq-aşkar bir kitab gətirmişdir. Allah Onun razılığına (din və şəriətin əhkamına) tabe olanları onun (Peyğəmbər, yaxud Quranın) vasitəsilə əmin-amanlıq (sülh) yoluna hidayət edir və onları Öz izni ilə zülmət qaranlıqlardan nura çıxarır və doğru yola hidayət edir.

Burada diqqəti cəlb edən mətləblərdən biri də budur: Quranın bəzi ayələrində zikr olunmuşdur ki, hidayət yalnız Allahın əlindədir. Məsələn, «Qəsəs» surəsi 56-cı ayədə buyurulur: «İnnəkə lə təhdi mən əhbəbtə va ləkinnəllahə yəhdi mən yəşə` - (Ya Peyğəmbər!) Sən istədiyin şəxsi hidayət edə bilməzsən, lakin Allah istədiyini düz yola yönəldər.»

Təfsirini yazdığımız 16-cı ayədə «bihi» sözü bəzi müfəssirlərin fikrinə əsasən, Peyğəmbərə, bəzilərinə əsasən isə Qurana aiddir. Yəni, Allah onun (Peyğəmbərin, yaxud Quranın) vasitəsilə insanları hidayət edir.

Bəzi şəxslər iddia edə bilərlər ki, «Maidə» surəsi 16-cı ayə ilə «Qəsəs» surəsi 56-cı ayə arasında ziddiyyət vardır. Çünki ulu Tanrımız «Qəsəs» surəsində hidayətin Peyğəmbərin əlində deyil, Allahın ixtiyarında olduğunu söyləyir, bu ayədə isə Onun insanları Peyğəmbər və Quran vasitəsilə hidayət etdiyini vurğulayır. Bu fikirdə olanlara bildirmək istərdim ki, əsl hidayət Allahın əlində olsa da, Peyğəmbər və Quran hidayət üçün vasitədirlər. Allah təala bəzi şəxsləri ürəklərinə nur salmaqla, ilham etməklə, bəzilərini isə Peyğəmbər və ya Quran vasitəsilə hidayət edir. Buradan məlum olur ki, əsl hidayət Allahın ixtiyarındadır, amma Quran və Peyğəmbər bir vasitədirlər. Necə ki, yağışı və qarı yağdırmaqda buludlar bir vasitədir, yağdıran isə Allahdır.

Təbəri Əkrəmədən rəvayət edir ki, o deyib: Peyğəmbər (s.ə.a. s) islam qanunlarından biri olan rəcm hökmünü (evli kişinin, yaxud ərli qadının zina etməsinin cəzası olaraq onların daş-qalaq olunması hökmünü) icra etdikdə yəhudilər Peyğəmbərin hüzuruna gəlib buna etiraz etdilər. Peyğəmbər buyurdu: «Sizin aranızda alim olanınız kimdir? Onlar İbn Suriyanı göstərdilər. Peyğəmbər and verərək dedi: səni and verirəm Allaha, de görüm, daş-qalaq hökmü Tövratda yoxdurmu? O dedi: bəli, var. Aramızda evli kişinin, yaxud ərli qadının zina etməsi çoxaldıqda buna mane olmaq üçün biz rəcm hökmünü icra edirdik. İbn Suriya bu sözü dedikdən sonra Peyğəmbər (s.ə.a. s) yəhudilərdən zina edən ailəli şəxslərin daş-qalaq olunmasını əmr etdi.» («Biharul-ənvar», c.22, s.66, c.9, s.69; «Sunəni- Beyhəqi», c.2, s.83; «Sunəni Əbu Davud», c.2, s.336; «əd-Durrul-mənsur», c.2, s.298)

Lakin yəhudilər bununla razılaşmırdılar. Ona görə də, həmin tarixdə 15, 16-cı ayələr nazil oldu.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi