12-ci ayə 120-dən
Dinləmək
Əsli
 ۞ وَلَقَدْ أَخَذَ اللَّهُ مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَبَعَثْنَا مِنْهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا  ۖ وَقَالَ اللَّهُ إِنِّي مَعَكُمْ  ۖ لَئِنْ أَقَمْتُمُ الصَّلَاةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللَّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ  ۚ فَمَن كَفَرَ بَعْدَ ذَ‌ٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ
Transliterasiya
‌Wa Laqa‍‍d 'A‍ḫa‍ḏa A‍‍l-Lahu Mī‍ṯ‍ā‍‍qa Ban‍‍ī 'Isr‍‍ā‍‍'‍‍ī‍‍la Wa Ba`a‍ṯnā Minhumu A‍‍ṯnay `A‍šara Naqībāa‍‍n Wa Q‍‍ā‍‍la A‍‍l-Lah‍‍u 'I‍‍nn‍‍ī Ma`aku‍‍m La'in 'Aqa‍‍m‍‍tumu A‍‍ṣ-ṣalāata Wa '‍‍Ā‍‍taytumu A‍‍z-Zakāata Wa '‍‍Ā‍‍ma‍‍n‍‍tu‍‍m Birusulī Wa `Azzartumūhu‍‍m Wa 'A‍‍q‍‍raḍtumu A‍‍l-Lah‍‍a Qarḍāan ḥasanāa‍‍n La'ukaffira‍‍nn‍‍a `A‍‍n‍‍ku‍‍m Sayyi'‍‍ā‍‍tiku‍‍m Wa La'u‍‍d‍‍ḫila‍‍nn‍‍aku‍‍m Ja‍‍nn‍‍ā‍‍ti‍‍n Ta‍‍j‍‍r‍‍ī Mi‍‍n Taḥtihā A‍‍l-'Anh‍‍ā‍‍ru Fama‍‍n Kafara Ba`da ḏālika Mi‍‍n‍‍ku‍‍m Faqa‍‍d ḍalla Saw‍‍ā‍‍'a A‍‍s-Sab‍‍ī‍‍l‍‍i
Mirzə Əli Meşkini
Həqiqətən, Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: «Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir.
Əltafur-Rəhman

İbrət dərsi (ayə:12-14)

Burada Bəni-İsrail qövmündən əhd-peyman alınması və onların həmin əhd-peymanı sındırmaları nəticəsində zəlalətə düçar olmaları yada salınır ki, müsəlmanlar onlardan ibrət alsınlar. Mütəal Allah 12-ci ayədə buyurur: «Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah buyurmuşdu: „Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, elçilərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan (bunları bildikdən) sonra sizdən hər kəs (əhdi pozaraq) küfr edərsə, o, artıq doğru yoldan azmış olar.“

Mütəal Allahın bu ayədə Bəni-İsrail qövmündən söhbət açmaqda hədəfi budur ki, müsəlmanlar onlardan ibrət alaraq Peyğəmbərlə (din və şəriətə əməl etmək barədə) bağladıqları əhd-peymanı pozmasınlar. Belə ki, əgər müsəlmanlar da əhd-peymanlarını pozsalar, onlar da Allahın lənətinə düçar olar, qəlbləri sərtləşər və Allahın ayələrindəki əsl mənanı təhrif edərək onu öz istəklərinə uyğun yozarlar.

Uca Tanrı 13-cü ayənin davamında buyurur: „(Ya Peyğəmbər! Yəhudi və xristianların) az bir qismi müstəsna olmaqla sən onlardan xəyanət görəcəksən. Onları (əhli-kitabdan cizyə verənləri, yaxud xəyanət etməkdən tövbə edən həmin az qismi) bağışla, onlara güzəşt et, şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər.“

Diqqət etsək, görərik ki, Mütəal Allah təfsirini yazdığımız surənin əvvəlində iman əhlinə əhdlərə vəfa etmələrini tövsiyə etdikdən sonra onlara halal və haram olanları bəyan edir. Daha sonra şəriətin dəstəmaz, qüsl və təyəmmüm kimi müxtəlif hökmlərini yerinə yetirmək tərzini açıqlayır. Sonra isə ibrət alsınlar deyə yəhudi və xristianların əhd-peymanlarını pozduqları üçün lənətə düçar olub qiyamətə qədər aralarında ədavət və kin-küdurət yarandığından bəhs edir. Yəni, ey müsəlmanlar, əgər siz də bəyan etdiyimiz hökmlərə əməl etməsəniz, yəhudi və xristianlar kimi Peyğəmbərinizlə bağladığınız əhdləri pozsanız, lənətə düçar olaraq qəlbləriniz sərtləşər, aranızda qiyamətədək kin-küdurət yaranar, nəhayət, Allah sizin də etdiklərinizdən qiyamət günü xəbər verər (və sizi ona münasib cəzalandırar).»

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi