- Dinləmək
-
-
Əsli
-
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَاتَّقُوا اللَّهَ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
-
Transliterasiya
-
Yā 'Ayyuhā Al-Laḏīna 'Āmanū Aḏkurū Ni`mata Al-Lahi `Alaykum 'Iḏ Hamma Qawmun 'An Yabsuṭū 'Ilaykum 'Aydiyahum Fakaffa 'Aydiyahum `Ankum Wa Attaqū Al-Laha Wa `Alá Al-Lahi Falyatawakkali Al-Mu'uminūna
-
Mirzə Əli Meşkini
-
Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
-
Əltafur-Rəhman
-
Allahın möminlərə olan neməti (ayə:11)
Mütəal Allah 8-ci ayədə iman əhlini düşmən barəsində ədalətsizlik etməkdən çəkindirir. 11-ci ayədə onlara bəxş etdiyi neməti xatırladır!
Həmin nemətin mənasını onun Məkkə müşriklərinin, yaxud Bəni-Sələb qəbiləsinin qarşısının alınması olduğunu söyləməklə məhdudlaşdıra bilmərik. Çünki aləmləri yaradan Rəbbimiz təkcə adı çəkilən qəbilələrin qarşısını aldıqda deyil, çox yerlərdə möminlərin harayına gələrək düşmənlərin qarşısını kəsmiş və onların mənfur niyyətlərini puça çıxarmışdır. Bu ayədə Məkkə müşrikləri, yaxud Bəni-Sələb qəbiləsi nəzərdə tutulsa da, Mütəal Allah onları bir nümunə olaraq qeyd etmişdir. Təfsirini yazdığımız ayədə möminlərə Allahın nemətinin yada salınması onların tutduqları təqva yolundan ayrılmamalarından, Ona təvəkkül etmələrindən ötrüdür.