10-ci ayə 120-dən
Dinləmək
Əsli
وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَـٰئِكَ أَصْحَابُ الْجَحِيمِ
Transliterasiya
Wa A‍‍l-La‍ḏ‍ī‍‍na Kafarū Wa Ka‍ddabū Bi'‍‍ā‍‍yātin‍‍ā '‍‍Ū‍‍l‍‍ā‍‍'ika 'Aṣḥ‍‍ā‍‍bu A‍‍l-Jaḥ‍‍ī‍‍m‍‍i
Mirzə Əli Meşkini
Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər.
Əltafur-Rəhman

Ziyalı insanlar daha diqqətli olmalı (ayə:10)

Bilərəkdən haqsızlığa yol vermək Allahın ayələrini və əhkamı inkar etmək sayılır. Lakin nadanlıqdan ədalətsiliyə yol vermək əvvəlkindən bir qədər fərqlidir. 10-cu ayədə ulu Tanrı buyurur: «Allahın buyurduqlarını tərk edənlər, onun qayda-qanunlarını təkzib edənlər cəhənnəm əhlidirlər, yəni, onlar yalnız orada məskunlaşa bilərlər.»

Namaz qılmayan, oruc tutmayan və dinin digər vacib hökmlərinə əməl etməyənlər iki qismə bölünürlər:
1. Avamlıq və savadsızlıqdan, yaxud Allahın mehriban və bağışlayan olduğuna güvənib Onun vacib buyurduğu hökmlərə əməl etməyənlər;
2. Savadlı şəxs, ziyalı insan və alim olduğu halda, din və şəriətin əhkamını tərk edənlər.

İlk qisim Allah təalanın rəhmətinə və bağışlamasına nail ola bilər. İkinci qisim isə bilərəkdən Allahın buyurduğu ayələri tərk etdikləri üçün «əshabi-cəhim — cəhənnəm əhli» hesab olunurlar. Avam şəxsin maddi baxımdan xüms verməməsi, fəqir-füqəranın əlindən tutmaması ilə alim insanın, bilən şəxsin müxtəlif bəhanələr gətirməklə və hiylə işlətməklə xüms verməməsi arasında böyük fərq vardır. Bilən şəxslərin bu rəftarı Allahın buyurduqlarını təkzib etmək sayılır. Ona görə də, həqiqəti başa düşən şəxslər, ziyalı insan (hörmətli professor və akademiklər) daha çox çalışmalıdırlar ki, bilərəkdən özlərini cəhənnəm əhli etməsinlər.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi