-
Meisam Vahid Tammar
-
57:1
سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُSabbaḥa Lillahi Mā Fī As-Samāwāti Wa Al-'Arḍi Wa Huwa Al-`Azīzu Al-ḥakīmuGöylərdə və yerdə nə varsa (canlı və cansız varlıqların hamısı, hər biri öz dilində) Allahı pak sifətlərlə mədh edir. O yenilməz qüdrət və (xilqət və idarəetmədə) möhkəm yaradılış sahibidir. -
57:2
لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌLahu Mulku As-Samāwāti Wa Al-'Arḍi Yuḥyī Wa Yumītu Wa Huwa `Alá Kulli šay'in QadīrunGöylərin və yerin həqiqi mülkiyyəti və mütləq hakimiyyəti Ona məxsusdur. (Çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun ixtiyarındadır.) Öldürür və dirildir. O hər bir şeyə qadirdir. -
57:3
هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌHuwa Al-'Awwalu Wa Al-'Āḫiru Wa Aẓ-ẓāhiru Wa Al-Bāṭinu Wa Huwa Bikulli šay'in `AlīmunO, əvvəl və axır (hamıdan əvvəl olan və hamıdan sonra qalan, səbəblər silsiləsinin əvvəli, nəticələrin döndüyü axır və son), (əlamətləri və sifətlərinin təzahürü baxımından) aşkar və (zatının həqiqəti baxımından) gizlindir. O, hər şeyi biləndir. -
57:4
هُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۖ وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌHuwa Al-Laḏī ḫalaqa As-Samāwāti Wa Al-'Arḍa Fī Sittati 'Ayyāmin ṯumma Astawá `Alá Al-`Arši Ya`lamu Mā Yaliju Fī Al-'Arḍi Wa Mā Yaḫruju Minhā Wa Mā Yanzilu Mina As-Samā'i Wa Mā Ya`ruju Fīhā Wa Huwa Ma`akum 'Ayna Mā Kuntum Wa Allāhu Bimā Ta`malūna BaṣīrunGöyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şişmək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir. -
57:5
لَّهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُLahu Mulku As-Samāwāti Wa Al-'Arḍi Wa 'Ilá Al-Lahi Turja`u Al-'UmūruGöylərin və yerin (yaradılması, qorunması, idarə və yox edilməsi Onun əlində olduğu üçün onların) həqiqi malik və sahibi Odur. Və (varlıq aləminin) bütün işlər(i və səbəblər silsiləsi səbəblər səbəbi olan) Ona tərəf qaytarılır. -
57:6
يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۚ وَهُوَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِYūliju Al-Layla Fī An-Nahāri Wa Yūliju An-Nahāra Fī Al-Layli Wa Huwa `Alīmun Biḏāti Aṣ-ṣudūriGecəni (qışın əvvəlindən yayın əvvəlinə kimi altı ay ərzində tədricən) gündüzə daxil edir və (digər altı ayda yayın əvvəlindən qışın əvvəlinə kimi) gündüzü (tədricən) gecəyə daxil edir. O, ürəklərdə olanı (bütün şüur sahiblərinin fikir, düşüncə və sifətlərini) biləndir. -
57:7
آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَأَنفِقُوا مِمَّا جَعَلَكُم مُّسْتَخْلَفِينَ فِيهِ ۖ فَالَّذِينَ آمَنُوا مِنكُمْ وَأَنفَقُوا لَهُمْ أَجْرٌ كَبِيرٌ'Āminū Bil-Lahi Wa Rasūlihi Wa 'Anfiqū Mimmā Ja`alakum Mustaḫlafīna Fīhi Fa-Al-Laḏīna 'Āmanū Minkum Wa 'Anfaqū Lahum 'Ajrun KabīrunAllaha və Onun peyğəmbərinə iman gətirin və sizi (özünün və keçmişlərin) canişin(i) etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin. Beləliklə, sizdən iman gətirib (mallarını Allah yolunda) xərcləyənlərin (axirətdə) böyük mükafatı olacaqdır. -
57:8
وَمَا لَكُمْ لَا تُؤْمِنُونَ بِاللَّهِ ۙ وَالرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَاقَكُمْ إِن كُنتُم مُّؤْمِنِينَWa Mā Lakum Lā Tu'uminūna Bil-Lahi Wa Ar-Rasūlu Yad`ūkum Litu'uminū Birabbikum Wa Qad 'Aḫaḏa Mīṯāqakum 'In Kuntum Mu'uminīnaPeyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmir (və ya imanınızın nişanələrini biruzə vermir)siniz? Əgər iman (istedad)ınız varsa, Allah sizdən (peyğəmbərlər və idrakınız vasitəsi ilə) əhd almışdır. -
57:9
هُوَ الَّذِي يُنَزِّلُ عَلَىٰ عَبْدِهِ آيَاتٍ بَيِّنَاتٍ لِّيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَإِنَّ اللَّهَ بِكُمْ لَرَءُوفٌ رَّحِيمٌHuwa Al-Laḏī Yunazzilu `Alá `Abdihi 'Āyātin Bayyinātin Liyuḫrijakum Mina Aẓ-ẓulumāti 'Ilá An-Nūri Wa 'Inna Al-Laha Bikum Lara'ūfun RaḥīmunSizi (şirk, küfr və itaətsizlik) qaranlıqlar(ın)dan (hidayət) nur(un)a tərəf çıxarmaq üçün həmişə Öz bəndəsinə (Muhəmmədə (s) ) ayə və aydın dəlillər nazil edən Odur. Həqiqətən, Allah sizə şəfqətli və mehribandır. -
57:10
وَمَا لَكُمْ أَلَّا تُنفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا يَسْتَوِي مِنكُم مَّنْ أَنفَقَ مِن قَبْلِ الْفَتْحِ وَقَاتَلَ ۚ أُولَـٰئِكَ أَعْظَمُ دَرَجَةً مِّنَ الَّذِينَ أَنفَقُوا مِن بَعْدُ وَقَاتَلُوا ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌWa Mā Lakum 'Allā Tunfiqū Fī Sabīli Al-Lahi Wa Lillahi Mīrāṯu As-Samāwāti Wa Al-'Arḍi Lā Yastawī Minkum Man 'Anfaqa Min Qabli Al-Fatḥi Wa Qātala 'Ūlā'ika 'A`ẓamu Darajatan Mina Al-Laḏīna 'Anfaqū Min Ba`du Wa Qātalū Wa Kullāan Wa`ada Al-Lahu Al-ḥusná Wa Allāhu Bimā Ta`malūna ḫabīrunGöylərin və yerin mirası Allaha məxsus olduğu (hamı öldüyü və hər şey Ona məxsus olduğu) halda, Allah yolunda (mal) xərcləməməkdən sizə nə hasil olur? Sizdən (malını) fəthdən (Məkkənin fəthindən) qabaq (Allah yolunda) xərcləyib cihad edənlər əsla (başqaları ilə) bir deyildirlər. Onlar fəthdən sonra xərcləyərək cihad edənlərdən dərəcə baxımından daha böyükdürlər. Allah (onların) hər birinə gözəl (mükafat) vəd etmişdir. Allah etdiyiniz əməllərdən xəbərdardır. -
57:11
مَّن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌMan ḏā Al-Laḏī Yuqriḍu Al-Laha Qarḍāan ḥasanāan Fayuḍā`ifahu Lahu Wa Lahu 'Ajrun KarīmunAllaha borc – (xalis niyyətlə malının ən yaxşısından ən möhtac yerə) gözəl borc verən varmı ki, Allah da onu, onun üçün neçə qat artırsın və (axirətdə) ona çox dəyərli və bəyənilən bir mükafat versin? -
57:12
يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَىٰ نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِم بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُYawma Tará Al-Mu'uminīna Wa Al-Mu'umināti Yas`á Nūruhum Bayna 'Aydīhim Wa Bi'aymānihim Bušrākumu Al-Yawma Jannātun Tajrī Min Taḥtihā Al-'Anhāru ḫālidīna Fīhā ḏālika Huwa Al-Fawzu Al-`AẓīmuMömin kişi və qadınların nurlarının qabaqlarında və sağ tərəflərində irəlilədiyini görəcəyin gün, (onlara) «bu gün sizə altından çaylar axan, əbədi qalacağınız Cənnət və bağlarla müjdə olsun» (deyiləcəkdir). Bu həmin böyük uğur və qurtuluşdur! -
57:13
يَوْمَ يَقُولُ الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ لِلَّذِينَ آمَنُوا انظُرُونَا نَقْتَبِسْ مِن نُّورِكُمْ قِيلَ ارْجِعُوا وَرَاءَكُمْ فَالْتَمِسُوا نُورًا فَضُرِبَ بَيْنَهُم بِسُورٍ لَّهُ بَابٌ بَاطِنُهُ فِيهِ الرَّحْمَةُ وَظَاهِرُهُ مِن قِبَلِهِ الْعَذَابُYawma Yaqūlu Al-Munāfiqūna Wa Al-Munāfiqātu Lillaḏīna 'Āmanū Anẓurūnā Naqtabis Min Nūrikum Qīla Arji`ū Warā'akum Fāltamisū Nūrāan Faḍuriba Baynahum Bisūrin Lahu Bābun Bāṭinuhu Fīhi Ar-Raḥmatu Wa ẓāhiruhu Min Qibalihi Al-`Aḏābu(Həmin) o gün ki, münafiq kişi və qadınlar (məhşər əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın və möhlət verin və ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək». Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın». Həmin vaxt onların (mömin və münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır. -
57:14
يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ ۖ قَالُوا بَلَىٰ وَلَـٰكِنَّكُمْ فَتَنتُمْ أَنفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَارْتَبْتُمْ وَغَرَّتْكُمُ الْأَمَانِيُّ حَتَّىٰ جَاءَ أَمْرُ اللَّهِ وَغَرَّكُم بِاللَّهِ الْغَرُورُYunādūnahum 'Alam Nakun Ma`akum Qālū Balá Wa Lakinnakum Fatantum 'Anfusakum Wa Tarabbaṣtum Wa Artabtum Wa ġarratkumu Al-'Amānīyu ḥattá Jā'a 'Amru Al-Lahi Wa ġarrakum Bil-Lahi Al-ġarūruOnlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı». -
57:15
فَالْيَوْمَ لَا يُؤْخَذُ مِنكُمْ فِدْيَةٌ وَلَا مِنَ الَّذِينَ كَفَرُوا ۚ مَأْوَاكُمُ النَّارُ ۖ هِيَ مَوْلَاكُمْ ۖ وَبِئْسَ الْمَصِيرُFālyawma Lā Yu'uḫaḏu Minkum Fidyatun Wa Lā Mina Al-Laḏīna Kafarū Ma'wākumu An-Nāru Hiya Mawlākum Wa Bi'sa Al-MaṣīruOdur ki, bu gün nə sizdən və nə də (açıq-aşkar) küfr edənlərdən (nicat tapmağınız üçün bir) fidyə qəbul edilməyəcəkdir. Sizin yeriniz oddur. Sizə ora daha layiqdir və ora pis dönüş yeridir. -
57:16
۞ أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ وَمَا نَزَلَ مِنَ الْحَقِّ وَلَا يَكُونُوا كَالَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلُ فَطَالَ عَلَيْهِمُ الْأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ ۖ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ'Alam Ya'ni Lillaḏīna 'Āmanū 'An Taḫša`a Qulūbuhum Liḏikri Al-Lahi Wa Mā Nazala Mina Al-ḥaqqi Wa Lā Yakūnū Kāllaḏīna 'Ūtū Al-Kitāba Min Qablu Faṭāla `Alayhimu Al-'Amadu Faqasat Qulūbuhum Wa Kaṯīrun Minhum FāsiqūnaMəgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?! -
57:17
اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَA`lamū 'Anna Al-Laha Yuḥyī Al-'Arḍa Ba`da Mawtihā Qad Bayyannā Lakumu Al-'Āyāti La`allakum Ta`qilūnaBilin ki, həqiqətən, Allah yeri ölümündən sonra dirildir (onun inkişaf qabiliyyəti olan maddələrinə bir müddət sonra bitki həyatı bəxş edir. Buna görə sərt qəlblərə də iman suyu ilə həyat verəcəkdir). Həqiqətən, Biz bəlkə düşündünüz deyə, (Özümüzün tovhid və əzəmət) nişanələri(mizi) sizin üçün aydınlaşdırdıq. -
57:18
إِنَّ الْمُصَّدِّقِينَ وَالْمُصَّدِّقَاتِ وَأَقْرَضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ'Inna Al-Muṣṣaddiqīna Wa Al-Muṣṣaddiqāti Wa 'Aqraḍū Al-Laha Qarḍāan ḥasanāan Yuḍā`afu Lahum Wa Lahum 'Ajrun KarīmunŞübhəsiz, sədəqə verən kişi və qadınlar və Allaha gözəl borc vermiş kəslər (möminə faiz və xeyir istəmədən borc verən və Allah yolunda malından xərcləyən şəxs) üçün (onların mükafatları) qat-qat artırılacaq və onların dəyərli və bəyənilən mükafatı olacaqdır. -
57:19
وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُولَـٰئِكَ هُمُ الصِّدِّيقُونَ ۖ وَالشُّهَدَاءُ عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ ۖ وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَـٰئِكَ أَصْحَابُ الْجَحِيمِWa Al-Laḏīna 'Āmanū Bil-Lahi Wa Rusulihi 'Ūlā'ika Humu Aṣ-ṣiddīqūna Wa Aš-šuhadā'u `Inda Rabbihim Lahum 'Ajruhum Wa Nūruhum Wa Al-Laḏīna Kafarū Wa Kaddabū Bi'āyātinā 'Ūlā'ika 'Aṣḥābu Al-JaḥīmiRəbbləri yanında siddiqlər (etiqad, söz və əməlləri bir-biri ilə müvafiq və həqiqətlə üst-üstə düşən kəslər) və şahidlər (Məhşərdə insanların əqidə və əməllərinə şahidlik edənlər) Allaha və Onun peyğəmbərlərinə iman gətirmiş kəslərdir. Bunların mükafatları və nurları onlarındır. Küfr edən və Bizim (tovhid və din) nişanələrimizi təkzib və inkar edənlər cəhənnəm əhlidirlər. -
57:20
اعْلَمُوا أَنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ ۖ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ الْكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَامًا ۖ وَفِي الْآخِرَةِ عَذَابٌ شَدِيدٌ وَمَغْفِرَةٌ مِّنَ اللَّهِ وَرِضْوَانٌ ۚ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِA`lamū 'Annamā Al-ḥayāatu Ad-Dunyā La`ibun Wa Lahwun Wa Zīnatun Wa Tafāḫurun Baynakum Wa Takāṯurun Fī Al-'Amwli Wa Al-'Awlādi Kamaṯali ġayṯin 'A`jaba Al-Kuffāra Nabātuhu ṯumma Yahīju Fatarāhu Muṣfarrāan ṯumma Yakūnu ḥuṭāmāan Wa Fī Al-'Āḫirati `Aḏābun šadīdun Wa Maġfiratun Mina Al-Lahi Wa Riḍwānun Wa Mā Al-ḥayāatu Ad-Dunyā 'Illā Matā`u Al-ġurūriBilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.
Пророк Мухаммад, да благословит Аллах его и его род, сказал: «Тот, кто читает суру „Аль-Хадид“, будет включён в число уверовавших в Аллаха и Его Посланника».
Согласно хадису от Пророка Мухаммада, да благословит Аллах его и его род, всякий, кто читает суры «Аль-Хадид» и «Аль-Муджадила», будет считаться членом воинства Аллаха.
Имам Садык, да будет мир с ним, сказал: «Тот, кто в своих обязательных молитвах читает суры „Аль-Хадид“ и „Аль-Муджадила“, вместе со своей семьёй избежит несчастий и не познает бедности и нужды» (Факих Имани, «Нур аль-Кур’ан»).
Имам Бакир, да будет мир с ним, сказал, что тот, кто читает суры «Аль-Хадид», «Аль-Хашр», «Ас-Сафф», «Аль-Джумуа» и «Ат-Тагабун», начинающиеся с аятов, славящих Аллаха (мусаббихат), будет жить, пока не встретит Имама Махди, да будет мир с ним, а если ему доведётся умереть раньше, то он станет соседом Посланника Аллаха, да благословит Аллах его и его род (Ат-Табарси, «Маджма аль-байан»).