-
Meisam Vahid Tammar
-
54:1
اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُAqtarabati As-Sā`atu Wa Anšaqqa Al-QamaruQiyamət çox yaxınlaşdı və ay parçalandı. -
54:2
وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّWa 'In Yaraw 'Āyatan Yu`riḍū Wa Yaqūlū Siḥrun MustamirrunOnlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək «(bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir» deyərlər. -
54:3
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّWa Kaddabū Wa Attaba`ū 'Ahwā'ahum Wa Kullu 'Amrin MustaqirrunVə (səni və sənin Quranını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır. (Buna görə də Peyğəmbərin və Bizim kitabımızın doğruçuluğu hamıya məlum olacaqdır.) -
54:4
وَلَقَدْ جَاءَهُم مِّنَ الْأَنبَاءِ مَا فِيهِ مُزْدَجَرٌWa Laqad Jā'ahum Mina Al-'Anbā'i Mā Fīhi MuzdajarunŞübhəsiz, (keçmiş ümmətlərin) xəbərlər(in)dən onlara öyüd-nəsihət və (günahlardan) çəkinmək vasitəsi olacaq miqdarı gəlmişdir. -
54:5
حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُḥikmatun Bāliġatun Famā Tuġni An-Nuḏuru(Bu Quran) tam və dolğun hikmətli kəlamdır. Lakin qorxutmaların onlara (müşriklərə) bir faydası yoxdur. -
54:6
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُّكُرٍFatawalla `Anhum Yawma Yad`u Ad-Dā`i 'Ilá šay'in NukurinBuna görə də onlardan üz döndər (və onlarla mübahisə etmə), Carçının qorxunc bir şeyə tərəf dəvət edəcəyi (İsrafilin üçüncü suru çalmaqla hesaba çağıracağı) günü (gözlə). -
54:7
خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌḫušša`āan 'Abṣāruhum Yaḫrujūna Mina Al-'Ajdāṯi Ka'annahum Jarādun Muntaširun(İkinci surun çalınması ilə onlar) gözləri qorxu və zillətlə dolmuş halda dağınıq çəyirtgələr kimi qəbirlərdən çıxarlar. -
54:8
مُّهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَـٰذَا يَوْمٌ عَسِرٌMuhṭi`īna 'Ilá Ad-Dā`i Yaqūlu Al-Kāfirūna Hāḏā Yawmun `AsirunOnlar boyunları uzanmış və gözləri bərəlmiş halda tələsik və qorxu ilə carçıya (İsrafilə və üçüncü sura) tərəf gedərlər. Kafirlər «bu çox çətin bir gündür» deyərlər. -
54:9
۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَKaddabat Qablahum Qawmu Nūḥin Fakaddabū `Abdanā Wa Qālū Majnūnun Wa AzdujiraOnlardan qabaq Nuhun qövmü (də öz peyğəmbərlərini) təkzib etmişdi. Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq «cin vurmuş bir dəlidir» demişdilər və (o, bu töhmətlə onların arasından) qovulmuşdu. -
54:10
فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانتَصِرْFada`ā Rabbahu 'Annī Maġlūbun FāntaṣirO öz Rəbbini çağırdı ki: «Mən məğlub olmuşam, buna görə də (düşmənlərimdən) intiqam al!» -
54:11
فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُّنْهَمِرٍFafataḥnā 'Abwāba As-Samā'i Bimā'in MunhamirinBiz də çox şiddətlə axan bir su ilə göyün qapılarını açdıq. -
54:12
وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَWa Fajjarnā Al-'Arḍa `Uyūnāan Fāltaqá Al-Mā'u `Alá 'Amrin Qad QudiraVə çeşmələr(in qaynaması) ilə yeri yardıq. Beləliklə (bu iki) su (əvvəlcədən) müəyyən edildiyi şəkildə bir-birinə qarışdı. -
54:13
وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍWa ḥamalnāhu `Alá ḏāti 'Alwāḥin Wa DusurinVə onu (Musanı) taxta və mismarları olana (gəmiyə) mindirdik. -
54:14
تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِّمَن كَانَ كُفِرَTajrī Bi'a`yuninā Jazā'an Liman Kāna KufiraO (gəmi öz qövmünün) inkar və nankorluğ(un)a düçar olmuş kəsin mükafatı olaraq Bizim nəzərimiz və müxtəlif himayələrimiz altında hərəkət edirdi. -
54:15
وَلَقَد تَّرَكْنَاهَا آيَةً فَهَلْ مِن مُّدَّكِرٍWa Laqad Taraknāhā 'Āyatan Fahal Min MuddakirinHəqiqətən, Biz onu (həmin hadisə və gəmini Öz qüdrət və qəzəbimizdən) bir nişanə qoyduq. Amma heç bir ibrət götürən varmı? -
54:16
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِFakayfa Kāna `Aḏābī Wa NuḏuriMənim əzabım, qorxudanlarım və təhdidlərim necə idi?! -
54:17
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍWa Laqad Yassarnā Al-Qur'āna Lilddikri Fahal Min MuddakirinHəqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı? -
54:18
كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِKaddabat `Ādun Fakayfa Kāna `Aḏābī Wa NuḏuriAd qövmü də (öz peyğəmbərini) təkzib etdi. Mənim əzab və xəbərdarlıqlarım necə idi?! -
54:19
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ'Innā 'Arsalnā `Alayhim Rīḥāan ṣarṣarāan Fī Yawmi Naḥsin MustamirrinBiz nəhsliyi sürəkli olan bir gündə onlara soyuq bir külək göndərdik. -
54:20
تَنزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍTanzi`u An-Nāsa Ka'annahum 'A`jāzu Naḫlin Munqa`irinO, insanları yerindən qoparılmış xurma gövdəsi kimi yerindən qoparır (və yerə çırpır)dı.
Bağışlayan və mehriban Allahın adı ilə.
Пророк Мухаммад, да благословит Аллах его и его род, сказал: «Тот, кто постоянно читает суру „Аль-Камар“, в день Воскрешения предстанет перед Божьим Судом в ореоле света, при условии, что он исполнял предписания Корана» (Факих Имани, «Нур аль-Кур’ан»).