-
Meisam Vahid Tammar
-
53:1
وَالنَّجْمِ إِذَا هَوَىٰWa An-Najmi 'Iḏā HawáAnd olsun çıxmaqda və batmaqda olan ulduza. (Yaxud: And olsun cin və şeytanlara enən yandırıcı od parçalarına; yaxud baş qaldıran bitkiyə; yaxud Quranın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə.) -
53:2
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰMā ḍalla ṣāḥibukum Wa Mā ġawáSizin yoldaşınız və dostunuz (Muhəmməd (s) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb. -
53:3
وَمَا يَنطِقُ عَنِ الْهَوَىٰWa Mā Yanṭiqu `Ani Al-HawáO, (Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır. -
53:4
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ'In Huwa 'Illā Waḥyun YūḥáDedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir. -
53:5
عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ`Allamahu šadīdu Al-QuwáOnu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir. -
53:6
ذُو مِرَّةٍ فَاسْتَوَىٰḏū Mirratin Fāstawá(Yaradılışında) güc və qüvvə (və ağılda möhkəmlik və mətanət) sahibi olan! Beləliklə o, (özünün əsl qiyafəsində Peyğəmbərin (s) qarşısında) dayandı. -
53:7
وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰWa Huwa Bil-'Ufuqi Al-'A`lá(Yerdən) üstün üfüqdə olduğu halda. -
53:8
ثُمَّ دَنَا فَتَدَلَّىٰṯumma Danā FatadalláSonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu. -
53:9
فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰFakāna Qāba Qawsayni 'Aw 'AdnáBeləliklə, (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi. -
53:10
فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰFa'awḥá 'Ilá `Abdihi Mā 'AwḥáBeləliklə də, Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi. -
53:11
مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰMā Kaḏaba Al-Fu'uādu Mā Ra'á(Peyğəmbərin) qəlb(i) gördüyündə (Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və) yalan demədi. -
53:12
أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ'Afatumārūnahu `Alá Mā YaráOnunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?! -
53:13
وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰWa Laqad Ra'āhu Nazlatan 'UḫráŞübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qifayəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü. -
53:14
عِندَ سِدْرَةِ الْمُنتَهَىٰ`Inda Sidrati Al-MuntaháSidrətulmüntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında. -
53:15
عِندَهَا جَنَّةُ الْمَأْوَىٰ`Indahā Jannatu Al-Ma'wá(Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır. -
53:16
إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ'Iḏ Yaġšá As-Sidrata Mā YaġšáBürüyən şey (nur, gözəllik və saysız mələklər) o sidrəni əhatə edən zaman -
53:17
مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰMā Zāġa Al-Baṣaru Wa Mā ṭaġá(Peyğəmbərin) göz(ü gördüyünü) əsla səhv görmədi və (görməli olduğunda) həddi aşmadı. -
53:18
لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰLaqad Ra'á Min 'Āyāti Rabbihi Al-KubráŞübhəsiz, öz Rəbbinin çox böyük nişanələrindən (bir qismini) gördü. -
53:19
أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّىٰ'Afara'aytumu Al-Lāta Wa Al-`UzzáBelə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. -
53:20
وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَىٰWa Manāata Aṯ-ṯāliṯata Al-'UḫráHəmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)
Bağışlayan və mehriban Allahın adı ilə.
Имам Садык, да будет мир с ним, сказал: «Тот, кто каждый день и каждую ночь читает суру „Ан-Наджм“, прослывёт среди людей достойным человеком, и Всемогущий Аллах простит ему его грехи и позволит обрести авторитет в своей общине» (Аль-Маджлиси, «Бихар аль-анвар», т. 92, с. 305).