-
Meisam Vahid Tammar
-
51:1
وَالذَّارِيَاتِ ذَرْوًاWa Aḏ-ḏāriyāti ḏarwanAnd olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım! -
51:2
فَالْحَامِلَاتِ وِقْرًاFālḥāmilāti Wiqrāan(And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə, -
51:3
فَالْجَارِيَاتِ يُسْرًاFāljāriyāti Yusrāan(and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara. -
51:4
فَالْمُقَسِّمَاتِ أَمْرًاFālmuqassimāti 'Amrāan(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə, -
51:5
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ'Innamā Tū`adūna Laṣādiqunhəqiqətən, sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur. -
51:6
وَإِنَّ الدِّينَ لَوَاقِعٌWa 'Inna Ad-Dīna Lawāqi`unŞübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir. -
51:7
وَالسَّمَاءِ ذَاتِ الْحُبُكِWa As-Samā'i ḏāti Al-ḥubukiAnd olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına -
51:8
إِنَّكُمْ لَفِي قَوْلٍ مُّخْتَلِفٍ'Innakum Lafī Qawlin Muḫtalifinki, həqiqətən, (siz Məkkə əhlinin Peyğəmbər və onun Quranı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Quran barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şeirdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.) -
51:9
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَYu'ufaku `Anhu Man 'UfikaOndan (Peyğəmbərdən və onun Quranından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qurandan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.) -
51:10
قُتِلَ الْخَرَّاصُونَQutila Al-ḫarrāṣūnaÖlüm olsun (Peyğəmbər, Quran və məad barəsində iftira söyləyən) yalançılara! -
51:11
الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَAl-Laḏīna Hum Fī ġamratin Sāhūna(Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara! -
51:12
يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِYas'alūna 'Ayyāna Yawmu Ad-DīniOnlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar. -
51:13
يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَYawma Hum `Alá An-Nāri YuftanūnaOnların odun içində əzab verilib yanacaqları gün! -
51:14
ذُوقُوا فِتْنَتَكُمْ هَـٰذَا الَّذِي كُنتُم بِهِ تَسْتَعْجِلُونَḏūqū Fitnatakum Hāḏā Al-Laḏī Kuntum Bihi Tasta`jilūna(Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir». -
51:15
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ'Inna Al-Muttaqīna Fī Jannātin Wa `UyūninŞübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar. -
51:16
آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ'Āḫiḏīna Mā 'Ātāhum Rabbuhum 'Innahum Kānū Qabla ḏālika MuḥsinīnaRəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər. -
51:17
كَانُوا قَلِيلًا مِّنَ اللَّيْلِ مَا يَهْجَعُونَKānū Qalīlāan Mina Al-Layli Mā Yahja`ūnaOnlar gecənin az bir hissəsini yatırdılar. -
51:18
وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَWa Bil-'Asḥāri Hum YastaġfirūnaVə səhərlər (Allahdan) bağışlanma diləyirdilər. -
51:19
وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِّلسَّائِلِ وَالْمَحْرُومِWa Fī 'Amwālihim ḥaqqun Lilssā'ili Wa Al-MaḥrūmiVə onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi. -
51:20
وَفِي الْأَرْضِ آيَاتٌ لِّلْمُوقِنِينَWa Fī Al-'Arḍi 'Āyātun LilmūqinīnaYer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.
Bağışlayan və mehriban Allahın adı ilə.
Согласно изречению Имама Садыка, да будет мир с ним, тому, кто во время дневных и ночных молитв читает суру «Аз-Зарийат», Всемогущий Аллах улучшит жизнь и повысит благосостояние, обеспечит его обильным пропитанием и зажжёт в его могиле свет, который будет сиять в ней до самого дня Воскрешения (Ат-Табарси, «Маджма аль-байан»).