Maidə
  • Meisam Vahid Tammar
    image/svg+xml Basmala in Naskh script. Created by baba66, http://de.wikipedia.org, 2006-03-22 License: cc-by-sa/2.0/de and GFDL
    Bağışlayan və mehriban Allahın adı ilə.
  • 5:1

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقُودِ  ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنتُمْ حُرُمٌ  ۗ إِنَّ اللَّهَ يَحْكُمُ مَا يُرِيدُ
    Y‍‍ā 'Ayyuhā A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍man‍‍ū 'Awfū Bil-`Uq‍‍ū‍‍di 'Uḥillat Laku‍‍m Bahīmatu A‍‍l-'An`‍‍ā‍‍mi 'Illā Mā Yutlá `Alayku‍‍m ġayra Muḥillī A‍‍ṣ-ṣaydi Wa 'A‍‍n‍‍tu‍‍m ḥurumun 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a Yaḥkumu Mā Yu‍‍r‍‍ī‍‍d‍‍u
    Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzir, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən, Allah istədiyini hökm edir.

    Əhdlərinizə vəfa edin! («Maidə» surəsi, ayə:1)

    Bu ayədə iki sözün mənasına diqqət etməliyik:
    1. «Aufu» kəlməsi; bu söz «vafə», yaxud «aufə» kökündən törəyib «mükəmməl şəkildə vəfa edin!» deməkdir.
    2. «Uqud» kəlməsi; bu söz isə «əqd» sözünün cəmi olub mənası bir şeyi digər bir şeylə elə bağlamaq ki, onları bir-birindən ayırmaq olmasın. Bu ayədə həmin kəlmədə məqsəd insanların öz aralarında qərara gəldikləri əhd-peymanlardır. Mütəal Allah buyurur: «Ey iman gətirənlər! Bağladığınız əhd-peymanlara mükəmməl şəkildə vəfa edin!»

    Bəzi şəxslər belə güman etmişlər ki, burada əhd-peyman dedikdə məqsəd müsəlmanların öz aralarında olan əhd-peymanlardır. Lakin bir az diqqət etsək, görərik ki, bu, yalnız müsəlmanlar arasında bağlanan əhd-peyman deyil, əslində, bütün insanlar arasında bağlanan əhd-peymanlardır.

    Bəzi şəxslər isə belə güman etmişlər ki, müsəlmanlar cahiliyyət dövründə bağladıqları əhd-peymana, yaxud əhli-kitabla bağladıqları əhd peymana vəfa etməməlidirlər. Lakin Mütəal Allah bu ayədə onlara əmr edir ki, «ey möminlər, (istər müsəlmanla, istərsə də qeyrimüsəlmanla) bağladığınız əhd-peymanlara vəfa edin!

    Əhd-peyman sözünü yalnız «sülh», yaxud «müharibə»-yə aid etməklə məhdudlaşdırmaq düzgün deyil. Çünki insanların ailə qurması, bir malı alıb satarkən bir-birlərinə («filan vaxt gələrəm» — deyə) verdikləri söz, eləcə də, şirkət və zavodun hansısa malı müştəriyə müəyyən vaxt, müəyyən miqdarda təhvil verəcəyinə dair söz verməsi özü bir növ əhd-peymandır. Amma bunu bilməliyik ki, din və şəriət tərəfindən haram olunan ticarət, iş və birlik haqqındakı əhdi ləğv etmək olar, çünki onlara vəfa etmək caiz deyil.

    Əgər bir şəxs bir işin haram olduğunu bilmədən kiminləsə əhd-peyman bağladıqdan sonra həmin işin haram olduğunu bilsə, dərhal həmin əhd-peymanı pozmalıdır, yaxud insan bir işin haram olduğunu bilmədən onu yerinə yetirməyi nəzir və ya əhd etsə, onun nəziri və ya əhdi batildir.

    İslamdan öncə ərəb yarımadasında yaşayanlar öz aralarında bəzi əhd-peyman bağlayardılar. Məsələn, onlar əhd-peyman bağlayardılar ki, bir-birinin hüququnu müdafiə etsinlər, onların haqqını mənimsəyən şəxslərlə mübarizə aparsınlar. Mütəal Allah müsəlmanlara buyurur ki, ağıla uyğun olan və şəriətə zidd olmayan bu cür əhd-peymanlarınıza vəfa edin! Yaxud əhli-kitabla, müşriklərlə sülhə dair bağladığınız əhd- peymana və ya cizyə alıb onları himayə etməniz barədəki əhd-peymanlarınıza vəfa edin!

    Bu ayənin zahirinə baxdıqda elə başa düşülür ki, Allah təala burada, ümumiyyətlə, əhd-peymanlara vəfa etməyi əmr edir. Lakin diqqət yetirsək, görərik ki, Mütəal Allah həmin ayədə: «yə əyyuhən-nəs — ey insanlar», — deyil, «yə əyyuhəl-ləzinə əmənu aufu bil-uqud — ey iman gətirənlər, əhd peymanlara vəfa edin!», — buyurur. Buradan məlum olur ki, möminlər islamın ilk günlərində Peyğəmbərə iman gətirdikləri vaxt o həzrətlə islam qanunlarını icra etmək barəsində əhd-peyman bağlamışdılar. Sonralar ulu Tanrı onların bəzi əhd-peymanlarını sındırdıqlarını (münafiqlərlə oturub-durmalarını, əhli-kitabla əlaqə saxlayaraq müsəlmanları qoyub onları dost tutmalarını) gördükdə vəfasızlıq göstərməmələrini, əhdlərini pozmamalarını əmr edir.

    Şübhəsiz ki, «uqud» sözü cəm olduğu və «əl» artikli ilə işləndiyi üçün bütün əhd-peymanları əhatə edir. Yəni, bütün əhd-peymanlarınıza vəfa edin!

    «Bəhimə» sözünün mənası

    Bu söz «dörd ayaqlı heyvan» deməkdir. Amma bu ayəyə diqqət etsək, görərik ki, burada «dörd ayaqlı heyvan» dedikdə mal-qara nəzərdə tutulur. Yəni, (Məkkədə) ehramda olmadığınız halda ovladığınız dörd ayaqlı heyvanlar (mal-qara və qarnındakı balası) sizə halal buyurulub. (Sonradan) adları çəkiləcək olanlar isə istisnadır (haramdır). Allah istədiyini (məsləhət olanların halallığını) hökm edər.
    Bu cümlədən məlum olur ki, dörd ayaqlı heyvanlardan mal-qaranın (o cümlədən, ceyran və maralın) əti halaldır. Bundan başqaları isə, məsələn, it, pişik, şir, pələng, tülkü, canavar, zürafə, fil və s. dörd ayaqlıların əti haramdır. At və ulağa gəlincə, bunların əti məkruhdur. Bunu da bilməliyik ki, əti halal olan heyvanların təzək və sidiyi pakdır, əti haram olanların nəcis və sidiyi isə pak deyil.

    Mal-qaranın halal olması

    Məlum olduğu kimi, bəzi ölkələrdə yaşayan insanlar bütün heyvanların (it, pişik, meymun, donuz və s.-in) ətindən istifadə edirlər. Onlar hətta ilan, qurbağa və cürbəcür həşəratları yeməkdən belə çəkinmirlər. Cahiliyət dövründə bəzi insanlar mal-qaranın ölüm səbəbinə əhəmiyyət vermədən (onun özü ölərək murdar olması, yırtıcı heyvanın vurması, uca yerdən yıxılması nəticəsində ölməsinə baxmayaraq) onları yeyirdilər. Müqəddəs islam dininin qayda-qanunlarına əsasən, ümumi heyvanların deyil, mal-qaranın ətindən istifadə etməyə icazə verilir, amma onların yuxarıda qeyd olunmuş səbəblərlə murdar olanlarından istifadə etməyə icazə verilmir və onların yeyilməsi məsləhət bilinmir. Onların ətindən yeməyə yalnız o zaman icazə verilir ki, həmin heyvanlar ruh bədənlərindən çıxmamış şəriət yolu ilə kəsilsin. Bu ona görədir ki, həmin heyvanların ölməsi başlarının kəsilməsi və bədənindəki lazımi qanın çıxması ilə baş vermir. Əti halal heyvanlar yırtıcı heyvanların vasitəsilə yaralandıqda, yaxud uca yerdən yıxıldıqda həmin qan onların bədənlərindən lazımi miqdarda çıxmır. Ona görə də, bunlar yarıcan olduqda insan şəri yolla onların başını kəssə, qan çıxar və ətlərini yemək halal sayılar.

    Əmirəl-möminin Əli (ə) buyurub: «İzə ədraktə zəkətəl-mauquzəti va hiyə tuharriku yədən au riclən fəkulhə - Əgər küt alətlə vurulmuş heyvanın (yaxud boğulmuş, uca yerdən yıxılmış, yırtıcı heyvanın vasitəsilə vurulmuş əti halal heyvanın hələ ölmədiyini) əl-ayağını tərpətdiyini görsən, onu („bismillah“ deyərək kəsib) ye!» («Əhkamul- Quran», Əbu Bəkr Muhəmməd ibn Abdullah (İbn Ərəbi, vəfatı:543), c.2, s.540)

    Bəzi şəxslər isə heyvanı öldürməyi rəhmsizlik bilərək onların heç birinin ətindən istifadə etmirlər. Təbii ki, hər iki yol ağıl və məntiqdən uzaqdır. Bunu bilməliyik ki, rəhmli olmaq hər yerdə bəyənilmir. Əksinə, bəzən rəhmsizlik xeyirli nəticə verir. Mütəal Allah buyurur: Muhammədun rəsulullah val-ləzinə mə`ahu əşiddəu aləl-kuffəri ruhaməu bəynəhum — Muhəmməd Allahın Rəsuludur, onunla olan möminlər kafirlərə qarşı sərt, öz aralarında (möminlərə isə) rəhmlidirlər («Fəth» surəsi, ayə:29)

    Şübhəsiz ki, insan kafirlərə qarşı sərt olmasa, onlar insanı məhv edərlər. Mal-qaraya rəhm etmək o demək deyil ki, insan onları şəri yolla kəsərək istifadə etməsin. Çünki onlar istər-istəməz bir müddət sonra xəstəlik, qocalıq və s. səbəblərdən vucudlarından istifadə olunmadan fani olub gedəcəklər. Aləmləri yaradan Rəbbimiz kainatı elə nizamlamışdır ki, həyatda hər bir varlıq digərindən istifadə etməklə yaşayır. Məsələn, quşlar dən yeyərək yaşayırlar. Onların belə qidalanması dənin istifadəsiz qalmasının, yaxud tələf olaraq aradan getməsinin qarşısını alır. Həmin dən canlı bir varlığın bədənində ətə-qana çevrilir. Səhralardakı bitkilərdən mal-qaranın istifadə etməsi mal-qaranın qüvvətlənməsinə, südünün və ətinin çoxalmasına, həmin bitkilərin isə qalıb xəzəl olmaq əvəzinə hansısa bir xeyrə çevrilmələrinə səbəb olur. İnsan halal buyurulmuş heyvanların ətindən istifadə etməsə, onlar bir müddət sonra ömürləri fani olaraq aradan gedərlər. Amma insanın onlardan istifadə etməsi həm insan üçün qida hesab olunur, həm də heyvanların faydasız yerə yaşayıb tələf olmalarının qarşısını alır. Ağaclarda olan ətirli və dadlı meyvələrdən istifadə olunmasa, onlar bir müddət sonra çürüyərək aradan gedərlər. İnsanın həmin meyvələrdən istifadə etməsi, yaxud bıçaqla kəsib doğraması onlara qarşı rəhmsizlik deyil. Əslində, bu iş onların kamala çatmasına — insan bədininin bir hissəsi olmasına səbəb olur. Əhil heyvanların (mal-qara, toyuq və s.) ətindən istifadə etmək də onlara qarşı rəhmsizlik deyil, bu, onları qocalaraq lazımsız hala düşməkdən qurtarır, həm də insanın ondan faydalanaraq qüvvətlənməsinə səbəb olur.

    Gördüyünüz kimi, həyatda «təbdil və təbəddül (bir şeyin başqasına çevrilməsi, yaxud zəifin güclənməsi)» adlanan bir qanun vardır. Mütəal Allah mövcudatı bu vasitə ilə, çevrilmə qanunu ilə kamala çatdırır. Allah təala əti halal heyvanların kəsilməsi zamanı «bismillah» deməklə yanaşı, onların iti bıcaqla kəsilməsini, kəsildikdən sonra azad buraxılaraq rahat can vermələrinə zəmin yaradılmasını əmr edir ki, onlar əziyyət çəkməsinlər. Bunların ətindən heç istifadə etməyənlər isə fitri qanunlara qarşı çıxırlar. Əgər həmin heyvanların ətindən istifadə etmək məsləhət olmasaydı, aləmləri yaradan Rəbbimiz heç vaxt buna icazə verməzdi. Bunu da bilməliyik ki, insana heyvanların bir çoxunun ətindən qidalanmaq məsləhət deyil. Ona görə də, Mütəal Allah onu qadağan etmişdir. Halal buyurulan heyvanlar kəsilərək yeyilsə də, bu, onların nəsillərinin azalıb tamamilə yoxa çıxmasına səbəb olmur. Həmin heyvanlardan nə qədər istifadə olunsa da, onlar Allah təala tərəfindən bərəkətli qərar verildikləri üçün azalmırlar. Lakin əti haram buyurulan heyvanlarda bu cür bərəkət yoxdur. Ətinə, dərisinə, yaxud sümüyünə görə ovlanan bəzi heyvanların nəsli o qədər azalmışdır ki, dövlət, yaxud xeyriyyə cəmiyyətləri tərəfindən xüsusi qoruqlar yaradılaraq onların tamamilə aradan getmələrinin qarşısı alınır.

    Bir sözlə, əbədi yaşamaq və daimilik Allaha məxsusdur. Mövcudat bir-birindən istifadə etməklə yaşayır. Bitkilər torpaq və sudan, heyvanlar və quşlar bitkilərdən, insanlar isə həm heyvanlardan və quşlardan, həm də bitkilərdən istifadə edirlər. Sonda isə insanın özü torpaqda dəfn olunmaqla sanki onu da torpaq yeyir. Bu minvalla həyat davam edirlər.

    Bəzi şəxslər ət yeyilən evin Allahın qəzəbinə düçar olduğunu güman edirlər və buna dair hədis də nəql edirlər ki, islam peyğəmbəri (s.ə.a. s) buyurub: «İnnəllahə yubğizul-bəytəl-ləhm — Allah ət yeyilən evə qəzəblənər». Lakin onlar bu hədisin mənasını düzgün başa düşməmişlər.

    Ali-Samın azad olunmuş qulu Əbdüləla deyir: «İmam Sadiqə (ə) ərz etdim: bizim qəbilə arasında məşhurdur ki, Peyğəmbər (s.ə.a. s) buyurub: Allah ət yeyilən evə qəzəblənər.

    İmam (ə) buyurdu: kəzibu, innəmə qalə Rasulullah (s) əl-bəytəl- ləzi yəğtəbunə fihin-nəsə va yə`kulunə luhuməhum — onlar yalan danışırlar (hədisi düzgün başa düşmədikləri üçün o həzrətə iftira atırlar).
    Peyğəmbərin bu ifadədə nəzərdə tutduğu camaatın qeybəti edilməklə onların ətinin yeyildiyi evlərdir. (Necə ki, „Hucurat“ surəsi 12-ci ayədə buyurulur: „Yə əyyhuəl-ləzinə əmənu va lə yəğtəb bə`zukum bə`-
    zan, ə yuhibbu əhadukum ən yə`kulə ləhmə əxihi məytən fəkərihtumuh?... — Ey iman gətirənlər, ... bir-birinizin qeybətini etməyin! Məgər siz istəyərmisiniz ki, (din) qardaşınızın ətini yeyəsiniz (onu ləkələyəsiniz)?“ Allah qeybət olunan evləri sevməz.)
    Sonra imam Sadiq (ə) sözünün davamında buyurdu: mənim atam (imam Baqir əleyhissalam) əti xoşlardı. Hətta dünyasını dəyişdikdə anamın sandığında o həzrətin ət üçün ayırdığı 30 dirhəmi var idi.» («əl-Kafi», c.6, s.308, bab: «fəzlul-ləhm», hədis:5; «Zubdətul-bəyan», Müqəddəs Ərdəbili, s.635)

    Bu mətləb digər bir şəkildə də nəql olunmuşdur: «Osman ibn İsa adlı şəxs Məsmə Əbu Səyyardan rəvayət edir ki, bir kişi imam Sadiqə (ə) ərz etdi: bizdən əvvəlkilər rəvayət edirlər ki, izzət və cəlal sahibi olan Allah ət yeyilən evə qəzəbli olar.

    İmam (ə) buyurdu: sadəqu va ləysə haysu zəhəbu, innəllahə azzə va cəllə yubğizul-bəytəl-ləzi tu`kəlu fihi luhumun-nəs — onlar doğru deyirlər (Allah ət yeyilən evə qəzəblənər). Amma bu sözün mənasını düzgün başa düşməmişlər. İzzət və cəlal sahibi olan Allah (halal ət yeyilən evlərə deyil) camaatın əti yeyilən (qeybəti olunan) evə qəzəb edər.» («əl-Kafi», c.6, s.309, bab: «fəzlul-ləhm», hədis:6)

    «Maidə» surəsinin ilk ayəsinə diqqət etsək, görərik ki, insan ehram halında olduqda əti halal olan heyvanları ovlaya bilməz. Ovlasa da, həmin heyvanın ətini yemək ona haramdır. Sual meydana çıxa bilər: Məkkədə o isti havada, səhrada həmin heyvanlar mövcud olmur ki, onu ehram bağlayan şəxs ovlasın. Cavab olaraq qeyd etməliyəm ki, evdə, yaxud miqatlarda ehram bağlayıb yola çıxan şəxs Məkkəyə gedən yolda əti halal olan heyvanlara rast gələ bilər, amma o, ehram bağladığı üçün bu işdən çəkinməlidir.

    Bundan əlavə, həcc mövsümü həmişə yay aylarına düşmür, fəsillər dəyişdikdə bu mövsüm payız və qış aylarına da təsadüf edir. Həmin vaxtlarda isə səhrada əti halal olan dörd ayaqlılara rast gəlmək olar. Ona görə də, ehram bağlamış şəxs ov etməməlidir.

    Əbu Qütadə əl-Haris ibn Rib`i əl-Ənsari deyir: «Biz Məkkə ilə Mədinə arasında Peyğəmbərlə birlikdə Məkkəyə gedirdik. Məndən fərqli olaraq hamı ehram bağlamışdı. Öz atıma minib onlarla birlikdə yol gedirdim. Mən hərdən dağların, təpələrin üstünə çıxırdım. Bir də baxdım ki, camaat nəyəsə tamaşa edir. Yaxınlaşdıqda gördüm ki, onların müşahidə etdikləri çol ulağıdır. Onlara dedim: qamçımı verin, mən bu ulağı ovlayım. Onlar dedilər: biz bunu edə bilmərik, çünki ehram halındayıq. Mən atdan düşüb qamçımı götürdüm və həmin heyvanın izinə düşərək ovlayıb onların yanına gətirdim. Onlar dedilər: biz buna əl vura bilmərik, çünki ehram halındayıq. Mən onu tək daşıyaraq bişirib bunlara gətirdikdə bəzisi həmin ətdən yedilər, bəzisi isə yemədilər. Mən də onlara dedim: eybi yox, bunu Peyğəmbərdən soruşaram. Mən Peyğəmbərin hüzuruna gəlib həmin hadisəni o həzrətə ərz etdikdə o buyurdu: ə bəqiyə minhu şəy`un? — onun ətindən nə isə bir şey qalmışdırmı? Dedim: bəli, qalmışdır? Peyğəmbər buyurdu: onu yeyin, o bir təamdır ki, Allah onu sizə əta etmişdir.»

    Gördüyünüz kimi, Məkkə yolunda belə bir heyvana rast gəlmək mümkündür, ona görə də, Mütəal Allah onu ehram halında olanlara haram buyurub. Bu rəvayətdən belə məlum olur ki, ehram bağlayanlar özləri ov edə bilməsələr də, ehram bağlamamış şəxslərin ov etdiyi heyvanın ətindən yeyə bilərlər. Lakin digər rəvayətlərə əsasən, hacılar gərək başqalarının ovladığı heyvanların da ətini yeməsinlər. Bu haqda imam Sadiq (ə) buyurub: «Lə təstəhillənnə şəy`ən minəs-saydi va əntə haramun va lə əntə haləlun fil-harami... — İstər ehram halında, istərsə də ehramsız halda Məkkədə olarkən ov edilmiş heyvandan heç bir şeyi özün üçün halal bilmə (ondan istifadə etmə)! Hətta orada olduğun müddətdə kiməsə ov etməyə belə kömək etmə! Hər kəs bu işi bilərək görsə, kəffarə olaraq bir qurban kəsməlidir.» («əl-Mu`təmədu fi şərhil-mənəsik», c.28, s.278, məsələ:201-in şərhində qeyd olunmuş hədis)

    Digər bir hədisdə imam Sadiq (ə) buyurur: «Ovçunun ehram halında olub-olmamasından asılı olmayaraq sən ehram halında olduqda ov edilmiş heyvanın ətindən yemə!»

    Burada imam Sadiqin (ə) hədisinə üstünlük verilməsinin səbəbi Peyğəmbərdən nəql olunan hədisin xəbəri-vahid olmasıdır, yəni, həmin hədisi yalnız Əbu Qütadə əl-Haris ibn Rib`i əl-Ənsari nəql etmişdir. Lakin imam Sadiqdən (ə) nəql olunmuş hədisin birincisi 8 nəfərin vasitəsilə, ikincisi isə 3 nəfərin vasitəsilə nəql edilmişdir. Yəni, imam Sadiqdən (ə) nəql olunmuş hədis xəbəri-vahid olmadığı üçün mötəbər sayılır.

    Haram qidaların insan bədənində mənfi təsiri

    Mərhum Əyyaşi Muhəmməd ibn Abdullahdan, o da dostlarının birindən rəvayət edir ki, o dedi: «Mən imam Sadiqə (ə) ərz etdim: Sənə fəda olum, Allah nə üçün murdar olmuş heyvanın ətini, qanı və donuz ətini haram etmişdir? İmam (ə) buyurdu: Allah təbarək və təala heç vaxt sevdiyi bəzi şeyləri camaata haram buyurub, istəmədiklərini halal etməz (yəni, Allah: „Mənim bunlardan xoşum gəlir deyə onları sizə verməmək üçün haram edirəm, bunları isə xoşlamıram, ona görə də, siz istifadə edin, halal edirəm“, — deməz). Lakin O, insanları yaradaraq onların bədənlərinə lazım və faydalı olan qidaları halal etməklə minnət qoydu. Çünki bunun onlara xeyri var. Onlara zərəri olan qidaları isə haram etdi. Yalnız zərurət halında həlak olmamaqdan ötrü onlardan az miqdarda, məhdud bir vaxtda istifadə etməyi istisna etdi.

    Sonra o həzrət sözünə davam edərək buyurdu: Murdar olmuş heyvanın haram buyurulmasına səbəb ondan yeyən şəxsin bədəninin zəifləməsi, cisminin aradan getməsi, bədəninin qüvvəsinin azalması və nəslinin kəsilməsidir. Bununla qidalanan şəxs ölüm əlaməti olmadığı halda, gözlənilmədən, qəfil ölər.

    Qanın haram edilməsinin səbəbi onun insanı qan tökməyə həris etməsi, qəlbinin qaralması, insanın mehribanlıq və rəhm hissini azaltmasıdır. Qan içən şəxsə etibar etmək olmaz. Çünki o, qəlbi qəsavət bağladığına (qaraldığına) görə gözlənmədiyi halda övladını, valideynini, yaxın qohumunu və dostunu qətlə yetirər.»

    Donuz ətinin haram olmasının səbəbi Allah təalanın bəzi qövmləri kafir və nankor olduqlarına görə məsx etməsi və donuzun həmin məsx olunmuş qövmə bənzəməsidir. Sonra Allah onların misli olan heyvanların ətini haram edib ki, camaat həmin heyvanların ətindən istifadə etməsin və məsx edilərək həmin heyvanların mislinə çevrilən kafirlərin əzabını yüngül saymasın.

    İçkinin haram olmasına səbəb isə ondan içildikdə fitnə-fəsad törədilməsidir.

    İmam (ə) sözünə davam edərək buyurdu: «İnnə mudminəl-xamri kə abidi vasənin — Həqiqətən də, içki içməyə davam edən, ona son qoymayan kəs bütə sitayiş edən şəxs kimidir. İçki içən şəxsin bədənində qabarma yaranar, üzünün nuru gedər və o, haqla batili bir-birindən ayıra bilməz. Bu cür şəxsin mürüvvəti də aradan gedər, belə ki, o, öz qohumlarının qanını tökməyə hazır olar, zina edər. Belə bir şəxsin içkili halda ağıldan məhrum olduğu üçün hətta öz məhrəmləri ilə zina etməyəcəyinə belə etibar yoxdur. İçki insanı şər işlərdən başqa bir şeyə sövq etməz.» («Təfsiri-Əyyaşi», c.1, s.319-320, hədis:20; «əl- Bürhan», c.1, s.434; «İləluş-şəraye», s.483, bab:237, hədis:1)

    «Hurum» sözünün mənası

    Ayədə zikr olunan «hurum» sözü «muhrimunə - ehram bağlayanlar» mənasını daşıyır. Belə olduğu təqdirdə, «va əntum hurum» ifadəsi «siz ehram bağlayanlar (yəni, ehramda) olduğunuz halda» deməkdir.

  • 5:2

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحِلُّوا شَعَائِرَ اللَّهِ وَلَا الشَّهْرَ الْحَرَامَ وَلَا الْهَدْيَ وَلَا الْقَلَائِدَ وَلَا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلًا مِّن رَّبِّهِمْ وَرِضْوَانًا  ۚ وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُوا  ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَن تَعْتَدُوا  ۘ وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ  ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ  ۚ وَاتَّقُوا اللَّهَ  ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
    Y‍‍ā 'Ayyuhā A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍manū Lā Tuḥillū ša`‍‍ā‍‍'i‍‍r‍‍a A‍‍l-Lah‍‍i Wa Lā A‍‍š-‍šahra A‍‍l-ḥar‍‍ā‍‍ma Wa Lā A‍‍l-Ha‍‍d‍‍ya Wa Lā A‍‍l-Qal‍‍ā‍‍'ida Wa L‍‍ā '‍‍Ā‍‍mm‍‍ī‍‍na A‍‍l-Bayta A‍‍l-ḥar‍‍ā‍‍ma Ya‍‍b‍‍ta‍ġ‍ū‍‍na Faḍlāa‍‍n Mi‍‍n Rabbihi‍‍m Wa R‍‍iḍwānāa‍‍n Wa 'I‍ḏā ḥalaltu‍‍m Fāṣṭādū Wa Lā Ya‍‍j‍‍r‍‍ima‍‍nn‍‍aku‍‍m šana'‍‍ā‍‍nu Qawmin 'A‍‍n ṣaddūku‍‍m `Ani A‍‍l-Masjidi A‍‍l-ḥar‍‍ā‍‍mi 'A‍‍n Ta`tadū Wa Ta`āwanū `Alá A‍‍l-Bi‍‍r‍‍r‍‍i Wa A‍‍t-Ta‍‍q‍‍wá Wa Lā Ta`āwanū `Alá A‍‍l-'I‍ṯmi Wa A‍‍l-`U‍‍d‍‍w‍‍ā‍‍ni Wa A‍‍ttaqū A‍‍l-Lah‍‍a 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a šad‍‍ī‍‍du A‍‍l-`Iq‍‍ā‍‍b‍‍i
    Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən, Allah ağır cəzalandırandır.

    «Şə`air» sözü (ayə:2)

    Bu söz «şə`irə» sözünün cəmi olub «əlamət və nişanələr» deməkdir. Qədimdə Məkkə şəhərinin girişində bəzi əlamətlər qoyulurdu ki, onlar Hərəmin hüdudlarını bildirirdi. Belə ki, oradan içəri keçənlər Hərəmin hörmətini saxlamalı, onun qayda-qanunlarına riayət etməli idilər, yəni, ehram paltarı geyib: «ləbbəyk, Allahummə, ləbbəyk!» deyə-deyə oraya daxil olmalı idilər.

    Həcc mövsümündə yerinə yetirilən əməllərin hamısı «şə`air»-dən hesab olunur. Ona görə də, heç kəsin haqqı yoxdur ki, onlara hörmətsizlik etsin. İnsan Məkkənin hörmətini, oranın əmin-amanlığını qorumaq üçün orada olduğu müddətdə heyvanlardan heç birini ovlaya bilməz. Bəzi heyvanların ətindən istifadə etmək haram olduğu kimi ehram halında ov edilən ətdən istifadə etmək də haramdır. Mütəal Allah 3-cü ayədə buyurur: «Hurrimət aləykumul-məytətu vad-dəmu va ləhmul-xinzir... — Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə („bismillah“ deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş, dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır (bunlardan istifadə etmək din və şəriətin hüdudunu aşmaq deməkdir). Canı çıxmamış kəsdiyiniz heyvanlar isə müstəsnadır...»

    «Müstəsnadır» kəlməsi işlənən sonuncu cümlə boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (uca bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş heyvanlara aiddir. Əgər onların canı çıxmamış «bismillah» deyilərək üzü qibləyə tərəf kəsilsə, ətləri halaldır.

    Lakin əti haram olan heyvanları (donuz, it, pişik və s. kimi) hətta üzü qibləyə tutub «bismillah» deyərək kəssən də, onları yemək halal olmaz. Əti haram olan heyvanlar haqqında təkcə bu surədə deyil, «Bəqərə» surəsi, ayə:173, «Ən`am» surəsi, ayə:145 və «Nəhl» surəsi, 115- ci ayədə də zikr olunmuşdur.

    Mütəal Allah ayənin sonunda buyurur: «Hər kəs naçar qalarsa (qıtlıq olduğu üçün yeməyə başqa heç bir şey tapmasa, haram buyurulmuşlardan) zərurət miqdarında (Allaha qarşı çıxmaq üçün və doyunca deyil, yalnız özünü ölümdən qurtara biləcəyi qədər) istifadə edə bilər. (Belə bir vəziyyətə düşən bəndələrini) Allah bağışlayandır, rəhm edəndir.»

  • 5:3

    حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَن تَسْتَقْسِمُوا بِالْأَزْلَامِ  ۚ ذَ‌ٰلِكُمْ فِسْقٌ  ۗ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ  ۚ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا  ۚ فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ  ۙ فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
    ḥur‍‍r‍‍imat `Alaykumu A‍‍l-Maytatu Wa A‍‍d-Damu Wa Laḥmu A‍‍l-‍ḫi‍‍n‍‍z‍‍ī‍‍r‍‍‍‍i Wa M‍‍ā 'Uhilla Li‍ġay‍‍r‍‍i A‍‍l-Lah‍‍i Bih‍‍i Wa A‍‍l-Mun‍ḫaniqatu Wa A‍‍l-Mawqū‍ḏatu Wa A‍‍l-Mutaraddiyatu Wa A‍‍n‍‍-Naṭīḥatu Wa M‍‍ā 'Akala A‍‍s-Sabu`u 'Illā Mā ḏakkaytu‍‍m Wa Mā ḏubiḥa `Alá A‍‍n‍‍-Nuṣubi Wa 'A‍‍n Tasta‍‍q‍‍simū Bil-'Azl‍‍ā‍‍mi ḏāliku‍‍m Fisqun A‍‍l-Yawma Ya'isa A‍‍l-La‍ḏ‍ī‍‍na Kafarū Mi‍‍n Dīniku‍‍m Falā Ta‍ḫšawhu‍‍m Wa A‍‍ḫšawnī A‍‍l-Yawma 'Akmaltu Laku‍‍m Dīnaku‍‍m Wa 'Atma‍‍m‍‍tu `Alayku‍‍m Ni`matī Wa Raḍ‍‍ī‍‍tu Lakumu A‍‍l-'Isl‍‍ā‍‍ma Dīnāa‍‍n Famani A‍‍ḍṭurra Fī Ma‍ḫmaṣatin ġayra Mutajānifi‍‍n L'i‍ṯmi‍‍n Fa'i‍‍nn‍‍a A‍‍l-Lah‍‍a ġaf‍‍ū‍‍ru‍‍n Raḥ‍‍ī‍‍m‍‍un
    Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və eləcə də (heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir. Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. Beləliklə əgər kimsə qəhətlik və şiddətli aclıq halında günaha meyli olmadan (həmin haram şeylərin bəzilərindən yeməyə) məcbur olsa, Allah çox bağışlayan və mehribandır.

    Bəzi heyvanların haram olmasına səbəb (ayə:3)

    Burada bəzi heyvanların istifadəsinin nə üçün haram olduğunu açıqlamaq istərdim. Mərhum Şeyx Səduq mötəbər sənədlərlə rəvayət edir ki, Muhəmməd ibn Sənan imam Rzaya (ə) göndərdiyi məktubunda bir neçə sual qeyd edir. O həzrət də həmin sualların cavabında belə yazır: «Harumə mə uhillə bihi liğayrilləh əlləzi aucəbə alə xalqihi minəl-iqrari bihi va zikra ismihi alə Allahdan qeyrisinin adına («bismillah» deyilmədən) kəsilmiş heyvanın haram olmasının səbəbi budur: Allah təala əti halal olan heyvan kəsildikdə vacib etmişdir ki, Onun ismi zikr olunmaqla varlığı və vəhdaniyyəti iqrar olunsun. İman əhli Onun adına kəsilən ətlə «bismillah»-sız kəsilən ətlərə fərq qoyub Allahın adı ilə kəsilmiş heyvanlardan istifadə etsin. Çünki heyvanları Onun adı ilə kəsdikdə izzət və cəlal sahibi olan Allahın varlığı və vəhdaniyyəti dilə gətirilir. Heyvanları «bismillah»-sız, yaxud Allahdan qeyrisinin adına kəsdikdə bir növ küfr və ya şirk özünü büruzə verir. «Bismillah»-sız kəsdikdə küfr, Allahdan qeyrisinin adına kəsdikdə isə şirk özünü göstərir. Ona görə də, Mütəal Allah halal olunmuş heyvanların «bismillah»-la kəsilməsini əmr etmişdir. («Uyuni-Əxbari-Rza (a)», c.1, s.98)

    İmamların (ə.s) xatirinə və ya pirlərdə kəsilən heyvanlar

    Düşüncəsi zəif olan bəzi insanlar belə güman edə bilərlər ki, aşura və ya digər əlamətdar günlərdə Peyğəmbər və imamların (ə.s) ehsanı olsun deyə heyvan kəsilməsi müşriklik əlamətidir. Lakin belə şəxslər bunu anlamırlar ki, həmin heyvanları kəsən müsəlmanlar onları Peyğəmbər və imamların adlarını çəkməklə deyil, üzü qibləyə tutub «bismillah» deyərək kəsirlər. Bu yolla onlar Allahın adını çəkərək kəsdikləri heyvanı Peyğəmbər və Əhli-beyt (ə.s) yolunda ehsan etməklə o həzrətlərin xatirəsini əziz tuturlar. Məndə təəccüb hissi doğuran odur ki, həzrət İsanın mövlud gecəsi (31 dekabr gecəsi) o həzrətin xatirəsini uca tutmaq üçün heç kəsə bir xeyri olmadığı halda xristianların atəşfəşanlıq keçirməsinə etiraz edilmir, amma Peyğəmbər və Əhli-beytə (ə.s) ehsan olunsun deyə heyvan kəsilməsi müşriklik adlandırılır. Halbuki, bundan bir çox imkansız insanlar faydalanırlar. Müxtəlif pir və ocaqlarda kəsilən hayvanlar da Allahın adı çəkilərək üzü qibləyə «bismillah»-la kəsilir və Allah yolunda fəqir-füqəra, qonşular, yaxud qohum-əqrəba arasında bölüşdürülür. Uşağın sağlam dünyaya gəlməsi münasibətilə kəsilən «əqiqə» qurbanları, eləcə də, Həcc, Kərbəla və müxtəlif ziyarətlərdən gələn insanların salamat qayıtdıqları üçün kəsdikləri qurbanlar da Allahın adı zikr olunaraq «bismillah»-la kəsilir. Belə olduğu təqdirdə, bunların heç biri tövhid anlayışı ilə ziddiyyət təşkil etmir, əksinə, bütün bunlar həm Allahın adının yad olunması, vəhdaniyyətinin iqrar olunması, həm də Onun şükrünün yerinə yetirilməsi deməkdir. Buna etiraz edən şəxslər həmin işləri görməməklə özlərini Allahın şükrünü yerinə yetirmək səadətindən məhrum edirlər.

    Mötərizə cümləsi

    Bu ayənin ortasında elə bir mötərizə cümləsi mövcuddur ki, haramların hökmü bəyan olunmuş digər ayələrdə («Bəqərə» surəsi, ayə:173, «Ən`am» surəsi, ayə:145 və «Nəhl» surəsi, ayə:115-də) həmin cümlə yoxdur. O cümlə belədir: «əl-Yaumə yəisəl-ləzinə kəfəru min dinikum. Fə lə təxşauhum vaxşauni. əl-Yaumə əkməltu ləkum dinəkum va ətməmtu aləykum ni`məti va razitu ləkumul-isləmə dinən — Bu gün kafirlər sizin dininizdən ümidlərini kəsdilər, elə isə, onlardan deyil, Məndən qorxun! Bu gün dininizi kamil etdim, nemətimi sizə tamamladım və din olaraq islamı sizin üçün bəyəndim!»

    Bu cümlə Peyğəmbərin əmri ilə təfsirini yazdığımız ayənin arasında yerləşdirilmişdir. Mötərizə cümləsindəki kəlmələrə bir-bir diqqət yetirsək, görərik ki, adını çəkdiyimiz haram ətlərin hökmünü bəyan etmək elə mühüm bir məsələ deyil ki, Mütəal Allah onları bildirdikdən sonra: «Bu gün kafirlər sizin dininizdən ümidlərini kəsdilər, elə isə, onlardan deyil, Məndən qorxun! Bu gün dininizi kamil etdim, nemətimi sizə tamamladım və din olaraq islamı sizin üçün bəyəndim», — buyursun. Çünki bu ayədəki hökmlərlə dinin əhkamı hələ də kamilləşməmişdi. Bu hökmlər bəyan olunduqdan sonrakı dövrlərdə şəriətin digər bəzi haram və halal hökmləri müəyyən ayələrdə zikr olunmuşdur. Elə isə, bu cümlənin burada nə üçün yerləşdiyini araşdırmalıyıq.

    Bir çox mühəqqiqlər, bəzi müfəssirlər və tarixçilərin qeyd etdiklərinə əsasən, həmin mötərizə cümləsi «Qədiri-Xum» adlanan yerdə həzrət Peyğəmbərin Əlini (ə) özünə Allahın əmri ilə xəlifə və canişin təyin etməsi ilə əlaqədar nazil olmuşdur. Ona görə də, Mütəal Allah buyurur: «(Ya Peyğəmbər! Kafirlər indiyədək sənin ölümünü gözləyirdilər ki, səndən sonra niyyətlərində olanı həyata keçirsinlər. Amma Əlinin səndən sonra xəlifə seçilməsi ilə) bu gün kafirlər sizin dininiz barədəki (cızdıqları planlardan) ümidlərini kəsdilər. Elə isə, onlardan deyil, Məndən qorxun, bu gün dininizi kamil etdim, nemətimi sizə tamamladım və din olaraq islamı sizin üçün bəyəndim.»

    Mərhum Şeyx Tusi imam Baqir və imam Sadiqdən (ə.s) rəvayət edir ki, o həzrətlər buyurmuşlar: «Ənnəl-əyətə nəzələt bə`də nəsbin- Nəbiyyi (s) Aliyyən aləmən lil-umməti yaumə Ğadiri-Xum, munsarafihi an Haccətil-vidə` - Həmin ayə (mötərizə cümləsi) Peyğəmbərin (s.ə.a. s) vida həccindən qayıdarkən Qədiri-Xumda Əlini (özü üçün canişin və) ümmət üçün imam təyin etdikdə nazil olmuşdur.» («ət-Tibyan», c.3, s.435, sonuncu sətr)

    Seyid Haşim Bəhrani özünün məşhur «Ğayətul-məram» əsərində, eləcə də, Mərhum Təbərsi mötəbər sənədlərlə Peyğəmbərin yaxın səhabəsi Əbu Səid Xudridən rəvayət edirlər ki, o deyib: «Peyğəmbər (s.ə.a. s) camaatın Qədiri-Xum adlanan yerdə cəm olmalarını əmr etdiyi gün onlara özünün dayandığı ağacın altındakı tikanları təmizləmələrini buyurdu. Həmin gün cümə axşamı günü idi. O həzrət həmin gün Əlinin (ə) əlini yuxarı qaldırdı və camaatı ona beyət etməyə dəvət etdi. Bu ayə («Maidə» surəsinin 3-cü ayəsindəki mötərizə cümləsi) nazil oldu, sonra o həzrət buyurdu: Əllahu əkbəru alə ikməlid-dini va itməmin-ni`məti va rizar-rabbi birisələti val-viləyəti li Aliyyin (ibn Əbi Talib min bə`di) summə qalə: mən kuntu mauləhu fə Aliyyun mauləh. Allahummə vali mən valəhu va adi mən adəhu vansur mən nəsarahu vaxzul mən xazələh — Allah uludur ki, dini kamil etdi, nemətini tamamladı. (Aləmləri yaradan) Rəbb mənim peyğəmbərliyimə və Əli ibn Əbu Talibin vilayətinə (imam təyin olunmasına) razılıq verdi. Sonra o həzrət sözünə davam edərək buyurdu: (ey camaat!) Mən kimin mövlasıyamsa, (məndən sonra) Əli onun mövlasıdır. Allahım, ona dost olanlara dost ol, onunla düşmənlik edənlərə düşmən ol! Ona yardım edənlərə yardım et, onu xar etmək istəyənləri xar et!

    Sonra o dövrün məşhur şairi Həssan ibn Sabit həzrət Peyğəmbərə dedi: ya Rəsuləllah, icazə verirsinizmi ki, mən bu barədə bir neçə beyt şeir deyim? O həzrət buyurdu: de, Allah həqiqəti sənin dilində cari edəcəkdir! Həssan dedi:
    «Yunədihim yauməl-Ğadiri Nəbiyyuhum
    Bi Xummin va əsmə`u bin-Nəbiyyi munədiyən! Bi ənni mauləkum, nə`am va valiyyukum, Fəqalu: va ləm yəbdu hunəkət-tə`amiyə!
    İlahukə maulənə va əntə valiyyunə, Va lə təcidnə fil-xalqi lil-əmri asiyən!
    Fəqalə ləhu: qum, yə Aliyyu, fə innəni, Razitukə min bə`di iməmən va hədiyən!... Fəmən kuntu mauləhu fəhəzə valiyyuhu, Fəkunu ləhu ənsara sidqin muvaliyən!
    Hunəkə də`allahummə, vali valiyyəhu, Va kun lil-ləzi adə Aliyyən mu`adiyən!»
    «Onların peyğəmbəri Qədiri-Xum günündə, Eşitdim ki, o həzrət söyləyir ki, „mən
    Sizin mövlanızam, bəli, sizin vəlinizəm!“ Etiraz etmədən söylədilər ki, „İlahın
    Bizim mövlamızdır, sənsə bizim vəlimizsən, Camaatdan heç kəsi buna üsyan edən görməzsən!“ Buyurdu: ya Əli, qalx ayağa, razı oldum mən, Məndən sonra olasan imam və hidayət rəhbəri sən! Mən hər kəsin mövlasıyam, bu da onun mövlasıdır, Elə isə, siz də ona olun dost və yardım edən!
    Orada Peyğəmbər dua edib buyurdu: Allahım! Əliyə dost olanlarla dost ol Sən,
    Ona düşmənlik edənlərlə düşmən!» («Məcməul-bəyan», c.3, s.159.
    Şeirin mənbəyi: «əl-Ğədir», c.2, s.34)

    Peyğəmbər müxtəlif yerlərdə özündən sonra Əlinin (ə) müsəlmanlara imam və rəhbər olacağını müəyyən ifadələrlə bəyan etmişdi. Amma bəzi səhabələrin Əliyə (ə) paxıllıq etdiyini gördükdə o həzrətin imamət və xilafətini açıq-aşkar bəyan edə bilmirdi. Qədiri-Xum səhrasında «yə əyyuhər-Rasul, bəlliğ mə unzilə iləykə min Rabbik! — ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! („Maidə“ surəsinin, 67-ci)» ayəsi nazil olduqda həzrət Peyğəmbər Əlini (ə) açıqaşkar şəkildə xəlifə təyin etdikdən sonra Mütəal Allah həmin ayənin sonunda: «vallahu yə`simukə minən-nəs — ey Peyğəmbər, Allah səni insanlardan qoruyacaq», — buyurdu. Daha sonra isə Allah təala: «əl- yaumə yəisəl-ləzinə kəfəru... — bu gün kafirlər sizin dininizdən ümidlərini kəsdilər, elə isə, onlardan deyil, Məndən qorxun! Bu gün dininizi kamil etdim, nemətimi sizə tamamladım və din olaraq sizə islamı bəyəndim», — ayəsini nazil etdi.

    Mötərizə cümləsinə diqqətlə nəzər salsaq, görərik ki, həmin cümlə «Maidə» surəsi 67-ci ayənin bir hissəsidir. Bəzi rəvayətlərə əsasən, bu cümlə Cəbrailin, bəzilərinə əsasən isə Peyğəmbərin tövsiyəsi ilə təfsirini yazdığımız ayənin arasında yerləşdirilmişdir ki, Əlinin (ə) xilafət və imamətinə düşmənçilik edən şəxslər Quranı təhrif edərək həmin cümləni oradan çıxarmasınlar.

    Ayənin sonundakı «fəmənizturra fi məxməsatin...» ifadəsi həm mötərizə cümləsi ilə, həm də haramlarla bağlı əvvəlki cümlə ilə uyğunluq təşkil edir. Necə ki, Allah təala haram olunan qidalardan zərurət halında istifadə etməyi bağışlayır, eləcə də, xilafət qəsb olunduqda, yaxud imam qeybə çəkildikdə naçar qalarkən könül xoşluğu və Allaha qarşı çıxmaq məqsədi olmadığı təqdirdə, məsum imamdan qeyrisinin himayəsində yaşamağı da Mütəal Allah bağışlayandır, rəhm edəndir.

    Bəzi şəxslər belə güman edirlər ki, zərurət halında əti haram olan heyvanlardan istifadə etmək olar, yaxud xilafət qəsb olunduqda, imam qeybə çəkildikdə məsum imamdan qeyrisinə tabe olmaq caizdir. Amma həmin şəxslər bilməlidirlər ki, bu əhkam «əzimət (Allahın daimi şəri hökmü)» deyil, müsəlmanların zərurət halında istifadə edəcəyi müvəqqəti bir rüxsətdir (güzəştdir). Ona görə də, Mütəal Allah ayənin sonunda buyurur: «İnnəllahə ğafurun rahim — Həqiqətən də, Allah (bu rüxsətdən müvəqqəti şəkildə istifadə edən insanları) bağışlayandır, rəhm edəndir.»

    Haqqında danışdığımız cümlənin mötərizə cümləsi olmasının ən böyük əlaməti budur ki, mötərizə adlanan cümlə oradan götürüldükdə ondan əvvəlki və sonrakı cümlələrin məna ardıcıllığı pozulmur. Yəni, mötərizə cümləsi götürüldükdə ayə bu cür olur: «Zəlikum fisq. Fə-
    mənizturra fi məxməsatin ğayra mutəcənifin liismin fə innəllahə ğafurun rahim — Bunlar (bunlardan istifadə etmək din və şəriətdə) həddi aşmaqdır (günahdır)... Kim aclıq üzərindən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyil etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər o haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.»

  • 5:4

    يَسْأَلُونَكَ مَاذَا أُحِلَّ لَهُمْ  ۖ قُلْ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ  ۙ وَمَا عَلَّمْتُم مِّنَ الْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ اللَّهُ  ۖ فَكُلُوا مِمَّا أَمْسَكْنَ عَلَيْكُمْ وَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهِ  ۖ وَاتَّقُوا اللَّهَ  ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
    Yas'alūnaka Mā‍ḏ‍ā 'Uḥil‍‍la Lahu‍‍m Qul 'Uḥil‍‍la Lakumu A‍‍ṭ‍‍-ṭayyib‍‍ā‍‍tu Wa Mā `Alla‍‍m‍‍tu‍‍m Mina A‍‍l-Jawā‍‍r‍‍iḥi Mukallib‍‍ī‍‍na Tu`allimūnahu‍‍nn‍‍a Mi‍‍mm‍‍ā `Allamakumu A‍‍l-Lah‍‍u Fakulū Mi‍‍mm‍‍ā 'A‍‍m‍‍sakna `Alayku‍‍m Wa A‍‍ḏkurū A‍‍sma A‍‍l-Lah‍‍i `Alayhi Wa A‍‍ttaqū A‍‍l-Lah‍‍a 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a Sa‍‍r‍‍ī‍‍`u A‍‍l-ḥis‍‍ā‍‍b‍‍i
    Səndən onlara nəyin halal olunduğunu sonruşurlar. De: «Bütün pak şeylər (ağılın qəbul etdiyi və insan təbiətinin meyl göstərdiyi ərzaq, geyim və digər yaşayış vasitələri) sizə halal edildi. (Həmçinin) Allahın sizə öyrətdiklərindən onlara öyrədərək təlim keçib əhliləşdirdiyiniz ov heyvanlarının (ovladıqları sizə halaldır). (Beləliklə) sizin üçün tutub saxladıqları hər bir heyvandan yeyin və (onları ov üzərinə göndərərkən) onun üçün Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz, Allah tez hesab çəkəndir.

    Ayənin nazil olma səbəbi (ayə:4)

    Bəzi hədis kitablarında bu ayənin nazil olma səbəbi barədə müxtəlif fikirlər söylənmişdir.

    Cəlaləddin Suyuti öz təfsirində Faryabi, İbn Cərir, Təbərani, Hakim və s. şəxslərdən, onlar da peyğəmbərin yaxın səhabəsi Əbu Rafedən rəvayət edirlər ki, o deyib: «Bir gün Cəbrail yer üzünə enərək Peyğəmbərin evinə daxil olmaq üçün icazə istədi. Peyğəmbər əbasını çiyninə salıb qapıya yaxınlaşaraq buyurdu: qad əzinnə ləkə - biz sənə icazə verdik (daxil ola bilərsiniz)! Cəbrail dedi: əcəl va ləkinnə lə nədxulu bəytən fihi kəlbun va lə... — bəli, siz icazə verdiniz, amma biz (mələklər) it olan evə, yaxud canlı bir varlığın şəkli olan evə daxil olmarıq.
    Əbu Rafe deyir: Peyğəmbər mənə əmr etdi ki, Mədinədə olan itləri öldürüm. Mən o həzrətin əmri ilə Mədinədəki itləri öldürdüm. Camaat Peyğəmbərin hüzuruna gələrək soruşdular: ya Peyğəmbər, öldürülməsini əmr etdiyin məxluqun hansı qismi bizə halaldır? Mütəal Allah tərəfindən Peyğəmbərə ayə nazil olaraq buyuruldu: „Səndən nəyin halal olmasını soruşduqda de: pak şeylər sizin üçün halal edilib, (yaşadığınız evdə olmamaq şərtilə sizi qorumaq və ov etmək məqsədilə) təlim etdiyiniz itləri (saxlaya bilərsiniz!)“ »

    Bu hədis zahirən maraqlı olsa da, məna baxımından ağılla uyğunluq təşkil etmir. Necə ola bilər ki, Peyğəmbər elə bir yerdə (it olan evdə) yaşasın və Cəbrail də oraya daxil ola bilməsin?! Necə qəbul etmək olar ki, Peyğəmbər Əbu Rafeyə Mədinədəki bütün itləri öldürməsini əmr etsin?! Nəql olunan hədisdə diqqəti daha çox cəlb edən nöqtə Peyğəmbərin əbasını çiyninə salaraq qapıya yaxınlaşıb Cəbrailə: «Biz sənə icazə verdik, daxil ol!», — deməsidir. Halbuki, Cəbrail dəfələrlə Peyğəmbərin evinə gedib-gələrdi. Əgər Peyğəmbər it olan evdə yaşasaydı, Cəbrail başqa vaxtlarda da oraya daxil olmazdı. Bundan əlavə, Peyğəmbər və Əhli-beyt (ə.s) yalnız əti halal olan heyvanları saxlayardılar. Buradan məlum olur ki, ola bilsin, Cəbrail yer üzünə gəldikdə Peyğəmbər Əbu Rafenin evində olub. Əbu Rafenin evində it olduğuna və bu səbəbdən Cəbrailin oraya daxil olmamasına görə Peyğəmbər Əbu Rafeə əmr edir ki, evində saxladığı iti öldürsün və bunu bilən camaat Peyğəmbərin hüzuruna gərələk o həzrətə itlərin hansı növünü saxlamaq barədə sual vermişlər. Onların cavabında həmin ayə nazil olaraq buyurulur: «(Yaşadığınız evdə olmamaq şərtilə sizi qorumaq və ov etmək məqsədilə) təlim etdiyiniz itləri (saxlaya bilərsiniz).»

    Halal buyurulmuş nemətlər

    Mütəal Allah bu və bundan sonrakı ayədə müsəlmanların Peyğəmbərə verdikləri sualları cavablandırır. Həmin suallardan biri əti halal olan heyvanlar və onların hansı vasitələrlə ovlanması, digər biri əhli-kitabın təamlarının müsəlmanlara, müsəlmanların qidalarının da onlara halal olması, başqa biri isə müsəlmanların əhli-kitabdan olan pak qadınlarla müvəqqəti nikah qurması haqqındadır.

    Ayədə işlənən «cəvarih» sözündə məqsəd təlim edilmiş ov itləridir. Mütəal Allah həmin itlər vasitəsilə edilən ovun ətini halal buyurur. Amma bunun bir neçə şərti var:
    1. İti ov etmək üçün göndərdikdə sahibi «bismillah», «Allahu əkbər» deməlidir.
    2. İt həmin heyvandan yeməməli, sahibini gözləyib heyvanı ona təhvil verməlidir.

    Ədiyy ibn Hatəm Peyğəmbərdən rəvayət edir ki, o həzrət buyurub: «İzə əkələl-kəlbu minəs-saydi fə lə tə`kul minhu. Fə innəmə əmsəkə alə nəfsih — Əgər it ovladığı heyvandan yemişdirsə, həmin heyvanın ətindən yemə! Çünki o, həmin heyvanı özü üçün tutmuşdur.» Bu hədisin misli Əlidən (ə) də nəql olunmuşdur. («Məcməul- bəyan», c.3, s.161)

    3. Əgər itin ovladığı heyvan diri qalmışdırsa, sahibi «bismillah» deyərək onu kəsməlidir.

    Əbu Bəkr əl-Həzrəmi deyir: «İmam Sadiqdən (ə) soruşdum: meymun, it, şahin və s. heyvanlardan hansının ovladığı heyvanın əti halaldır? İmam (ə) buyurdu: lə tə`kul illə mə zəkkəytə illəl-kiləb. Fəqultu: fə in qatələhu? Qalə: kul, fə innəllahə yəqul: va mə ullimtum minəl-cəvarihi mukəllibinə tu`allimunəhunnə mimmə alləməkumullahu fə kulu mimmə əmsəknə aləykum vazkurusməllahi aləyh. Summə qalə: ... — itlərdən başqa heyvanların etdiyi ovların heç birini „bismillah“ deyərək kəsməmiş yemə!

    Mən dedim: it ovladığı heyvanı öldürmüş olsa belə, mən həmin heyvanın ətini yeyə bilərəmmi?

    İmam (ə) buyurdu: bəli, ye, çünki Mütəal Allah buyurur: təlim edilmiş itlərin ovlayaraq tutub saxladığı heyvanların ətindən „bismillah“ deyərək yeyin!

    Sonra o həzrət sözünə davam edərək buyurdu: başqa heyvanlar etdikləri ovu özləri yeyərlər. Təlim edilmiş it isə ovladığı heyvanı öz sahibinə saxlayar.

    Əhliləşdirilmiş iti ov üçün göndərdikdə „bismillah“ və „Allahu əkbər“ deməyi unutma! Çünki bu iş ovun halallığına səbəb olur.» («Məcməul-bəyan», c.3, s.161)

    Bu hədisdən məlum olur ki, əhliləşdirilməmiş it ov edərsə, həmin ov ölmüşdürsə, onu yemək olmaz. Amma ovlanmış həmin heyvan diri qaldığı təqdirdə, onu «bismillah» deyərək kəsib yemək olar.

    Əhliləşdirilmiş itin əlaməti

    Hər itə təlim edilmiş it demək olmaz. Əhliləşdirilmiş it odur ki, sahibinə itaət etsin. Belə ki, sahibi onu ov üçün qısqırtdıqda o, ovladığı heyvanı tutub saxlasın, ona: «geri qayıt!», — dedikdə geri qayıtsın. Əgər it bunu təkrarən yerinə yetirərsə, o, əhliləşdirilmiş it hesab olunur. Belə bir itin ovladığı heyvanın əti halal sayılır.

    Mütəal Allah bu ayədə şəri yolla kəsilən heyvanlardan əlavə, ov etmək vasitəsilə əldə edilən heyvanların da ətinin halal olduğunu bəyan edir. Ayənin sonunda isə insanları təqvalı olmağa səslədikdən sonra təhdidedici ifadə ilə buyurur: «Təqvalı olun, (əks təqdirdə bilin ki.) Allah (insanları) tezliklə hesaba çəkəndir.»

    Ov etməkdə təqvalı olmağın mənası

    İnsanın ov etdikdə təqvalı olmasının bir neçə mənası vardır: insan gərək əti haram olan heyvanları (şir, pələng və s.-i) ovlamasın. Əti halal heyvanları ovladıqda isə israfa yol verməsin, yəni, əylənmək, ləzzət almaq, yaxud təkəbbür və özünü göstərmək üçün deyil, lazım olduqda, ehtiyac duyularkən ov etsin. Çünki zərurət olmadığı halda səhrada, biyabanlarda dilsiz-ağızsız heyvanları ovlamaq insaniyyətə sığmaz və bu işin aqibəti yaxşı deyil. Yaxud yanıbalalı heyvanı və ya heyvanın gözü qabağında balasını ovlamaq təqvadan uzaq hərəkətdir. Bu cür təqvasızlıq etmək insanın axirətdən öncə dünyada da cəzalanmasına, giriftar olmasına səbəb olar. Göylərin zinəti ulduzlar və uçan quşlar, dənizin zinəti orada üzən balıqlar olduğu kimi, səhra və meşələrin zinəti də orada yaşayan, gəzib-dolanan heyvanlardır. Odur ki, lazım olmadığı halda onları ovlamaq, nəsillərinin kəsilməsinə səbəb olmaq təqvasızlıq hesab olunur. Ona görə də, Mütəal Allah ayənin sonunda buyurur: «Qorxun Allahdan, həqiqətən də, Allah tezliklə (bu barədə sizi axirətdən öncə dünyada) hesaba çəkər.»

  • 5:5

    الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ  ۖ وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَّهُمْ  ۖ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ  ۗ وَمَن يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
    Al-Yawma 'Uḥil‍‍la Lakumu A‍‍ṭ‍‍-ṭayyib‍‍ā‍‍tu Wa ṭa`‍‍ā‍‍mu A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ū‍‍tū A‍‍l-Kit‍‍ā‍‍ba ḥillu‍‍n Laku‍‍m Wa ṭa`āmuku‍‍m ḥillu‍‍n Lahu‍‍m Wa A‍‍l-Muḥṣan‍‍ā‍‍tu Mina A‍‍l-Mu'umin‍‍ā‍‍ti Wa A‍‍l-Muḥṣan‍‍ā‍‍tu Mina A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ū‍‍tū A‍‍l-Kit‍‍ā‍‍ba Mi‍‍n Qa‍‍b‍‍liku‍‍m 'I‍ḏ‍ā '‍‍Ā‍‍taytumūhu‍‍nn‍‍a 'Ujūrahu‍‍nn‍‍a Muḥṣin‍‍ī‍‍na ġayra Musāfiḥ‍‍ī‍‍na Wa Lā Mutta‍ḫi‍ḏ‍ī 'A‍ḫd‍‍ā‍‍ni‍‍n Wa Ma‍‍n Yakfur Bil-'‍‍Ī‍‍m‍‍ā‍‍ni Faqa‍‍d ḥabiṭa `Amaluh‍‍u Wa Huwa Fī A‍‍l-'‍‍Ā‍‍ḫirati Mina A‍‍l-‍ḫāsi‍‍r‍‍ī‍‍n‍‍a
    Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan və gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehrlərini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad və ismətli qadınlar(la), eləcə də sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad və ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən, onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.

    «Ta`am» sözünün mənası (ayə:5)

    Bəzi şəxslər bu ayədə «əhli-kitabın təamı sizə, sizin təamınız da onlara halaldır» — cümləsindən elə başa düşmüşlər ki, əhli-kitabın bütün yeməkləri müsəlmanlara halal buyurulmuşdur. Halbuki, ayədə zikr olunan «əhli-kitabın təamı» ifadəsində məqsəd arpa, buğda, mərci, lobya, noxud və düyü kimi əkin məhsullarıdır. Yəni, onların kəsilməyə ehtiyac duyulmayan təamları müsəlmanlara halaldır.

    Bəzi şəxslər hətta güman etmişlər ki, əhli-kitabın ət məhsulları da halal sayılır. Çünki onlar da heyvanı öz şəriətlərinə əsasən kəsirlər. Lakin həmin şəxslər bilməlidirlər ki, əvvəla, əhli-kitab hansısa heyvanı kəsdikdə heç bir zikr demir, həmçinin haram buyurulmuş heyvanların ətindən də istifadə edirlər. Bundan əlavə, onların şəriəti Quran nazil olmaqla «mənsux (hökmləri ləğv olunmuş)» sayılır. Ona görə də, onların kəsdikləri əti yemək olmaz, haramdır.

    Quranın bir çox ayələrində «ta`am» sözündə məqsəd əkin məhsullarıdır.

    Aşna saxlamaq olarmı?

    Diqqətinizə çatdırım ki, Mütəal Allah bundan sonrakı ayədə dəstəmaz almaq, namaz qılmaq və təyəmmüm etməyin hökmlərini açıqlamadan öncə təfsirini yazdığımız bu ayədə insanların öz ehtiyaclarını ödədikdən sonra nəfsi baxımdan necə qorunmalı olmalarını bəyan edir. Allah təala burada əvvəl qida və təamlardan, sonra isə insanların nəfsi ehtiyaclarının ödənməsi sayılan evlənməkdən söz açır.

    Ayədə zikr olunan «əxdən» kəlməsi «xidn» sözünün cəmidir. Bu söz lüğət kitablarında «əs-sadiqu fis-sirr — kiminləsə gizlində dost olmaq» kimi məna edilir.

    Cahiliyyət dövründə bəzi şəxslər çəkinmədən, həya etmədən, aşkar şəkildə zina edirdilər. Bəzi şəxslər isə bunu pis iş bilərək özləri üçün bir şəxsi gizlində aşna saxlayırdılar. Mütəal Allah ayə nazil edərək bunların hər ikisini qadağan edib buyurur: «Möminlərdən, həmçinin sizdən əvvəl kitab verilmişlərdən (yəhudi və xaçpərəstlərdən) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınlar mehrlərini verdiyiniz təqdirdə, sizə halal buyurulub ki, siz namuslu olub (kimsə ilə) zina etməyəsiniz və (yaxud kimsəni) aşna saxlamayasınız.»

    Diqqətinizə çatdırmalıyam ki, əhli-kitabdan olan azad və ismətli qadınlarla zərurət halında müvəqqəti şəkildə evlənmək cəmiyyətdə zina etməyin və aşna saxlamağın qarşısını almaq üçün Mütəal Allah tərəfindən müsəlmanlara bir növ rüxsətdir (güzəştdir). Bu növ güzəşt müvəqqəti nikahla mümkündür. Çünki müsəlman kişi ilə əhli-kitabdan olan qadının bir yerdə daimi yaşamasının şərti onların hər ikisinin müsəlman olmasıdır. Necə ola bilər ki, müsəlman olan şəxs yəhudi və ya xristian qadınla daimi olaraq bir yastığa baş qoysun?! Ulu Tanrı o qadınlarla yaşamağa zinanın qarşısını almaq üçün müvəqqəti nikahla icazə vermişdir.

    Dediklərimizin haqq olduğunu düşüncəsi olan bütün insanlar, müsəlmanlar və iman əhli olan şəxslər başa düşürlər. Ona görə də, ulu Tanrı təfsirini yazdığımız ayənin sonunda buyurur: «Hər kəs imanı olduğu şeyi danaraq inkar etsə (boş və mənasız fikirlərə uyub ona halal buyurulan müvəqqəti nikahı tərk edərək zina etsə, yaxud aşna saxlasa, yaxud əhli-kitabdan olan qadınlarla daimi yaşasa), onun etdiyi əməl puça çıxar (və onun bu cür yaşayışı dünyada nəticəsiz qalar, axirətdə isə o, ziyankarlardan olar).» Lakin nəfs və imanını pis işlərdən qorumaq üçün zərurət olduqda hansısa ismətli bir qadınla müvəqqəti nikahla yaşasa, Allahın buyurduğuna əməl etdiyi üçün o, həm dünyada öz abrını qorumuş olar, həm də axirətdə Allah tərəfindən savab qazanaraq ziyan çəkməz.

    Burada «va mən yəkfur» kəlməsində məqsəd dini tamamilə inkar edən kəs demək deyil, bu ifadə ayədə zikr olunan əhkamı danan kimsəyə deyilir. Əgər müsəlmanlar təfsirini yazdığımız ayədə Mütəal Allah tərəfindən güzəştə gedilən əhkamın incəliklərini, qədrini və insanlar üçün nə qədər faydalı olduğunu bilsəydilər, bu ayənin nazil olduğu günü bayram olaraq qeyd edərdilər. Amma təəssüf ki, bəzi şəxslər bu əhkamın fəlsəfəsini anlamadıqlarına görə şəri yolla — zərurət halında müsəlman, yaxud əhli-kitabdan olan həyalı qadınlarla müvəqqəti nikah etməyi zinaya bənzədirlər. Halbuki, bu növ evlənməyin əhkam baxımından bir çox şərtləri vardır ki, zina edənlər həmin şərtləri nəzərə almırlar, həvayi-həvəslərinə uyub yalnız nəfslərinə xidmət göstərirlər.

  • 5:6

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ  ۚ وَإِن كُنتُمْ جُنُبًا فَاطَّهَّرُوا  ۚ وَإِن كُنتُم مَّرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِّنكُم مِّنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ  ۚ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
    Y‍‍ā 'Ayyuhā A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍man‍‍ū 'I‍ḏā Qu‍‍m‍‍tu‍‍m 'Ilá A‍‍ṣ-ṣalāati Fā‍ġsilū Wujūhaku‍‍m Wa 'Aydiyaku‍‍m 'Ilá A‍‍l-Marāfiqi Wa A‍‍m‍‍saḥū Biru'‍‍ū‍‍siku‍‍m Wa 'Arjulaku‍‍m 'Ilá A‍‍l-Ka`bayni Wa 'I‍‍n Ku‍‍n‍‍tu‍‍m Junubāa‍‍n Fa A‍‍ṭṭahharū Wa 'I‍‍n Ku‍‍n‍‍tu‍‍m Marḍ‍‍á 'Aw `Alá Safa‍‍r‍‍in 'Aw J‍‍ā‍‍'a 'Aḥadu‍‍n Mi‍‍n‍‍ku‍‍m Mina A‍‍l-‍ġ‍ā‍‍'iṭi 'Aw Lāmastumu A‍‍n‍‍-Nis‍‍ā‍‍' Fala‍‍m Tajidū M‍‍ā‍‍'a‍‍n Fataya‍‍mm‍‍amū ṣa`īdāa‍‍n ṭayyibāa‍‍n Fā‍‍m‍‍saḥū Biwujūhiku‍‍m Wa 'Aydīku‍‍m Minhu Mā Yu‍‍r‍‍ī‍‍du A‍‍l-Lah‍‍u Liya‍‍j‍‍`ala `Alayku‍‍m Min ḥaraji‍‍n Wa Laki‍‍n Yu‍‍r‍‍ī‍‍du Liyuṭahhiraku‍‍m Waliyuti‍‍mm‍‍a Ni`matah‍‍u `Alayku‍‍m La`allaku‍‍m Ta‍škur‍‍ū‍‍n‍‍a
    Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.

    Dəstəmaz ayəsi (ayə:6)

    Bəzi müfəssirlərin fikrinə əsasən, «Maidə» surəsində şəriətin 18 mühüm əhkamı zikr olunmuşdur. Həmin hökmlərdən bəzisi əvvəlki ayələrdə qeyd olundu. Bu ayədə isə onlardan dəstəmaz və təyəmmümün hökmləri bəyan olunur.

    Dəstəmaz almaq, əslində, pak olmaq üçün müstəhəb bir əməldir. Lakin namaz qılmaq üçün bu əməl vacib buyurulub. Ona görə də, Mütəal Allah buyurur: «Ey iman əhli! Namaz qıldıqda dəstəmaz alın, üzlərinizi və dirsəklərlə birlikdə əllərinizi yuyun! Başlarınıza və topuqlara qədər ayaqlarınıza məsh çəkin!»

    Peyğəmbərin bəzi səhabələri güman edirdilər ki, hər bir namaz üçün dəstəmaz alınmalıdır. Ona görə də, onlar gündəlik namazların hər biri üçün ayrıca dəstəmaz alırdılar. «Peyğəmbər (s.ə.a. s) müşriklərə qalib gələrək Məkkəni fəth etdikdə bir neçə namazı eyni dəstəmazla qıldı. Ömər ibn Xəttab Peyğəmbərin bu əməlini gördükdə dedi: ya Rəsuləllah, sən bu gün elə bir iş gördün ki, əvvəllər bunu etməzdin. Peyğəmbər (s.ə.a. s) buyurdu: amdən fə`altuhu, yə Umər! — bilərəkdən etdim, ey Ömər (qoy camaat bilsin ki, hər namaz üçün ayrıca dəstəmaz almaq vacib deyil, eyni dəstəmazla bir neçə namazı qılmaq olar)!» («Məcməul-bəyan», c.3, s.164)

    Nəql olunmuşdur ki, həzrət Peyğəmbər həmişə dəstəmazlı olardı. Bu onu göstərir ki, daim dəstəmazlı olmaq bəyənilən bir işdir. Lakin insan gərək bu müstəhəb əməli yerinə yetirdikdə diqqətli olsun və həmin müstəhəb əmələ görə vacib bir əməlini zay etməsin. Məsələn, əgər bir şəxs digərinə müəyyən vaxtda görüşməyi vəd etmişdirsə, dəstəmaz almaqla yubanıb həmin şəxsi intizarda qoymamalıdır. Çünki insanın verdiyi sözə əməl etməsi vacib, yola çıxarkən dəstəmazlı olması isə müstəhəbdir. Bir sözlə, vacib əmələ xələl gələcəyi təqdirdə, müstəhəb iş tərk olunmalıdır.

    Əmirəl-möminin Əli (ə) buyurub: «İzə əzarratin-nəvafilu bil- fəraizi fərfəzuhə - Müstəhəb əməllər vacib işləri görməyə xələl gətirərsə, həmin müstəhəb əməllərdən əl çəkin!» («Vəsailuş-şiə», c.4, s.286, hədis:8)

    Görkəmli müfəssir, fəqih və müctəhidlər arasında dəstəmaz alarkən üzün və əllərin nə qədər yuyulması və məsh çəkilməsi haqqında müxtəlif fikirlər səslənmişdir. Onlardan ən düzgün və dəqiq olanını sizin üçün bəyan edirəm: dəstəmaz aldıqda insan üzünü yuyarkən alnının yuxarısında tük bitən yerdən çənəsinə qədər, həmçinin sağ və sol yanaqlarını qulaqlara qədər, yaxud qulağa yaxın tük bitən yerədək yumalıdır.

    «İlə» şəkilçisində məqsəd

    Bütün müsəlmanlar dəstəmaz aldıqda əllərini dirsəyə qədər yuyurlar. Yəni, bu barədə islam ümməti arasında heç bir ixtilaf yoxdur. Amma əllərin necə və hansı istiqamətdə yuyulması barədə fikir ayrılığı mövcuddur. Buna səbəb ayədə işlənən «ilə» şəkilçisidir. Bəzi şəxslər güman etmişlər ki, dəstəmaz alarkən əllərdən başlayıb dirsəklərə qədər aşağıdan yuxarı istiqamətdə yumaq lazımdır. Lakin onlar diqqət etmirlər ki, «ilə» şəkilçisi yumağın keyfiyyətini, onun istiqamətini bildirmək üçün deyil, kəmiyyətini, yəni, əlin nə qədər, hansı miqdarda yuyulacağını bəyan etmək üçün işlənmişdir. Əgər bu şəkilçi ilə əllərin barmaqlardan dirsəklərə tərəf yuyulması nəzərdə tutulsaydı, ayədə «min» şəkilçisi də işlənməli idi. Yəni, «minəl-məsabi`i iləl-mərafiq — barmaqlardan dirsəklərə tərəf yuyun!», — deyilməli idi. Necə ki, insan: «Nəcəfdən Kərbəlaya getdim», — demək istədikdə: «zəhəbtu minən-Nəcəfi ilə Kərbələ`», - deyir. Əgər ayədə «ilə» şəkilçisi zikr olunmasaydı, insan əlini hansı miqdarda yuyacağını bilməzdi. Ona görə də, «ilə» şəkilçisi əllərin hara qədər yuyulacağını bəyan etmək üçün işlənmişdir.

    «Məsh» sözünün mənası

    Ərəb dilində bu söz «əli nəyəsə çəkmək, silmək» deməkdir. Məsələn: «məsəha cəbinəhu — o, alnını sildi» deməkdir. Mütəal Allah təfsirini yazdığımız ayədə buyurur: «Ey möminlər, namaz qılmağa durduqda üzlərinizi və dirsəklərə qədər əllərinizi yuyun, başlarınıza və ayaqlarınıza məsh çəkin!» Təbii ki, dəstəmaz aldıqda baş və ayağa məsh çəkməkdə məqsəd üzü və əlləri yuduqdan sonra yaş əli başa və ayaqlara çəkib onları məsh etməkdir. Buna əsasən, dəstəmaz aldıqda məsh əvəzinə ayaqları yumaq ayənin zahirinə xilaf çıxmaqdır. Baxmayaraq ki, müsəlmanların bir çoxu dəstəmaz aldıqda ayənin zahirinə əsaslandıqlarını güman edərək ayaqlarını yuyurlar, Əhli- beytə (ə.s) tabe olanlar və Peyğəmbər səhabələrindən bir çoxu dəstəmaz alarkən ayaqlarına məsh çəkərdilər. Hətta Peyğəmbərin əmisi oğlu İbn Abbas, Ənəs, Əbulaliyə, Şəbi və digərləri ayaqlarına məsh çəkərdilər.

    İbn Abbas Peyğəmbərin dəstəmaz almaq tərzini bəyan etdikdə deyib: «Fəməsəha alə ricləyhi — O həzrət dəstəmaz aldıqda ayaqlarına məsh çəkdi.»

    Başqa bir rəvayətdə İbn Abbas deyir: «Allahın kitabında: „ayaqlarınıza məsh çəkin!“, — buyurulmasına baxmayaraq, bəzi şəxslər məsh etmək əvəzinə onları yuyurlar.»

    Şübhəsiz ki, dəstəmaz aldıqda ayaqlara məsh çəkmək onları yumaqdan asandır. Çünki ilin bəzi fəsillərində ayaqları yumaq mümkün olsa da, qışın soyuq çağında, yaxud səfərə çıxdıqda onları yumaq çətinlik törədir. Ona görə də, Mütəal Allah: «vamsəhu biruusikum va ərculəkum — dəstəmaz aldıqda başlarınıza və ayaqlarınıza məsh çəkin», — buyurur.
    Ola bilsin ki, bəzi şəxslər dəstəmaz alarkən ayaqları yumağı bir növ təmizlik hesab edirlər. Əgər elədirsə, həmin şəxslər hamamdan çıxdıqda dəstəmaz alarkən nə üçün ayaqlarını yuyurlar?! Təbii ki, «məsh» sözü ilə «ğəsl» kəlməsi arasında fərq vardır. Əgər fərq olmasaydı, Mütəal Allah «məsh» sözünü işlətməzdi, bütün dəstəmaz üzvlərinin yuyulmasını əmr edərdi.

    Bir çox mötəbər rəvayətlərdə dəstəmazın nə olduğu tərif olunmuşdur. Həmin tərif belədir: «əl-Vuzu`u ğaslətəni va məshatən — Dəstəmaz iki üzvü (üz və əlləri) yumaq, iki üzvə (baş və ayaqlara) isə məsh çəkməkdir.»

    Həmmad ibn Osman Ğalib ibn Hüzeyldən rəvayət edir ki, o deyib: «İmam Baqirdən (ə) dəstəmaz alarkən ayaqları yumaq, yoxsa məsh etmək lazım olduğunu soruşdum. O həzrət buyurdu: ayaqlara məsh çəkilməlidir. Çünki Cəbrail həzrət Peyğəmbərə dəstəmaz ayəsində ayaqlara məsh etmək hökmünü nazil etmişdir.»

    Diqqətinizi ayənin əvvəlindəki qrammatik məsələyə cəlb etmək istəyirəm, orada buyurulur: «İzə qumtum iləs-saləti — Nə vaxt namaz qılmağa dursanız, dəstəmaz alın!» Bəzi şəxslər bu cümlə haqqında güman edirlər ki, insan namaz qılmaq üçün ayağa qalxdıqda dəstəmaz almalıdır. Belə şəxslər ondan qabaq dəstəmaz almır, yaxud dəstəmaz almaqdan çəkinirlər. Daha onlar bilmirlər ki, bu cümlədə məqsəd «nə vaxt namaz qılmaq istəsəniz, dəstəmaz alın» buyurulmasıdır. Çünki bəzi xəstələr vardır ki, aylarla ayağa qalxa bilmirlər. Amma onlar namaz qılmaq üçün dəstəmaz almalıdırlar.

    Digər bir mətləb də bundan ibarətdir ki, Mütəal Allah buyurur: «Namaz qılmaq istədikdə (pak olsanız) dəstəmaz alın, cünub olsanız, qüsl edin.» Buradan məlum olur ki, insan cünub olduqda qüsl etsə, dəstəmaz almağa ehtiyac yoxdur.

    Aləmləri yaradan Rəbbimiz dəstəmaz almaq, yaxud qüsl etmək üçün su tapa bilməyənlərin hökmünü bəyan edərək buyurur: «Va in kuntum mərza au alə səfərin... — Xəstə olduqda (suyun sizə zərəri olarsa), yaxud səfərdə olarkən (su tapmasanız), yaxud da ayaqyolundan gəldikdə (dəstəmaz almaq üçün su olmazsa) və yaxud yoldaşınızla yaxınlıq etdikdə (qüsl etmək üçün su tapa bilməsəniz), əllərinizi pak bir yerə vurub üzlərinizə və əllərinizə çəkərək təyəmmüm edin!»

    Dəstəmaz almaqda, yaxud qüsl etməkdə hədəf təkcə təmizlik deyil, bu, təmizlikdən əlavə, Allahın əmrinə itaət etmək deməkdir. Əgər dəstəmaz almaqda, yaxud qüsl etməkdə məqsəd yalnız təmizlik olsaydı, su tapmadıqda torpaqla təyəmmüm etmək düzgün olmazdı. Çünki bildiyimiz kimi, torpaq insanı təmizləyə bilməz. Əksinə, təyəmmüm etdikdə insanın əl-üzü daha da torpağa bulaşır. Bu baxımdan dəstəmaz almaqda, qüsl etməkdə, eləcə də, su olmadığı təqdirdə, pak torpaqla təyəmmüm etməkdə əsl hədəf Allahın əmrinə tabe olmaqdır. Belə ki, əgər Mütəal Allah insana dəstəmaz alarkən: «yalnız üzünüzü yuyun!», — buyursaydı, yalnız üz yuyulmalı idi, qüsl etdikdə: «bədəninizin müəyyən hissəsini yuyun!», — deyə əmr etsəydi, həmin hissə yuyulmalı idi. Bir sözlə, ulu Tanrı insana nəyi əmr etsə, insan ona əməl etməlidir.

    Ayənin sonunda Mütəal Allah buyurur: «(Dəstəmaz almağı, qüsl etməyi, yaxud təyəmmüm etməyi əmr etməklə) Allah sizi çətinliyə salmaq istəməmişdir (çünki insan bunlar olmadan da namazın sözlərini deyə bilər), əslində, Onun hədəfi (sizin batininizi şirk və təkəbbürdən) paklamaq və sizə olan nemətini tamamlamaqdır.»

    Bunu da bilməliyik ki, insan qüsl etdikdə bütün bədənini yumalıdır. Dəstəmaz aldıqda isə üz və əlləri dirsəyə qədər yumalıdır. Qüsl, yaxud dəstəmaz əvəzi təyəmmüm etdikdə üz və əllərin dəstəmazda yuyulan miqdarını deyil, yalnız alnını və iki gicgahı qədər üzünü, həmçinin biləklərdən barmaqların ucuna qədər bütün əlini məsh etməlidir.

    Bəzi şəxslərin təyəmmüm edərkən bütün qolunu, yaxud dirsəklərdən barmaqların ucuna qədər olan hissəni məsh etməsi heç bir dəlilə əsaslanmır. «Əl» deyildikdə bütün qol nəzərdə tutulmur. Onun hansı qismi olması müəyyən kəlmələrlə ifadə olunur. Məsələn, çiyinə qədər deyildikdə, bütün qol, dirsəklərə qədər deyildikdə qolun yarısı, əl deyildikdə isə biləklərdən barmaqların ucuna qədər olan hissə nəzərdə tutulur. Təfsirini yazdığımız ayədə: «üzlərinizi və əllərinizi məsh edin», — buyurulduğuna görə əlin biləkdən barmaqların ucuna qədər olan hissəsi nəzərdə tutulur. Əgər bütün qol, yaxud qolun yarısı nəzərdə tutulsaydı, bu, hansısa kəlmə ilə bəyan olunmalı idi. Necə ki, dəstəmaz alarkən dirsəklərə qədər yumaq «iləl-mərafiq» kəlməsi ilə bəyan olunmuşdur.

    Corabın, yaxud başmağın üstündən məsh

    Bəzi şəxslər güman edirlər ki, hava soyuq olduqda, yaxud vaxt dar ikən corabı və ya başmağı çıxarmaq çətin olarsa, onların üstündən də məsh çəkmək olar. Lakin bu böyük bir xətadır. Çünki yumaq və məsh çəkmək bədənin üzəri üçün nəzərdə tutulmuşdur. Necə ki, hava soyuq olduqda papağın üstündən başa məsh çəkmək olmaz, eləcə də, ayaqlara corab və başmağın üstündən məsh çəkmək caiz deyil. Mərhum Əyyaşi Muhəmməd ibn Əhməd əl-Xorasanidən, o da bəzi vasitələrlə rəvayət edir ki, bir gün bir nəfər Əlinin (ə) hüzuruna gəlib başmağın (yaxud corabın) üstündən məsh çəkməyin caiz olubolmadığını soruşduqda o həzrət həmin şəxsə təəccüb edərək bir qədər yerə baxdıqdan sonra başını qaldırıb buyurdu: «Yə həzə, innəllahə təbərakə va tə`ala əməra ibədəhu bit-tahərati va qassəməhə aləl-cəvarih: fəcə`alə lil-vachi minhu nəsibən va cə`alə lil-yədəyni minhu nəsibən va cə`alə lir-ra`si minhu nəsibən va cə`alə lir-ricləyni minhu nəsibən... — ey kişi, Allah təbarək və təala bəndələrinə pak olmağı əmr etmiş və həmin paklığı bədən üzvləri arasında bölmüşdür: üz, əl, baş və ayaqların hər biri üçün ayrıca pay ayırmışdır. Əgər sənin başmaqların (yaxud corabların) bədəninin üzvlərindən sayılırsa, onlara məsh çək (yəni, başmaq və corab insan bədəninin üzvü sayılmadığına görə onlara məsh çəkmək olmaz)!» («Təfsiri-Əyyaşi», c.1, s.330, hədis:59; «əl-Bürhan», c.1, s.453, hədis:23)

    Zürarə ibn Ə`yən və Əbu Hənifə rəvayət edirlər ki, Əbu Bəkr ibn
    Həzm deyib: «Bir kişi dəstəmaz alarkən ayağındakı başmaqlarına məsh çəkib məscidə daxil oldu və orada namaz qıldı. Əli (ə) məscidə daxil olaraq ayağı ilə onun boynundan itələyib buyurdu: vaylək, tusalli alə ğayri vuzu`in? — vay olsun sənə, dəstəmazsız namaz qılırsan?!

    Həmin şəxs dedi: bu cür dəstəmaz almağı Ömər ibn Xəttab mənə əmr edib. O həzrət həmin kişinin əlindən tutub Ömərin yanına apararaq uca səslə ona dedi: gör bu sənin barəndə nə deyir (dəstəmazı sən buna bu cür əmr etmisən?) Ömər dedi: bəli, mən əmr etmişəm (ki, başmağın üstündən məsh çəksin). Çünki Peyğəmbər başmağın üstündən məsh çəkmişdir. Əli (ə) buyurdu: Peyğəmbər „Maidə“ surəsindəki dəstəmaz ayəsinin nazil olmasından öncə belə məsh çəkmişdir, yoxsa həmin ayə nazil olduqdan sonra? Ömər dedi: bilmirəm. Əli (ə) buyurdu: bilmədiyin şey haqqında niyə fətva verirsən?...» («Təfsiri- Əyyaşi», c.1, s.326, hədis:46)

    Abdullah ibn Xəlifə Əbulüreyf əl-Məkrani əl-Həmdani deyir: «Əli (ə) məsciddə xütbə etdikdə İbnul-Kəvva ayağa duraraq o həzrətdən soruşdu: dəstəmaz aldıqda başmaqlara məsh çəkmək olarmı? O həzrət buyurdu: bə`də kitəbilləhi təs`əluni? — sən Allahın kitabı («ayaqlarınıza məsh çəkin!» ayəsi) nazil olduqdan sonra mənə bu sualı verirsən? İbnul-Kəvva üç dəfə təkrar olaraq bu sualı verdikdə Əli (ə) hər dəfə ona dəstəmaz ayəsini oxudu (yəni, dəstəmaz aldıqda corab və başmağa deyil, ayaqlara məsh çəkilməlidir.) («Təfsiri-Əyyaşi», c.1, s.330, hədis:61; «əl-Bürhan», c.1, s.453, hədis:25)

    Bilməliyik ki, dəstəmaz almaq, yaxud qüsl etmək tərzi Qurani- Kərimdə qısa şəkildə bəyan olunmuşdur. Lakin təyəmmüm etməyin qaydası qısa şəkildə də bəyan olunmamışdır. Yəni, qüsl və dəstəmaz əvəzindən necə təyəmmüm etmək, yaxud bədənin hansı üzvlərinə, nə qədər təyəmmüm etmək açıqlanmır. Ona görə də, Əmmar ibn Yasir cünub olduqda qüsl əvəzi təyəmmüm etmək üçün paltarlarını çıxarıb bütün bədənini yerə sürtdü və bu işin çətin olduğunu görüb Peyğəmbərə müraciət etdikdə o həzrət ona qüsl və ya dəstəmaz əvəzi təyəmmümün necə olduğunu öyrətdi ki, o, qüsl əvəzi təyəmmüm etdikdə əllərini bir dəfə yerə vurub üzünə və əllərinə çəksin, bir dəfə də yerə vuraraq əllərinə çəksin.

    Gördüyünüz kimi, təfsirini yazdığımız ayədə dəstəmaz, qüsl və təyəmmüm qısa şəkildə açıqlanmışdır. Onların geniş şəkildə izahı Peyğəmbər və Əhli-beyt (ə) vasitəsilə bəyan olunmuşdur. Əgər Peyğəmbər (s.ə.a. s) təyəmmüm etməyin kəmiyyət və keyfiyyətini Əmmar ibn Yasirə öyrətməsəydi, heç kəs ayədə zikr olunan «fətəyəmməmu sa`idən tayyibən » ifadəsindən bədənin hansı yerinə və nə qədər təyəmmüm etmək lazım olduğunu bilməzdi.

    Ona görə də, bəzi şəxslərin: «Quran bizə kifayət edər, hədis və rəvayətə ehtiyacımız yoxdur», — deməsi əsassız və batil bir fikirdir.

  • 5:7

    وَاذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُم بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا  ۖ وَاتَّقُوا اللَّهَ  ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
    ‌Wa A‍‍ḏkurū Ni`mata A‍‍l-Lah‍‍i `Alayku‍‍m Wa Mī‍ṯāqahu A‍‍l-La‍ḏī Wa A‍‍ṯaqaku‍‍m Bih‍‍i 'I‍ḏ Qultu‍‍m Sami`nā Wa 'Aṭa`nā Wa A‍‍ttaqū A‍‍l-Lah‍‍a 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a `Al‍‍ī‍‍mu‍n‍ Bi‍ḏ‍ā‍‍ti A‍‍ṣ-ṣud‍‍ū‍‍r‍‍i
    Allahın sizə olan nemətini və «eşitdik və itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi və dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən, Allah ürəklərdə olanı biləndir.
  • 5:8

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ  ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا  ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ  ۖ وَاتَّقُوا اللَّهَ  ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
    Y‍‍ā 'Ayyuhā A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍manū Kūnū Qawwām‍‍ī‍‍na Lillahi šuhad‍‍ā‍‍'a Bil-Qisṭi Wa Lā Ya‍‍j‍‍r‍‍ima‍‍nn‍‍aku‍‍m šana'‍‍ā‍‍nu Qawmin `Al‍‍á 'Allā Ta`dilū A‍‍`dilū Huwa 'A‍‍q‍‍rabu Liltta‍‍q‍‍wá Wa A‍‍ttaqū A‍‍l-Lah‍‍a 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a ḫab‍‍ī‍‍r‍‍u‍n‍ Bimā Ta`mal‍‍ū‍‍n‍‍a
    Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır.

    Düşmənə qarşı ədalətsizlik (ayə:8)

    Bu ayənin məna baxımından bənzəri «Nisa» surəsi 135-ci ayədə zikr olunmuşdur. Biz həmin ayənin təfsirini yazdıqda ona münasib sözləri qeyd etdik. Bu ayənin «Nisa» surəsindəki həmin ayə ilə fərqinə gəlincə, «Nisa» surəsində iman əhli öz qohum-əqrəbasının xeyrinə şəhadət verib digərlərinin haqqını tapdamasından, bu ayədə isə möminlər düşməndən intiqam almaq məqsədilə onların əleyhinə şəhadət verməkdən çəkindirilirlər. Ulu Tanrı onları bu işdən çəkindirərək buyurur: «Lə yəcrimənnəkum şənəənu qaumin alə ən lə tə`dilu — Hansısa bir qövmlə düşmənçiliyiniz olduğu üçün onların əleyhinə şəhadət verməyin! İstər dost, istərsə düşmən şəhadət verdiyiniz zaman ədalətli olun! Çünki ədalətli olmaq təqvalı olmağa ən yaxın yoldur.»

    Uca Rəbbimiz ayənin sonunda iman əhlini düşmənə qarşı ədalətsiz olmaqdan başqa bir ifadə ilə çəkindirərək buyurur: «Allahdan qorxun. Həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır.»

  • 5:9

    وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ  ۙ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ
    Wa`ada A‍‍l-Lahu A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍manū Wa `Amilū A‍‍ṣ-ṣāliḥ‍‍ā‍‍ti Lahu‍‍m Ma‍ġfiratu‍‍n Wa 'A‍‍j‍‍run `Aẓ‍‍ī‍‍m‍‍un
    Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir.

    Saleh əməl (ayə:9)

    Bu ayədə izzət və cəlal sahibi olan Rəbbimiz Ona iman gətirib yaxşı işlər görənlərə vəd verir və ayənin sonunda həmin vədi açıqlayaraq buyurur: onlar üçün (Rəbləri tərəfindən) bağışlanmaq və böyük mükafat vardır.

    Saleh əməllərdən biri dost və düşmənlə adilanə rəftardır. Təəssüf ki, bəzi şəxslər qohumluq və dostluğa görə tərəf tutmaqla digərinin haqqını tapdalayır və güman edirlər ki, qohum-əqrəbanın tərəfini saxlamaq insanın borcudur. Bəzi şəxslər isə kiməsə qarşı kin-küdurəti olduğu üçün ədalətsizliyə yol verirlər. Hər iki əməl Allahın buyurduqlarına qarşı çıxmaq və ya onları danmaq, təkzib etmək sayılır.

  • 5:10

    وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَـٰئِكَ أَصْحَابُ الْجَحِيمِ
    Wa A‍‍l-La‍ḏ‍ī‍‍na Kafarū Wa Ka‍ddabū Bi'‍‍ā‍‍yātin‍‍ā '‍‍Ū‍‍l‍‍ā‍‍'ika 'Aṣḥ‍‍ā‍‍bu A‍‍l-Jaḥ‍‍ī‍‍m‍‍i
    Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər.

    Ziyalı insanlar daha diqqətli olmalı (ayə:10)

    Bilərəkdən haqsızlığa yol vermək Allahın ayələrini və əhkamı inkar etmək sayılır. Lakin nadanlıqdan ədalətsiliyə yol vermək əvvəlkindən bir qədər fərqlidir. 10-cu ayədə ulu Tanrı buyurur: «Allahın buyurduqlarını tərk edənlər, onun qayda-qanunlarını təkzib edənlər cəhənnəm əhlidirlər, yəni, onlar yalnız orada məskunlaşa bilərlər.»

    Namaz qılmayan, oruc tutmayan və dinin digər vacib hökmlərinə əməl etməyənlər iki qismə bölünürlər:
    1. Avamlıq və savadsızlıqdan, yaxud Allahın mehriban və bağışlayan olduğuna güvənib Onun vacib buyurduğu hökmlərə əməl etməyənlər;
    2. Savadlı şəxs, ziyalı insan və alim olduğu halda, din və şəriətin əhkamını tərk edənlər.

    İlk qisim Allah təalanın rəhmətinə və bağışlamasına nail ola bilər. İkinci qisim isə bilərəkdən Allahın buyurduğu ayələri tərk etdikləri üçün «əshabi-cəhim — cəhənnəm əhli» hesab olunurlar. Avam şəxsin maddi baxımdan xüms verməməsi, fəqir-füqəranın əlindən tutmaması ilə alim insanın, bilən şəxsin müxtəlif bəhanələr gətirməklə və hiylə işlətməklə xüms verməməsi arasında böyük fərq vardır. Bilən şəxslərin bu rəftarı Allahın buyurduqlarını təkzib etmək sayılır. Ona görə də, həqiqəti başa düşən şəxslər, ziyalı insan (hörmətli professor və akademiklər) daha çox çalışmalıdırlar ki, bilərəkdən özlərini cəhənnəm əhli etməsinlər.

  • 5:11

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ  ۖ وَاتَّقُوا اللَّهَ  ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
    Y‍‍ā 'Ayyuhā A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍manū A‍‍ḏkurū Ni`mata A‍‍l-Lah‍‍i `Alayku‍‍m 'I‍ḏ Ha‍‍mm‍‍a Qawmun 'A‍‍n Ya‍‍b‍‍suṭ‍‍ū 'Ilayku‍‍m 'Aydiyahu‍‍m Fakaffa 'Aydiyahu‍‍m `A‍‍n‍‍ku‍‍m Wa A‍‍ttaqū A‍‍l-Lah‍‍a Wa `Alá A‍‍l-Lah‍‍i Falyatawakkali A‍‍l-Mu'umin‍‍ū‍‍n‍‍a
    Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.

    Allahın möminlərə olan neməti (ayə:11)

    Mütəal Allah 8-ci ayədə iman əhlini düşmən barəsində ədalətsizlik etməkdən çəkindirir. 11-ci ayədə onlara bəxş etdiyi neməti xatırladır!

    Həmin nemətin mənasını onun Məkkə müşriklərinin, yaxud Bəni-Sələb qəbiləsinin qarşısının alınması olduğunu söyləməklə məhdudlaşdıra bilmərik. Çünki aləmləri yaradan Rəbbimiz təkcə adı çəkilən qəbilələrin qarşısını aldıqda deyil, çox yerlərdə möminlərin harayına gələrək düşmənlərin qarşısını kəsmiş və onların mənfur niyyətlərini puça çıxarmışdır. Bu ayədə Məkkə müşrikləri, yaxud Bəni-Sələb qəbiləsi nəzərdə tutulsa da, Mütəal Allah onları bir nümunə olaraq qeyd etmişdir. Təfsirini yazdığımız ayədə möminlərə Allahın nemətinin yada salınması onların tutduqları təqva yolundan ayrılmamalarından, Ona təvəkkül etmələrindən ötrüdür.

  • 5:12

     ۞ وَلَقَدْ أَخَذَ اللَّهُ مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَبَعَثْنَا مِنْهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا  ۖ وَقَالَ اللَّهُ إِنِّي مَعَكُمْ  ۖ لَئِنْ أَقَمْتُمُ الصَّلَاةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللَّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ  ۚ فَمَن كَفَرَ بَعْدَ ذَ‌ٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ
    ‌Wa Laqa‍‍d 'A‍ḫa‍ḏa A‍‍l-Lahu Mī‍ṯ‍ā‍‍qa Ban‍‍ī 'Isr‍‍ā‍‍'‍‍ī‍‍la Wa Ba`a‍ṯnā Minhumu A‍‍ṯnay `A‍šara Naqībāa‍‍n Wa Q‍‍ā‍‍la A‍‍l-Lah‍‍u 'I‍‍nn‍‍ī Ma`aku‍‍m La'in 'Aqa‍‍m‍‍tumu A‍‍ṣ-ṣalāata Wa '‍‍Ā‍‍taytumu A‍‍z-Zakāata Wa '‍‍Ā‍‍ma‍‍n‍‍tu‍‍m Birusulī Wa `Azzartumūhu‍‍m Wa 'A‍‍q‍‍raḍtumu A‍‍l-Lah‍‍a Qarḍāan ḥasanāa‍‍n La'ukaffira‍‍nn‍‍a `A‍‍n‍‍ku‍‍m Sayyi'‍‍ā‍‍tiku‍‍m Wa La'u‍‍d‍‍ḫila‍‍nn‍‍aku‍‍m Ja‍‍nn‍‍ā‍‍ti‍‍n Ta‍‍j‍‍r‍‍ī Mi‍‍n Taḥtihā A‍‍l-'Anh‍‍ā‍‍ru Fama‍‍n Kafara Ba`da ḏālika Mi‍‍n‍‍ku‍‍m Faqa‍‍d ḍalla Saw‍‍ā‍‍'a A‍‍s-Sab‍‍ī‍‍l‍‍i
    Həqiqətən, Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: «Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir.

    İbrət dərsi (ayə:12-14)

    Burada Bəni-İsrail qövmündən əhd-peyman alınması və onların həmin əhd-peymanı sındırmaları nəticəsində zəlalətə düçar olmaları yada salınır ki, müsəlmanlar onlardan ibrət alsınlar. Mütəal Allah 12-ci ayədə buyurur: «Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah buyurmuşdu: „Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, elçilərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan (bunları bildikdən) sonra sizdən hər kəs (əhdi pozaraq) küfr edərsə, o, artıq doğru yoldan azmış olar.“

    Mütəal Allahın bu ayədə Bəni-İsrail qövmündən söhbət açmaqda hədəfi budur ki, müsəlmanlar onlardan ibrət alaraq Peyğəmbərlə (din və şəriətə əməl etmək barədə) bağladıqları əhd-peymanı pozmasınlar. Belə ki, əgər müsəlmanlar da əhd-peymanlarını pozsalar, onlar da Allahın lənətinə düçar olar, qəlbləri sərtləşər və Allahın ayələrindəki əsl mənanı təhrif edərək onu öz istəklərinə uyğun yozarlar.

    Uca Tanrı 13-cü ayənin davamında buyurur: „(Ya Peyğəmbər! Yəhudi və xristianların) az bir qismi müstəsna olmaqla sən onlardan xəyanət görəcəksən. Onları (əhli-kitabdan cizyə verənləri, yaxud xəyanət etməkdən tövbə edən həmin az qismi) bağışla, onlara güzəşt et, şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər.“

    Diqqət etsək, görərik ki, Mütəal Allah təfsirini yazdığımız surənin əvvəlində iman əhlinə əhdlərə vəfa etmələrini tövsiyə etdikdən sonra onlara halal və haram olanları bəyan edir. Daha sonra şəriətin dəstəmaz, qüsl və təyəmmüm kimi müxtəlif hökmlərini yerinə yetirmək tərzini açıqlayır. Sonra isə ibrət alsınlar deyə yəhudi və xristianların əhd-peymanlarını pozduqları üçün lənətə düçar olub qiyamətə qədər aralarında ədavət və kin-küdurət yarandığından bəhs edir. Yəni, ey müsəlmanlar, əgər siz də bəyan etdiyimiz hökmlərə əməl etməsəniz, yəhudi və xristianlar kimi Peyğəmbərinizlə bağladığınız əhdləri pozsanız, lənətə düçar olaraq qəlbləriniz sərtləşər, aranızda qiyamətədək kin-küdurət yaranar, nəhayət, Allah sizin də etdiklərinizdən qiyamət günü xəbər verər (və sizi ona münasib cəzalandırar).»

  • 5:13

    فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً  ۖ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ  ۙ وَنَسُوا حَظًّا مِّمَّا ذُكِّرُوا بِهِ  ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَائِنَةٍ مِّنْهُمْ إِلَّا قَلِيلًا مِّنْهُمْ  ۖ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ  ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ
    Fabimā Na‍‍q‍‍ḍihi‍‍m Mī‍ṯāqahu‍‍m La`a‍‍nn‍‍āhu‍‍m Wa Ja`alnā Qulūbahu‍‍m Qāsiyata‍‍n Yuḥar‍‍r‍‍if‍‍ū‍‍na A‍‍l-Kalima `A‍‍n Mawāḍi`ih‍‍i Wa Nasū ḥaẓẓāa‍‍n Mi‍‍mm‍‍ā ḏukkirū Bih‍‍i Wa Lā Taz‍‍ā‍‍lu Taṭṭali`u `Alá ḫ‍ā‍‍'inati‍‍n Minhu‍‍m 'Illā Qalīlāa‍‍n Minhu‍‍m Fā`fu `Anhu‍‍m Wa A‍‍ṣfaḥ 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a Yuḥibbu A‍‍l-Muḥsin‍‍ī‍‍n‍‍a
    Beləliklə, öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri və İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların – az bir qismi istisna olmaqla – xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə də (hələlik, nə qədər ki, cihada əmr olunmamısan) onlardan keç və üz döndər ki, həqiqətən, Allah yaxşıları və yaxşı iş görənləri sevir.
  • 5:14

    وَمِنَ الَّذِينَ قَالُوا إِنَّا نَصَارَىٰ أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُوا حَظًّا مِّمَّا ذُكِّرُوا بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ  ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ اللَّهُ بِمَا كَانُوا يَصْنَعُونَ
    ‌Wa Mina A‍‍l-La‍ḏ‍ī‍‍na Qāl‍‍ū 'I‍‍nn‍‍ā Naṣār‍‍á 'A‍ḫa‍ḏnā Mī‍ṯāqahu‍‍m Fanasū ḥaẓẓāa‍‍n Mi‍‍mm‍‍ā ḏukkirū Bih‍‍i Fa'a‍ġraynā Baynahumu A‍‍l-`Adāwata Wa A‍‍l-Ba‍ġḍ‍‍ā‍‍'a 'Ilá Yawmi A‍‍l-Qiyāmati Wa Sawfa Yunabbi'uhumu A‍‍l-Lah‍‍u Bimā Kānū Yaṣna`‍‍ū‍‍n‍‍a
    «Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq)» deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması və dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri və İslam Peyğəmbərinin əlamətləri və sifətləri kimi təlimlərindən) olan layiqli pay(ların)ı unutdular. Buna görə də onların arasında Qiyamət gününədək düşmənçilik və kin yaratdıq. Tezliklə Allah onları etdiklərindən xəbərdar edəcəkdir.
  • 5:15

    يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ  ۚ قَدْ جَاءَكُم مِّنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ
    Y‍‍ā 'Ahla A‍‍l-Kit‍‍ā‍‍bi Qa‍‍d J‍‍ā‍‍'aku‍‍m Rasūlunā Yubayyinu Laku‍‍m Ka‍ṯīrāa‍‍n Mi‍‍mm‍‍ā Ku‍‍n‍‍tu‍‍m Tu‍ḫf‍‍ū‍‍na Mina A‍‍l-Kit‍‍ā‍‍bi Wa Ya`fū `A‍‍n Ka‍ṯ‍ī‍‍r‍‍‍‍i‍‍n Qa‍‍d J‍‍ā‍‍'aku‍‍m Mina A‍‍l-Lahi N‍‍ū‍‍ru‍‍n Wa Kit‍‍ā‍‍bu‍‍n Mub‍‍ī‍‍n‍‍un
    Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən, Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.

    Hidayət edən kimdir? (ayə:15, 16)

    Əhli-kitab bir çox bəhanələrlə (məsələn, Peyğəmbərin savadsız olmasını iddia edərək) islam peyğəmbərinin gətirdiyi din və şəriəti qəbul etmirdilər. Mütəal Allah 15-ci ayədə əhli-kitaba müraciət edərək buyurur: «Ey kitab əhli! Bizim Peyğəmbərimiz (Muhəmməd) gəlib ki, gizlətdiyiniz bir çox həqiqəti üzə çıxarsın, bir çoxunu da bağışlasın.»

    Həzrət Muhəmmədin (s.ə.a. s) Musa və İsa peyğəmbərdən sonrakı peyğəmbər olmasını yəhudilər Tövratdan, xaçpərəstlər isə İncildən oxuyaraq bilirdilər. Lakin onlar öz kitablarında olan bu ayələri avam camaatdan gizlədirdilər. İslam peyğəmbəri onların belə bir xəyanətə yol verdiklərini aşkara çıxarır və bunu bilməyənlərə bəyan edirdi. İzzət və cəlal sahibi olan Rəbbimiz islam peyğəmbərinin, həqiqətən də, Onun tərəfindən gəldiyini o həzrətin qeybdən xəbər verməsi (əhli-kitabın gizlətdiklərini üzə çıxarması) ilə sübuta yetirərək buyurur: O, Allah tərəfindən sizə nur və açıq-aşkar bir kitab gətirmişdir. Allah Onun razılığına (din və şəriətin əhkamına) tabe olanları onun (Peyğəmbər, yaxud Quranın) vasitəsilə əmin-amanlıq (sülh) yoluna hidayət edir və onları Öz izni ilə zülmət qaranlıqlardan nura çıxarır və doğru yola hidayət edir.

    Burada diqqəti cəlb edən mətləblərdən biri də budur: Quranın bəzi ayələrində zikr olunmuşdur ki, hidayət yalnız Allahın əlindədir. Məsələn, «Qəsəs» surəsi 56-cı ayədə buyurulur: «İnnəkə lə təhdi mən əhbəbtə va ləkinnəllahə yəhdi mən yəşə` - (Ya Peyğəmbər!) Sən istədiyin şəxsi hidayət edə bilməzsən, lakin Allah istədiyini düz yola yönəldər.»

    Təfsirini yazdığımız 16-cı ayədə «bihi» sözü bəzi müfəssirlərin fikrinə əsasən, Peyğəmbərə, bəzilərinə əsasən isə Qurana aiddir. Yəni, Allah onun (Peyğəmbərin, yaxud Quranın) vasitəsilə insanları hidayət edir.

    Bəzi şəxslər iddia edə bilərlər ki, «Maidə» surəsi 16-cı ayə ilə «Qəsəs» surəsi 56-cı ayə arasında ziddiyyət vardır. Çünki ulu Tanrımız «Qəsəs» surəsində hidayətin Peyğəmbərin əlində deyil, Allahın ixtiyarında olduğunu söyləyir, bu ayədə isə Onun insanları Peyğəmbər və Quran vasitəsilə hidayət etdiyini vurğulayır. Bu fikirdə olanlara bildirmək istərdim ki, əsl hidayət Allahın əlində olsa da, Peyğəmbər və Quran hidayət üçün vasitədirlər. Allah təala bəzi şəxsləri ürəklərinə nur salmaqla, ilham etməklə, bəzilərini isə Peyğəmbər və ya Quran vasitəsilə hidayət edir. Buradan məlum olur ki, əsl hidayət Allahın ixtiyarındadır, amma Quran və Peyğəmbər bir vasitədirlər. Necə ki, yağışı və qarı yağdırmaqda buludlar bir vasitədir, yağdıran isə Allahdır.

    Təbəri Əkrəmədən rəvayət edir ki, o deyib: Peyğəmbər (s.ə.a. s) islam qanunlarından biri olan rəcm hökmünü (evli kişinin, yaxud ərli qadının zina etməsinin cəzası olaraq onların daş-qalaq olunması hökmünü) icra etdikdə yəhudilər Peyğəmbərin hüzuruna gəlib buna etiraz etdilər. Peyğəmbər buyurdu: «Sizin aranızda alim olanınız kimdir? Onlar İbn Suriyanı göstərdilər. Peyğəmbər and verərək dedi: səni and verirəm Allaha, de görüm, daş-qalaq hökmü Tövratda yoxdurmu? O dedi: bəli, var. Aramızda evli kişinin, yaxud ərli qadının zina etməsi çoxaldıqda buna mane olmaq üçün biz rəcm hökmünü icra edirdik. İbn Suriya bu sözü dedikdən sonra Peyğəmbər (s.ə.a. s) yəhudilərdən zina edən ailəli şəxslərin daş-qalaq olunmasını əmr etdi.» («Biharul-ənvar», c.22, s.66, c.9, s.69; «Sunəni- Beyhəqi», c.2, s.83; «Sunəni Əbu Davud», c.2, s.336; «əd-Durrul-mənsur», c.2, s.298)

    Lakin yəhudilər bununla razılaşmırdılar. Ona görə də, həmin tarixdə 15, 16-cı ayələr nazil oldu.

  • 5:16

    يَهْدِي بِهِ اللَّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلَامِ وَيُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ
    Yahdī Bihi A‍‍l-Lah‍‍u Mani A‍‍ttaba`a R‍‍iḍwānah‍‍u Subula A‍‍s-Sal‍‍ā‍‍mi Wa Yu‍ḫ‍r‍‍ijuhu‍‍m Mina A‍‍ẓ-ẓulum‍‍ā‍‍ti 'Ilá A‍‍n‍‍-N‍‍ū‍‍r‍‍i Bi'i‍ḏnih‍‍i Wa Yahdīhi‍‍m 'Ilá ṣirāṭi‍‍n Mustaq‍‍ī‍‍m‍‍in
    Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur və kitabın) vasitəsilə (üsulid-din və füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq və itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır və doğru yola hidayət edir.
  • 5:17

    لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ  ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللَّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الْأَرْضِ جَمِيعًا  ۗ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا  ۚ يَخْلُقُ مَا يَشَاءُ  ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
    Laqa‍‍d Kafara A‍‍l-La‍ḏ‍ī‍‍na Qāl‍‍ū 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a Huwa A‍‍l-Mas‍‍ī‍‍ḥu A‍‍b‍‍nu Maryama Qul Fama‍‍n Ya‍‍m‍‍liku Mina A‍‍l-Lah‍‍i šay'‍‍ā‍‍an 'In 'Ar‍‍ā‍‍da 'A‍‍n Yuhlika A‍‍l-Mas‍‍ī‍‍ḥa A‍‍b‍‍na Maryama Wa 'U‍‍mm‍‍ah‍‍u Wa Ma‍‍n A‍‍l-'Arḍi Jamī`āa‍‍n Wa Lillahi Mulku A‍‍s-Samāw‍‍ā‍‍ti Wa A‍‍l-'Arḍi Wa Mā Baynahumā Y‍ḫluqu Mā Ya‍š‍ā‍‍'u Wa A‍‍ll‍‍ā‍‍hu `Alá Kulli šay'i‍‍n Qad‍‍ī‍‍r‍‍un
    Şübhəsiz, «həqiqətən, Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib və ya vacib varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. De: «Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin və o ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir».

    Ayənin nazil olma səbəbi (ayə:17, 18)

    Aləmləri yaradan Rəbbimiz bu iki ayədə əhli-kitabın kafir və müşrik olmalarından söhbət açır. 17-ci ayədə buyurur: «İsa ibn Məryəmi Allah bilənlər kafir oldular.» 18-ci ayədə isə buyurur: «Yəhudi və xaçpərəstlər: „Biz Allahın oğlanları və sevimliləriyik“, — deməklə müşrik oldular.» Bu ayələrin bənzəri əvvəlki surələrin bəzi yerlərində zikr olunmuşdur. Ona görə də, bu haqda həmin ayədə söylədiklərimi təkrar etmək istəmirəm.

    Mütəal Allahın bu ayələri zikr etməkdə hədəfi müsəlmanların ibrət almaları ola bilər. Belə ki, onlar kiminsə barəsində ifrata yol verməsinlər və onu Allah məqamında görməsinlər. Yaxud müsəlmanlar özlərini Allahın sevimliləri, istəkli bəndələri hesab edərək qiyamət gününün haqq-hesabını unutmasınlar. Bunu bilsinlər ki, onlar da Allahın yaratdığı digər insanlar kimidirlər, Allahın məhkəməsində sorğu-suala çəkiləcəklər. Göylərin, yerin və onlar arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və hamı onun hüzuruna qaytarılacaqdır.

    18-ci ayənin nazil olma səbəbi haqqında bəzi rəvayətlər nəql olunmuşdur. Onlardan birini sizə nəql edirəm.

    Peyğəmbərin əmisi oğlu İbn Abbas deyir: «Üç nəfər (Nöman ibn Əza, Bəhri ibn Əmr və Şas ibn Ədiy adlı şəxslər) Peyğəmbərin hüzuruna gələrək o həzrətlə söhbət etdilər. Peyğəmbər onları Allaha, Onun vəhdaniyyətinə dəvət edərək qiyamətin əzabı ilə qorxutdu. Onlar dedilər: ya Muhəmməd, sən bizi qorxudursan, Halbuki, biz Allahın oğlanları və sevimliləriyik?! Onlar bu sözü dedikdə Cəbrail
    Peyğəmbərin hüzuruna gələrək („...Qul fəlimə yu`azzibukum bizunubikum — ... (Ya peyğəmbər! Sən onlara) de: (Əgər siz Allahın oğulları və sevimlilərisinizsə) bəs nə üçün Allah günahlarınıza görə sizə əzab verir?“ ayəsini nazil etdi» («Uyunul- əsər», s.335, bab: «əxbəru kuffəril-yəhud val-munəfiqin»).

  • 5:18

    وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَىٰ نَحْنُ أَبْنَاءُ اللَّهِ وَأَحِبَّاؤُهُ  ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم  ۖ بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ  ۚ يَغْفِرُ لِمَن يَشَاءُ وَيُعَذِّبُ مَن يَشَاءُ  ۚ وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا  ۖ وَإِلَيْهِ الْمَصِيرُ
    ‌Wa Qālati A‍‍l-Yah‍‍ū‍‍du Wa A‍‍n‍‍-Naṣārá Naḥnu 'A‍‍b‍‍n‍‍ā‍‍'u A‍‍l-Lah‍‍i Wa 'Aḥibb‍‍ā‍‍'uuh‍‍u Qul Falima Yu`a‍ddibuku‍‍m Bi‍ḏunūbiku‍‍m Bal 'A‍‍n‍‍tu‍‍m Ba‍šaru‍‍n Mi‍‍mm‍‍an ḫalaqa Ya‍ġfi‍‍r‍‍u Lima‍‍n Ya‍š‍ā‍‍'u Wa Yu`a‍ddibu Ma‍‍n Ya‍š‍ā‍‍'u Wa Lillahi Mulku A‍‍s-Samāw‍‍ā‍‍ti Wa A‍‍l-'Arḍi Wa Mā Baynahumā Wa 'Ilayhi A‍‍l-Maṣ‍‍ī‍‍r‍‍u
    Yəhudi və xaçpərəstlər dedilər: «Biz Allahın oğulları və Onun sevimliləriyik». De: «Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?» Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir.

    Fitrət dövrü (ayə:19)

    Mütəal Allah İsa peyğəmbəri kafirlərin təhlükəsindən qorumaq üçün səmaya qaldırdı və yer üzü uzun müddət peyğəmbərsiz qaldı. Yəhudi və xristianlar həzrət İsadan sonra təxminən 550 il müddətində fitrət (peyğəmbərsizlik) dövranı adlanan bir dövrlə üzləşdilər. Həmin ərəfədə onlar cürbəcür bidət və özbaşınalıqlarla rastlaşdılar, müxtəlif günahlara mübtəla oldular. Belə olduqda, izzət və cəlal sahibi olan Allah onlara həqiqəti bəyan edən bir Peyğəmbər göndərdi ki, qiyamət günü onlar: «Bizə cənnəti müjdə verən, yaxud cəhənnəmlə qorxudan bir kəs gəlmədi», — deməsinlər.

    Yəhudi və xaçpərəstlər islam dininə iman gətirməməkdən ötrü həzrət Muhəmmədin (s.ə.a. s) savadsızlığını bəhanə edirdilər. Amma onlar bilmirdilər ki, Allah istəsə, vəhy və ilham yolu ilə hətta təhsil görməyən bir şəxsə də elm bəxş edər. Bu ayənin sonunda işlənən «vallahu alə kulli şəy`in qadir — Allah hər şeyə qadirdir» cümləsi onların savadsız şəxsin necə peyğəmbər ola biləcəyi firkrinə cavab olaraq nazil olmuşdur.

    Sabit ibn Deynar (məşhur Əbu Həmzə Somali), həmçinin Əburrəbi deyir: «Hüşam ibn Əbdülməlikin Məkkəyə getdiyi il biz Əbu Cəfər (imam Baqir əleyhissalam) ilə Məkkəyə getdik. Ömər ibn Xəttabın azad etdiyi Nafe adlı qul da Hüşam ibn Əbdülməliklə həmsəfər idi. Nafe Kəbənin ətrafında camaatın imam Baqirin (ə) ətrafına toplaşaraq o həzrəti sorğu-sual etdiklərini gördü. Nafe deyir: mən Hüşam ibn Əbdülməlikə dedim: ya əmirəl-möminin, bu kimdir ki, camaat onun ətrafına toplaşıb? O dedi: bu, Kufə əhlinin peyğəmbəridir (onlara cənnət və cəhənnəmdən xəbər verəndir). Nafe dedi: sən şahid ol, mən ondan bəzi suallar soruşmağa gedirəm ki, həmin sualların cavabını Peyğəmbərdən, yaxud Peyğəmbər canişinindən başqa bir kimsə bilməz. Hüşam ibn Əbdülməlik dedi: get soruş, bəlkə sən onu utandırasan! Nafe camaata yaxınlaşıb dayandı və imam Baqirə (ə) üz tutaraq dedi: ey Muhəmməd ibn Əli (ey imam Zeynəlabidinin oğlu)! Mən Tövrat, İncil, Zəbur və Quranın hamısını oxumuşam. Bu kitablardakı halalharamları da bilirəm. Sənə elə bir sual verməyə gəlmişəm ki, ona Peyğəmbər və ya onun canişinindən başqa bir kəs cavab verə bilməz. Əbu Həmzə Somali deyir: imam Baqir (ə) başını qaldıraraq buyurdu: səl ammə bədə lək! — hər nə istəyirsənsə, soruş! Nafe dedi: buyur görüm, Muhəmməd peyğəmbər İsa peyğəmbərdən neçə il sonra gəlmişdir? İmam (ə) buyurdu: öz bildiyimi deyim, yoxsa sənin güman etdiyini?
    Nafe dedi: hər ikisini. O həzrət buyurdu: mənim fikrimə əsasən, o iki peyğəmbər arasında 500 il fasilə olmuşdur. Sən isə güman edirsən ki, onlar arasında 600 il fasilə olub.» («əl-Ehticac», c.2, s.325; «Biharul- ənvar», c.33, s.425)

    Gördüyünüz kimi, Peyğəmbərin, yaxud Əhli-beytin (ə.s) dövründə zahirdə islamı qəbul edən bəzi yəhudi və xaçpərəstlər var idi ki, onlar öz kitablarından həzrət Muhəmmədin (s.ə.a. s) peyğəmbərliyi, o həzrətin xislətləri haqqında məlumatlı idilər. Lakin onlar bildikləri həqiqəti gizlədirdilər. Ona görə də, Mütəal Allah onlara müraciət edərək buyurur: «Ey kitab əhli! Sizə Kitabda (Tövrat və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu aşkara çıxaran peyğəmbərimiz gəldi.»

  • 5:19

    يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍ مِّنَ الرُّسُلِ أَن تَقُولُوا مَا جَاءَنَا مِن بَشِيرٍ وَلَا نَذِيرٍ  ۖ فَقَدْ جَاءَكُم بَشِيرٌ وَنَذِيرٌ  ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
    Y‍‍ā 'Ahla A‍‍l-Kit‍‍ā‍‍bi Qa‍‍d J‍‍ā‍‍'aku‍‍m Rasūlunā Yubayyinu Laku‍‍m `Alá Fatrati‍‍n Mina A‍‍r-Rusuli 'A‍‍n Taqūlū Mā J‍‍ā‍‍'anā Mi‍n‍ Ba‍š‍ī‍‍r‍‍‍‍i‍‍n Wa Lā Na‍ḏ‍ī‍‍r‍‍‍‍i‍‍n Faqa‍‍d J‍‍ā‍‍'aku‍‍m Ba‍š‍ī‍‍r‍‍u‍‍n Wa Na‍ḏ‍ī‍‍r‍‍u‍‍n Wa A‍‍ll‍‍ā‍‍hu `Alá Kulli šay'i‍‍n Qad‍‍ī‍‍r‍‍un
    Ey kitab əhli, həqiqətən, (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin (s) peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir.
  • 5:20

    وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنبِيَاءَ وَجَعَلَكُم مُّلُوكًا وَآتَاكُم مَّا لَمْ يُؤْتِ أَحَدًا مِّنَ الْعَالَمِينَ
    ‌Wa 'I‍ḏ Q‍‍ā‍‍la Mūsá Liqawmihi Yā Qawmi A‍‍ḏkurū Ni`mata A‍‍l-Lah‍‍i `Alayku‍‍m 'I‍ḏ Ja`ala Fīku‍‍m 'A‍n‍‍biy‍‍ā‍‍'a Wa Ja`alaku‍‍m Mulūkāa‍‍n Wa '‍‍Ā‍‍tāku‍‍m Mā La‍‍m Yu'uti 'Aḥadāa‍‍n Mina A‍‍l-`Ālam‍‍ī‍‍n‍‍a
    Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi və sizi (insanlara) padşahlar etdiyi və sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiyi şeyi verdiyi zamandakı nemətini xatırlayın».

    «Muluk» kəlməsinin ayədəki mənası (ayə:20-26)

    Mütəal Allah bu ayələrdə həzrət Musa ilə qövmü arasında gedən söhbətlərdən, onlara bəxş olunmuş nemətlərdən, həmçinin onların Musa peyğəmbərin sözünə itaət etməmələrindən bəhs edir. Allah təala 26-cı ayənin sonunda həzrət Musaya buyurur: «Fələ tə`sə aləl-qaumil- fəsiqin — Fasiq bir qövmdən ötrü qüssələnmə!»

    Bəzi şəxslər 20-ci ayədə işlənən «mulukən» sözünə əsaslanaraq güman edirlər ki, uca Rəbbimiz Bəni-İsrail qövmünün hamısını padşah qərar vermişdir. Lakin bu söz «məlik» sözünün cəmi olub mənası istilahi baxımdan «padşah» olsa da, lüğəvi baxımdan «azad və ixtiyarı öz əlində olan şəxs» deməkdir.

    Əbu Səid Xudri həzrət Peyğəmbərdən (s.ə.a. s) rəvayət etmişdir ki, o həzrət buyurub: «Kənət Bənu-İsrailə izə kənə liəhadihim xadimun va dəbbətun vamraətun kutibə məlikən — Bəni-İsrail qövmünün belə bir adəti var idi ki, xadimi, miniyi və həyat yoldaşı olan şəxsə məlik (padşah) deyərdilər.» («əd-Durrul-mənsur», c.2, s.270)
    Zeyd ibn Əsləm də rəvayət edir ki, Peyğəmbər buyurub: «Həyat yoldaşı, evi və xadimi olan şəxs məlik hesab olunur.»

    Bəni-İsrail qövmü Fironun və Qibtilərin əli altında qul kimi yaşayır və onlara cizyə ödəyirdilər. Ulu Tanrı onlara rəhm edərək Musa peyğəmbəri göndərməklə onları Fironun əsarətindən qurtarıb «muluk», yəni, azad və ixtiyarı öz əlində olan şəxslər qərar verdi. Aləmləri yaradan Rəbbimiz Bəni-İsraildən əvvəlki bəşər övladından heç birinə vermədiyini onlara verdi, dəryanı yarıb onlara oradan keçmək üçün imkan yaratdı, sonra Firon və qövmünü orada qərq etdi, Bəni-İsrail qövmünü isə Fironun əlindən qurtararaq onlara qidalanmaları üçün «mənn» və «səlva» göndərdi, sirab olmalarından ötrü həzrət Musanın əsasını daşa vurması ilə 12 çeşmə cari etdi, kölgələnmələri üçün onlara xüsusi olaraq buludlar göndərdi.

    Bəzi şəxslər «müqəddəs yer»-in Livan olduğunu söyləmişlər. Bəziləri isə həmin yerin Şam olduğunu nəql etmişlər.

    Musa peyğəmbər Bəni-İsrailin həmin müqəddəs torpağa qorxudan daxil olmadıqlarını gördükdə dedi: «Ey Rəbbim, (Sən şahidsən ki, bunlar mənim sözümə baxmırlar) mənim yalnız özümə və qardaşım Haruna sözüm keçər!» Burada sual oluna bilər ki, Musa peyğəmbər qorxanların arasında Allahın nemət verdiyi iki şəxsin adını çəkib nə üçün belə demir: «Ey Rəbbim, mənim yalnız özümə, qardaşım Haruna və o iki nəfərə (Kalib və Yuşə`yə) sözüm keçər!» Yəni, Musa peyğəmbərin Kalib və Yuşə`yə də sözü keçərdi, nə üçün bu ayədə onların adlarını çəkməyib? Cavab olaraq qeyd etməliyəm ki, Musa peyğəmbərlə həzrət Harunun yanında həmin iki nəfərin adının çəkilməməsində hədəf Kalib və Yuşə`yə dəyər verməmək deyil, qardaşı Harunun peyğəmbərlik məqamını azaltmamaqdır. Necə ki, həzrət Muhəmməd (s.ə.a. s) Əlinin (ə) hər hansı bir fəzilətini bəyan etdikdə digər səhabələrin adını çəkməzdi. Bu, o demək deyil ki, Peyğəmbərin səhabələri arasında fəzilətlisi yox idi. Əslində, Peyğəmbər bu işi ilə Əlinin (ə) məqamının kiçildilməməsini və o həzrətin onlarla müqayisə olunmamasını istəmişdir. Çünki Əlinin (ə) Peyğəmbərə olan nisbəti həzrət Harunun Musa peyğəmbərə olan nisbəti (qardaşı və canişini) kimidir.

    Bəzi müfəssirlərin və tarixçilərin qeyd etdiklərinə əsasən, həzrət Musa öz qövmü ilə müqəddəs torpağa (Şama, yaxud Livana) daxil olmaq istədikdə oraya öz əshabından 12 nəfər göndərdi ki, həmin yerin camaatı haqqında məlumat gətirsinlər. Onlar hündür bir yerə qalxaraq həmin camaatı müşahidə etdikdən sonra Musa peyğəmbərin yanına qayıdıb orada iri cüssəli, güclü, qüvvətli insanların olduğunu xəbər verdilər.

    Həzrət Musa buyurdu: bunu camaat yanında deməyin ki, qorxub oraya hücum çəkməzlər. Lakin onlardan iki nəfər — Kalib və Yuşə` istisna olmaqla qalan on nəfər bunu camaat arasında yaydılar. Musanın (ə) qövmü bunu bildikdə ora daxil olmaqdan çəkindi. Sirrin üstünü açmayan Kalib və Yuşə` adlı həmin iki nəfər onlara dedilər: «Qorxmayın, oraya şəhər qapılarından qəfil hücum çəksəniz, qalib gələcəksiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!» Onlar o iki nəfərin sözünə əhəmiyyət verməyib üzlərini həzrət Musaya tutub dedilər: «Biz heç vaxt oraya daxil olmayacağıq, Sən və Rəbbin gedib onlarla vuruşun, biz isə burada oturacağıq.» Musa peyğəmbər onların qorxaqlığını və nankor olduqlarını gördükdə dedi: «Ey Rəbbim, məni bu günahkar qövmdən ayır!»

    Bu ayədə zikr olunan «cəbbər» sözü insanlar haqqında işləndikdə məzəmmət mənasını, Allah haqqında işləndikdə isə tərif və mədh mənasını ifadə edir. Bu haqda geniş məlumatı, inşaallah, «Həşr» surəsinin 23-cü ayəsinin təfsirində verəcəyik.

    Mütəal Allah Bəni-İsrail qövmünün həmin müqəddəs yerdə yaşamalarını əzəldən yazmışdı. Lakin Bəni-İsrail qövmü Musa peyğəmbərin sözünə tabe olmadığına görə Allah təala onları qırx il müddətinə oradan məhrum etdi. Belə ki, onlar istəsəydilər də, ora daxil ola bilməzdilər. Qırx il müddətində onlar yer üzündə sərgərdan gəzib-dolanırdılar. Belə ki, onlar köç etmək məqsədilə gecə ikən səfərə çıxır və səhərə qədər yol getdikdən sonra gündüz hava işıqlandıqda yaşadıqları həmin yerdə olduqlarını görürdülər. Bu iş qırx il davam etdi, bu müddət ərzində onların bir çoxu dünyalarını dəyişdi. Həzrət Musa və Harun (ə.s), eləcə də, Kalib və Yuşə` həmin müddəti Tih səhrasında yaşadılar. Musa peyğəmbərin sözündən çıxanlar orada əzab-əziyyət içində ömür sürür, adını çəkdiyimiz müqəddəs insanlar isə həmin səhrada rahatlıq və əmin-amanlıq içində yaşayırdılar. Bir sözlə, Tih səhrasında yaşamaq Bəni-İsrail qövmü üçün əzab olsa da, həmin müqəddəs insanlar orada rahatlıq içində idilər. Necə ki, müəyyən bir yerə şiddətli yağışın yağması bir çoxlarına xəsarət yetirsə də, bəzilərinə (məsələn, əkinçilərə) bolluq və firavanlıq gətirər.

    24-cü ayədə Musa peyğəmbərin qövmünün dediyi: «fəzhəb əntə va Rabbukə» cümləsindən məlum olur ki, onlar Allahın cisim olduğunu güman edirdilər. Ona görə də, onlar: «Ey Musa, sən və Rəbbin gedib onlarla vuruşun!», — deyir, yaxud tarixin başqa bir səhifəsində onlar öz peyğəmbərlərinə: «Ərinəllahə cəhratən — Ey Musa, (buna qane olmarıq) sən bizə Allahı açıq-aşkar şəkildə göstər! („Bəqərə“ surəsi, ayə: 55, „Nisa“ surəsi, ayə:153)», — söyləyirdilər.

    Diqqətinizi 25-ci ayədəki mühüm bir mətləbə çəkmək istəyirəm: orada Musa peyğəmbər ulu Tanrıya müraciət edərək söyləyir: «Fəfruq bəynənə va bəynəl-qaumil-fəsiqin — Ey Rəbbim, bizi bu fasiq (həddi aşmış) camaatdan ayır!»

    Hər kəs peyğəmbərin sözünə qarşı çıxsa, kafir olar. Lakin həzrət Musa təfsirini yazdığımız ayədə onun sözündən çıxanları kafir deyil, fasiq adlandırır. Bildiyimiz kimi, Bəni-İsrail qövmü Musa peyğəmbərin: «Müqəddəs yerə daxil olun!», — əmrinə qarşı çıxmırdı, onlar belə deyirdilər: qüvvətli, özündən deyən kimsələr həmin yerdən çıxmayanadək biz ora daxil olan deyilik. Onların bu hərəkəti buzova sitayiş etmək kimi kafir olmalarına deyil, fasiq olmalarına səbəb oldu. Ona görə də, Musa peyğəmbər bu ayədə onları fasiq (həddi aşmış) qövm adlandırır.

    Bu ayələrdən məlum olur ki, insan din və şəriətin əhkamını icra etməyə bəhanə gətirərsə, fasiq olar. Peyğəmbərin yanında hörmətdən düşər və peyğəmbərlə birlikdə yaşamağa layiq olmaz.

    İzzət və cəlal sahibi olan Allah İsrail övladının Musa peyğəmbərin sözündən çıxdıqlarını gördükdə 26-cı ayədə buyurur: «fə innəhə muharramətun aləyhim ərbə`inə sənətən... — müqəddəs torpağa daxil olmaq onlar üçün qırx il müddətinə haram edildi.» Həzrət Musanın qövmünə həmin müqəddəs şəhərə daxil olmaq Mütəal Allah tərəfindən şəri baxımdan haram buyurulmamışdı, istəsəydilər, daxil ola bilərdilər. Əgər o şəhərə daxil olmaq şəri cəhətdən haram edilsəydi, onlara: «müqəddəs torpağa daxil olun», — buyurulmazdı. Amma onlar həzrət Musanın sözündən çıxaraq fasiq olduqlarına görə həmin şəhərə daxil olmaq onlara təkvinən haram buyuruldu, yəni, onlar artıq istəsəydilər də, ora daxil ola bilməzdilər.

Əlinizdəki təfsirin ilk cildinin «Quran haqqında ümumi məlumat» bəhsində qeyd etdiyimiz kimi, Qurani-Kərimin 86 surəsi Məkkədə, 28 surəsi isə Mədinədə nazil olmuşdur. Təfsirini yazdığımız «Maidə» surəsi Mədinədə nazil olmuş surələr arasında yer alır. Bu mübarək surə 120 ayədən ibarətdir.

Ərəb dilində «maidə» sözünün mənası «süfrə» deməkdir. Mübarək surənin 112-115-ci ayələrində qeyd olunur ki, həvarilər qəlblərinin aramlıq tapması üçün İsa peyğəmbərə müraciət edərək Allahın səmadan «süfrə» nazil etməsini istədilər. Bu surənin «Maidə (Süfrə)» surəsi adlanmasına səbəb həmin hadisənin mübarək surədə qeyd olunmasıdır.

Zürarə ibn Ə`yən imam Baqirdən, o da əmirəl-möminin Əli ibn Əbu Talibdən (ə.s) rəvayət edir ki, o həzrət buyurub: «Maidə surəsi Peyğəmbərin vəfatından 2-3 ay qabaq nazil olmuşdur.» («Təfsiri- Əyyaşi», c.1, s.317, hədis:1; «Biharul-ənvar», c.19, s.69; «əl-Bürhan», c.1, s.430)

Əbu Carud imam Muhəmməd Təqidən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Mən qaraə surətəl-Məidəti fi kulli yaumi xamisin ləm yəlbəs imənuhu bizulmin va ləm yuşrik əbədən — Hər kəs hər cümə axşamı „Maidə“ surəsini oxusa, onun imanı zülmlə qarışmaz və o, əsla müşrikliyə yol verməz.» («Təfsiri-Əyyaşi», c.1, s.317, hədis:3; «əl- Bürhan», c.1, s.431)

Səmaə imam Sadiqin (ə) səhabəsi olan İsmail ibn Əbu Ziyad əs-Səkunidən, o da imam Cəfər Sadiqdən, o da Əlidən (ə.s) rəvayət edir ki, o həzrət buyurub: «Ləysə fil-Qurəni „yə əyyuhəl-ləzinə əmənu“ illə va hiyə fit-Taurati „yə əyyuhəl-məsəkin“ — Quranda elə bir „ey iman gətirənlər“ ifadəsi yoxdur ki, o, Tövratda „ey miskinlər, ey biçarələr!“ deyə zikr olunmasın.»

Keçmiş dövrlərdə Mütəal Allah peyğəmbərlərin ümmətinə: «ey biçarələr, ey miskinlər!», — deyə müraciət edərdi. Lakin ulu Tanrı islam peyğəmbəri həzrət Muhəmmədin (s.ə.a. s) ümmətinə «ey iman gətirənlər!» ifadəsi ilə müraciət etmişdir. Keçmiş ümmətlərdən bir çoxunun öz peyğəmbərlərinə itaət edənləri digər peyğəmbərlərin bəzisinə iman gətirir, bəzisini isə inkar edirdilər. Amma islam dinini qəbul edərək ona iman gətirən şəxslərə Mütəal Allah tərəfindən əmr olunmuşdur ki, Onun göndərdiyi peyğəmbərlər arasında fərq qoymayaraq hamısına ehtiramla yanaşsınlar. İslam ümməti peyğəmbərlər və səmavi kitablar arasında fərq qoymadığı üçün onların imanı digər ümmətlərin imanından üstün hesab olunur. Ona görə də, müsəlmanlara: «yə əyyuhəl-ləzinə əmənu», — deyə müraciət edildi. Necə ki, Quranda buyurulur: «Əmənər-Rasulu bimə unzilə iləyhi min Rabbihi val-mu`minun. Kullun əmənə billəhi va mələikətihi va kutubihi va rusulih. Lə nufərriqu bəynə əhadin min rusulih — Peyğəmbər Rəbbi tərəfindən ona nazil olana (Qurana) inanmış, möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: «Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq.» («Bəqərə» surəsi, ayə:285)

Əhli-kitab camaatı yəhudi və xristian olmağa dəvət edir və onları müsəlman olmaqdan çəkindirirdilər. Mütəal Allah müsəlmanlara əmr edərək buyurur: «Qulu əmənnə billəhi va mə unzilə iləynə... lə nufərriqu bəynə əhadin minhum va nəhnu ləhu muslimun — (Ey müsəlmanlar, siz onlar kimi olmayın) deyin ki, biz Allaha və bizə nazil olan kitaba (Qurana)... iman gətirmişik. Peyğəmbərlər arasında heç bir fərq qoymuruq və Allahın buyurduqlarına təslim olanlarıq.» («Bəqərə» surəsi, ayə:136; «Ali-İmran» surəsi, ayə:84)

Müsəlmanlar peyğəmbərlər arasında fərq qoymayaraq onların hamısına iman gətirdikləri üçün uca Rəbbimiz hər hansı bir hökmü nazil etdikdə onlara: «ey iman gətirənlər!», — deyə müraciət etmişdir.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi