- Dinləmək
-
-
Əsli
-
وَابْتَلُوا الْيَتَامَىٰ حَتَّىٰ إِذَا بَلَغُوا النِّكَاحَ فَإِنْ آنَسْتُم مِّنْهُمْ رُشْدًا فَادْفَعُوا إِلَيْهِمْ أَمْوَالَهُمْ ۖ وَلَا تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُوا ۚ وَمَن كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ ۖ وَمَن كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ ۚ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُوا عَلَيْهِمْ ۚ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا
-
Transliterasiya
-
Wa Abtalū Al-Yatāmá ḥattá 'Iḏā Balaġū An-Nikāḥa Fa'in 'Ānastum Minhum Rušdāan Fādfa`ū 'Ilayhim 'Amwālahum Wa Lā Ta'kulūhā 'Isrāfāan Wa Bidārāan 'An Yakbarū Wa Man Kāna ġanīyāan Falyasta`fif Wa Man Kāna Faqīrāan Falya'kul Bil-Ma`rūfi Fa'iḏā Dafa`tum 'Ilayhim 'Amwālahum Fa'ašhidū `Alayhim Wa Kafá Bil-Lahi ḥasībāan
-
Mirzə Əli Meşkini
-
Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə (və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla və tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi (və ədalətli zəhmət haqqı) miqdar(ın)da yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab çəkəndir.
-
Əltafur-Rəhman
-
Yetimlərin malından istifadə qaydaları (ayə:6)
Ulu Tanrı yetimlərin malından necə istifadə etmək lazım olduğunu 6-cı ayədə bəyan edərək buyurur: «Yetimləri həddi-buluğa çatanadək sınaqdan keçirin. Əgər onlarda əqli cəhətdən dolğunluq (malı qorumaq, ondan ticarət və digər işlərdə düzgün şəkildə istifadə etmək bacarığı) görsəniz, mallarını özlərinə qaytarın! Onların mallarına toxunmayın və həmin maldan zəhmət haqqını uşaq böyüdükdə razılaşmayacağı qədər götürməyin. Sizlərdən hər hansınızın ehtiyacı olmazsa, çəkdiyiniz zəhmətə görə o maldan bir şey götürməsin. Ehtiyacınız varsa, çəkdiyiniz zəhmət (ucrətul-misl) dəyərində ondan yeyə bilərsiniz. Onların mallarını özlərinə qaytardıqda şahid tutun (kağız üzərində yazdıraraq imzaladıb tarixini qeyd edin ki, sonralar bu haqda mübahisə yaranmasın)!»
Bunu da bilməliyik ki, ağlın kamala yetişməsi yalnız onların mallarının qaytarılmasında şərt kəsilmişdir. Amma ibadətləri yerinə yetirməkdə, yaxud günah edərsə, cəzalandırılmaqda belə bir şərt yoxdur. Bu barədə onların həddi-buluğa çatmaları kifayətdir.
Bu ayələrdə iki mühüm mətləbə işarə olunur:
1. Yetimlərin mallarını özlərinə qaytarmaq;
2. Kişinin həyat yoldaşının mehriyyəsini verməsi;
Bu ona görədir ki, cəmiyyətdə yetimlər və xanımlar zəif hesab edilərək haqları tapdalanmasın.