10-ci ayə 176-dən
Dinləmək
Əsli
إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَىٰ ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا  ۖ وَسَيَصْلَوْنَ سَعِيرًا
Transliterasiya
'I‍‍nn‍‍a A‍‍l-La‍ḏ‍ī‍‍na Ya'kul‍‍ū‍‍na 'A‍‍m‍‍w‍‍ā‍‍la A‍‍l-Yatā‍‍m‍‍á ẓulmāan 'I‍‍nn‍‍amā Ya'kul‍‍ū‍‍na Fī Buṭūnihi‍‍m Nārāa‍‍n Wa Sayaṣlawna Sa`īrā‍‍an
Mirzə Əli Meşkini
Həqiqətən, yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar.
Əltafur-Rəhman

Yetim malı yeməyin acı sonluğu (ayə:10)

Mütəal Allah 10-cu ayədə insanları yetimlərin mallarını yeyən, öz xanımlarının mehriyyələrini verməyib onların hüquqlarını tapdalayan kimsələri təhdid edərək buyurur: «Həqiqətən, yetimlərin mallarını (və xanımların mehriyyələrini) mənimsəyib yeyən şəxslər qarınlarına yalnız od yeyirlər. Onlar alovlu cəhənnəmə daxil olacaqlar.»

Mərhum Əli ibn İbrahim Qummi öz kitabında İbn Əbu Ümeyrdən, o da Hüşam ibn Salimdən, o da imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurdu: «Qalə Rasulullah (s): ləmmə usriyə bi iləs-səmə`i raəytu qaumən təqzifu fi əcvafihim ən-nəru va təxrucu min ədbərihim. Fəqultu: mən həuləi, yə Cəbrail? Fəqalə: həuləil-ləzinə yə`kulunə əmvaləl-yətəmə - Allahın Rəsulu (s.ə.a. s) buyurub: mən meraca aparıldıqda ağızlarından od daxil olub arxalarından çıxan bir dəstə camaatı gördükdə Cəbraildən soruşdum: bunlar kimdir (ki, belə bir əzaba düçar olmuşlar)? O dedi: bunlar yetimlərin malını yeyənlərdir. » («Təfsiri- Qummi», sözügedən ayənin təfsirində)

Əbd ibn Həmid Qətadədən rəvayət edir ki, o dedi: «Bizə belə nəql olunub ki, bir gün Peyğəmbər (s.ə.a. s) öz əshabına buyurdu: ittəqu fiz- za`ifəyni: əl-yətimə val-mər`ətə. Əytəməhu summə ausa bihi vabtələhu vabtələ bihi — iki zümrə zəif insanlar haqqında qorxun: yetim və qadın (yetimlər və qadınlar hər ikisi ata-anadan ayrıldığına və xanımlar ər evinə gəlməklə tək qaldığına görə zəif sayılırlar). Mütəal Allah bunları yetimliklə (kimsəsiz qalmaqla) sınağa çəkir. Sonra onların vasitəsilə digər insanları (yetimləri saxlayanları və xanımların həyat yoldaşlarını) sınayır.» («əd-Durrul-mənsur», c.2, s.120)

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi