-
Meisam Vahid Tammar
-
44:1
حمḥā-MīmHa Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimlik və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.) -
44:2
وَالْكِتَابِ الْمُبِينِWa Al-Kitābi Al-MubīniAnd olsun bu aydın və aydınlaşdırıcı kitaba ki, -
44:3
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ'Innā 'Anzalnāhu Fī Laylatin Mubārakatin 'Innā Kunnā MunḏirīnaBiz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq. -
44:4
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍFīhā Yufraqu Kullu 'Amrin ḥakīminHəmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Quranın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır). -
44:5
أَمْرًا مِّنْ عِندِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ'Amrāan Min `Indinā 'Innā Kunnā MursilīnaBizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq. -
44:6
رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُRaḥmatan Min Rabbika 'Innahu Huwa As-Samī`u Al-`AlīmuRəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur. -
44:7
رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُم مُّوقِنِينَRabbi As-Samāwāti Wa Al-'Arḍi Wa Mā Baynahumā 'In Kuntum Mūqinīna(O,) göylərin, yerin və o ikisinin arasında olanların Rəbbidir, əgər inanansınızsa! -
44:8
لَا إِلَـٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَLā 'Ilāha 'Illā Huwa Yuḥyī Wa Yumītu Rabbukum Wa Rabbu 'Ābā'ikumu Al-'AwwalīnaOndan başqa bir məbud yoxdur. (Yalnız O,) dirildir və öldürür. O, həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbidir. -
44:9
بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَBal Hum Fī šakkin Yal`abūnaLakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar. -
44:10
فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُّبِينٍFārtaqib Yawma Ta'tī As-Samā'u Biduḫānin MubīninBuna görə də (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə. -
44:11
يَغْشَى النَّاسَ ۖ هَـٰذَا عَذَابٌ أَلِيمٌYaġšá An-Nāsa Hāḏā `Aḏābun 'AlīmunO bütün insanları bürüyəcək. (Və deyiləcək:) «Bu ağrılı bir əzabdır». -
44:12
رَّبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَRabbanā Akšif `Annā Al-`Aḏāba 'Innā Mu'uminūna(Hamı belə deyəcək:) «Ey Rəbbimiz! Bu əzabı bizdən dəf et ki, biz iman əhliyik». -
44:13
أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُّبِينٌ'Anná Lahumu Aḏ-ḏikrá Wa Qad Jā'ahum Rasūlun MubīnunOnlar üçün haradan və necə öyüd-nəsihət ola bilər, halbuki onlara (peyğəmbərliyi) aydın və (həqiqətlərə) aydınlıq gətirən elçi gəlmişdi?! -
44:14
ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَّجْنُونٌṯumma Tawallaw `Anhu Wa Qālū Mu`allamun MajnūnunSonra onlar üz döndərərək dedilər: «O, (dediyi sözlərdə başqaları tərəfindən) öyrədilmiş və (onları Allaha nisbət verən) dəlidir». -
44:15
إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ'Innā Kāšifū Al-`Aḏābi Qalīlāan 'Innakum `Ā'idūnaBiz indi həmin əzabı (dünyadakılardan) bir az dəf edirik (və xatırladırıq) ki, siz mütləq (bir müddətdən sonra axirət əzabına) qayıdacaqsınız. -
44:16
يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنتَقِمُونَYawma Nabṭišu Al-Baṭšata Al-Kubrá 'Innā Muntaqimūna(Həmin əzab kafirləri) ən böyük və ən ağır bir tərzdə əhatə edəcəyimiz gün (olacaqdır). Çünki Biz intiqam alanıq. -
44:17
۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌWa Laqad Fatannā Qablahum Qawma Fir`awna Wa Jā'ahum Rasūlun KarīmunHəqiqətən, Biz onlardan qabaq Fironun qövmünü sınadıq və onlara möhtərəm bir peyğəmbər gəldi. -
44:18
أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ ۖ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ'An 'Addū 'Ilayya `Ibāda Al-Lahi 'Innī Lakum Rasūlun 'Amīnun(Və onlara dedi) ki: «Allahın bəndələrini (zülmə məruz qalmış İsrail övladlarını) mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm. -
44:19
وَأَن لَّا تَعْلُوا عَلَى اللَّهِ ۖ إِنِّي آتِيكُم بِسُلْطَانٍ مُّبِينٍWa 'An Lā Ta`lū `Alá Al-Lahi 'Innī 'Ātīkum Bisulṭānin MubīninVə (digər bir tapşırıq) budur ki, Allaha qarşı təkəbbür göstərməyin. Çünki mən sizə aşkar bir dəlil-sübut gətirmişəm. -
44:20
وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَن تَرْجُمُونِWa 'Innī `Uḏtu Birabbī Wa Rabbikum 'An TarjumūniVə əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım.
Bağışlayan və mehriban Allahın adı ilə.
Пророк Мухаммад, да благословит Аллах его и его род, сказал: «Тому, кто в пятницу, днём и ночью, читает суру „Ад-Духан“, Господь дарует дом в раю».
Посланник Аллаха, да благословит Аллах его и его род, также сказал: «Тот, кто в течение одной ночи прочтёт суру „Ад-Духан“, утром проснётся, когда семьдесят тысяч ангелов будут просить [Аллаха] о его прощении» (Ат-Табарси, «Маджма аль-байан»).