-
Meisam Vahid Tammar
-
41:1
حمḥā-MīmHa Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.) -
41:2
تَنزِيلٌ مِّنَ الرَّحْمَـٰنِ الرَّحِيمِTanzīlun Mina Ar-Raḥmāni Ar-Raḥīmi(Bu surə və bu kitab boynunda şər’i vəzifə olan bütün bəndələrə) ümumi rəhmət və (bütün iman gətirənlərə) xüsusi mərhəmət sahibi olan Allah tərəfindən nazil edilmişdir. -
41:3
كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِّقَوْمٍ يَعْلَمُونَKitābun Fuṣṣilat 'Āyātuhu Qur'ānāan `Arabīyāan Liqawmin Ya`lamūna(Bu,) elm əhli olan bir dəstə üçün ərəbcə bir Quran halında ayələri ayrılaraq müfəssəl açıqlanmış (kəlmələri surə və ayələrə bölünmüş və məzmunu dinin hökmləri, axirət təlimləri və dünyəvi elmləri əhatə edən) bir kitabdır. -
41:4
بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَBašīrāan Wa Naḏīrāan Fa'a`raḍa 'Akṯaruhum Fahum Lā Yasma`ūna(İman gətirmiş hər bir şəxsə) müjdə verən və (hər bir itaətsizi) qorxudan (bir Qurandır). Lakin onların çoxu üz döndərdilər. Bu səbəbdən (qəlb qulağı ilə) eşitmirlər. -
41:5
وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِّمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقْرٌ وَمِن بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَاعْمَلْ إِنَّنَا عَامِلُونَWa Qālū Qulūbunā Fī 'Akinnatin Mimmā Tad`ūnā 'Ilayhi Wa Fī 'Āḏāninā Waqrun Wa Min Bayninā Wa Baynika ḥijābun Fā`mal 'Innanā `ĀmilūnaVə dedilər: «Qəlblərimiz sənin bizi çağırdığın şey üçün örtülüdür, qulaqlarımızda ağırlıq var və bizimlə sizin aranızda (ədavət, inad, həmçinin əqidə və üslüb fərqi) pərdə(si) mövcuddur. Buna görə də sən öz işini gör, biz də mütləq (sənə qarşı) fəaliyyətdəyik». -
41:6
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَاحِدٌ فَاسْتَقِيمُوا إِلَيْهِ وَاسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌ لِّلْمُشْرِكِينَQul 'Innamā 'Anā Bašarun Miṯlukum Yūḥá 'Ilayya 'Annamā 'Ilahukum 'Ilahun Wāḥidun Fāstaqīmū 'Ilayhi Wa Astaġfirūhu Wa Waylun LilmušrikīnaDe: «Mən (də) sizin kimi yalnız bir bəşərəm (nə mələyəm, nə cin, lakin) mənə vəhy olunur ki, sizin yeganə məbudunuz bir olan məbuddur. Buna görə də (əqidə və əməllərinizdə) Ona tərəf üz tutun və Ondan bağışlanma diləyin. Vay olsun müşriklərə!» -
41:7
الَّذِينَ لَا يُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ كَافِرُونَAl-Laḏīna Lā Yu'utūna Az-Zakāata Wa Hum Bil-'Āḫirati Hum KāfirūnaO kəslərə ki, zəkat vermirlər (yoxsullara maddi yardım etmirlər) və axirət gününə inanmırlar. -
41:8
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ'Inna Al-Laḏīna 'Āmanū Wa `Amilū Aṣ-ṣāliḥāti Lahum 'Ajrun ġayru MamnūninƏlbəttə, iman gətirib yaxşı işlər görmüş kəslər üçün minnətsiz və tükənməz bir mükfat vardır. -
41:9
۞ قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَندَادًا ۚ ذَٰلِكَ رَبُّ الْعَالَمِينَQul 'A'innakum Latakfurūna Bial-Laḏī ḫalaqa Al-'Arḍa Fī Yawmayni Wa Taj`alūna Lahu 'Andādāan ḏālika Rabbu Al-`ĀlamīnaDe: «Siz doğrudan yer (kürəsin)i iki gündə (iki gündüzə və ya iki gecə-gündüzə bərabər zamanda, yaxud iki mərhələdə, məsələn maye və donmuş mərhələlərində) yaradana kafir olur və Ona şərik qoşursunuz? (Halbuki) aləmdəkilərin Rəbbi Odur!» -
41:10
وَجَعَلَ فِيهَا رَوَاسِيَ مِن فَوْقِهَا وَبَارَكَ فِيهَا وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِّلسَّائِلِينَWa Ja`ala Fīhā Rawāsiya Min Fawqihā Wa Bāraka Fīhā Wa Qaddara Fīhā 'Aqwātahā Fī 'Arba`ati 'Ayyāmin Sawā'an Lilssā'ilīnaO, yer üzərində sabit və möhkəm dağlar qoydu və ona xeyir-bərəkət verdi və onun (insan, heyvan, bitki və sairədən ibaərt varlıqlarının) azuqələrini (yaradılış təbiətləri ilə) istəyənlər üçün (azuqənin verilməsi baxımından) bərabər olan dörd gündə (dörd fəsildə) təyin etdi. -
41:11
ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَṯumma Astawá 'Ilá As-Samā'i Wa Hiya Duḫānun Faqāla Lahā Wa Lil'arḍi Ai'tiyā ṭaw`āan 'Aw Karhāan Qālatā 'Ataynā ṭā'i`īna(Yerin yaradılışından) sonra (Allahın qəti iradəsi, əsas maddəsi) tüstü olan göyə yönəldi. Beləliklə ona və yerə buyurdu: «İstər-istəməz (vücuda) gəlin!» (Allah qəti iradə ilə həmin tüstünün göylər olmasını, yerin isə bərəkətli olmasını və həmin qidaları hazırlamasını istədi.) O ikisi (özlərinin halları və zatı məğlubiyyətlə) dedilər: «İstəyərək gəldik». -
41:12
فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَىٰ فِي كُلِّ سَمَاءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِFaqaḍāhunna Sab`a Samāwātin Fī Yawmayni Wa 'Awḥá Fī Kulli Samā'in 'Amrahā Wa Zayyannā As-Samā'a Ad-Dunyā Bimaṣābīḥa Wa ḥifẓāan ḏālika Taqdīru Al-`Azīzi Al-`AlīmiBeləliklə, onları iki gündə ( yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir. -
41:13
فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنذَرْتُكُمْ صَاعِقَةً مِّثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَFa'in 'A`raḍū Faqul 'Anḏartukum ṣā`iqatan Miṯla ṣā`iqati `Ādin Wa ṯamūdaBeləliklə, əgər üz döndərsələr, de: «Sizi Ad və Səmudun (bu qövmlərin) ildırımı kimi bir ildırımla (göydən gələn qorxunc nə’rə, od və külək kimi ölümə səbəb olan bəla ilə) qorxutdum». -
41:14
إِذْ جَاءَتْهُمُ الرُّسُلُ مِن بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ قَالُوا لَوْ شَاءَ رَبُّنَا لَأَنزَلَ مَلَائِكَةً فَإِنَّا بِمَا أُرْسِلْتُم بِهِ كَافِرُونَ'Iḏ Jā'athumu Ar-Rusulu Min Bayni 'Aydīhim Wa Min ḫalfihim 'Allā Ta`budū 'Illā Al-Laha Qālū Law šā'a Rabbunā La'anzala Malā'ikatan Fa'innā Bimā 'Ursiltum Bihi KāfirūnaÖzlərindən qabaqkı və sonrakı peyğəmbərlər onların yanına gələndə «Allahdan başqasına ibadət etməyin!» (dedilər). (Ayədən belə məlum olur ki, bütün peyğəmbərlər hamının peyğəmbərləridir və sanki onlara bu sözü peyğəmbərlərin hamısı deyiblər.) Onlar dedilər: «Əgər bizim Rəbbimiz (bizim iman gətirməyimizi) istəsəydi, mütləq, mələklər göndərərdi. Buna görə də biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik». -
41:15
فَأَمَّا عَادٌ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَقَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً ۖ وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَFa'ammā `Ādun Fāstakbarū Fī Al-'Arḍi Biġayri Al-ḥaqqi Wa Qālū Man 'Ašaddu Minnā Qūwatan 'Awalam Yaraw 'Anna Al-Laha Al-Laḏī ḫalaqahum Huwa 'Ašaddu Minhum Qūwatan Wa Kānū Bi'āyātinā Yajḥadūna(Hud peyğəmbərin qövmü) Ada gəldikdə isə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və dedilər: «Kim bizdən daha güclüdür?» Məgər onlar (qəlb gözü ilə) özlərini yaradan Allahın onlardan güclü olmasını görmədilər? (Əslində) onlar (batini yəqinlikləri ola-ola) Bizim nişanələrimizi inkar edirdilər. -
41:16
فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي أَيَّامٍ نَّحِسَاتٍ لِّنُذِيقَهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنصَرُونَFa'arsalnā `Alayhim Rīḥāan ṣarṣarāan Fī 'Ayyāmin Naḥisātin Linuḏīqahum `Aḏāba Al-ḫizyi Fī Al-ḥayāati Ad-Dunyā Wa La`aḏābu Al-'Āḫirati 'Aḫzá Wa Hum Lā YunṣarūnaBeləliklə, onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün nəhs günlərdə çox soyuq və uğultulu bir külək göndərdik. Əlbəttə, axirət əzabı daha alçaldıcıdır və (həmin gün) onlara əsla kömək edilməyəcəkdir. -
41:17
وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَىٰ عَلَى الْهُدَىٰ فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا كَانُوا يَكْسِبُونَWa 'Ammā ṯamūdu Fahadaynāhum Fāstaḥabbū Al-`Amá `Alá Al-Hudá Fa'aḫaḏathum ṣā`iqatu Al-`Aḏābi Al-Hūni Bimā Kānū Yaksibūna(Saleh peyğəmbərin qövmü) Səmuda yolu göstərdik. Lakin onlar qəlbikorluğu doğru yoldan üstün tutdular. Beləliklə qazandıqları günahların cəzası olaraq onları alçaldıcı əzab ildırımı vurdu. -
41:18
وَنَجَّيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَWa Najjaynā Al-Laḏīna 'Āmanū Wa Kānū Yattaqūnaİman gətirib həmişə pərhizkarlıqla məşğul olanlara nicat verdik. -
41:19
وَيَوْمَ يُحْشَرُ أَعْدَاءُ اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَWa Yawma Yuḥšaru 'A`dā'u Al-Lahi 'Ilá An-Nāri Fahum Yūza`ūnaVə (yada sal) o gün(ü) ki, Allahın düşmənlərini (qəbirlərdən və müxtəlif yerlərdən) oda tərəf toplayacaqlar. Beləliklə, onların birincisindən sonuncusunadək (hamısı bir yerə) toplanılacaqlar. -
41:20
حَتَّىٰ إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُم بِمَا كَانُوا يَعْمَلُونَḥattá 'Iḏā Mā Jā'ūhā šahida `Alayhim Sam`uhum Wa 'Abṣāruhum Wa Julūduhum Bimā Kānū Ya`malūnaNəhayət onların hamısı oda çatanda ətləri, gözləri və bədənlərinin dəriləri onlara qarşı, (dünyada) etdiklərinə (dünyada görüb şahid olduqlarına) şəhadət verərlər.
Bağışlayan və mehriban Allahın adı ilə.
Пророк Мухаммад, да благословит Аллах его и его род, сказал: «Всякому читающему суру „Ха, мим, саджда“ Всемогущий Аллах зачтёт по десять добрых дел за каждую её букву» (Ат-Табарси, «Маджма аль-байан»).