-
Meisam Vahid Tammar
-
40:1
حمḥā-MīmHa Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.) -
40:2
تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْعَلِيمِTanzīlu Al-Kitābi Mina Al-Lahi Al-`Azīzi Al-`AlīmiBu kitab yenilməz qüdrət sahibi və bilən Allah tərəfindən nazil edilmişdir. -
40:3
غَافِرِ الذَّنبِ وَقَابِلِ التَّوْبِ شَدِيدِ الْعِقَابِ ذِي الطَّوْلِ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ الْمَصِيرُġāfiri Aḏ-ḏanbi Wa Qābili At-Tawbi šadīdi Al-`Iqābi ḏī Aṭ-ṭawli Lā 'Ilāha 'Illā Huwa 'Ilayhi Al-MaṣīruGünahı bağışlayan, tövbəni qəbul edən, cəzası ağır, firavan və daimi nemət sahibi (olan Allah tərəfindən)! Ondan başqa bir məbud yoxdur. (Hamının və hər bir şeyin) qayıdış(ı) Ona tərəfdir. -
40:4
مَا يُجَادِلُ فِي آيَاتِ اللَّهِ إِلَّا الَّذِينَ كَفَرُوا فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِي الْبِلَادِMā Yujādilu Fī 'Āyāti Al-Lahi 'Illā Al-Laḏīna Kafarū Falā Yaġrurka Taqallubuhum Fī Al-BilādiAllahın ayə (və möcüzə)ləri barəsində kafirlərdən başqa heç kəs mübahisə etməz. (Onlar da nəhayət öz cəzalarına çatacaqlar.) Buna görə də onların şəhərlərdə gəl-get etmələri (və mal, övlad və qüdrətlərinin çoxluğu) səni aldatmasın. -
40:5
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَالْأَحْزَابُ مِن بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَادَلُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِKaddabat Qablahum Qawmu Nūḥin Wa Al-'Aḥzābu Min Ba`dihim Wa Hammat Kullu 'Ummatin Birasūlihim Liya'ḫuḏūhu Wa Jādalū Bil-Bāṭili Liyudḥiḍū Bihi Al-ḥaqqa Fa'aḫaḏtuhum Fakayfa Kāna `IqābiOnlardan qabaq da Nuhun qövmü və onlardan sonra gələn tayfalar (Hudun, Salehin, Lutun və digər peyğəmbərlərin qövmləri öz peyğəmbərlərini) təkzib etdilər. Hər bir ümmət öz peyğəmbərini tutmaq (yaxud sürgün etmək, həbs etmək və yaxud öldürmək) üçün onun qəsdinə durdu. Və boş söz vasitəsi ilə mübahisə etdilər ki, bu yolla haqqı zay və batil etsinlər. Beləliklə onları yaxaladıq. Buna görə də (bax gör) Mənim cəzam necə oldu! -
40:6
وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ كَفَرُوا أَنَّهُمْ أَصْحَابُ النَّارِWa Kaḏalika ḥaqqat Kalimatu Rabbika `Alá Al-Laḏīna Kafarū 'Annahum 'Aṣḥābu An-NāriRəbbinin bütün kafirlər barəsindəki hökmü (keçmişlər barəsində olduğu kimi) belə sabit və gerçəkdir ki: «Onlar od əhlidirlər!» -
40:7
الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَّحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِAl-Laḏīna Yaḥmilūna Al-`Arša Wa Man ḥawlahu Yusabbiḥūna Biḥamdi Rabbihim Wa Yu'uminūna Bihi Wa Yastaġfirūna Lillaḏīna 'Āmanū Rabbanā Wasi`ta Kulla šay'in Raḥmatan Wa `Ilmāan Fāġfir Lillaḏīna Tābū Wa Attaba`ū Sabīlaka Wa Qihim `Aḏāba Al-Jaḥīmi(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!» -
40:8
رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدتَّهُمْ وَمَن صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۚ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُRabbanā Wa 'Adḫilhum Jannāti `Adnin Allatī Wa`adtahum Wa Man ṣalaḥa Min 'Ābā'ihim Wa 'Azwājihim Wa ḏurrīyātihim 'Innaka 'Anta Al-`Azīzu Al-ḥakīmuEy Rəbbimiz! Onları özlərinə və əməlisaleh ata, zövcə və övladlarına vəd etdiyin əbədi Cənnətlərə daxil et. Çünki yenilməz qüdrət və hikmət sahibi Sənsən! -
40:9
وَقِهِمُ السَّيِّئَاتِ ۚ وَمَن تَقِ السَّيِّئَاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُWa Qihimu As-Sayyi'āti Wa Man Taqī As-Sayyi'āti Yawma'iḏin Faqad Raḥimtahu Wa ḏalika Huwa Al-Fawzu Al-`AẓīmuVə onları (axirətdə) günahların cəzasından (və ya günahların o aləmdəki təzahüründən) qoru. Həmin gün Sən kimi günahların cəzasından qorusan, doğrudan da ona rəhmətini şamil etmisən. Bu, həmin o böyük uğur və qurtuluşdur. -
40:10
إِنَّ الَّذِينَ كَفَرُوا يُنَادَوْنَ لَمَقْتُ اللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى الْإِيمَانِ فَتَكْفُرُونَ'Inna Al-Laḏīna Kafarū Yunādawna Lamaqtu Al-Lahi 'Akbaru Min Maqtikum 'Anfusakum 'Iḏ Tud`awna 'Ilá Al-'Īmāni FatakfurūnaHəqiqətən, küfr etmiş kəslərə (onlar bəzən Cəhənnəmdə özlərinə və bir-birlərinə qəzəblənən zaman) nida edilər ki: «Şübhəsiz, Allahın sizə olan nifrət və qəzəbi sizin özünüzə və bir-birinizə olan nifrət və qəzəbinizdən daha çoxdur. Çünki siz imana tərəf çağırılır və (buna baxmayaraq) küfr edirdiniz». -
40:11
قَالُوا رَبَّنَا أَمَتَّنَا اثْنَتَيْنِ وَأَحْيَيْتَنَا اثْنَتَيْنِ فَاعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍ مِّن سَبِيلٍQālū Rabbanā 'Amattanā Aṯnatayni Wa 'Aḥyaytanā Aṯnatayni Fā`tarafnā Biḏunūbinā Fahal 'Ilá ḫurūjin Min SabīlinOnlar deyərlər: «Ey Rəbbimiz! (Dünya həyatından və tovhid çağırışının gerçəkləşməsindən sonra) bizi iki dəfə öldürüb iki dəfə diriltdin (dünyada öldürüb Bərzəxdə diriltdin və Bərzəxdə öldürüb Qiyamətdə diriltdin), beləliklə biz öz günahlarımızı (birinci dirilməyi, həmçinin ikinci ölüm və dirilməyi inkar etməyimizi) etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?» -
40:12
ذَٰلِكُم بِأَنَّهُ إِذَا دُعِيَ اللَّهُ وَحْدَهُ كَفَرْتُمْ ۖ وَإِن يُشْرَكْ بِهِ تُؤْمِنُوا ۚ فَالْحُكْمُ لِلَّهِ الْعَلِيِّ الْكَبِيرِḏālikum Bi'annahu 'Iḏā Du`iya Al-Lahu Waḥdahu Kafartum Wa 'In Yušrak Bihi Tu'uminū Fālḥukmu Lillahi Al-`Alīyi Al-KabīriBu (əzablar) ona görədir ki, Allah tək çağırılan zaman siz (Onun birliyinə) küfr edirdiniz və ona şərik qoşulanda (həmin şeyə) iman gətirirdiniz. Buna görə də hakimlik uca məqamlı və böyük Allaha məxsusdur. -
40:13
هُوَ الَّذِي يُرِيكُمْ آيَاتِهِ وَيُنَزِّلُ لَكُم مِّنَ السَّمَاءِ رِزْقًا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُHuwa Al-Laḏī Yurīkum 'Āyātihi Wa Yunazzilu Lakum Mina As-Samā'i Rizqāan Wa Mā Yataḏakkaru 'Illā Man YunībuÖz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur. (Bu nemətlərdən) yalnız Allaha könül vermiş və Allaha tərəf qayıdan kəs ibrət alar. -
40:14
فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَFād`ū Al-Laha Muḫliṣīna Lahu Ad-Dīna Wa Law Kariha Al-KāfirūnaOdur ki, kafirlər xoşlamasalar belə, Allahı itaət və əqidəni Onun üçün xalisləşdirdiyiniz halda çağırın. -
40:15
رَفِيعُ الدَّرَجَاتِ ذُو الْعَرْشِ يُلْقِي الرُّوحَ مِنْ أَمْرِهِ عَلَىٰ مَن يَشَاءُ مِنْ عِبَادِهِ لِيُنذِرَ يَوْمَ التَّلَاقِRafī`u Ad-Darajāti ḏū Al-`Arši Yulqī Ar-Rūḥa Min 'Amrihi `Alá Man Yašā'u Min `Ibādihi Liyunḏira Yawma At-TalāqiO Allahı ki, kamalının dərəcələri uca, yaratdıqlarının dərəcələrini yüksəldən və (göylərin üstündə yerləşib hökmranlıq məkanı və dünya işlərinin idarəçiliyi fərmanlarının verilməsi mərkəzi olan) ərşin sahibidir. O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun. -
40:16
يَوْمَ هُم بَارِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ ۚ لِّمَنِ الْمُلْكُ الْيَوْمَ ۖ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِYawma Hum Bārizūna Lā Yaḫfá `Alá Al-Lahi Minhum šay'un Limani Al-Mulku Al-Yawma Lillahi Al-Wāḥidi Al-QahhāriOnların (Məhşər səhnəsində hazır olanların) zahir və aşkar olacaqları gün (ilə)! Allaha onların heç nəyi gizli qalmayacaqdır. (Və Allah tərəfindən deyiləcək:) Bu gün mülkiyyət və hakimiyyət kimə məxsusdur? (Və belə cavab veriləcək:) Tək və qüdrətli Allaha məxsusdur. -
40:17
الْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ الْيَوْمَ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِAl-Yawma Tujzá Kullu Nafsin Bimā Kasabat Lā ẓulma Al-Yawma 'Inna Al-Laha Sarī`u Al-ḥisābiBu gün hər bir kəs qazandığı əməllərin müqabilində cəzalandırılacaqdır (və ya əməlinin gerçək təzahürü onun cəzası olacaqdır). Bu gün (heç kimdən heç kəsə) zülm olunmaz. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir (və bütün insan və cinlərin əməllərinin hesabını çəkmək onun üçün vaxt aparan və çətin bir iş deyildir). -
40:18
وَأَنذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ ۚ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُWa 'Anḏirhum Yawma Al-'Āzifati 'Iḏi Al-Qulūbu Ladá Al-ḥanājiri Kāẓimīna Mā Lilẓẓālimīna Min ḥamīmin Wa Lā šafī`in Yuṭā`uVə onları o böyük hadisə (Qiyamət) günü ilə – öz qəm-kədərlərini udduqları halda ürəklərin (qorxu və vahimədən yerindən qoparaq) qırtlağa çatacağı zamanla qorxut! (Həmin gün) zalımların nə qohumları, nə də sözü qəbul edilən şəfaətçiləri olar. -
40:19
يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُYa`lamu ḫā'inata Al-'A`yuni Wa Mā Tuḫfī Aṣ-ṣudūruO, xəyanətkar gözləri (və ya gözlərin qadağan edilmiş yerlərdəki xəyanətlərini) və sinələrin gizlətdiklərini (küfrü, haram fikirləri və rəzil sifətləri) bilir. -
40:20
وَاللَّهُ يَقْضِي بِالْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِن دُونِهِ لَا يَقْضُونَ بِشَيْءٍ ۗ إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُWa Allāhu Yaqḍī Bil-ḥaqqi Wa Al-Laḏīna Yad`ūna Min Dūnihi Lā Yaqḍūna Bišay'in 'Inna Al-Laha Huwa As-Samī`u Al-Baṣīru(Yaradılış, idarəçilik və şəriət barəsində) haqq hökm çıxaran Allahdır və (müşriklərin) Allahın yerinə çağırdıqları heç bir hökm çıxara bilməzlər. Həqiqətən, (hər bir şeyi) eşidən və görən Allahdır!
Bağışlayan və mehriban Allahın adı ilə.
Согласно словам Пророка Мухаммада, да благословит Аллах его и его род, буквенные сокращения «ха, мим» составляют суть Корана. Этот ряд сур подобен благоуханным цветам, украшающим Священный Коран. Каждому, кто читает эти суры, а также его соседям, родственникам и друзьям Господь дарует Свои милости, а Небесный Престол станет ходатайствовать о его прощении (Макарем Ширази, «Немуне»).