Nisa
  • Meisam Vahid Tammar
    image/svg+xml Basmala in Naskh script. Created by baba66, http://de.wikipedia.org, 2006-03-22 License: cc-by-sa/2.0/de and GFDL
    Bağışlayan və mehriban Allahın adı ilə.
  • 4:1

    يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً  ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ  ۚ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا
    Y‍‍ā 'Ayyuhā A‍‍n‍‍-N‍‍ā‍‍su A‍‍ttaqū Rabbakumu A‍‍l-La‍ḏī ḫalaqaku‍‍m Mi‍‍n Nafsi‍‍n Wāḥidati‍‍n Wa ḫalaqa Minhā Zawjahā Wa Ba‍tta Minhumā R‍‍ijālāa‍‍n Ka‍ṯīrāa‍‍n Wa Nis‍‍ā‍‍'a‍‍n Wa A‍‍ttaqū A‍‍l-Laha A‍‍l-La‍ḏī Tatas‍‍ā‍‍'al‍‍ū‍‍na Bih‍‍i Wa A‍‍l-'Arḥ‍‍ā‍‍ma 'I‍‍nn‍‍a A‍‍l-Laha K‍‍ā‍‍na `Alayku‍‍m Raqībā‍‍an
    Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.

    İnsanların xilqəti («Nisa» surəsi, ayə:1)

    Mütəal Allah mömin, yaxud qeyri-mömin, kişi və ya qadın, ərəb, yaxud əcəm olmasından asılı olmayaraq «nas» kəlməsini işlədib bu surəyə ümumi insanlara müraciət etməklə başlayır. Bu mübarək ayədə aləmləri yaradan Rəbbimiz insanları nədən xəlq etməsinə işarə edərək buyurur: «Ey camaat! Sizi eyni bir nəfsdən yaradıb kişi və qadın qərar verən Rəbbinizdən qorxun! Qorxun o Allahdan ki, siz Ona olan imanınızdan (etdiyiniz ibadətdən) və qohum-əqrəba ilə rəftarınızdan sorğusuala çəkiləcəksiniz! Həqiqətən də, Allah sizin üzərinizdə nəzarətçidir.»

    Bəzi şəxslər belə güman etmişlər ki: «yə əyyuhən-nəs — ey insanlar», — deyə müraciət olunan surə və ayələr Məkkədə, «yə əyyuhəl-ləzinə əmənu — ey iman gətirənlər» ifadəsinin işləndiyi ayələr isə Mədinədə nazil olmuşdur. Lakin onların bu iddiası müəyyən cəhətdən düz sayılsa da, təhqiq əhli üçün mötəbər hesab olunmur. Çünki gördüyünüz kimi, «yə əyyuhən-nəs» ifadəsi Mədinədə nazil olmuş bu surədə də mövcuddur.

    Təfsirini yazdığımız ilk ayədə təqvalı olmaq üçün iki səbəb zikr olunmuşdur:
    1. Allahın insanların hamısına rəbb və yaradan olması;
    2. Bütün insanları bir şeydən (yalnız torpaqdan) xəlq etməsi. Hətta Adəmin zövcəsi Həvvanı belə torpaqdan yaratması.

    Təbii ki, bir neçə şeydən istifadə etməklə nəsə düzəltmək qeyri-adi bir iş deyildir. Məsələn, müxtəlif əşyalardan istifadə edərək ev tikmək, avtomobil düzəltmək və s. Amma yalnız bir əşyadan istifadə etməklə bir şey düzəltmək insanlar üçün qeyri-mümkündür. Necə ki, mişar, çəkic, mismar, yapışqan və s. əşyalar olmadan yalnız taxtadan istifadə etməklə ondan qapı və pəncərə düzəltmək mümkün deyil, yaxud müsbət və mənfi enerjidən deyil, yalnız müsbət enerjidən və ya təkcə mənfi enerjidən işıq almaq qeyri-mümkündür. Lakin Mütəal Allah müxtəlif əşyalardan deyil, yalnız torpaqdan ağıl və şüur sahibi, müxtəlif bacarıqlara malik insanı xəlq etməklə hansı qüdrətə sahib olduğunu göstərir. Daha maraqlısı budur ki, O, həzrət Adəm üçün zəruri varlıq olan zövcəsi Həvvanı da həmin torpaqdan xəlq edir. Sonra bu iki nəfərin arasında ülfət yaratmaq vasitəsilə onların övladı olan digər insanları yaradır.

    Gördüyünüz kimi, bu ayədə insanların təqvalı olması üçün Allah təalanın iki böyük qüdrət nişanəsi qeyd olunmuşdur. Onlardan biri uca Tanrının bütün aləmləri vücuda gətirməsi və rəbb olub onları idarə etməsi, digəri isə insanları yalnız bir şeydən yaratmasıdır.

    Ayədə zikr olunan «nəfsi-vahidə» nədir?

    Quranı təfsir edən alimlərin fikrinə əsasən, ayədə işlənən «nəfsi-vahidə» ifadəsində məqsəd həzrət Adəmdir. Müfəssirlər digər insanlardan əlavə, hətta həzrət Həvvanın da Adəmdən xəlq olunduğunu söyləmişlər. Lakin Həvvanın Adəmdən necə xəlq olunması barədə iki cür fikir nəql olunub:
    1. Həvvanın Adəm peyğəmbərin yarandığı torpağın qalan hissəsindən xəlq olunması;
    2. Həvvanın həzrət Adəmin qabırğasından yaranması;
    Hər iki fikir sahibləri öz iddialarına dəlillər nəql etmişlər. Onları sizə təqdim edirik. İkinci fikrin tərəfdarları bəzi rəvayətlərə əsaslanaraq Allah təalanın Həvvanı Adəmin qabırğasından yaratdığını iddia etmişlər. Həmin rəvayətlərin bəzisini sizə nəql edirik:
    1. Həzrət Əliyə (ə) nisbət verilən rəvayətdə buyurulur: «Həvva Adəm peyğəmbərin qabırğasının ən kiçik sümüyündən yaradılıb. Mütəal Allah Həvvanı həmin sümükdən yaratdıqdan sonra onun yerini ətlə doldurdu.» («Təfsiri-Əyyaşi», c.1, s.241, hədis:2)
    2. Başqa rəvayətdə buyurulur: «Xuliqat Həvva`u min cənbi Ədəm va huva raqidun — Adəm peyğəmbər yatdığı zaman Həvva onun qabırğasından yaradıldı.» («Təfsiri-Əyyaşi», c.1, s.241, hədis:3)

    Bu hədislər elmi baxımdan elə də mötəbər sayılmır. Əmirəl-mömi- nin Əliyə (ə) nisbət verilən hədis «məc`ul» sonradan düzəldilmiş hədisə bənzəyir. Ola bilsin ki, Əlinin (ə) düşmənləri o həzrəti gözdən salmaq məqsədilə bu sözləri hədis adlandırıb onun adından nəql etmişlər. Yaxud da bəzən imamlarımız (ə.s) müəyyən hədisləri təqiyyə edərək yaşadıqları dövrün fikrinə uyğun söyləmişlər. Əgər qeyd olunanlar onların öz sözləri olsaydı, onlar həmin sözlərin doğruluğuna Qurandan dəlil gətirərdilər.

    3. Başqa bir rəvayətdə nəql olunur ki, həzrət Peyğəmbər (s.ə.a. s) buyurub: «İnnəl-mər`ətə xuliqat min zil`in ə`vac. Fə in zəhəbtə tuqimuhə kəsərtəhə va in təraktəhə va fihə ivacun istəmtə`tə bihə - Həqiqətən də, qadın əyri qabırğadan yaranmışdır. Onu düzəltmək istəsən, sındırmış olarsan. Əyri olduğu halda buraxsan (onu çox sıxmasan), birlikdə yaşayıb vücudundan faydalana bilərsən.» («Təfsiri-Kəbir», Fəxri Razi, c.9, s.161)

    Gördüyünüz kimi, bu hədis də, əvvəla, ravisiz nəql olunduğuna görə, mötəbər sayılmır. İkincisi, Mütəal Allahın qadını əyri qabırğadan yaratmasına ehtiyacı yox idi. Görəsən, Adəmi (ə) torpaqdan yaradan Allah həmin torpağın bir qismindən də nənəmiz Həvvanı yarada bilməzdimi? Bu barədə Qurani-Kərimin digər ayələrinə də nəzər saldıqda Mütəal Allahın belə buyurduğunu görürük: «Huval-ləzi xaləqakum min nəfsin vahidətin və cə`alə minhə zaucəhə... — O elə bir Allahdır ki, sizi bir nəfsdən (Adəmdən) yaratmışdır. (Adəmi yaratdığı) həmin torpaqdan da onun zövcəsini (Həvvanı) yaratmışdır.» («Əraf» surəsi, ayə: 189)

    Ayədəki «va xaləqa minhə zaucəhə» cümləsinin mənası «Allah Həvvanı Adəmin qabırğasından deyil, onu xəlq etdiyi torpaqdan yaratmışdır (ki, bunlar arasında uyğunluq və ünsiyyət olsun)» deməkdir. Əlbəttə, təfsirini yazdığımız ayədə ulu Tanrı Adəm peyğəmbəri nədən xəlq etməsindən söhbət açmır, yalnız insanların o həzrətin nəsli oldu- ğuna işarə edir.

    Qrammatik cəhətdən «va xaləqa minhə zaucəhə» cümləsindəki «min» şəkilçisi «bəzi, bir hissəsi» mənasını ifadə etmir ki, Allahın Həvvanı Adəmin bəzi üzvündən — qabırğasından yaratdığını düşünək. Burada həmin şəkilçi bəyan rolunu daşıyır. Yəni, Allah Həvvanı da Adəmi yaratdığı materialdan — torpaqdan xəlq etmişdir. Sonra onların ikisinin ailə qurması nəticəsində kişilər və qadınlar törəmişdir.
    Üçüncüsü, sonuncu hədisdə işlənən bu növ ağıldankənar ifadələr Peyğəmbər sözünə bənzəmir. Ola bilsin ki, həmin cümlə ərəblər arasında atalar məsəli kimi işlənmiş, sonralar onu rəvayət şəklində Peyğəmbərin adına nəql etmişlər. Təəssüf ki, bu növ rəvayətlər Əhli-beyt (ə.s) adından da nəql olunmuşdur. Lakin o həzrətlər, əslində, bunu təkzib etmişlər. Gəlin, bu barədə aşağıdakı rəvayətlərə nəzər salaq:
    Əmr ibn Əbulmiqdam atasından rəvayət edir ki, o deyib: «Mən imam Baqirdən (ə) Allah təalanın Həvvanı nədən yaratdığını soruşduqda o həzrət buyurdu: camaat bu barədə nə deyir? Ərz etdim: onlar deyirlər ki, Allah Həvvanı Adəmin qabırğalarının birindən yaratmışdır. İmam Baqir (ə) buyurdu: kəzibu, ə kənəllahu yu`cizuhu ən yəxluqahə min ğayri zil`ihi? Fəqultu: cu`iltu fidək, min əyyi şəy`in xaləqahə? Fəqalə: əxbərani əbi an əbəihi qalə: qalə Rasulullah (s): innəllahə təbərakə va tə`alə qabəza qabzatən min tinin fəxalətahə biyəminihi... Fəxaləqa minhə Ədəmə. Va fuzzilət fuzlətun minət-tini fəxaləqa minhə Həvva` — Onlar yalan deyirlər. Məgər Allahın gücü çatmır ki, onu başqa bir şeydən yaratsın?
    Dedim: Allah Həvvanı qabırğadan deyil, bəs nədən yaratmışdır?

    O həzrət buyurdu: atam (imam Zeynəlabidin) atalarının vasitəsilə Peyğəmbərdən (s.ə.a. s) rəvayət etmişdir ki, o həzrət buyurub: Allah təbarək və təala bir ovuc palçığı götürüb onu qarışdırdıqdan sonra ondan Adəmi xəlq etdi. Həmin palçığın qalan hissəsindən də Həvvanı yaratdı.» («Biharul-ənvar», c.11, s.116; «Təfsiri-Əyyaşi», c.1, s.242, hədis:7; «əl-Bürhan», c.1, s.336)

    Digər bir hədisdə imam Cəfər Sadiqin (ə) ən səlahiyyətli səhabələrindən biri Zürarə deyir: Əbu Abdullah imam Cəfər Sadiqdən (ə) soruşdular: Adəm peyğəmbərin həyat yoldaşı Həvva nənəmiz nədən yaranıb?

    Sual verənlərin bəzisi isə o həzrətə ərz etdi: ey Peyğəmbər balası, bizim yaşadığımız yerdə bir çox şəxslər deyirlər ki, Allah təala Həvvanı həzrət Adəmin sol qabırğasının ən kiçik sümüyündən yaratmışdır.

    İmam Sadiq (ə) buyurdu: Mütəal Allah onların söylədiyi bu sözlərdən pak və münəzzəhdir... Məgər onlar Allah təalanın Adəm peyğəmbərin zövcəsini başqa bir şeydən yaratmağa qüdrətinin çatmadığını demək istəyirlər?! Əgər Həvva nənəmiz Adəm peyğəmbərin qabırğasından yaranmışdırsa, belə məlum olur ki, o həzrət nənəmiz Həvva ilə nikah bağladıqda öz qabırğası ilə yaxınlıq edibmiş.

    İmam Sadiq (ə) bunu dedikdən sonra buyurdu: Allah təbarək və təala bizlə bu cahil və nadanlar arasında özü hökm versin!..." («əl- Bürhan», c.1, səh.336, hədis:11)

    Bu hədisdən də açıq-aşkar məlum olur ki, Mütəal Allah nənəmiz Həvvanı Adəm peyğəmbərin qabırğasından deyil, o həzrəti yaratdığı torpağın qalan hissəsindən yaratmışdır. Bu sözümüzə digər şahid «Nəhcul-bəyan» kitabında nəql olunan hədisdir. Həmin mübarək hədisdə imam Baqir (ə) buyurur: «İnnəhə xuliqat min fəzli tinəti Ədəm — O, (Həvva) Adəm peyğəmbərin xəlq olunduğu palçığın (torpağın) qalan hissəsindən yaradılmışdır.» («əl-Bürhan», c.1, səh.336, hədis:4)

    Hətta bu rəvayətlərdən əlavə, izzət və cəlal sahibi olan Rəbbimiz bütün insanların nədən xəlq olunmasına işarə edərək buyurur: «Yə əyyuhən-nəs, in kuntum fi raybin minəl-bə`si fə innə xaləqnəkum min turabin summə min nutfətin summə min aləqatin summə min muzğatin muxalləqatin va ğayri muxalləqatin linubəyyinə ləkum Ey
    insanlar! Öləndən sonra (qiyamət günü) diriləcəyinizə şübhə edirsinizsə (ilk yaradılışınızı yada salın), həqiqətən, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış (qandan)... yaratdıq ki, (qüdrətimizi) sizə göstərək.» («Həcc» surəsi, ayə:5)

    Digər bir ayədə buyurur: «Minhə xaləqnəkum va fihə nu`idukum va minhə nuxricukum təratən uxra — Sizi (kökünüzü) ondan (torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ona qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxaracağıq.» («Taha» surəsi, ayə:55)

    Burada əziz bacı və qardaşlarıma tövsiyəm budur ki, qeyd etdiyimiz ayələrə, həmçinin nəql etdiyimiz mübarək hədislərə nəzər saldıqdan sonra mövhumat, yaxud zəif hədislər vasitəsilə gəlib çatmış Həvva nənəmizin Adəmin (ə) qabırğasından yaranması fikrindən daşınsınlar. Çünki gördüyünüz kimi, Mütəal Allah həmin ayələrdə Adəm və Həvvadan əlavə, bütün insanları torpaqdan yaratdığına (köklərinin torpaq olmasına) işarə edir.

    Qeyd etdiyimiz sözlərdən belə qənaətə gəlmək olar ki, Mütəal Allah bütün insanları eyni nəfsdən — Adəm və Həvvadan, onları da torpaqdan yaratmışdır. Sual oluna bilər ki, görəsən, bu mübarək ayədə (ilk ayə) insanların hamısının həzrət Adəm və Həvvadan yaranmasına, onların da torpaqdan xəlq olunmasına işarə edilməkdə hədəf nədir?

    Cavab olaraq qeyd edə bilərəm ki, həmin işarədə məqsəd budur ki, insanlar bir-birilə mehriban olaraq təkəbbürlənməsinlər və bilsinlər ki, hamısı eyni kökdən törəmişlər — ulu babaları Adəm, ulu nənələri isə Həvvadır. Həmçinin bilməlidirlər ki, heç biri xilqət baxımından digərindən fərqlənmir, hamısının mənşəyi torpaqdır. Belə güman etməsinlər ki, onların biri torpaqdan, digəri qızıl, yaxud gümüşdən yaranmışdır. İnsanlar öz elmi, əxlaqı və mədəniyyəti ilə biri digərindən fərqlənə bilər. Əgər biz islam peyğəmbərinin (s.ə.a. s) məşhur bir hədisdə: «ən- Nəsu mə`adinu kəmə`adiniz-zəhəbi val-fizzati — İnsanlar qızıl, gümüş yataqlarına (və digər mədənlərə) bənzəyirlər», — buyurduğunu görürüksə, orada məqsəd insanların qızıl və gümüşdən yaranması demək deyildir, əslində, hədəf onların elm və mərifət, əxlaq və imanla qızıl və gümüş mədənləri kimi dəyərə malik ola biləcəkləridir. («Biharul- ənvar», c.58, s.65)

    Yaşadığımız dövrdə bəzi şəxslər belə güman edirlər ki, uca Tanrının ilk və son olaraq yaratdığı insanlar həzrət Adəm və onun nəslidir. Qiyamətin baş verməsilə onlar axirət aləminə köçür və bununla da hər şey başa çatır. Belə şəxslər izzət və cəlal sahibinin sonsuz elm və qüdrətindən bixəbərdirlər, həmin elm və qüdrət sahibinin saya gəlməyən məxluqatından xəbərləri yoxdur.

    Əllamə Məclisi mərhum Şeyx Səduqdan, o da mötəbər sənədlərlə imam Sadiqdən (ə) nəql edir ki, o həzrət bu aləmdən başqa bir aləmin xəlq olunmadığını güman edən kimsəyə buyurub: «Lə`alləkə təra ənnəllahə ləm yəxluq bəşəran ğayrakum. Bələ, vallahi, ləqad xaləqa əlfə əlfə Ədəm. Əntum fi əxiri uləikəl-ədəmiyyin — Sən elə fikirləşirsən ki, Allah sizdən başqa bir bəşər yaratmayıb? Əsla, elə deyil. Allaha and olsun ki, O, sizdən öncə minlərlə Adəm yaratmışdır. Siz isə onların axırıncısısınız (hələ sizdən sonra digər Adəm və nəslinin gələcəyi də gözlənilir).» («Biharul-ənvar», c.54, s.350)

    Mərhum Əllamə Məclisi yenə də Şeyx Səduqdan, o da «əl-Xisal» adlı əsərində imam Sadiqdən (ə) nəql edir ki, o həzrət buyurub: «İnnəllahə tə`alə xaləqa isnəy aşəra əlfə aləm. Kullu aləmin minhum əkbəru min səb`i səməvatin va səb`i ərazin. Mə yəra aləmun minhum ənnə lilləhi azzə va cəllə aləmən ğayrahum — Həqiqətən də, Allah on iki min aləm yaratmışdır. Onların hər biri (hazırkı) yeddi qat səmadan və yeddi qat yerdən daha böyük idi. Həmin aləmlərin heç biri Allahın onlardan başqa bir aləmin yaratmasını güman etmirdi.» («Biharul-ənvar», c.27, s.41)

    Gördüyünüz kimi, biz insanların kökü həzrət Adəmə (ə) gedib çıxır ki, o da torpaqdan yaranmışdır. Buna əsasən, insanların müəyyən mərhələlərdən keçməklə indiki formaya düşdüyü iddiasını irəli sürənlər səhv fikirdədirlər. Çünki xilqəti sabit olmayan və vücudu dəyişikliklərə məruz qalan varlığa qanun — səmavi kitab nazil etmək, peyğəmbərlər vasitəsilə onlara din və şəriət göndərmək olmaz. Biz insanların vücudu Adəm peyğəmbərdən ta indiyədək sabit qaldığına görə, sağlam yaşamağımız və bir-birimizin hüququna riayət etmək üçün qanun — şəriət göndərilmişdir. Sual oluna bilər ki, əgər doğrudan da, belədirsə, bəs nə üçün indiyədək yalnız bir kitab və şəriət deyil, müxtəlif səmavi kitablar göndərilmişdir? Cavab olaraq deyə bilərəm ki, əvvəla, həmin kitab və dinlər eyni hədəf üzərində - Allaha itaət, Onun buyurduqlarına təslim olmaq üçün göndərilmişdir. Müxtəlifliyə gəlincə, buna səbəb Mütəal Allahın onları daha təkamül bir düşüncə və mərifətə yüksəltmək istəməsi olmuşdur.

    Eyni ayədə «ittəqu» sözünün iki dəfə təkrarlanması

    Təfsirini yazdığımız «Nisa» surəsinin ilk ayəsində «ittəqu — təqvalı olun!» əmri təkrar olunmuşdur. Onların birincisi «rəbb» sözündən, ikincisi isə «Allah» kəlməsindən öncə işlənmişdir. Şübhəsiz ki, bunların mənası bəzi incəlikləri əhatə edir. Birinci «ittəqu» əmrinin mənası: «Sizi vücuda gətirən Rəbbiniz barədə təqvalı olun!», ikincisi isə: «Valeh olduğunuz, heyran qaldığınız Allah haqqında təqvalı olun!», — deməkdir. Bu kəlmənin ilki mərifəti az olanlar üçün, ikincisi isə yüksək mərifət sahibləri üçün zikr olunmuşdur. İkinci kəlmədə iman əhlinə yüksək düşüncə sahibi olduqları üçün təqvalı olmalarından əlavə, əhkama riayət etmələri də tövsiyə olunur.



    Qohum-əqrəbalıq elə mühüm bir anlayışdır ki, Mütəal Allah Quranda: «Vattəqullahəl-ləzi təsə`əlunə bihi», — buyuraraq Özünü tapşırdıqdan sonra: «val-ərhamə», - söyləməklə onu tapşırır.

    Unutmayaq ki, əslində, biz insanlar hamımız bir-birimizə qohum sayılırıq. Çünki dil və rənglərimizin bir-birindən fərqlənməsinə (ərəb, azəri, fars, türk, hind, rus və s. xalqlara bölünməyimizə) baxmayaraq, hamımızın ilk babası Adəm, ilk nənəsi isə Həvvadır. Buna görə də, bəyənilir ki, bütün insanlar bir-biri ilə hədisdə qeyd olunduğu kimi rəftar etsinlər.

    Ayənin sonunda işlənən: «İnnəllahə kənə aləykum raqibə», - cümləsi «ittəqu rabbəkum» və «ittəqullah» cümlələrinin səbəbidir. Yəni, bilin ki, Allah sizin əməllərinizə nəzarət edir. Ona görə də, Rəbbiniz olan Allahdan qorxun, Onun buyurduqlarına əməl edin və qohumlarınızın haqqını əda edərək onlarla əlaqənizi kəsməyin!"

    Elmi və ədəbi bir nöqtə

    Bu və bundan sonrakı ayədə qrammatik cəhətdən diqqəti cəlb edəcək iki mətləb vardır:
    1. «əl-Ərhamə» sözünün təsirlik halda oxunması;
    2. «İlə əmvalikum» ifadəsi.

    «əl-Ərhamə» kəlməsinin təsirlik halda işlənməsinin səbəbi onun özündən əvvəlki «bi» şəkilçisinə aid olunmasıdır. Ərəb ədəbiyyatında belə bir qayda vardır ki, bir sözü yiyəlik halda işlənmiş əvvəlki kəlməyə aid etdikdə o sözü ya gərək həmin şəkilçi («bi») ilə birlikdə oxuyasan, ya da onu təsirlik halda oxumalısan. Burada «bi» şəkilçisi təkrar edilməmək üçün, o, «əl-ərham» sözünün əvvəlində işlənməmişdir. Buna görə də, «əl-ərhamə» sözü təsirlik halında zikr olunmuşdur. Dəstəmaz ayəsi də məhz bu qrammatik xüsusiyyətə əsasən: «Vamsəhu biru`usikum va ərculəkum», — şəklində oxunur. Yəni, məsh çəkin başlarınıza və ayaqlarınıza! Dəstəmaz ayəsində də həmin «bi» şəkilçisi ikinci sözün («ərculəkum» kəlməsinin) əvvəlində gəlmədiyinə görə həmin söz təsirlik halda oxunur.

    «Va lə tə`kulu əmvaləhum ilə əmvalikum» ayəsindəki maraqlı nöqtə yönlük və istiqamət bildirən «ilə» şəkilçisidir. Həmin şəkilçini bu ayədə zahiri mənası ilə tərcümə etsək, belə deməliyik: "Yetimlərin mallarını öz mallarınıza tərəf yeməyin!«Bu da heç bir məna ifadə etmir. Deməli, «ilə» şəkilçisinin digər mənaları da mövcuddur ki, onlardan biri də «mə`a — bahəm, birlikdə və bir yerdə» mənasıdır. Bu ayədə də həmin məna nəzərdə tutulub. Yəni, yetimlərin mallarını öz mallarınızla birlikdə yeməyin (onların mallarına toxunmayın)!

    Dəstəmaz ayəsinin digər bir yerində bu qrammatik xüsusiyyət eynilə təkrar olunmuşdur. Həmin ayədə buyurulur: «Fəğsilu vucuhəkum va əydiyəkum iləl-mərafiq — Yəni, əllərinizi dirsəklərə tərəf deyil, dirsəklərlə birlikdə yuyun!»

    Təfsirini yazdığımız «Nisa» surəsinin ilk ayəsinin zahirinə nəzər salsaq, cümlələrin bir-biri ilə ziddiyyət təşkil etdiyini güman edə bilərik. Çünki Mütəal Allah bu ayədə əvvəl buyurur: «Ey camaat, Rəbbiniz sizi bir nəfsdən yaratmışdır.» Sonra buyurur: «Həmin nəfsdən və onun zövcəsindən çoxlu kişilər və qadınlar törətmişdir.» Halbuki, bir qədər diqqət yetirsək, görərik ki, insanların hamısı eyni bir şeydən (torpaqdan) yaranmışdır. Sadəcə olaraq ondan yaranan ilk insan Adəm və Həvva olmuş, sonra bu ikisinin vasitəsilə digər insanlar törəmişlər.

    Adəm peyğəmbərin övladlarının evlənməsi

    Bu mübarək ayədə diqqəti cəlb edən digər bir mətləb «va bəssə minhumə ricələn kəsiran va nisə` - Allah o ikisindən (Adəm və Həvvadan) çoxlu kişi və qadınlar törətmişdir!» cümləsidir.

    Həzrət Adəmin övladlarının evlənməsi barədə camaat arasında müxtəlif fikirlər vardır. Bu haqda Quran ayələrinə nəzər saldıqda ilk baxışdan bir şey əldə etmək olmur. Lakin diqqətlə nəzər saldıqda görürük ki, Adəmin (ə) nəslinin artması o həzrətin özü ilə Həvvaya aid verilir. Mütəal Allah buyurur: «...Va bəssə minhumə ricələn kəsiran va nisə`... — Ey camaat! ...Rəbbiniz o ikisindən (Adəm və Həvvadan) çoxlu kişi və qadınlar törətdi!»

    Həmçinin Quranın başqa bir yerində buyurur: «Yə əyyuhən-nəs! İnnə xaləqnəkum min zəkərin va unsə... — Ey camaat! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...» («Hucurat» surəsi, ayə:13)

    Bu mübarək ayələrə diqqət yetirdikdə görürük ki, Adəm peyğəmbərin nəslindən olan kişi və qadınların çoxalması cin və mələklərə de- yil, həzrət Adəm və Həvvanın özünə nisbət verilir. Qurani-Kərimin ayələrindən əlavə, bəzi rəvayətlərə də nəzər saldıqda görürük ki, bura- da o həzrətin övladlarının bir-biri ilə evlənməsinə işarə olunmuşdur.

    Mərhum Təbərsi özünün məşhur «Məcməul-bəyan» adlı əsərində imam Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub:

    «Adəmin (ə) zövcəsi Həvva Allahın əmri ilə Adəm peyğəmbərlə nikah bağladıqdan sonra hər dəfə bir oğlan və bir qız olmaqla əkiz uşaq dünyaya gətirirdi. Bunlar həddi-buluğa çatdıqdan sonra Allah təala Adəm peyğəmbərə əmr etdi ki, Qabili Habilin bacısı ilə, Habili də Qabilin bacısı ilə evləndirsin...» («Məcməul-bəyan», c.3, səh.183; «Təfsiri-Safi», səh.146; «Təfsiri ət-Tibyan», c.3, səh.492, 8-ci sətir, «əl-Mizan», c.4, səh.146)

    Digər bir hədisdə imam Rzadan (ə) rəvayət etmişlər ki, o həzrət buyurub: «... Onlar həddi-buluğa çatdıqdan sonra (nəsil məhdud olduğu üçün, başqa bir oğlan və qız olmadığı üçün Mütəal Allahın və Adəm peyğəmbərin razılığı ilə) Habil Qabilin bacısı ilə, Qabil də Habilin bacısı ilə evləndi. Bu izdivac həyata keçirilərək onlardan uşaq (Adəm peyğəmbərin nəvələri) dünyaya gəldikdən sonra bacı ilə qardaşın evlənməsi haram edildi. (Çünki nəsil artıqdan sonra bacı ilə qardaşın evlənməsinə ehtiyac qalmadı.)» («Təfsiri Safi», səh.111; «Qurbul- isnad», səh.366, hədis:1311; «Biharul-ənvar», c.11, səh.226, hədis:5)

    Başqa bir rəvayətdə imam Zeynəlabidinin (ə) məşhur səhabələrindən olan Əbu Həmzə Somali nəql edir ki, bir gün imam Zeynəlabidin (ə) Qüreyş tayfasından olan bir kişi ilə həzrət Adəm və Həvvanın ailə qurması barəsində danışdıqda buyurdu: «Mütəal Allah Adəmin tövbəsini qəbul etdikdən sonra o həzrət Həvva ilə ailə quraraq onunla birlikdə yaşamağa başladı. Yaşadıqları vaxt ərzində həzrət Həvva 20 dəfə əkiz uşaq (bir oğlan, bir qız) dünyaya gətirdi. İlk dəfə dünyaya gələn uşaq Habil və onun İqlima adlı bacısı idi. İkinci dəfə isə Qabil və onun Lövza adlı bacısı idi. Lövza həzrət Adəmin qızlarının içində ən gözəli idi. Onlar (Habil, Qabil və onların bacıları) həddi-buluğa çatdıqdan sonra Adəm (ə) övladlarının fəsada düçar olmaması üçün onları çağırıb dedi: ey Habil, mən istəyirəm ki, səni Qabilin bacısı Lövza ilə, ey Qabil, səni də Habilin bacısı İqlima ilə evləndirəm! (Nəsil məhdud olduğu üçün Mütəal Allahın məsləhəti ilə) o həzrətin övladları bir-biri ilə evləndilər. Onlardan uşaq (həzrət Adəmin nəvələri) dünyaya gəldikdən sonra bacı ilə qardaşın evlənməsi Mütəal Allah tərəfindən haram buyuruldu. (Çünki nəvələr dünyaya gəldikdən sonra bacı ilə qardaşın evlənməsinə ehtiyac yox idi. Yəni, Habil və Qabilin övladları bir-biri ilə əmioğlu-əmiqızı olduğu üçün evlənə bilərdilər.)

    Qüreyş tayfasından olan şəxs soruşdu: Adəm peyğəmbərin övladları bir-biri ilə evlənmişlər?!
    İmam (ə) buyurdu: bəli!
    Həmin şəxs dedi: belə bir evlilik (bacı ilə qardaşın evlənməsi) məcusilərin (atəşpərəstlərin) evlənməsi kimidir. Bəs nə üçün biz onların evlənməsinə pis baxırıq?!
    İmam (ə) buyurdu: buna görə ki, məcusilər Allah təala tərəfindən bu nikah haram edildikdən sonra ondan istifadə edirlər. Lakin Habil və Qabil bu izdivac haram edilməmişdən öncə ondan istifadə etmişdilər.
    İmam (ə) sözünə davam edərək qüreyşli şəxsə buyurdu: sən Adəm peyğəmbərin övladlarının bu növ evlənməsini inkar etmə! Həqiqətən də, Adəm peyğəmbərin oğlanlarından yalnız Habil və Qabilin dövründəki din və şəriətin hökmü belə idi...» («Təfsiri Safi», səh.111-112; «Ehticaci-Təbərsi», c.2, səh.314-315)

    Əhli-sünnənin məşhur alimlərindən olan Fəxri Razi də özünün «ət- Təfsirul-kəbir» kitabında «Bəqərə» surəsinin 106-cı ayəsini təfsir etdikdə yuxarıda qeyd etdiyimiz kimi, Adəmin (ə) övladlarının bir-biri ilə evlənməsindən xəbər verərək deyir: «Adəm (ə) bacını qardaşla evləndirirdi. Sonra həzrət Musa zamanında belə bir nikah haram buyuruldu.» («ət-Təfsirul-kəbir», c.3, səh.227)

    Lakin Fəxri Razi, əvvəla, nəql etdiyi bu xəbəri heç bir raviyə istinad etməyərək öz fikrini bəyan edir. İkincisi isə bu növ izdivacın zamanını Musa peyğəmbərin dövrünə qədər uzadır. Halbuki, rəvayətlərə əsasən, bu növ evlilik nəsil məhdud olduğu üçün Adəm peyğəmbərin övladlarından yalnız Habil və Qabilin dövründə baş vermişdir.

    Adəmin (ə) övladlarının evlənməsi barəsində başqa rəvayətlər də mövcuddur. İndi isə həmin rəvayətlərdən bəzisini sizə təqdim edirəm:

    Mərhum Şeyx Səduq nəql edir ki, bir gün imam Cəfər Sadiqə (ə) Adəm peyğəmbərin zürriyyətinin artması barəsində sual verərək dedilər: «Ey Peyğəmbərin balası! Bizim aramızda bir dəstə şəxs vardır ki, belə deyirlər: Adəmin (ə) övladlarının artması o həzrətin oğlan və qızlarının bir-biri ilə evlənməsi vasitəsilə olmuşdur. İmam (ə) buyurdu: Subhanəllah! Bunu kim deyir? Mütəal Allah belə bir nikahı bəyənməyərək ondan uzaqdır. Bu iddiada olanlar demək istəyirlər ki, izzət və cəlal sahibi Allah seçilmiş bəndələrini, dostlarını, peyğəmbərləri, iman əhlini və müsəlmanları haram nikahla — bacı-qardaşın bir-biri ilə evlənməsi vasitəsilə xəlq etmişdir. Məgər, Allah təalanın onların nəslini halal nikahla artırmağa qüdrəti çatmırdımı?! Halbuki, onlardan (peyğəmbərlərdən) əhd-peyman almışdır ki, nikah şəriətdə halal və pak bir yolla olsun. And olsun Allaha, mənə xəbər verilibdir ki, heyvanların bəzisi bacısını tanımadan onunla yaxınlıq etdikdən sonra bildi ki, yaxınlıq etdiyi onun öz bacısıdır. Bu pis əməlindən utanaraq peşman olduğuna görə, o, dişi ilə öz alətini yerindən qopardıb yıxılaraq öldü. („Təfsiri-Safi“, səh.111) Başqa bir heyvan isə anasını tanımadan bu işi gördükdən sonra özünü öldürmüşdür.» («əl-Bürhan», c.1, səh. 337, hədis:12)

    Digər bir hədisdə imam Cəfər Sadiq (ə) bacı ilə qardaşın evlənməsinin haram olduğunu təkid edərək buyurub: «Bacı-qardaşın evlənməsinin haram olması „dörd məşhur səmavi kitabda (Zəbur, Tövrat, İncil və Quranda)“ da qeyd olunmuşdur... Həzrət Adəm oğlu Habilin qətlə yetirilməsinə o qədər qüssələndi ki, 500 il Həvva ilə yaxınlıq edə bilmədi. Bu müddətdən sonra o həzrət özünə gələrək Həvva ilə yaxınlıq etdi. Mütəal Allah onlara bir oğlan verdi. Həzrət Adəm onun adını Şeys qoydu. O, Adəm övladından olan övsiyaların (xəlifə və canişinlərin) birincisidir. Şeys dünyaya gələndən sonra Mütəal Allah Adəm peyğəmbərə bir oğlan da verdi. O həzrət onun adını Yafis qoydu. Bu iki oğlan həddi-buluğa çatdıqdan sonra Mütəal Allah insanların nəslini artırmaq üçün cümə axşamı (dördüncü gün) axşamçağı Adəmə (ə) cənnətdən Nəzlə adlı bir huri göndərdi ki, o həzrət oğlu Şeysi həmin huri ilə evləndirsin. Cümə günü axşamçağı isə Mənzilə adlı başqa bir mələk göndərdi ki, Adəm peyğəmbər Yafisi də o mələklə evləndirsin. Bu iki oğlan həmin mələklərlə evləndikdən sonra Mütəal Allah Şeysə bir oğlan, Yafisə isə bir qız verdi. Bu oğlanla qız (əmioğlu və əmiqızı) həddi-buluğa çatdıqdan sonra Mütəal Allah Adəm peyğəmbərə əmr etdi ki, onları bir-biri ilə evləndirsin. Onların evlənməsi nəticəsində bütün peyğəmbərlər, saleh insanlar və Allahın seçilmiş bəndələri dünyaya gəldi » («Təfsiri-Safi», səh.111)

    Qeyd etməliyəm ki, bu cür rəvayətləri tam şəkildə qavramaq olmur. Çünki hər bir məxluq öz növü ilə evlənib nəsil artıra bilər. Məsələn, məməlilər məməlilərlə, sürünənlər sürünənlərlə, heyvanlar heyvanlarla, quşlar quşlarla, insanlar da insanlarla.

    İnsanın onunla eyni cinsdən olmayan varlıqla (mələk, yaxud cin) evlənərək nəsil artırmasını ağıl rahatlıqla qəbul edə bilmir. Əgər Adəmin (ə) oğlanları Nəzlə və Mənzilə adlı mələklərlə evlənmiş və onlardan uşaq dünyaya gəlmişdirsə, onda maraq doğuran bir çox suallar yaranır: bildiyimiz kimi, mələk mücərrəd bir məxluq olduğu üçün onun haqqında kişi və qadın cinsi təsəvvür olunmur. Onların vücudu belə olduğu təqdirdə, görəsən, həmin mələklər onların nəslindən gələn uşaqlara necə süd vermişlər? Yaxud böyüdükdən sonra onlara necə analıq etmişlər, yoxsa onları dünyaya gətirərək analıq etmədən səmaya çəkilmişlər? Məgər Allah təala öz qüdrəti ilə o iki mələyin yerinə iki qız yarada bilməzdi ki, Adəmin oğlanları onlarla evlənsinlər və onlardan dünyaya gələn uşaqlar əmioğlu-əmiqızı olmaqla məsələ öz həllini tapsın və heç bir harama (bacı-qardaş evliliyinə) yol verilməsin? Bu və buna bənzər digər suallar eyni məxluqdan olmayan iki varlığın evlənməsi haqqında insanda bir çox şübhəli fikirlər yaratdığına görə, bu növ nəsil artırmaq ağıl və sağlam düşüncə ilə üst-üstə düşmür. Ona görə də, bu cür rəvayətlər mümkündür ki, təqiyyə məqsədilə nəql olunmuşdur. Yaxud da islam düşmənləri mövhumata bənzər bu cür sözləri hədis adı ilə Peyğəmbər və imamlara (ə.s) nisbət vermişlər.

    Qeyd olunan bütün fikirləri bir yerə yığaraq belə qənaətə gəlmək olar ki, Qurani-Kərimin ayələri və Peyğəmbər Əhli-beytindən (ə.s) nəql olunmuş mötəbər rəvayətlərə əsasən, Adəm övladının artması ancaq ilk dəfə o cür baş vermişdir. Necə ki, zərurəti olduğu üçün yalnız bir kişi və bir qadın (Adəm və Həvva) atasız-anasız yarandılar və onların övladları oldu, eləcə də, zərurət olduğu üçün yalnız Habil Qabilin əkiz bacısı ilə, Qabil də Habilin əkiz bacısı ilə evlənməklə övlad sahibi oldular. Onlardan dünyaya gələn uşaqlar isə əmioğlu və əmiqızı sayılaraq bir-biri ilə evlənməklə bu hökm ləğv olundu.

    Əlbəttə, bu ilk hökm deyil ki, məsləhətə əsasən baş vermiş, sonra isə ləğv olunmuşdur. Çünki məsləhət olduğu üçün əvvəl caiz olub sonradan ləğv olan digər bəzi hökmlər də vardır ki, onlardan biri də islamın ilk günlərində müsəlmanların bir-birindən irs aparmalarıdır.

    Tarixşünasların qeyd etdiklərinə əsasən, cahiliyyət dövründə yaşayan ərəblər dünyasını dəyişən şəxsin malını irs olaraq qadınlara, qızlara və kiçik oğlan uşaqlarına deyil, yalnız onun qohumlarından müharibədə iştirak edə bilən, qəhrəmanlıq göstərməyi bacaran, evini qorumağa qüdrəti çatan və ailəni himayə edə biləcək şücaətli kişilərə verirdilər. Onların digər adət-ənənələri də var idi. Belə ki, iki nəfər şəxs irs aparmaq barədə and içib bir-biri ilə əhd-peyman bağladıqda hər hansı biri dünyasını dəyişərdisə, digəri ondan irs aparardı. Onlar əhd-peyman bağladıqda belə deyərdilər: «Dəmukə dəmi va sərukə səri va harbukə harbi va silmukə silmi tərisuni va ərisukə va tutləbu bi va utləbu bikə va tu`qalu anni u`qalu ank — Sənin qanın mənim qanımdır, səninlə vuruşan sanki mənimlə vuruşub, səninlə sülh edən mənimlə sülh etmişdir, mən səndən irs aparım, sən də məndən, dünyamızı dəyişəcək olsaq, kimsəyə borcum olsa, sən ödəyəsən, sənin də borcun olsa, mən ödəyəm, kimsəyə xəsarət yetirsəm, sən öhdənə götürəsən, sənin də xəsarətini mən öhdəmə götürəm!» («Övl və təsib», doktor Əbdürrəhim Nicat, s.235-240)

    Peyğəmbər (s.ə.a. s) Məkkəni fəth etdikdə onların öz aralarında bağladıqları əhd-peymana toxunmayaraq buyurdu: «Val-ləzinə aqədət əymənukum fəətuhum nəsbəhum — İndiyədək bağladığınız əhd-peymana əməl edin. Lakin bu gündən etibarən bir daha irs aparmaq barədə and içərək əhd-peyman bağlamayın!»

    Mütəal Allahın əmrinə əsasən, həmin dövrdəki insanlardan iman gətirən şəxslər və Məkkədən Mədinəyə islam ordusunun qüvvətlənməsi məqsədilə hicrət edənlər bir-birindən irs aparırdılar. Uca Tanrımız Qurani-Kərimdə buyurub: «İnnəl-ləzinə əmənu va həcəru va... val-ləzinə əvau va nəsaru uləikə bə`zuhum auliyəu bə`z. Val-ləzinə əmənu va ləm yuhəciru mə ləkum min valəyətihim hattə yuhəciru — İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək göstərənlər (ənsar) — məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirənlər hicrət etməyənədək sizinlə onlar arasında heç bir dostluq (varislik hüququ) yoxdur.»

    Gördüyünüz kimi, Mütəal Allah bu mübarək ayədə bəzi məsləhətlərə əsasən, iman əhlindən hicrət edən mühacirlərlə Mədinədə onlara kömək edən ənsar arasında varislik haqqı təyin etmişdir.

    Bu ayənin nazil olmasından səkkiz il sonra islam ordusu Mədinədə qüvvətləndikdən və müsəlmanlar iqtisadi baxımdan inkişaf etdikdən sonra həmin hökm ləğv olundu, yalnız qohum-əqrəba bir-birindən irs apara bildi. Necə ki, Mütəal Allah bu barədə ayə nazil edərək buyurur: «Va ulul-ərhami bə`zuhum aulə bibə`zin fi kitəbilləhi minəl-mu`mininə val-muhəcirin — Qohumlar (bir-biri ilə vərəsə olmaq baxımından) Allahın kitabında möminlərdən və mühacirlərdən daha Bu ayənin nazil olmasından səkkiz il sonra islam ordusu Mədinədə qüvvətləndikdən və müsəlmanlar iqtisadi baxımdan inkişaf etdikdən sonra həmin hökm ləğv olundu, yalnız qohum-əqrəba bir-birindən irs apara bildi. Necə ki, Mütəal Allah bu barədə ayə nazil edərək buyurur: «Va ulul-ərhami bə`zuhum aulə bibə`zin fi kitəbilləhi minəl-mu`mininə val-muhəcirin — Qohumlar (bir-biri ilə vərəsə olmaq baxımından) Allahın kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar» («Əhzab» surəsi, ayə:6; «Ənfal» surəsi, ayə:75).

    Gördüyünüz kimi, islamın ilk günlərində irs aparmaq bəzi məsləhətlərə əsasən, iman əhlindən hicrət edən kimsələr arasında idisə, sonralar bu hökm ləğv olunaraq yalnız qohum-əqrəba arasında vacib oldu. Deməli, məsləhət olduqda bəzi hökmlər müxtəlif səbəblərə görə, Allahın iradəsi ilə müəyyən bir vaxtadək icra edildikdən sonra ləğv oluna bilər.

    Əziz oxucular, bəyan etdiyim bu fikirlər gecə-gündüz təhqiqat aparmaqla çəkdiyim böyük bir zəhmətin nəticəsidir. Burada digər əqidə və fikirlər də vardır ki, bəzi müfəssirlər tərəfindən nəql olunmuşdur. Məsələn, Adəm övladının mələk və cinlə evlənməsi. Lakin həmin fikirlərin ağıl və məntiqdən uzaq olduğunu nəzərə alaraq onları qeyd etmədim.

  • 4:2

    وَآتُوا الْيَتَامَىٰ أَمْوَالَهُمْ  ۖ وَلَا تَتَبَدَّلُوا الْخَبِيثَ بِالطَّيِّبِ  ۖ وَلَا تَأْكُلُوا أَمْوَالَهُمْ إِلَىٰ أَمْوَالِكُمْ  ۚ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا
    ‌Wa '‍‍Ā‍‍tū A‍‍l-Yatā‍‍m‍‍á 'A‍‍m‍‍wālahu‍‍m Wa Lā Tatabaddalū A‍‍l-‍ḫabī‍ṯa Bi‍‍ṭ‍‍-ṭayyibi Wa Lā Ta'kul‍‍ū 'A‍‍m‍‍wālahu‍‍m 'Il‍‍á 'A‍‍m‍‍wāliku‍‍m 'I‍‍nn‍‍ahu K‍‍ā‍‍na ḥūbāa‍‍n Kabīrā‍‍an
    Və yetimlərin mallarını (onlar həddi-büluğa çatdıqdan sonra) özlərinə qaytarın. Murdar və haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki, həqiqətən, bu, böyük günahdır.

    Yetimlərin hüquqlarına riayət (ayə:2)

    Aləmləri yaradan Rəbbimiz birinci ayədə insanları Allah və qohum-əqrəba barəsində təqvalı olmağa dəvət etdikdən sonra növbəti ayədə onları yetimlər haqqında da təqvalı olmağa çağırıb buyurur: «Va ətul-yətəmə əmvaləhum... — Yetimlərin mallarını özlərinə verin, özünüzün pak və halal mallarınızı qoyub yetimlərin mallarına əl uzatmayın! Çünki bu iş böyük bir günahdır.»

    Mütəal Allah bu mübarək ayədə yetimləri öhdəsinə götürən şəxslərə xitab edir, istər həmin şəxslər baba, əmi, dayı kimi qohumlardan olsun, istərsə də şəri hakim kimi digər insanlardan.

    «Yetim» sözünün əsil mənası

    Ərəb dilində insanlar arasında atasız səğir (həddi-buluğa çatmayan) uşaqlara «yetim» deyilir. Heyvanlar barədə isə bu kəlmə onların anasız qalmış balaları haqqında işlənir. Bu kəlmənin digər incə mənası da «tək, misli, tayı-bərabəri olmayan» deməkdir. Məsələn, bəzi nadir tapılan qızıl-gümüş haqqında «yətimətud-dəhr — yer üzündə bənzəri, misli olmayan cəvahir» ifadəsi işlənir. Əgər bəzi hədislərdə Əhli-beyt (ə.s) «nəhnul-yətim» buyuraraq özlərini yetim adlandırırlarsa, bu, onların atasız olmaları mənasını deyil, tayı-bərabəri olmayan kimsələr mənasını ifadə edir.

    İmam Əlinin (ə) xütbələrindən ibarət məşhur «Nəhcul-bəlağə» kitabının müəllifi mərhum Seyid Rəzi (vəfat: h. q.406) imam Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «İslamın ilk günlərində müsəlmanlar «innəl-ləzinə yə`kulunə əmvaləl-yətəmə zulmən... — Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu cəhənnəmə girəcəklər („Nisa“ surəsi, ayə:10)» ayəsi nazil olduqdan sonra yetimlərlə oturub-durmaqdan çəkinirdilər. Onlarla bir süfrədə oturmur, onların yeməklərindən yemir, verdikləri paltarları (məsələn, bir cüt corab) geymir, onların evlərinə daxil olmur, divarlarının kölgəsində dayanmaqdan belə ehtiyat edirdilər. Həmin şəxslər yetimlərin hüquqlarına riayət etməkdə xətaya yol verəcəklərindən qorxub bu işdən çəkinirdilər. Yetimlərlə nikah bağlamaqdan qorxur və onları öz öhdələrinə götürməkdən çəkinirdilər. Hətta xüsusi otaq ayıraraq onlara qulluq edəcək xidmətçi də tuturdular ki, məbada şeytanın vəsvəsəsilə onlar haqqında yanlış bir işə yol versinlər. Amma onlar yetim olmayan bir neçə xanımla evlənərək hüquqlarına riayət etmirdilər. Məsələn, zülmə yol verərək onların nəfəqələrini (xərcliklərini) və mehriyyələrini vermirdilər. Həmin şəxslər yetimlərlə rəftarın çətinliklərini gördükdə islam peyğəmbərinə şikayət edərək dedilər: ya Peyğəmbər, yetimlərin hüquqlarına riayət etmək bizim üçün olduqca çətindir, biz onların hüquqlarına necə riayət edək, onlarla necə rəftar edək?

    Mütəal Allah onların yetimlər haqqında bu cür ehtiyat etmələrini gördükdə bu mübarək ayəni nazil edərək buyurdu: «Va in xiftum ən lə tuqsitu fil-yətəmə fənkihu... — Əgər siz yetimlərin haqqına riayət etməkdən qorxursunuzsa, çoxlu sayda xanımlarla evlənib hüquqlarına riayət etməməkdən də çəkinin. Onlardan ikisi, üçü və dördü ilə evlənin! Əgər ədalətsizlik etməkdən qorxursunuzsa, onların biri ilə kifayətlənin və ya ixtiyarınızda olan kənizinizlə evlənin. Bu iş (xanımların biri ilə evlənmək) onlar barəsində ədalətlə rəftar etməyə daha yaxındır» («Həqaiqu-tə`vil», Seyid Rəzi, c.5, s.291-293).

    «Günah» kəlməsi haqqında

    «Günah» kəlməsi Qurani-Kərimdə müxtəlif ifadələrlə verilmişdir: «zənb, ism, mə`siyət» və «hub». Bu ayədə «hub» sözünə diqqət yetirmək lazmdır. «Hub» sözü elə bir günaha deyilir ki, insan onun nəticəsində bütün varlığını əldən verib miskin bir hala düşür. Belə ki, yetim malı yeyən şəxs qiyamət günü elə bir miskin vəziyyətə düşər ki, hətta kəfəni belə haram maldan olduğuna görə məhşər meydanına lüt-üryan gətirildikdə özünü örtmək üçün camaatdan bir parça kəfən istəyər. O, belə bir halda (lüt olduğuna görə), Peyğəmbərin, yaxud hər hansı bir uca məqam sahibinin qarşısına çıxıb şəfaət diləməyə də üzü gəlməz.

    Tarixşünasların və bəzi müfəssirlərin qeyd etdiklərinə əsasən, bu ayə «Qətfan tayfasından olan bir kişi və onun qardaşı oğlunun haqqında nazil olmuşdur. Həmin şəxs qardaşı dünyasını dəyişdikdən sonra onun yetim qalmış oğlunu öz öhdəsinə götürdü. O uşaq həddi-buluğa çatdıqdan sonra atasından qalmış malı əmisindən istədi. Əmi həmin malı uşağa vermədi. Onlar bu haqda ixtilafa düşdükdə Peyğəmbərin hüzuruna gəldilər ki, o həzrət bu barədə hökm versin. Belə olduqda: „Va ətul-yətəmə əmvaləhum — Yetimlərin mallarını özlərinə verin!“, — ayəsi nazil oldu. Əmi bu ayəni Peyğəmbərdən eşitdikdə dedi: bizim borcumuzdur ki, Allaha və Peyğəmbərə itaət edək. Mən bu malı yeməkdən Allaha pənah aparıram. O, həmin malı qardaşı oğluna qaytardı. Peyğəmbər onun bu işindəki ciddiyyətini gördükdə buyurdu: mən yuqa şuhha nəfsihi va yuti` rabbəhu fəinnəhu yəhillu dərah — Hər kəs nəfsinə qarşı çıxaraq rəbbinə itaət etsə, o, öz evinə (cənnətə) daxil olar.

    Həmin cavan atasından irs qalmış malı əmisindən aldıqdan sonra onu Allah yolunda yoxsul və kimsəsizlərə ehsan etdi. Peyğəmbər həmin cavanın bu əməlini gördükdə buyurdu: səbətəl-əcru va bəqiyəl- vizr — bu pulun əcri yazıldı, vəbalı isə qaldı.

    Oradakı camaat ərz etdi: ya Rəsuləllah, bu cavanın etdiyi əməlin əcrinin yazılmasını başa düşdük. Amma o, bu əməli yerinə yetirdikdən sonra nə üçün vəbalı qalır? O həzrət buyurdu: bu malın Allah tərəfindən əcr və savabı oğlan üçün qaldı, vəbalı (onun haradan əldə olunması haqda sorğu-sual) isə atasının üzərində qaldı» («Təfsiri-Əyyaşi», c. «Məvahibur-Rəhman», c.7, s.243. O bu hədisi əl-Vahidinin məşhur «Əsbabun-nuzul» adlı əsərindən nəql etmişdir. «əd-Durrul-mənsur», c.2, s.117).

  • 4:3

    وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا فِي الْيَتَامَىٰ فَانكِحُوا مَا طَابَ لَكُم مِّنَ النِّسَاءِ مَثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ  ۖ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ  ۚ ذَ‌ٰلِكَ أَدْنَىٰ أَلَّا تَعُولُوا
    ‌Wa 'In ḫiftu‍‍m 'Allā Tu‍‍q‍‍siṭū Fī A‍‍l-Yatā‍‍m‍‍á Fā‍‍n‍‍kiḥū Mā ṭ‍‍ā‍‍ba Laku‍‍m Mina A‍‍n‍‍-Nis‍‍ā‍‍' Ma‍ṯ‍n‍‍á Wa ṯ‍ulā‍ṯa Wa Rub‍‍ā‍‍`a Fa'in ḫiftu‍‍m 'Allā Ta`dilū Fawāḥidatan 'Aw Mā Malakat 'Aymānuku‍‍m ḏālika 'A‍‍d‍‍n‍‍á 'Allā Ta`ūlū
    Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır.

    Yetimlərlə evlənməkdə hədəf

    Bu ayəyə digər cəhətdən diqqət yetirsək, görərik ki, Mütəal Allah bu və sonrakı ayə ilə başqa bir mətləbə toxunur: həmin şəxslərin bəzisinin yetimləri evlərində saxlamaqda məqsədi onlarla evlənib mallarını mənimsəmək idi. Ona görə də, Mütəal Allah 2-ci ayədə buyurur: «Va ətul-yətəmə əmvaləhum... — Yetimlərin mallarını (mənimsəməyin) özlərinə verin. Özünüzün pak və halal malınızı qoyub onların mallarına əl uzatmayın. Çünki bu iş böyük bir günahdır.»

    Hətta valideynli xanımlarla da evləndikdə onlar bəzi işlərdə ədalətsizliyə, məsələn, mehriyyəni verməkdə səhlənkarlığa yol verirdilər. Ona görə də, Mütəal Allah 4-cü ayədə buyurur: «Yetim olmayan xanımların da hüquqlarını tapdamayın, onların mehriyyələrini özlərinə verin. Əgər onlar öz istəkləri ilə mehriyyələrinin bir miqdarını və ya hamısını sizə bağışlasalar, ondan nuşcanlıqla istifadə edin.»

    Gəlin, evlənmək haqqında nazil olmuş bu ayələrə nəzər salaq. Bəzi xanımlar belə bir sual verə bilərlər: maraqlıdır, görəsən, nə üçün şəriətdə kişi eyni zamanda bir neçə xanımla evlənə bildiyi halda, qadın eyni vaxtda iki-üç kişi ilə ailə qura bilməz? Bu barədə Peyğəmbər və Əhli-beytdən (ə.s) nəql olunmuş rəvayətlərə nəzər salsaq, bir xanımın eyni vaxtda bir neçə kişi ilə ailə qurmasının ictimai, əxlaqi və hüquqi baxımdan düzgün olmadığını görərik. Çünki əgər bir qadın bir neçə kişi ilə kəbin kəsdirsə, əvvəla, xanımın bətnindəki uşağın kimə mənsub olduğu bilinməz. Əgər həmin xanım yaisə (heyz dövrü qurtaran, hamilə olmayan) qadın olarsa, bu iş yenə də onun üçün caiz və məsləhət deyil. Çünki həmin qadının hamilə olmaq ehtimalı olmasa da, onun evləndiyi kişilərin hüququ bir-biri ilə toqquşa bilər. Məsələn, ola bilsin ki, onlardan biri həmin xanımın bəzənməsini istəsin, digəri isə bunun əksini. Biri onun saçını qısaltmasını istəsin, digəri isə uzun saxlamasını. Biri xanımın hicab saxlamasını istədiyi halda, mümkündür ki, digərinin hicabdan xoşu gəlməsin və bunu ona qadağan etsin. Biri səfərə çıxarkən xanımı da özü ilə aparmaq istəsin, digəri isə buna mane olsun.

    Mütəal Allah bu və digər çətinliklərin, çaxnaşmaların qarşısını almaqdan ötrü xanımların bir neçə kişi ilə evlənməsini haram buyurmuşdur. Xanımlar bilməlidirlər ki, bu məsələ onların iki yol arasında qalmaqdan və əskilməkdən qorunmaları üçün, eləcə də, onların izzət, şərəf və heysiyyətlərinin hifz olunmasından ötrüdür.

    O cümlədən kişilərin də bir neçə xanımla evlənməsi bəzi məsləhətlərə əsaslanır. Birincisi, tarix boyu xanımlar müəyyən səbəblərə görə sayca kişilərdən çox olmuşlar. Həmin səbəblərdən nümunə olaraq kişilərin müxtəlif müharibələrdə qətlə yetirilmələrini, iş üçün səfərə çıxarkən yol qəzasında vəfat etmələrini, mədənlərdə baş verən partlayışlar nəticəsində dünyalarını dəyişmələri kimi cürbəcür hadisələri qeyd etmək olar. Həmçinin statistik məlumatlara əsasən, dünyaya gələn övladların əksəriyyəti qız uşaqlarıdır. Ona görə də, din və şəriət məsləhət görmüşdür ki, kişi qadınların hüququna riayət edə biləcəyi (onların nəfəqəsini verəcəyi, həmçinin onları dolanışıq və məskənlə təmin edəcəyi) təqdirdə, onlardan (dörd nəfərə qədər) bir neçəsini himayəsinə götürərək evlənsin. Şəriət şəhvət baxımından deyil, yalnız qadınların himayəyə olan ehtiyaclarını, pis niyyətli insanlardan qorunmalarını nəzərə aldığı üçün kişilərin onlardan bir neçəsi ilə ailə qurmasını məsləhət bilmişdir. Bu haqda imam Rzadan (ə) nəql olunmuş hədisə nəzər sala bilərsiniz («Uyuni-əxbari-Rza (ə)», s.100; «Biharul-ənvar», c.6, s.100; «Vəsailuş-şiə», c.20, s.517).

    Peyğəmbərə itaət

    Bəzi şəxslər ola bilər ki, Peyğəmbərin nümunə olduğunu söyləyib o həzrətə tabe olmaq istədiklərini bəhanə gətirərək doqquz qadınla evlənmək fikrinə düşsünlər. Lakin, əslində, həmin şəxslər Peyğəmbərə tabe olmaq deyil, nəfslərinə qulluq etmək istəyirlər.

    Həzrət Peyğəmbər nəfsinə görə deyil, Allahın əmri ilə bəzi məsləhətlərə əsasən, doqquz xanımla nikah bağlamışdı. Əgər həmin şəxslər, həqiqətən də, Peyğəmbərə tabe olmaq istəyirlərsə, evlənmək əvəzinə o həzrətin gündəlik qıldığı vacib və müstəhəblərdən ibarət 51 rəkət namazı qılsınlar, yaxud din yolunda cihad etməkdə və ya hər ayın əvvəli, ortası və axırı müstəhəb oruc tutmaqda, yaxud da Rəcəb, Şaban və Ramazan aylarının hər hansı birində məsciddə qalaraq 10 gün və ya azı üç gecə-gündüz etikaf saxlamaqda (oruc tutub gecə-gündüz ibadət etmək) o həzrətə itaət etsinlər.

    Peyğəmbərin doqquz xanımla evlənməsi

    Burada belə bir sual meydana çıxa bilər ki, əgər Mütəal Allah daimi nikahla dörddən artıq xanımla eyni vaxtda evlənməyə icazə vermirsə, islam peyğəmbəri hansı dəlilə əsasən, bu qədər xanımla evlənmişdir?

    Cavab olaraq qeyd etməliyəm ki, əvvəla, həzrət Peyğəmbər doqquz xanımla eyni vaxtda evlənməmişdir. Ona görə də, bu işə heç kəs etiraz edə bilməz. İkincisi, Peyğəmbərin ailə qurduğu qadınların hamısı cavan deyildilər ki, camaat o həzrəti şəhvətpərəstlikdə günahlandırsın. Həmin xanımların bəzisi (məsələn, Zeynəb binti Cəhş və Ümmü Sələmə) Peyğəmbərlə nikah qurduqda əlli yaş hüdudlarında idilər. Onların bəzisi o həzrətin Peyğəmbər olmasına — onun əxlaqına və insani rəftarına valeh olduğuna görə istəyirdi ki, belə bir şəxsiyyət onu öz himayədarlığına götürsün. Bununla yanaşı, Peyğəmbər (s.ə.a. s) istər cavan olsun, istərsə də yaşlı həyat yoldaşları ilə abid və zahid bir şəxs kimi rəftar edirdi. Həzrət Peyğəmbər həyatını cihad meydanlarına getmək, gecənin çox hissəsini ibadət etmək, hər ayın bəzi günlərini (əvvəli, ortası və axırını) oruc tutmaq, yaxud da məsciddə qalaraq etikaf saxlamaqla keçirirdi. O həzrət dünya işlərinə lazım olduğundan artıq vaxt ayırmırdı. Peyğəmbərin xanımları o həzrətlə öz istəklərilə ailə qurduqdan sonra belə bir yaşayışın, həqiqətən də, çətin olduğunu yaxından hiss edirdilər. Ona görə də, Mütəal Allah o həzrətə ayə nazil edərək buyurdu: «Yə əyyuhən- Nəbiyyu, qul liəzvacikə in kuntunnə turidnəl-hayətəd-dunyə va zinətəhə fə tə`aləynə Ya Peyğəmbər, (artıq xərclik və pal-paltar istəyən) zövcələrinə de: əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verərək gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım. Yox, əgər Allahı, Onun rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır» («Əhzab» surəsi, ayə:28, 29).

    Bu ayədən məlum olur ki, Peyğəmbərin həmin xanımlarla ailə qurması Quran ayələrilə ziddiyyət təşkil etmir, əksinə, bu iş islamın ilk günlərində bir çox siyasi-ictimai və dini məsləhətlərə əsasən, Allahın əmr və razılığı ilə baş vermişdir. Hətta Mütəal Allahın bu mübarək ayədə: «zövcələrinə de!», — buyurmasından da məlum olur ki, həmin xanımlar Peyğəmbərin şəri zövcələri hesab olunurlar. Buna görə də, izzət və cəlal sahibi olan Allah Peyğəmbərə əmr edir ki, çətinliklərə dözmək istəməyən zövcələrini səninlə yaşamağa davam etmək, yaxud boşanmaq arasında seçim qarşısında qoy.

    Amma təfsirini yazdığımız dörddən artıq xanımla evlənməmək haqqındakı ayəyə gəlincə, bu ayə Peyğəmbərə islamın ilk günlərində deyil, sonralar nazil olmuşdur. Bəzi tədqiqatçıların fikrinə əsasən «Nisa» surəsi bir çox surələrdən sonra nazil olmuşdur.

    Əhməd ibn Hənbəl özünün məşhur «Musnəd» kitabında rəvayət edir ki, Qeylan ibn Sələmə əs-Səqəfi islamı qəbul etdiyi zaman onun on həyat yoldaşı var idi. Həmin şəxs Peyğəmbərlə görüşdükdə o həzrət ona: «İxtər minhunnə ərbə`an — Onlardan dördünü seç!», — buyuraraq xanımlarından dördünü saxlayıb qalanlarını boşamasını əmr etdi («Musnədi-Əhməd», c.9, s.439, hədis:4403; «ət-Təfsirul-hədis», Muhəmməd İzzət Dərvəzə, c.9, s.11; «Əvalil-ləali», s.128, hədis:46).

    Digər bir rəvayətdə Əbu Davud öz əsərində Umeyrə əl-Əsədidən rəvayət edir ki, o deyib: «Mən islam dinini qəbul etdikdə səkkiz həyat yoldaşım var idi. Bir gün Peyğəmbərlə görüşdükdə o həzrətə səkkiz həyat yoldaşım olduğunu söylədim. O həzrət buyurdu: ixtər minhunnə ərbə`an — onlardan dördünü seçərək qalanlarının talaqını ver» («ət-Təfsirul-hədis», c.9, s.11; «Sunəni-Əbu Davud», c.2, s.272).

    Başqa bir hədisdə Şafei Nöfəl ibn Muaviyə əd-Deyləmidən rəvayət edir ki, o deyib: «Mən islam dinini qəbul etdikdə beş zövcəm var idi. Peyğəmbər mənə buyurdu: ixtər ərbə`an minhunnə. Əyyəhunnə şi`tə va fəriqil-uxra — onlardan istədiyin dördünü saxlayıb beşincisini boşa!» («ət-Təfsirul-hədis», c.9, s.11)

    Peyğəmbərə gəlincə, o həzrət öz xanımlarından dördünü saxlayıb nəinki qalanlarını, hətta hamısını Allahın əmri ilə boşamağa hazır idi. Necə ki, Mütəal Allah o həzrətlə öz istəklərilə ailə qurmuş xanımlar haqqında buyurur: «Ya Peyğəmbər, zövcələrinə de: əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verərək gözəl bir tərzdə boşayım. Yox, əgər Allahı, Onun rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır.» («Əhzab» surəsi, ayə:28, 29)

    Lakin doqquz xanımdan heç biri yaşadığı dövrdə həzrət Peyğəmbərin ədalətindən və yüksək davranış tərzindən narazı qalmadığı üçün o həzrətdən ayrılmadı.

    Bundan əlavə, Peyğəmbərdən başqa insanlarda seçim kişilərin ixtiyarında idi ki, onlar yaşadıqları xanımlardan dördünü seçərək qalanlarını boşasınlar. Peyğəmbərə gəldikdə isə, Mütəal Allah o həzrətə buyurur ki, sən seçimi xanımların ixtiyarına ver: onlardan hər hansı biri səninlə yaşamaq istəyirsə, qalsın, istəmirsə, boşanaraq gedə bilər.

    «Nisa» surəsi nazil olanadək o dövrdə yaşayanlar dörddən artıq xanımla evlənirdilər və bu iş hələ Mütəal Allah tərəfindən qadağan olunmamışdı. Bu ayə nazil olduqdan sonra dörddən artıq xanımla izdivac haram buyuruldu. Lakin dörddən artıq xanımla evlənməyə ehtiyacı olanlara daimi nikahla dördü ilə evləndikdən sonra saxladıqları kənizlərlə də evlənməyə icazə verildi. Necə ki, buyurulur: «Fə in xiftum ən lə tə`dilu fəvahidətən au mə mələkət əymənukum — Əgər dörd xanımla evlənəcəyiniz təqdirdə, ədalətsizliyə yol verəcəyinizdən qorxursunuzsa, biri ilə kifayətlənin, yaxud ixtiyarınızda olan kənizlərlə evlənin».

    Bir sözlə, əgər həmin dövrdə yaşayan kişilər dörddən çox xanımla yaşamaqda ədalətsizliyə yol verməsəydilər, ola bilsin ki, Allah təala tərəfindən dörddən artıq xanımla evlənmək onlara da haram buyurulmazdı. Lakin onlar üçün ədalətə riayət etmək çox çətin, yaxud qeyrimümkün olduğuna görə, uca Tanrımız bu işi ümumi şəkildə qadağan etdi. Hətta dörd xanımla evlənməkdən ötrü ədalətli olmaq şərti kəsldi. Belə ki, dörd xanım arasında ədalətlə rəftar etmək çətin gələn şəxslərə biri ilə kifayətlənməsi əmr olundu.

    Peyğəmbərə xanımlarından dörddən əlavə olanlarını boşamağın vacib olmamasına səbəb həmin xanımların bəzisinin kimsəsiz olması, bəzisinin islamı qəbul etməklə kafirlərin əlindən sığınacaq axtarması və s. məsələlər idi. Belə ki, Peyğəmbər onları məcburi şəkildə boşasaydı, onlar müxtəlif çətinliklərlə üzləşərdilər. Məsələn, Sövdə binti Zəm`ə kafir qohum-əqrəbasından ayrılaraq müsəlmanlığı qəbul edib Mədinəyə hicrət etmişdi. Həyat yoldaşı vəfat etdikdən sonra belə möminə bir xanım kimsəsiz olduğu üçün Peyğəmbər onu öz himayəsinə götürdü. Əgər Peyğəmbər onu boşasaydı, o, ya Mədinədə kimsəsiz qalardı, ya da məcbur olub yenidən kafir qohumlarının yanına qayıdardı. Elə buna əsasən, uca Rəbbimiz Peyğəmbəri onları boşamağa məcbur etmədi.

    Yalnız həzrət Peyğəmbər üçün təyin olunmuş çətinliklər

    Uca Tanrı tərəfindən islam peyğəmbərinə müəyyən çətinliklər təyin olunmuşdu. Həmin çətinliklərin bəzisini sizin üçün təqdim edirik:
    1. Sədəqədən Peyğəmbərin özünün və Əhli-beytinin istifadə etmə- sinin haram olması;
    Cəmiyyətdəki yoxsul və imkansız şəxslərin çətinlikdən xilas olmaq üçün sədəqədən istifadə edə bilmələrinə baxmayaraq Peyğəmbər və Əhli-beytin (ə.s) dolanışığı nə qədər ağır olsaydı da, onlar sədəqədən istifadə etməməli idilər.
    2. Cihad paltarını əyninə geydikdən sonra vuruşmadan onu çıxar- ması; (bu barədə bu əsərin ikinci cildində Uhud müharibəsi haqqında yazılmış mövzuya müraciət edə bilərsiniz!)

    Peyğəmbərə vacib buyurulmuş xüsusi əməllər

    Müəyyən əməllər vardır ki, onlar islam ümmətinə deyil, yalnız Allahın Rəsuluna (s.ə.a. s) vacib buyurulmuşdu:
    1. Hər gün 51 rəkət namaz qılmaq;
    2. Vəfat etmiş yoxsulların borclarını ödəmək;
    3. Zövcələrini o həzrətlə yaşamaq, yaxud ondan ayrılmaqda sərbəst buraxmaq; («Əhzab» surəsi, ayə:50)
    4. Ulu Tanrının buyurduğu əhkamı, Qurani-Kərimin ayələrini olduğu kimi — hətta bir hərfi belə azaldıb-çoxaltmadan camaata çatdırmaq;
    5. Özündən sonrakı canişinləri (imamlar əleyhimussalam-ı) islam ümmətinə tanıtdırmaq;

    Peyğəmbərə məxsus olan güzəştlər

    Tarixşünasların qeyd etdiklərinə əsasən, izzət və cəlal sahibi olan Allah tərəfindən islam peyğəmbərinə müəyyən güzəştlər edilmişdir. Onların bəzisini sizə təqdim edirik:

    1. Məkkə şəhərinə ehramsız daxil olmaq;
    Həcc ziyarətinə gedənlər bilirlər ki, Məkkə şəhərinə ehramsız daxil olmaq haramdır. Amma bu, Mütəal Allah tərəfindən Peyğəmbərə caiz buyurulub (O həzrətə bu haqda icazə verilib).

    2. Orada düşmənlə vuruşmaq;
    Bildiyimiz kimi, Məkkə ilahi əmin-amanlıq mənbəyi olduğu üçün orada vuruşmaq olmaz. Amma Peyğəmbərə Məkkəni kafirlərin əlindən qurtararaq fəth etmək üçün günün az bir miqdarı Allah təala tərəfindən onlarla vuruşmağa icazə verildi. Necə ki, o həzrət buyurub: «Ləm təhill liəhadin qabli va lə təhillu liəhadin bə`di va innəmə uhillət li sə`atən min nəhərin — Mütəal Allah tərəfindən məndən nə öncə, nə də sonra heç kəsə icazə verilməyib ki, orada vuruşsun. Məkkəni fəth etməkdən ötrü günün az bir qismini vuruşmaq yalnız mənə halal edilmişdir.»

    3. Müharibədən əldə olunmuş qənimətlərin ən yaxşısının o həzrətə təqdim olunması;

    4. Peyğəmbər vəfat etdikdən sonra o həzrətin həyat yoldaşları ölənədək onun zövcəsi sayılaraq heç kəslə ailə qura bilməzdilər. Amma başqa kişilərdən hər hansı biri vəfat edərsə, onun həyat yoldaşı iddə saxladıqdan (4 ay 10 gün gözlədikdən) sonra ailə qura bilər. Həmçinin, Peyğəmbərin talaq verdiyi xanım iddə saxladıqdan (3 ay gözlədikdən) sonra başqa kişiyə ərə gedə bilməz. Bu məsələ Peyğəmbərin ümmətə ata sayılması, zövcələrinin isə möminlərin anası hesab olunmalarına görədir. Mütəal Allah Qurani-Kərimdə buyurur: «ən-Nəbiyyu aulə bil- mu`mininə min ənfusihim va əzvacuhu umməhətuhum... — Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır (onlara ata kimidir). Onun zövcələri isə onların analarıdır (yəni, möminlər onlarla evlənə bil- məzlər) » («Əhzab» surəsi, ayə:6)

    5. «Visal orucu (ardıcıl oruc tutmaq)»;
    Bildiyiniz kimi, oruc tutmaq sübh azanından axşam azanınadək davam edir. Axşam azanı olduqda insan iftar etməlidir. Lakin Peyğəmbərə icazə verilmişdi ki, bir günün orucunu iftar etmədən gecəni ibadətlə keçirib növbəti günün orucuna birləşdirsin. O həzrətin ümmətinə bu növ oruc tutmaq üçün icazə verilməyib. («Əhkamul-Quran», Əbu Bəkr Muhəmməd ibn Abdullah İbn Ərəbi, vəfat: h. q.543, c.3, s.1560-1565)

    6. Hər hansı qadın Allahın Rəsulu ilə ailə qurmaq istəyib təmənnasız olaraq özünü o həzrətə bağışlasaydı, mehriyyə təyin olunmadan o həzrət həmin xanımla evlənə bilərdi. Mütəal Allah Peyğəmbərə buyurur: «Yə əyyuhən-nəbiyyu, innə əhləlnə ləkə Ya Peyğəmbər! Mehriyyələrini
    verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri... və Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə, özünü (mehriyyəsiz) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını — digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik. » («Əhzab» surəsi, ayə:50)

    Bu ayədən məlum olur ki, həzrət Peyğəmbər digər möminlər kimi dörddən artıq qadınla yaşamamalı idi. Buna əsasən, o həzrət ixtiyarında olan xanımlardan qeyrisi ilə daha ailə qurmaq istəmirdi. Lakin tarixçilərin qeyd etdiklərinə əsasən, bəzi xanımlar kimsəsiz olduqlarına görə, Peyğəmbərlə ailə qurmaq istəyirdilər ki, o həzrətin himayəsi altında yaşasınlar. Belə hadisələr baş verdiyi üçün bəzən o həzrət Allah təalanın əmrinə tabe olub onları öz himayəsinə götürməli olurdu.

    Mərhum Əllamə Məclisi mötəbər sənədlərlə Muhəmməd ibn Qeysdən, o da imam Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Cəət imraətun minəl-ənsari ilə Rasulilləhi (s) fəqalət: yə Rasuləllah, innəl- mər`ətə lə təxtibuz-zaucə va ənə imraətun əyyim. Lə zaucə li munzu dəhrin va lə valəd Qalə (s): yə uxtəl-ənsar, cəzəkumullahu an Rasulilləhi xayran. Fəqad nəsarani ricəlukum va rağibət fiyyə nisəukum. Fəqalət ləhə Hafsatu: mə əqallə hayəuki va əcraəki va ənhəməki lir- ricəl?! Fəqalə Rasulullah (s): kəffi anhə, yə Hafsatu! Fə innəhə xayrun minki rağibət fi Rasulilləhi va lumtəhə va ibtəhə. Summə qalə lil- mər`əti: insarifi, rahiməkilləh! Fəqad aucəbəllahu ləkil-cənnətə lirağbətiki fiyyə va tə`arruziki liməhabbəti va sururi va səyə`tikə əmri inşəəllah. Fəənzələllahu azzə va cəll: vamraətun mu`minətun in vahəbət nəfsəhə lin-Nəbiyy... Qalə (a): fə əhalləllahu azzə va cəllə hibətəl- mər`əti nəfsəhə lirasulilləh (s) va lə yəhillu zəlikə liğayrihi.

    Va fil-Məcmə`i: innəhə ləmmə vahəbət nəfsəhə lin-Nəbiyyi qalət Aişətu: mə bəlun-nisəi yəbzulnə ənfusəhunnə bi lə məhrin?! Fənəzələtil-əyətu. Fəqalət Aişətu: mə ərallahə illə yusəri`u fi həvakə. Fəqalə Rasulullah (s): fə innəki in əta`tilləhə səra`a fi həvaki! — Bir gün ənsardan olan bir xanım Peyğəmbərin hüzuruna gələrək dedi: ey Allahın Rəsulu! Evlənərkən qadın kişiyə elçilik etməz. Amma mən yaşa dolmuş, kimsəsiz bir qadınam ki, ömrüm boyu nə ərim olub, nə də uşağım. Əgər lazımdırsa, mən mehriyyəsiz və təmənnasız olaraq canımı sənə hədiyyə edim. Peyğəmbər Allahdan onun üçün xeyir diləyərək dua etdi. Sonra buyurdu: ey ənsardan olan bacı, Allah sizi Peyğəmbərinizə bu cür dəyər verdiyiniz üçün mükafatlandırsın. Sizin kişiləriniz mənə yardımçı olub, xanımlarınız isə mənə məhəbbət bəsləmişlər.

    Peyğəmbərin həyat yoldaşı Həfsə bu səhnəni gördükdə üzünü o xanıma tutaraq dedi: siz nə qədər həyasızsınız ki, gəlib kişiyə elçilik edirsiniz?! Peyğəmbər buyurdu: ey Həfsə, onunla işin olmasın. Həqiqətən də, bu qadın səndən yaxşıdır. O, Allahın Rəsuluna məhəbbətini göstərir, sən isə onu qınayır və ona eyib tutursan? Sonra Peyğəmbər üzünü həmin qadına tutaraq buyurdu: Allah sənə rəhm etsin (Allah köməyin olsun), qayıt evinə, mənə bu cür məhəbbət göstərdiyinə görə Allah cənnəti sənə vacib etdi. İnşaallah, mənim bu barədə rəyim tezliklə sənə məlum olar. Peyğəmbər həmin xanıma bu sözü buyurduqdan sonra izzət və cəlal sahibi olan Allah: «vamraətun mu`minətun in vahəbət nəfsəhə...», - ayəsini nazil etdi.

    İmam Baqir (ə) sözünə davam edərək buyurdu: Allah əzzə və cəllə bu ayəni nazil etməklə Peyğəmbərin həmin xanımla ailə qurmasını əmr etdi. Hibə yolu ilə (özünü hədiyyə etməklə, mehriyyəsiz) evlənmək barədə yalnız Peyğəmbərə icazə verildi.

    Mərhum Təbərsi rəvayət edir ki, Aişə də baş verənləri müşahidə etdikdə Peyğəmbərə dedi: bu qadınlara nə olub ki, özlərini mehriyyəsiz sənə bağışlayırlar?! Bu vaxt həmin ayə nazil oldu. Sonra Aişə dedi: elə bil ki, Allah da sənin istəklərini həyata keçirməyə çalışır. Allahın Rəsulu buyurdu: «Əgər sən də Allahın itaətində olsan, O, sənin də istəklərini həyata keçirər!» («Biharul-ənvar», c.22, s.211, hədis:39; «Musnədi-Muhəmməd ibn Qeys əl-Bicilli», c.1, s.127; «əl-Kafi», c.5, s.821)

    Amma digər insanlar evləndikdə mütləq mehriyyə təyin olunmalıdır.
    Əks təqdirdə, kəbin batil hesab olunar.

    7. Dörd xanımdan əlavə, evləndiyi digər xanımlarla yaşamağa davam etməsi;

    Bunlar Mütəal Allah tərəfindən islam peyğəmbərinə olunan güzəştlərdir. Bütün bunlara nəzər saldıqda insanın düşüncəsində belə bir sual yaranır: görəsən, bəzi şəxslər nə üçün camaatın istifadə etməsinə icazə verilmiş müəyyən nemətlərdən Peyğəmbərin məhrum olmasını, yaxud müsəlmanların yerinə yetirməkdə azad buraxıldığı müəyyən məsələlərin o həzrətə vacib buyurulmasını deyil, Peyğəmbərə uca Tanrı tərəfindən edilən müəyyən güzəştləri insafsızlıq edərək tənqid mövzusuna çevirməyə çalışırlar? Görəsən, onların belə düşünməsi düşmənin onlara nüfuz etməsinə görədir, yoxsa özləri bu barədə səhvə yol verirlər? «Mə ləkum kəyfə təhkumun — Sizə nə olub, bu barədə necə düşünürsünüz?» İslam Peyğəmbəri qeyd olunmuş məsləhətlərə əsasən, həmin xanımlarla ailə qurmuşdursa, buna etiraz etmək olarmı? Düşüncəsi dar olan belə şəxslər nə əcəb Peyğəmbərin gecə-gündüz Allahın itaətində olmasını, hər ayın müxtəlif günlərində oruc tutmasını, çətinliklə yaşamasına baxmayaraq sədəqədən özünün və Əhli-beytinin (ə.s) istifadə etməməsini, o həzrətin hər gün 51 rəkət namaz qılmasını və digər çətinliklərini dilə gətirib onlardan söhbət açmırlar, amma insan ağlının heyran qaldığı mühüm məsləhətlərə əsasən ailə qurmasından bəhs edirlər, ayıb deyilmi?

  • 4:4

    وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً  ۚ فَإِن طِبْنَ لَكُمْ عَن شَيْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَّرِيئًا
    ‌Wa '‍‍Ā‍‍tū A‍‍n‍‍-Nis‍‍ā‍‍' ṣaduqātihi‍‍nn‍‍a Niḥlata‍‍n Fa'i‍‍n ṭi‍‍b‍‍na Laku‍‍m `A‍‍n šay'i‍‍n Minhu Nafsāa‍‍n Fakul‍‍ū‍‍h‍‍u Han‍‍ī‍‍'‍‍ā‍‍a‍‍n Ma‍‍r‍‍ī‍‍'‍‍ā‍‍an
    Və qadınların mehrlərini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin.

    Mehriyyənin əhəmiyyəti (ayə:4)

    Mütəal Allah bu ayədə ailə quran kişilərə əmr edir ki, xanımlarının mehriyyələrini versinlər. Bu mehriyyə Mütəal Allah tərəfindən xanımlar üçün ayrılmış bir paydır. Yetimlərin malını mənimsəmək haram olduğu kimi qadınların da mehriyyəsini mənimsəyərək verməmək haramdır. Yetimlərin malını yemək insanı oda tərəf apardığı kimi xanımların da mallarını verməmək insanı cəhənnəm əhli edər. Amma əgər xanımlar öz istəkləri ilə həmin mehriyyənin bir miqdarını və ya hamısını həyat yoldaşlarına bağışlasalar, kişinin ondan istifadə etməsinə icazə verilmişdir.

    Burada diqqətinizi bir mətləbə cəlb etmək istəyirəm. Gördüyünüz kimi, Mütəal Allah bundan əvvəlki ayələrdə yetimlər haqqında danışaraq onları öhdələrinə götürən kimsələrə tapşırır. Bu ayədə isə xanımları həyat yoldaşlarına tapşırır. Çünki bəzi rəvayətlərə, eləcə də, lüğət kitablarına əsasən, qadınlar da yetim hesab olunurlar. Bunlar da ailə qurduqda ata-anadan, bacı-qardaşdan ayrılıb təzə köçdükləri evdə tək qalırlar. Bəzi kəmfürsət insanlar atasız, yaxud ata-anasız qalmış yetimlərin malını yedikləri kimi ola bilər ki, ər evində tək qalmış xanımların da mehriyyəsini mənimsəyərək verməsinlər. Ona görə də, Mütəal Allah: «Va ətul-yətəmə əmvaləhum — Yetimlərin mallarını özlərinə verin!», — buyuraraq yetimləri tapşırdığı kimi bu mübarək ayədə də: «Va ətun-nisə`ə saduqatihinnə - Xanımların mehriyyələrini verin!», — buyurmaqla onları həyat yoldaşlarına tapşırır.

    Bu ayənin sonunda işlənən iki sözün («həniən», «məriən» ifadəsinin) mənasına diqqət yetirilməlidir. Bunların birincisi yeməkdə, ikincisi isə içilən nemətlərdə işlənir. Hər iki sözü deməkdə məqsəd həmin qidanın «nuşcan olması»-dır. Belə ki, insan bir yemək (xörək, meyvə və s.) yedikdə ona: «həniən — nuş olsun!», — deyilir. Su və digər halal mayeləri içdikdə eyni mənanı verən: «məriən», — kəlməsi işlənir. Əgər ayədə «məriən» sözü işlənməsəydi, belə güman olunardı ki, kişi aldığı pulu yalnız yeyiləcək qidalarda istifadə edə bilər. Bundan əlavə, burada işlənən «fəkuluhu — yeyin!» ifadəsi yalnız qidalara deyil, digər əşyalara da şamil edilir. Çünki insanın yeməyə ehtiyacı olduğu kimi onun başının papağa, ayağının coraba, əyninin paltara ehtiyacı vardır (yəni, bunların hamısı insan bədəninə qida hesab olunur). Əvvəlki ayədə «yetimlərin mallarını yeməyin!» cümləsində də məqsəd təkcə yemək barəsində deyil, onların ümumi şəkildə istifadəsinin haram olmasıdır.

    Kişilərin xanımlara verdikləri mehriyyə halal yolla əldə edilmiş pulla ödənməlidir. Çünki oğurluq, rüşvət, qumar və s. haram yollarla əldə olunmuş pul ilə su alıb, yaxud su pulunu ödəyib qüsl və dəstəmaz almaq düzgün olmadığı kimi o pulla xanımların mehriyyəsini vermək də düzgün deyildir.

    Mərhum Məclisi, həmçinin Mirzə Hüseyn Nuri mötəbər sənədlərlə imam Museyi-Kazımdan (ə) nəql etmişlər ki, o həzrət buyurub: «... Muhuru nisə`inə va haccu saruratinə va əkfənu mautənə min tuhrati əmvalinə - Bizim qadınlarımızın mehriyyəsi, vacib həcc ziyarətimizin pulu və vəfat edənlərimizin kəfənləri gərək pak və halal malımızdan olsun.» («Biharul-ənvar», c.48, s.234, c.78, s.330; «Mustədrəkul- vəsail», c.2, s.231)

    Əgər bir kişi xanımının mehriyyəsini haram pulla verərsə, sanki, o, pulu ödəməmiş, yaxud onun xanımının meyriyyə pulunu başqaları ödəmişlər. Hansı qeyrətli kişi razı olar ki, onun ailə qurduğu xanımın mehriyyəsini başqa kişilər ödəsin?

    İnsanın həyat yoldaşının mehriyyəsi o qədər halal olmalıdır ki, əgər xanım onun bir miqdarını yoldaşına bağışlasa, o pul kişi üçün şəfa və bərəkət mənbəyinə çevrilsin.

    Abdullah ibn Qədah, həmçinin Həmran imam Sadiqdən (ə) rəvayət etmişlər ki, o həzrət buyurub: «İştəkə raculun ilə Əmiril-mu`mininə (ə) fəqalə ləhu: səl min imraətikə dirhəmən min sadəqihə fəştəri bihi asələn fəşrabhu bimə`is-səmə` Bir kişi əmirəl-möminin Əlinin (ə)
    hüzuruna gələrək öz xəstəliyindən (qarın ağrısından) şikayət edib ona çarə etməsini dilədi. O həzrət soruşdu: evlisənmi? O dedi: bəli. Həzrət Əli (ə) buyurdu: həyat yoldaşına de ki, ona verdiyin mehriyyədən bir dirhəm öz razılığı ilə sənə bağışlasın! Həmin pulla bir qədər bal alıb onu yağış suyuna qataraq iç ki, sağalasan. O kişi Əlinin (ə) buyurduğuna əməl etdikdən sonra sağalaraq həmin xəstəlikdən nicat tapdı. Sonra o həzrətin hüzuruna gələrək dedi: ya Əmirəl-möminin, sən xəstəliyə bu yolla çarə etməyi Peyğəmbərdən eşitmisən? İmam Əli (ə) buyurdu: xeyr, mən Allahdan eşitmişəm ki, öz kitabında buyurur: fə in tibnə ləkum an şəy`in minhu nəfsən fəkuluhu həni`ən məri`ə - əgər onlar (qadınlar) qəlbən, öz razılıqları ilə bundan (mehriyyədən) sizə bir şey bağışlasalar, onu halal olaraq nuşcanlıqla yeyin!» Başqa bir ayədə buyurur: yəxrucu min butunihə şərabun muxtəlifun əlvanuhu fihi şifəun lin-nəs — (o arıların) qarınlarından müxtəlif rəngli bal çıxar («Nəhl» surəsi, ayə:69) və digər bir yerdə isə buyurur: va nəzzəlnə minəs- səmə`i mə`ən mubərakən — Biz göydən bərəkətli su endirdik! («Qaf» surəsi, ayə:9)" Mütəal Allah bu üç ayədə nuşcanlıq, bərəkətli və şəfa sözlərini işlətmişdir. Mən insanın bu yolla sağalaraq şəfa tapacağına ümid etdiyim üçün sənə həmin yolu göstərdim. («Təfsiri-Əyyaşi», c.1, s.244-245, hədis:15, 18. Mən bu iki hədisi bir yerə yığaraq sizə təqdim etdim. «əd-Durrul-mənsur», c.2, s.120)

    Əmirəl-möminin Əli (ə) həmin kişinin qarınağrısı xəstəliyini sağaltmaqdan ötrü bu əlacı ona tövsiyə etdi. Ümidvaram ki, digər xəstələrimiz də Allahın lütfü-inayəti ilə Əlinin (ə) tövsiyə etdiyi həmin yolla şəfa tapsınlar. Əgər bir xanım halal mal ilə verilmiş mehriyyəsindən öz razılığı ilə bir miqdar pul verərsə və həmin pulla sağlam bal alınıb yağış suyu ilə qarışdırılaraq içilərsə, iman əhlindən olan xəstələr şəfa taparlar. Görəsən, namaz qılmayan, bilərəkdən oruc tutmayan və günah işlərlə məşğul olan insanlar da bu yolla şəfa tapa bilərlərmi? Mən ümid edirəm ki, onlar da Allahın yolunu tutsalar, əmirəl-möminin Əlinin (ə) bu tövsiyəsindən və Quranın bu mübarək ayələrinin bərəkətindən faydalanaraq sağalarlar.

  • 4:5

    وَلَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللَّهُ لَكُمْ قِيَامًا وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُوا لَهُمْ قَوْلًا مَّعْرُوفًا
    ‌Wa Lā Tu'utū A‍‍s-Sufah‍‍ā‍‍'a 'A‍‍m‍‍wālakumu A‍‍llatī Ja`ala A‍‍l-Lah‍‍u Laku‍‍m Qiyāmāa‍‍n Wa A‍‍rzuqūhu‍‍m Fīhā Wa A‍‍ksūhu‍‍m Wa Qūlū Lahu‍‍m Qawlāa‍‍n Ma`rūfā‍‍an
    Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla layiqli bir tərzdə danışın.

    «Səfeh» sözünün digər mənaları (ayə:5)

    Uca Rəbbimiz bu mübarək ayədə ümumi kişilərə xitab edərək bu- yurur: «Mallarınızı səfehlərə verməyin!» Ayədəki «sufəhə (səfehlər)» sözü barəsində müxtəlif fikirlər səslənmişdir. Bəzi rəvayətlərə əsasən, «səfehlər» sözündə məqsədin xanımlar, içki içənlər və uşaqlar olduğu qeyd olunmuşdur. Təbii ki, bunların səfeh adlanması pulun qədrini bilməmələrinə, onu xərcləməyi bacarmadıqlarına görədir. İçki içən şəxs müvəqqəti aldığı həzzə görə məsuliyyətsizliyə yol verərək ailə və övladının gələcək ehtiyaclarını unudur. Xanımlara gəlincə, bu kəlmənin onlar haqqında işlənməsinə səbəb onların da əksəriyyətinin pul xərcləməkdə diqqətli olmamalarıdır. Belə ki, dükan və bazara daxil olduqda bir şey almadan oranı tərk etməzlər. Yaxud paltarın rəngini bəyənib onun materialının keyfiyyətinə çox da diqqət yetirmirlər. Yaxud cəmiyyətdəki hiyləgər insanlar onların əlindəki malı, yaxud pulu asanlıqla ala bilərlər. Uşaqlar isə məlum olduğu kimi, ağılları kamala çatmadığı üçün pulu hara və nə qədər xərcləyəcəklərini bilməz, yaxud onu qorumaqda diqqət etməzlər. Ona görə də, bəzi rəvayətlərə əsasən, insan mal-sərvətini içki içənlərə, qadınlara və uşaqlara tapşırmamalıdır. Hətta həmin mal onların özünə məxsus olsa da, insan gərək onların həmin malı necə xərclədiklərinə nəzarət etsin.

    Həmmad imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurdu: «Mən müəyyən bir pulu ticarət üçün Yəmənə gedən bir şəxsə tapşırmaq istəyirdim. Atam imam Baqirin (ə) hüzuruna gələrək bu işi o həzrətə söylədim. O həzrət buyurdu: eşitməmisənmi ki, o içki içəndir? Ərz etdim: bəli, bunu bəzi möminlərdən eşitmişəm. Atam buyurdu:
    sən onların sözünə inan! Çünki Mütəal Allah buyurur: iman əhli Allaha inandığı kimi möminlərə də inanaraq onları təsdiq edər. Sonra atam sözünə davam edərək buyurdu: sən əgər malını ona tapşırsan, o mal həmin şəxsin əlində itsə və ya zay olsa, Mütəal Allah malının itməsinə görə sənə heç bir əcr verməz və onun yerini də doldurmaz. Dedim: nə üçün bu belədir? O həzrət buyurdu: buna görə ki, Allah təala buyurur: va lə tu`tus-sufəhə`ə əmvaləkum əl-ləti cə`aləllahu ləkum qiyəmən...
    Fə həl səfihun əsfəhu min şəribil-xamr? İnnəl-abdə lə yəzəlu fi fushatin min Rabbihi mə ləm yəşrabil-xamr. Fə izə şəribəhə xaraqallahu aləyhi sirbələhu... fəyəsuquhu ilə kulli şərrin va yəsrifuhu an kulli xayr — İçki içəndən daha səfeh bir şəxs vardırmı? Allaha bəndəlik edən şəxs içki içməyənədək Rəbbinin bəxşiş və rəhmətindən faydalanar. Onu içdikdə isə Mütəal Allah həmin şəxsin həya libasını əynindən çıxarar (içki içən şəxs üçün bundan daha artıq zərər və xəsarət nə ola bilər?)... və içki içmək onu bütün şər işlərə sövq edərək xeyir əməllərdən saxlayar.» («Təfsiri-Əyyaşi», c.1, s.246, hədis:21; «əl-Bürhan», c.1, s.342)

    Digər bir hədisdə Yunis ibn Yaqub imam Sadiqdən (ə) «va lə tu`tus-sufəhə`ə əmvaləkum — mallarınızı səfehlərə verməyin» ayəsində səfehlərin kim olduğunu soruşduqda o həzrət buyurub: «Mallarınızı etibar etmədiyiniz kimsələrə verməyin (hətta hər adama da etibar etməyin)!» («Təfsiri-Əyyaşi», c.1, s.245, hədis:20; «əl-Bürhan», c.1, s.341)

    Əli ibn İbrahim mötəbər sənədlərlə Əbu Bəsirdən, o da imam Sadiqdən (ə), o da Peyğəmbərdən (s.ə.a. s) rəvayət edir ki, o həzrət buyurub: «Şəribul-xamri lə tusaddiquhu izə haddəsə... va lə tə`təminuhu alə əmənətin. Fəməni`təmənəhu alə əmənətin fəəhləkəhə fə ləysə aləllahi ən yuxlifə aləyhə va lə ən yu`cirahu aləyhə. Liənnəllahə yəqul: va lə tu`tus-sufəhəə əmvaləkum. Va əyyu səfihin əsfəhu min şəribil-xamr? — İçki içənin dediyi sözlərə inanmayın Etibar edərək ona
    bir malı əmanət tapşırmayın. Hər kəs bir malı ona etibar etsə və həmin mal onun əlində tələf olsa, Mütəal Allah onun yerini doldurmaz, zərərçəkənə də savab yazmaz. Çünki Allah buyurur: mallarınızı səfehlərə verməyin. İçki içəndən də səfeh şəxs kim ola bilər?» («Məvahibur-Rəhman», c.7, s.248; «Təfsiri-Qummi», sözügedən ayənin təfsirində)

    Şübhəsiz ki, bu hədislərdə günah edənlərdən ağlını itirən şəxslərin birincisinə (içki içən şəxslərə) toxunulmuşdur. Digər rəvayətlərə əsasən, qumar oynayanlar, narkotik vasitələrə qurşananlar, oğurluq edənlər, rüşvətxorluqla məşğul olanlar əqlin səsini dinləsələr, heç vaxt o yolu tutmazlar. Bunlar da səfehlərin bir qismi hesab olunurlar. Çünki heç bir ağıl sahibi halal yolu qoyub qumar, rüşvət və oğurluq vasitəsi ilə pul əldə etməz. Yaxud Allahın buyurduğu hidayət yolunu qoyaraq narkomanlıqla məşğul olmaz.

    Bunların səfeh adlanmasına səbəb ağıldan uzaqlaşıb günah etmələridir. Çünki Almaniya, Fransa, İngiltərə kimi müxtəlif Avropa ölkələrində içki içən bəzi şəxslər vardır ki, camaatla haqq-hesabda və əmanətdarlıqda bir çox insandan daha dəqiqdirlər. Lakin Allaha gəldikdə onlar əllərindəki sərmayəni (ömürlərini), onlara əmanət verilmiş can və malı dünyanın müvəqqəti ləzzətlərinə sərf edirlər. Ona görə bu cür şəxslərə də səfeh — haqq yoldan uzaq düşən, həqiqətdən qafil olan, bilərəkdən günah və xətaya yol verən kimsə deyilir.

    Mütəal Allah bu ayədə «səfehlərə mallarınızı verməyin!» deməklə onların öz malını özlərinə verməməyi nəzərdə tutmuşdur. Necə ki, yetimlərin mallarını qoruyub saxlamağa izn verilib, eləcə də, sizə belə şəxslərin də mallarını qoruyaraq onun qazanc və faydalarından onlara verməyə və həmin puldan onlar üçün lazımi əşyalar alaraq onlarla bəyənilmiş şəkildə danışmağa icazə verilib. Ona görə də, bu ayədə «minhə» əvəzinə «fihə» sözü işlənmişdir. Əgər «minhə» buyurulsaydı, həmin malların özündən xərclənməli olardı və onlar xərcləndikcə qurtarardı. Amma «fihə» kəlməsi işlənməklə həmin malın özünü deyil, onun qazancından xərclənməsi nəzərdə tutulur. Yəni, Mütəal Allah onların mallarının aradan getməməsini istəmişdir.

    Yetimləri öhdələrinə götürənlər bilməlidirlər ki, onların valideynlərindən qalan mal-sərvətləri bir neçə qismə bölünür:
    1. Nəqd pul, qızıl-gümüş;
    2. Ev, dükan;
    3. Əkin yeri və s.

    Bu mallar satılıb öz sahiblərinə (yetimlərə) birbaşa xərclənməməlidir. Yetimləri öhdələrinə götürən şəxslər həmin malları münasib yerlərdə istifadə etməklə, məsələn, həmin pulla ticarət etmək, ev və dükanlarını icarəyə vermək və əkin yerlərinin məhsulunu satmaqla əldə olunan gəlirdən onlara xərcləməlidirlər.

  • 4:6

    وَابْتَلُوا الْيَتَامَىٰ حَتَّىٰ إِذَا بَلَغُوا النِّكَاحَ فَإِنْ آنَسْتُم مِّنْهُمْ رُشْدًا فَادْفَعُوا إِلَيْهِمْ أَمْوَالَهُمْ  ۖ وَلَا تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُوا  ۚ وَمَن كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ  ۖ وَمَن كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ  ۚ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُوا عَلَيْهِمْ  ۚ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا
    ‌Wa A‍‍b‍‍talū A‍‍l-Yatā‍‍m‍‍á ḥatt‍‍á 'I‍ḏā Bala‍ġū A‍‍n‍‍-Nik‍‍ā‍‍ḥa Fa'in '‍‍Ā‍‍nastu‍‍m Minhu‍‍m Ru‍šdāa‍‍n Fā‍‍d‍‍fa`‍‍ū 'Ilayhi‍‍m 'A‍‍m‍‍wālahu‍‍m Wa Lā Ta'kulūh‍‍ā 'Isrāfāa‍‍n Wa Bidārāan 'A‍‍n Yakbarū Wa Ma‍‍n K‍‍ā‍‍na ġanīyāa‍‍n Falyasta`fif Wa Ma‍‍n K‍‍ā‍‍na Faqīrāa‍‍n Falya'kul Bil-Ma`r‍‍ū‍‍fi Fa'i‍ḏā Dafa`tu‍‍m 'Ilayhi‍‍m 'A‍‍m‍‍wālahu‍‍m Fa'a‍šhidū `Alayhi‍‍m Wa Kafá Bil-Lahi ḥasībā‍‍an
    Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə (və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla və tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yetimin malından) ürfi (və ədalətli zəhmət haqqı) miqdar(ın)da yesin. Beləliklə, onların mallarını özlərinə qaytarmaq istəyən zaman, onlar üçün şahid tutun (ki, sonradan bir mübahisə, dava-dalaş düşməsin). Allah yetərli hesab çəkəndir.

    Yetimlərin malından istifadə qaydaları (ayə:6)

    Ulu Tanrı yetimlərin malından necə istifadə etmək lazım olduğunu 6-cı ayədə bəyan edərək buyurur: «Yetimləri həddi-buluğa çatanadək sınaqdan keçirin. Əgər onlarda əqli cəhətdən dolğunluq (malı qorumaq, ondan ticarət və digər işlərdə düzgün şəkildə istifadə etmək bacarığı) görsəniz, mallarını özlərinə qaytarın! Onların mallarına toxunmayın və həmin maldan zəhmət haqqını uşaq böyüdükdə razılaşmayacağı qədər götürməyin. Sizlərdən hər hansınızın ehtiyacı olmazsa, çəkdiyiniz zəhmətə görə o maldan bir şey götürməsin. Ehtiyacınız varsa, çəkdiyiniz zəhmət (ucrətul-misl) dəyərində ondan yeyə bilərsiniz. Onların mallarını özlərinə qaytardıqda şahid tutun (kağız üzərində yazdıraraq imzaladıb tarixini qeyd edin ki, sonralar bu haqda mübahisə yaranmasın)!»

    Bunu da bilməliyik ki, ağlın kamala yetişməsi yalnız onların mallarının qaytarılmasında şərt kəsilmişdir. Amma ibadətləri yerinə yetirməkdə, yaxud günah edərsə, cəzalandırılmaqda belə bir şərt yoxdur. Bu barədə onların həddi-buluğa çatmaları kifayətdir.

    Bu ayələrdə iki mühüm mətləbə işarə olunur:
    1. Yetimlərin mallarını özlərinə qaytarmaq;
    2. Kişinin həyat yoldaşının mehriyyəsini verməsi;
    Bu ona görədir ki, cəmiyyətdə yetimlər və xanımlar zəif hesab edilərək haqları tapdalanmasın.

  • 4:7

    لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ وَلِلنِّسَاءِ نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ  ۚ نَصِيبًا مَّفْرُوضًا
    Lilr‍‍r‍‍ij‍‍ā‍‍li Naṣ‍‍ī‍‍bu‍‍n Mi‍‍mm‍‍ā Taraka A‍‍l-Wālid‍‍ā‍‍ni Wa A‍‍l-'A‍‍q‍‍rab‍‍ū‍‍na Wa Lil‍‍nn‍‍is‍‍ā‍‍'i Naṣ‍‍ī‍‍bu‍‍n Mi‍‍mm‍‍ā Taraka A‍‍l-Wālid‍‍ā‍‍ni Wa A‍‍l-'A‍‍q‍‍rab‍‍ū‍‍na Mi‍‍mm‍‍ā Qalla Minhu 'Aw Ka‍ṯura Naṣībāa‍‍n Mafrūḍā‍‍an
    Kişilərin ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən və vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir).

    Cahiliyyət adət-ənənələrinə əsasən miras bölgüsü (ayə:7)

    Bu surənin ilk ayəsinin təfsirində qeyd etdiyimiz kimi, tarixi mənbələrə əsasən, cahiliyyət dövründə yaşayan ərəblər dünyasını dəyişən şəxsin malını irs olaraq qadınlara, qızlara və kiçik oğlan uşaqlarına deyil, vəfat edənin qohumlarından yalnız tayfanı himayə edə bilən və müharibədə döyüşə bilən şücaətli kişilərə verirdilər.

    Mütəal Allah bu ayədə onların həmin adət-ənənələrinə son qoyaraq buyurur: «Vəfat edən şəxsin malında kişilərin payı vardır (istər onlar uşaq olsunlar, istərsə böyük, istər sağlam, döyüş bacarıqlı olsunlar, istərsə də əlil). Xanımların da həmin malda payları vardır (onlar da istər uşaq olsunlar, istərsə böyük, istər subay olsunlar, istərsə də evli). Vəfat edən kimsədən irs qalan mal istər az olsun, istərsə də çox, həmin şəxslər arasında bölünməlidir.»

    «Fərz» ilə «vacib» kəlmələrinin məna fərqi

    Ayənin sonunda işlənən «məfruzan» sözü «fərz» kəlməsindən törəyib «vacib» deməkdir. Ata-ana və qohumlar dünyasını dəyişdikdə kişilərə və qadınlara düşən pay fərz edilmişdir (vacib buyurulmuşdur). «Fərz» ilə «vacib» sözləri arasında incə bir fərq vardır. Məsələn, gündəlik namazlara «fərizə» deyilir. Bu kəlmə Mütəal Allah tərəfindən əmr olunmuş əməllərə deyilir. «Vacib» isə səbəbi ortaya çıxdıqda insanın öhdəsinə düşür. Məsələn, məscidin bir yeri (xalçası) nəcis olduqda vacib olar ki, insan oranı suya çəksin. Həmin yerin nəcis olması səbəb olur ki, insana oranı yumaq vacib olsun. Mal-sərvət xüms və zəkat miqdarına çatdıqda insana onu ödəmək vacib olur. Əgər həmin mərhələyə çatmayıbsa, mal sahibinə bir şey vacib deyildir. İnsanın var-dövləti həcc səfərinə getmək mərhələsinə çatdıqda ona həccə getmək vacib olur. Lakin namaz qılmaq, meyitdən qalan malı övlad və digər qohumlar arasında bölmək fərz buyurulub. Yəni, hər bir insana yazılıb, əmr olunub ki, gündəlik namazlarını qılsın və dünyasını dəyişən şəxsin malını təyin olunmuş qayda üzrə bölsün. Fərz olan əhkam saqit olmaz (həmin hökm qüvvədən düşməz). Vacib əhkam isə bəzi yerlərdə saqit olar. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi, məscidin nəcis olan yerini suya çəkmək, meyitə qüsl verib ona namaz qılmaq və cihad etmək müəyyən şəxslərin bu işi görməsilə digər insanların öhdəsindən düşər. Amma gündəlik namazları qılmaq, oruc tutmaq və irs aparmaq kimi fərizə adlanan bəzi əməllər başqalarının yerinə yetirməsi ilə insanın öhdəsindən götürülməz. Yəni, hər kəs bu əməlləri şəxsən özü yerinə yetirməlidir.

    Bir sözlə, «fərz» sözü dəyişikliyə məruz qalmayan vacib əmələ deyilir. Həmin əməllərdən biri də irs məsələsidir. Onun bölünməsi və kimlərə nə qədər payın çatması vəfat edən şəxsin vərəsələrinin oğlan və ya qız, uşaq, yaxud böyük, varlı, yaxud da kasıb olmasından asılı olmayaraq dəyişməz və sabit bir hökmdür.

    İki söz arasındakı digər bir fərq budur ki, bir əməlin fərz olması üçün onun əmr olunması lazımdır. Bir çox vacib əməllər isə əmr olunmadan, səbəbi ortaya çıxmaqla vacib olar. Məsələn, biz deyə bilmərik: Allaha fərzdir ki, möminləri cənnətə aparsın. Çünki heç kəs bunu Allaha əmr edə bilməz. Amma: «Allaha iman əhlini cənnətə aparması vacibdir», — deyə bilərik. İman əhli təqva və saleh əməllər büruzə verdiyi üçün Allah onları cənnətə aparmalıdır. Çünki bunu Özü vəd etmişdir.

  • 4:8

    وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُولُو الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينُ فَارْزُقُوهُم مِّنْهُ وَقُولُوا لَهُمْ قَوْلًا مَّعْرُوفًا
    ‌Wa 'I‍ḏā ḥaḍara A‍‍l-Qismata '‍‍Ū‍‍lū A‍‍l-Qurbá Wa A‍‍l-Yatā‍‍m‍‍á Wa A‍‍l-Masāk‍‍ī‍‍nu Fārzuqūhu‍‍m Minhu Wa Qūlū Lahu‍‍m Qawlāa‍‍n Ma`rūfā‍‍an
    Miras bölgüsü zamanı orada (vərəsələrdən olmayan) qohumlar, yetimlər və yoxsullar olsalar, onlara o maldan ruzi olaraq bir şey verin və gözəl, bəyənilən söz deyin.

    Bəyənilmiş əməl (ayə:8)

    Mütəal Allah bu mübarək ayədə buyurur: «(Ey varislər!) Vəfat edən şəxsin irsi bölündükdə ondan kasıb qohumlara, yetimlərə və miskinlərə də verin!» Diqqət etmək lazımdır ki, ayədə: «izə hazaral-qismətə», - buyurulmaqla bütün ehtiyac sahibi olan qohum-əqrəbaya, yetimlərə və miskinlərə deyil, onlardan yalnız irs bölüşdürülərkən orada iştirak edənlərə bir şey verilməsi nəzərdə tutulmuşdur.

    Əbu Bəsir imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Kişi və qadınların paylarını bəyan edən 11, 12-ci ayələr 8-ci ayənin hökmünü aradan qaldırmışdır (11, 12-ci ayələrə əsasən, orada adları çəkilən şəxslərdən başqalarına, yəni, digər qohumlara, yetimlərə və miskinlərə miras çatmır).»

    Bəzi təhqiqatlara əsasən, məlum olur ki, digər qohumlara, yetimlərə və miskinlərə irsdən bir şey verməyi vacib bilmək nəsx olunmuşdur. Amma bəyənilir ki, varislər razı olduğu təqdirdə, ehtiyacı olan qohumlara, yetimlərə və miskinlərə də bir şey verilsin.

  • 4:9

    وَلْيَخْشَ الَّذِينَ لَوْ تَرَكُوا مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُوا عَلَيْهِمْ فَلْيَتَّقُوا اللَّهَ وَلْيَقُولُوا قَوْلًا سَدِيدًا
    ‌Wa Līa‍ḫša A‍‍l-La‍ḏ‍ī‍‍na Law Tarakū Min ḫalfihi‍‍m ḏur‍‍r‍‍īyata‍‍n ḍi`āfāan ḫāfū `Alayhi‍‍m Falyattaqū A‍‍l-Lah‍‍a Wa Līaqūlū Qawlāa‍‍n Sadīdā‍‍an
    Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər).

    Yetim və kimsəsizlərlə necə rəftar etməli? (ayə:9)

    Bu mübarək ayədə Mütəal Allah ürəyi rəhmli olan, Allahdan qorxan insanlara müraciət edərək buyurur: «Özlərindən sonra zəif kimsələr (övlad və qeyri-övlad) qoyub gedən şəxslər Allahdan qorxaraq təqvalı olsunlar. (Onları öz yaxınlarına yaxşı-yaxşı tapşıraraq bu haqda) möhkəm söz desinlər (ki, məbada kimsə onların malını mənimsəyə).» Ayənin digər mənası isə budur: «Heç kəs yetim və kimsəsizlərə zülm etməsin. Qorxsunlar ki, bunların da qoyub getdikləri yetimlərə zülm olunar.»

    Ayədə işlənən «valyəxşə - qorxsunlar» sözü qohum-əqrəbanı, yoxsulları və miskinləri əskik saymaqdan qorxaraq onlara əzəmətlə baxılıb məhəbbətlə davranılması deməkdir. Bu haqda bir neçə rəvayətə nəzər salaq:
    Mərhum Əyyaşi öz kitabında Ali-Samın azad etdiyi qulu Əbdüləladan rəvayət edir ki, o dedi: «İmam Sadiq (ə) mən bir söz demədən danışmağa başlayaraq buyurdu: mən zaləmə səllətallahu aləyhi mən yəzlimuhu au alə aqibihi va aqibi aqibihi — hər kəs zülm etsə, Mütəal Allah onu elə zalım bir şəxsin əlində giriftar edər ki, o da buna, yaxud bunun övladına, yaxud da övladının övladına zülm edər.

    Həzrət belə buyurduqda mən öz-özlüyümdə fikirləşdim: necə ola bilər ki, Allah zülm edən şəxsi ona, yaxud onun övladına, yaxud övladının övladına zülm edəcək bir zalımla cəzalandırsın? Mən bunu dilimə gətirməmiş o həzrət buyurdu: Mütəal Allah Qurani-Kərimdə buyurur: valyəxşəl-ləzinə lau təraku min xalfihim... — heç kəs yetim və kimsəsizlərə zülm etməsin. Qorxsunlar ki, bunların da qoyub getdikləri yetimlərə zülm olunar.» («Təfsiri-Əyyaşi», c.1, s.249, hədis:37)

    Bu hədisin mislini imam Sadiqin (ə) məşhur səhabəsi olan Hələbi o həzrətdən, o da Əlinin (ə) kitabından nəql etmişdir. («Təfsiri-Əyyaşi», c.1, s.249, hədis:37)

    Bu rəvayət həzrət Peyğəmbərdən nəql olunmuş həmin hədisə bənzəyir ki, o həzrət buyurub: «Mən zənə zuniyə bihi — Hər kəs birinin namusuna toxunarsa, onun da namusuna toxunarlar.»

  • 4:10

    إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَىٰ ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا  ۖ وَسَيَصْلَوْنَ سَعِيرًا
    'I‍‍nn‍‍a A‍‍l-La‍ḏ‍ī‍‍na Ya'kul‍‍ū‍‍na 'A‍‍m‍‍w‍‍ā‍‍la A‍‍l-Yatā‍‍m‍‍á ẓulmāan 'I‍‍nn‍‍amā Ya'kul‍‍ū‍‍na Fī Buṭūnihi‍‍m Nārāa‍‍n Wa Sayaṣlawna Sa`īrā‍‍an
    Həqiqətən, yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar.

    Yetim malı yeməyin acı sonluğu (ayə:10)

    Mütəal Allah 10-cu ayədə insanları yetimlərin mallarını yeyən, öz xanımlarının mehriyyələrini verməyib onların hüquqlarını tapdalayan kimsələri təhdid edərək buyurur: «Həqiqətən, yetimlərin mallarını (və xanımların mehriyyələrini) mənimsəyib yeyən şəxslər qarınlarına yalnız od yeyirlər. Onlar alovlu cəhənnəmə daxil olacaqlar.»

    Mərhum Əli ibn İbrahim Qummi öz kitabında İbn Əbu Ümeyrdən, o da Hüşam ibn Salimdən, o da imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurdu: «Qalə Rasulullah (s): ləmmə usriyə bi iləs-səmə`i raəytu qaumən təqzifu fi əcvafihim ən-nəru va təxrucu min ədbərihim. Fəqultu: mən həuləi, yə Cəbrail? Fəqalə: həuləil-ləzinə yə`kulunə əmvaləl-yətəmə - Allahın Rəsulu (s.ə.a. s) buyurub: mən meraca aparıldıqda ağızlarından od daxil olub arxalarından çıxan bir dəstə camaatı gördükdə Cəbraildən soruşdum: bunlar kimdir (ki, belə bir əzaba düçar olmuşlar)? O dedi: bunlar yetimlərin malını yeyənlərdir. » («Təfsiri- Qummi», sözügedən ayənin təfsirində)

    Əbd ibn Həmid Qətadədən rəvayət edir ki, o dedi: «Bizə belə nəql olunub ki, bir gün Peyğəmbər (s.ə.a. s) öz əshabına buyurdu: ittəqu fiz- za`ifəyni: əl-yətimə val-mər`ətə. Əytəməhu summə ausa bihi vabtələhu vabtələ bihi — iki zümrə zəif insanlar haqqında qorxun: yetim və qadın (yetimlər və qadınlar hər ikisi ata-anadan ayrıldığına və xanımlar ər evinə gəlməklə tək qaldığına görə zəif sayılırlar). Mütəal Allah bunları yetimliklə (kimsəsiz qalmaqla) sınağa çəkir. Sonra onların vasitəsilə digər insanları (yetimləri saxlayanları və xanımların həyat yoldaşlarını) sınayır.» («əd-Durrul-mənsur», c.2, s.120)

  • 4:11

    يُوصِيكُمُ اللَّهُ فِي أَوْلَادِكُمْ  ۖ لِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنثَيَيْنِ  ۚ فَإِن كُنَّ نِسَاءً فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ  ۖ وَإِن كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ  ۚ وَلِأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُ وَلَدٌ  ۚ فَإِن لَّمْ يَكُن لَّهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلِأُمِّهِ الثُّلُثُ  ۚ فَإِن كَانَ لَهُ إِخْوَةٌ فَلِأُمِّهِ السُّدُسُ  ۚ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ  ۗ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًا  ۚ فَرِيضَةً مِّنَ اللَّهِ  ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
    Yūṣīkumu A‍‍l-Lahu F‍‍ī 'Awlādiku‍‍m Lil‍ddaka‍‍r‍‍i Mi‍ṯlu ḥaẓẓi A‍‍l-'U‍‍n‍‍ṯayayni Fa'i‍‍n Ku‍‍nn‍‍a Nis‍‍ā‍‍'a‍‍n Fawqa A‍‍ṯnatayni Falahu‍‍nn‍‍a ṯ‍ulu‍ṯā Mā Taraka Wa 'I‍‍n Kānat Wāḥidata‍‍n Falahā A‍‍n‍‍-Niṣfu Wa Li'abawayhi Likulli Wāḥidi‍‍n Minhumā A‍‍s-Sudusu Mi‍‍mm‍‍ā Taraka 'I‍‍n K‍‍ā‍‍na Lah‍‍u Waladu‍‍n Fa'i‍‍n La‍‍m Yaku‍‍n Lah‍‍u Waladu‍‍n Wa Wa‍‍r‍‍i‍ṯah‍‍u 'Abaw‍‍ā‍‍h‍‍u Fali'a‍‍mm‍‍ihi A‍‍ṯ-‍ṯulu‍ṯu Fa'i‍‍n K‍‍ā‍‍na Lah‍‍u 'I‍ḫwatu‍‍n Fali'a‍‍mm‍‍ihi A‍‍s-Sudusu Mi‍n‍ Ba`di Waṣīyati‍‍n Yūṣī Bih‍‍ā 'Aw Daynin '‍‍Ā‍‍b‍‍ā‍‍'uuku‍‍m Wa 'A‍‍b‍‍n‍‍ā‍‍'uuku‍‍m Lā Ta‍‍d‍‍r‍‍ū‍‍na 'Ayyuhu‍‍m 'A‍‍q‍‍rabu Laku‍‍m Naf`āa‍‍n Fa‍‍r‍‍īḍata‍‍n Mina A‍‍l-Lah‍‍i 'I‍‍nn‍‍a A‍‍l-Laha K‍‍ā‍‍na `Alīmāan ḥakīmā‍‍an
    Allah sizə övladlarınız(ın mirası) barəsində oğlanın payının iki qızın payı qədər olmasını tövsiyə edir. Beləliklə, əgər (varislərin hamısı) qadın – (iki qız və ya) iki qızdan çox – olsalar (ilkin hökmə əsasən, ölənin) mirasın(ın) üçdə ikisi onlarındır (və əgər ölənin ata-anası yoxdursa qalan hissə də onlara çatır). Əgər (varis təkcə) bir qız olsa, mirasın yarısı onundur (və əgər ölənin ata-anası yoxdursa, qalan hissə də ona verilir). Əgər ölənin övladı varsa, onun ata və anasının hər birinə mirasın altıda biri verilir. Əgər övladı yoxdursa və varis yalnız ata ilə anadırsa, onda (malın) üçdə biri ananın (qalan hissəsi atanın)dır. Əgər ölənin qardaşları varsa, malın altıda biri anasınındır. (Bütün bunlar) onun etdiyi vəsiyyətdən və ya (boynunda olan) borc(un maldan ayrılmasın)dan sonradır. Siz atalarınız və oğullarınızdan hansı birinin sizin üçün daha xeyirli olmasını bilmirsiniz. (Buna görə də irs çatan şəxslərin payları arasındakı fərqlərdən təəccüblənməyin və ona etiraz etməyin. Bu bölgü üslubu) Allah tərəfindən olan bir vacibdir. Həqiqətən, Allah həmişə alim və hikmət sahibidir.

    Miras bölgüsü (ayə:11, 12)

    Bu iki ayədə insanların cəmiyyətdəki ən mühüm hüquqlarına toxunulur. Demək olar ki, bu və buna bənzər irs ayələrinin nazil olmasında hədəf qadınların və qızların paylarının təyin olunması və həmin payların onlara çatdırılmasıdır. Çünki cahiliyyət dövründə irsdən bunlara pay ayrılmırdı. 11-ci ayədə: «liz-zəkəri mislu hazzil-unsəyəyn», — deyildikdə məqsəd qızların payını təyin etməkdir, yəni, hər bir oğlana iki qıza düşən pay qədər irs verin!

    Bu ayədə diqqəti cəlb edən sözlərdən biri «auləd» sözüdür. Mütəal Allah burada: «yusikumullahu fi əbnəikum — Allah sizə oğlanlarınızı tapşırır», — deyil, «fi aulədikum — övladlarınızı (oğlan və qızlarınızı) tapşırır», — buyurur. Çünki cahiliyyət dövründə kişilər yalnız oğlanlara üstünlük verib onları əzizləyərək: «mənim balam, mənim oğlum», — deyərdilər. Ulu Tanrı bu ayə ilə oğlanların və qızların hər ikisinin valideynin övladı olmasını xatırladır və hər bir oğlana iki qızın payı qədər irs təyin edir.

    11-ci ayədə buyurulduğu kimi, dünyasını dəyişmiş şəxsin vəsiyyəti icra olunduqdan və borcları ödəndikdən sonra yerdə qalan miras vərəsələr arasında bölünə bilər.

    Mütəal Allah irs ayələrini nazil etdikdən sonra cahiliyyət fikir və əqidəsi ilə yaşayan camaat qadınlara, qızlara və kiçik uşaqlara da irs çatdığı- nı eşitdikdə etiraz edərək dedilər: bunlar düşmənlə vuruşmaq, onlara qalib gəlib qənimət gətirmək hünərinə malik olmadıqları halda nə üçün irs aparırlar? Mütəal Allah vəfat edən şəxsin istər həyat yoldaşı, istər övladı, istərsə də valideyni olsun, bunlar olmadığı təqdirdə, bacısı, qardaşı, bunlar da olmazsa, əmi, bibi, dayı və xalasına irs çatdığını bəyan edir. Çünki adını çəkdiyimiz kimsələr ya nəsəb (qohumluq), ya da səbəb (evlənmək) vasitəsilə dünyasını dəyişmiş şəxsin qohumu sayılırlar. Ona görə də, onlar vəfat edənə varis ola bilərlər. Dünyasını dəyişən şəxsin övladı, həyat yoldaşı və ata-anası olduqda onun baba, nənə, əmi, dayı, bibi və xalasına irs çatmaz. Əgər onun övladı, həyat yoldaşı və valideyni olmazsa, irs baba, nənə əmi, dayı, bibi və xalaya çatar. Adları çəkilən qohumlar (əmi, dayı, bibi və xala) olduğu təqdirdə, onların övladlarına irs çatmaz. Bu qohumların özləri olmadığı təqdirdə, irs onların övladlarına (əmiuşağı, dayıuşağı və s.-ə) çatar. Əgər vəfat edən şəxs kimsəsiz olarsa, irs onun yaşadığı dövrdə işlərini (məsələn, borc və hər hansı xətasının cərimələrini) öhdəsinə götürmüş şəxsə çatar. Əgər dünyasını dəyişmiş şəxsə sağlığında öhdəkarlıq edən olmamışdırsa, onda onun mirası həmin dövrün imamına (ə), o həzrət olmadıqda və ya onun qeyb dövründə isə şəri hakimə çatar. Boşanmış kişi və qadından hər hansı biri xanımın iddə saxladığı dövrdə dünyasını dəyişərsə, biri digərindən irs aparar. Çünki bunlar həmin dövrdə şəri baxımdan bir-birinə həyat yoldaşı (məhrəm) sayılırlar.

    Qeyd:

    1. Cəmiyyətdəki bütün incəliklər nəzərə alınaraq Allah təala tərəfindən kişi, qadın, oğlan, qız, ata, ana, baba, nənə, o cümlədən əmi, bibi, dayı və xala ilə onların həyat yoldaşları arasında olan bölgü təyin olunmuşdur.

    2. İman əhli mirası böldükdə yaşadığı ölkənin irs haqqındakı qanunlarına riayət etməklə yanaşı, Mütəal Allahın buyurduqlarını da unutmamalıdır. Əgər imanlı insanlar bu barədə dövlət qanununu icra etməyə məcbur olsalar, öz aralarında bir-birindən halallıq alsınlar, məcbur olmasalar, şəriətin buyurduğuna əməl etsinlər.

    3. Həyat yoldaşının mehriyyəsini verməmiş hər hansı bir kişi dünyasını dəyişərsə, onun malı vərəsələr arasında bölünmədən öncə digər borcları ödəndiyi kimi, yoldaşının mehriyyəsi də verilməlidir. Yaxşı olar ki, kişi həyat yoldaşının mehriyyəsini sağlığında versin və onu vəfat edənədək yubatmasın.

    4. Oğlanın mirasda qıza düşən payın iki mislini alması onun qızdan üstün tutulması və ya aralarında fərq qoyulması demək deyildir. Çünki onların hər ikisi Allahın bəndələridir. Əslində, buna səbəb oğlanın işləmək, ticarət etmək üçün əlində sərmayənin olması, ailə qurarkən yoldaşını dolanışıq və məskənlə təmin etməkdə və digər məsələlərdə üzərinə düşən xərclərin ağır olmasıdır. Uca Rəbbimiz bu incəliklərə görə kişiyə düşən mirası xanımın götürəcəyi payın iki misli qədər qərar vermişdir. Odur ki, qətlə yetirilən şəxsdən qanbahası alındıqda həmin incəliklər nəzərə alınaraq öldürülən kişinin diyəsi də xanımın diyəsinin iki misli qədər təyin olunmuşdur.

    Bəzi şəxslər belə güman etmişlər ki, mirasdan kişiyə düşən pay qadının payının iki misli qədər olduğu üçün qadına haqsızlıq olunur. Amma onlar başa düşmürlər ki, kişi iki pay alsa da, onu yaşadığı dövrdə xanıma xərcləyir. Bu yolla kişiyə verilən artıq miqdar yenə də qadının müxtəlif xərclərinə sərf olunur.

    İmam Rza (ə) Muhəmməd ibn Sənanın verdiyi sualların cavabında buyurur: «İllətu i`tain-nisəi nisfə mə yu`tər-raculu minəl-mirasi li ənnəl-mər`ətə izə təzəvvacət əxazət var-raculə yu`ti. Fəlizəlikə vaffəra alərricəl. Va illətul-uxra fi i`taiz-zəkəri misləy mə tu`tal-unsə. Liənnəl-unsə min iyəliz-zəkəri inihtəcət va aləyhi ən yə`uləhə va aləyhi nəfəqatuhə va ləysə aləl-mər`əti ən tə`ulər-raculə... va zəlikə qaulullahi azzə va cəll: ər-ricəlu qavvamunə alən-nisəi bimə fəzzaləllahu bə`zahum alə bə`zin va bimə ənfəqu min əmvalihim — Qadınlara kişiyə düşən payın yarısı qədər verilməsinə səbəb budur ki, qadın izdivac etdikdə öz xərcini kişidən alır, kişi isə onun xərcini ödəyir. Ona görə də, Mütəal Allah kişilərin payını çox qərar vermişdir. Bu işin ikinci səbəbi qadının yaşayışının kişinin üzərinə düşməsidir. Çünki o, kişinin əyalı hesab olunur. Kişinin borcudur ki, onun xərcini (nəfəqəsini) versin Bu, izzət və cəlal sahibi olan Allahın buyurduğu: „kişilər qadınları dolanışıqla təmin etdikləri və onların nəfəqələrini (xərcliklərini) verdikləri üçün üstün sayılırlar (yəni, irsin iki mislini götürürlər)“, — sözüdür.» («Nisa» surəsi, ayə:34)

    Bu barədə imam Sadiq (ə) buyurub: «İnnəl-mər`ətə ləysə aləyhə cihədun va lə nəfəqatun va lə mə`qalətun. Fə innəmə zəlikə alər-racul. Fəlizəlikə cə`alə lil-mər`əti səhmən vahidən va lir-raculi səhməyn — Cihad qadın üçün vacib buyurulmamışdır. Ailənin nəfəqəsi onun öhdəsində deyil (kişinin öhdəsindədir). Ailənin hər hansı bir üzvü kiməsə xəsarət yetirsə, onun cəriməsinin ödənməsi kişinin öhdəsinə düşür. Buna əsasən, (uca Allahın əmri ilə irs bölündükdə) qadına bir pay, kişiyə isə iki pay verilir.» («əl-Kafi», c.7, s.118)

    Bütün bunlara nəzər saldıqda görürük ki, qadınlar dünyadakı irs yolu ilə əldə olunan sərvətdən kişilərin iki misli qədər istifadə edirlər. Bu iki mislin biri onların mirasdan aldıqları paydır, ikincisi isə kişilərin vasitəsilə onlara xərclənən maldır. Ona görə də, qadınların bu barədə inciməyə və ya etiraz etməyə üzrləri yoxdur.

    Bir neçə şəxs irs almaq hüququna malik deyil:
    1. Əgər dünyasını dəyişən şəxsin övladı, yaxud qohum-əqrəbasından biri (atası, anası və s.) kafir və ya mürtəd olarsa, ona irs çatmaz. Çünki Mütəal Allah buyurur: «Va lən yəc`aləllahu lil-kəfirinə aləl-mu`mininə səbilən — Allah kafirlər üçün iman əhlindən istifadə etməyə bir yol qoymamışdır.» («Nisa» surəsi, ayə:141)

    Həmçinin, imam Cəfər Sadiqdən (ə) nəql edirlər ki, o həzrət buyurub: «əl-Kəfiru lə yərisul-muslim — Kafir olan kimsə müsəlmandan irs apara bilməz» («Vəsailuş-şiə», c.26, s.15; «əl-İstibsar», c.4, s.195).

    Kafir şəxs öz qohumlarından müsəlman bir meyitin irsi bölündükdən sonra islamı qəbul edərsə, ona irs çatmaz. Amma irs bölünmədən öncə hiylə üçün deyil, həqiqətən də, müsəlman olarsa, ona irs çatar.

    2. Qatil haqsız yerə qətlə yetirdiyi qohumunun malından irs apara bilməz. Amma o, qisas aldıqda, yaxud özünü, namusunu və dinini müdafiə etdikdə hər hansı bir qohumunu qətlə yetirmişsə, ona həmin şəxsdən irs çatar. Yaxud qohumunu bilməyərəkdən qətlə yetirərsə, ondan irs apara bilər.

    3. Zina edən kişi və qadın bu yolla dünyaya gətirdikləri uşağın malından irs apara bilməzlər, həmçinin zinazadə onu zina yolu ilə dünyaya gətirmiş kişi və qadından irs apara bilməz.

    İrsin vərəsələr arasında bölünməsini və onların hər birinə nə qədər pay düşməsini dərindən bilmək istəyənlər mötəbər risalələrə (ələmliyi sabit olmuş müctəhidlərin risaləsinə) və fiqh kitablarına müraciət edə bilərlər.

    «Tövsiyə» sözü haqqında

    11, 12-ci ayələrdə işlənən «yusikumullah» və «vasiyyətən minəllah» sözlərinin mənası cəmiyyət arasında işlənən «tövsiyə etmək, tapşırmaq» mənasında deyil, «Allah sizə əmr edir, Allahdan gələn əmr» deməkdir. Buna şahid sonrakı iki ayədir. Mütəal Allah orada buyurur: «İrs haqqında dediyimiz bu hökmlər Allahın qoyduğu qanunlardır. Hər kəs bunları icra etməkdə Allah və Rəsuluna itaət etsə, O, həmin şəxsi ağacları altından çaylar axan cənnətə daxil edər... Hər kəs Ona və Rəsuluna üsyan edərək həmin qanunlara əməl etməzsə (yaxud irs böldükdə kimsənin payını azaldıb-çoxaldarsa), Allah onu əbədi yanacağı oda daxil edər və onun üçün alçaldıcı əzab vardır.» Bu sözlərin «tövsiyə» deyil, «əmr» mənasını bildirdiyinə dair Qurani-Kərimin digər ayələrini də dəlil gətirmək olar. Məsələn, ulu Tanrımız buyurur: «Va ləqad vassaynəl-ləzinə utul-kitəbə min qablikum va iyyəkum... — Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də təqvalı olmağınızı tövsiyə (əmr) etdik.» («Nisa» surəsi, ayə:131) Yaxud başqa bir ayədə buyurur: «Şəra`a ləkum minəd-dini mə vassa bihi Nuhan val-ləzi auhaynə iləykə va mə vassaynə bihi İbrahimə va Musə va İsə ən əqimud-din... — O, Nuha, İbrahimə, Musa və İsaya tövsiyə (əmr) etdiyi din və şəriəti sizə də tövsiyə (əmr) edir (həmin əmr bundan ibarətdir): dini qoruyub saxlayın və onu icra edərkən təfriqəyə yol verməyin!...» («Şura» surəsi, ayə:13)

    Ayədə işlənən «kələlətən» sözünün mənası

    Bu söz «kəllə, yəkillu» feilinin məsdəridir. «Kull» sözü də həmin məsdərdən törəmişdir. Bu kəlmənin mənası cüzi və fərdi əşyalara şamil olan deməkdir. Məsələn, 100 rəqəmi ilk növbədə təkliklərə, sonra onluqlara şamil olunur. Yəni, təkliklər 1-dən başlayaraq (1, 2, 3, 4 və s. olmaqla) artıb 10-a, onluqlar isə 10-dan başlayaraq (10, 20, 30, 40 olmaqla) artıb 100-ə çatır. Yüz əvvəl təklikləri, sonra isə onluqları əhatə etdiyi kimi, meyitin malı bölündükdə də miras ilk olaraq onun ata-anası və övladına, onlar olmadığı təqdirdə, baba-nənə, qardaş-bacı, bunlar da olmadıqda əmi, dayı və s.-ə şamil olur. İrsin sonrakı mərhələlərdə olan qohumlara çatması «kəlalə» adlanır. Ayədə buyurulan «va in kənə raculun yurasu kələlətən au imraətun » cümləsinin mənası budur: «Əgər varis olan bir şəxs meyitin qardaşı, yaxud bacısıdırsa, onların hər birinə malın altıda bir hissəsi çatır (çünki bacı və qardaş meyitə ən yaxın olan valideyn və övlad sayılmasa da, onunla eyni bətndən dünyaya gəlmiş bacı-qardaş hesab olunurlar). Əgər onların sayı çox (məsələn, iki bacı, iki qardaş) olarsa, onlar malın üçdə birinə şərik olarlar.» Ayədən göründüyü kimi, «kəlalə» sözü qohumların ilk mərhələsi olan valideyn və övladların deyil, sonrakı mərhələ sayılan bacı-qardaşın irs aparması deməkdir.

    Övl və təsib (ailəçilik və təəssübkeşlik)

    Əgər meyitdən qalan mal vərəsələr arasında bölündükdə onlara təyin olunmuş payla qeyri-mütənasib olarsa, bunun vərəsələr arasında bölünmə tərzi barədə müsəlmanlar arasında fikir ayrılığı mövcuddur. Məsələn, əgər vəfat edən kişinin bir oğlu, bir qızı varsa və onun 9 manat pulu irs qalmışdırsa, məlumdur ki, bunlardan oğlana 6 manat, qıza isə 3 manat düşər. Əgər irs 8 manatdırsa, əhli-sünnənin nəzərinə görə, malın naqis olan hissəsi varislərin hər ikisinin payından azaldılır, yəni, oğlana 6 manatdan az düşdüyü kimi, qıza da 3 manatdan az düşər. Amma irs 10 manat olarsa, əhli-sünnənin nəzərinə əsasən, oğlana 6 manat, qıza 3 manat verildikdən sonra yerdə qalan 1 manat yenə oğlana çatır. Həmçinin, əhli- sünnənin fikrinə əsasən, meyitdən qalmış mal az gəldikdə onun hər iki tərəfdən olan qohumlarının (əmi, dayı, bibi və xalanın) payından azaldılır. Çox olduqda isə artıq qalan hissə onun yalnız ata tərəfindən olan qohumları (əmi, bibi) arasında bölünür. Bu baxımdan fiqh elmində ilk bölgüyə «övl» (kişi və qadın olmasından asılı olmayaraq ailənin bütün üzvlərini nəzərə almaq), artıq qalmış malın bölünməsinə isə «təsib (təəssübkeşlik edərək kişiyə üstünlük verilməsi)» deyilir. Lakin Əhli-beyt (ə.s) fiqhinə əsasən, malın naqis qalmış hissəsi həm kişi, həm də xanımdan azaldıldığı kimi, artıq qalan hissə də hər ikisi arasında bölünməlidir.

    Əgər bir kişinin daimi nikahla evləndiyi həyat yoldaşı bir nəfərdən artıq olarsa, onlar bir xanıma düşən paya (kişinin övladı yoxdursa, dörddə birinə, övladı varsa, səkkizdə birinə) şərik olurlar.

    Vəsiyyət edən şəxs malının hamısını, yaxud yarısını məscidə, hüseyniyyəyə, kimsəsizlər evinə, yaxud hansısa bir qohumuna xərclənməsini vəsiyyət edə bilməz. O, malının yalnız üçdə birini xeyirxahlıq məqsədilə xərclənməsini vəsiyyət edə bilər.

    Bu iki ayədə borcdan əvvəl zikr olunan «vəsiyyət» kəlməsi diqqəti cəlb edir. Bəzi şəxslər belə güman edə bilərlər ki, bu ayədə işlənən sözlərə əsasən, meyitin malı bölünəndə əvvəl vəsiyyət edilənlər ayrılmalı, sonra borclar ödənməlidir. Lakin diqqət yetirsək, görərik ki, meyitin malından borcları ödəndikdən sonra etdiyi vəsiyyətə əməl olunmalıdır. «Vəsiyyət» kəlməsinin borcdan əvvəl zikr olunmasının səbəbi camaatın vəsiyyətə də borc kimi əhəmiyyət verməli olmasıdır. Hamı bilir ki, meyitin borcu ödənməlidir. Lakin ola bilər ki, bəzi şəxslər vəsiyyətə elə də əhəmiyyət verməsinlər.

    Əmirəl-möminin Əlidən (ə) rəvayət olunur ki, o həzrət buyurub: «İnnəkum təqraunə fi həzihil-əyəti əl-vasiyyətə qabləd-dəyn. Va innə Rasu- ləllah (s) qaza bid-dəyni qabləl-vasiyyəh — Siz bu ayədə vəsiyyət sözünü borc sözündən əvvəl oxuyursunuz. Halbuki, Allahın Rəsulu (s.ə.a. s) meyitin malının bölünməsi haqqında əmr etmişdir ki, onun borcu vəsiyyətindən öncə ödənsin.» («Vəsailuş-şiə», c.19, s.331; «Məcməul-bəyan», c.3, s.25)

    Mütəal Allah bu iki ayənin birincisinin sonunda «innəllahə kənə alimən hakimə» ifadəsini, ikincisinin sonunda isə «vallahu alimun halim» ifadəsini işlətmişdir. Birincisində məqsəd Allahın hər şeyi — insanların dolanışıq və yaşayışını yaxşı bilməsi və kimə nə qədər mal verilməli olduğunu öz hikmətilə həyata keçirtdiyini bəyan etməkdir. İkincisində isə bildirir ki, Allah hər bir şeyi yaxşı bilir, insanların niyyətlərindən xəbərdardır, qanunu pozanları cəzalandırmaqda tələsməməsi isə Onun həlim olması ilə bağlıdır.

  • 4:12

     ۞ وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌ  ۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ  ۚ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ  ۚ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌ  ۚ فَإِن كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُم  ۚ مِّن بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ  ۗ وَإِن كَانَ رَجُلٌ يُورَثُ كَلَالَةً أَوِ امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ  ۚ فَإِن كَانُوا أَكْثَرَ مِن ذَ‌ٰلِكَ فَهُمْ شُرَكَاءُ فِي الثُّلُثِ  ۚ مِن بَعْدِ وَصِيَّةٍ يُوصَىٰ بِهَا أَوْ دَيْنٍ غَيْرَ مُضَارٍّ  ۚ وَصِيَّةً مِّنَ اللَّهِ  ۗ وَاللَّهُ عَلِيمٌ حَلِيمٌ
    ‌Wa Laku‍‍m Niṣfu Mā Taraka 'Azwājuku‍‍m 'I‍‍n La‍‍m Yaku‍‍n Lahu‍‍nn‍‍a Waladu‍‍n Fa'i‍‍n K‍‍ā‍‍na Lahu‍‍nn‍‍a Waladu‍‍n Falakumu A‍‍r-Rubu`u Mi‍‍mm‍‍ā Tarakna Mi‍n‍ Ba`di Waṣīyati‍‍n Yūṣ‍‍ī‍‍na Bih‍‍ā 'Aw Dayni‍‍n Wa Lahu‍‍nn‍‍a A‍‍r-Rubu`u Mi‍‍mm‍‍ā Taraktu‍‍m 'I‍‍n La‍‍m Yaku‍‍n Laku‍‍m Waladu‍‍n Fa'i‍‍n K‍‍ā‍‍na Laku‍‍m Waladu‍‍n Falahu‍‍nn‍‍a A‍‍ṯ-‍ṯumunu Mi‍‍mm‍‍ā Taraktu‍‍m Mi‍n‍ Ba`di Waṣīyati‍‍n Tūṣ‍‍ū‍‍na Bih‍‍ā 'Aw Dayni‍‍n Wa 'I‍‍n K‍‍ā‍‍na Rajulu‍‍n Yūra‍ṯu Kalālatan 'Aw A‍‍m‍‍ra'atu‍‍n Wa Lah‍‍u 'A‍ḫun 'Aw 'U‍ḫtu‍‍n Falikulli Wāḥidi‍‍n Minhumā A‍‍s-Sudusu Fa'i‍‍n Kān‍‍ū 'Ak‍ṯara Mi‍‍n ḏālika Fahu‍‍m šurak‍‍ā‍‍'u Fī A‍‍ṯ-‍ṯulu‍ṯi Mi‍n‍ Ba`di Waṣīyati‍‍n Yūṣá Bih‍‍ā 'Aw Daynin ġayra Muḍ‍‍ā‍‍r‍‍r‍‍i‍‍n Waṣīyata‍‍n Mina A‍‍l-Lah‍‍i Wa A‍‍ll‍‍ā‍‍hu `Al‍‍ī‍‍mun ḥal‍‍ī‍‍m‍‍un
    Əgər arvadlarınızın (sizdən, yaxud başqa bir ərdən) uşağı yoxdursa etdikləri vəsiyyət və ya (boyunlarında olan) borc(un həmin maldan ayrılmasın)dan sonra onların mirasının yarısı sizindir, əgər uşaqları olsa onların mirasının dörddə biri sizindir. Həmçinin əgər sizin (ondan və ya qeyrisindən) övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya (öhdənizdə olan) borc(un ayrılmasın)dan sonra sizin mirasınızın dörddə biri onundur və əgər övladınız varsa, mirasınızın səkkizdə biri onundır. Əgər irsi bölünən kişi və ya qadının ata, ana və övladı olmasa və onun (ana tərəfdən) bir qardaşı, yaxud (ana tərəfdən) bir bacısı olmuş olsa, o ikisinin hər birinə mirasın altıda biri çatır (və əgər babaları olmasa qalan hissəsi də onlara verilir). Əgər bir nəfərdən çox olsalar (qardaş yaxud bacı və ya hər ikisi olsa), varislərə ziyan vurmaq qəsdi olmayan vəsiyyətdən, yaxud (ölənin boynunda olan) borc(un ayrılmasın)dan sonra onlar malın üçdə birində (bərabər şəkildə) şərikdirlər. (Bu,) Allah tərəfindən olan bir tapşırıqdır. Allah alim və həlimdir.
  • 4:13

    تِلْكَ حُدُودُ اللَّهِ  ۚ وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا  ۚ وَذَ‌ٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
    Tilka ḥud‍‍ū‍‍du A‍‍l-Lah‍‍i Wa Ma‍‍n Yuṭi`i A‍‍l-Lah‍‍a Wa Rasūlah‍‍u Yu‍‍d‍‍ḫilhu Ja‍‍nn‍‍ā‍‍ti‍‍n Ta‍‍j‍‍r‍‍ī Mi‍‍n Taḥtihā A‍‍l-'Anh‍‍ā‍‍ru ḫālid‍‍ī‍‍na Fīhā Wa ḏalika A‍‍l-Fawzu A‍‍l-`Aẓ‍‍ī‍‍m‍‍u
    Bunlar Allahın sərhədləridir (Onun sərhəd kimi pozulmaz hökmləridir). Kim Allaha və Onun peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Budur böyük uğur və nailiyyət!
  • 4:14

    وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌ
    ‌Wa Ma‍‍n Ya`ṣi A‍‍l-Lah‍‍a Wa Rasūlah‍‍u Wa Yata`adda ḥudūdah‍‍u Yu‍‍d‍‍ḫilhu Nārāan ḫālidāa‍‍n Fīhā Wa Lah‍‍u `A‍ḏ‍ā‍‍bu‍‍n Muh‍‍ī‍‍n‍‍un
    Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır.
  • 4:15

    وَاللَّاتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَائِكُمْ فَاسْتَشْهِدُوا عَلَيْهِنَّ أَرْبَعَةً مِّنكُمْ  ۖ فَإِن شَهِدُوا فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللَّهُ لَهُنَّ سَبِيلًا
    Wa A‍‍l-Lātī Ya't‍‍ī‍‍na A‍‍l-Fāḥi‍šata Mi‍‍n Nis‍‍ā‍‍'iku‍‍m Fāsta‍šhidū `Alayhi‍‍nn‍‍a 'Arba`ata‍‍n Mi‍‍n‍‍ku‍‍m Fa'i‍‍n šahidū Fa'a‍‍m‍‍sikūhu‍‍nn‍‍a Fī A‍‍l-Buy‍‍ū‍‍ti ḥattá Yatawaffāhu‍‍nn‍‍a A‍‍l-Mawtu 'Aw Ya‍‍j‍‍`ala A‍‍l-Lah‍‍u Lahu‍‍nn‍‍a Sabīlā‍‍an
    (Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana və ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.)

    Zinakarlar üçün tətbiq olunmuş ilk cəza üsulu (ayə:15, 16)

    15-ci ayədə işlənən «əl-ləti» sözü «əl-ləti» sözünün cəmi olub mənası «o qadınlar ki» deməkdir.

    «əl-Fəhişə» sözü «çirkin əməl, pis yol və təriqət» mənasını daşıyır. Baxmayaraq ki, bu ümumi olaraq çirkin əməl mənasına gəlir, Quran istilahında bu kəlmə kişi ilə qadının zina etməsi mənasında məşhur olmuşdur. Kişi ilə kişinin, yaxud qadınla qadının çirkin işlərinə elmi baxımdan «əl-fəhişə», yaxud «əl-fuhş» deyilsə də, istilahi baxımdan kişinin kişi ilə əxlaqsızlıq etməsinə «ləvat», qadının qadınla pis iş görməsinə isə «suhq, yaxud musəhaqat» deyilir.

    Bu iki ayədə həmin çirkin əməllərdən ən çox meyil göstərilən zina barəsində danışılmışdır. Zina edən kişi və qadın əgər subay olarsa, onun bir hökmü, ərli olarsa, digər bir hökmü var. Mütəal Allah təfsirini yazdığımız bu ayələrin birincisində qadınların hökmünü, ikincisində isə həm qadınların, həm də kişilərin hökmünü bəyan edir. Əgər qadının zina etməsinə dörd nəfər adil şəxs şahid olsa, həmin qadın evdə həbs olunaraq ömrünün axırınadək orada qalmalıdır. Belə ki, həmin qadın ya tövbə edib bu çirkin əməldən uzaqlaşar, ya da cəmiyyət arasında fitnə-fəsadın yayılmaması üçün ölənədək orada saxlanılar (hətta mobil telefon və internet kimi müasir texnikalardan belə uzaq tutular). Əlbəttə, zina edən qadını evdə həbs etmək hökmü Allah təala tərəfindən onlar üçün nicat yolu göstərilənədək davam edir. Ömrün sonunadək evdə həbs olunmaq zina etməsi açıq-aşkar olan qadınlar üçündür. Belə ki, dörd nəfər şəxs onların zina etməsinə şahid olsun.

    Ayədəki sözlərə diqqət yetirsək, görərik ki, Mütəal Allah ayənin sonunda həmin qadınlar üçün çıxış yolu qoyana qədər gözlənilməsini əmr edir. Yəni, onları evlərdə həbs edin, ta ki, onların ya ömürləri sona çatsın, ya da Allah onlar üçün bir çıxış yolu qoysun. Bu çıxış yolu «Nur» surəsində bəyan olunmuşdur. Buradan məlum olur ki, Mütəal Allah bu hökmü islamın ilk günlərində hələ hökumət yaradılmadan öncə əmr edir. Belə ki, islam dövləti yaranaraq mütəşəkkil formaya düşdükdən sonra subay şəxslərdən zina edənlərin hökmü Quran ayəsilə, evlilərdən zina edən şəxslərin hökmü isə Peyğəmbərin buyruğu ilə qanun şəklini aldı.

    Bəzi şəxslər güman edirlər ki, bütün hökmlər Quran ayələri ilə bəyan olunmalıdır. Buna əsasən, onlar hər hansı bir hökm haqqında çətinliyə düşdükdə onu Quran ayələrindən axtarırlar. Buna müvəffəq olmadıqda isə həmin hökmü inkar etməyə çalışırlar. O hökmlərdən biri də evli şəxslərdən zina edənlərin daş-qalaq olunmasıdır. Onlar bu haqda Quran ayəsinə rast gələ bilmədikdə çalışırlar ki, bu hökmü ya inkar etsinlər, ya da zəif hədis və rəvayətlərlə onun Quranda olduğunu sübuta yetirsinlər. Həmin rəvayətlərdən biri də əhli-sünnə alimlərinin Ömər ibn Xəttabdan nəql etdikləri cümlədir. O deyib: «Kənə fimə ənzələ minəl-Qur`ən: əş-şəyxu vaş-şəyxətu izə zənəyə fərcumuhumə əl-bəttətə... — Quranın nazil olan ayələrindən biri də belə idi: yaşlı (evli) kişi və (ərli) qadın zina etsələr, onları mütləq daş-qalaq edin!

    Ömər sözünə davam edərək deyir: Quran nazil olarkən bu ayə var idi, sonra isə onun oxunuşu çıxarılaraq hökmü qalmışdır.» («Mənahi- lul-irfan fi ulumil-Qur`an», c.2, s.215; «əl-Bəyan», s.220-221, hədis:1; «Səhihi-Buxari», c.8, s.26; «Səhihi-Muslim», c.5, s.116)

    Lakin nəql olunmuş bu fikir heç bir elm və məntiqə əsaslanmır. Çünki, əvvəla, bu sözü Peyğəmbər səhabələrindən digərləri nəql etməmişlər. Bundan əlavə, bu söz Quranın təhrif olunması fikri ilə nəticələnir. Əgər bir şəxs Quranda müəyyən bir hökmün əvvəllər olub sonra silindiyini iddia edərsə, bu, Quranın bir ayəsinin azaldığı anlamına gəlir. Halbuki, islam aləminin bütün mühəqqiq, alim və müctəhidləri Quranın təhrif olunmadığında həmfikirdirlər.

    Sözsüz ki, din və şəriətimizin ilk əsası Qurani-Kərimdir. Amma bunu da bilməliyik ki, bir hökmü Qurandan tapa bilməsək, gərək Peyğəmbər və Əhli-beytdən (ə.s) nəql olunmuş hədislərə müraciət edək. Evli qadın və kişinin daş-qalaq olunması hökmü Quran ayəsi ilə deyil, Peyğəmbərin buyurduğu hədislə sübuta yetirilib. Peyğəmbərin buyurduğu sözlərin Allahın rəyi ilə üst-üstə düşdüyünü isə yenə də Quran təsdiq edir. İzzət və cəlal sahibi olan Allah buyurur: «Mə ətəkumur- Rasulu fəxuzuhu va mə nəhəkum anhu fəntəhu — Peyğəmbər sizə nəyi əmr edirsə, onu qəbul edin, nədən çəkindirirsə, ona son qoyun!» («Həşr» surəsi, ayə:7)

    Peyğəmbər zina edən şəxslərin cəzalandırılması haqqında buyurub: «Xuzu anni, xuzu anni, qad cə`aləllahu ləhunnə səbilən: əl-bikru bil-bikri cəldu miətin va təğribu amin vas-səyyibu bis-səyyibi cəldu miətin var-racmu — Bu hökmü məndən alın, bu hökmü məndən qəbul edin: Allah onlar (zinakarlar) üçün çıxış yolu qoydu. Subay kişi subay qadınla zina edərsə, onların cəzası 100 qamçı vurulmaq və yaşadığı yerdən bir il müddətinə sürgün edilməkdir. Evli kişi ərli qadınla zina edərsə, onların cəzası 100 qamçı və daş-qalaq olunmaqdır.» («Biharul- ənvar», c.76, s.31; «Sunəni-Əbu Davud», babun fir-rəcm c.2, s.549; «Sunəni-Beyhəqi», c.2, s.333; «Səhihi-Müslim», babu həddiz-zina c.3, s.1316; «Musnədi-Əhməd», c.37, s.400)

    Burada belə bir sual yarana bilər: nə üçün evlilərdən zina edənlərin hökmü Quran ayəsi vasitəsilə bəyan olunmamışdır? Cavab olaraq qeyd etməliyəm ki, əvvəla, vacib deyil ki, əhkamın bütün qisimləri Quran vasitəsilə bəyan olunsun. İkincisi isə, Allahın hökmünü camaata çatdırmağın iki yolu var:
    1. Peyğəmbər Mütəal Allahın hökmünü heç bir kəlmə və hərf dəyişikliyi olmadan insanlara Quran ayəsi vasitəsilə çatdırır;
    2. Peyğəmbər Mütəal Allahın əmrini camaata öz kəlmələri ilə bəyan edir.

    Birinci yol Quran vasitəsi, ikinci yol isə sünnət vasitəsilə bəyan olunur. İstər Qurani-Kərim vasitəsilə olsun, istərsə də Peyğəmbərin buyruğu ilə, bunların hər ikisi Allahın hökmü hesab olunur.

    Peyğəmbərə vəhy nazil olduqda o həzrət vəhyin ağırlığından bəzən «iğma» halına düşərdi, yəni, bayılaraq özündən gedərdi. Həzrət ayıldıqda Cəbrailin gətirdiyi hökmü ətrafındakılara ya olduğu kimi hərfbəhərf deyər, ya da öz sözləri ilə bəyan edərdi.

    Yuxarıda qeyd olunmuş «xuzu anni» hədisinə nəzər salsaq, görərik ki, həmin hədis bu qəbildəndir. Belə ki, o həzrət «iğma» halında Cəbraildən aldığı vəhyi camaata öz sözləri ilə bəyan etmişdir. Amma həmin kəlmələr Allahın vəhyi və hökmü hesab olunur. Çünki Mütəal Allah Peyğəmbərin danışdığı kəlmələr haqqında buyurur: «Va mə yəntiqu anil-həva. İn huva illə vahyun yuha. Alləməhu şədidul-quva — Peyğəmbər öz həvayi-həvəsindən danışmaz. Onun danışdıqları yalnız ona vəhy olunmuş sözlərdir. Onu (Peyğəmbərə Allahın əmri ilə) çox qüvvətli olan (Cəbrail) öyrətdi.» («Nəcm» surəsi, ayə:3-5)

    İslamın ilk günlərində qadınlardan evli olanlar zina etdikdə dörd nəfərin şahidliyi ilə həbs olunaraq evdə saxlanılırdılar. İslam hökuməti təşkil olunduqdan sonra isə onlar daş-qalaq edilməklə cəzalandırılırdılar. Həmçinin, subay şəxslər zina etdikdə islamın ilk günlərində müxtəlif əziyyətlərlə cəzalandırılırdılarsa, islam dövləti yarandıqdan sonra 100 qamçı vurulmaqla cəzalandırılırdılar. Başqa bir fərq də bundan ibarətdir ki, islamın ilk günlərində istər evlilər, istərsə də subaylar haqqında verilən qanun həmin şəxslərin vəlilərinin (atası, yaxud yoldaşı), yaxud qohum-əqrəbasının əli ilə icra olunurdu. Amma hökumət yarandıqdan sonra evdə həbs olunmaq daş-qalaq edilməklə, subaylara kötək vurmaq isə qohumların deyil, hökumətin vasitəsilə 100 qamçı vurulmaqla əvəz olundu.

    Qeyd olunmalıdır ki, bu iş əvvəlkindən (ömrün sonunadək həbs olunmaqdan, yaxud qohum-əqrəbanın daim əziyyət verməsindən) daha asan idi. Çünki sonrakı hökmdə günah edən şəxs daşqalaq edilib öldürülməklə, yaxud 100 qamçı vurulmaqla canını qurtarırdı. Bundan əlavə, islamın ilk günlərində icra olunan cəzalar cahiliyyət dövründən qalma idi. Mütəal Allah yenicə müsəlman olmuş şəxslərə Onun tərəfindən bir hökm gələnədək həmin cəzaların tətbiq olunmasına icazə verdi.

    Qeyd etdiklərimizdən məlum olur ki, zina edən kimsələrin cəzalandırılması haqqındakı bu hökm Allahın əmrinin dəyişilməsi (əvvəlki hökmünün ləğv olunması) demək deyildir. Sadəcə olaraq cahiliyyət dövründəki cəza üsulu Allahın hökmü nazil olanadək müvəqqəti şəkildə icra olunurdu.

  • 4:16

    وَاللَّذَانِ يَأْتِيَانِهَا مِنكُمْ فَآذُوهُمَا  ۖ فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا عَنْهُمَا  ۗ إِنَّ اللَّهَ كَانَ تَوَّابًا رَّحِيمًا
    Wa A‍‍l-La‍ḏ‍ā‍‍ni Ya'tiyānihā Mi‍‍n‍‍ku‍‍m Fa'‍‍ā‍‍ḏūhumā Fa'i‍‍n Tābā Wa 'Aṣlaḥā Fa'a`‍‍r‍‍iḍū `Anhum‍‍ā 'I‍‍nn‍‍a A‍‍l-Laha K‍‍ā‍‍na Tawwābāa‍‍n Raḥīmā‍‍an
    (Ey İslam hakimləri) sizlərdən həmin əməli (zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını ilahi cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından qabaq) tövbə etsələr və (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən, Allah həmişə tövbələri qəbul edən və mehribandır.
  • 4:17

    إِنَّمَا التَّوْبَةُ عَلَى اللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُولَـٰئِكَ يَتُوبُ اللَّهُ عَلَيْهِمْ  ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
    'I‍‍nn‍‍amā A‍‍t-Tawbatu `Alá A‍‍l-Lah‍‍i Lilla‍ḏ‍ī‍‍na Ya`mal‍‍ū‍‍na A‍‍s-S‍‍ū‍‍'a Bijahālati‍‍n ṯ‍u‍‍mm‍‍a Yatūb‍‍ū‍‍na Mi‍‍n Qa‍‍r‍‍ī‍‍bi‍‍n Fa'‍‍ū‍‍l‍‍ā‍‍'ika Yat‍‍ū‍‍bu A‍‍l-Lah‍‍u `Alayhi‍‍m Wa K‍‍ā‍‍na A‍‍l-Lah‍‍u `Alīmāan ḥakīmā‍‍an
    Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir.

    Tövbəsi qəbul olunan kəslər (ayə:17)

    Mütəal Allah bu ayədə həsr kəlməsi olan «innəmə» sözü ilə bəyan edir ki, O, yalnız nadanlıq üzündən (əhkamı bilmədiyi üçün) günah edən və günah etdikdən sonra tövbə edən kimsələrə tərəf üz çevirərək onların tövbələrini qəbul edər. Amma ömrünün sonuna qədər günah edənlərin, həmçinin günah etməkdə inadkarılıq edənlərin (kafirlərin) tövbəsini qəbul etməz.

    Günah edən hər bir şəxs tövbə etdikdə Mütəal Allah ona iki dəfə Öz lütfünü göstərər:
    1. Əvvəl həmin şəxsin ürəyində peşmançılıq hissi yaradaraq onu tövbə etməyə həvəsləndirər;
    2. Tövbə etdikdən sonra isə onun tövbəsini qəbul edər.

    Mütəal Allah Özünə vacib edib öhdəsinə götürmüşdür ki, günahına görə həqiqi peşman olanların etdikləri tövbəni qəbul etsin. Necə ki, ayədə buyurulur: «Nadanlıqla günah etdikdən sonra Allaha tərəf qayıdanların tövbəsini qəbul etməyi, O, öz üzərinə götürmüşdür.»

    Əgər Mütəal Allah bu cür tövbə edənlərin tövbəsini qəbul etməzsə, Onun həmin şəxslərə «tövbə edin!» buyurması mənasız olardı. Bir şeyin günah və haram olmasını bilməyən kimsədən günah baş versə, o əməl həmin şəxs üçün Allaha qarşı üsyan və inadkarlıq deyil, xətaya yol vermək hesab olunar. Mütəal Allah belə şəxsləri bilmədən günah etdiklərinə görə tez bağışlayar. Belə şəxslər ömrünün sonunadək bilmədən günah edərsə, sonda həmin işin günah olduğunu bilərək tövbə etməklə bağışlanarlar. Amma bir əməlin haram və günah olmasını bilən şəxs həmin əməli ömrünün axırınadək icra edib tövbə etməyi yubadaraq ölüm anına saxlayarsa, onun tövbəsi qəbul olunmaz.

    Cəmil ibn Dərrac deyir: «İmam Sadiqdən (ə) eşitdim ki, (mübarək) əli ilə boğazına işarə edərək buyurur: izə bələğatin-nəfsu həhunə va əşəra biyədihi ilə halqihi ləm yəkun lil-alimi taubətun Alim olan
    (bir şeyin haram olduğunu bilərək onu davamlı olaraq icra edən) şəxs nəfəsi boğazına çatdıqda tövbə edərsə, onun tövbəsi qəbul olunmaz.

    Sonra o həzrət tövbə ayəsini oxudu.» («əl-Kafi», c.1, s.62, babu luzumil-huccəti aləl-alimi va təşdidi-əmr; «əl-Bürhan», c.1, s.353, hədis:1) Muhəmməd ibn Müslim rəvayət edir ki, bir gün imam Sadiq (ə) mənə buyurdu: «Zunubul-mu`mini izə təbə anhə məğfuratun ləh. Fəlyə`məlil-mu`minu limə yəstə`nifu bə`dət-taubəti val-məğfirati. Ə mə vallahi innəhə ləysət illə liəhlil-imən. Qultu: fəin adə bə`dət-taubəti val-istiğfəri fiz-zunubi va adə fit-taubəti? Fəqalə: yə Muhammədəbnə Muslim, ə təral-abdəl-mu`minə yəndimu alə zənbihi fəyəstəğfirullahə minhu va yətubu summə lə yəqbəlullahu taubətəhu? Qultu: fə in fə`alə zəlikə miraran yəznibu summə yətubu va yəstəğfir? Fəqal: kulləmə adəl-mu`minu bil-istiğfəri vat-taubəti adəllahu tə`ala aləyhi bil-məğfirah. Va innəllahə ğafurun rahim. Yəqbəlut-taubətə va yə`fu anis-səyyiəti fə iyyəkə ən tuqnitəl-mu`mininə min rahmətilləh! — Ey Muhəmməd ibn Müslim, möminin günahları tövbə etməklə bağışlanar. O, tövbə etdikdən sonra gərək saleh işlər görməyə başlasın. And olsun Allaha, bu cür güzəşt yalnız iman əhlinə məxsusdur.

    Mən dedim: əgər həmin şəxs bir də günah edərək yenidən tövbə edərsə, onun da tövbəsi qəbul olunar? İmam (ə) buyurdu: ey Muhəmməd ibn Müslim, sən elə güman edirsən ki, əgər mömin yenidən etdiyi günahdan peşman olaraq tövbə etsə, Allah onun tövbəsini qəbul etməz?

    Mən ərz etdim: əgər bir şəxs təkrarən həm günah edər, həm də tövbə edərək bağışlanmaq diləyərsə, Allah təala onu da bağışlayar? O həzrət buyurdu: mömin günah etdikdən sonra hər dəfə doğrudan da, peşman olaraq bağışlanmaq diləyərsə, Mütəal Allah onu bağışlayar. Həqiqətən də, Allah çox bağışlayan və rəhmlidir. O, tövbəni qəbul edər, çirkin və günah işləri bağışlayar. Məbada, iman əhlini Allahın rəhmətindən məyus edəsən!» («Biharul-ənvar», c.6, s.40; «əl-Kafi», c.2, s.600; «Vəsailuş-şiə», c.16, s.79; «əl-Bürhan», c.1, s.353, hədis:2)

    Bir sözlə, günah edən şəxs bir işin haram olmasını bilmədən onu yerinə yetirərsə, ömrünün sonunda da tövbə etsə, onun tövbəsi qəbul olunar. Amma bilərəkdən günah bir işi ömrünün axırına qədər davam etdirən şəxs tövbəni son nəfəsə saxladığı üçün onun tövbəsi qəbul olunmaz.

    Buradək zikr etdiklərimizi ayənin zahirinə əsaslanaraq qeyd etmişik. Amma ayədə diqqəti cəlb edən digər nöqtələr də vardır ki, gərək onlara da toxunaq. Ayədə işlənən «cəhələt» sözü elmsizlik mənasında işlənməklə yanaşı, digər dəqiq bir mənaya da malikdir. Həmin məna qəzəb və şəhvətin insana qalib gəlməsidir. Bunlardan hər hansı biri qalib gəldikdə insan nə etdiyini və etdiyi işin nə ilə nəticələnəcəyini bilmir. İnsanların bir çoxu hansı əməlin günah və haram olduğunu yaxşı bilirlər. Amma şəhvət onlara qalib gəldikdə özlərini aqil bir insan kimi deyil, cahil və düşüncəsiz şəxs kimi apararaq ona tərəf üz tuturlar. Quran bu cür şəxsləri cahil adlandırır. Onların əksəriyyəti, adətən, şəhvət, yaxud qəzəb üzündən bir iş gördükdən sonra peşman olaraq «bu nə iş idi ki, mən etdim» deyərlər. Bəzən isə Allahın adını dillərinə gətirərək «əstəğfirullah» deyərlər. Onların bu peşmançılığı bir növ Allah dərgahına qayıtmaq və tövbə etmək kimi sayılar. İstər yenidən həmin günahı etməyə qüdrətləri çatsın, istərsə də çatmasın. Ona görə də, hətta qoca insanlar etdikləri günahlara görə peşman olub o əməllərin çirkin olduğunu etiraf etsələr, baxmayaraq ki, onların həmin əməlləri yenidən icra etməyə qüdrətləri çatmır, Allah onların da tövbəsini qəbul edər.

    Əli əl-Əhməsi imam Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Vallahi mə yəncu minəz-zənbi illə mən əqarra bihi və qalə: kəfə bin-nədəmi taubətən — And olsun Allaha, günahın çirkinliyini etiraf etməyən şəxs onun əzabından qurtula bilməz. Sonra o həzrət sözünə davam edərək buyurdu: tövbə etmək üçün həqiqi peşmançılıq kifayət edər (çünki insan, həqiqətən də, peşman olsa, bir daha etdiyi günahın ardınca getməz).» («Biharul-ənvar», c.6, s.38; «əl-Kafi», c.2, s.588)

    Zürarə imam Baqirdən (ə) nəql edir ki, o həzrət buyurub: «İzə bələğatin-nəfsu həzihi va əhva biyədihi ilə həncəratihi ləm yəkun lil- alimi taubətun va kanət lil-cəhili taubətun — Ömrünün son saatlarında nəfəsi hülqumuna çatdıqda bilərəkdən (inadkarlıqla, din və şəriətin əhkamını inkar etməklə) günah edən kimsə üçün tövbə yoxdur. Amma (şəhvət, qəzəb və s. hisslərin qalib gəlməsilə) günah edən kimsənin tövbəsi can verdiyi halda belə qəbul olunar.»

    Təbii ki, şəhvəti qalib gəldiyinə görə günah edən şəxs onu bir daha təkrar etməz. Əgər həmin əməl ondan bir daha baş verərsə, o, yenə də peşman olar. Buradan məlum olur ki, «cahil» kəlməsində məqsəd insanın həmin əməlin günah olmasını bilməməsi demək deyildir (çünki insanların əksəriyyəti hansı əməllərin haram və günah olmasını bilirlər). Əslində, bu sözün məna incəliyi insanın günah bir əməli şəhvət və ya qəzəb nəticəsində özünü itirərək icra etməsindədir. Buna görə də, belə insanlar Quran ayələrində və rəvayətlərdə «cahil» adlandırılırlar.

    «Min qaribin» ifadəsi

    Dilimizdəki «qərib» sözü «ğayn» hərfi ilə («ğarib» şəklində) yazılaraq mənası «qürbətdə yaşayan, yaxınlarından uzaq düşən, kimsəsiz şəxs» deməkdir. «Qaf» hərfilə yazılan «qərib» sözünə gəlincə, o, ərəb dilində «yaxın» mənasında işlənir. Mübarək ayədə Mütəal Allah buyurur: «İnnəmət-taubətu aləllahi lil-ləzinə yə`məlunəs-suə bicəhələtin summə yətubunə min qaribin... — Allah yanında yalnız o kimsələrin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucbatından pis bir iş gördükdən sonra yaxından tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər.»

    Əgər ayədə «an qaribin» yazılsaydı, bu ayə: «günah etdikdən sonra dərhal tövbə edənlərin tövbəsi qəbul olunur», — mənasını daşıyardı. Lakin ayədə «min qaribin» yazıldığına görə onun mənası: «tövbə (şəhvət üzündən) günah etdikdən sonra etdiyi əmələ görə peşman olan kimsə üçündür» deməkdir. İnsan hətta ölüm ayağında belə gördüyü əməlin pis olduğunu etiraf edərsə, onun tövbəsi qəbul olunar. Çünki onun bu etirafı Allahın hökmünü təsdiqləməsi deməkdir.

    Qeyd etdik ki, «qərib» sözü «yaxın vaxt» mənasını daşıyır. Əgər belədirsə, günah edən şəxs günah etdikdən dərhal sonra, yaxud ən yaxın zamanda tövbə edərək günaha son qoymalıdır. Belə bir sual meydana çıxa bilər ki, nə üçün inadkar və kafirlərin deyil, cahil kimsələrin tövbəsi ömürlərinin son vaxtında da qəbul olunur? Bu, «qərib — yaxın» sözünün hansı mənasıdır? Buna cavab olaraq qeyd etməliyəm ki, ömrün son dəqiqələri insanın etdiyi günahlardan ən uzaq olan vaxtıdır. Yəni, əgər bir şəxs ömrü sona çatmadan öncə nə vaxt etdiyi günahlara görə peşman olub tövbə etsə, bu, «qərib — yaxın vaxt» hesab olunar və Mütəal Allah onun tövbəsini qəbul edər. Çünki onun vəfat etməsinə hələ müəyyən qədər vaxt var. Təbii ki, bu, Mütəal Allah tərəfindən xətaya yol verən insanlara bir növ güzəştdir. Amma bəyənilir ki, günah edən şəxslər tövbə etməyə tələsərək etdikləri günaha son qoysunlar. Allahın bu cür mərhəmətindən sui-istifadə edərək tövbə etməyi yubatmasınlar. Çünki tövbəni gecikdirməyin özü günah sayılır.

    Həzrət Peyğəmbər (s.ə.a. s) ömrünün son günlərində etdiyi xütbədə buyurub: «Mən təbə qablə mautihi bisənətin təbəllahu aləyhi. Summə qalə: innəs-sənətə ləkəsiratun. Va mən təbə qablə mautihi bişəhrin təbəllahu aləyhi. Summə qalə: innəş-şəhrə ləkəsirun. Va mən təbə qablə mautihi biyaumin təbəllahu aləyh. Summə qalə: va innəl- yaumə ləkəsirun. Va mən təbə qablə mautihi bisə`atin təbəllahu aləyh. Summə qalə: va innəs-sə`atə ləkəsiratun. Mən təbə va qad bələğat nəfsuhu həzihi va əhva biyədihi ilə halqihi təbəllahu aləyh — Hər kəs ölümünə bir il qalmış tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Sonra buyurdu: bir il çoxdur. Hər kəs ölümündən bir ay qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Sonra həzrət buyurdu: bir ay da uzun müddətdir. Hər kəs ölümündən bir gün əvvəl tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Sonra buyurdu: bir gün də çoxdur. Hər kəs ömrünün sonuna bir saat qalmış tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Sonra buyurdu: bir saat da çoxdur. Nəhayət, o həzrət mübarək əli ilə boğazına işarə edərək buyurdu: hər kəs nəfəsi hətta bura çatdıqda tövbə etsə (Allahın buyurduqlarının haqq olmasını və etdiyi günahların çirkin olduğunu etiraf etsə), Mütəal Allah onun da tövbəsini qəbul edər (çünki, həmin şəxs ömrünü inadkarlıqla başa vurmadı.) » («Mən la yəhzuruhul-fəqih», c.1, s.79, hədis:354)

    Təriqətindən asılı olmayaraq islam alimləri İbn Vəhəbdən rəvayət etmişlər ki, deyib: imam Sadiqdən eşitdim ki, buyurur: «İzə təbəl-abdu taubətən nəsuhan əhabbəhullahu tə`alə fəsətəra aləyhi. Fəqultu: va kəyfə yəsturu aləyh? Qalə: yunsi mələkəyhi mə kənə yəktubəni aləyh. Summə yuhilləhu ilə cəvarihihi va ilə buqa`il-ərz: əniktumi aləyhi zunubəhu. Fə yulqilləhu hinə yəlqahu va ləysə şəy`un yəşhədu aləyhi bişəy`in minəz-zunub — Əgər bir bəndə səmimi şəkildə (sırf Allaha xatir) tövbə edərsə, Allah təala onu sevər və onun günahlarının üstünü örtər.

    Mən dedim: (belə bir şəxsin) günahlarının üstünü necə örtər? İmam (ə) buyurdu: Onun etdiyi günahları əməl dəftərini qeydə alan mələklərin yadından çıxarar. Sonra Allah (həmin bəndənin) bədənində olan üzvlərə, həmçinin günah etdiyi məkana vəhy edər: onun günahlarını gizlədərək kimsənin yanında üzə çıxarmayın ki, həmin şəxs vəfat etdikdə (yaxud qiyamət günü) Allah dərgahına gətirildikdə heç bir şey onun əleyhinə günahları barəsində şəhadət verməsin!» («Biharul-ənvar», c.6, s.28; «Vəsailuş-şiə», c.16, s.71).

  • 4:18

    وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّىٰ إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَا الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ  ۚ أُولَـٰئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا
    ‌Wa Laysati A‍‍t-Tawbatu Lilla‍ḏ‍ī‍‍na Ya`mal‍‍ū‍‍na A‍‍s-Sayyi'‍‍ā‍‍ti ḥatt‍‍á 'I‍ḏā ḥaḍara 'Aḥadahumu A‍‍l-Mawtu Q‍‍ā‍‍la 'I‍‍nn‍‍ī Tu‍‍b‍‍tu A‍‍l-'‍‍Ā‍‍na Wa Lā A‍‍l-La‍ḏ‍ī‍‍na Yamūt‍‍ū‍‍na Wa Hu‍‍m Kuff‍‍ā‍‍run '‍‍Ū‍‍l‍‍ā‍‍'ika 'A`ta‍‍d‍‍nā Lahu‍‍m `A‍ḏābāan 'Alīmā‍‍an
    Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır.
  • 4:19

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَحِلُّ لَكُمْ أَن تَرِثُوا النِّسَاءَ كَرْهًا  ۖ وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلَّا أَن يَأْتِينَ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ  ۚ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ  ۚ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَىٰ أَن تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا
    Y‍‍ā 'Ayyuhā A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍manū Lā Yaḥillu Laku‍‍m 'A‍‍n Ta‍‍r‍‍i‍ṯū A‍‍n‍‍-Nis‍‍ā‍‍' Karhāa‍‍n Wa Lā Ta`ḍulūhu‍‍nn‍‍a Lita‍ḏhabū Biba`ḍi M‍‍ā '‍‍Ā‍‍taytumūhu‍‍nn‍‍a 'Ill‍‍ā 'A‍‍n Ya't‍‍ī‍‍na Bifāḥi‍šati‍‍n Mubayyinati‍‍n Wa `Ā‍širūhu‍‍nn‍‍a Bil-Ma`r‍‍ū‍‍fi Fa'i‍‍n Ka‍‍r‍‍ihtumūhu‍‍nn‍‍a Fa`as‍‍á 'A‍‍n Takrahū šay'‍‍ā‍‍a‍‍n Wa Ya‍‍j‍‍`ala A‍‍l-Lahu F‍‍ī‍‍h‍‍i ḫayrāa‍‍n Ka‍ṯīrā‍‍an
    Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur.

    Qadınlara varis çıxmaq (ayə:19)

    Ulu Tanrımız bu mübarək ayələrdə iman əhlinin diqqətini qadınlar haqqında digər məsələlərə yönəldir. İslam dinindən öncə - cahiliyyət dövründə belə bir adət var idi: hər kəs dünyasını dəyişsəydi, onun ögey oğlundan əlavə, əmisi, dayısı və digər yaxın qohumlarından biri vəfat etmiş şəxsin həyat yoldaşını bəzi yollarla mənimsəyərdi. Məsələn, o, parçanı, yaxud hər hansı bir örtüyü həmin xanımın başına salaraq onu miras kimi özünə götürərdi və əgər qadının mal-sərvəti olsaydı, onu da mənimsəyərdi. Bundan əlavə, o, qadının yaşayışını elə çətinləşdirərdi ki, xanım ondan öz mehriyyəsini, yaxud malını tələb etmədən həmin kişidən azad olaraq ayrılmasını istəsin.

    Mütəal Allah 19-cu ayədə bu işi qadağan edərək buyurur: «Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyil. Açıq-aşkar pis bir iş görməyincə onlara əziyyət verməyin ki, bu yolla onlar məcbur olub verdiyiniz malları sizə geri qaytarsınlar! Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah çoxlu xeyir nəzərdə tutmuş olsun.»

    Mərhum Əli ibn İbrahim Qumi öz əsərində Əbu Caruddan, o da imam Baqirdən (ə) bu ayənin nazil olması haqqında rəvayət edir ki, o həzrət buyurub: «Cahiliyyət dövründən ayrılaraq yenicə islamı qəbul etmiş kimsələrin bəzisi öz adətlərinə davam edərək vəfat etmiş dostunun həyat yoldaşı (yaxud atası dünyasını dəyişdikdən sonra ögey anası) ilə nikah bağlayıb onlara varis çıxırdı. Onlar bu yolla sahib çıxdıqları qadınların mehriyyəsini ilk ərlərinin ödədiyini dəlil gətirərək vermirdilər. Həmçinin həmin qadınların mallarını mənimsəyərək onlardan uzaqlaşırdılar. Belə xanımlardan biri olan Kəbişə binti Müəmmər ibn Məbəd həzrət Peyğəmbərin yanına gələrək dedi: «Ey Allahın Rəsulu, mənim ərim Əbu Qeys ibn Əslət dünyasını dəyişdikdən sonra oğlu Möhsin atasına varis çıxaraq mənimlə ailə qurdu. O vaxtdan bəri, o, nə mənə baş çəkir, nə nəfəqəmi verir, nə də məni azad buraxır ki, öz qohumlarımın yanına qayıdım. Peyğəmbər (s.ə.a. s) buyurdu: irci`i ilə bəytiki. Fə in yuhdisullahu fi şə`niki şəy`ən ə`ləmtuki — Qayıt evinə, bu haqda Mütəal Allah ayə nazil etsə, sənə xəbər verərəm. Peyğəmbər bu sözü ona buyurduqdan sonra həmin (19-22-ci) ayələr nazil oldu: ey iman gətirənlər! Qadınlara zorla (dostluq və ya oğul olma bəhanəsilə) varis çıxmaq sizə halal deyil...» («Təfsiri-Qummi», adıkeçən ayənin təfsirində).

  • 4:20

    وَإِنْ أَرَدتُّمُ اسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنطَارًا فَلَا تَأْخُذُوا مِنْهُ شَيْئًا  ۚ أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُّبِينًا
    ‌Wa 'In 'Ara‍‍d‍‍tumu A‍‍sti‍‍b‍‍d‍‍ā‍‍la Zawji‍‍n Mak‍‍ā‍‍na Zawji‍‍n Wa '‍‍Ā‍‍taytu‍‍m 'Iḥdāhu‍‍nn‍‍a Qi‍‍n‍‍ṭārāa‍‍n Falā Ta'‍ḫu‍ḏū Minhu šay'‍‍ā‍‍an 'Ata'‍ḫu‍ḏūnah‍‍u Buhtānāa‍‍n Wa 'I‍ṯmāa‍‍n Mubīnā‍‍an
    Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehrlərindən əl çəksinlər).

    «Qintar» sözünün mənası (ayə:20, 21)

    Tarixi qaynaqlara istinadən o dövrdə hər hansı kişi yaşadığı qadının yerinə başqası ilə ailə qurmaq fikrinə düşdükdə əvvəlki yoldaşına bəzi iftiralar — zina, oğurluq və s. atardı ki, qadın məcbur olub mehriyyəsini belə istəmədən ondan ayrılsın. Mütəal Allah onların namərdcəsinə etdikləri bu əmələ Öz etirazını bildirərək buyurur: «Əgər (yaşadığınız) qadının əvəzinə başqa bir qadınla evlənmək istəyirsinizsə, ona verdiyiniz mehriyyədən heç bir şeyi geri almayın! Çünki bu iş insanı heyrətləndirən və açıq-aşkar bir günahdır. Siz onu (mehriyyəni) böhtan atmaq və açıq-aşkar günah etməklə əldə etmək istəyirsiniz? Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən (zülmə yol verməyib ədalətlə rəftar edəcəyinizə dair) möhkəm (ağır) əhd-peyman almışdılar?!»
    İmam Baqirdən (ə) nəql olunmuş rəvayətə əsasən «misəqan ğaliza
    — ağır əhd-peyman» sözündə məqsəd kişi ilə xanım evlənərkən onlar arasında oxunan kəbindir. «Həmin nikahda qeyd olunur ki, kişi qadını ya bəyənilmiş şəkildə - ədalətlə saxlasın, ya da onu boşayaraq sərbəst buraxsın.» («Təfsiri-Əyyaşi», c.1, s.256, hədis:68; «Biharul-ənvar», c.23, s.123; «əl-Bürhan», c.1, s.356)

    «Qintar» sözü böyük məbləğdə olan pula, yaxud qızıl-gümüşə deyilir. Bəzi şəxslər güman etmişlər ki, əgər qadına verilmiş mehriyyə yüksək olarsa, kişi ondan zorla bir şey qaytara bilməz. Amma az olsa, onu geri almaq elə mühüm bir iş deyildir.

    Bu cür düşünmək böyük bir xətadır. Çünki mehriyyə az və ya çox olmasından asılı olmayaraq qadının haqqıdır. Onun razılığı olmadan kişi mehriyyədən az bir miqdar belə götürə bilməz.

    Bəyənilir ki, xanımlar ailə qurduqda yüksək məbləğdə mehriyyə tələb etməsinlər.

    Bəzi şəxslər belə təsəvvür etmişlər ki, qadına yüksək məbləğdə mehriyyə vermək olmaz. Belə şəxslər ayədəki «qintar» sözünə nəzər salsalar, görərlər ki, kişi ilə qadının razı olduğu təqdirdə, mehriyyənin yüksək məbləğ olmasının heç də qəbahəti yoxdur.

    Əhli-sünnənin görkəmli alimlərindən olan Əbu Bəkr Muhəmməd ibn Abdullah (vəfatı: h. q.543) özünün məşhur «Əhkamul-Quran» adlı kitabında, həmçinin Cəlaləddin Suyuti «əd-Durrul-mənsur» adlı kitabında Abdullah ibn Müsəbdən nəql edirlər ki, o deyib: «Bir gün Ömər ibn Xəttab minbərdə xütbə oxuyarkən dedi: lə təzidu fi muhurin-nisə`i alə ərbə`inə auqiyətən. Fəmən zədə əlqaytuz-ziyədətə fi bəytil- məl. Fəqalət imraətun: mə zəkə ləkə? Qalə: va limə? Qalət: liənnəllahə yəqulu: va ətəytum ihdəhunnə qintaran fələ tə`xuzu minhu şəy`ən... Fəqalə: imraətun əsabət va raculun əxtaə - qadınlara qırx övqiyədən artıq mehriyyə verməyin. Hər kəs bundan artıq mehriyyə versə, artığını alıb beytul-mala qatacağam. Məsciddəki xanımlardan biri ayağa qalxıb bu işə etiraz edərək dedi: ey Ömər, sənin onu azaldaraq beytul-mala qatmağa haqqın yoxdur! Ömər dedi: nə üçün? Qadın dedi: çünki Mütəal Allah Qurani-Kərimdə buyurur: əgər siz qadınlara yüksək məbləğdə mehriyyə versəniz, ondan bir şey geri almayın (yəni, qadına yüksək məbləğdə mehriyyə vermək olar)! Ömər dedi: maraqlıdır ki, bu şəxs qadın olmasına baxmayaraq (Qurandan) haqqı aşkara çıxardı, mən isə kişi olduğum halda xətaya yol verdim.» («Əhkamul- Quran», c.1, s.364; «Təfsiri-Kəbir», Fəxri Razi, c.10, s.13; «əd-Durrul- mənsur», c.2, s.133. Qeyd etmək lazımdır ki, bu rəvayət müxtəlif ifadələrlə nəql olunmuşdur. Biz onlardan birini seçərək sizə nəql etdik.)

Tarixçilərin qeyd etdiklərinə əsasən, bu surə Mədinədə nazil olmuş və 176 ayədən ibarətdir. Mübarək surənin ayələrinə diqqət yetirsək, görərik ki, onlar birbaşa deyil, müxtəlif hadisələrlə bağlı tədricən nazil olmuşdur. Bu surədə nikah, irs, cihad, şəhadət və ticarətlə bağlı mövzular üstünlük təşkil edir. O cümlədən orada atasız-anasız uşaqlar (xüsusən, yetim qalmış qızlar) və gücü çatan şəxslərin onlarla evlənib öz himayələrinə götürmələrindən söhbət açılır. Daha çox qadınların əhkamı bəyan olunduğu üçün bu surə «ən-Nisa (Qadınlar)» surəsi adlanır.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi