9-ci ayə 200-dən
Dinləmək
Əsli
رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَّا رَيْبَ فِيهِ  ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ
Transliterasiya
Rabban‍‍ā 'I‍‍nn‍‍aka Jāmi`u A‍‍n‍‍-N‍‍ā‍‍si Liyawmi‍‍n Lā Rayba F‍‍ī‍‍h‍‍i 'I‍‍nn‍‍a A‍‍l-Laha Lā Yu‍ḫlifu A‍‍l-Mī`‍‍ā‍‍d‍‍a
Mirzə Əli Meşkini
«Ey Rəbbimiz, həqiqətən, Sən, barəsində heç bir şəkk-şübhə olmayan gündə insanları bir yerə toplayansan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz».
Əltafur-Rəhman

Ruhla cismin ortaq aləmi (ayə:9)

Elmləri dərin olan şəxslər Qurani-Kərimin bütün ayələrinin haqq olduğunu, Allahın birliyini təsdiq etdikdən sonra növbəti ayə ilə məad və qiyamətin haqq olmasını da iqrar edərək belə söyləyərlər: «Rabbənə, innəkə cəmi`un-nəsə liyamin lə raybə fih — Ey Rəbbimiz, Sən insanları varlığına şübhə edilməyən gün bir yerə toplayacaqsan!»

Bu ayədə məad və qiyamət günü haqqında böyük bir həqiqətə - məadın ruhani və cismani olmasına işarə olunmuşdur. Çünki ayədə «innəkə cəmi`un-nəs» ifadəsi işlədilir. Yəni: İlahi, şübhəsiz ki, Sən qiyamət günü insanları bir yerə yığacaqsan!

Məadın tək ruhani və ya yalnız cismani olması ağıldan uzaq bir fikirdir. Çünki insan bütün əməlləri etdikdə həm ruhundan, həm də cismindən istifadə edir. Əgər məad yalnız cismani olsa (yəni: qiyamət günü yalnız cismə əzab, yaxud mükafat verilsə, bu), ağıl və ədalətdən uzaqdır. Çünki heç kəsin ruhu olmadan hər hansı bir əmələ qüdrəti çatmaz. Eyni zamanda məadın yalnız ruhani olması da ağıldan uzaqdır. Çünki o da təklikdə heç bir işə qadir deyildir. Buna dair sadə bir məsəl də qeyd edə bilərik: «Bir kor ayağı şikəst olan bir şəxslə müştərək şəkildə oğurluq etməyə gedirlər. Kor deyir: sən mənim boynum- da əyləşib yolu göstər ki, oğurluğa gedək. Onlar birlikdə oğurluq etdikdən sonra tutularaq məhkəməyə gətirilirlər. Orada kor günahsız olmasına gözlərinin görmədiyini dəlil gətirir. Şikəst isə oğurluqda müqəssir olmadığına yeriyə bilməməsini dəlil gətirir. Hakim onların ikisini də günahkar bilib cəzalandırır. Çünki bu cinayətdə ayaqları şikəst olan şəxs gözündən, kor isə ayağından istifadə etmişdir.»

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi