6-ci ayə 200-dən
Dinləmək
Əsli
هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ  ۚ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
Transliterasiya
Huwa A‍‍l-La‍ḏī Yuṣawwiruku‍‍m A‍‍l-'Arḥ‍‍ā‍‍mi Kayfa Ya‍š‍ā‍‍'u L‍‍ā 'Il‍‍ā‍‍h‍‍a 'Illā Huwa A‍‍l-`Az‍‍ī‍‍zu A‍‍l-ḥak‍‍ī‍‍m‍‍u
Mirzə Əli Meşkini
Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.
Əltafur-Rəhman

Uşağın ana bətnində formalaşması (ayə:6)

Bu ayədə bir neçə mühüm mətləbə işarə etməliyəm:
1. İnsanın xilqəti ana bətnindən öncə zərrəciklər aləmində baş verir;
2. Ana bətnində Mütəal Allah tərəfindən ona yalnız şəkil və surət verilir;
3. Onun ömrü, ruzi və taleyi də ana bətnində təyin edilir.

Burada Əhli-beytdən (ə) nəql olunmuş mübarək bir hədisi təqdim edirəm:
Mərhum Kuleyni özünün məşhur «əl-Kafi» əsərində mötəbər sə-nədlərlə Zürarədən nəql edir ki, imam Baqir (ə) buyurub: «İnnəllahə izə əradə ən yəxluqan-nutfətəl-ləti hiyə mimmə uxizə aləyhil-misəqu min sulbi Ədəmə au mə yəbdu ləhu fihi va yəc`aləhə fir-rahimi harrakər-raculə lil-cimə`i va auha ilər-rahimi əniftəhi bəbəki hattə yəlicə fiki xalqi va qazaiyən-nəfizu va qadəri fə təftəhur-rəhimu bəbəhə fətəsilun-nutfətu ilər-rahim. Fə təraddədə fihi ərbə`inə yaumən. Summə təsiru aləqatən ərbə`inə yaumən. Summə təsiru muzğatən ərbə`inə yaumən. Summə təsiru ləhmən təcri fihi uruqun muştəbəkətun. Summə yəb`asullahu mələkəyni xalləqayni yəxluqani fil-ərhami mə yəşəullah. Fəyəqtəhiməni fi bətnil-mər`əti min fəmil- mər`əti fəyəsiləni ilər-rahimi va fihər-ruhul-qadimətul-mənqulətu fi əsləbir-ricəli va ərhamin-nisə`. Fəyənfuxani fihə ruhal-hayəti val- bəqai va... — Həqiqətən də, Allah zərrəciklər aləmində Adəm peyğəmbərin sülbündə olan, əhdi-peyman alınmış zərrəni xəlq etmək və onu hər hansı bir xanımın rəhmində qərar vermək istədikdə kişini öz xanımı ilə yaxınlıq etmək üçün hərəkətə gətirər. Mütəal Allah həmin qadının rəhminə də əmr edər: «Qapını aç ki, Mənim yaratdığım, qüdrət və qədərimin hakim olduğu nütfə orada qərar tutsun.» Nütfə rəhimdə qalıb-qalmamaq barədə 40 gün tərəddüd edər (həmin 40 gün müddətində nütfənin düşmə ehtimalı çox olduğu üçün xanımlar və onların həyat yoldaşları çalışmalıdırlar ki, o nütfə siqt olaraq düşməsin). Sonra nütfə (növbəti) 40 gün müddətində laxtalanmış qana çevrilərək ana bətnində qalar. Sonra o, 40 gün ərzində bir parça ətə çevrilər. Sonra həmin ətdə qanın dövr etməsi üçün damarlar yaradılar. Sonra Mütəal Allah iki mələk göndərər ki, həmin nütfəni ana rəhmində Onun istədiyi kimi yaratsınlar. Sonra o iki mələk qadının ağzından rəhminə tərəf nüfuz edib qədimdən kişilərin sülbündə və qadınların rəhimində gəzərək gələn zərrəyə qalmaq və yaşamaq ruhunu da üfürərlər. Sonra onlar Allahın izni ilə həmin ət parçasından qulaq, göz və digər üzvləri ayırarlar. Sonra Mütəal Allah o iki mələyə əmr edər ki, Mənim onun üçün təyin etdiyim ömür, taleh və ruzini yazın. Amma bu şərtlə ki, yazdıqlarınızda Mənim üçün bəda (dəyişiklik) yeri qoyun. Həmin mələklər belə söyləyərlər: ya Rəbb, nə yazaq? İzzət və cəlal sahibi olan Allah onlara vəhy edər: başınızı qaldırıb uşağın anasının başına (alnına) baxın! Onlar başlarını qaldırıb həmin ananın alnına baxdıqda gözləri bir lövhəyə sataşar. Bu zaman ana bətnində olan uşağın surətini, onun gözəlliyinin və ömrünün miqdarını, zərrəciklər aləmində bağladığı əhd-peymanı, onun xoşbəxt, yaxud bədbəxt olmasını və digər məlumatı gördükdə mələklərdən biri onları oxuyar, digəri isə yazar. Onlar lövhədəkilərin hamısını Mütəal Allah üçün bəda yeri qoymaq şərtilə yazdıqdan sonra həmin kitabı imzalayaraq möhürləyər və uşağın iki qaşının arasında (alnında) qərar verərlər. Sonra uşağı ana bətnində ayağa qaldırarlar. Uşaqlardan bəzisi orada təkəbbürlük əlaməti olaraq ayağa qalxmaz (belə uşaqlar dünyaya gələrək böyüyüb boya-başa çatdıqda üsyankar və tüğyan edən olarlar). Uşağın istər kamil, istərsə də naqis bir halda ana bətnindən çıxmaq vaxtı çatdıqda Mütəal Allah onun anasının bətninə əmr edər ki, qapını aç, Mənim yaratdığım körpə oradan çıxaraq yer üzündə yaşasın və onun haqqındakı qərarım həyata keçsin. Ananın rəhmi uşağın çıxması üçün qapını açar. Bu zaman Allah Zacir adlı bir mələyi göndərər ki, ana bətnindəki uşağı incitsin. Bu yolla uşaq oradakı çətinlikdən bezərək narahatçılığını bildirsin və oradan çıxmağa razı olsun. Körpə narahat olduğuna görə oturma formasını dəyişərək ayaqlarını yuxarı, başını aşağı — ana rəhminin qapısına tərəf çevirər. Bu yolla Allah onun dünyaya gəlməsini həm körpə, həm də anası üçün asanlaşdırar. Əgər uşağın oradan çıxması çətinləşərsə, həmin mələk yenidən onu incidər ki, orada qalmaqdan yorulub çıxmaq qərarına gəlsin. Mələyin incitməsini görən körpə ağlaya-ağlaya ana bətnindən çıxar (uşağın ağlaması onun nəfəs yolunun açılmasına və bədənində qan dövranının genişlənməsinə səbəb olar. Hətta uşaq ağlamazsa, onu qəbul edən həkim körpənin belinə vurar ki, uşağın nəfəsi onun sinəsində yığılaraq boğulmasın)." («əl-Kafi», c.6, s.13-15)

Hörmətli oxucular, qeyd etdiyimiz hədisi müxtəlif ravilər imam
Baqirdən (ə) rəvayət etmişlər. O həzrətdən bu haqda nəql olunmuş rəvayətlərdə uşağın ana bətnində yaranma mərhələləri barədə müxtəlif məlumatlar verilmişdir. Əsas mövzudan yayınmamaq üçün biz onların hamısını qeyd etmədik. Bu haqda geniş məlumat istəyənlər «əl-Kafi» əsəri, c.6, s.12-16-da nəql olunmuş hədislərə və digər mötəbər mənbələrə müraciət edə bilərlər.

Nəql etdiyimiz hədisdə imam Baqir (ə) elə incə məsələlərə toxunmuşdur ki, onların bəzisi insan əqlinin fövqündədir. Mümkündür ki, əqli o dərəcəyə yetişməyən şəxslər onu inkar etsinlər. Amma yaxşı olar ki, insan dərrakəsinin yetişmədiyi dərin məsələlərdə «yaxşısını Allah bilər» desin.

Yaratmaq, xəlq etmək iki növdür:
1. Ədəmdən vücuda gətirmək (heç nədən yaratmaq). Bu növ
yaratmaq Allah məxsusdur;
2. Bəzi varlıqlardan istifadə etməklə yaratmaq. Bu cür yaratmağı isə Allahdan qeyriləri edə bilər. Necə ki, insan müxtəlif əşyalardan istifadə etməklə, onları bir-birinə münasib şəkildə birləşdirməklə ev, maşın, təyyarə və s. düzəldə bilir. Belə şəxslərə də xaliq, yaradıcı demək olar. Amma Mütəal Allah əhsənul-xaliqindir (yaradanların ən üstünüdür). Necə ki, O, insanın xilqətindən söhbət açdıqda buyurur: «Fətəbərakəllahu əhsənul-xaliqin — Allah xəlq edənlərin ən üstünüdür. (Bu əzəmətdə olan insanı laxtalanmış bir qandan yaradır).» («Muminun» surəsi, ayə:14)

Həmin rəvayətdən məlum olur ki, hər bir insanın zərrəciklər aləmində özünəməxsus bir ruhu vardır. Zərrənin ruhu olduqda Mütəal Allah onu danışdıraraq əhd-peyman alır. Sonralar ana bətnində ikən ona yenidən heyvani və nəbati (həyat və dirçəliş) ruhu verir.

Həmçinin bu rəvayətə əsasən, mələk, həqiqətən də, var olub insanla daim təmasdadır. Uşağa ruh verilməsi üçün mələyin ana bətninə ağzından nüfuz edərək daxil olmasından onun mənəvi və nurani bir varlıq olması ortaya çıxır. Mələk cisim olsaydı, ana bətninə ağızdan daxil olmazdı. Çünki ana bətninə ağız tərəfdən yol yoxdur.

Bəzi rəvayətlərə əsasən, «əzl (uşaq olmasına maneə yaratmaq)», yaxud siqt (onun ana bətnindən düşməsi) vasitəsilə uşaqların dünyaya gəlməməsi onlardan əhd-peyman alınmamasına işarədir. Çünki əhdpeyman alınsaydı, onlar dünyaya gələrək yaşayar və müəyyən olunmuş əcəl, ruzi və talelərini əldə edərdilər.

Uşağı abort yolu ilə saldıran valideyn bilməlidir ki, onlar Allahın həmin uşaq haqqındakı qəzavü-qədəri ilə, uşağın həyatı, əcəli, onun taleyi ilə oynayırlar və bu yolla böyük günah və xətaya yol verirlər.

Abort etməklə əzl etmək arasında böyük fərq vardır. Abort edərkən ata-ana uşağın ana bətnində yaranmasından sonra onun düşməsinə səbəb olurlar. Əzl etdikdə isə kişi ilə xanım müxtəlif vasitələrlə nütfənin ana bətninə düşməsinə və spermaların bir-birinə qarışaraq insan surətini almasına mane olurlar. Ona görə də, abort etmək insan qətlə yetirmək hesab olunduğu üçün bu əməlin diyəsi, kəffarəsi vardır. Əzl etdikdə isə insanın öhdəsinə heç bir kəffarə düşmür.

Təfsirini yazdığımız mübarək ayədə Mütəal Allah uşağın ana bətnində surət almasını özünə aid edir. Lakin bunu da bilməliyik ki, bu işdə xaricdəki müxtəlif amillər (səhnələr, hər hansı insan və ya heyvanın çöhrəsi və s.) uşağın gözəl və ya çirkin olmasında təsirsiz ötüş mür. Amma həmin amillər Allahın istək və hikmətinin qarşısını ala bilməz. Əgər Allah təala bir uşağın hər hansı bir şəkildə olmasını iradə etsə, heç bir amil Onun iradəsi qarşısında dayana bilməz. Çünki O, yenilməz qüvvət və hikmət sahibidir.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi