-
Meisam Vahid Tammar
-
38:1
ص ۚ وَالْقُرْآنِ ذِي الذِّكْرِṣād Wa Al-Qur'āni ḏī Aḏ-ḏikriSad. (Bu, Allahla Onun Peyğəmbəri arasında olan rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.) And olsun şərəfli və (tovhidi, peyğəmbərləri və haqq maarifini) yada salan Qurana (ki, sən peyğəmbərsən və sözlərin doğrudur)! -
38:2
بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍBali Al-Laḏīna Kafarū Fī `Izzatin Wa šiqāqin(Onların deyilənləri qəbul etməmələrinin səbəbi sənin təbliğinin qüsurlu olması deyil.) Əksinə, küfr edənlər təkəbbür və qürur, müxalifət və düşmənçilik içərisindədirlər. -
38:3
كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ فَنَادَوا وَّلَاتَ حِينَ مَنَاصٍKam 'Ahlaknā Min Qablihim Min Qarnin Fanādaw Walāta ḥīna ManāṣinOnlardan qabaq bir çox insan cəmiyyətlərini məhv etdik. (Onlar əzab nazil olan zaman tövbə edib kömək diləyərək) fəryad qopardılar, amma həmin vaxt möhlət və fəryad vaxtı deyildi. -
38:4
وَعَجِبُوا أَن جَاءَهُم مُّنذِرٌ مِّنْهُمْ ۖ وَقَالَ الْكَافِرُونَ هَـٰذَا سَاحِرٌ كَذَّابٌWa `Ajibū 'An Jā'ahum Munḏirun Minhum Wa Qāla Al-Kāfirūna Hāḏā Sāḥirun KaddābunOnlar özlərinə (mələk və cinlərdən deyil) öz (cins)lərindən qorxudan gəlməsindən təəccüb etdilər. Və kafirlər dedilər: «Bu, yalançı bir cadugərdir! -
38:5
أَجَعَلَ الْآلِهَةَ إِلَـٰهًا وَاحِدًا ۖ إِنَّ هَـٰذَا لَشَيْءٌ عُجَابٌ'Aja`ala Al-'Ālihata 'Ilahāan Wāḥidāan 'Inna Hāḏā Lašay'un `UjābunO, məbudların hamısını bir məbud edib? Doğrudan da bu, çox təəccüblü bir şeydir!» -
38:6
وَانطَلَقَ الْمَلَأُ مِنْهُمْ أَنِ امْشُوا وَاصْبِرُوا عَلَىٰ آلِهَتِكُمْ ۖ إِنَّ هَـٰذَا لَشَيْءٌ يُرَادُWa Anṭalaqa Al-Mala'u Minhum 'Ani Amšū Wa Aṣbirū `Alá 'Ālihatikum 'Inna Hāḏā Lašay'un YurāduOnların böyükləri və başçıları (Qüreyş və müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən, bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur). -
38:7
مَا سَمِعْنَا بِهَـٰذَا فِي الْمِلَّةِ الْآخِرَةِ إِنْ هَـٰذَا إِلَّا اخْتِلَاقٌMā Sami`nā Bihaḏā Fī Al-Millati Al-'Āḫirati 'In Hāḏā 'Illā AḫtilāqunBiz bunu (bu mətləbi, yəni gözəgörünməz bir məbuda ibadət edilməsini) son dində (atalarımızın dinində) eşitməmişik. Bu (iddia), uydurma yalandan başqa bir şey deyildir. -
38:8
أَأُنزِلَ عَلَيْهِ الذِّكْرُ مِن بَيْنِنَا ۚ بَلْ هُمْ فِي شَكٍّ مِّن ذِكْرِي ۖ بَل لَّمَّا يَذُوقُوا عَذَابِ'A'uunzila `Alayhi Aḏ-ḏikru Min Bayninā Bal Hum Fī šakkin Min ḏikrī Bal Lammā Yaḏūqū `AḏābiBu yada salan (Quran) bizim aramızdan ona (mal və məqam sahibi olmayan o kişiyə) nazil edilmişdir?!» (Onların bu kitabı qəbul etməmələrinin səbəbi, onun naqis olması deyil,) bəlkə, onlar (dünyaya ifrat dərəcədə bağlandıqları üçün) Mənim yada salan (Quran)ım barəsində şübhə içərisindədirlər. Bəlkə (hətta əgər şübhə içərisində olmasaydılar, yenə də qəbul etməzdilər. Çünki) hələ Mənim əzabımı dadmayıblar. -
38:9
أَمْ عِندَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ الْعَزِيزِ الْوَهَّابِ'Am `Indahum ḫazā'inu Raḥmati Rabbika Al-`Azīzi Al-WahhābiYoxsa sənin qüdrətli və çox əta edən (və ətalarının nümunələrindən biri nübüvvət və səma kitabı olan) Rəbbinin mərhəmət xəzinələri onların yanındadır (ki, istədikləri kəsə bağışlasınlar)? -
38:10
أَمْ لَهُم مُّلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ'Am Lahum Mulku As-Samāwāti Wa Al-'Arḍi Wa Mā Baynahumā Falyartaqū Fī Al-'AsbābiYoxsa göylərin, yerin və bu ikisinin arasında olanların mülkiyyət və hakimiyyəti onlara məxsusdur?! (Əgər elədirsə) onda, (Peyğəmbərə kitabın nazil olmasının qarşısını almaq üçün) istənilən vasitə ilə yuxarı qalxsınlar. -
38:11
جُندٌ مَّا هُنَالِكَ مَهْزُومٌ مِّنَ الْأَحْزَابِJundun Mā Hunālika Mahzūmun Mina Al-'AḥzābiOnlar öz yerlərində (qədim peyğəmbərlərlə vuruşan) keçmiş dəstələrin qalıqlarından ibarət azacıq və məğlubiyyətə uğramış bir qoşundurlar. -
38:12
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو الْأَوْتَادِKaddabat Qablahum Qawmu Nūḥin Wa `Ādun Wa Fir`awnu ḏū Al-'AwtādiOnlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad, saray və ordu (yaxud oyun və işkəncə mismarları) sahibi Firon da (Bizim peyğəmbərlərimizi) təkzib etdi. -
38:13
وَثَمُودُ وَقَوْمُ لُوطٍ وَأَصْحَابُ الْأَيْكَةِ ۚ أُولَـٰئِكَ الْأَحْزَابُWa ṯamūdu Wa Qawmu Lūṭin Wa 'Aṣḥābu Al-'Aykati 'Ūlā'ika Al-'AḥzābuHəmçinin (Saleh pyeğəmbərin qövmü) Səmud, Lutun qövmü və Əykə əhli (Şüeybin qarğı sahibləri olan qövmü təkzib etdi). (Bizimlə və Bizim peyğəmbərimizlə vuruşan) həmin dəstələr onlar idi. -
38:14
إِن كُلٌّ إِلَّا كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقَابِ'In Kullun 'Illā Kaddaba Ar-Rusula Faḥaqqa `IqābiOnların hamısı Bizim peyğəmbərlərimizi təkzib etdilər. Beləliklə (onlar barəsində) Mənim cəzam gerçəkləşdi. -
38:15
وَمَا يَنظُرُ هَـٰؤُلَاءِ إِلَّا صَيْحَةً وَاحِدَةً مَّا لَهَا مِن فَوَاقٍWa Mā Yanẓuru Hā'uulā' 'Illā ṣayḥatan Wāḥidatan Mā Lahā Min FawāqinBunlar (Məkkə kafirləri), yalnız, barəsində heç bir möhlət və təxir olmayan qorxunc səsi gözləyirlər. -
38:16
وَقَالُوا رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ الْحِسَابِWa Qālū Rabbanā `Ajjil Lanā Qiṭṭanā Qabla Yawmi Al-ḥisābiVə onlar (istehza ilə) dedilər: «Ey Rəbbimiz! Bizim (vəd etdiyin əzablardan olan) payımızı hesab günündən qabaq, tez ver». -
38:17
اصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ ۖ إِنَّهُ أَوَّابٌAṣbir `Alá Mā Yaqūlūna Wa Aḏkur `Abdanā Dāwūda ḏā Al-'Aydi 'Innahu 'AwwābunOnların dediklərinə səbr et və Davudu – Bizim (elm, cism və səltənət baxımından) güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi. -
38:18
إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ'Innā Saḫḫarnā Al-Jibāla Ma`ahu Yusabbiḥna Bil-`Ašīyi Wa Al-'IšrāqiBiz dağları ram etdik. Onlar hər səhər-axşam onunla birlikdə (Allahı) pak sifətlərlə mədh edirdilər. -
38:19
وَالطَّيْرَ مَحْشُورَةً ۖ كُلٌّ لَّهُ أَوَّابٌWa Aṭ-ṭayra Maḥšūratan Kullun Lahu 'AwwābunVə quşları onun ətrafına toplayıb (ona təslim etdik). (Dağ və quşların) hər biri (onun zikr avazı ilə) Allaha tərəf çox qayıdırdılar. -
38:20
وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِWa šadadnā Mulkahu Wa 'Ātaynāhu Al-ḥikmata Wa Faṣla Al-ḫiṭābiVə onun hökmranlığını (say və gücünün çoxluğu ilə) qüvvətləndirdik və ona hikmət (əqli və ictimai elmlər, dini şəriətlər) və (haqq ilə batili bir-birindən) ayıran kəlamlar əta etdik.
Bağışlayan və mehriban Allahın adı ilə.
Пророк Мухаммад, да благословит Аллах его и его род, сказал: «Тому, кто читает суру „Сад“, Аллах пошлёт награду весом с одну из тех гор, что Он подчинил Давиду, да будет мир с ним, а также дарует Свою защиту от повторного совершения как малых, так и больших грехов».
Имам Бакир, да будет мир с ним, сказал: «Всякий, кто читает суру „Сад“ в ночь на пятницу, получит [от Аллаха] награды в этой и Иной жизни, каких не получал от Него никто, кроме святых пророков и ангелов из Его ближайшего окружения, да будет мир с ними всеми. Аллах пустит в рай его и всех любезных его сердцу домочадцев, включая домашнюю прислугу» (Ат-Табарси, «Маджма аль-байан», т. 8, с. 463).