-
Meisam Vahid Tammar
-
37:1
وَالصَّافَّاتِ صَفًّاWa Aṣ-ṣāffāti ṣaffāanAnd olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə). -
37:2
فَالزَّاجِرَاتِ زَجْرًاFālzzājirāti Zajrāan(And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Quran ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır. -
37:3
فَالتَّالِيَاتِ ذِكْرًاFālttāliyāti ḏikrāan(And olsun) Zikri (Quranı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki, -
37:4
إِنَّ إِلَـٰهَكُمْ لَوَاحِدٌ'Inna 'Ilahakum LawāḥidunHəqiqətən, sizin Tanrınız təkdir. -
37:5
رَّبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِRabbu As-Samāwāti Wa Al-'Arḍi Wa Mā Baynahumā Wa Rabbu Al-Mašāriqi(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin (il boyu günəşin və ulduzların doğduqları məkanın da) Rəbbidir. -
37:6
إِنَّا زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ'Innā Zayyannā As-Samā'a Ad-Dunyā Bizīnatin Al-KawākibHəqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik. -
37:7
وَحِفْظًا مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍWa ḥifẓāan Min Kulli šayṭānin MāridinVə onu hər hansı bir asi və xəbis Şeytan(ın daxil olmasın)dan qoruduq. -
37:8
لَّا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍLā Yassamma`ūna 'Ilá Al-Mala'i Al-'A`lá Wa Yuqḏafūna Min Kulli JānibinOnlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar. -
37:9
دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌDuḥūrāan Wa Lahum `Aḏābun Wa AṣibunŞiddətlə qovularlar və onlar üçün (Qiyamətdə) daimi bir əzab vardır. -
37:10
إِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَأَتْبَعَهُ شِهَابٌ ثَاقِبٌ'Illā Man ḫaṭifa Al-ḫaṭfata Fa'atba`ahu šihābun ṯāqibāunAncaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə və parlaq ulduz (şölələnmiş od) təqib edər. -
37:11
فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَا ۚ إِنَّا خَلَقْنَاهُم مِّن طِينٍ لَّازِبٍFāstaftihim 'Ahum 'Ašaddu ḫalqāan 'Am Man ḫalaqnā 'Innā ḫalaqnāhum Min ṭīnin Lāzibin(Ya Muhəmməd!) Belə isə bunlardan (Məkkə müşriklərindən) soruş ki, xilqətcə bunlar daha möhkəmdirlər, ya Bizim yaratdıqlarımız (mələklər, göylər və yer)? Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər). -
37:12
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَBal `Ajibta Wa YasḫarūnaƏslində sən (müşriklərin inkar və təkzibindən) təəccüblənirsən, onlar isə (sənin dəvətini və təəccübünü) məsxərəyə qoyurlar. -
37:13
وَإِذَا ذُكِّرُوا لَا يَذْكُرُونَWa 'Iḏā ḏukkirū Lā YaḏkurūnaOnlara öyüd-nəsihət verildikdə, ibrət almazlar -
37:14
وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَWa 'Iḏā Ra'aw 'Āyatan YastasḫirūnaBir (tovhid) nişanə(si və möcüzə) gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar. -
37:15
وَقَالُوا إِنْ هَـٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌWa Qālū 'In Hāḏā 'Illā Siḥrun MubīnunVə deyərlər: «Bu, yalnız açıq-aşkar bir sehr və cadudur». -
37:16
أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ'A'iḏā Mitnā Wa Kunnā Turābāan Wa `Iẓāmāan 'A'innā Lamab`ūṯūna«Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra – yəni doğrudanmı dirildiləcəyik?!» -
37:17
أَوَآبَاؤُنَا الْأَوَّلُونَ'Awa'ābā'uunā Al-'Awwalūna«Yəni bizim ilk ata-babalarımızdamı (dirildiləcəklər)?» -
37:18
قُلْ نَعَمْ وَأَنتُمْ دَاخِرُونَQul Na`am Wa 'Antum DāḫirūnaDe: «Bəli, özü də xar və aciz (zəlil) bir halda olacaqsınız». -
37:19
فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَFa'innamā Hiya Zajratun Wāḥidatun Fa'iḏā Hum YanẓurūnaHəqiqətən, dirilmə yalnız (surun ikinci dəfə üfürülməsi ilə olan səmavi) bir nərə və səslədir. Qəfildən hamılıqla (qəbirlərdən çıxaraq) baxarlar. -
37:20
وَقَالُوا يَا وَيْلَنَا هَـٰذَا يَوْمُ الدِّينِWa Qālū Yā Waylanā Hāḏā Yawmu Ad-DīniVə deyərlər: «Vay halımıza! Bu, cəza günüdür».
Bağışlayan və mehriban Allahın adı ilə.
Имам Садык, да будет мир с ним, сказал: «Каждый, кто по пятницам читает суру „Ас-Саффат“, будет ограждён от любых несчастий, болезней и неприятностей в земной жизни. Аллах предоставит ему обильные средства пропитания, защитит его, его имущество и его детей от происков проклятого дьявола и высокомерных врагов. А если он умрёт в тот день или в ту ночь, то по воле Аллаха это будет смерть мученика, и Аллах воскресит его среди мучеников, и в раю он будет находиться в ранге мученика» (Ат-Табарси, «Маджма аль-байан»).