-
Meisam Vahid Tammar
-
34:1
الْحَمْدُ لِلَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَلَهُ الْحَمْدُ فِي الْآخِرَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُAl-ḥamdu Lillahi Al-Laḏī Lahu Mā Fī As-Samāwāti Wa Mā Fī Al-'Arḍi Wa Lahu Al-ḥamdu Fī Al-'Āḫirati Wa Huwa Al-ḥakīmu Al-ḫabīruHəmd göylərdə və yerdə nə varsa, hamısının həqiqi sahibi olan Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və məhv etmək – hamısı Onun iradə və istəyi ilədir), axirətdə (də) bütün həmdlər Ona məxsusdur (çünki axirət aləminin də bütün gözəllikləri Ondandır) və O (yaradılış və şəriət qanunlarında diqqətli və möhkəm) hikmət sahibidir və xəbərdardır. -
34:2
يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ الرَّحِيمُ الْغَفُورُYa`lamu Mā Yaliju Fī Al-'Arḍi Wa Mā Yaḫruju Minhā Wa Mā Yanzilu Mina As-Samā'i Wa Mā Ya`ruju Fīhā Wa Huwa Ar-Raḥīmu Al-ġafūruYerə daxil olanı (sular, ölülər, xəzinələr, köklər və heyvanlar) və yerdən çıxanı (heyvanlar, bitkilər, bulaqlar və mədənlər) və göydən nazil olanı (mələklər, səmavi kitablar, İlahi qəzavü-qədərlər, planetlərin nuru, şimşək və yağışlar) və göyə qalxanı (mələklər, bəndələrin əməlləri, bəzi cinlər və bəzi insanların ruhları) – hamısını bilir. O, rəhm edən və bağışlayandır. -
34:3
وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَأْتِينَا السَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّي لَتَأْتِيَنَّكُمْ عَالِمِ الْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَلَا أَصْغَرُ مِن ذَٰلِكَ وَلَا أَكْبَرُ إِلَّا فِي كِتَابٍ مُّبِينٍWa Qāla Al-Laḏīna Kafarū Lā Ta'tīnā As-Sā`atu Qul Balá Wa Rabbī Lata'tiyannakum `Ālimi Al-ġaybi Lā Ya`zubu `Anhu Miṯqālu ḏarratin Fī As-Samāwāti Wa Lā Fī Al-'Arḍi Wa Lā 'Aṣġaru Min ḏālika Wa Lā 'Akbaru 'Illā Fī Kitābin MubīninVə kafir olanlar dedilər: «Əsla bizə Qiyamət günü gəlməyəcəkdir». De: «Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, mütləq (Qiyamət) sizə gələcəkdir»; O Allah ki, qeybi biləndir. Göylərdə və yerdə zərrə ağırlığında heç bir şey Onun elmindən gizlin deyildir. Bundan daha kiçik və daha böyük (bir şey) yoxdur ki, açıq-aşkar kitabda (Lövhi-Məhfuzda) olmasın. -
34:4
لِّيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۚ أُولَـٰئِكَ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌLiyajziya Al-Laḏīna 'Āmanū Wa `Amilū Aṣ-ṣāliḥāti 'Ūlā'ika Lahum Maġfiratun Wa Rizqun Karīmun(Bütün bunlar ona görədir ki,) iman gətirən və yaxşı işlər görənlərə mükafat versin. Məhz onlar üçün bağışlanmaq və çox dəyərli bir ruzi vardır. -
34:5
وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَـٰئِكَ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌWa Al-Laḏīna Sa`aw Fī 'Āyātinā Mu`ājizīna 'Ūlā'ika Lahum `Aḏābun Min Rijzin 'AlīmunVə Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etmək)də səy göstərən kəslər üçün ən pis əzablardan şiddətli bir əzab hazırlamışıq. -
34:6
وَيَرَى الَّذِينَ أُوتُوا الْعِلْمَ الَّذِي أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ الْحَقَّ وَيَهْدِي إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِWa Yará Al-Laḏīna 'Ūtū Al-`Ilma Al-Laḏī 'Unzila 'Ilayka Min Rabbika Huwa Al-ḥaqqa Wa Yahdī 'Ilá ṣirāṭi Al-`Azīzi Al-ḥamīdi(Din və səmavi kitab) elm(i) verilmiş kəslər gördülər və bildilər ki, Rəbbin tərəfindən sənə nazil olan haqdır və (O) qüdrətli, həmd olunmuş Allahın yoluna yönəldir. -
34:7
وَقَالَ الَّذِينَ كَفَرُوا هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِي خَلْقٍ جَدِيدٍWa Qāla Al-Laḏīna Kafarū Hal Nadullukum `Alá Rajulin Yunabbi'ukum 'Iḏā Muzziqtum Kulla Mumazzaqin 'Innakum Lafī ḫalqin JadīdinVə kafir olanlar (bir-birinə istehza ilə) deyirlər: «Sizə siz (yerin altında) tamamilə parça-parça olub dağıldıqdan sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir olacağınızı xəbər verən bir kişini göstərəkmi?!» -
34:8
أَفْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَم بِهِ جِنَّةٌ ۗ بَلِ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ فِي الْعَذَابِ وَالضَّلَالِ الْبَعِيدِ'Āftará `Alá Al-Lahi Kaḏibāan 'Am Bihi Jinnatun Bali Al-Laḏīna Lā Yu'uminūna Bil-'Āḫirati Fī Al-`Aḏābi Wa Aḍ-ḍalāli Al-Ba`īdi«Görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilikmi var?!» (Belə deyildir), əksinə (əslində) axirətə iman gətirməyənlər (indidən) əzabda və uzun-uzadı bir azğınlıq içərisindədirlər. -
34:9
أَفَلَمْ يَرَوْا إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُم مِّنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ الْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِّنَ السَّمَاءِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّكُلِّ عَبْدٍ مُّنِيبٍ'Afalam Yaraw 'Ilá Mā Bayna 'Aydīhim Wa Mā ḫalfahum Mina As-Samā'i Wa Al-'Arḍi 'In Naša' Naḫsif Bihimu Al-'Arḍa 'Aw Nusqiṭ `Alayhim Kisafāan Mina As-Samā'i 'Inna Fī ḏālika La'āyatan Likulli `Abdin MunībinMəgər önlərində və arxalarında olana, göyə və yerə baxmadılarmı? Əgər istəsək onları yerə batırar, yaxud göy (cisimlərinin) parçalarını onların başlarına tökərik! Həqiqətən, bunda (Bizim bu vüsət və qüdrətimizdə) hər bir tövbəkar və Allaha tərəf qayıdan hər bir bəndə üçün (tovhid və peyğəmbərlərin doğruluğuna dair) bir nişanə vardır. -
34:10
۞ وَلَقَدْ آتَيْنَا دَاوُودَ مِنَّا فَضْلًا ۖ يَا جِبَالُ أَوِّبِي مَعَهُ وَالطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ الْحَدِيدَWa Laqad 'Ātaynā Dāwūda Minnā Faḍlāan Yā Jibālu 'Awwibī Ma`ahu Wa Aṭ-ṭayra Wa 'Alannā Lahu Al-ḥadīdaHəqiqətən, (Biz) Davuda Öz tərəfimizdən bir lütf və rəhmət əta etdik (belə ki, dağları və quşları ona ram etdik və dedik:) «Ey dağlar və ey quşlar, onunla birgə Allahı zikr etməkdə səs-səsə verin;» həmçinin dəmiri onun üçün yumşaltdıq ki, -
34:11
أَنِ اعْمَلْ سَابِغَاتٍ وَقَدِّرْ فِي السَّرْدِ ۖ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ بَصِيرٌ'Ani A`mal Sābiġātin Wa Qaddir Fī As-Sardi Wa A`malū ṣāliḥāan 'Innī Bimā Ta`malūna Baṣīrun«Geniş zirehlər toxu və onların toxunmasında ölçünü gözlə (halqalar həm bir-birinə, həm də paltarın hissələrinə uyğun olsun, zireh də bədənin ölçüsündə olsun) və (bu nemətlərin şükrü olaraq) yaxşı işlər görün ki, Mən etdiklərinizi görənəm». -
34:12
وَلِسُلَيْمَانَ الرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ وَأَسَلْنَا لَهُ عَيْنَ الْقِطْرِ ۖ وَمِنَ الْجِنِّ مَن يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِ ۖ وَمَن يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ السَّعِيرِWa Lisulaymāna Ar-Rīḥa ġudūwuhā šahrun Wa Rawāḥuhā šahrun Wa 'Asalnā Lahu `Ayna Al-Qiṭri Wa Mina Al-Jinni Man Ya`malu Bayna Yadayhi Bi'iḏni Rabbihi Wa Man Yaziġ Minhum `An 'Amrinā Nuḏiqhu Min `Aḏābi As-Sa`īriVə Süleyman üçün küləyi (ram etdik). (Onun) sübh gedişi (sürətlə qaçan atın gedişi ilə) bir aylıq yol və axşam gedişi də bir aylıq yol idi. Onun üçün mis bulağını axıtdıq. Cin tayfasından elələri var idi ki, Rəbbinin izni ilə xidmətində işləyirdi. Onlardan hər kəs Bizim əmrimizdən boyun qaçırırdısa, ona alovlu oddan daddırırdıq. -
34:13
يَعْمَلُونَ لَهُ مَا يَشَاءُ مِن مَّحَارِيبَ وَتَمَاثِيلَ وَجِفَانٍ كَالْجَوَابِ وَقُدُورٍ رَّاسِيَاتٍ ۚ اعْمَلُوا آلَ دَاوُودَ شُكْرًا ۚ وَقَلِيلٌ مِّنْ عِبَادِيَ الشَّكُورُYa`malūna Lahu Mā Yašā'u Min Maḥārība Wa Tamāṯīla Wa Jifānin Kāljawābi Wa Qudūrin Rāsiyātin A`malū 'Āla Dāwūda šukrāan Wa Qalīlun Min `Ibādiya Aš-šakūruOnlar onun (Süleyman) üçün istədiyi hər bir şeyi – möhkəm qəsrlər (yaxud məbədlər və ibadət mehrabları), heykəllər, böyük hovuzlara bənzər kasalar və sabit, yerindən tərpənməyən qazanlar düzəldirdilər. (Və buyurduq:) «Ey Davud ailəsi, (bu nemətlərə) şükr edin və Mənim bəndələrimdən şükr edən azdır». -
34:14
فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَن لَّوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِFalammā Qaḍaynā `Alayhi Al-Mawta Mā Dallahum `Alá Mawtihi 'Illā Dābbatu Al-'Arḍi Ta'kulu Minsa'atahu Falammā ḫarra Tabayyanati Al-Jinnu 'An Law Kānū Ya`lamūna Al-ġayba Mā Labiṯū Fī Al-`Aḏābi Al-MuhīniÖlümü onun üçün (o, əsaya söykənmiş halda olarkən) qərara aldıq (və onu öldürdük). Yalnız yerdə hərəkət edən onun əsasını yeyən bir qurd (taxtabiti) onları (ailəsini və cinləri) onun ölümündən xəbərdar etdi. (Süleyman) yerə yıxılanda (qeyb elmini bilmək iddiasında olan) cinlər başa düşdülər ki, əgər qeybi bilsəydilər, o alçaldıcı əzabda qalmazdılar. (Uzun müddət müti halda artıq çoxdan dünyasını dəyişmiş sultanın hüzurunda durmazdılar.) -
34:15
لَقَدْ كَانَ لِسَبَإٍ فِي مَسْكَنِهِمْ آيَةٌ ۖ جَنَّتَانِ عَن يَمِينٍ وَشِمَالٍ ۖ كُلُوا مِن رِّزْقِ رَبِّكُمْ وَاشْكُرُوا لَهُ ۚ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌLaqad Kāna Lisaba'iin Fī Maskanihim 'Āyatun Jannatāni `An Yamīnin Wa šimālin Kulū Min Rizqi Rabbikum Wa Aškurū Lahu Baldatun ṭayyibatun Wa Rabbun ġafūrunHəqiqətən, Səba qövmü üçün onların məskənlərində (Allahın qüdrəti və rəhmətinə dair) bir nişanə var idi. (Orada) sağ və sol tərəfdə iki bağça (var idi. Onlara dedik:) «Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. (Məskəniniz) pak bir şəhərdir və Rəbbiniz də bağışlayan». -
34:16
فَأَعْرَضُوا فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرِمِ وَبَدَّلْنَاهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَيْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَيْءٍ مِّن سِدْرٍ قَلِيلٍFa'a`raḍū Fa'arsalnā `Alayhim Sayla Al-`Arimi Wa Baddalnāhum Bijannatayhim Jannatayni ḏawātá 'Ukulin ḫamṭin Wa 'Aṯlin Wa šay'in Min Sidrin Qalīlin(Lakin onlar Allahdan və Onun dinindən) üz döndərdilər və Biz onlara «Ərim» bəndinin selini göndərdik. Onların (müxtəlif meyvələrlə dolu olan) iki bağını acı meyvələri, yulğun ağacları və bir qədər sidr ağacı olan iki bağa döndərdik. -
34:17
ذَٰلِكَ جَزَيْنَاهُم بِمَا كَفَرُوا ۖ وَهَلْ نُجَازِي إِلَّا الْكَفُورَḏālika Jazaynāhum Bimā Kafarū Wa Hal Nujāzī 'Illā Al-KafūraBiz onlara küfr və nankorluqlarına görə belə cəza verdik. Məgər inkar və nankorluq edəndən başqasını cəzalandırarıqmı?! -
34:18
وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ الْقُرَى الَّتِي بَارَكْنَا فِيهَا قُرًى ظَاهِرَةً وَقَدَّرْنَا فِيهَا السَّيْرَ ۖ سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَWa Ja`alnā Baynahum Wa Bayna Al-Qurá Allatī Bāraknā Fīhā Quráan ẓāhiratan Wa Qaddarnā Fīhā As-Sayra Sīrū Fīhā Layāliya Wa 'Ayyāmāan 'ĀminīnaOnlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik) şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı get-gəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) «Gecələr və gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin-amanlıqla get-gəl edin». -
34:19
فَقَالُوا رَبَّنَا بَاعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوا أَنفُسَهُمْ فَجَعَلْنَاهُمْ أَحَادِيثَ وَمَزَّقْنَاهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍFaqālū Rabbanā Bā`id Bayna 'Asfārinā Wa ẓalamū 'Anfusahum Faja`alnāhum 'Aḥādīṯa Wa Mazzaqnāhum Kulla Mumazzaqin 'Inna Fī ḏālika La'āyātin Likulli ṣabbārin šakūrin(Lakin onlar nemətin bolluğundan və gediş-gəlişin rahat olmasından doydular), dedilər: «Ey Rəbbimiz, bizim səfər (düşərgə)lərimizin arasını uzaq et» (ki, azuqə və miniyə ehtiyac olsun, beləliklə də varlıların üstünlüyü aydınlaşsın) və onlar özlərinə zülm etdilər. Biz də onları (yaddaşlarda ibrətamiz) dastanlar etdik və onları tamamilə pərən-pərən saldıq. Həqiqətən, bunda (bu hadisədə) hər bir səbirli və şükr edən şəxs üçün (Allahın qüdrəti və qəzəbinə dair) nişanələr vardır. -
34:20
وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُ فَاتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِّنَ الْمُؤْمِنِينَWa Laqad ṣaddaqa `Alayhim 'Iblīsu ẓannahu Fa Attaba`ūhu 'Illā Farīqāan Mina Al-Mu'uminīnaVə həqiqətən, İblisin onlar barəsində zənni düz çıxdı yalnız möminlərdən ibarət bir dəstə istisna olmaqla hamısı ona tabe oldular.
Bağışlayan və mehriban Allahın adı ilə.
Имам Садык, да будет мир с ним, сказал: «Тот, кто ночью читает две суры, которые начинаются словами восхваления Аллаха („Саба“ и „Фатир“), будет пользоваться покровительством и защитой Всемогущего Аллаха. Если же он делает это в дневное время, то на протяжении всего этого дня с ним не приключится никаких неприятностей. Кроме того, в этом и Ином мирах он обретёт блага, о которых он не мог и подумать, которых он не мог вообразить или пожелать для себя» (Ат-Табарси, «Маджма аль-байан», т. 8, с. 375).