-
Meisam Vahid Tammar
-
3:1
الم'Alif-Lām-MīmƏlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və heç kəsin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lam (Cəbrail) vasitəsi ilə Mimə (Muhəmmədə (s)) təlqin olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih (neçə cür yozulan, təfsir oluna bilən) ayələri vardır). -
3:2
اللَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُAl-Lahu Lā 'Ilāha 'Illā Huwa Al-ḥayyu Al-QayyūmuTək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O, diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir. -
3:3
نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالْإِنجِيلَNazzala `Alayka Al-Kitāba Bil-ḥaqqi Muṣaddiqāan Limā Bayna Yadayhi Wa 'Anzala At-Tawrāata Wa Al-'InjīlaÖzündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi.Haqq olan kitab («Ali-İmran» surəsi, ayə:3)
Mütəal Allah bu ayədə həzrət Peyğəmbərə nazil olan Quran haqqında «nəzzələ - nazil etdi» sözünü, Tövrat və İncil barəsində isə «ənzələ - göndərdi» kəlməsini işlətmişdir.
«Nəzzələ» sözü bir kitabın tədricən nazil olmasına deyilir. «Ənzələ» kəlməsi isə onun tədriclə deyil, birlikdə və birbaşa nazil olmasına deyilir. Qurani-Kərimin ayələri islam peyğəmbərinə 23 il ərzində tədricən, hissə-hissə nazil olmuşdur. Lakin Tövrat, İncil və İbrahim peyğəmbərə göndərilmiş səhifələr hissə-hissə deyil, bir yerdə nazil olmuşdur. Ayənin davamında Quran barəsində işlədilən «va ənzələl- Furqan» ifadəsi isə «Furqan»-ın (Qurani-Kərimin) qədr gecəsində həzrət Peyğəmbərə bütöv şəkildə nazil olmasına işarədir. Necə ki, «Qədr» surəsində buyurulur: «İnnə ənzəlnəhu fi ləylətil-qadr — Biz onu (Quranı) qədr gecəsində nazil etdik.» Yaxud, başqa bir ayədə buyurulur: «İnnə ənzəlnəhu fi ləylətin mubərakəh — Biz Quranı mübarək bir gecədə (qədr gecəsində) nazil etdik.» («Duxan» surəsi, ayə:3)
Mübarək ayədə işlənən «bil-haqq — haqq olan» sözü ilə iki mühüm mətləbə işarə olunmuşdur:
1. Quranın haqq olub onda batil və xurafat sözlərin olmaması;
2. İslam peyğəmbərinin, həqiqətən də, peyğəmbər olması.Bu ayədə Tövrat və İncil haqqında işlənmiş «musaddiqan limə bəynə yədəyhi — öz dərgahındakını təsdiqləyən» ifadəsindən məlum olur ki, Quran yəhudi və xristianların əllərindəki deyil, Mütəal Allahın nazil etdiyi Tövrat və İncili təsdiq edir. Əgər Quran yəhudi və xristianların əllərindəki Tövrat və İncili təsdiq etsəydi, həmin ayədə «musaddiqan limə bəynə əydihim (onların əllərindəkini təsdiq edən)» ifadəsi işlənərdi. Tövrat və İncil təhrif olunduğu üçün Mütəal Allah bu ifadəni onlar haqqında işlətməmişdir.
«Tövrat» kəlməsi ibrani sözü olub mənası «din və şəriət» deməkdir. Bu söz əhdi-ətiqdə (qədim dövrdə) həzrət Musaya nazil olan kitaba deyilir. Həmin kitab beş fəslə bölünür. Yəhudilər onların hamısını birlikdə «Namus» adlandırırlar. Tarixçilər Tövratın həzrət Musaya nazil olmasına şəkk-şübhə ilə yanaşırlar. Hətta yəhudilərin Lavi adlanan təriqətinə mənsub olanlar belə güman edirlər ki, hazırkı Tövrat həzrət Musadan sonra yazılaraq bir yerə toplanmışdır. Biz müsəlmanların haqq əqidəsinə əsasən, Lavi təriqətinə mənsub şəxslər bu barədə ifrata yol vermişlər. Çünki Quran ayələrinə istinad etsək, görərik ki, Tövrat, həqiqətən də, Musa peyğəmbərə nazil olmuşdur. Amma hal-hazırda yəhudilərin əlində olan və Tövrat adlandırdıqları kitab bir çox faktlara əsasən, bəzi təhriflərə məruz qalmışdır.
«İncil» sözünə gəlincə, bəzi iddialara əsasən, bu kəlmə yunan sözü, bəzilərinə görə isə fars sözü olub mənası «müjdə verən kitab» deməkdir. Hal-hazırda məsihilər (xristianlar) arasında dörd cür İncil vardır:
1. Luqa;
2. Matta;
3. Markos;
4. Yuhənna.
Təbii ki, həzrət İsaya nazil olan İncil bir kitab olmuşdur. Qeyd etdiyimiz İncillərə isə onları bir yerə toplayan şəxslərin adları verilmişdir. «Maidə» surəsinin 44-cü ayəsinin təfsirinə yetişdikdə bu kitablar haqqında (inşaallah) müfəssəl şəkildə məlumat verəcəyik.Qurandan əvvəl nazil olmuş Tövrat və İncil insanları hidayət etmək üçün göndərilmişdir. Yəhudi və xristianlar islam peyğəmbərinin onların əllərindəki Tövrat və İncili təsdiq etmədiyini gördükdə Quranı danaraq inkar etdilər. Allah təala əhli-kitabın bu küfrünün qarşısını almaq üçün Qurani-Kərimdə keçmiş peyğəmbərlərlə yanaşı yəhudi və xristianlara göndərilmiş həzrət Musa və İsa peyğəmbər, habelə İsa peyğəmbərin anası həzrət Məryəmin adını çəkərək onlardan bəhs edir. Eyni zamanda yəhudi və xristianlardan Qurani-Kərimin ayələrinə iman gətirməyib onlara kafir olan kimsələrdən şiddətli əzab verilməklə intiqam alınacağını vurğulayır.
«İntiqam» sözü
Bu söz, əslində, məzlumların haqqını zalımlardan tam şəkildə almaq deməkdir. Bu xislət bəzi insanlarda mövcud olsa da, bunu azaldıb-çoxaltmadan, mükəmməl şəkildə icra etmək Mütəal Allaha məxsusdur. Mübarək ayədə Mütəal Allah haqqında işlənən «zuntiqam» sözü «intiqam sahibi» deməkdir.
Aləmləri yaradan Rəbbimiz tarix boyu bütün zalımlardan daim intiqam almış və məzlumların haqqını zalımlardan alaraq onlara qaytarmışdır. Buna görə də, bəyənilir ki, cəmiyyət arasında adı İntiqam olan qeyrətli şəxslər kimsənin haqqını tapdamamaqdan, başqasına zülm etməməkdən əlavə, adlarına layiq şəkildə məzlumların fəryadına yetişib zalımlardan onların haqlarını geri almağa səy göstərsinlər.
Bu altı ayədə Mütəal Allah xristianların həzrət İsa (ə) haqqındakı düşüncə və əqidələrinin səhv olduğunu üzə çıxarır. Xristianların əqidəsinə əsasən, həzrət İsa diridir, ölünü dirildir, xəstələrə şəfa verir. Mütəal Allah onların bu əqidəsinə cavab olaraq buyurur: «İsa diri olsa da, o, ölümə məhkumdur. Onun işlərini idarə edən (ona ömür verib ruzi əta edən) Allahdır.»
İsa peyğəmbər insanların evində olanlardan (onların yeyib-içdiklərindən) xəbər verirdi. Onlar belə güman edirdilər ki, ölünü diriltməyə qadir olan, xəstələrə şəfa verməyə gücü çatan, insanların nə etdiklərindən agah olan bir şəxs Allahdır. Mütəal Allah «Allahu lə iləhə illə hu» ayəsini və «innəllahə lə yəxfə» ayəsini nazil etməklə onların bu iki şübhəsini və səhv düşüncələrini batil hesab edərək buyurur: O kimsəyə Allah demək olar ki, (İsa peyğəmbər kimi) yalnız insanların evindəkilərdən deyil, göylərdə və yerdə olanların hər birindən xəbər verə bilsin.«
Xristianlar həzrət İsanın Allah olmaması barəsində bu cavabı eşitdikdə belə qüdrətli və atası olmadan ana bətnindən dünyaya gələn şəxsin Allahın oğlu olduğu iddiasını irəli sürdülər. Mütəal Allah onların bu iddiasına isə cavab olaraq belə buyurur: «O, (təkcə İsanı deyil) sizin hamınızı analarınızın bətnində insan surətinə salmışdır (atalarınız isə bu işdə yalnız bir vasitədir).»
Mötəbər bir hədisdə peyğəmbərlərin xatəmi, insanların əşrəfi həzrət Muhəmməd (s.ə.a. s) buyurub: «İzzət və cəlal sahibi olan Allah Adəmlə Həvvanı ata-anası olmadan yaratdı. Həzrət İsanı atası olmadan ana bətnində yaratdı. Digər insanları isə ata-ana vasitəsilə xəlq etdi ki, hər bir şeyə qadir olduğunu bütün insanlara çatdırsın. (Əgər həzrət İsanı atası olmadığına görə Allahın oğlu bilirsinizsə, bəs nə üçün həzrət Adəm və Həvvanı Onun övladları hesab etmirsiniz? Bundan əlavə, həzrət İsanın elm və qüdrəti Allah tərəfindən ona bəxş olunmuşdur. Hər bir peyğəmbərin öz peyğəmbərliyini sübuta yetirmək üçün göstərdiyi möcüzənin özü Allahın izni, iradəsi və qüdrəti ilə həyata keçir.)»
-
3:4
مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ الْفُرْقَانَ ۗ إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۗ وَاللَّهُ عَزِيزٌ ذُو انتِقَامٍMin Qablu Hudáan Lilnnāsi Wa 'Anzala Al-Furqāna 'Inna Al-Laḏīna Kafarū Bi'āyāti Al-Lahi Lahum `Aḏābun šadīdun Wa Allāhu `Azīzun ḏū AntiqāminBundan öncə, insanları hidayət etmək üçün! Və Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətli və intiqam sahibidir. -
3:5
إِنَّ اللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ'Inna Al-Laha Lā Yaḫfá `Alayhi šay'un Fī Al-'Arḍi Wa Lā Fī As-Samā'iŞübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin iman və küfrünüz) Allaha gizli deyildir. -
3:6
هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ ۚ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُHuwa Al-Laḏī Yuṣawwirukum Fī Al-'Arḥāmi Kayfa Yašā'u Lā 'Ilāha 'Illā Huwa Al-`Azīzu Al-ḥakīmuSizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.Uşağın ana bətnində formalaşması (ayə:6)
Bu ayədə bir neçə mühüm mətləbə işarə etməliyəm:
1. İnsanın xilqəti ana bətnindən öncə zərrəciklər aləmində baş verir;
2. Ana bətnində Mütəal Allah tərəfindən ona yalnız şəkil və surət verilir;
3. Onun ömrü, ruzi və taleyi də ana bətnində təyin edilir.Burada Əhli-beytdən (ə) nəql olunmuş mübarək bir hədisi təqdim edirəm:
Mərhum Kuleyni özünün məşhur «əl-Kafi» əsərində mötəbər sə-nədlərlə Zürarədən nəql edir ki, imam Baqir (ə) buyurub: «İnnəllahə izə əradə ən yəxluqan-nutfətəl-ləti hiyə mimmə uxizə aləyhil-misəqu min sulbi Ədəmə au mə yəbdu ləhu fihi va yəc`aləhə fir-rahimi harrakər-raculə lil-cimə`i va auha ilər-rahimi əniftəhi bəbəki hattə yəlicə fiki xalqi va qazaiyən-nəfizu va qadəri fə təftəhur-rəhimu bəbəhə fətəsilun-nutfətu ilər-rahim. Fə təraddədə fihi ərbə`inə yaumən. Summə təsiru aləqatən ərbə`inə yaumən. Summə təsiru muzğatən ərbə`inə yaumən. Summə təsiru ləhmən təcri fihi uruqun muştəbəkətun. Summə yəb`asullahu mələkəyni xalləqayni yəxluqani fil-ərhami mə yəşəullah. Fəyəqtəhiməni fi bətnil-mər`əti min fəmil- mər`əti fəyəsiləni ilər-rahimi va fihər-ruhul-qadimətul-mənqulətu fi əsləbir-ricəli va ərhamin-nisə`. Fəyənfuxani fihə ruhal-hayəti val- bəqai va... — Həqiqətən də, Allah zərrəciklər aləmində Adəm peyğəmbərin sülbündə olan, əhdi-peyman alınmış zərrəni xəlq etmək və onu hər hansı bir xanımın rəhmində qərar vermək istədikdə kişini öz xanımı ilə yaxınlıq etmək üçün hərəkətə gətirər. Mütəal Allah həmin qadının rəhminə də əmr edər: «Qapını aç ki, Mənim yaratdığım, qüdrət və qədərimin hakim olduğu nütfə orada qərar tutsun.» Nütfə rəhimdə qalıb-qalmamaq barədə 40 gün tərəddüd edər (həmin 40 gün müddətində nütfənin düşmə ehtimalı çox olduğu üçün xanımlar və onların həyat yoldaşları çalışmalıdırlar ki, o nütfə siqt olaraq düşməsin). Sonra nütfə (növbəti) 40 gün müddətində laxtalanmış qana çevrilərək ana bətnində qalar. Sonra o, 40 gün ərzində bir parça ətə çevrilər. Sonra həmin ətdə qanın dövr etməsi üçün damarlar yaradılar. Sonra Mütəal Allah iki mələk göndərər ki, həmin nütfəni ana rəhmində Onun istədiyi kimi yaratsınlar. Sonra o iki mələk qadının ağzından rəhminə tərəf nüfuz edib qədimdən kişilərin sülbündə və qadınların rəhimində gəzərək gələn zərrəyə qalmaq və yaşamaq ruhunu da üfürərlər. Sonra onlar Allahın izni ilə həmin ət parçasından qulaq, göz və digər üzvləri ayırarlar. Sonra Mütəal Allah o iki mələyə əmr edər ki, Mənim onun üçün təyin etdiyim ömür, taleh və ruzini yazın. Amma bu şərtlə ki, yazdıqlarınızda Mənim üçün bəda (dəyişiklik) yeri qoyun. Həmin mələklər belə söyləyərlər: ya Rəbb, nə yazaq? İzzət və cəlal sahibi olan Allah onlara vəhy edər: başınızı qaldırıb uşağın anasının başına (alnına) baxın! Onlar başlarını qaldırıb həmin ananın alnına baxdıqda gözləri bir lövhəyə sataşar. Bu zaman ana bətnində olan uşağın surətini, onun gözəlliyinin və ömrünün miqdarını, zərrəciklər aləmində bağladığı əhd-peymanı, onun xoşbəxt, yaxud bədbəxt olmasını və digər məlumatı gördükdə mələklərdən biri onları oxuyar, digəri isə yazar. Onlar lövhədəkilərin hamısını Mütəal Allah üçün bəda yeri qoymaq şərtilə yazdıqdan sonra həmin kitabı imzalayaraq möhürləyər və uşağın iki qaşının arasında (alnında) qərar verərlər. Sonra uşağı ana bətnində ayağa qaldırarlar. Uşaqlardan bəzisi orada təkəbbürlük əlaməti olaraq ayağa qalxmaz (belə uşaqlar dünyaya gələrək böyüyüb boya-başa çatdıqda üsyankar və tüğyan edən olarlar). Uşağın istər kamil, istərsə də naqis bir halda ana bətnindən çıxmaq vaxtı çatdıqda Mütəal Allah onun anasının bətninə əmr edər ki, qapını aç, Mənim yaratdığım körpə oradan çıxaraq yer üzündə yaşasın və onun haqqındakı qərarım həyata keçsin. Ananın rəhmi uşağın çıxması üçün qapını açar. Bu zaman Allah Zacir adlı bir mələyi göndərər ki, ana bətnindəki uşağı incitsin. Bu yolla uşaq oradakı çətinlikdən bezərək narahatçılığını bildirsin və oradan çıxmağa razı olsun. Körpə narahat olduğuna görə oturma formasını dəyişərək ayaqlarını yuxarı, başını aşağı — ana rəhminin qapısına tərəf çevirər. Bu yolla Allah onun dünyaya gəlməsini həm körpə, həm də anası üçün asanlaşdırar. Əgər uşağın oradan çıxması çətinləşərsə, həmin mələk yenidən onu incidər ki, orada qalmaqdan yorulub çıxmaq qərarına gəlsin. Mələyin incitməsini görən körpə ağlaya-ağlaya ana bətnindən çıxar (uşağın ağlaması onun nəfəs yolunun açılmasına və bədənində qan dövranının genişlənməsinə səbəb olar. Hətta uşaq ağlamazsa, onu qəbul edən həkim körpənin belinə vurar ki, uşağın nəfəsi onun sinəsində yığılaraq boğulmasın)." («əl-Kafi», c.6, s.13-15)Hörmətli oxucular, qeyd etdiyimiz hədisi müxtəlif ravilər imam
Baqirdən (ə) rəvayət etmişlər. O həzrətdən bu haqda nəql olunmuş rəvayətlərdə uşağın ana bətnində yaranma mərhələləri barədə müxtəlif məlumatlar verilmişdir. Əsas mövzudan yayınmamaq üçün biz onların hamısını qeyd etmədik. Bu haqda geniş məlumat istəyənlər «əl-Kafi» əsəri, c.6, s.12-16-da nəql olunmuş hədislərə və digər mötəbər mənbələrə müraciət edə bilərlər.Nəql etdiyimiz hədisdə imam Baqir (ə) elə incə məsələlərə toxunmuşdur ki, onların bəzisi insan əqlinin fövqündədir. Mümkündür ki, əqli o dərəcəyə yetişməyən şəxslər onu inkar etsinlər. Amma yaxşı olar ki, insan dərrakəsinin yetişmədiyi dərin məsələlərdə «yaxşısını Allah bilər» desin.
Yaratmaq, xəlq etmək iki növdür:
1. Ədəmdən vücuda gətirmək (heç nədən yaratmaq). Bu növ
yaratmaq Allah məxsusdur;
2. Bəzi varlıqlardan istifadə etməklə yaratmaq. Bu cür yaratmağı isə Allahdan qeyriləri edə bilər. Necə ki, insan müxtəlif əşyalardan istifadə etməklə, onları bir-birinə münasib şəkildə birləşdirməklə ev, maşın, təyyarə və s. düzəldə bilir. Belə şəxslərə də xaliq, yaradıcı demək olar. Amma Mütəal Allah əhsənul-xaliqindir (yaradanların ən üstünüdür). Necə ki, O, insanın xilqətindən söhbət açdıqda buyurur: «Fətəbərakəllahu əhsənul-xaliqin — Allah xəlq edənlərin ən üstünüdür. (Bu əzəmətdə olan insanı laxtalanmış bir qandan yaradır).» («Muminun» surəsi, ayə:14)Həmin rəvayətdən məlum olur ki, hər bir insanın zərrəciklər aləmində özünəməxsus bir ruhu vardır. Zərrənin ruhu olduqda Mütəal Allah onu danışdıraraq əhd-peyman alır. Sonralar ana bətnində ikən ona yenidən heyvani və nəbati (həyat və dirçəliş) ruhu verir.
Həmçinin bu rəvayətə əsasən, mələk, həqiqətən də, var olub insanla daim təmasdadır. Uşağa ruh verilməsi üçün mələyin ana bətninə ağzından nüfuz edərək daxil olmasından onun mənəvi və nurani bir varlıq olması ortaya çıxır. Mələk cisim olsaydı, ana bətninə ağızdan daxil olmazdı. Çünki ana bətninə ağız tərəfdən yol yoxdur.
Bəzi rəvayətlərə əsasən, «əzl (uşaq olmasına maneə yaratmaq)», yaxud siqt (onun ana bətnindən düşməsi) vasitəsilə uşaqların dünyaya gəlməməsi onlardan əhd-peyman alınmamasına işarədir. Çünki əhdpeyman alınsaydı, onlar dünyaya gələrək yaşayar və müəyyən olunmuş əcəl, ruzi və talelərini əldə edərdilər.
Uşağı abort yolu ilə saldıran valideyn bilməlidir ki, onlar Allahın həmin uşaq haqqındakı qəzavü-qədəri ilə, uşağın həyatı, əcəli, onun taleyi ilə oynayırlar və bu yolla böyük günah və xətaya yol verirlər.
Abort etməklə əzl etmək arasında böyük fərq vardır. Abort edərkən ata-ana uşağın ana bətnində yaranmasından sonra onun düşməsinə səbəb olurlar. Əzl etdikdə isə kişi ilə xanım müxtəlif vasitələrlə nütfənin ana bətninə düşməsinə və spermaların bir-birinə qarışaraq insan surətini almasına mane olurlar. Ona görə də, abort etmək insan qətlə yetirmək hesab olunduğu üçün bu əməlin diyəsi, kəffarəsi vardır. Əzl etdikdə isə insanın öhdəsinə heç bir kəffarə düşmür.
Təfsirini yazdığımız mübarək ayədə Mütəal Allah uşağın ana bətnində surət almasını özünə aid edir. Lakin bunu da bilməliyik ki, bu işdə xaricdəki müxtəlif amillər (səhnələr, hər hansı insan və ya heyvanın çöhrəsi və s.) uşağın gözəl və ya çirkin olmasında təsirsiz ötüş mür. Amma həmin amillər Allahın istək və hikmətinin qarşısını ala bilməz. Əgər Allah təala bir uşağın hər hansı bir şəkildə olmasını iradə etsə, heç bir amil Onun iradəsi qarşısında dayana bilməz. Çünki O, yenilməz qüvvət və hikmət sahibidir.
-
3:7
هُوَ الَّذِي أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ ۖ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ ۗ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِHuwa Al-Laḏī 'Anzala `Alayka Al-Kitāba Minhu 'Āyātun Muḥkamātun Hunna 'Ummu Al-Kitābi Wa 'Uḫaru Mutašābihātun Fa'ammā Al-Laḏīna Fī Qulūbihim Zayġun Fayattabi`ūna Mā Tašābaha Minhu Abtiġā'a Al-Fitnati Wa Abtiġā'a Ta'wīlihi Wa Mā Ya`lamu Ta'wīlahu 'Illā Al-Lahu Wa Ar-Rāsiḫūna Fī Al-`Ilmi Yaqūlūna 'Āmannā Bihi Kullun Min `Indi Rabbinā Wa Mā Yaddakkaru 'Illā 'Ūlū Al-'AlbābiBu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar «möhkəm» ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun təvilini (və həqiqi mənasının nə olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm və mütəşabih olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.Möhkəm və mütəşabih ayələr (ayə:7)
Qeyd etdiymiz kimi, bu ayədə Quranın hamısının birlikdə nazil
olması nəzərə alınaraq «ənzələ» kəlməsi işlənmişdir.Quran ayələri iki yerə bölünür:
1. Möhkəm ayələr;
2. Mütəşabih ayələr.Möhkəm o şeyə deyilir ki, xaricdən ona başqa bir şey daxil ola bilməsin. Quranın bəzi ayələrinin mənası o qədər açıq-aşkardır ki, insan onu çətinlik çəkmədən başa düşür. Bunlara möhkəm ayələr deyilir. Bəzi ayələr də vardır ki, onların mənasını düşünərkən insanın fikri azaraq ayənin həqiqi mənasından uzaqlaşa bilər. Bunlar da mütəşabih ayələr adlanır. Həmin ayələrin həqiqi mənasını dərk etmək və bu barədə xətaya yol verməmək üçün insan gərək digər ayələrə müraciət etsin ki, onların vasitəsilə həmin ayələrin də mənası aşkar olsun. Məsələn, bir çox ayələrdən Mütəal Allahın cisim olmadığı başa düşülür. Əgər bəzi ayələrdə «yədullah — Allahın əli» ifadəsinə, yaxud «va cə`ə Rabbukə - sənin Rəbbin gəldi» cümləsinə rast gəliriksə, bu sözlərin mənasını möhkəm ayələrə müraciət etməklə dərk edə bilərik. Burada «yəd» sözündən məqsəd «əl» deyil, yaxud «cə`ə»-dən məqsəd «ayaqla gəlmək» deyil. Çünki biz əvvəlki ayələrdən Allahın cisim olmadığına yəqinlik əldə etmişik. Buna görə də, aləmləri yaradan Rəbbimiz haqqında «yəd» kəlməsi insanlar haqqındakı «əl» mənasını ifadə etmir. Burada bu sözdə məqsəd «Allahın qüdrəti»-dir. «Cə`ə Rabbukə» deyildikdə isə «Allahın əmri, hökmü gəldi» mənasını verir.
Mütəal Allah «Hud» surəsinin ilk ayəsində buyurur: «Kitəbun uhkimət əyətuh — (Ya peyğəmbər!) Sənə elə bir kitab nazil etdik ki, onun ayələri möhkəmdir.»Təfsirini yazdığımız ayədə Mütəal Allah Quran ayələrini «möhkəm və mütəşabih» olmaqla iki qismə ayırır. Bəzi şəxslər belə təsəvvür edə bilər ki, «Hud» surəsindəki ayə ilə bu ayə arasında ziddiyyət vardır. Orada bütün ayələrin, burada isə bəzi ayələrin möhkəm olması söylənilir. Lakin onlar diqqət göstərsələr, görərlər ki, mütəşabih ayələrin mənası möhkəm ayələrə müaciət etmək nəticəsində aydınlığa çıxaraq o da möhkəm ayələrdən hesab olunar. Allahın əlinin olmadığı halda, Onun haqqında «yəd — əl» sözünün nə demək olduğunu başa düşmək üçün biz Allahın cisim olmamasına müraciət etməklə bu ifadənin «Onun qüdrəti» demək olduğunu anlayırıq. Bir sözlə, əgər Mütəal Allahın «Ğaniyyun anil-aləmin — heç bir varlığa möhtac deyildir» («Fatir» surəsi, ayə:15, «Loğman» surəsi, ayə:26) cümləsinin mənasını başa düşsək, bilərik ki, Onun əl, ayaq kimi üzvlərə, oturmaq üçün kresloya, yatmaq üçün çarpayıya ehtiyacı yoxdur. O, cisim deyildir ki, belə əşylara möhtac olsun. Bu sözlərdən biri Onun haqqında hər hansı bir ayədə işlənsə də, həmin ifadə insanlar haqqındakı mənanı daşımır. Məsələn, «Yədullahi fauqa əydihim» cümləsi Allahın əlinin deyil, «qüdrətinin insanların gücü fövqündə» olması deməkdir. «Bəsir» Onun haqqında «görmək» deyil, «bilmək və agah olmaq» mənasını daşıyır. Onun haqqında «yərakə - səni görür („Şüəra“ surəsi, ayə:218)» deyildikdə «sənin harada olduğunu bilir» mənası nəzərdə tutulur.
Təəssüf ki, müsəlmanların böyük bir qismi mütəşabih ayələrin mənasını yaxşı dərk etməmək nəticəsində Allahın cisim olmasını iddia etməklə böyük xətaya yol vermişlər. Hətta bu haqda ifrata vararaq qiyamət günü Onun görünəcəyini də söyləmişlər. Halbuki, aləmləri yaradan Rəbbimiz «ulul-əzm» peyğəmbərlərdən olan həzrət Musaya buyurur: «Lən tərani — (Ey Musa!) Sən Məni heç vaxt (nə dünyada, nə də axirətdə) görməyəcəksən!» («Əraf» surəsi, ayə:143)
Necə ola bilər ki, qiyamət günü iman əhli olanlar cənnətdə Allahı görsünlər, amma həzrət Musa kimi bir peyğəmbər Onu görməsin?! Bu iddianı irəli sürənlər bilmirlərmi ki, insanın nə dünyada, nə də axirətdə Mütəal Allahı görməyə qüdrəti çatmaz?! Musa peyğəmbər: «Rabbi, ərini ənzur iləyk — Ey Rəbbim, Özünü mənə göstər, Səni görüm» — dedikdə Allah təala ona cavab olaraq buyurur: «Lən tərani va ləkin unzur iləl-cəbəli fə inistəqarra məkənəhu fəsaufə tərani. Fələmmə təcəllə rabbuhu lil-cəbəli cə`aləhu dəkkən va xarra Musa sə`iqan. Fələmmə əfəqa qalə: Subhanəkə, tubtu iləykə va ənə əvvalul- mu`minin — (Ey Musa!) Sən Məni heç vaxt görməyəcəksən! Lakin dağa nəzər sal! Əgər o, yerində qərar tuta bilsə, sən də Məni görə bilərsən.
Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçdıqda) onu parça- parça etdi. Musa da bayılaraq yerə yıxıldı. Ayılandan sonra dedi: Sən pak və müqəddəssən (Sən cisim olub gözə görünməkdən uca və əzəmətlisən). Sənə (bu işimdən) ötrü tövbə etdim və mən (Sənə) iman gətirənlərin birincisiyəm.»
Bu, möhkəm ayələrdən biridir. Allahı görəcəyini iddia edənlər bu ayənin mənasını yaxşı başa düşsələr, Allahı görmək haqqında nəql olunmuş bir çox rəvayətlərin əsassız və zəif olduğunu təsdiq edərlər.
Mərhum şeyx Səduq özünün məşhur «ət-Tövhid» əsərində mötəbər sənədlərlə Əbu Müəmmər əs-Sədanidən rəvayət edir ki, o dedi: «Bir kişi əmirəl-möminin Əlinin (ə) hüzuruna gələrək ərz etdi: ya Əmirəl- möminin! Mən Allahın nazil etdiyi Kitab barəsində şəkkə düşmüşəm. Əli (ə) buyurdu: səkələtkə ummuk! Va kəyfə şəkəktə fi kitəbilləhil- munzəl?! Qalə: liənni vacədtul-Kitəbə yukəzzibu bə`zuhu bə`zan. Fə kəyfə lə əşukku fih? Fəqalə Aliyyubnu Əbi Talib (a): innə kitəbəllahi ləyusaddiqu bə`zuhu bəzan va lə yukəzzibu bə`zuhu bə`zan. Va ləkinnəkə ləm turzaq aqlən təntəfi`u bih. Fə həti mə şəkəktə fihi min kitəbilləhi azzə va cəll. Qalə ləhur-racul: inni vacədtullahə yəqulu: ... Vucuhun yauməizin nəzirah, ilə rabbihə nəzirah va yəqulu: lə tudrikuhul-əbsar va huva yudrikul-əbsar... va yəqulu: va ləqad ra`əhu nəzlətən uxra, ində sidratil-muntəhə.
Qalə Aliyyun (a): Vayhək... Qalə Rasulullah (s): yə Cəbrail, həl raəytə rabbək? Fəqalə Cəbrail: innə rabbi lə yura. Fəqalə Rasu- lullah: fəmin əynə tə`xuzul-vahyə? Fəqalə: əxizuhu min İsrafil? Fəqalə: va min əynə yəxuzuhu İsrafil? Qalə: yə`xuzuhu min mələkin fauqahu minər-ruhaniyyin. Qalə: fəmin əynə yə`xuzuhu zəlikəl- mələk? Qalə: yəqzifu fi qalbihi qazfən... — Anan matəminə otursun! Sən Allahın nazil etdiyi kitab barəsində necə şəkk edə bilirsən? O dedi: mən Quran haqqında necə şəkk etməyim ki, onun bəzi ayələri bəzilərini təkzib edir?! Əli (ə) buyurdu: Allahın kitabının ayələri birbirini təkzib etmir, əksinə, təsdiq edir. Lakin sən o düşüncənin sahibi deyilsən ki, onu dərk edərək faydalanasan. De görək, izzət və cəlal sahibi olan Allahın kitabı haqqında nə şəkkə düşmüsən? O dedi: mən görürəm ki, Mütəal Allah buyurur: «O gün neçə-neçə üzlər sevinib gülərək öz Rəbbinə baxacaqdır!» («Qiyamət» surəsi, ayə:22), «Gözlər Onu dərk etməz, O, gözləri dərk edər!» («Ən`am» surəsi, ayə:103), «And olsun ki, Onu başqa bir dəfə də görmüşdü.» («Nəcm» surəsi, ayə:13)Əli (ə) buyurdu: («Qiyamət» surəsi, 22-ci ayədəki «nazirətun» sözü «baxmaq» deyil, «Mütəal Allahın rəhmətinin intizarını çəkmək» mənasını daşıyır. Çünki Allah təala «Ən`am» surəsi, 103-cü ayədə: «gözlər Onu dərk etməz», — buyurur«) Bir gün Allahın rəsulu (s) Cəbrailə söylədi: ey Cəbrail, sən Rəbbini görmüsənmi? O dedi: mənim Rəbbim gözlə görünməz. Peyğəmbər buyurdu: elə isə sən vəhyi haradan (kimdən) alırsan? Cəbrail dedi: mən onu İsrafil mələkdən alıram. Peyğəmbər buyurdu: İsrafil kimdən alır? Cəbrail dedi: O da özündən uca məqamda olan ruhani bir mələkdən. Peyğəmbər soruşdu: bəs o mələk vəhyi kimdən alır? Cəbrail dedi: vəhy həmin mələyin ürəyinə ilham olunur (Hətta o mələk, yaxud ondan üstünləri belə Allahı görə bilməz)...
Əli (ə) sözünə davam edərək buyurdu: «Nəcm» surəsi 13-cü ayədəki «Onu ikinci dəfə gördü» cümləsinə gəlincə, bunun mənası Peyğəmbərin (Allahı deyil) Cəbrail mələyi ikinci dəfə öz surətində olduğu kimi görməsi deməkdir (Cəbrail vəhy gətirdikdə Peyğəmbərin hüzuruna adi bir insan şəklində gələrdi)." («ət-Tövhid», Səduq bab: «ər-Raddu aləs-sənəviyyəti vaz-zənədiqah», s.181-193; «Biharul-ənvar», c.93, s.127-142, hədis:2. Bu hədisin mövzuya aid olan qismini nəql etdik. Həqiqətən də, Quranın möhkəm və mütəşabih ayələrini düzgün başa düşmək üçün bu hədisi qeyd etdiyimiz mənbədən bütünlüyü ilə oxumaq lazımdır)
Bu hədisdən də göründüyü kimi, Mütəal Allahı görmək olmaz. Deməli, bəzi ayələrdə işlənən mütəşabih sözlərlə Allahın gözə görünməsi təsdiq olunmur.
Təfsirini yazdığımız ayədə bir neçə kəlmənin mənasına diqqət etməliyik:
«Umm» sözü; bir şeyin əslinə ərəb dilində «umm» deyilir. Mütəal Allahın yanında mövcud olan "lövhi-məhfuz«a «Ummul-Kitab» deyilir. Çünki «lövhi-məhfuz»-da bütün səmavi kitabların əsli mövcuddur. Quran ayələrinin bir qismi digərlərinə nisbətdə «ummul-Kitab (Kitabın əsası, əsli sayılan ayələr)» hesab olunur. Yəni: həmin növ ayələrin məna və dəlaləti o qədər açıq-aşkardır ki, digər ayələrin mənasını bunlara müraciət etməklə yaxşı dərk etmək olar. Məsələn, insanın ataanası məlum olduqda onun şəxsiyyəti, kimlərdən olduğu bilindiyi kimi «mütəşabih» ayələrin mənası da möhkəm ayələrlə yanaşı qoyulmaqla başa düşülər. Belə ki, bunların da mənası bizim üçün möhkəm ayələr kimi açıq-aşkar olar.«Zeyğ» — sözü düz yolun əksinə addım atmağa deyilir. Əqidəvi baxımdan yollarını azmış şəxslər Qurani-Kərimdə olan mütəşabih ayələrə istinad edərlər. Məsələn, onlar Allahın cisim olmaması haqqındakı digər möhkəm ayələrə diqqət göstərmədən «yədullah» ifadəsini, yaxud «innəllahə aləl-arşistəva» ayəsini Allahın cisim olmasına dəlil gətirirlər. Amma dərk etmirlər ki, «yəd və ərş» sözləri zahirdə «əl və taxt» mənasını versə də, burada həmin iki kəlmə özünün batini və həqiqi mənası olan «qüdrət və səltənət» mənasını daşıyır.
«İbtiğa» sözü həddi aşmaq mənasında işlənir. Bir kəlməni həqiqi mənasından uzaqlaşdırmaq deməkdir.
«Fitnə» kəlməsi; bu sözün mübarək ayədəki mənası camaatı düz yoldan azdırmaq deməkdir.
«Təvil» kəlməsi; bu söz «əvvəl» sözündən törəyərək bir şeyin «əvvəlinə və əslinə» deyilir. Bu baxımdan mütəşabih ayələrin Əsilvə ilk iradə olunmuş mənasını hər bir insan bilməz. Onu yalnız Allah və elmdə möhkəm, dəyişməz və sabit olan şəxslər (həzrət Peyğəmbər və ona bənzər səlahiyyət sahibi olan imamlar) bilərlər.
«Rasix» sözü; möhkəm, sabit və dəyişməz bir şeyə ərəb dildində «rasix» deyilir.
Bu sözlərə diqqət yetirdikdən sonra məlum olur ki, Mütəal Allah mütəşabih ayələrin mənasını yalnız Özünə və elmləri sabit, dəyişilməyən şəxslərə aid edir.
Burada başqa bir mənaya da diqqət yetirməliyik. Görəsən, elmləri, imanları dəyişməz və sabit olan şəxslər kimlərdir ki, onlar mütəşabih ayələrlə rastlaşdıqda «Qurana iman gətirdik, bu kitabın ayələrinin hamısı (möhkəm və mütəşabih ayələr) Rəbbimiz tərəfindən nazil olmuşdur» — deyərlər.
Quran oxuyarkən mütəşabih ayələrlə rastlaşıb onların mənasını dərk edə bilmədikdə «mənə elə gəlir» deyən şəxslər «ər-rasixunə fil- ilmi — elmdə dəyişməz olan şəxslərdən» sayıla bilərlərmi? O hansı dəlil və agahlıqdır ki, onlara həmin vasitə ilə «elə gəlir», amma bizə gəlmir?! Onlar bilmirlərmi ki, «mənə elə gəlir» deməklə Quranı öz rəyləri ilə təfsir etmiş olur və bu işi görməklə də cəhənnəm əzabına düçar olarlar?! Onlar bilmirlər ki, «vamsəhu biru`usikum va ərculəkum — başlarınıza və ayaqlarınıza məsh çəkin» ayəsini «məsh edin və ya yuyun» deməklə böyük bir səhvə yol verirlər?!
Məgər Quran ərəb kitabıdırmı ki, yalnız bəzi lüğətlərə müraciət etməklə onun mənasını anlamaq olsun?! Belə kimsələr bilməlidirlər ki, Quran ərəblərin deyil, Allahın kəlamıdır. Aləmləri yaradan Rəbbimizin tayı, misli və bərabəri olmadığı kimi, Onun kəlamı olan Quranın da bənzəri yoxdur. Elə buna əsasən, bəyənilir ki, Quran ayələrinin mənasını başa düşmədikdə Peyğəmbər və o həzrətin Əhli-beytinin (ə.s) buyurduğu sözlərə, onlardan nəql olunmuş mötəbər rəvayətlərə müra- ciət olunsun. Çünki o həzrətlərin ərəb olmalarından əlavə Quran Cəbrail (ə) vasitəsilə onların evində, onlara nazil olmuşdur.
Mərhum Kuleyni, həmçinin Əyyaşi imam Sadiqdən (ə) mötəbər sənədlərlə rəvayət edirlər ki, o həzrət buyurub: «Nəhnur-rasixunə fil- ilmi va nəhnu nə`ləmu tə`viləh — Elmi möhkəm və dəyişməz olan bizik. Quranın təvilini (Əsilmənasını) biz (Əhli-beyt) bilirik.» («Təfsiri- Əyyaşi», c.1, s.187, hədis:8; «Biharul-ənvar», c.19, s.27)
Mərhum Feyz Kaşani mötəbər sənədlərlə rəvayət edir ki, həzrət Muhəmməd (s.ə.a. s) buyurub: «İnnə lil-Qur`ani zahran va bətnən va haddən va muttalə`an — Quranın zahiri, batini, məna həddi və agahlıq yeri vardır.» («Təfsiri-Safi», c.1, möhkəm və mütəşabih ayələrin təfsirində)
Quran ayələrini bəyan edən şəxs haqqında bəhs etdiyi mənanın zahirinin batini ilə ziddiyyət təşkil etməməsinə diqqət etməlidir. Ayənin mənasının müəyyən bir həddi vardır. Müfəssir gərək həmin həddi qoruyub saxlasın.
Cabir ibn Yəzid əl-Cöfi deyir: «İmam Baqirdən (ə) Quranın təfsiri haqqında söz soruşdum. O həzrət mənə cavab verdi. Sonra həmin sualı ertəsi gün bir də soruşdum. İmam Baqir (ə) başqa bir cavab söylədi. Ərz etdim: sənə fəda olum, dünən bu barədə soruşduqda bu günkündən başqa bir cavab verdiniz. İmam (ə) buyurdu: Ya Cəbir! İnnə lil- Qur`əni bətnən va lil-bətni bətnun va zahran va liz-zahri zahrun. Yə Cəbir va ləysə şəy`un əb`adə min uqulir-ricəli min təfsiril-Qur`ən. İnnəl-əyətə təkunu əvvaluhə fi şəy`in va ausətuhə fi şəy`in va əxiruhə fi şəy`. Va huva kələmun muttəsilun yənsarifu alə vucuh — Ey Cabir, həqiqətən də, Quranın batini (dərin mənası), batininin də batini vardır və onun zahiri mənası, zahirinin də zahiri (daha aşkar mənası) vardır. Ey Cabir, Quranın təfsiri (həqiqi mənası) insanların ağlına ən uzaq gələn bir həqiqətdir. Çünki ayənin əvvəli bir həqiqət, ortası başqa bir həqiqət, axırı da digər bir həqiqət haqqındadır. Halbuki, həmin ayə bir-birinə bağlı bir kəlamdır ki, o, müxtəlif mənalara dəlalət edir.» («Təfsiri-Əyyaşi», c.1, s.23, hədis:8; «Biharul-ənvar», c.89, s.91, hədis:37)
Əlbəttə, imam Baqirin (ə) Quran ayələrinin insan ağlının fövqündə olmasını buyurmaqda hədəfi onların mənasını öyrənməmək deyil. Əslində, məqsəd budur ki, hər kəs öz düşüncəsi və rəyi ilə Allah kəlamını təfsir etməsin. Çünki insanların dərrakələri bir-birindən fərqlənir. Əgər insanlar Quran ayələrini yalnız ağıl yolu ilə izah etməyə çalışsalar, ayələrin mənası onların ağılları qədər təfsir olunar. Ağıllar fərqli olduğu üçün mənalar da fərqlənərək bir-biri ilə ziddiyyət təşkil edər. Halbuki, Allah kəlamında heç bir ziddiyyət yoxdur.
Bu hədisdən belə qənaətə gəlmək olar ki, Quranın zahiri və batini mənası var. Əgər Quranın zahiri mənası insanı şübhəyə salsa, həmin şəxs şübhədən xilas olmaq üçün mütəşabih ayəni Əsilvə möhkəm ayələrlə tutuşduraraq mənalandırsın. Hətta bəzən Peyğəmbər və Əhli- beytdən (ə.s) nəql olunmuş hədislərdə də möhkəm və mütəşabih mənalı sözlərlə rastlaşırıq. Belə hallarda da insan gərək onların mütəşabih sözlərini möhkəm sözləri ilə müqayisə etməklə təvilini (Əsilmənasını) bilsin. Hətta bəzən elə rəvayətlərə rast gəlinir ki, orada vacib əməllərin zahirindən əlavə onların təvilinə - Əsilmənasına da işarə olunmuşdur.
Mərhum şeyx Səduq məşhur «İləluş-şərayi» adlı əsərində mötəbər sənədlərlə Məkkə sakini olan Əhməd ibn Abdullahdan rəvayət edir ki, o dedi: «Bir gün əmirəl-möminin Əli (ə) Allah beytinin yanından keçirdi. İmam (ə) orada namaz qılan bir kişi ilə rastlaşdı. Həzrət Əli (ə) onun namazını bəyənərək buyurdu: ya həzər-racul, tə`rifu tə`vilə salətik? Qalər-racul: yəbnə ammi xayri xalqilləh, va həl lis-saləti tə`vilun ğayrat-təabbud? Qalə Aliyyun (a): i`ləm, yə həzər-racul, ənnəllahə təbərakə va təala mə bə`asə Nəbiyyəhu (s) biəmrihi minəl- umuri illə va ləhu mutəşəbihun va tə`vilun va tənzilun va kullu zəlikə alət-təabbud. Fəmən ləm yə`rif təvilə salətihi fə salətuhu kulluhə xidəcun nəqisatun ğayru təmməh. Fəqalər-racul: mə mə`nə rəf`i yədəykə fit-təkbiratil-ulə? Fəqalə: Əllahul-vahidul-əhad. Əlləzi ləysə kəmislihi şəy`. Lə yuqasu bişəy`in va lə yulməsu bil-əxməs valə yudraku bil-havas. Qalər-racul: mə mə`nə məddi unuqikə fir-ruku`? Qalə: tə`viluhu — əməntu bivahdəniyyətikə va lau zarabtə unuqi. Qalər-racul: mə mə`nəs-səcdətil-ulə? Fəqalə: tə`viluhə... — Ey kişi, qıldığın namazın təvilini (Əsilmənasını) bilirsənmi? O dedi: ey Allahın xəlq etdiklərinin ən yaxşısının əmisi oğlu, namazın ibadət etməkdən başqa bir mənası da var? Əli (ə) buyurdu: ey kişi, bil və agah ol ki, Allah təbarək və təala öz Peyğəmbərini elə bir işi əmr etmək üçün göndərməyib ki, o işin mütəşabihi, təvili və tənzili (nazil olma səbəbi) olmasın. Onların hamısını təsdiq etməyin özü ibadətdir. Hər kəs qıldığı namazın təvilini bilməsə, onun qıldığı namaz naqis olaraq mükəmməl hesab olunmaz.
O kişi dedi: (Ya əmirəl-möminin!) Buyur görək, namaza başlayanda ilk təkbirdə («Allahu əkbər» deyərkən) əlləri yuxarı qaldırmağın mənası nədir? İmam (ə) buyurdu: onun mənası budur: Allah təkdir. Onun misli yoxdur. Heç nəyi Onunla müqayisə etmək olmaz. O, beş hissiyyat üzvünün heç biri ilə duyulmaz, heç bir hissiyyatla da dərk edilməz.
Kişi dedi: rukuya getdikdə (əyilərək) boynunu (qibləyə tərəf) uzatmağın mənası nədir?
İmam (ə) buyurdu: yəni: ey Allah, mən Sənin tək və haqq olduğuna
iman gətirmişəm, boynumu vursan belə (bu yoldan əl çəkmərəm)!
Kişi dedi: namaz qılarkən ilk səcdənin mənası nədir?Əli (ə) buyurdu: yəni ki, ey Allah, məni yerdən, torpaqdan yaratmısan. Səcdədən başını qaldırmağın mənası budur ki, məni torpaqdan (yaradaraq oradan) çıxarmısan. İkinci səcdənin mənası budur: ey Allah, məni yenidən torpağa (qəbirə) qaytaracaqsan. Həmin səcdədən qalxmağın mənası isə «ey Allah, (qiyamət günü) məni yenə də torpaqdan (qəbirdən) çıxaracaqsan» deməkdir..." («İləluş-şərayi», c.2, s.598, hədis:45; «Təfsiru nuris-səqələyn», c.1, s.319, hədis:46)
Bu hədisin mövzumuzla əlaqədar hissəsini nəql etdik. Onun davamını oxumaq istəyənlər müfəssəl yazılmış hədis kitablarına müraciət etsinlər.
Mərhum Səduq digər əsəri olan «Uyuni-əxbari-Rza (ə)» kitabında imam Rzadan (ə) rəvayət edir ki, o həzrət buyurub: «Mən raddə mutəşəbihəl-Qur`əni ilə muhkəmihi hudiyə ilə siratin mustəqim Va innə fi əxbərinə mutəşəbihən kəmutəşəbihil-Qur`əni va muhkəmən kəmuhkəmil-Qur`ən. Fəruddu... — Hər kəs Quranın mütəşabih ayəsini izah etdikdə möhkəm ayələri ilə yanaşı qoysa, sirati-müstəqimə (düz yola, ayənin həqiqi mənasına) hidayət olar.
Sonra həzrət sözünün davamında buyurdu: hətta bizdən nəql olunmuş hədis və rəvayətlərdə də Qurandakı kimi mütəşabih və möhkəm sözlər var. Elə isə bizdən nəql olunmuş hədislərin mütəşabih sözlərini də möhkəm və batini mənalarına müraciət etməklə mənalandırın. Quran ayələrinin və bizim sözlərimizin yalnız mütəşabih kəlmələrinə tabe olmayın ki, azaraq yolunuzu itirəsiniz.» («Müsnədil-imamir-Rza (ə)», c.2, s.20; «Biharul-ənvar», c.2, s.185)
Mütəşabih ayələrin nazil olmasının hikməti
Bəzi şəxslər mütəşabih ayələrin nazil olma səbəbinə bir neçə dəlil gətirmişlər:
1. Əgər Quranın hamısı əvvəldən axıradək açıq-aşkar mənalı ayələr olsaydı, müxtəlif əqidəli müsəlmanlar Qurana istinad edə bilməz və bu yolla müqəddəs Kitabdan uzaq düşərək ona qarşı çıxardılar. Yəni: Quran mütəşabih ayələr vasitəsilə onları öz ətrafında birləşdirir.2. Mütəşabih ayələr insanın həmin ayələri dərk etməkdə ağıldan və lüğət, sərf, nəhv, üsuli-fiqh və s. kimi müxtəlif elmlərdən istifadə etməsinə səbəb olur.
Qeyd etməliyəm ki, ilk göstərilən səbəb bəyənilən bir dəlil deyil. Çünki həmin şəxslərin sözlərindən belə çıxır ki, Mütəal Allah mütəşabih ayələri nazil edib ki, batil əqidə sahiblərini öz ətrafında toplasın. Bu, Quranın nazil olması və insanları hidayət etməsinə zidd fikirdir. Çünki Quran batil əqidə sahiblərini bir yerə toplamaq üçün deyil, əksinə, onları hidayət etməkdən ötrü nazil olmuşdur.
İkinci fikrin cavabında isə qeyd edə bilərəm ki, görəsən, Quranda elə bir ayə vardırmı ki, insan onu başa düşmək üçün ağıldan və bəzi elmlərdən istifadə etməsin?!
Buradan məlum olur ki, mütəşabih ayələrin nazil olması insanların imanını, onların Allahın əmrinə razı və təslim olması üçün bir imtahandır. Çünki mənası məlum olan ayəni hamı qəbul edər. Mütəşabih ayənin mənası bilinmədikdə onun Allah tərəfindən olmasını qəbul etmək imanın yüksək əlamətidir. Mütəal Allah təfsirini yazdığımız ayədə buyurur: «Elmi sabit olan (həqiqəti dərk edən) şəxslər möhkəm və mütəşabih ayələri gördükdə „biz iman gətirdik, bunların hamısı Allah tərəfindəndir“ — deyərlər.»
Necə ki, müsəlmanların islamın ilk günlərində Kəbə evi olduğu halda, ona tərəf deyil, beytul-müqəddəsə tərəf namaz qılmaları Mütəal Allahın əmrinə tabe olmaq baxımından böyük bir sınaq idi.
İzzət və cəlal sahibi olan Rəbbimiz buyurur: «Ey iman gətirənlər, Allaha, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə (haqq canişinlərə, imamlara) itaət edin. Bir məsələ haqqında (və ya hər hansı bir ayənin Əsilmənası barəsində) mübahisə etdikdə əgər Allaha və qiyamət gününə inanırsınızsa, həmin məsələnin həqiqi mənasını Allah və Onun rəsuluna həvalə edin („onun mənasını Allah və Rəsulu bilər“ — deyin). Çünki bu, nəticə etibarilə (həmin məsələnin Əsilmənasını bilmək baxımından) daha xeyirli və bəyənilmiş bir işdir.» («Nisa» surəsi, ayə:59)
Bu mübarək ayə Allah, Onun rəsulu və əmr sahiblərinə itaət etmək
haqqında nazil olmuşdur. Müsəlmanlara vacibdir ki, ayədə qeyd olunmuş şəxslərə itaət etsinlər. İslamın ilk günlərində əmr sahiblərinə itaət etmək haqqında müsəlmanlar arasında ixtilaf olduğuna görə bu haqda Allah və Onun rəsulunun buyurduğuna əməl edilməsi əmr olunur. Amma bu mübahisə başqa bir məsələ (təharət, dəstəmaz, oruc və s.) haqqında olsaydı, Allaha, Onun rəsuluna və əmr sahiblərinə itaət deyil, müraciət olunması əmr edilərdi.Elmdə möhkəm və dəyişməz olan kəslər
Yuxarıda qeyd olunmuş hədislərdən məlum oldu ki, Quranın Əsilmənasını yalnız Allah və elmdə dəyişməz, möhkəm olan Peyğəmbər və Əhli-beyt (ə) bilər. Lakin bəzi şəxslər iddia etmişlər ki, o həzrətlərdən başqa kimsələr də «ər-rasixunə fil-ilmi» sayıla bilərlər. Onlar öz iddialarına Əbu Dərdadan nəql olunmuş hədisi dəlil gətirirlər.
Əbu Dərda deyir ki, Allahın rəsulundan (s.ə.a. s) elmləri dəyişməz olan şəxslərin kimlər olduğu haqqında soruşulduqda o həzrət buyurdu: «Mən bərrat yəminuhu va sadəqa lisənuhu vastəqamə qalbuhu va mən affə bətnuhu va fərcuh. Fəzəlikə minər-rasixinə fil-ilm — Hər kəs camaatla rəftarında (ehtiyac olduqda) düzgün and içərsə, danışığında sadiq olarsa, qəlbi dəyişməz və sabit bir əqidəyə malik olarsa, qarnını (haram və şübhəli qidalardan), övrət yerini (haramlardan) qoruyarsa, o, elmi dərin və sabit şəxslərdən hesab olunar.» («Camiul- ulumi val-hikəm», c.11, s.19)
Lakin bu iddianı irəli sürənlər diqqət etsələr, görərlər ki, bu hədisdə Allahın rəsulu (s.ə.a) həmin xislətlərə malik olan şəxsləri «ər-rasixunə fil-ilm» deyil, «minər-rüsixinə film-ilm» hesab edir. Necə ki, məşhur və mötəbər hədisdə islam peyğəmbəri (s.ə.a): «Səlmənu minnə Əhləl- bəyt», — buyurmaqla Salmanın Əhli-beyt üzvlərindən deyil, əslində, o həzrətlərə həqiqi şəkildə tabe olanlardan hesab olunduğuna işarə edib. («Biharul-ənvar», c.65, s.55, hədis100; «əl-Ğarat», c.4, s.67; «əl-Mu`cəmul-kəbir», c.6, s.212; «Mərifətus-səhabə», c.9, s.283)
Yuxarıdakı hədisdə də Allahın rəsulu «minər-rasixinə fil-ilm» deməklə sadalanan xüsusiyyətlərə malik şəxslərin «ər-rasixunə fil-ilm» deyil, onların yolunu tutub gedənlərdən olduqlarını bildirir.
Çünki başqa hədislərə nəzər salsaq, görərik ki, orada «elmdə dərin olan şəxslər»-in açıq-aşkar şəkildə Peyğəmbər və Əhli-beytin (ə.s) olduğu qeyd olunmuşdur.
Əbu Bəsir imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «İnnəl-Qur`ənə muhkəmun va mutəşəbih... Əmməl-ləzinə fi qulubihim zəyğun fəyəttəbi`unə mə təşəbəhə minhu ibtiğaəl-fitnəti vabtiğaə tə`vilihi „va mə yə`ləmu tə`viləhu illəllahu var-rasixunə fil- ilmi yəqulunə əmənnə bihi kullun min indi rabbinə“ var-rasixunə fil-ilmi hum Əlu-Muhamməd — Həqiqətən də, Quranın möhkəm və mütəşabih ayələri vardır... Qəlbləri haqdan batilə tərəf meyil göstərən kimsələr fitnə yaratmaq üçün mütəşabih ayələrə tabe olarlar (Allahın cisim olmasına, həzrət İsanın Onun oğlu olmasına, uca Tanrının qiyamət günü görünəcəyinə etiqad bəsləyərlər. Bunlar cahil insanlardır). „Quranın Əsilmənasını Allah və elmdə dəyişməz olanlardan başqa kimsə bilməz. Elmi sabit olan kimsələr (mütəşabih ayələri gördükdə batil fikirlərə yönəlməzlər, əksinə, belə) deyərlər: biz Qurana (bütünlüyü ilə) iman gətirdik. Onun ayələrinin hamısı Rəbbimiz tərəfindəndir.“ İmam (ə) sözünə davam edərək buyurdu: ayədə zikr olunan „ər-rasixunə fil-ilmi — elmi sabit olan şəxslər“ Ali-Muhəmməddir (ə.s).» («əl-Bürhan», c.1, s.271, hədis:11)Fuzeyl ibn Yəsar deyir: «İmam Baqirdən (ə) „Quranın Əsilmənasını Allah və elmdə dəyişməz olanlardan başqa kimsə bilməz...“ ayəsindəki „ər-rasixunə fil-ilm (elmi sabit olan şəxslər)“-in kim olduğu soruşulduqda o həzrət buyurdu: Nəhnu nə`ləmuhu — (Elmi dəyişməz olanlar bizik). (Quranın) Əsilmənasını da biz bilirik.» («Təfsiri-Əyyaşi», c.1, s.187, hədis:7; «Biharul-ənvar», c.19, s.27; «əl- Bürhan», c.1, s.271, hədis:14)
Bu hədisin mislini Əbu Bəsir imam Sadiqdən (ə) nəql edib ki, o həzrət buyurub: «Nəhnur-rasixunə fil-ilm. Fənəhnu nə`ləmu tə`viləh — Elmi sabit və dəyişməz olan şəxslər bizik. (Allahdan sonra) Quranın təvilini (Əsilmənasını) məhz biz bilirik.» («Təfsiri-Əyyaşi», c.1, s.187, hədis:8; «Biharul-ənvar», c.19, s.27; «əl-Bürhan», c.1, s.271, hədis:15)
Bureyd ibn Müaviyə deyir: «İmam Baqirə (ə) ərz etdim: Allahın buyurduğu „va mə yə`ləmu tə`viləhu illəllahu var-rasixunə fil-ilm“ ayəsinin mənası nədir? O həzrət buyurdu: yə`ni: tə`viləl-Qur`əni kulləhu illəllahu var-rasixunə fil-ilm. Fə Rasulullahi əfzəlur- rasixin. Qad alləməhullahu cəmi`a mə ənzələ aləyhi minət-tənzili vat-tə`vil. Va mə kənəllahu munzilən aləyhi şəy`ən ləm yu`allimhu tə`viləh. Va ausiyəuhu min bə`dihi yə`ləmunəhu kulləh... əmənnə bihi kullun min indi Rabbinə... — Yəni: Quranın Əsilmənasını bütünlüyü ilə Allah və elmdə dərin olan kimsələrdən başqa şəxslər bilməz. Allahın rəsulu elmi sabit olanların ən üstünüdür. Belə ki, Allah ona bütün ayələrin nə üçün nazil olmasını və onların Əsilmənasını öyrətmişdir. Peyğəmbərə Allah tərəfindən elə bir ayə nazil olmamışdır ki, Allah onun Əsilmənasını ona öyrətməmiş olsun. Peyğəmbərdən sonra isə o həzrətin haqq canişinləri (imamlar əleyhimus-səlam) Quranın Əsilmənasını bütünlüyü ilə bilənlərdir. Quranın təvilini (Əsilmənasını) bilməyənlərin də borcudur ki, həmin ayələri oxuduqda desinlər: əmənnə bihi kullun min indi Rabbinə - biz Qurana iman gətirmişik. Onun ayələrinin hamısı Rəbbimiz tərəfindəndir.» («Təfsiri-Əyyaşi», c.1, s.187, hədis:6; «Biharul-ənvar», c.19, s.27; «əl-Bürhan», c.1, s.271, hədis:13. Bu hədisi qısa şəkildə nəql etdik.)
Bəzi şəxslər güman edə bilər ki, biz Quranın təvilinin, həqiqi mənasının yalnız Əhli-beytin (ə.s) bildiyini deməklə onlar haqqında mübaliğə edirik. Necə ola bilər ki, Peyğəmbərin ətrafında olan Əbu Zərr, Salman və Miqdad kimi səhabələr Quranın Əsilmənasını bilməsinlər?!
Qeyd etməliyəm ki, adları sadalanan səhabələrin elmi nə qədər çox olsa da, onları Peyğəmbər və Əhli-beytlə (ə.s) müqayisə etmək düzgün deyil. Çünki Peyğəmbərin Əhli-beyti (imamlar əleyhimus-səlam) o həzrətin Allah tərəfindən təyin olunmuş nümayəndələri, bunlar isə səhabələridir.
Burada mübarək bir hədisə nəzər salaq: «İbad ibn Süheyb deyir: imam Cəfər Sadiqə (ə) ərz etdim: əxbirni an Əbi Zərr. Ə huva əfzalu əm əntum Əhlul-bəyt? Fəqalə (ə): yəbnə Suhəyb, kəm şuhurus- sənəh? Fəqultu: isnə aşəra şəhran. Fəqalə: va kəmil-hurumu minhə? Qultu: ərbə`atə əşhur. Qalə: fəşəhru Raməzan minhə? Qultu: lə. Qalə: fəşəhru raməzan əfzalu əm əşhurul-hurum? Fəqultu: bəl şəhru raməzan?! Qalə: fəkəzəlikə Əhlul-bəyt. Lə yuqasu binə əhad... — Buyurun görək, Əbu Zərr üstündür, yoxsa siz Əhli-beyt?!
İmam Sadiq (ə) ondan soruşdu: ey İbn Süheyb, ilin neçə ayı var?
Dedim: on iki.
Həzrət buyurdu: on iki ayın neçəsi haram (hörməti qorunub müharibə edilməyən) aylardan sayılır? Dedim: 4 ay.
İmam (ə) buyurdu: Ramazan ayı həmin aylardan sayılırmı? Ərz
etdim: Xeyr!Həzrət soruşdu: Ramazan ayı üstündür, yoxsa haram aylar (Rəcəb, Zilqədə, Zilhiccə və Muhərrəm)? Dedim: əlbəttə, Ramazan ayı.
İmam Sadiq (ə) buyurdu: biz Əhli-beyt də beləyik. Heç kəsi bizimlə müqayisə etmək olmaz. Necə ki, heç bir ayı Ramazan ayı ilə müqayisə etmək olmaz.» («Camiu əhadisiş-şiə», c.10, s.132, kitabussaum, hədis:14382; «İləluş-şərayi`», s.177, hədis:2)Quranı öz rəyi ilə təfsir etmək
Görəsən, Peyğəmbər və Əhli-beytdən (ə.s) başqa kimsələr (alim və müctəhidlər) Qurani-Kərimi öz rəy və fikirlərinə əsaslanaraq təfsir edə bilərlərmi?
Mütəşabih ayələri möhkəm ayələrlə müqayisə edərək onların düzgün mənasını ortaya çıxarmaq şəriət baxımından heç də qəbahətli bir iş deyil. Çünki onları möhkəm ayələrlə yanaşı qoyduqda insan haqqa tərəf yönələr. Lakin mütəşabih ayələri möhkəm ayələrə təqdim etmədən təfsir etmək insanı haqdan batilə tərəf yönəldər və bu iş Quranı öz rəyi ilə təfsir etmək sayıldığı üçün şəriət tərəfindən qadağan olun- muşdur.
Bir çox mötəbər hədislərdə islam peyğəmbərindən nəql olunmuşdur ki, o həzrət buyurub: «Mən fəssəral-Qur`ənə bira`yihi fəlyətəbəvva` məq`adəhu minən-nər — Quranı öz rəyi ilə təfsir edən kəs cəhənnəm odunda oturmağa hazırlaşsın.» («Əvalil-ləali», c.4, s.37, hədis:154)
Digər bir hədisdə Allahın rəsulu (s.ə.a) buyurub: «Mən qalə fil- Qur`əni biğayri ilmin cə`ə yauməl-qiyəməti mulcəmən bilicəmin min nər — Elmi olmadan Quran ayələri haqqında danışan kəs (ərəsati- məhşərə) ağzına oddan licam vurulmuş halda gələr.» («Biharul-ənvar», c.3, s.223, hədis:14; «Sünəni-Tirmizi», c.10, s.206, hədis:2874)
Başqa bir rəvayətdə Əbu Bəsir deyir: «İmam Cəfər Sadiq (ə) buyurdu: mən fəssəral-Qur`ənə bira`yihi in əsabə ləm yu`cər va in əxtaə fə huva əb`adu minəs-səmə` - Quranı öz rəyi ilə təfsir edən kəs ayənin düzgün mənasını tapa bilsə də, ona (Mütəal Allah tərəfindən) əcr verilməz (Çünki o, qadağan olunmuş yola əl atmışdır). Əgər bu işdə xətaya yol versə, o, (Allah dərgahından, Onun rəhmətindən) yerdən göyə qədər uzaqlaşdırılar.» («Biharul-ənvar», c.89, s.110, hədis:13)
Əmr ibn Şüeyb deyir: «Bir gün Allahın rəsulu (s.ə.a. s) evindən
çıxdıqda bir dəstə elə insanla rastlaşdı ki, onlar söhbət etdikdə Quran ayələrinə istinad edirdilər (Onların bəzisi öz iddiasını irəli sürmək üçün bir ayə söyləyir, digəri isə zahirdə onun əksinə görünən başqa bir ayə deyirdi). Həzrət Peyğəmbər onları belə gördükdə qəzəblənərək buyurdu: bihəzə zallətil-uməmu qabləkum bixtiləfihim... va innəl- Qur`ənə ləm yunzəl liyukəzzibə bə`zahu bə`zan. Va ləkin nəzələ yusaddiqu bə`zuhu bəzan. Fə mə araftum fə`məlu bihi va mə təşəbəhə aləykum fə əminu bih — Əvvəlki ümmətlər buna görə yollarını azaraq həqiqətdən uzaqlaşmışdılar. Şübhəsiz ki, Quranın bəzi ayələrinin bəziləri ilə təkzib olunması üçün nazil olmayıb. Əksinə, o, nazil olub ki, bəzi ayələri digərlərini təsdiqləsin. Siz də başa düşdüyünüz ayələrə əməl edin, dərk etməyib şübhəyə düşdüyünüz ayələrə isə iman gətirib onların haqq olduğunu təsdiqləyin!» («əd-Durrul-mənsur», c.2, s.6)Alim olmayan şəxslərin Quran ayələrinə istinad etmələri bəyənilmir. Çünki onlar bəzən öz əqidələrini sübuta yetirmək üçün nəsx edən ayə əvəzinə nəsx olunmuş bir ayəyə istinad edirlər, möhkəm ayə əvəzinə mütəşabih ayəni dəlil gətirirlər. Yaxud, ümumi məna ifadə edən söz əvəzinə mənası xüsusi olan kəlməyə müraciət edirlər. Ayənin batinindən qəflətə düşüb zahirinə yönəlirlər. Elə buna görə də, həmin şəxslər həm özləri yollarını azır, həm də digər insanları cəhalət və azğınlığa sürükləyirlər. Əslində, belə şəxslərə vacibdir ki, təfsir üsulu elmini dərindən araşdırmadan, bu elmə yaxşı bələd olmadan bu işə girişməsinlər və öz rəyləri ilə Allah kəlamını təfsir etməsinlər.
Mərhum Əllamə Məclisi öz kitabında Muhəmməd ibn İbrahim ibn Cəfər Nömaninin təfsir əsərindən, o da mötəbər sənədlərlə İsmail ibn Cabirdən rəvayət edir ki, o dedi: "İmam Cəfər Sadiqdən (ə) eşitdim ki, buyurur: "...Va`ləmu rahiməkumullah. İnnəhu mən ləm yə`rif min Kitəbilləhi azzə va cəll ən-nəsixa minəl-mənsuxi val-xassa minəl- ammi val-muhkəmə minəl-mutəşəbihi var-ruxasa minəl-azaimi val- Məkkiyyə minəl-Mədəniyyi va əsbəbət-tənzili val-mubhəmə minəl- Qur`əni fi əlfəzihil-munqati`ati val-muəlləfəti va mə fihi min ilmil- qazai val-qadər vat-təqdimi vat-təxiri val-mubəyyəni val-amiqi vaz- zahiri val-bətini val-ibtidə`i val-intihə` vas-suəli val-cəvab val-qat`i val-vasl val-mustəsnə minhu val-cərri fih vas-sifəti limə qablə mimmə yədullu alə mə bə`d. Val-muəkkədi minhu val-mufəssal va azaimihi va ruxasih va məvazi`a fəra`izihi va əhkəmih va mə`nə haləlihi va haramihil-ləzi hələkə fihil-mulhidun val-mausuli minəl-əlfəzi val-məhmuli alə mə qablihi va alə mə bə`dih. Fə ləysə bialimin bil-Qur`əni va lə huva min əhlihi va mətə məddə`a mə`rifətə həzihil- əqsəmi muddə`in biğayri dəlilin fəhuva kəzibun murtəbun muftərin aləllahil-kəzibə va rasulihi va mə`vahu cəhənnəm va bi`səl-məsir — Həqiqətən də, Allah təbarək və təala Muhəmməd peyğəmbəri (s.ə.a. s) göndərməklə peyğəmbərliyə son qoydu. Belə ki, ondan sonra peyğəmbər olmayıb. Ona kitab (Quran) nazil etdi. Quranla da səmavi kitab nazil etməyə son qoydu. Belə ki, həmin kitabdan sonra başqa bir kitab nazil etməyib. O kitabda halal və haram olanları bəyan etdi. Quranın halal buyurduğu qiyamətədək halal, haram buyurduğu isə qiyamətə qədər haramdır...
İmam Sadiq (ə) sözünə davam edərək buyurdu: Allah sizə rəhm etsin, ey camaat! Bilin və agah olun ki, hər kəs izzət və cəlal sahibi olan Allahın nazil etdiyi kitabın nasix və mənsuxunu, xüsusi və ümumi sözlərini, möhkəm və mütəşabihini, müstəhəb və vacibini, Məkki, Mədəni surə və ayələrini, onların nazil olma səbəbini tanımasa, surələrin əvvəlindəki hürufi-müqəttəə işarələrini, Quranın cümlə quruluşunu, ondakı qəzavü-qədər elmini, cümlələrin hansının əvvəl, hansının sonra gəlməli olduğunu, hansı sözün aşkar, hansının dərin mənalı olduğunu, ayələrin zahir və batinini, mübtəda və xəbərini, onda olan sual və cavabı tanımasa, ayələrin harasında dayanmaq, harasını vƏsiletmək lazım olduğunu, istisna olunanı və istisna edəni, özündən əvvəl gələrək sonraya aid olan sifəti, təkid üçün işlənmiş və müfəssəl izahat verən sözü, hökmü dəyişməz və güzəştli ayələri, fərz və vacib əhkamın yerlərini, kafirlərin riayət etmədiklərinə görə həlak olduqları halal və haram hökmlərin mənasını, eləcə də sonra gəlib əvvələ aid olan sözləri bilməsə, belə bir kimsənin Quran haqqında elmi yoxdur və o, heç Quran əhli də deyil. Dəlil və sübutu olmadan bu növlərə bələd olduğunu iddia edən kəs yalançı və şübhəli danışan, Allaha və Onun rasuluna iftira atan kimsədir. Onun yeri cəhənnəm odudur və ora necə də pis bir dayanacaqdır." («Biharul-ənvar», c.93, s.3; «Təfsiri-Safi», c.1, s.39)
Quranın təfsiri ilə təvili arasında böyük bir fərq mövcuddur. Belə ki, bu sahədə çalışan bir çox insan Quranın təfsirini bilsə də, onun təvilindən xəbərsizdir. Onlar üçün bəyənilir ki, mütəşabih ayələrin məna və təvilini bilmədiklərinə görə Quranı təfsir etməkdən çəkinsinlər. Çünki Mütəal Allahın buyurduğu kimi, «Quranın təvilini Allah və elmdə dərin olanlardan başqa bir kimsə bilməz.»
Yaxşı olar ki, alim və ziyalı insanlar bu müqəddəs Kitabın təfsirini bilmək və onun ayələrindəki bəzi incəliklərə bələd olmaqdan ötrü əmirəl-möminin Əlidən (ə) nəql olunmuş 41 səhifəlik hədisi mütaliə etsinlər (Baxın: «Biharul-ənvar», c.93, s.4-45). Bu mübarək hədisdə o həzrət Qurani-Kərim haqqında insan ağlının heyran qaldığı dərinliklərə toxunmuşdur.
Həzrət Peyğəmbər və Əhli-beytdən (ə.s) nəql olunan hədislərin bəzisində: «Quranın bəzi ayələrinin zahiri bir məna, batini isə başqa bir məna daşıyır», — buyurulmaqda məqsəd həmin ayənin təvil və təfsirinə işarə etməkdir. Bəzi şəxslər Əhli-beytdən (ə.s) nəql olunmuş bu rəvayətləri düzgün anlamadıqlarına görə o həzrətlərin Quranın təhrif olunduğunu iddia etdiklərini güman ediblər. Halbuki, onlar Quranın təhrif olunmasına deyil, həmin ayələrdəki ifadələrin Əsilməna- sına işarə etmişlər.
Görkəmli hədis alimi mərhum Mirzə Hüseyn Nuri Təbərsi (vəfatı: h. q.1320) Quran ayələrinin təvili haqqında həzrət Peyğəmbər və Əhli- beytdən (ə.s) rəvayət olunmuş hədislərdən ibarət «Fəslul-xitab» adlı dəyərli bir əsər qələmə almışdır. Düşüncəsi dar və ürəyi pisliklə dolu səhv əqidəyə malik insanlar həmin əsəri gördükdə bu böyük alimin Quranın təhrif olunduğundan söhbət açdığını güman etmişlər. Halbuki, onun belə bir kitabı yazmaqda məqsədi, əslində, Quranın dərinliklərini, onun ayələrindəki məna incəliklərini və bəzi ayələrin təvilini (Əsilmənasını) üzə çıxarmaq olmuşdur.
Əlidən (ə) nəql olunmuş 41 səhifəlik hədisdə bu mövzu ilə əlaqədar işlənmiş ifadələri misal çəkmək olar. Məsələn, o həzrət buyurur: " Kuntum xayra ummətin uxricət lin-nəsi tə`murunə bil-mə`rufi va tənhaunə anil-munkəri va tu`minunə billəh... — Bu ayədə («Ali- İmran» surəsi, ayə:110) zikr olunan şəxslər «ümmətlərin ən yaxşısı, yaxşılığı əmr edib pislikdən çəkindirən, Allaha iman gətirən (və hər gün imanını təzələyən)» şəxslərdə məqsəd müsəlman ümməti deyil, onların İmamlarıdır ki, Mütəal Allah tərəfindən belə bir tərifə layiq bilinmişlər. Çünki bu ümmətin arasında zina və livat edən, oğru, yol kəsən, zülm edən, içki içən, Allahın vacib buyurduğu hökmləri zay edən, Onun qoyduğu qayda-qanunları aşan nə çox insanlar vardır. Necə ola bilər ki, Allah öz kəlamında belə şəxsləri ümmətlərin ən yaxşısı hesab edərək onları tərifləsin?! Deməli, bu ayənin zahirində «kuntum xayra ummətin» yazılsa da, o, əslində, «kuntum xayra əimmətin» mənasını daşıyır.«
Gördüyünüz kimi, mübarək hədisdəki bu ifadə Qurani-Kərimin təhrif olunması demək deyil, onun təvilini və Əsilmənasını çatdırmaqdır. Əlbəttə, ayədəki belə diqqətəlayiq nöqtələri düzgün düşüncə və dərin ağıl sahibləri dərk edə bilərlər. Necə ki, təfsirini yazdığımız ayənin sonunda Mütəal Allah buyurur: «...Va mə yəzzəkkəru illə ulul-əlbəb — Bunları yalnız dərin ağıl sahibləri dərk edərlər.»
Lakin ürəyi qaralmış kimsələr mütəşabih ayələri gördükdə onları möhkəm ayələrə müraciət etmədən təfsir etdiklərinə görə haqq yoldan azaraq Allahın cisim olmasına, insanın öz işlərində məcbur olduğuna, Allahın işləri başqalarına təhvil verib Özünün bir iş görmədiyinə inanar, Mütəal Allahı yaratdıqlarına bənzədər və peyğəmbərlərin xətaya yol verib günah etmələrinə əqidə bəsləyərlər. Bütün bunlar belə kimsələrin yalnız mütəşabih ayələrə istinad etdiklərinə görədir. Məsələn, onlar ilk peyğəmbər olan Adəm (ə) haqqında «va asa Ədəmu Rabbəhu fəğava — » ayəsini («Taha» surəsi, ayə:121) gördükdə onu «İnnəllahəstafə Ədəmə va Nuhan va... — » ayəsi («Ali-İmran» surəsi, ayə:33) ilə yanaşı qoymadan həzrət Adəmin günah etməsinə etiqad bəsləyər və bunu dərk etməzlər ki, Mütəal Allah günah edən kimsəni peyğəmbərliyə seçməz. Yaxud onlar bəzi ayələrin zahirini dəlil gətirərək insanın etdiyi ibadətləri Allaha çatmaq üçün bir vəsilə olduğunu və özlərinin müəyyən məqama çatdıqdan sonra həmin ibadətlərə ehtiyac duyulmadığını söyləyərlər. Yaxud da edilən əməllərin insan ürəyinin paklanması üçün olduğunu iddia edib ibadətləri tərk etməyə yer qoyarlar. Halbuki, bütün bu təhriflər Quranı düzgün başa düşməzlikdən və onun ayələrinin Əsilmənasından uzaq düşməkdən irəli gəlir.
-
3:8
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ الْوَهَّابُRabbanā Lā Tuziġ Qulūbanā Ba`da 'Iḏ Hadaytanā Wa Hab Lanā Min Ladunka Raḥmatan 'Innaka 'Anta Al-Wahhābu(Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»Haqq yolda sabitqədəmlik (ayə:8)
Bu ayədən öncə elmləri dərin olan kimsələrin mütəşabih ayələri gördükdə: «biz Qurana bütünlüklə iman gətirdik, bunların hamısı Rəbbimiz tərəfindəndir», — buyurmalarından sonra 8-ci ayədə onlar Allaha müraciət edərək deyərlər: «Ey Rəbbimiz, bizi (Quranın möhkəm və mütəşabih ayələrinə iman gətirməyə) hidayət etdikdən sonra qəlblərimizi haqdan batilə tərəf yönəltmə! Bizə Öz tərəfindən xüsusi bir rəhmət bəxş et! Çünki Sən (heç bir təmənnası olmadan) bəxş edənsən!»
Bu mübarək ayədə üç mühüm nöqtəyə diqqət yetirməliyik:
1. Qəlblərin haqdan batilə tərəf yönəlməsi;
Allaha həqiqi mənada iman gətirən kimsələr bilirlər ki, əgər Mütəal Allahın lütfi-nəzəri olmasa, heç kəs haqqa tərəf hidayət ola bilməz. Bunu da bilirlər ki, dünyada bütün varlıqlarla bərabər insanların qəlbi Allahın əlindədir. İstəsə, insanın qəlbini hidayət edər, istəməsə, onu öz başına buraxar.İbn Əbu Şeybə, Əhməd ibn Hənbəl, Tirmizi, İbn Cərir, Təbərani və İbn Mərdəveyh həzrət Peyğəmbərin həyat yoldaşı Ümmü Sələmədən rəvayət ediblər ki, o deyib: «Allahın rəsulu çox vaxt belə dua edərdi: „Əllahummə, muqallibəl-qulub, səbbit qalbi alə dinik! — Allahım, ey qəlblərdə dəyişiklik yaradan, mənim qəlbimi Öz dinində sabit qərar ver!“
Bir gün mən o həzrətə ərz etdim: ey Allahın rəsulu, doğrudan da, qəlblər haldan-hala çevrilər? O həzrət buyurdu: nəam, mə min xalqil- ləhi min bəşərin min bəni-Ədəmə illə va qalbuhu bəynə isbə`ayni min əsabi`illəh. Fə in şə`ə əqaməhu va in şə`ə əzəğah. Fənəs`əlul- lahə Rabbənə ən lə yuziğa qulubənə bə`də iz hədənə va nəs`əluhu ən yəhəbə lənə min lədunhu rahmətən, innəhu huval-vahhəb. Qultu: ya Rasuləllah, ə lə tu`allimuni də`vatən əd`u bihə linəfsi? Qalə: bələ...
— Bəli, Mütəal Allah Adəm övladından elə bir kimsə yaratmayıb ki, onun qəlbi Allahın qüdrət barmaqlarının ikisi arasında olmasın. Əgər Allah istəsə, onu dirçəldər, istəməsə. onu öz başına buraxaraq haqdan batilə tərəf yönəldər. Biz də Rəbbimiz olan Allahdan istəyirik ki, hidayət olduqdan sonra bizi haqdan batilə tərəf yönəltməsin və Ondan diləyirik ki, bizə öz dərgahından xüsusi bir rəhmət əta etsin! Çünki O, təmənna ummadan bağışlayandır.Ümmü Sələmə deyir ki, əzr etdim: ey Allahın Rəsulu, mənə elə bir dua öyrədərsənmi ki, özümə o cür dua edim?! Həzrət buyurdu: bəli, dua etdikdə belə de: Əllahummə, Rabbən-nəbiyyi Muhamməd, iğfir li zənbi va əzhib ğayza qalbi va əcirni min muzillətil-fitəni mə əhyəytəni!» («əd-Durrul-mənsur», c.2, s.8)
Bu hədisin mislini Cabir ibn Abdullah Ənsari və digər səhabələr də nəlq etmişlər.
Əlbəttə, bu mübarək hədisdə «isbə`ayn» və ya «əsabi`» kəlməsinin işlənməsində məqsəd Allah təalanın cisim olması, yəni: əlinin və ya barmaqlarının olması demək deyildir. Əslində, bu kəlmələrdə məqsəd Mütəal Allahın qəzavü-qədər qüdrətinə malik olması deməkdir. Necə ki, bir şəxsin qüdrət və bacarığının yüksək dərəcədə olmasını bəyan edərkən: «onun hər barmağından bir iş gəlir», — deyərlər. Təbii ki, burada barmaqlar deyildikdə həmin şəxsin qüdrət və məharətinin üstünlüyünə işarə edilir.
Mərhum Kuleyni Hüşam ibn Həkəmdən rəvayət edir ki, o deyib: «İmam Museyi-Kazım (ə) mənə buyurdu: yə Huşəm, innəllahə hakə an qaumin salihinə ənnəhum qalu: „Rabbənə, lə tuziğ qulubənə bə`də iz hədəytənə...“ hinə alimu ənnəl-qulubə təziğu va tə`udu ilə aməhə va radəhə, innəhu... va lə yəkunu əhadun kəzəlikə illə mən kənə qauluhu lifi`lihi musaddiqan va sirruhu lialəniyyətihi muvafi- qan liənnəllahə təbərakəsmuhu ləm yədull aləl-bətinil-xafiyyi minəl- aqli illə bizahirin minhu va nətiqin anh — Ey Hüşam, Mütəal Allah bir qrup saleh insandan hekayət edib ki, onlar qəlblərin hidayət olduqdan sonra korluğa və zəlalətə çevrilə biləcəyini bildikdə dua edərək demişlər: „Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət və nemət) bəxş edənsən!...“
Həqiqətən də, danışığı əməlinə uyğun gəlməyən və batini zahirinə münasib olmayan kəs hidayətdə sabit qala bilməz və o, imanın batininə ağıl vasitəsilə yol tapa bilməz.» («əl-Kafi», c.1, s.18)
Bu mübarək ayədə «qəlblərimizi haqdan batilə tərəf yönəltmə!» ifadəsi «bizi öz başımıza buraxma» mənasını daşıyır. Mütəal Allahın hədəfi insanların bir qismini deyil, onların hamısını hidayət etməkdir. Onun ümumi rəhməti bütün məxluqatına şamildir. Lakin elmləri dərin olan kimsələrin bu şəkildə dua etməkdə məqsədləri Mütəal Allahdan xüsusi bir rəhmət diləməkdir.
2. Ayədə işlənən «rəhmət» kəlməsi;
Ərəb dilində bir şeyin xüsusiliyini üzə çıxarmaq üçün bəzən kəlməni qeyri-müəyyənlikdə işlədirlər. Məsələn: «Zarabəhu zarbətən — onu elə bir zərbə ilə vurdu, yəni: xüsusi bir zərbə ilə vurdu.» Burada qeyrimüəyyənlikdə işlənən «zarbətən» sözü xüsusi bir zərbə tərzinə işarədir. Ayədə işlənən «rahmətən» kəlməsinin də qeyri-müəyyənlikdə zikr olunmasından və düzülüş tərzindən (yəni: «rəhmətən» şəklində gəlməsindən) məlum olur ki, elmi sabit olan kəslər Mütəal Allahdan «xüsusi bir rəhmət» diləyirlər.3. «Vəhhab» sözü.
Bu söz Mütəal Allahın müqəddəs adlarından biridir. Bu kəlmə «hibə» sözündən götürülərək mənası «heç bir təmənna gözləmədən bəxş etmək, hədiyyə etmək» deməkdir. Mütəal Allahın rəhmətinin bir qismi insanların etdiyi əməllərin nəticəsində onların halına şamil olur. Lakin elmləri dərin olan şəxslər izzət və cəlal sahibi olan Allahdan etdikləri əməllərin qarşılığında deyil, Ondan təmənnasız olaraq bəxş etdiyi xüsusi rəhməti diləyirlər. -
3:9
رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَّا رَيْبَ فِيهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَRabbanā 'Innaka Jāmi`u An-Nāsi Liyawmin Lā Rayba Fīhi 'Inna Al-Laha Lā Yuḫlifu Al-Mī`āda«Ey Rəbbimiz, həqiqətən, Sən, barəsində heç bir şəkk-şübhə olmayan gündə insanları bir yerə toplayansan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz».Ruhla cismin ortaq aləmi (ayə:9)
Elmləri dərin olan şəxslər Qurani-Kərimin bütün ayələrinin haqq olduğunu, Allahın birliyini təsdiq etdikdən sonra növbəti ayə ilə məad və qiyamətin haqq olmasını da iqrar edərək belə söyləyərlər: «Rabbənə, innəkə cəmi`un-nəsə liyamin lə raybə fih — Ey Rəbbimiz, Sən insanları varlığına şübhə edilməyən gün bir yerə toplayacaqsan!»
Bu ayədə məad və qiyamət günü haqqında böyük bir həqiqətə - məadın ruhani və cismani olmasına işarə olunmuşdur. Çünki ayədə «innəkə cəmi`un-nəs» ifadəsi işlədilir. Yəni: İlahi, şübhəsiz ki, Sən qiyamət günü insanları bir yerə yığacaqsan!
Məadın tək ruhani və ya yalnız cismani olması ağıldan uzaq bir fikirdir. Çünki insan bütün əməlləri etdikdə həm ruhundan, həm də cismindən istifadə edir. Əgər məad yalnız cismani olsa (yəni: qiyamət günü yalnız cismə əzab, yaxud mükafat verilsə, bu), ağıl və ədalətdən uzaqdır. Çünki heç kəsin ruhu olmadan hər hansı bir əmələ qüdrəti çatmaz. Eyni zamanda məadın yalnız ruhani olması da ağıldan uzaqdır. Çünki o da təklikdə heç bir işə qadir deyildir. Buna dair sadə bir məsəl də qeyd edə bilərik: «Bir kor ayağı şikəst olan bir şəxslə müştərək şəkildə oğurluq etməyə gedirlər. Kor deyir: sən mənim boynum- da əyləşib yolu göstər ki, oğurluğa gedək. Onlar birlikdə oğurluq etdikdən sonra tutularaq məhkəməyə gətirilirlər. Orada kor günahsız olmasına gözlərinin görmədiyini dəlil gətirir. Şikəst isə oğurluqda müqəssir olmadığına yeriyə bilməməsini dəlil gətirir. Hakim onların ikisini də günahkar bilib cəzalandırır. Çünki bu cinayətdə ayaqları şikəst olan şəxs gözündən, kor isə ayağından istifadə etmişdir.»
-
3:10
إِنَّ الَّذِينَ كَفَرُوا لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُم مِّنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَـٰئِكَ هُمْ وَقُودُ النَّارِ'Inna Al-Laḏīna Kafarū Lan Tuġniya `Anhum 'Amwāluhum Wa Lā 'Awlāduhum Mina Al-Lahi šay'āan Wa 'Ūlā'ika Hum Wa Qūdu An-NāriHəqiqətən, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan olan heç bir şeyi əsla uzaqlaşdırmayacaqdır. Onlardır (Cəhənnəm) odun(un) yanacaqları!Çətin günün yardımçısı (ayə:10-12)
Bu üç ayədə Mütəal Allah qiyamət günü kafirlərin heç bir yardımçısının olmayacağına, onların pis adət-ənənələrinə, sonda müsəlmanlar qarşısında məğlub olacaqlarına, axirətdə isə cəhənnəm əhli olmalarına işarə edir. Şübhəsiz ki, var-dövlət və övlad insanın çətin günlərində onu həlak olmaqdan xilas edə bilər. Lakin qiyamət günü həqiqəti danan kafirləri cəhənnəm odundan onların mal-sərvətləri belə xilas edə bilməyəcək. Çünki qiyamət günü heç kəsin əlində mal-sərvət olmayacaq ki, ona nicat versin. İnsanın əhli-əyal və övladının şəfaəti iman əhli üçün keçərlidir. Amma kafirlər üçün heç bir şəfaət yoxdur. Necə ki, Mütəal Allah buyurur: «Va mə ləkum min valiyyin va lə nəsir — sizin Allahdan başqa bir yardımçınız və dostunuz yoxdur?!» («Bəqərə» surəsi, ayə:107). Başqa bir ayədə buyurulur: «Mə ləhum fil-ərzi min valiyyin va lə nəsir — onların yer üzündə Allahdan başqa bir yardımçısı və dostu yoxdur?!» («Tövbə» surəsi, ayə:74).
Bu ayələrdəki bəzi nöqtələrə işarə etməliyəm:
1. «Vaqudun-nər — Cəhənnəm odunu» ifadəsi;
Bəzi şəxslərin kafir olmaları, axirətdə əzaba düçar olacaqları o qədər aydındır ki, Mütəal Allah onların dünyalarını dəyişmədən öncə cəhənnəm odunda yanacaqlarından, hətta oradakı yanar əşyalardan xəbər verir. Baxmayaraq ki, biz bəzi insanların kafir olmasını gözümüzlə görmürük, aləmləri yaradan Rəbbimiz onların ürəyindəki küfrdən agah olduğu üçün həmin insanların cəhənnəm yanacaqları olduğundan xəbər verir.2. «Kədə`bi Əli-Fir`aun — Fir`on ailəsinin adəti» ibarəsi;
«Də`b» sözü bir işi uzun müddət davamlı olaraq icra etməyə deyilir. Belə ki, həmin iş təkrar olunmaq nəticəsində adət şəklini alır. Bu söz dlimizdəki «dəb» kəlməsidir ki, buna danışıqda tez-tez rast gəlirik. Məsələn, filankəsin dəbi budur ki, hər hansı bir yerdə olsa, maraqlı söhbətləri ilə camaatın əhvalını yüksəltsin. Yaxud, filankəsin dəbi hara getsə, fitnə salmaq, dava yaratmaqdır. Buradan məlum olur ki, bu söz istər yaxşı, istərsə də pis adət mənasını bildirir. Bu kəlmə ciddicəhdlə çalışmaq, səy göstərmək mənasında da işlənir. Məsələn, filankəs həmişə çalışar ki, onun dediyi həyata keçsin.Lakin dilimizdə bu kəlmə (dəb sözü) «camaat arasında yayılmış yeniliyə (mod)» deyilir. Məsələn, ingilis dilini öyrənmək dəbə düşüb və ya indi göydələnlər (uca binalar) dəbdədir.
Mütəal Allah bu ayədə buyurur: «Kafirlər həlak olacaq, cəhənnəm odunda yanacaqlar. Onlara övladları və var-dövlətləri yardım edə bilməyəcək. Necə ki, Fironun ordusuna heç kəs kömək edə bilmədi.» Bu iki ayədə Mütəal Allahın kafirləri və Firon camaatını məsəl çəkməkdə məqsədi sonuncu peyğəmbərin ümmətindən olan kafirlərin onlardan ibrət almalarıdır. Yəni: «ey kafirlər, əgər siz də onlar kimi öz küfrünüzə davam etsəniz, həlak olacaqsınız.»
Buna dəlil sonrakı ayədə işlənən «qul lil-ləzinə kəfəru...» cümləsidir ki, orada Mütəal Allah buyurur: «(Ey Muhəmməd!) Kafirlərə de: siz də məğlub olaraq həlak olacaq və qiyamət günü cəhənnəm oduna tərəf sürüklənəcəksiniz. Ora necə də pis bir məkandır!»
«Dəb» sözünü həm failə, həm də məfula aid etmək olar. Fail mənasında: «Mütəal Allahın adəti belədir ki, Ali-Fironu həlak etdiyi kimi, digər kafirləri də həlak edər.» Yaxud, məful mənasında: «Ali-Firon həlak olduğu kimi, digər kafirlər də həlak olacaqlar.»
Bu ayəni on iki cür mənalandırmaq olar. Biz onlardan iki məşhur mənasını sizin üçün qeyd etdik.
Müxtəlif tarix və hədis kitablarında bu üç ayənin nazil olma səbəbi barədə nəql olunmuşdur ki, Bədr müharibəsindən sonra həzrət Peyğəmbər Mədinəyə qayıdaraq orada olan yəhudiləri Qinqa` adlı bazarda bir yerə toplayaraq dedi: «Yə mə`şəral-yəhud! Qad alimtum mə nəzələ bi Qurəyşin va hum əksəru adədən va siləhan va kira`an minkum. Fədxulu fil-isləm... — Ey yəhudi camaatı, bilirsiniz ki, Qüreyş kafirləri sayca, silah və imkan baxımından sizdən üstün olduğu halda, onlar necə həlak oldular. Gəlin, siz islamı qəbul edin, müsəlman olun! Onlar dedilər: ey Muhəmməd, güman etmə ki, Qüreyş camaatının müharibə etməkdə təcrübəsi olmadığına görə onlara qalib gəldiyiniz kimi, bizə də qalib gələcəksiniz. And olsun Allaha, əgər bizimlə müharibə etsən, nəyə qadir olduğumuzu görəcəksən.» («Təfsiri Əli ibn İbrahim Qummi»; «əl-Bürhan»; «Məcmə`ül-bəyan» əsərləri, təfsirini yazdığımız ayənin şərhində)
Kafirlər bu sözü dedikdən sonra «qul lil-ləzinə kəfəru... sətuğləbunə...» ayəsi nazil oldu.
Bəzi şəxslər etiraz əlaməti olaraq belə bir sual verirlər: nə üçün günahkar insan dünyada 50-60 il günah etməsinə baxmayaraq, axirətdə əbədi əzaba düçar olur? Olmazdımı ki, o, cəhənnəmdə də günah etdiyi müddət qədər cəzalandırılsın?
Cavab olaraq qeyd etməliyəm ki, günah edən şəxslər arasında fərq vardır. Günahkarların bəzisi etdiyi əmələ peşman olub tövbə edərək dunyasını dəyişir. Təbii ki, Mütəal Allah belə bəndələrini günaha son qoyub többə etdiklərinə görə bağışlayaraq əfv edər. Amma bəzi şəxslər o qədər günaha meyillidirlər ki, gecə yatdıqda da niyyətləri bu olur ki, səhər ayıldıqdan sonra mümkün olduqda gördükləri çirkin əmələ davam etsinlər. Hətta xəstəxanaya düşdükdə belə bu fikirlərdən əl çəkmirlər. Orada da günah etmək üçün şərait yaransa, onu əldən verməzlər. Bunların adəti, dəbi belə olduğu və niyyətləri məhdud bir zamana aid olmadığı üçün qiyamət günü əbədi əzabla qarşılaşarlar.
Maraqlıdır ki, buna etiraz edən şəxslər dünyada müəyyən müddət ərzində yaxşı işlər görmüş iman əhlinin cənnətdə əbədi qalmalarını dilə gətirmirlər.
3. «Sətuğləbun» kəlməsi;
Bu sözün mənasını yaxşı başa düşmək üçün məsəl çəkmək yerinə düşər: zəif olan bir şəxs heç vaxt böyük bir pəhləvanla güləşməyə cürət etməz. Çünki o, pəhləvanın əlində bir göz qırpımında belinin yerə vurularaq məğlub olacağını yaxşı bilir. Mütəal Allah bu ayədə həzrət Peyğəmbərə buyurur: «Kafirlərə de ki, həqiqətən də, siz məğlub olacaqsınız.» Kafirlər Allahı tanımadıqları, Onun qüdrətindən və əzəmətindən qafil olduqları üçün daim Ona, göndərdiyi peyğəmbərə, din və şəriətə qarşı çıxmışlar. Əgər kafirlər də məsəldə qeyd etdiyimiz kimi, qarşılarındakı güc sahibinin hansı qüvvəyə malik olduğunu bilsələr, Ona qarşı üsyan etməz və buyurduqlarına xilaf çıxmazlar.Mütəal Allah «sətuğləbun» və «tuhşərun» sözləri ilə kafirlərin mütləq məğlub olacaqlarından və cəhənnəm odunda yanacaqlarından xəbər verir. Yəni: onların işi yalnız dünyada məğlub olmaqla bitmir, onlar axirətdə də cəhənnəm əzabına düçar olacaqlar.
Bu ayədən məlum olur ki, hətta cəmiyyətimizdə yaşayan iman əhlinə, eləcə də din və şəriətin gözəlliklərinə diqqət etmədən onlara qarşı çıxanlar bilməlidirlər ki, onlar da istəklərinə nail ola bilməyəcəklər. Çünki onlar batində (ürəkdə) razı olmasalar belə, Allah təalanın buyurduqlarına qarşı çıxırlar.
Allahın vacib buyurduğu hökmlərə (məsələn, hicaba) qadağa qoyanlar bilməlidirlər ki, bunlara qarşı çıxdıqca həmin hökmlərə əməl edənlərin sayı gün-gündən artacaq. Çünki az bir dəstə istisna edilməklə müsəlman xanımların cəmiyyət arasında həya və abırla gəzmələri onların fitrətlərində vardır. Yaxud, Mütəal Allahın haram etdiyi əməlləri (məsələn, içkini) təbliğ edən şəxslər bilməlidirlər ki, bəzi kimsələr müstəsna olmaqla içkidən uzaqlaşan, tövbə edən şəxslərin sayı getgedə çoxalacaqdır.
Bir sözlə, din və şəriətin istər hamısına, istərsə də bir qisminə qarşı çıxanlar bilməlidirlər ki, onlar məğlub olacaqlar. Çünki «yədullahi fauqa əydihim — Allahın qüdrəti onlardan üstündür.» («Fəth» surəsi, ayə:10)
-
3:11
كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا بِآيَاتِنَا فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ وَاللَّهُ شَدِيدُ الْعِقَابِKada'bi 'Āli Fir`awna Wa Al-Laḏīna Min Qablihim Kaddabū Bi'āyātinā Fa'aḫaḏahumu Al-Lahu Biḏunūbihim Wa Allāhu šadīdu Al-`Iqābi(Onların adəti) fironçuların və onlardan qabaqkıların adəti kimi(dir) ki, Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və Allah da onları günahlarına görə cəzalandırdı. Allah şiddətli cəzalandırandır. -
3:12
قُل لِّلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ الْمِهَادُQul Lillaḏīna Kafarū Satuġlabūna Wa Tuḥšarūna 'Ilá Jahannama Wa Bi'sa Al-MihāduKafirlərə de: «Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir. -
3:13
قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا ۖ فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ ۚ وَاللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَن يَشَاءُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّأُولِي الْأَبْصَارِQad Kāna Lakum 'Āyatun Fī Fi'atayni At-Taqatā Fi'atun Tuqātilu Fī Sabīli Al-Lahi Wa 'Uḫrá Kāfiratun Yarawnahum Miṯlayhim Ra'ya Al-`Ayni Wa Allāhu Yu'uayyidu Binaṣrihi Man Yašā'u 'Inna Fī ḏālika La`ibratan Li'wlī Al-'AbṣāriHəqiqətən, sizin üçün (Bədr döyüşündə) bir-birləri ilə qarşılaşan iki dəstədə (Allahın qüdrəti və tovhidinə dair) nişanə var idi. Bir dəstə Allah yolunda döyüşürdü və digər bir dəstə kafir idi ki, müsəlmanları öz gözləri ilə özlərindən iki qat artıq görürdülər (və elə buna görə də məğlub oldular). Allah istədiyini Öz köməyi ilə qüvvətləndirir. Əlbəttə, bunda (bu işdə) bəsirət sahibləri üçün bir ibrət vardır.Bədr döyüşündəki qələbə (ayə:13)
Bu ayədə Bədr müharibəsinin açıq-aşkar şəkildə adının çəkilməməsinə baxmayaraq, həmin döyüşdəki hadisəyə işarə edilir. Bu müharibə hicrətin ikinci ili, ramazan ayının 17-də Məkkə ilə Mədinə arasında məşhur «Bədr suyu» adlanan yerdə baş vermişdir. Bu döyüşdə islam ordusunun sayı 313 nəfər olmuşdur. Onların 77 nəfəri mühacir, 236 nəfəri isə ənsardan idi. Mühacirlərin bayraqdarı əmirəl- möminin Əli ibn Əbu Talib (ə), ənsarın başçısı isə Səd ibn Übadə olmuşdur. Bədr müharibəsi müsəlmanlarla kafirlər arasında baş vermiş ilk döyüşdür. Müsəlmanlar həmin müharibədə mənəvi bir qüvvəyə malik idilər. Həmin qüvvə islam ordusunun heybətinin kafirlərin ürəyinə salınması idi. Belə ki, kafirlər müsəlmanların sayını olduqlarından iki dəfə artıq güman edirdilər.
Bu iş kafirlərin qorxmalarına və məğlub olmalarına səbəb oldu. Müsəlmanların ordusu kafirlərin nəzərində çox göründüyü kimi, kafirlərin ordusunun da sayı müsəlmanlara az gəlirdi. Bu güman kafirlərin qorxuya düşmələrinə, müsəlmanların isə onlarla döyüşdə cürətə gəlmələrinə və cəsarətli olub düşmənə qələbə çalmalarına səbəb oldu.
Bədr döyüşündə müsəlmanların silahı cəmi altı ədəd zireh və 80 ədəd şəmşir olmuşdur. Müsəlman ordusundan bu hadisədə altı nəfər mühacir, səkkiz nəfər isə ənsardan olmaqla yalnız 14 nəfər şəhid oldu.
Mütəal Allah bu ayəni nazil etməklə müsəlmanları Uhud müharibəsinə həvəsləndirərək ona hazırlaşmağa təşviq etmişdir.
-
3:14
زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالْأَنْعَامِ وَالْحَرْثِ ۗ ذَٰلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَاللَّهُ عِندَهُ حُسْنُ الْمَآبِZuyyina Lilnnāsi ḥubbu Aš-šahawāti Mina An-Nisā' Wa Al-Banīna Wa Al-Qanāṭīri Al-Muqanṭarati Mina Aḏ-ḏahabi Wa Al-Fiḍḍati Wa Al-ḫayli Al-Musawwamati Wa Al-'An`āmi Wa Al-ḥarṯi ḏālika Matā`u Al-ḥayāati Ad-Dunyā Wa Allāhu `Indahu ḥusnu Al-Ma'ābiQadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır.Zinətli görünən altı varlıq (ayə:14)
Bu mübarək surənin 14-cü ayəsində Mütəal Allah altı varlığın
zinətli görünərək sevimli olmasından bəhs edir. Onlar aşağıdakılardır:
1. Hubbuş-şəhəvat; yəni: kişilərin xanımlara meyil göstərməsi;
2. Övlad sevgisi;
3. Pul-para və qızıl-gümüşə məhəbbət bəsləmək;
4. Müxtəlif miniklərə rəğbət göstərmək;
5. Yemək üçün mal-qara və qoyun-quzuya həvəs göstərmək;
6. Əkin məhsullarına (taxıl, kişmiş, xurma və s.) həris olmaqBunların sevimli olması haqqında böyük bir mübahisə yaranmışdır ki, görəsən, bu həvəs Allah tərəfindəndir, yoxsa şeytan?
Mübarək ayədəki sözlərə diqqət yetirsək, görərik ki, onların sevimli olması və insan nəzərində zinətli görünməsi Mütəal Allah tərəfindən olmuşdur. Belə ki, əgər insanın ürəyi sadalananlara meyil göstərməsə, evlənməyə həvəsi olmaz, övladı böyütməkdə çətinliklərə dözməz, pul qazanıb ailəni dolandırmaq üçün çalışmaz, miniyi yaxşı saxlamaq üçün onun zəhmətini çəkməz, mal-davar və qoyun-quzudan bəhrələnmək üçün onun əziyyətinə dözməz və əkin məhsulları əldə etmək üçün zəhmətə qatlaşmaz.
Bu meylin Allah tərəfindən olmasına baxmayaraq, bütün bunlar ayədə «mətə`ul-hayətid-dunyə - dünya yaşayışı üçün bir matah» adlandırılmışdır. Düşüncəli insanlar bunlara ifrat dərəcədə bağlanmaqla Allahın qəzəbinə düçar olaraq axirətlərini əldən verməzlər.
İzzət və cəlal sahibi olan Allah 15-ci ayədə buyurur: «Ə unəbbiukum bixayrin min zəlikum — Bütün bünlardan daha üstün və sevimli olanından sizə xəbər verimmi?» Bu cümlədən məlum olur ki, qeyd olunanların sevimli olması, əvvəla, Mütəal Allah tərəfindəndir, belə ki, əgər onlar olmasa, insanın təbii yaşayışı dağılaraq aradan gedər. İkincisi, ondan daha yaxşı olanı cənnət və orada olanlar, ən böyük üstünlük isə Allahın razılığıdır.
Ayədəki «zuyyinə - zinət verildi» kəlməsi məchulda işlənərək faili açıq-aşkar bilinməsə də, bu sözün şeytana aid olması daha münasibdir. Çünki bir şeyin bəzəkli göstərilməsindən sonra başqa bir şeyin ondan üstün olmasını demək ağılasığmazdır. Əgər, doğrudan da, sonrakı əvvəlkindən yaxşıdırsa, birbaşa sonrakı təqdim edilməli idi.
«Zinət və bəzək vermək» bəzi ayələrdə birbaşa Allah təalaya nisbət verilmişdir. Necə ki, buyurur: «Va ləkinnəllahə habbəbə iləykumul- imənə va zəyyənəhu fi qulubikum — Lakin Allah imanı sizə sevimli qərar vermiş və onu sizin qəlblərinizdə zinətləndirmişdir.» («Hucurat» surəsi, ayə:7)
Uca Tanrı başqa bir ayədə bir şeyi zinətləndirməyi şeytana nisbət verib. Necə ki, buyurur: «Va zəyyənə ləhumuş-şeytanu mə kənu yə`məlun — Etdikləri əməlləri Şeytan onlara zinətli göstərmişdir.» ("Ənam«surəsi, ayə:43)
Digər bəzi ayələrdə isə zinətləndirən şəxsi açıq şəkildə bəyan etməyərək bu işin kimin tərəfindən görülməsini məchul olaraq təqdim etmişdir. Cümlənin məchulda işlənməsi zinət verən şəxsin ya əzəmətli olmasına görə, ya da həmin şəxsin təhqir edilməsindən ötrüdür. Məsələn, biz danışdıqda bəzən bir insanı əzəmətli göstərmək üçün onun adını çəkmədən «əmr olunub ki, filan iş görülsün» — deyirik. Yaxud da, əksinə, bir şəxsi təhqir etmək üçün onun adını belə dilə gətirməyərək deyirik: «filan işin həyata keçirilməsi əmr edilib.»
Təfsirini yazdığımız ayədən belə məlum olur ki, bu məchul feilin faili Allah təaladır. Yəni: altı varlığa zinət verilməsi Allah tərəfindəndir. Belə ki, insanlar həmin zinətlərə həvəs göstərmək nəticəsində onların çətinliklərinə dözsünlər və axirətləri üçün onlardan yaxşı istifadə etsinlər. Bunların Allah tərəfindən sevimli olması insanlar üçün böyük bir sınaqdır. Necə ki, Mütəal Allah «Kəhf» surəsinin 7-ci ayəsində buyurur: «İnnə cə`alnə mə aləl-ərzi zinətən ləhə linəbluvahum əyyuhum əhsənu amələn — Biz yer üzündə olanları onun (sakinləri) üçün zinət qərar verdik ki, onları sınayaraq hansının yaxşı əməl sahibi olduğunu ayırd edək.»
Qeyd olunmuş altı varlıqdan bəyənilmiş və şəri bir şəkildə istifadə edilsə, bunlar cənnətə daxil olmağa və Allahın razılığını qazanmağa müqəddimə ola bilərlər. Əgər sadalananlardan düzgün şəkildə faydalana bilinməzsə, onlar insan üçün bəlaya çevrilərək onun həlak olmasına səbəb olar.
Ayədəki «zuyyinə» kəlməsi Allah təaladan əlavə şeytana da nisbət verilmişdir. Şeytan həmin varlıqları daha zinətli və daha bəzəkli göstərməklə insanı onlara həddən artıq bağlanmağa sövq edərək axirətdən və Rəbbinin razılığını qazanmaqdan yayındırar. Buna görə də, Mütəal Allah şeytanın həmin varlıqları olduğundan artıq bəzəkli göstərməsinə insanların aldanmaması üçün ayənin davamında buyurur: «Zəlikə mətə`ul-hayətid-dunyə - Bunlar (dəyərsiz) dünya yaşayışı üçün matahdır.» Sonra da «(Ey peyğəmbər!) De ki, sizə bunlardan daha yaxşısından xəbər verimmi? Altından çaylar axan cənnətlər və Allahın razılığı!» — buyurur.
Mərhum şeyx Səduq mötəbər sənədlərlə Əsbəğ ibn Nəbatədən rəvayət edir ki, o dedi: əmirəl-möminin Əli (ə) buyurub: «Əl-fitənu sələsun: hubbun-nisəi va huva səyfuş-şəytan va şurbul-xamri va huva fəxxuş-şəytan va hubbud-dinəri vad-dirhəmi va huva səhmuş- şəytan. Mən əhabbən-nisəə ləm yəntəfi` biayşihi. Va mən əhabbəl- əşribətə harumət aləyhil-cənnəh. Va mən əhabbəd-dinəra vad- dirhəmə fəhuva abdud-dunyə - Üç şey insanı fitnəyə salaraq onu həlak edər:
1. Qadın sevgisi; Bu növ sevgi (ona bağlanan insanlar üçün) şeytanın qılıncıdır.
2. İçki içmək; O, şeytanın insanı ovlamaq üçün qurduğu tordur.
3. Dirhəm və dinar (pul-para) sevgisi; Bu da şeytanın (insanlara atdığı) oxudur (Belə ki, insanlar pul-paraya olan eşqləri qədər onun oxuna tuş gələrlər).Hər kəs qadına şəhvət gözü ilə baxarsa, ömür və yaşayışından
bəhrələnməz.
Hər kim içkiyə aludə olaraq ona məhəbbət bəsləsə, cənnət ona haram olar.
Hər kəs də pul-paraya məhəbbət bəsləsə (onu əldə etməkdə halal- harama əhəmiyyət verməsə və Allahın buyurduğu yerlərdə xərcləməzsə), həmin şəxs dünyaya quldur.» («əl-Xisal», c.1, s.130, hədis:80) Mərhum Əyyaşi Cəmil ibn Dərracdan, o da imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Mə tələzzəzən-nəsu fid-dunyə val- əxirati biləzzətin əksəra ləhum min ləzzətin-nisə`i va huva qaulullahi „zuyyinə lin-nəsi hubbuş-şəhəvati minən-nisə`i val-bəninə val-qanə- tir...“ ilə əxiril-əyəh. Summə qalə: innə əhləl-cənnəti mə yətələz- zəzunə bişəy`in fil-cənnəti əşhə indəhum minən-nikəhi lə ta`amə va lə şərab — Ayədə zikr olunmuş varlıqlardan dünya və axirətdə camaatın ən çox ləzzət aldığı xanımlardır. Hətta cənnət əhli oradakı yemək-içməkdən daha çox xanımlardan ləzzət alacaqlar.» («Təfsiri- Əyyaşi», c.1, s.187, hədis:10; «əl-Bürhan», c.1, s.272, hədis:1)Şübhəsiz ki, ailə quran şəxs üçün müştərək yaşayışı təşkil edərkən övladdan, qızıl-gümüşdən, minikdən, mal-qaradan və əkin məhsullarından daha yaxın onun həyat yoldaşıdır. Belə ki, o, evləndiyi gündən ömrünün sonunadək onunla birlikdədir. Hətta insanın övladı böyüyüb boya-başa çatdıqda evlənərək ata-anadan ayrılar. Yenə də həmin şəxsə qalan həyat yoldaşı olur. Bir şəxs həddi-büluğa çatarkən evləndikdə ona ata-anadan sonra ən yaxın şəxs həyat yoldaşı olur. Çünki o, həyatı boyu onunla birlikdə yaşayır. Axirətdə də iman əhli üçün cənnətdə yeyib-içməkdən daha çox onunla yaşayan zövcəsi, yaxud oradakı huridir. Çünki yemək-içmək elə bir varlıq deyil ki, insan həmişə onunla olsun. Lakin kişi üçün qadın ən yaxın və daimi ləzzət alacağı bir varlıqdır. Qadının kişiyə sevimli olması, hətta övlad və vardövlətdən də əziz olması Mütəal Allah tərəfindən təqdir olunmuş bir həqiqətdir. Elə bu səbəbdən Mütəal Allah iman əhlinə buyurur: «Təqvalı olsanız, dünyadan əlavə axirətdə də sizin üçün pak zövcələr olacaqdır.»
Ola bilsin, bəzi şəxslər qeyd etdiyimiz hədisə şəhvət nöqteyinəzərindən yanaşsınlar. Amma onlar diqqət etsələr, görərlər ki, İmam (ə) burada yalnız şəhvəti nəzərdə tutmayıb. Əslində, o həzrət şəhvətlə yanaşı digər məsələləri də nəzərə alaraq bu hədisi buyurmuşdur.
«Qənatir» kəlməsi «qintar» sözünün cəmi olub «miqdarı çox olan mal»-a deyilir. Bu söz «qantara» kəlməsindən törəyib mənası «körpü» deməkdir. İnsan həyatda olduğu müddətdə gərək zəhmət çəkərək pul qazanıb yaşayışını təmin etsin. Həmin puldan ehtiyac duyulan yerlərdə xərcləməklə axirət evini abad etsin.
Bu sözdən məlum olur ki, əgər pul qazanan şəxs onu cəmiyyətdə xərcləməyərək yığıb saxlayırsa, sanki körpüdən keçməyin qaçılmaz olduğu bir vaxtda həmin şəxs onun üstündən keçməyərək hərəkətsiz halda bir yerdə dayanır.
Diqqətinizi ayənin sonunda işlənən «məəb» sözünə çəkmək istəyirəm. Bu sözün mənası «qayıdacaq yer» deməkdir. İnsan hər hansı bir yerə getsə də, ən yaxşı qayıdacaq yeri Mütəal Allahın dərgahıdır. Yəni: insanın məhəbbət bəslədiyi bu altı varlığı Allahın buyurduğu kimi, Onun məsləhət bildiyi yerdə xərcləməsi daha yaxşıdır. Çünki insan, həqiqətən də, Allahın buyurduğu kimi xərcləsə, xərclədikləri fani olaraq aradan getməz. İnsan özü üçün halal yolla hər bir şəraitlə təmin olunmuş bağ və villa hazırlaya bilər, müxtəlif gözəl miniklər əldə edə bilər, amma o, ürəyini onlara bağlamamalıdır. Əksinə, onun həmin nemətlərlə fəqir-füqəranın qəlbini açaraq Allahın razılığını qazanması daha üstündür.
Allahın razılığını qazanmağın müxtəlif yolları vardır. Onların birincisi Onun əmr etdiyi vacib əməlləri yerinə yetirib haram buyurduqlarından uzaq olmaq, ikincisi isə insanların xeyrinə olan müstəhəb əməlləri yerinə yetirməkdir. Əks təqdirdə, insan Allahın əmrlərinə xilaf çıxmaqla Onun qəzəbini qazanmış olar.
Hədisi-qüdsidə Mütəal Allah buyurub: «Mən əhənə li valiyyən fəqad bərazəni bil-muharabəti — Hər kəs Mənim istəkli (mömin) bəndələrimdən birini təhqir etsə, sanki Mənimlə müharibə etməyə girişib.» («Biharul-ənvar», c.5, s.283)
Digər bəzi hədislərdə isə nəql olunub ki, Allah təala qiyamət günü bəzi mömin bəndələrindən şikayət edərək onlara deyər: «Abdi, inni məriztu fələm tə`udni. Fəyəqulu: yə Rabbi, kəyfə ə`udukə va əntə rabbul-aləmin? Qalə: məriza fulənun abdi. Fə lau udtəhu ləvacədtəni indəh — Ey Mənim bəndəm! Xəstə olduğum vaxt nə üçün gəlib Məni ziyarət etmədin? Mömin bəndə deyər: ey Rəbbim, aləmlərin Rəbbi olduğun halda, mən (Sənin xəstə olmağını necə güman edə bilərdim və) Səni necə (və harada) ziyarət edə bilərdim? Allah təala buyurar: Mənim mömin bəndələrimdən biri xəstələnmişdi. Əgər sən ona baş çəkməyə getsəydin, Məni orada tapardın (sanki Məni ziyarət etmiş olardın).» («Biharul-ənvar», c.71, s.368; «Cami`ul- əxbar», c.22, s.1)
Mömin bir bəndəni sevindirmək Allahı sevindirmək hesab olunduğu kimi, xəstələndikdə onun ziyarətinə getmək də sanki Allahı ziyarət etməkdir.
Bəzi alimlər bu növ hədislərdən vəhdəti-vücud mənasını anlamışlar. Necə ki, nəql olunan hədislərdə buyurulub: «Mən zəral-Husəynə fi Kərbələ fəkəənnəmə zərallahə fi arşih — Hər kəs imam Hüseyni Kərbəlada ziyarət etsə, sanki Mütəal Allahı ərşdə ziyarət etmişdir.» Yəni: həmin alimlər Allah təala ilə imam Hüseynin vücudunu eyni bilmişdir. Mənəvi baxımdan insan mömin bir bəndəni xəstə olduqda, yaxud şəhidlər sərvəri imam Hüseyni Kərbəlada ziyarət etdiklə sanki izzət və cəlal sahibi olan Allahı ziyarət edir. Lakin həqiqi şəkildə diqqət etsək, görərik ki, mömin bəndənin vücudu Mütəal Allahın vücudu ilə eyni deyil. Biri xaliq, digəri isə məxluqdur. Biri əbd, digəri isə məbuddur. Hədisin məna incəliyi budur ki, hər kəs mömin bir bəndəni xoşhal edərək razılığını qazansa, Allahın razılığını qazanmış olar. Yaxud, imam Hüseyni (ə) ziyarət edən sanki Mütəal Allahı ərşində ziyarət etmişdir. Bu incə mənanın vəhdəti-vücudla heç bir bağlılığı yoxdur. -
3:15
۞ قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ اتَّقَوْا عِندَ رَبِّهِمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَأَزْوَاجٌ مُّطَهَّرَةٌ وَرِضْوَانٌ مِّنَ اللَّهِ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِQul 'A'uunabbi'ukum Biḫayrin Min ḏālikum Lillaḏīna Attaqaw `Inda Rabbihim Jannātun Tajrī Min Taḥtihā Al-'Anhāru ḫālidīna Fīhā Wa 'Azwājun Muṭahharatun Wa Riḍwānun Mina Al-Lahi Wa Allāhu Baṣīrun Bil-`IbādiDe: «Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir».İman əhlinin fərqli məqamları (ayə:15)
Ayənin sonunda işlənən «vallahu bəsirun bil-ibəd» cümləsi axirətdə təqvalı insanların Allahın razılığını qazanmaqla cənnətdə məskunlaşmağa nail olmalarının eyni dərəcədə olmadığına işarə edir. Allahın buyurduqlarına tabe olan bütün insanlar təqvalı hesab olunsalar da, təbii ki, onların hamısı bir səviyyədə deyildir. Mütəal Allah onların hər birinin hansı dərəcədə təqvaya malik olduğundan xəbərdardır.
-
3:16
الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِAl-Laḏīna Yaqūlūna Rabbanā 'Innanā 'Āmannā Fāġfir Lanā ḏunūbanā Wa Qinā `Aḏāba An-Nāri«Ey Rəbbimiz, həqiqətən, biz iman gətirdik, belə isə günahlarımızı bağışla və bizi odun əzabından qoru» deyən kəslər,Allah bəndələrinin xüsusiyyətləri (ayə:16, 17)
16-17-ci ayələrə diqqət yetirsək, görərik ki, aləmləri yaradan Rəbbimizə həqiqi bəndə olanların bəzi əlamətləri var. Onlar:
1. Şeytanın vəsvəsələrini yaxına buraxmaz;
2. Allaha iman gətirər;
3. Günahlardan tövbə edər;
4. Cəhənnəm odundan qorxub Allah təaladan bağışlanmaq diləyər;
5. Çətinliklərə dözər;
6. Söz və əməllərində sədaqətli olar;
7. Allahın buyurduqlarına itaət edər;
8. Əllərində olan var-dövlətdən Allah yolunda xərcləyər;
9. Hər gün sübh vaxtı uca Tanrıdan bağışlanmaq diləyərlər.Əlbəttə, Allaha həqiqi bəndə olan kimsələrin başqa əlamətləri də vardır ki, onlar digər ayələrdə qeyd olunmuşdur. Biz həmin şəxslərin yalnız bu ayədə sadalanmış nişanələrini qeyd etdik.
16-cı ayədə diqqətəlayiq nöqtələrdən biri Allahın bəndələrinin bağışlanmaq istəməklə yanaşı cəhənnəm odundan qorunmağı da diləmələridir.
Bəzi şəxslər belə güman edirlər ki, günahlardan tövbə etməklə onlar Mütəal Allah tərəfindən bağışlanmaqdan əlavə cəhənnəm odundan nicat taparaq cənnətə daxil olacaqlar. Belə şəxslər bilməlidirlər ki, tövbəkar kimsələrin tövbəsini qəbul edərək onları bağışlamaq Mütəal Allah tərəfindən onlar üçün böyük bir lütf və mərhəmətdir. Onlar izzət və cəlal sahibi olan Allahdan günahlarının bağışlanmasını diləməkdən əlavə gərək cəhənnəm odundan nicat tapmağı və cənnətə daxil olmağı da diləsinlər. Çünki tövbənin qəbul olunması insanın cəhənnəm odundan xilas olaraq cənnətə daxil olacağı mənasına gəlmir. Ola bilər ki, qiyamət günü tövbəsiz dünyasını dəyişən bir çox günahkar şəxsləri Mütəal Allah öz rəhmət və mərhəməti ilə bağışlayaraq cəhənnəm odundan qorusun. Cəhənnəm odundan qorunmaq, eləcə də cənnətə daxil olmaq sonsuz mərhəmət sahibi olan Allahın lütfi-nəzəri ilə baş verər. Belə güman etməməliyik ki, günahkar bir şəxsi tövbə etməklə cəhənnəm odundan qorumaq Allahın borcudur. Aləmləri yaradan Rəbbimizə kim vacib edə bilər ki, kimsəni cəhənnəm odundan qorusun, kimsəni də cənnətə aparsın?! Necə ki, haqqında bəhs etdiyimiz ayədə Allah bəndələri «Rabbənə fəğfir lənə zunubənə - Ey Rəbbimiz, günahlarımızı bağışla!» söylədikdən sonra əlavə olaraq «va qinə azəbən-nər — və bizi cəhənnəm əzabından qoru!» cümləsini də söyləmişlər. Deməli, Mütəal Allah öz rəhmətilə özünə vacib etmişdir ki, Ona iman gətirən, heç bir şirkə yol vermədən xalis niyyətlə ibadət edən və həqiqi mənada tövbə edən bəndələrini bağışlayaraq cənnətə aparsın.
Bəzi rəvayətlərdə işlənən «vacəbət ləhul-məğfirəh — bağışlanmaq ona vacib olar» və ya «vacəbət ləhul-cənnəh — cənnət ona vacib olar» ifadələri isə «səbətət — yəni: onların bağışlanaraq cənnətə daxil olmaları sübuta yetər» mənasını daşıyır. Amma onların cənnətə daxil olmaları yenə də Mütəal Allahın istəyi ilə həyata keçər.
«Qanitin — tabe olanlar» deyilməklə Allah bəndələrinin ayədə zikr etdiyimiz xüsusiyyətlərindən digər birinə toxunulmuşdur. «Qanit» sözü «Allaha müti olan bəndə»-yə deyilir. «Qunut» kəlməsi isə «xuzu və xuşu ilə itaət etmə»-yə deyilir.
Qeyd olunmalıdır ki, bu söz ərəbcə iki nöqtəli «tə» hərfi ilə yazıldıqda yuxarıdakı mənanı daşıyır. Bu kəlmə «ta» hərfi ilə işlənərsə, naümid olmaq mənasında işlənir. Necə ki, Mütəal Allah Qurani-Kərimdə buyurur: «Qul yə ibədiyəl-ləzinə əsrafu alə ənfusihim lə təqnətu min rahmətilləh... (Ya Peyğəmbər!) Mənim israf edən (günahkar) bəndələrimə de: Allahın rəhmətindən naümid olmayın!» («Zumər» surəsi, ayə:53)
Allah bəndələrinin ayədə zikr olunmuş əlamətlərinə diqqət yetirsək, görərik ki, onların sonuncusu səhər çağı Allahdan bağışlanmaq diləməkdir. Ayədə zikr olunan «əshar» sözü «səhər» kəlməsinin cəmi olub «səhərlər» deməkdir. Gecənin üçdə birinin axırıncısına, yaxud altıda birinin sonuncu hissəsinə, yaxud da səkkizdə birinin axırıncı miqdarına «səhər» deyilir. Həmin vaxta səhər deyilməsinə səbəb «İnsanın o zaman camaatın xəbəri olmadan, onları narahat etmədən, səssiz-sədasız ibadət etməsinin, gecə namazı qılmasının, istiğfar diləməsinin gecənin qaranlıq və gizlin vaxtına düşməsidir.» «Sehr» sözü də eyni kökdən olub mənası «kimsənin xəbəri olmadan onun zərərinə dua yazmaq, cadu etmək» deməkdir.
Buradan məlum olur ki, insan qeyd etdiyimiz xüsusiyyətlərə malik olsa da, hər gün onun gecə-gündüzün ən fəzilətli vaxtında Mütəal Allahdan bağışlanmaq diləməsi bəyənilmiş bir əməldir. Çünki heç kəs aləmləri yaradan Rəbbimizə layiq olduğu qədər ibadət edə bilməz. Ulu Tanrıdan davamlı olaraq səhər çağları bağışlanmaq diləmək insanı Onun bəndəsi olmaqdan kənarlaşmağa qoymaz. Allah bəndələrinin bu növ bağışlanmaq diləmələrinin mənası onların günah etmələri deyil, əslində, bu iş onların Allahı yaxşı tanımaları və Ona layiqincə ibadət edə bilmədiklərini etiraf etmələridir.
Ömər ibn Yezid imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Mən qalə fi vitrihi əstəğfirullahə va ətubu iləyhi səb`inə mərratən va vazabə alə zəlikə hattə təmziyə sənətun kətəbəhullahu minəl-mustəğfirinə bil-əshar va vacəbətil-məğfiratu ləhu minəllahi azzə va cəll — Hər kəs gecə namazının „vitr“-ini (11-ci rəkətini) qıldıqda qunut tutduğu zaman yetmiş dəfə „əstəğfirullahə və ətubu iləyh“ deyərək bu işə bir il davam etsə, Mütəal Allah onu səhər çağı istiğfar edən (bağışlanmaq diləyən) bəndələrindən qərar verər və onun bağışlanması izzət və cəlal sahibi olan Allah tərəfindən vacib olar (bu şərtlə ki, sonrakı illərdə günah və məsiyətə yol verməsin).» («əl- Bürhan», c.1, s.273, hədis:4)
Diqqəti cəlb edən nöqtələrdən biri də həzrət Peyğəmbər və Əhli- beytin (ə.s) istiğfar edərək Allahdan bağışlanmaq diləmələridir.
İstiğfar edənlər (Allahdan bağışlanmaq diləyən kimsələr) iki qismə
bölünür:
1. Etdikləri günaha görə məğfirət diləyənlər;
2. İbadət etdiyi halda, özünü müqəssir bilənlər. Yəni: Allaha olan mərifətləri artdıqca Ona layiq ibadət edə bilmədiklərini dərk edib bağışlanmaq istəyən kimsələr.Peyğəmbərlər və İmamlar (ə.s) dua edərkən onların Allahdan bağışlanmaq diləmələri ikinci növdəndir. Peyğəmbərlərin əşrəfi olan həzrət Muhəmməd (s.ə.a. s) hər gün yetmiş dəfə istiğfar edərdi. Bu növ bağışlanmaq diləmək o həzrətin mərifətinin yüksək dərəcədə olmasından irəli gəlir. İmam Zeynəlabidin (ə) məşhur Əbu Həmzə Somali duasında buyurur: «Mə li kulləmə kəbura sinni kəsurat zunubi — Mənə nə olub ki, yaşım artdıqca günahlarım çoxalır.» İmamın (ə) burada buyurduğu «zunub» sözündə məqsədi günah istiğfarı deyil, mərifət istiğfarıdır. Yəni: «ey Rəbbim, mənə nə olub ki, ömrüm çoxaldıqca Sənin zatın, izzət və cəlalın haqqında heyran qalmağım artır.»
Amir ibn Buhdilə bir gün Həccac ibn Yusifin dara çəkdiyi bir kimsənin yanından keçdikdə təəccüb edərək dedi: «Ya rabbi, hilmukə aniz-zaliminə qad əzarra bil-məzlumin. Fəraə fi mənəmihi ənnəl- qiyəmətə qad qamət. Va kəənnəhu dəxaləl-cənnəh. Fəraəl-məslubə fihə fi ə`lə illiyyin. Va izən munədin yunədi: Hilmi aniz-zaliminə əhalləl-məzluminə fi ə`lə illiyyin — Ey Rəbbim, Sənin zalımlarla həlim rəftarın məzlumlara zərər yetirir.
Həmin şəxs yataraq yuxuda qiyamətin qopduğunu və özünün cənnətə daxil olduğunu görür. Orada zalım Həccacın əli ilə dara çəkilmiş şəxsin cənnətin ən yüksək məqamında məskunlaşdığını görür. Bu vaxt Mütəal Allah tərəfindən nida gəlir: (Ey Amir ibn Buhdilə!) Mənim zalımlarla həlim rəftarım məzlumları cənnətin bu yüksəkliklərinə ucaldır. (De görüm, indi Mənim helmimdə bir nöqsan görürsənmi?!) Həmin şəxs yuxudan ayıldıqdan sonra hər gün istğfar edərək Allahdan bağışlanmaq diləyirdi. Onun bu cür istiğfar diləməsi günah etməsinə görə deyil, Allah haqqında mərifətinin az olmasına görədir. Belə ki, o, mərifətinin yüksək olmamasına görə həmin sözləri demişdi.»
Peyğəmbər və Əhli-beyt (ə.s) hətta Allahın feil və sifətlərinə bağlanmalarını özləri üçün bəyənmirdilər. Bir çox dualarda nəql olunub ki, o həzrətlər Allahın sifətlərinə deyil, zatına and verərdilər. Necə ki, ramazan ayının qədr gecələrində oxunan duada onlar «birahmətikə, biizzətikə (İlahi, Səni rəhmətinə, izzətinə and verirəm)» deyil, «bikə, yə Əllah! (ey Allah, Səni öz zatına and verirəm!)» demişlər.
Amma təəssüf ki, yaşadığımız dövrdə bəzi şəxslər «ya Allah» demək əvəzinə hələ də «ya Allahın adı» deyirlər. Onları qınamaq istəmirəm. Çünki onların Allaha olan mərifətləri Onun adı qədərdir. Yəqin ki, onlar bu barədə bir az da diqqət etsələr və ulu Tanrımız haqqında daha çox mərifət kəsb etməyə səy göstərsələr, «ya Allahın adı» əvəzinə bilavasitə Ona üz tutaraq «ya Allah», «ya Rəbbəl- aləmin», «ya ərhəmər-rahimin» deməklə onu çağırarlar.
-
3:17
الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِAṣ-ṣābirīna Wa Aṣ-ṣādiqīna Wa Al-Qānitīna Wa Al-Munfiqīna Wa Al-Mustaġfirīna Bil-'Asḥārihəmin səbrlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər. -
3:18
شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُšahida Al-Lahu 'Annahu Lā 'Ilāha 'Illā Huwa Wa Al-Malā'ikatu Wa 'Ūlū Al-`Ilmi Qā'imāan Bil-Qisṭi Lā 'Ilāha 'Illā Huwa Al-`Azīzu Al-ḥakīmuAllah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli,) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.Allahın şahid olması (ayə:18)
Əgər bir səhnəni görən şəxs onun həqiqi şahidi olsa, ona «alim — alim» demək olar. Əgər bir işin batinində olanları müşahidə etsə, ona «xabir — xəbərdar» deyilər. Əgər o, səhnənin həm zahirindən, həm də batinindən agah olsa, ona «şəhid — şahid» deyərlər. Aləmləri yaradan Rəbbimizin göylərlə yerdə və onların arasında mövcud olan cin, mələk və digər bütün varlıqların yaranması barədə məlumatı olduğu, onları müşahidə edərək keçmiş və gələcəklərindən xəbər verdiyi üçün Ona «alim, şəhid, xabir» deyilir. Lakin şəhid sifəti digər iki sifətdən üstündür. Çünki insan bir səhnəyə şahid olduqdan sonra onun nə olduğunu bilər, bildikdən sonra da o haqda xəbər verər. Əgər bir şəxs hər hansı səhnənin şahidi olmazsa, onun necə olduğunu bilməyərək ondan xəbər verə bilməz. Elə buna əsasən, Mütəal Allah həmin ayədə: «aliməllah» və «əxbərallah» deyil, «şəhidəllahu ənnəhu lə iləhə illə hu», — buyurur. Belə ki, «şəhidəllah» cümləsi «aliməllah» və «əxbərallah» cümlələrinin mənalarını əhatə edir.
Mütəal Allah bu ayədə Öz vəhdaniyyətini — tayı, misli və bərabəri olmadığını və hər bir işi ədalətlə icra etdiyini bildirir. Onunla birlikdə mələklər və elm sahibləri (peyğəmbərlər və imamlar), bəsirət sahibi olan alimlər və təqvalı insanlar da uca Tanrının qüdrət nişanələrini gördükdə Onun vəhdaniyyətinə və hər bir işi ədalətlə görməsinə şəhadət verərlər.
Mütəal Allahın şahid olması Onun zatının eynidir. Mələklər və elm sahibləri isə Allahın qüdrət və əzəmət nişanələrini gördükdən sonra şəhadət verərlər. Buna görə də, Mütəal Allahın elmi Onun eyni zatı, digərlərinin elmi isə iktisabidir (sonradan hasil olmuşdur).
Biz şahid olduğumuz səhnələri və varlıqları görüb bildikdən sonra onların haqqında danışıb şəhadət verə bilərik. Mütəal Allah isə varlıqları yaratmamışdan öncə onların nə olduğunu və necə olacaqlarını xəbər verər. Necə ki, bəzi dualarda buyurulur: «Yə Alimən lə yəchəl — Ey (heç vaxt) elmsiz və bixəbər olmayan Alim!» («Cövşən-kəbir» duası, 32-ci bənd) «Yə mən ilmuhu səbiq — ey elmi hər bir varlıqdan öncə olan Allah (yəni: ey varlıqlar yaranmadan öncə onları tanıyan, bilən və onlardan xəbərdar olan Allah)!» («Məfatihul-cinan» əsəri, «Cövşən-kəbir» duası, 99-cu bənd)
Ayəyə diqqət yetirsək, görərik ki, bu ifadə (Allahın hər işi ədalətlə görməsi) ayənin sonuncu cümləsindən («va huval-azizul-hakim» iba rəsi) də başa düşülür. Bu cümlə sanki ayənin ilk hissəsinin dəlil və sübutudur. Əgər bir şəxsin pula ehtiyacı olsa, yaxud o, təhdid olunsa, şəhadət verərkən ədalətsizliyə yol verər (ya bir şeyin olmadığını deyər, ya da baş vermiş həqiqəti inkar edər). Amma Mütəal Allah yenilməz qüvvət və hikmət sahibi olduğu üçün heç vaxt qeyd olunan ədalətsizliyə yol verməz. Ona görə də, ayədə Mütəal Allah «şəhidəllahu ənnəhu lə iləhə illə huva ... qaimən bil-qist» buyumaqla öz vəhdaniyyətinə haqq və ədalətlə şahid olduğundan xəbər verir.
Mümkündür ki, peyğəmbərlər və övsiyalardan əlavə onlara həqiqi tabe olan alim, fəqih və müctəhidlər də Allahın varlığına həqiqi mənada şəhadət verə bilsinlər. Ona görə də, bu növ alimlərin aldıqları nəfəs, daldıqları yuxu və etdikləri hər bir əməl ibadət sayılır.
Mərhum Təbərsi Cabir ibn Abdullah Ənsaridən, o da Peyğəmbərdən rəvayət edir ki, o həzrət buyurub: «Sə`atun min alimin yəttəkiu alə firaşihi yənzuru fi ilmihi xayrun min ibədətil-abidi səb`inə amən — Alimin öz yatağına söykənərək elm haqqında bir anlıq təfəkkür etməsi (savadsız) abidin yetmiş il ibadətindən üstündür.» («Məcmə`ül- bəyan», c.2, s.421)
Lakin uşaqlıq dövründən, hətta dünyaya gəldiyi zamandan etibarən ulu Tanrının varlığına şəhadət verən kimsələr yalnız peyğəmbərlər və imamlar (ə.s) olmuşdur. Necə ki, bir çox rəvayətlərə əsasən, ayədə zikr olunan «ulul-ilm» ifadəsində məqsəd peyğəmbərlər və onların övsiyaları olan imamlardır.
Mərhum Əyyaşi özünün məşhur təfsir əsərində Cabirdən rəvayət edir ki, o deyib: «İmam Baqirdən (ə) bu ayənin haqqında soruşduqda o həzrət buyurdu: ... fə innə ulul-ilmi əl-ənbiyəu val-ausiyəu va hum qiyəmun bil-qist. Val-qistu huval-adlu fiz-zahir. Val-adlu fil-bətini əmirul-mu`minin — Ayədə zikr olunan „ulul-elm“ peyğəmbərlər və onların övsiyalarıdır ki, onlar ədaləti həqiqi şəkildə bərpa etmək üçün Allah təala tərəfindən seçilmişlər. „Qist“ açıq-aşkar dəlil və sübuta əsasən, ədalətlə şahidlik etməkdir. Amma batində olan (adi insanlardan gizli qalan) dəlillərlə şəhadət verən kəs əmirəl-möminin Əlidir (və sonrakı imamlardır)» («Təfsiri-Əyyaşi», c.1, s.188; hədis:18)
Adi insanlar əqli cəhətdən inkişaf etdikdən və həddi-büluğa çatdıqdan sonra Allahın qüdrət nişanələrini gördükdə Onun haqq olmasına, vəhdaniyyətinə şəhadət verərlər. Lakin ulul-əzm peyğəmbərlər və imamlar dünyaya göz açarkən dilə gələrək təfsirini yazdığımız «şəhidəllahu ənnəhu lə iləhə illə hu» ayəsini tilavət etməklə Allahın varlığına şəhadət verərlər.
Burada bəzi hədis və rəvayətləri sizin üçün qeyd edirik.Əbu Bəsir rəvayət edir ki, imam Sadiqlə (ə) Həcc səfərinə getmişdik. Məkkə ilə Mədinə arasındakı Əbva adlı bir məkanda dincəlmək üçün oturaq saldıq. Süfrə ətrafında əyləşib yeməyə məşğul olarkən imam Cəfərin (ə) həyat yoldaşı tərəfindən bir nəfər gəlib o həzrətə dedi: Mütəal Allah həyat yoldaşınız Həmidə xanıma oğlan payı bəxş etdi. Xanımınız tapşırıb ki, o uşağı ilk görən siz olasınız. İmam (ə) ayağa qalxıb qadınların xeyməsinə tərəf getdi. O həzrət qayıtdıqdan sonra mən ona ərz etdim: ey imam, gözləriniz aydın olsun! Həyat yoldaşınız Həmidə xanımdan nə xəbər? İmam (ə) buyurdu: «Səlləməhəllah va qad vahəbə li ğuləmən va huva xayru mən bəraəllahu fi xalqih... — Şükür Allaha, Həmidə sağlamdır. Mütəal Allah mənə bir oğlan əta etmişdir ki, yaşadığımız dövrdə dünyaya gələn uşaqların ən xeyirlisi və bərəkətlisidir...
Həzrət sözünə davam edərək buyurdu: Həmidə mənə qəribə bildiyi bir hadisədən xəbər verdi. O, elə güman edirdi ki, həmin hadisədən mənim anlayışım yoxdur. Halbuki, mən bu hadisədən daha yaxşı xəbərdaram. Əbu Bəsir deyir ki, ərz etdim: canım sənə fəda olsun, ey Ağa, Həmidə sizə hansı qəribə hadisədən xəbər verdi? İmam Sadiq (ə) buyurdu: Həmidə dedi ki, uşaq dünyaya gəldikdə iki əlini yerə qoyub başını səmaya tərəf qaldırdı. Mən ona dedim: bu iş peyğəmbərlik və ya ona canişin olmağın (imamət) əlamətidir. Ərz etdim: canım sənə fəda olsun, bu iş necə peyğəmbərlik və ya imamətin əlaməti ola bilər? O həzrət buyurdu: imamın dünyaya gəlməsi Mütəal Allah tərəfindən qərara alınsa, Mütəal Allahın ərşinin altından onun atasına bir cam su gətirilər. Həmin su yer üzündəki bütün sulardan daha ləzzətlidir. İmamın nütfəsi həmin su ilə bağlanar. Nütfəsi Allah tərəfindən göndərilmiş sudan yaranan həmin uşaq ana bətnində ətrafındakı insanların bütün danışıqlarını eşidər. O, ana bətnindən pak halda (çimizdirilməyə və xətənə edilməyə ehtiyac olmadan) dünyaya gələr. Dünyaya göz açdığı zaman o, Allahın vəhdaniyyətinə və peyğəmbərin haqq olmasına şəhadət verər. Allah tərəfindən peyğəmbərə canişin təyin edilmiş imamın bir neçə əlaməti vardır. Onlardan biri budur ki, peyğəmbərin zirehinin ölçüsü həmin imamın əyninə uyğun gələr. Amma digər insanlardan hər hansı biri həmin paltarı geysə, qısa, yaxud ucaboy olmasına baxmayaraq, həmin paltar onun əyninə bir qarış uzun olar. İmam dünyaya gəldikdə «şəhidəllah» ayəsini oxuyar.
Sonra həzrət sözünə davam edərək buyurdu: innə nutfətəl-iməm izə səkənət fir-rahimi ərbə`atə əşhurin va unşiə fihir-ruh bəasəllahu təbərakə va təala iləyhi mələkən... Fə kətəbə alə azudihil-əymən: va təmmət kəlimətu rabbikə sidqan va adlən lə mubəddilə likəlimətih. Fə izə vaqa`a min bətni ummihi vaqa`a vazi`an yədəyhi aləl-ərz rafi`an ra`səhu iləs-səmə`i... va huva yəqul: şəhidəllahu ənnəhu lə iləhə illə hu... Fə izə qalə zəlikə ə`tahullahul-ilməl-əvvalə val-ilməl- əxir... Həqiqətən də, (Allahın hüccəti olan) məsum imamın nütfəsi ana bətnində yerləşdikdən və dörd ay keçərək ona ruh verildikdən sonra Allah təbarək və təala bir mələk göndərərək onun sağ qolunda «va təmmət kəlimətu rabbikə... — Rəbbinin sözü sədaqət və ədalətlə tamamlandı» ayəsini yazdırar («Ən`am» surəsi, ayə:115). Həmin imam dünyaya gəldikdə isə əllərini yerə qoyub başını səmaya tərəf qaldıraraq Allahın vəhdaniyyətini şəhadət verərək «şəhidəllahu ənnəhu lə iləhə illə hu...» ayəsini tilavət edər («Ali-İmran» surəsi, ayə:18). Sonra Mütəal Allah xilqətin əvvəlindən sonunadək mövcud olan elmi ona əta edər. Ruh adlanan mələk qədr gecəsində onun ziyarətinə gələr. Ömrünün sonunadək mələk onunla əlaqə saxlayar və onu baş verən hadisələrdən agah edər. Həmin uşaq imamət məqamına çatdıqda isə hər bir şəhərdə səmaya nurdan bir sütun ucalar ki, imam onun vasitəsilə oradakı insanların əməllərindən xəbərdar olar. O, yatarkən gözləri bağlı olsa da, qəlbi oyaq qalar və bu vasitə ilə həmin müddətdə insanların nə etdiklərini bilər." («Biharul-ənvar», c.48, s.3, hədis:3; «əl- Kafi», c.1, s.385, bab: «Məvalidul-əimməh (ə.s)», hədis:1-8. Bu hədisləri sizə qısa şəkildə nəql etdik.)
Əlbəttə, bu xəbərlər peyğəmbərə gətirilən vəhy kimi deyil. Əslində, mələk imamın ziyarətinə gələrək onunla danışar. Müxtəlif kitablarda məsum imama muhəddəs, Fatimeyi-Zəhraya (s.ə) mühəddəsə deyilməsinə səbəb mələklərin o həzrətlərin hüzuruna gəlib onlarla əlaqə saxlayaraq danışması olmuşdur.
Bütün insanların qəlbinə həm mələk, həm də şeytan gələrək onlara nə isə deyə bilər. Lakin insanlar məsiyət və günaha yol verdikləri üçün şeytan onlarla danışıb ürəklərinə vəsvəsə edər.
Digər bir hədisdə rəvayət olunub ki, imam Rzanın (ə) anası Nəcmə xatun buyurub: «Mən oğlum Əliyə (imam Rza əleyhissəlama) hamilə olduqda heç bir ağırlıq hiss etmirdim. Yatarkən bətnimdəki uşaqdan təsbih və müxtəlif zikrlər eşidirdim. Ona görə də, yuxudan ayılaraq canıma qorxu düşürdü. Amma ayıldıqdan sonra heç nə eşitmirdim. Onu dünyaya gətirdiyim zaman. o, əllərini yerə qoyub başını göyə tərəf qaldıraraq dodaqlarını tərpətdi. Sanki nitqə gəlib nə isə dedi. Atası imam Museyi-Kazım (ə) mən olan otağa daxil olaraq buyurdu: həniən ləki, yə Nəcmətu, kəramətə Rabbik! — Ey Nəcmə, Rəbbin tərəfindən sənə bəxş edilən kəramətə (bu uşağa) görə gözlərin aydın olsun!
Sonra o həzrət uşağı ağuşuna alaraq onun sağ qulağına azan, sol qulağına isə iqamə dedi. Sonra Fəratın suyundan bir neçə damla uşağın ağzına damızdıraraq mənə buyurdu: ey Nəcmə, bu uşağı al! O, Mütəal Allahın yer üzündəki höccətidir.» («Biharul-ənvar», c.49, s.9, hədis:14 Bu hədisi mərhum Əllamə Məclisi şeyx Səduqun «Uyuni- əxbari-Rza (ə)» kitabından nəql etmişdir.)
Əlbəttə, imamların (ə.s) dünyaya gələrkən, yaxud uşaqlıq çağlarında bu cür ayə oxumaları elə də təəccüblü bir iş deyil. Çünki onlar Allahın höccəti və seçilmiş bəndələridirlər. Onlardan başqa bəzi peyğəmbərlər də uşaqlıq dövründə, hətta beşikdə ikən Allahın izn və iradəsi, qüdrət və əzəməti ilə nitqə gələrək danışmışlar. Necə ki, həzrət İsa (ə) anası Məryəmin pak və müqəddəs olmasına beşikdə ikən şəhadət verdikdə camaatın bu işə təəccüb etdiyi vaxt buyurdu: «İnni abdullah, ətəniyəl-kitəbə va cə`aləni nəbiyyən — (Ey camaat, anama töhmət atmayın və mənim beşikdə danışmağıma təəccüb etməyin!) Mən Allahın bəndəsiyəm. O, mənə kitab əta edərək peyğəmbərlik məqamı bəxş etmişdir.» («Məryərm» surəsi, ayə:31)
Digər bir ayədə Mütəal Allah həzrət Yəhyaya müraciət edərək buyurur: «Yə Yəhyə, xuzil-kitəbə biquvvah! Va ətəynəhul-hukmə sabiyyə - Ey Yəhya, Allahın qüdrəti ilə Kitabı al! Biz ona uşaq ikən hikmət (və nübüvvət) əta etdik.» («Məryərm» surəsi, ayə:21)
Ola bilsin ki, bəzi kimsələr peyğəmbər və imamlardan belə möcüzələr eşitdikdə təəccüb edərək onu inkar etsinlər. Mən bu cür insanları qınamaq istəmirəm. Çünki həmin şəxslər o həzrətləri özləri ilə müqayisə etdikləri üçün buna inanmaq istəmirlər. Amma belə kimsələr diqqət etsələr, görərlər ki, onlarla məsumlar arasında hədsiz-hesabsız fərqlər vardır.
-
3:19
إِنَّ الدِّينَ عِندَ اللَّهِ الْإِسْلَامُ ۗ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِن بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ'Inna Ad-Dīna `Inda Al-Lahi Al-'Islāmu Wa Mā Aḫtalafa Al-Laḏīna 'Ūtū Al-Kitāba 'Illā Min Ba`di Mā Jā'ahumu Al-`Ilmu Baġyāan Baynahum Wa Man Yakfur Bi'āyāti Al-Lahi Fa'inna Al-Laha Sarī`u Al-ḥisābiŞübhəsiz, (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir.Din — Allah tərəfindən gələn qanun (ayə:19)
Bu və bundan əvvəlki ayənin ilk cümləsi təkid kəlmələri («ənnə» və «innə») ilə işlənmişdir. Bəzi müfəssirlər bu iki ayənin təkid sözlərinin hər ikisini həm «innə», həm də «ənnə» şəklində oxumuşlar. Amma onların Quranda yazılan şəkli (yəni: ilk ayədə «ənnəhu», sonrakı ayədə isə «innə» şəklində işlənməsi) məşhur qiraətə əsaslandığına görə mənaları da ona münasib bəyan olunmuşdur.
«Din» sözünün ilk mənası «itaət etmək, baş əymək» deməkdir. Tanrı tərəfindən göndərilən şəriətə də «din» adı verilmişdir. Habelə qanunu icra edib insanlara etdikləri əməllərə münasib olaraq mükafat, yaxud cəza vermək də «din» adlanır. Mütəal Allaha «maliki yaumid- din» deyilməsi də Onun mükafat verilən və ya cəzalandırılan günün sahibi olması deməkdir.
İnsanlar Mütəal Allah tərəfindən göndərilən qanuna başqa qanunlardan daha çox baş əyməlidirlər. Çünki Onun tərəfindən gələn qanuna itaət vacib sayılır. Başqa bir ibarə ilə desək, Allah tərəfindən gələn qanun digər qanunlardan üstün və onlara qalib gələndir. Buna əsasən, Rəbbimizin «əsmai-hüsnası (gözəl adları)»-ndan biri də «Dəyyan — (qələbə çalan)»-dır.
Mübarək bir hədisdə həzrət Peyğəmbər (s.ə.a. s) buyurub: «Aliyyun dəyyənu həzihil-umməh — Əli bu ümmətin zəfər çalanıdır.» («Biharul- ənvar», c.40, s.97)
Yaxud o həzrət üzünü əmirəl-möminin Əliyə (ə) tutaraq buyurub: «Yə Ali, əntə dəyyənu həzihil-umməh... — Ya Əli, sən bu ümmətin qələbə çalanısan...» («Biharul-ənvar», c.24, s.272)
Elə buna əsasən, o həzrət müharibələrin heç birində şəhid olmamışdır. Əmirəl-möminin Əlinin (ə) düşmənləri ona döyüş halında, yaxud digər adi hallarda qalib gələ bilmədikləri üçün o həzrəti namaz qıldıqda səcdədə ikən qətlə yetirdilər.
Qeyd olunmalıdır ki, «deyyan» sözü «dindarlığın yüksək səviyyəsində olmaq» mənasını da daşıyır. Bu baxımdan islam peyğəmbərinin sözündəki digər bir həqiqət Əlinin (ə) ümmətin ən dindar şəxsi olmasıdır.
Bəzi yerlərdə «din» sözü iki məna daşıyır. Onlardan biri «itaət edib baş əymək», ikincisi isə «mükafat vermək və ya cəzalandırmaq»-dır. Məşhur bir cümlədə buyurulmuşdur: «Kəmə tədinu tudənu — İtaət etdiyin qədər mükafatlandırılarsan» və ya «qarşı çıxdığın qədər cəzalandırılacaqsan.» Gördüyünüz kimi, burada ilk söz («tədinu») itaət etmək, sonrakı söz («tudənu») isə mükafat almaq və cəzalanmaq mənasında zikr olunmuşdur.
«əl-İsləm» sözünün mənasına gəlincə, o, təslim olmaq mənasını daşıyır. Yəni: Allahın bəyəndiyi din Onun buyurduqlarına təslim olmaqdır. İnsanların Allaha təslim olması fərqli olduğu kimi, onların müsəlman olmaları da fərqlənir.
Tarix boyu Allah tərəfindən peyğəmbərlər vasitəsilə göndərilən bütün din və şəriətlər Allahın əmrinə tabe olmağı tövsiyə etdiyi üçün islam hesab olunmuşdur. Ona görə də, 19-cu ayədə buyurulur: «İnnəd-dinə indəllahil-isləm — Həqiqətən də, Allah yanında din və şəriət islamdır (yəni: din istər keçmiş peyğəmbərlərin, istərsə də sonuncu peyğəmbərin dövründə Onun buyurduqlarına tabe olmaqdır).» Həzrət Nuh, Saleh, Musa, İsa və digər peyğəmbərlərin (ə.s) gətirdikləri din Allahın əmrinə təslim olmaq, baş əymək hesab olunduğuna görə həmin peyğəmbərlərin dövründə onlara həqiqi tabe olan şəxslərə də müsəlman demək olar. Lakin yaşadığımız dövrdə müsəlman o kimsəyə deyilir ki, sonuncu peyğəmbərin gətirdiyi din və şəriətə, Qurana tabe olsun.
Əslində, keçmiş peyğəmbərlərin ümməti sonuncu peyğəmbərin dininə tabe olmalıdır. Həzrət Musa və İsanın ümməti islam peyğəmbərinin peyğəmbərlik nişanələrindən xəbərdar olub ona tabe olmaq üçün o həzrətin intizarını çəkirdilər. Lakin onlar zülm və ədalətsizliyə yol verərək həzrət Muhəmməd (s.ə.a. s) peyğəmbərlik məqamına çatdıqda müxtəlif bəhanələr gətirərək o həzrətə qarşı çıxdılar. Elə bu səbəbdən təfsirini yazdığımız ayənin sonunda Mütəal Allah buyurur: «Va məxtələfəl-ləzinə utul-kitəbə illə Yəhudi və xristianlara Kitab göndərdikdən sonra onlar zülmə yol verərək müsəlmanlardan ayrılıb keçmiş dövrdə tutduqları yolda (öz dinlərində) qaldılar.»
«İslam» sözünün digər mənası «ram etmək, ram olmaq» deməkdir. Nəql olunmuş mötəbər bir hədisdə həzrət Muhəmməd (s.ə.a. s) buyurub: «Mə min ədəmiyyin illə va mə`ahu şəytan. Qilə: va mə`akə? Qalə: nə`am va ləkinnəllahə ə`anəni aləyhi fəəsləmə - Elə bir Adəm övladı yoxdur ki, onun yanında vəsvəsə edən şeytan olmasın. O həzrətə dedilər: ya Rəsuləllah, hətta sənin də? Peyğəmbər buyurdu: bəli, amma Mütəal Allah mənə kömək etdi ki, o, mənim qarşımda məğlub olaraq çarəsizlikdən ram (təslim) olsun.» («Biharul-ənvar», c.60; s.319; «əs-Sünənül-kübra», Beyhəqi, c.2, s.116)
Əli ibn İbrahim mötəbər sənədlərlə Muhəmmməd ibn Yəhya əl- Bağdadidən, o da əmirəl-möminin Əlidən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Mən bu gün sizə islamı elə bir şəkildə bəyan edərəm ki, o, nə məndən əvvəl bu cür izah edilmiş, nə də məndən sonra ediləcək: əl-İsləmu huvat-təslim vat-təslimu huval-yəqin val-yəqinu huvat-təsdiq vat-təsdiqu huval-iqrar val-iqraru huval-ədə` val-ədə`u huval-aməl. əl-Mu`minu əxazə dinəhu an Rabbihi. İnnəl-mu`minə yu`rafu imənuhu fi aməlih. Va innəl-kəfira yu`rafu kufruhu biinkərih. Yə əyyuhən-nəs! Dinəkum, dinəkum! Fə innəs-səyyiətə fihi xay- run minəl-hasənəti fi ğayrihi. İnnəs-səyyi`ətə fihi tuğfəru. Va innəl- hasənətə fi ğayrihi lə tuqbəlu — İslam dinini qəbul etmək Allahın əmrinə təslim olmaq deməkdir. Onun əmrinə təslim olmaq yəqinliklə baş verər. Yəqinlik din və şəriətə qəlbdə inanaraq onu təsdiqləmək deməkdir. Təsdiqi biruzə verməyin əlaməti Allahın, din və şəriətin haqq olduğunu dil ilə iqrar etməkdir. Dil ilə iqrar etməyin doğruluğu vacib əməlləri əda etməklə bilinər. Vacibatı əda etmək isə Allahın buyurduqlarına mükəmməl şəkildə əməl etməklə tamamlanar. Mömin o kimsədir ki, dinini öz Rəbbindən əxz etsin (yəni: Allahın buyurduqlarına əməl etsin). Həqiqətən də, mömin şəxsin imanı onun əməllərindən bilinər. Kafirin küfrü isə onun Allah buyuranları inkar etməsindən görünər.
Ey camaat, Mütəal Allah tərəfindən sizə bəxş olunmuş dini qoruyun, ona tabe olun! Çünki dindar kimsədən baş verən günah dinsizin yaxşı əməllərindən üstündür. Dindarın etdiyi günah bağışlanar, amma dinsiz bir şəxsin gördüyü yaxşı əməllər qəbul olunmaz.» («əl-Bürhan», c.1, s.274, hədis:5; «Biharul-ənvar», c.65, s.311)
-
3:20
فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ ۗ وَقُل لِّلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوا ۖ وَّإِن تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِFa'in ḥājjūka Faqul 'Aslamtu Wajhiya Lillahi Wa Mani Attaba`ani Wa Qul Lillaḏīna 'Ūtū Al-Kitāba Wa Al-'Ummīyīna 'A'aslamtum Fa'in 'Aslamū Faqadi Ahtadaw Wa 'In Tawallaw Fa'innamā `Alayka Al-Balāġu Wa Allāhu Baṣīrun Bil-`IbādiOdur ki, əgər səninlə mübahisə edərək höcətləşsələr de: «Mən vücudumu Allaha təslim etmişəm və həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» Və (səmavi) kitab verilmiş kəslərə və savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisiniz?» Beləliklə, əgər İslamı qəbul etsələr mütləq hidayət olunublar və əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan vuruşma və ya Allaha aid olan cəzalandırma deyil) yalnız (peyğəmbərliyi və ondan doğan vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir.Sual cümləsi (ayə:20)
Bu ayədə ədəbi bir nöqtəyə işarə etməliyəm: ərəb dilində batil bir işə son qoymaq istənilsə, o, sual cümləsi ilə işlənər. Məsələn: Mütəal Allah «Maidə» surəsi 91-ci ayədə içki içmək və qumar oynamağın pisliyindən söhbət açaraq onlara qadağa qoyduqdan sonra həmin çirkin əməllə məşğul olanlara buyurur: «Fə həl əntum muntəhun? — İçki və qumarın nə qədər zərərli olduğunu bildikdən sonra bu işə son qoyursunuzmu?» Bu sualda məqsəd bu işlə məşğul olanların bu barədə öz rəylərini bildirmələrini tələb etmək deyildir. Əslində, bu ayədə «fə həl əntum muntəhun» sual cümləsi əmr («intəhu — son qoyun!») mənasını daşıyır.
Təfsirini yazdığımız ayədə Mütəal Allah islam peyğəmbərinə buyurur: «Nəcran xristianlarına de: islam dininin haqq olduğunu və mənim Allah tərəfindən peyğəmbər seçildiyimi bildikdən sonra Allahın buyurduğuna təslim olursunuzmu?» Burada «ə əsləmtum? — təslim olursunuzmu?» sual cümləsi əmr («əslimu — təslim olun!») mənasını daşıyır. Yəni: müşriklikdən əl çəkib müsəlman olun, Allahın buyurduqlarına təslim olun!
Ayənin davamında Mütəal Allah peyğəmbərə: «fə innəmə aləykəl- bələğ — sənin vəzifən yalnız xəbərdarlıq etməkdir», — buyurmaqla o həzrətin böyük bir məsuliyyət daşımasından xəbər verir.
Bildiyimiz kimi, Quranın hər bir surəsi həmin surədə işlənən bəzi
kəlmələrlə məşhur olmuşdur. Məsələn, «Bəqərə» surəsi həmin surədəki «bəqərə» sözü ilə, «Məryəm» surəsi orada işlənən Məryəm adı ilə, «Kəhf» surəsi həmin surədə işlənən «kəhf» kəlməsi ilə tanınmışdır.
Bu mübarək surənin «Ali-İmran (İmran ailəsi)» adlanması surənin 33-cü ayəsində həmin ifadənin işlənməsi ilə bağlıdır. Mütəal Allah həmin ayədə bəzi peyğəmbərlərdən (həzrət Adəm, Nuh, Ali-İbrahim əleyhimus-salamdan) bəhs etdikdən sonra Ali-İmran haqqında digərlərinə nisbətən bir qədər geniş söhbət açmışdır.
Bu mübarək surə iki yüz ayədən ibarətdir. Bəzi müfəssirlər bu surəni «İstəfa (seçilmişlər)» surəsi də adlandırmışlar. Çünki 33-cü ayədən başlayaraq bir neçə ayədə həzrət Adəm, Nuh, Ali-İbrahim və Ali-İmranın xüsusi məqama seçilmələrindən danışılır.
«Ali-İmran» surəsinin əvvəlində gələn ilk altı ayəyə diqqət yetirsək, görərik ki, Mütəal Allah bu surədəki ayələrdə tövhid, peyğəmbərlərə nazil olan kitablar, həmin kitabların nazil olmasındakı hədəf və bütün bunları inkar edən kafirləri cəzalandırmaqla onlardan intiqam alacağından bəhs edib heç bir şeydən qafil olmamasına, yenilməz qüvvət və hikməti ilə insanları analarının bətnində yaratmasına işarə edir. Sanki bu ilk altı ayə bundan sonrakı ayələrin mündəricatı rolunu oynayır.
Təkrarlara yol verməmək üçün biz «Ali-İmran» surəsinin təfsirinə 3-cü ayədən başlayırıq. Bu surənin əvvəlindəki «əlif, lam, mim» hərflərinin izahını «Bəqərə» surəsinin ilk ayəsindən (bu əsərin ilk cildi, s.75), ikinci ayənin bəyanını isə əlinizdəki cilddə «ayətül-kürsi»-nin təfsirindən əldə edə bilərsiniz.