6-ci ayə 286-dən
Dinləmək
Əsli
إِنَّ الَّذِينَ كَفَرُوا سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ
Transliterasiya
'I‍‍nn‍‍a A‍‍l-La‍ḏ‍ī‍‍na Kafarū Saw‍‍ā‍‍'un `Alayhi‍‍m 'A 'A‍‍n‍‍ḏartahu‍‍m 'A‍‍m La‍‍m Tu‍‍n‍‍ḏi‍‍r‍‍hu‍‍m Lā Yu'umin‍‍ū‍‍n‍‍a
Mirzə Əli Meşkini
Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər.
Əltafur-Rəhman

Təbliğatın fayda vermədiyi kafirlər (ayə:6)

Mütəal Allah bu surənin girişində iman əhlinin ən üstün qismi olan müttəqilər və qiyamət gününə yəqini olan şəxslər haqqında danışdıqdan sonra kafirlərin xüsusi bir qisminə işarə edərək onların barəsində buyurur: «(Ya Muhəmməd!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da onlara fərq etməz, iman gətirməzlər.»

Bildiyimiz kimi, keçmiş dövrlərdən ta indiyə kimi bəzi kafirlərə dini təbliğ etdikdə onlar islamı qəbul edərək müsəlman olur və ibadət edirlər. Amma bu ayədə Allah təala peyğəmbərə kafirləri qorxudub-qorxutmamasına baxmayaraq, onların iman gətirməyəcəyini bildirir.

Buradan belə məlum olur ki, təbliğatın fayda vermədiyi şəxslər kafirlərin müəyyən bir qismini təşkil edir. Çünki təbliğat və yol göstərmək kafirlərin heç birinə təsir etməsəydi, onda Allah təala tərəfindən peyğəmbərlərin göndərilməsi mənasız olardı. Mütəal Allah «Yasin» surəsində buyurur: «Va səvaun aleyhim ə ənzərtəhum əm ləm tunzirhum fəhum lə yu`minun — (Ya peyğəmbər!) Sən qorxutsan da, qorxutmasan da, onlar (kafirlər) üçün birdir: iman gətirməzlər.»

Elə bu ayədən də məlum olur ki, təbliğatın xeyri olmadığı şəxslər kafirlərin müəyyən bir qismidir.

«Yasin» və «Bəqərə» surəsinin harada və nə vaxt nazil olmasına diqqət etsək, görərik ki, peyğəmbərin təbliğatının təsir etmədiyi kafirlər deyildikdə bütün kafirlər deyil, onların müəyyən bir dəstəsi nəzərdə tutulur. Çünki «Yasin» surəsi Məkkədə nazil olmuşdur və Mütəal Allah bu surədə Məkkədə olan Qüreyş kafirlərinə işarə etmişdir. Bu ayə nazil olandan sonra islam peyğəmbəri Qüreyş kafirlərinin iman gətirməyəcəyini bilib Məkkəni tərk edərək Mədinəyə hicrət etdi.

«Bəqərə» surəsinə gəldikdə isə bu surə peyğəmbər Mədinəyə hicrət edərkən orada nazil olmuş ilk surədir. Burada da Mədinə əhlindən olan kafirlərin müəyyən bir qisminə işarə edilmişdir ki, onlar inadkarlıq edərək islam dinini qəbul etmirdilər. Peyğəmbər də cihad edərək Bədr və digər müharibələrdə onları qətlə yetirdi.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi