- Dinləmək
-
-
Əsli
-
اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
-
Transliterasiya
-
Al-Lahu Yastahzi'u Bihim Wa Yamudduhum Fī ṭuġyānihim Ya`mahūna
-
Mirzə Əli Meşkini
-
Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir.
-
Əltafur-Rəhman
-
Allahın istehza etməsinin mənası (ayə:14-15)
«Va iz ə ləqul-ləzinə əmənu qalu: ...Əllahu yəstəhziu bihim — Onlar möminlərlə qarşılaşdıqda: „Biz də (sizin kimi) iman gətirdik“ — deyirlər. Halbuki, öz şeytanları ilə (kafir qohum-əqrəbalarının böyükləri ilə, şeytansifət dostları ilə) təkbətək qalanda: „Biz sizinləyik, biz ancaq onlara (möminlərə) istehza edirik“ — deyirlər. Allah da onlara (bu çirkin əməllərinin müqabilində) istehza edər.»
İnsanlara istehza etmək bəyənilməyən bir xüsusiyyətdir. Münafiqlər iman əhlinə istehza etsələr də, Mütəal Allah üçün bəyənilmir ki, kimsəyə istehza etsin. Elə buradan məlum olur ki, Allahın münafiqlərə istehza etməsinin incə bir mənası vardır. Həmin mənanı Allaha aid etməyin isə heç bir qəbahəti yoxdur. O məna izzət və cəlal sahibi olan Allahın münafiqləri istehza etmələrinə münasib şəkildə cəzalandırma- sıdır və onları tutduqları cəhalət yolunda öz başlarına buraxmasıdır. Bu ayənin bənzərinə Quranın başqa yerlərində də rast gəlmək olar. Mütəal Allah «Şura» surəsinin 40-cı ayəsində buyurur: «Va cəzəu seyyiətin seyyiətun misluhə - Pisliyin cəzası pislik etməkdir.» Halbuki, bildiyimiz kimi, pisliyin cəzası pislik etmək deyil, pislik edən şəxsi cəzalandırmaqdır. Həmçinin «Bəqərə» surəsi 194-cü ayədə buyurulur: «Fəməni`tədə aleykum fə`tədu aleyhi bimisli mə`təd ə aleykum — Sizə qarşı həddini aşanları siz də həmin ölçüdə cəzalandırın.» Buradan məlumdur ki, həddi aşanlara qarşı həddi aşaraq onlar kimi zülm etmək bəyənilən bir iş deyil. Belə olduğu təqdirdə, ayədə zikr olunan «siz də həddi aşın» ifadəsində məqsəd onları etdiklərinə münasib şəkildə cə- zalandırmaqdır.
Allahın istehza etməsinin mənasını imam Rzadan (ə) nəql olunmuş hədisdən başa düşmək olar. Ravi deyir ki, imam Rzadan (ə) Allahın münafiqlərə necə istehza etməsini soruşdum. O həzrət buyurdu: «İnnəllahə lə yəstəhziu va ləkin yucəzihim cəz əəl-istihzə` - Allah kimsəyə istehza etməz, amma istehza edənləri etdiklərinə uyğun cəzalandırar.»
Bu sözü sadə bir ifadə ilə bəyan etmək istəsəm belə deyə bilərəm: oğurluq edən şəxsi onun malını oğurlamaqla cəzanlandırmazlar. Çünki oğurluq etmək özü insanlar tərəfindən bəyənilməyən pis xislətlərdən biridir. Əslində, onu etdiyi oğurluğa münasib cəzalandırarlar. Elə buna əsasən, istehza sifəti (insanları əskik sayaraq onlara məsxərə etmək) bəyənilməyən sifətlərdən olduğu üçün onu Mütəal Allaha aid etmək olmaz. Bu baxımdan «Allah onlara istehza edir» cümləsinin mənası «Allah onları məsxərəyə qoyur» — demək deyildir. Bunun mənası onları etdikləri istehzaya münasib cəzalandırmaqdır. Əgər insan təhqiq əhli olub Mütəal Allahın min bir adından xəbəri olsa, yaxud onları «Cövşən-kəbir» duasından oxusa, özü də şahid olar ki, Mütəal Allahın orada istehza etmək adında hər hansı bir sifəti yoxdur.
Yuxarıdakı ayələrdə Mütəal Allah münafiqlərin bəzi sifətlərinə işarə edir. Həmin sifətlərin birincisi, onların yer üzündə fitnə-fəsad törətmələri, ikincisi, möminlərə istehza etmələri, üçüncüsü, düşüncəsizlikləri, dördüncüsü isə şüur və dərrakələrinin olmamasıdır. Bu xislətlərə yaxşı diqqət etsək, görərik ki, bütün pis sifətlərin kökü və əsası bunlardır.