1-ci ayə 286-dən
Dinləmək
Əsli
الم
Transliterasiya
'Alif-Lā‍‍m‍‍-Mī‍‍m
Mirzə Əli Meşkini
Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitab «Əlif» (Allah) tərəfindən «Lam»ın (Cəbrailin) vasitəsi ilə «Mim»ə (Muhəmmədə (s)) nazil edilmişdir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
Əltafur-Rəhman

«Hurufi-muqəttə`ə (ayrı-ayrılıqda, tək-tək oxunan hərflər)» («Bəqərə» surəsi, ayə:1)

Qurani-Kərimin 29 surəsinin əvvəlində gələn bu hərflərə «hurufi-müqəttə`ə (ayrı-ayrılıqda oxunan hərflər)» deyilir. Bu hərflərin daşıdığı məna Allahla peyğəmbər arasında rəmz və işarə olduğu üçün onlar peyğəmbərin özü və onun canişinlərindən — imamlarımızdan başqa kimsələrə tam şəkildə məlum deyildir. Mütəal Allah bu hərflərin vasitəsilə kainatda olan bəzi elim və həqiqətlərə, yaxud bəzi şəxslərə işarə edir ki, onları müəyyən məsləhətlərə görə adi insanlardan gizlədir. Lakin Mütəal Allah istədiyi peyğəmbərlərə və onların səlahiyyətli canişinlərinə həmin elim, həqiqət və sirləri öyrədərək onlara əmanət tapşırıb. Onlar da münasib bildikləri bir vaxtda həmin hərflərdə olan mənaları lazım olan şəxslərə bəyan etmişlər. Bu baxımdan peyğəmbərlərin bəzisi, həmçinin imamlar bu mənaların həqiqətini bilməmiş deyildilər. Necə ki, imam Hüseyn (ə) «Duayi-Ərəfədə (Zilhiccə ayının 9-u Ərəfat səhrasında oxunan dua) Mütəal Allaha müraciət edərək belə deyir: «Ey peyğəmbərlərin sonuncusu həzrəti Muhəmmədin və onun Əhli-beytinin Rəbbi! Ey Tövrat, İncil, Zəbur və Furqanı nazil edən Rəbbim! Ey Kaf-Ha-Ya-Ayn-Sad, Ta-Ha, Ya-Sin və Quranı
nazil edən Allah, Sən mənim pənahımsan!»

İmam Hüseynin (ə) Mütəal Allaha bu növ müraciətindən məlum olur ki, adını çəkdiyimiz kitablarda olan əzəmətli sirlər bu hərflərdə də vardır ki, imam Hüseyn (ə) həmin kitabların adını çəkdikdə bu hərfləri də zikr edir.

Bunu da qeyd etməliyəm ki, təkrarları çıxmaq şərti ilə bu hərfləri bir yerə topladıqda yalnız «Siratu Aliyyin haqqun numsikuhu» «Əlinin tutduğu yol haqdır, biz də o yolu tutub gedirik» cümləsi alınır.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi