-
Meisam Vahid Tammar
-
25:1
تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَىٰ عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًاTabāraka Al-Laḏī Nazzala Al-Furqāna `Alá `Abdihi Liyakūna Lil`ālamīna NaḏīrāanFurqanı (haqq ilə batili bir-birindən ayıran, ayə və surələri bir-birindən ayrı olan Quranı) aləmdəkilərin hamısını (kökləri kəsilənədək bütün insan və cinləri) qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir. -
25:2
الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُن لَّهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًاAl-Laḏī Lahu Mulku As-Samāwāti Wa Al-'Arḍi Wa Lam Yattaḫiḏ Waladāan Wa Lam Yakun Lahu šarīkun Fī Al-Mulki Wa ḫalaqa Kulla šay'in Faqaddarahu TaqdīrāanO Allah ki, göylərin və yerin mülkiyyət və hakimiyyəti Ona məxsusdur, Özü üçün övlad götürməmişdir, mülkiyyət və hakimiyyətində heç bir şəriki olmamışdır, hər bir şeyi yaradıb və (onların) hər biri üçün (vücud, əlamətləri, həyatını davam etdirməsi və qarşılıqlı əlaqələr baxımından) öz halına münasib ölçü təyin etmişdir. -
25:3
وَاتَّخَذُوا مِن دُونِهِ آلِهَةً لَّا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً وَلَا نُشُورًاWa Attaḫaḏū Min Dūnihi 'Ālihatan Lā Yaḫluqūna šay'āan Wa Hum Yuḫlaqūna Wa Lā Yamlikūna Li'nfusihim ḍarrāan Wa Lā Naf`āan Wa Lā Yamlikūna Mawtāan Wa Lā ḥayāatan Wa Lā NušūrāanAllahın yerinə (nəinki) heç bir şey yaratmayan, (hətta) özləri yaradılan (yaradılmış olan), özləri üçün heç bir ziyan və xeyirə malik olmayan və öldürməyə, həyat bəxş etməyə və ölümdən sonra diriltməyə qadir olmayan məbudlar götürdülər. -
25:4
وَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَـٰذَا إِلَّا إِفْكٌ افْتَرَاهُ وَأَعَانَهُ عَلَيْهِ قَوْمٌ آخَرُونَ ۖ فَقَدْ جَاءُوا ظُلْمًا وَزُورًاWa Qāla Al-Laḏīna Kafarū 'In Hāḏā 'Illā 'Ifkun Aftarāhu Wa 'A`ānahu `Alayhi Qawmun 'Āḫarūna Faqad Jā'ū ẓulmāan Wa ZūrāanKafirlər dedilər: «Bu (Quran), onun (Muhəmmədin (s)) özündən uydurduğu və digər bir dəstənin (yəhudilərin) bunda ona kömək etdikləri yalandan başqa bir şey deyildir». Beləliklə onlar doğrudan da (Peyğəmbərə belə bir nisbət verməklə böyük) bir zülmə və yalana batdılar. -
25:5
وَقَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ اكْتَتَبَهَا فَهِيَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةً وَأَصِيلًاWa Qālū 'Asāṭīru Al-'Awwalīna Aktatabahā Fahiya Tumlá `Alayhi Bukratan Wa 'AṣīlāanVə dedilər: «(Bu kitab) onun istəyi ilə (başqalarının) onun üçün yazdıqları keçmişlərin əfsanələridir; həmin yazı səhər-axşam ona oxunur (və o da eşitdiklərini əzbərləyərək camaata oxuyur)». -
25:6
قُلْ أَنزَلَهُ الَّذِي يَعْلَمُ السِّرَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّهُ كَانَ غَفُورًا رَّحِيمًاQul 'Anzalahu Al-Laḏī Ya`lamu As-Sirra Fī As-Samāwāti Wa Al-'Arḍi 'Innahu Kāna ġafūrāan RaḥīmāanDe: «Onu (Quranı) göylərdə və yerdə olan örtülü sirləri (məxluqatın elm və hisslərinin çərçivəsindən xaric olanları) bilən (Allah) nazil etmişdir». Həqiqətən, O, çox bağışlayan və mehribandır (və bu səbəbdən kafirlərə əzab göndərməkdə tələsmir). -
25:7
وَقَالُوا مَالِ هَـٰذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ ۙ لَوْلَا أُنزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًاWa Qālū Māli Hāḏā Ar-Rasūli Ya'kulu Aṭ-ṭa`āma Wa Yamšī Fī Al-'Aswāqi Lawlā 'Unzila 'Ilayhi Malakun Fayakūna Ma`ahu Naḏīrāan(Müşriklər) dedilər: «Bu necə peyğəmbərdir ki, yemək yeyir və bazarlarda gəzir?! (Halbuki peyğəmbər mələk olmalıdır.) Nə üçün ona (heç olmasa) bir mələk nazil olmur ki, onunla birlikdə (insanları) qorxutsun (və onun peyğəmbərliyini təsdiq etsin)?» -
25:8
أَوْ يُلْقَىٰ إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُ جَنَّةٌ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا'Aw Yulqá 'Ilayhi Kanzun 'Aw Takūnu Lahu Jannatun Ya'kulu Minhā Wa Qāla Aẓ-ẓālimūna 'In Tattabi`ūna 'Illā Rajulāan MasḥūrāanYaxud nə üçün (göydən) ona bir xəzinə göndərilmir və ya onun bir bağı yoxdur ki, ondan istifadə etsin?! Və bu zalımlar (camaata) dedilər: «Siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz». -
25:9
انظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًاAnẓur Kayfa ḍarabū Laka Al-'Amṯāla Faḍallū Falā Yastaṭī`ūna SabīlāanGör sənin üçün necə məsəllər çəkdilər və nə sifətlər dedilər, beləliklə də (Peyğəmbərin və peyğəmbərliyin tanınmasında) yollarını azdılar və onların (haqqa tərəf) bir yol tapmaq qüdrətləri yoxdur. -
25:10
تَبَارَكَ الَّذِي إِن شَاءَ جَعَلَ لَكَ خَيْرًا مِّن ذَٰلِكَ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَيَجْعَل لَّكَ قُصُورًاTabāraka Al-Laḏī 'In šā'a Ja`ala Laka ḫayrāan Min ḏālika Jannātin Tajrī Min Taḥtihā Al-'Anhāru Wa Yaj`al Laka QuṣūrāanUca, əbədi və bərəkətlidir O (Allah) ki, əgər istəsə, sənə ondan (xəzinə və bağdan) daha yaxşısını – (ağaclarının) altından çaylar axan bağlar verər və sənin üçün saraylar yaradar. (Lakin bu kimi şeylər peyğəmbərliyə dəlalət edən işlər deyil.) -
25:11
بَلْ كَذَّبُوا بِالسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِالسَّاعَةِ سَعِيرًاBal Kaddabū Bis-Sā`ati Wa 'A`tadnā Liman Kaddaba Bis-Sā`ati Sa`īrāan(Peyğəmbərin yemək yeməsinə və gəzməsinə görə peyğəmbərliyin inkar edilməsi bəhanədir.) Əksinə, (əslində) onlar Qiyaməti yalan hesab etdilər (və cəza günü olmayanda təbii ki, peyğəmbərlik və din də puç və əbəs bir iş olacaqdır). Biz Qiyaməti yalan sayan kəs üçün yandıran bir od hazırlamışıq. -
25:12
إِذَا رَأَتْهُم مِّن مَّكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظًا وَزَفِيرًا'Iḏā Ra'athum Min Makānin Ba`īdin Sami`ū Lahā Taġayyuẓāan Wa Zafīrāan(Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər. -
25:13
وَإِذَا أُلْقُوا مِنْهَا مَكَانًا ضَيِّقًا مُّقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُورًاWa 'Iḏā 'Ulqū Minhā Makānāan ḍayyiqāan Muqarranīna Da`aw Hunālika ṯubūrāanƏl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar. -
25:14
لَّا تَدْعُوا الْيَوْمَ ثُبُورًا وَاحِدًا وَادْعُوا ثُبُورًا كَثِيرًاLā Tad`ū Al-Yawma ṯubūrāan Wāḥidāan Wa Ad`ū ṯubūrāan Kaṯīrāan(Onlara deyilər:) Bu gün ah-vay və ölüm fəryadını bir dəfə ucaltmayın, ah-vay və ölüm fəryadını çox (dəfələrlə) ucaldın. (Çünki etiqad və əməldə olan hər bir günah üçün əzab, hər bir əzab üçün isə ah-vay və ölüm fəryadı vardır.) -
25:15
قُلْ أَذَٰلِكَ خَيْرٌ أَمْ جَنَّةُ الْخُلْدِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۚ كَانَتْ لَهُمْ جَزَاءً وَمَصِيرًاQul 'Aḏalika ḫayrun 'Am Jannatu Al-ḫuldi Allatī Wu`ida Al-Muttaqūna Kānat Lahum Jazā'an Wa MaṣīrāanDe: «O yaxşıdır, yoxsa təqvalılara (Allahın əzəli elmi və Lövhi-Məhfuzda) mükafat və qayıdış yeri olaraq vəd edilmiş əbədi Cənnət?!» -
25:16
لَّهُمْ فِيهَا مَا يَشَاءُونَ خَالِدِينَ ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًا مَّسْئُولًاLahum Fīhā Mā Yašā'ūna ḫālidīna Kāna `Alá Rabbika Wa`dāan Mas'ūlāanOnlar üçün orada əbədi qalacaqları halda (Cənnət nemətlərindən) istədikləri şey vardır. Bu iş, sənin Rəbbinin öhdəsində olan (və möminlər tərəfindən həm dil, həm də əməl ilə) istənilmiş bir vəddir. -
25:17
وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ فَيَقُولُ أَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِي هَـٰؤُلَاءِ أَمْ هُمْ ضَلُّوا السَّبِيلَWa Yawma Yaḥšuruhum Wa Mā Ya`budūna Min Dūni Al-Lahi Fayaqūlu 'A'antum 'Aḍlaltum `Ibādī Hā'uulā' 'Am Hum ḍallū As-SabīlaVə (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və mələkləri) bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?» -
25:18
قَالُوا سُبْحَانَكَ مَا كَانَ يَنبَغِي لَنَا أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَاءَ وَلَـٰكِن مَّتَّعْتَهُمْ وَآبَاءَهُمْ حَتَّىٰ نَسُوا الذِّكْرَ وَكَانُوا قَوْمًا بُورًاQālū Subḥānaka Mā Kāna Yanbaġī Lanā 'An Nattaḫiḏa Min Dūnika Min 'Awliyā'a Wa Lakin Matta`tahum Wa 'Ābā'ahum ḥattá Nasū Aḏ-ḏikra Wa Kānū Qawmāan BūrāanOnlar deyəcəklər: «Paksan Sən (ey Allah)! Bizə Səndən qeyrisini dost götürmək yaraşmazdı (və buna haqqımız da yox idi). Lakin Sən onları və atalarını (dünya nemətlərindən) bəhrələndirdin, nəhayət Səni (və Sənin peyğəmbərlər vasitəsi ilə göndərdiyin ayələrini) unutdular və məhv olmuş bir dəstə oldular». -
25:19
فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا ۚ وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًاFaqad Kaddabūkum Bimā Taqūlūna Famā Tastaṭī`ūna ṣarfāan Wa Lā Naṣrāan Wa Man Yaẓlim Minkum Nuḏiqhu `Aḏābāan Kabīrāan(İbadət edənlərə deyilər:) Həqiqətən, (məbudlarınız) sizin dediklərinizi təkzib etdilər. Buna görə də nə əzabı (özünüzdən) dəf etmək, nə də (özünüzə) bir kömək etmək qüdrətiniz var. Biz sizdən (bu dünyada) zülm edənə, (axirətdə) böyük bir əzab daddırarıq. -
25:20
وَمَا أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًاWa Mā 'Arsalnā Qablaka Mina Al-Mursalīna 'Illā 'Innahum Laya'kulūna Aṭ-ṭa`āma Wa Yamšūna Fī Al-'Aswāqi Wa Ja`alnā Ba`ḍakum Liba`ḍin Fitnatan 'Ataṣbirūna Wa Kāna Rabbuka BaṣīrāanBizim səndən əvvəl göndərdiyimiz peyğəmbərlər istisnasız olaraq yemək yeyir və bazarlarda gəzirdilər. Biz sizin bir qisminizi digəriniz üçün (peyğəmbər və ümmət, ağıllı və nadan, varlı və yoxsul təbəqələrini) sınaq vasitəsi etmişik, ki, (görək öz vəzifələrinizi yerinə yetirməkdə) səbr edəcəksinizmi? Sənin Rəbbin (hamının halını) həmişə görəndir.
Bağışlayan və mehriban Allahın adı ilə.
Имам Казым, да будет мир с ним, сказал: «Не прекращай читать суру „Табарака“ (другое название суры „Аль-Фуркан“) — ведь если человек будет читать её каждую ночь, Господь никогда не подвергнет его наказанию в Судный день, не потребует от него расплаты и поместит его в возвышенной части рая» (Аль-Хувайзи, «Нур ас-сакалейн», т. 4, с. 2).