-
Meisam Vahid Tammar
-
24:1
سُورَةٌ أَنزَلْنَاهَا وَفَرَضْنَاهَا وَأَنزَلْنَا فِيهَا آيَاتٍ بَيِّنَاتٍ لَّعَلَّكُمْ تَذَكَّرُونَSūratun 'Anzalnāhā Wa Faraḍnāhā Wa 'Anzalnā Fīhā 'Āyātin Bayyinātin La`allakum Taḏakkarūna(Bu,) Bizim bəlkə ibrət götürəsiniz deyə nazil etdiyimiz, (məzmununa əməl etməyi) vacib buyurduğumuz və içində (tovhid və dini maarif barəsində) aydın ayə və dəlillər nazil etdiyimiz bir surədir. -
24:2
الزَّانِيَةُ وَالزَّانِي فَاجْلِدُوا كُلَّ وَاحِدٍ مِّنْهُمَا مِائَةَ جَلْدَةٍ ۖ وَلَا تَأْخُذْكُم بِهِمَا رَأْفَةٌ فِي دِينِ اللَّهِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَائِفَةٌ مِّنَ الْمُؤْمِنِينَAz-Zāniyatu Wa Az-Zānī Fājlidū Kulla Wāḥidin Minhumā Miā'ata Jaldatin Wa Lā Ta'ḫuḏkum Bihimā Ra'fatun Fī Dīni Al-Lahi 'In Kuntum Tu'uminūna Bil-Lahi Wa Al-Yawmi Al-'Āḫiri Wa Līašhad `Aḏābahumā ṭā'ifatun Mina Al-Mu'uminīna(Ey müsəlmanların adil hakimləri,) zina etmiş qadınla zina etmiş kişinin hər birinə yüz şallaq vurun. (Əlbəttə, bu o şəraitdədir ki, onun həyat yoldaşı olmasın, onlar bir-birləri ilə məhrəm olmasınlar və zina icbari zina və yaxud kafirin müsəlman qadınla zinası qismindən olmasın.) Əgər Allaha və axirət gününə imanınız varsa, məbada Allahın dinində (onun icrasında) o ikisinə (zinakarlara) qarşı mərhəmət və ürəyiyumşaqlığa düçar olasınız! Və gərək o ikisinin əzabına möminlərdən bir dəstəsi şahid olsun. -
24:3
الزَّانِي لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَالزَّانِيَةُ لَا يَنكِحُهَا إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ ۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى الْمُؤْمِنِينَAz-Zānī Lā Yankiḥu 'Illā Zāniyatan 'Aw Mušrikatan Wa Az-Zāniyatu Lā Yankiḥuhā 'Illā Zānin 'Aw Mušrikun Wa ḥurrima ḏālika `Alá Al-Mu'uminīnaZinakar kişi (təbii ki,) zinakar və ya müşrik qadından başqası ilə evlənməz (və o, əsla iffətli qadının arxasınca getməz) və zinakar qadını (təbii ki,) zinakar və ya müşrik kişidən başqası almaz. Bu (cür ailə qurmaq iffətlərinə görə) möminlərə qadağan edilmişdir. -
24:4
وَالَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ ثُمَّ لَمْ يَأْتُوا بِأَرْبَعَةِ شُهَدَاءَ فَاجْلِدُوهُمْ ثَمَانِينَ جَلْدَةً وَلَا تَقْبَلُوا لَهُمْ شَهَادَةً أَبَدًا ۚ وَأُولَـٰئِكَ هُمُ الْفَاسِقُونَWa Al-Laḏīna Yarmūna Al-Muḥṣanāti ṯumma Lam Ya'tū Bi'arba`ati šuhadā'a Fājlidūhum ṯamānīna Jaldatan Wa Lā Taqbalū Lahum šahādatan 'Abadāan Wa 'Ūlā'ika Humu Al-FāsiqūnaVə (ey müsəlmanların işlərinin başçıları,) iffətli qadınlara zina isnad verib sonra (öz iddialarının isbatı üçün) dörd kişi şahid gətirməyən kəslərə səksən şallaq vurun və daha heç vaxt onların şahidliklərini qəbul etməyin. Onlar həqiqətən, fasiqdirlər. -
24:5
إِلَّا الَّذِينَ تَابُوا مِن بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ'Illā Al-Laḏīna Tābū Min Ba`di ḏālika Wa 'Aṣlaḥū Fa'inna Al-Laha ġafūrun RaḥīmunOndan (vurduqları töhmətdən) sonra (batinlərində) tövbə edən və (töhmətə görə verilən ilahi cəza müqabilində təslim olmaqla və ya töhmət vurduğu şəxsi razı salmaqla özünü) düzəldən kəslər istisnadırlar. Şübhəsiz, Allah bağışlayan və mehribandır. -
24:6
وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ وَلَمْ يَكُن لَّهُمْ شُهَدَاءُ إِلَّا أَنفُسُهُمْ فَشَهَادَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَادَاتٍ بِاللَّهِ ۙ إِنَّهُ لَمِنَ الصَّادِقِينَWa Al-Laḏīna Yarmūna 'Azwājahum Wa Lam Yakun Lahum šuhadā'u 'Illā 'Anfusuhum Fašahādatu 'Aḥadihim 'Arba`u šahādātin Bil-Lahi 'Innahu Lamina Aṣ-ṣādiqīnaÖz arvadlarına zina isnad verib özlərindən başqa bir şahidləri olmayan kişilərin birinin (dörd şahid gətirmədiyi üçün, töhmət vuran şəxslərə təyin edilmiş cəza növünü onun boynundan götürən) şahidliyi özünün doğruçulardan olması barəsində Allaha dörd dəfə (and içərək) şahidlik etməsidir. (O, dörd dəfə belə deməlidir: «Allahı dediklərimdə doğruçu olduğuma şahid gətirirəm».) -
24:7
وَالْخَامِسَةُ أَنَّ لَعْنَتَ اللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ الْكَاذِبِينَWa Al-ḫāmisatu 'Anna La`nata Al-Lahi `Alayhi 'In Kāna Mina Al-KāḏibīnaBeşinci şəhadət(də belə deməlidir): Əgər yalançılardan olsa Allah ona lənət etsin! (Bu şəhadətdən sonra kişi üçün şahidsiz irəli sürdüyü ittihama görə şəriətdə nəzərdə tutulmuş cəza hökmü götürülür və qadın məhkum olunur.) -
24:8
وَيَدْرَأُ عَنْهَا الْعَذَابَ أَن تَشْهَدَ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ ۙ إِنَّهُ لَمِنَ الْكَاذِبِينَWa Yadra'u `Anhā Al-`Aḏāba 'An Tašhada 'Arba`a šahādātin Bil-Lahi 'Innahu Lamina Al-Kāḏibīnaİttiham edilən qadından (da) əzabı (şəriətdə təyin edilmiş cəzanı) «o kişi (ona zina nisbət verməkdə) həqiqətən, yalançılardandır» – deyə dörd dəfə Allaha şəhadət verməsi götürür. -
24:9
وَالْخَامِسَةَ أَنَّ غَضَبَ اللَّهِ عَلَيْهَا إِن كَانَ مِنَ الصَّادِقِينَWa Al-ḫāmisata 'Anna ġaḍaba Al-Lahi `Alayhā 'In Kāna Mina Aṣ-ṣādiqīnaBeşinci şəhadət(də isə) «əgər o kişi doğruçulardandırsa Allah ona (mənə) qəzəb eləsin!» deməlidir. -
24:10
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ تَوَّابٌ حَكِيمٌWa Lawlā Faḍlu Al-Lahi `Alaykum Wa Raḥmatuhu Wa 'Anna Al-Laha Tawwābun ḥakīmunƏgər Allahın sizə lütf və mərhəməti olmasaydı və Allah tövbə qəbul edən və hikmət sahibi olmasaydı (çoxdan günahlarınızın ağır cəzasına düçar olardınız). -
24:11
إِنَّ الَّذِينَ جَاءُوا بِالْإِفْكِ عُصْبَةٌ مِّنكُمْ ۚ لَا تَحْسَبُوهُ شَرًّا لَّكُم ۖ بَلْ هُوَ خَيْرٌ لَّكُمْ ۚ لِكُلِّ امْرِئٍ مِّنْهُم مَّا اكْتَسَبَ مِنَ الْإِثْمِ ۚ وَالَّذِي تَوَلَّىٰ كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظِيمٌ'Inna Al-Laḏīna Jā'ū Bil-'Ifki `Uṣbatun Minkum Lā Taḥsabūhu šarrāan Lakum Bal Huwa ḫayrun Lakum Likulli Amri'in Minhum Mā Aktasaba Mina Al-'Iṯmi Wa Al-Laḏī Tawallá Kibrahu Minhum Lahu `Aḏābun `AẓīmunŞübhəsiz, o böyük böhtanı (Peyğəmbərin (s) zövcələrindən birinə pis iş isnad vermək böhtanını araya) gətirənlər siz(in özünüz)dən olan mütəşəkkil və yekdil bir dəstədirlər. Onu öz ziyanınıza saymayın, əksinə, o sizin xeyirinizədir. (Çünki o, pakların bəraət qazanmalarına və yalançı və münfiqlərin rüsvay olmalarına səbəb olur.) Onların hər biri üçün qazandığı günahın cəzası vardır. Onlardan bu böhtanın əsas hissəsini öhdəsinə götürən (onu yaymaqla daha çox məşğul olan və daha çox etiraz edən) kəs üçün isə böyük bir əzab vardır. -
24:12
لَّوْلَا إِذْ سَمِعْتُمُوهُ ظَنَّ الْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بِأَنفُسِهِمْ خَيْرًا وَقَالُوا هَـٰذَا إِفْكٌ مُّبِينٌLawlā 'Iḏ Sami`tumūhu ẓanna Al-Mu'uminūna Wa Al-Mu'uminātu Bi'anfusihim ḫayrāan Wa Qālū Hāḏā 'Ifkun MubīnunNə üçün onu eşidəndə (sizdən olan) mömin kişi və qadınlar bir-birləri barəsində yaxşı gümanda olmadılar və «bu aşkar bir böhtandır» demədilər?! -
24:13
لَّوْلَا جَاءُوا عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَاءَ ۚ فَإِذْ لَمْ يَأْتُوا بِالشُّهَدَاءِ فَأُولَـٰئِكَ عِندَ اللَّهِ هُمُ الْكَاذِبُونَLawlā Jā'ū `Alayhi Bi'arba`ati šuhadā'a Fa'iḏ Lam Ya'tū Biš-šuhadā'i Fa'ūlā'ika `Inda Al-Lahi Humu Al-KāḏibūnaNə üçün ona (həmin ittihama) dörd kişi şahid gətirmədilər?! Şahidləri gətirmədikləri üçün Allahın yanında onlar özləri yalançıdırlar. (Çünki şahid olmayan təqdirdə hətta insanın özü bilsə belə zina isnad vermək şəriət və axirət cəzası baxımından yalan hökmündədir.) -
24:14
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ لَمَسَّكُمْ فِي مَا أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌWa Lawlā Faḍlu Al-Lahi `Alaykum Wa Raḥmatuhu Fī Ad-Dunyā Wa Al-'Āḫirati Lamassakum Fī Mā 'Afaḍtum Fīhi `Aḏābun `AẓīmunƏgər dünyada və axirətdə Allahın sizə lütf və mərhəməti olmasaydı girişdiyiniz işə görə sizə mütləq böyük bir əzab yetişərdi. -
24:15
إِذْ تَلَقَّوْنَهُ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُم مَّا لَيْسَ لَكُم بِهِ عِلْمٌ وَتَحْسَبُونَهُ هَيِّنًا وَهُوَ عِندَ اللَّهِ عَظِيمٌ'Iḏ Talaqqawnahu Bi'alsinatikum Wa Taqūlūna Bi'afwāhikum Mā Laysa Lakum Bihi `Ilmun Wa Taḥsabūnahu Hayyināan Wa Huwa `Inda Al-Lahi `AẓīmunO zaman onu (həmin böhtanı) bir-birinizin ağızından götürür, barəsində məlumatınız olmayan şeyi dilinizlə deyir və onu asan sanırdınız. Halbuki o, Allah yanında böyük (günah) idi. -
24:16
وَلَوْلَا إِذْ سَمِعْتُمُوهُ قُلْتُم مَّا يَكُونُ لَنَا أَن نَّتَكَلَّمَ بِهَـٰذَا سُبْحَانَكَ هَـٰذَا بُهْتَانٌ عَظِيمٌWa Lawlā 'Iḏ Sami`tumūhu Qultum Mā Yakūnu Lanā 'An Natakallama Bihaḏā Subḥānaka Hāḏā Buhtānun `AẓīmunNə üçün onu eşidən zaman «bunu (bu sözü) dilimizə gətirmək bizə yaraşmaz və caiz deyil; paksan Sən (ey Allah), bu, böyük bir böhtandır» demədiniz?! -
24:17
يَعِظُكُمُ اللَّهُ أَن تَعُودُوا لِمِثْلِهِ أَبَدًا إِن كُنتُم مُّؤْمِنِينَYa`iẓukumu Al-Lahu 'An Ta`ūdū Limiṯlihi 'Abadāan 'In Kuntum Mu'uminīnaAllah sizə nəsihət verir ki, əgər imanınız varsa (bir də) heç vaxt belə şey etməyəsiniz. -
24:18
وَيُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌWa Yubayyinu Al-Lahu Lakumu Al-'Āyāti Wa Allāhu `Alīmun ḥakīmunVə Allah sizə ayələri (hökmləri, əmr və qadağaları) bəyan edir. Allah bilən və hikmət sahibidir. -
24:19
إِنَّ الَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ'Inna Al-Laḏīna Yuḥibbūna 'An Tašī`a Al-Fāḥišatu Fī Al-Laḏīna 'Āmanū Lahum `Aḏābun 'Alīmun Fī Ad-Dunyā Wa Al-'Āḫirati Wa Allāhu Ya`lamu Wa 'Antum Lā Ta`lamūnaHəqiqətən, iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz. -
24:20
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ رَءُوفٌ رَّحِيمٌWa Lawlā Faḍlu Al-Lahi `Alaykum Wa Raḥmatuhu Wa 'Anna Al-Laha Ra'ūfun RaḥīmƏgər Allahın sizə lütf və mərhəməti olmasaydı və Allah şəfqətli və mehriban olmasaydı (bu günahın cəzası sizi haqlayardı).
Bağışlayan və mehriban Allahın adı ilə.
Имам Садык, да будет мир с ним, говорил: «Защищайте своё имущество и охраняйте свою целомудренность чтением суры „Ан-Нур“, а исполняя её установления, вы убережёте своих жён от грехопадения, ибо у всякого, кто ежедневно и еженощно читает эту суру Священного Корана, никто из членов семьи, пока он жив, не совершит ни одного непристойного поступка» (Аль-Хувайзи, «Нур ас-сакалейн», т. 3, с. 568).