-
Meisam Vahid Tammar
-
22:1
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌYā 'Ayyuhā An-Nāsu Attaqū Rabbakum 'Inna Zalzalata As-Sā`ati šay'un `AẓīmunEy insanlar, öz Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamətin (Surun birici dəfə çalınmasından qabaq baş verəcək) zəlzələsi çox böyük bir şeydir. -
22:2
يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَىٰ وَمَا هُم بِسُكَارَىٰ وَلَـٰكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌYawma Tarawnahā Taḏhalu Kullu Murḍi`atin `Ammā 'Arḍa`at Wa Taḍa`u Kullu ḏāti ḥamlin ḥamlahā Wa Tará An-Nāsa Sukārá Wa Mā Hum Bisukārá Wa Lakinna `Aḏāba Al-Lahi šadīdunOnu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir. -
22:3
وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَّرِيدٍWa Mina An-Nāsi Man Yujādilu Fī Al-Lahi Biġayri `Ilmin Wa Yattabi`u Kulla šayṭānin Marīdinİnsanlardan eləsi var ki, həmişə, heç bir biliyi olmadan Allah barəsində (mələklər Onun qızlarıdır, Quran keçmişlərin əfsanələridir, axirət yalan şeydir deyə) mübahisə edir və hər bir murdar və itaətsiz şeytana tabe olur. -
22:4
كُتِبَ عَلَيْهِ أَنَّهُ مَن تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ السَّعِيرِKutiba `Alayhi 'Annahu Man Tawallāhu Fa'annahu Yuḍilluhu Wa Yahdīhi 'Ilá `Aḏābi As-Sa`īri(Allahın əzəli elminə müvafiq olaraq Lövhi-Məhfuzda) onun (Şeytanın) barəsində (belə) yazılıb və qərara alınıb ki: «Kim onu (özünə) dost və başçı götürsə şübhəsiz, (Şeytan) onu (səadət yollarından) azdıracaq və şöləli odun əzabına doğru istiqamətləndirəcəkdir». -
22:5
يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاءُ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْئًا ۚ وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍYā 'Ayyuhā An-Nāsu 'In Kuntum Fī Raybin Mina Al-Ba`ṯi Fa'innā ḫalaqnākum Min Turābin ṯumma Min Nuṭfatin ṯumma Min `Alaqatin ṯumma Min Muḍġatin Muḫallaqatin Wa ġayri Muḫallaqatin Linubayyina Lakum Wa Nuqirru Fī Al-'Arḥāmi Mā Našā'u 'Ilá 'Ajalin Musammáan ṯumma Nuḫrijukum ṭiflāan ṯumma Litabluġū 'Ašuddakum Wa Minkum Man Yutawaffá Wa Minkum Man Yuraddu 'Ilá 'Arḏali Al-`Umuri Likaylā Ya`lama Min Ba`di `Ilmin šay'āan Wa Tará Al-'Arḍa Hāmidatan Fa'iḏā 'Anzalnā `Alayhā Al-Mā'a Ahtazzat Wa Rabat Wa 'Anbatat Min Kulli Zawjin BahījinEy insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin. Görmürsünüzmü ki,) Biz sizi (ulu baba və nənənizi möcüzəvi şəkildə birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə vasitə ilə, torpağın tərkibində olan maddələri cəzb edib bədənə ötürməklə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, sizə (bu tədrici yaradılışda qüdrət və hikmətimizin son həddini) aydınlaşdıraq. Biz (muzğədən) istədiyimizi (dölün kamilləşdiyi) müəyyən müddətədək uşaqlıqda saxlayırıq. Sonra sizi körpə olaraq (doğurub) çıxarırıq. (Daha) sonra cismi və ruhi kamala çatmağınız üçün (sizi qoruyuruq). Sizdən bəzisi (qocalmamış) vəfat edir və bəziniz ömürün ən aşağı mərhələsinə kimi aparılır ki, nəhayət o, (çoxlu) elmdən sonra heç nə bilməz. Və (qışda) yeri (torpağı) quru və ölmüş görürsən. Amma ona (yağış, qar və dolu şəklində) su göndərən kimi hərəkətə gəlir, qabarır və sevinc gətirən hər növ (bitki)dən bitirir. -
22:6
ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَىٰ وَأَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌḏālika Bi'anna Al-Laha Huwa Al-ḥaqqu Wa 'Annahu Yuḥyī Al-Mawtá Wa 'Annahu `Alá Kulli šay'in Qadīrun(İnsan və bitkilərin) bu (cür yaradılmaları) ona görədir ki, Allah haqdır, ölüləri dirildən Odur və O, hər şeyə qadirdir. -
22:7
وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ اللَّهَ يَبْعَثُ مَن فِي الْقُبُورِWa 'Anna As-Sā`ata 'Ātiyatun Lā Rayba Fīhā Wa 'Anna Al-Laha Yab`aṯu Man Fī Al-QubūriVə buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir. -
22:8
وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍWa Mina An-Nāsi Man Yujādilu Fī Al-Lahi Biġayri `Ilmin Wa Lā Hudáan Wa Lā Kitābin Munīrinİnsanlardan eləsi var ki, heç bir elmi dəlili (və əqli sübutu), heç bir hidayəti (və batini idrakı) və heç bir aydın səma kitabı olmadan həmişə Allah barəsində mübahisə edir. -
22:9
ثَانِيَ عِطْفِهِ لِيُضِلَّ عَن سَبِيلِ اللَّهِ ۖ لَهُ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَنُذِيقُهُ يَوْمَ الْقِيَامَةِ عَذَابَ الْحَرِيقِṯāniya `Iṭfihi Liyuḍilla `An Sabīli Al-Lahi Lahu Fī Ad-Dunyā ḫizyun Wa Nuḏīquhu Yawma Al-Qiyāmati `Aḏāba Al-ḥarīqi(Özü də bunu, başqalarını) Allah yolundan azdırmaq üçün (ilahi dəvətdən) təkəbbürlə üz döndərərək və ona arxa çevirərək (edir). Dünyada onun üçün (Məkkə müşrikləri kimi) xarlıq və rüsvayçılıq vardır və Qiyamət günü ona yandırıcı bir əzab daddıracağıq. -
22:10
ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِḏālika Bimā Qaddamat Yadāka Wa 'Anna Al-Laha Laysa Biẓallāmin Lil`abīdi(Cəhənnəmdə ona deyiləcək:) «Bu əzab sənin öz əllərinin qabağa göndərdiyi əməllərə görədir, (yoxsa ki,) Allah bəndələrinə əsla zülm edən deyildir (onları cəzalandırandır). -
22:11
وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَىٰ وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ۚ ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُWa Mina An-Nāsi Man Ya`budu Al-Laha `Alá ḥarfin Fa'in 'Aṣābahu ḫayrun Aṭma'anna Bihi Wa 'In 'Aṣābathu Fitnatun Anqalaba `Alá Wajhihi ḫasira Ad-Dunyā Wa Al-'Āḫirata ḏālika Huwa Al-ḫusrānu Al-Mubīnuİnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, can sağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar və axirətdə şirk və günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan! -
22:12
يَدْعُو مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنفَعُهُ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُYad`ū Min Dūni Al-Lahi Mā Lā Yaḍurruhu Wa Mā Lā Yanfa`uhu ḏālika Huwa Aḍ-ḍalālu Al-Ba`īduO, Allahın yerinə ona nə zərər vuran və nə də xeyir yetirən şeyi (bütləri) çağırır. Budur həmin uzun-uzadı azğınlıq! -
22:13
يَدْعُو لَمَن ضَرُّهُ أَقْرَبُ مِن نَّفْعِهِ ۚ لَبِئْسَ الْمَوْلَىٰ وَلَبِئْسَ الْعَشِيرُYad`ū Laman ḍarruhu 'Aqrabu Min Naf`ihi Labi'sa Al-Mawlá Wa Labi'sa Al-`AšīruO, ziyanı xeyirindən daha (çox və) yaxın olan kəsi çağırır (onun ziyanı şirkin nəticələri, xeyiri isə xülyadır). Necə də pis yardımçı və başçı, necə də pis yoldaş və həmdəmdir! -
22:14
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ'Inna Al-Laha Yudḫilu Al-Laḏīna 'Āmanū Wa `Amilū Aṣ-ṣāliḥāti Jannātin Tajrī Min Taḥtihā Al-'Anhāru 'Inna Al-Laha Yaf`alu Mā YurīduHəqiqətən, Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Əlbəttə, Allah qəti istədiyini yerinə yetirər. -
22:15
مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى السَّمَاءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُ مَا يَغِيظُMan Kāna Yaẓunnu 'An Lan Yanṣurahu Al-Lahu Fī Ad-Dunyā Wa Al-'Āḫirati Falyamdud Bisababin 'Ilá As-Samā'i ṯumma Liyaqṭa` Falyanẓur Hal Yuḏhibanna Kayduhu Mā Yaġīẓu(Məkkə müşriklərindən) kim Allahın ona (Muhəmmədə) dünya və axirətə əsla kömək etməyəcəyini güman edirdisə (amma indi Allahın ona yardım etməsini görürsə) [yaxud: kim özü barəsində Allahın dünya və axirətdə ona kömək etməyəcəyini güman etsə və haqqın mərhəmətinə naümid olsa] tavana bir kəndir uzatsın, sonra (özünü) boğazdan assın. O zaman baxsın ki, bu hiylə onun qəzəb və qeyzini aradan qaldırır? -
22:16
وَكَذَٰلِكَ أَنزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللَّهَ يَهْدِي مَن يُرِيدُWa Kaḏalika 'Anzalnāhu 'Āyātin Bayyinātin Wa 'Anna Al-Laha Yahdī Man YurīduBiz bu kitabı beləcə (bu ayələri nazil etdiyimiz kimi tovhid və dini təlimlərin) aydın dəlillər(i) olaraq nazil etdik və həqiqətən, Allah istədiyini doğru yola yönəldir. -
22:17
إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئِينَ وَالنَّصَارَىٰ وَالْمَجُوسَ وَالَّذِينَ أَشْرَكُوا إِنَّ اللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ'Inna Al-Laḏīna 'Āmanū Wa Al-Laḏīna Hādū Wa Aṣ-ṣābi'īna Wa An-Naṣārá Wa Al-Majūsa Wa Al-Laḏīna 'Ašrakū 'Inna Al-Laha Yafṣilu Baynahum Yawma Al-Qiyāmati 'Inna Al-Laha `Alá Kulli šay'in šahīdunŞübhəsiz, Allah Qiyamət günü (Muhəmmədə və onun kitabına) iman gətirənləri, yəhudiləri, sabiiləri, xaçpərəstləri, zərdüştiləri və müşrikləri (dinlərinin doğruluğu və ya səhvliyi və kimin mükafata, kimin cəzaya layiq olması baxımından) şübhəsiz, bir-birindən ayıracaqdır. Həqiqətən, Allah hər şeyə şahiddir. -
22:18
أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَسْجُدُ لَهُ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُومُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَكَثِيرٌ مِّنَ النَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ ۗ وَمَن يُهِنِ اللَّهُ فَمَا لَهُ مِن مُّكْرِمٍ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يَشَاءُ ۩'Alam Tará 'Anna Al-Laha Yasjudu Lahu Man Fī As-Samāwāti Wa Man Fī Al-'Arḍi Wa Aš-šamsu Wa Al-Qamaru Wa An-Nujūmu Wa Al-Jibālu Wa Aš-šajaru Wa Ad-Dawābbu Wa Kaṯīrun Mina An-Nāsi Wa Kaṯīrun ḥaqqa `Alayhi Al-`Aḏābu Wa Man Yuhini Al-Lahu Famā Lahu Min Mukrimin 'Inna Al-Laha Yaf`alu Mā Yašā'uMəgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən? (Bəli, Allah onları alçaldıb.) Allahın alçaltdığı kəsi əsla əziz tutan olmaz. Çünki Allah qəti istədiyini edir. -
22:19
۞ هَـٰذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ ۖ فَالَّذِينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِّن نَّارٍ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ الْحَمِيمُHaḏāni ḫaṣmāni Aḫtaṣamū Fī Rabbihim Fa-Al-Laḏīna Kafarū Quṭṭi`at Lahum ṯiyābun Min Nārin Yuṣabbu Min Fawqi Ru'ūsihimu Al-ḥamīmuBu ikisi (mömin və kafir dəstələri) öz Rəbbləri barəsində (Allahın varlığı, təkliyi, rübubiyyət və übudiyyəti barəsində) çəkişən düşmənlərdir. Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir. -
22:20
يُصْهَرُ بِهِ مَا فِي بُطُونِهِمْ وَالْجُلُودُYuṣharu Bihi Mā Fī Buṭūnihim Wa Al-JulūduOnunla da (həmin su ilə) qarınlarında olanlar və dəriləri əriyəcəkdir.
Bağışlayan və mehriban Allahın adı ilə.
Пророк Мухаммад, да благословит Аллах его и его род, сказал: «Всякого, кто читает суру „Аль-Хадж“, Аллах вознаградит так же, как тех, кто уже совершил большой и малый хадж, и тех, кто совершит их в будущем» (Ат-Табарси, «Маджма аль-байан»).
Имам Садык, да будет мир с ним, сказал: «Всякий, кто произносит эту суру каждые три дня, не позднее чем через год будет удостоен чести отправиться к Священной мечети» (Аль-Кашани, «Ас-Сафи»).