-
Meisam Vahid Tammar
-
21:1
اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُّعْرِضُونَAqtaraba Lilnnāsi ḥisābuhum Wa Hum Fī ġaflatin Mu`riḍūnaİnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, və yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər və üz döndərirlər. -
21:2
مَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَMā Ya'tīhim Min ḏikrin Min Rabbihim Muḥdaṯin 'Illā Astama`ūhu Wa Hum Yal`abūnaRəbblərindən onlara nə yeni öyüd-nəsihət (vəhy, Quran və möcüzə) gəlirsə ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar (lakin ciddi qəbul etmirlər). -
21:3
لَاهِيَةً قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا النَّجْوَى الَّذِينَ ظَلَمُوا هَلْ هَـٰذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ ۖ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَLāhiyatan Qulūbuhum Wa 'Asarrū An-Najwá Al-Laḏīna ẓalamū Hal Hāḏā 'Illā Bašarun Miṯlukum 'Afata'tūna As-Siḥra Wa 'Antum Tubṣirūna(Vəhy və Qurana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimin bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər). -
21:4
قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالْأَرْضِ ۖ وَهُوَ السَّمِيعُ الْعَلِيمُQāla Rabbī Ya`lamu Al-Qawla Fī As-Samā'i Wa Al-'Arḍi Wa Huwa As-Samī`u Al-`Alīmu(Peyğəmbər) dedi: «(Əbəs yerə pıçıltı ilə danışmayın, çünki) mənim Rəbbim göydə və yerdə olan hər bir danışığı bilir və O, (hər şeyi) eşidən və biləndir». -
21:5
بَلْ قَالُوا أَضْغَاثُ أَحْلَامٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الْأَوَّلُونَBal Qālū 'Aḍġāṯu 'Aḥlāmin Bal Aftarāhu Bal Huwa šā`irun Falya'tinā Bi'āyatin Kamā 'Ursila Al-'AwwalūnaHətta dedilər: «(Sehr deyil, Muhəmmədin özünün və ya başqalarının gördüyü) bir ovuc qarmaqarışıq yuxulardır. Xeyr, özünün uydurduğu yalanlardır. Xeyr, o şairdir (bu kitab da onun şerləridir). Buna görə də, (əgər doğru deyirsə) gərək əvvəlkilər (Salehin dəvəsi, Musanın əsası, İsanın süfrəsi kimi möcüzələrlə) göndərildikləri kimi (o da bizə bir) möcüzə gətirsin». -
21:6
مَا آمَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا ۖ أَفَهُمْ يُؤْمِنُونَMā 'Āmanat Qablahum Min Qaryatin 'Ahlaknāhā 'Afahum Yu'uminūnaOnlardan qabaq da Bizim həlak etdiyimiz toplumların heç biri iman gətirmədi. Bunlar iman gətirəcəklər?! -
21:7
وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُّوحِي إِلَيْهِمْ ۖ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَWa Mā 'Arsalnā Qablaka 'Illā Rijālāan Nūḥī 'Ilayhim Fās'alū 'Ahla Aḏ-ḏikri 'In Kuntum Lā Ta`lamūnaBiz səndən öncə də (insanlara peyğəmbər və ilahi elçi olaraq mələkləri, qadınları və cinləri deyil) yalnız vəhy etdiyimiz kişiləri göndərmişik. Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun. -
21:8
وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَWa Mā Ja`alnāhum Jasadāan Lā Ya'kulūna Aṭ-ṭa`āma Wa Mā Kānū ḫālidīnaBiz həmin peyğəmbərləri yemək yeməyən (həzm orqanı olmayan) bədənlər yaratmadıq və onlar əbədi də olmayıblar (ki ölməsinlər). -
21:9
ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنجَيْنَاهُمْ وَمَن نَّشَاءُ وَأَهْلَكْنَا الْمُسْرِفِينَṯumma ṣadaqnāhumu Al-Wa`da Fa'anjaynāhum Wa Man Našā'u Wa 'Ahlaknā Al-MusrifīnaSonra onlara verdiyimiz vədi (dinin möhkəmləndirilməsi və düşmənlərin məhv edilməsi vədini) həyata keçirdik. Beləliklə onlara və istədiyimiz şəxslərə nicat verdik və (Allahın təyin etdiyi) həddi aşanları məhv etdik. -
21:10
لَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَLaqad 'Anzalnā 'Ilaykum Kitābāan Fīhi ḏikrukum 'Afalā Ta`qilūnaHəqiqətən, Biz sizə (və tarix boyu olacaq bütün gələcək insanlara) içində sizin üçün (dinin hökmlərini, əxlaqi dəyərləri və müxtəlif bilikləri) xatırladan bir kitab nazil etdik, heç düşünmürsünüz?! -
21:11
وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَWa Kam Qaṣamnā Min Qaryatin Kānat ẓālimatan Wa 'Anša'nā Ba`dahā Qawmāan 'ĀḫarīnaBiz (şirk, küfr və günahlarda həddi aşmış) neçə-neçə zalım insan cəmiyyətlərini sarsıdıb məhv etdik və onlardan sonra başqa qövmlər yaratdıq. -
21:12
فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُم مِّنْهَا يَرْكُضُونَFalammā 'Aḥassū Ba'sanā 'Iḏā Hum Minhā YarkuḍūnaBeləliklə, Bizim əzabımızı hiss edən kimi dərhal tez ondan qaçırdılar. -
21:13
لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَىٰ مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَLā Tarkuḍū Wa Arji`ū 'Ilá Mā 'Utriftum Fīhi Wa Masākinikum La`allakum Tus'alūna(Onlara zahirdə istehza ilə və ya batini dillə deyilirdi:) Qaçmayın və içində olduğunuz naz-nemətə və məskənlərinizə tərəf qayıdın, bəlkə sorğu-sual edildiniz (yoxsullar sizdən mal istəsinlər və siz verməyəsiniz, nökər və xadimlər sizdən haqlarını istəsinlər, siz də öz kibr və məğrurluğunuzu davam etdirəsiniz). -
21:14
قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَQālū Yā Waylanā 'Innā Kunnā ẓālimīnaDedilər: «Vay olsun bizə! Doğrudan da biz zalım olmuşuq». -
21:15
فَمَا زَالَت تِّلْكَ دَعْوَاهُمْ حَتَّىٰ جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَFamā Zālat Tilka Da`wāhum ḥattá Ja`alnāhum ḥaṣīdāan ḫāmidīnaBeləliklə, onları (ot kimi) biçib (ölülər kimi) sakit edənə qədər o (ah-vayları) dillərində idi. -
21:16
وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَWa Mā ḫalaqnā As-Samā'a Wa Al-'Arḍa Wa Mā Baynahumā Lā`ibīnaBiz göyü və yeri və onların arasında olanları oyun və əyləncə üçün yaratmamışıq. -
21:17
لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَLaw 'Aradnā 'An Nattaḫiḏa Lahwan Lāttaḫaḏnāhu Min Ladunnā 'In Kunnā Fā`ilīnaƏgər Biz bir əyləncə (düzəltmək və ya arvad-uşaq) götürmək istəsəydik, (qeyri-mümkün olsa da fərz edək) əgər (bu işi) edən olsaydıq, şübhəsiz, onu Öz zatımızdan (və Öz vücudumuza uyğun gələn bir şeydən) götürərdik. -
21:18
بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ ۚ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَBal Naqḏifu Bil-ḥaqqi `Alá Al-Bāṭili Fayadmaġuhu Fa'iḏā Huwa Zāhiqun Wa Lakumu Al-Waylu Mimmā TaṣifūnaƏksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyininə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Quran ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tovhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə! -
21:19
وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَنْ عِندَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَWa Lahu Man Fī As-Samāwāti Wa Al-'Arḍi Wa Man `Indahu Lā Yastakbirūna `An `Ibādatihi Wa Lā YastaḥsirūnaGöylərdə və yerdə olan hər bir şey və hər bir kəs Ona məxsusdur (çünki yaratmaq, idarə etmək və yox etmək – bunların hamısı – Onun ixtiyarındadır). Onun yanında olanlar (mələklərdən, həmçinin insan və cinlərin əməlisalehlərindən Onun dərgahına yaxın olanlar) Ona ibadət etməkdən heç vaxt boyun qaçırmazlar və heç vaxt yorulmaz, zəif düşməzlər. -
21:20
يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَYusabbiḥūna Al-Layla Wa An-Nahāra Lā YafturūnaOnlar gecə-gündüz (Allahı) pak sifətlərlə mədh edər və heç vaxt süst olmazlar.
Bağışlayan və mehriban Allahın adı ilə.
Пророк Мухаммад, да благословит Аллах его и его род, сказал: «Расплата того, кто читает суру „Аль-Анбийа“, будет лёгкой (т. е. в Судный день Аллах не будет судить его строго), а все пророки, да будет мир с ними всеми, чьё имя упомянуто в данной суре, будут приветствовать его и обменяются с ним рукопожатием» (Аль-Хувайзи, «Нур ас-сакалейн»).