5-ci ayə 7-dən
Dinləmək
Əsli
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
Transliterasiya
'‍‍Ī‍‍y‍‍ā‍‍ka Na`budu Wa '‍‍Ī‍‍y‍‍ā‍‍ka Nasta`‍‍ī‍‍n‍‍u
Mirzə Əli Meşkini
(Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
Əltafur-Rəhman

Allaha ibadət və onun növləri

Bu mübarək ayədə «nə`budu (ibadət edirik)» kəlməsinin məfulu (yəni «kə» (sənə) bitişən əvəzliyi) feil və faildən (yəni «nə`budu» kəlməsindən) əvvələ keçib. Halbuki, ərəb qrammatikasına əsasən, cümlədə birinci feil, ikinci fail, sonda isə məful işlənməlidir. Məsələn, «nə`budukə (ibadət edirik Sənə)» cümləsində «nə`budu» feil və fail, sonda gələn «kə» hərfi isə məfuldur. Bu cümlədə feil, fail və məful hər biri öz yerində işlənmişdir və onun mənası «biz Sənə ibadət edirik» deməkdir. Lakin məfulu («kə» zəmirini) feil və faildən («nəbudu» kəlməsindən) əvvələ gətirərək «iyyakə nə`budu» desək, onun mənası dəyişərək belə olar: «Biz yalnız Sənə ibadət edirik!»

Bu cümləni belə deməyimiz ibadət etməyi yalnız Allaha həsr etməyimiz mənasını daşıyır.

Qeyd etməliyəm ki, «iyyakə nəstəin» cümləsi də həmin qrammatik xüsusiyyətə malik olub «yalnız Səndən kömək istəyirik» mənasını daşıyır. Burada da bu cümlənin mənası kömək istəməyi yalnız Allaha həsr etməkdir.

Bunu da deməliyəm ki, ibadət etməyi aləmlərin rəbbi olan Allaha həsr etməyimiz ona görədir ki, hər şeyi yaradan Odur. İbadət qul olmaq deməkdir. Bir kimsəyə qul olmaq isə ona mal və mülk olmaq mənasına gəlir. Əgər bu mənaya diqqət etsək, görərik ki, aləmdə mövcud olan bütün məxluqat Allahın quludur (malı-mülküdür). Belə olduğu təqdirdə, Allahdan başqa heç bir malik, sahib, xaliq və rəbb yoxdur. Elə buna görə də, ibadət etməyə layiq olan yalnız Allahdır. Çünki Ondan başqa təsəvvür edilən hər bir kəs Allahın qulu və mülküdür.

Allaha ibadət edənlər üç qismə bölünür:

  1. İbadət edənlərin bir qismi savab qazanaraq cənnət arzusunda olanlardır. Onlar tacirlər kimi əcr və savabı çox olan əməli axtarıb onu yerinə yetirməyə çalışırlar. Bu qism ibadət bəyənilən bir ibadət deyil. Çünki bu ibadətdə hədəf Allah deyil, savab qazanaraq cənnətə çatmaqdır.
  2. İkinci qism cəhənnəm əzabından qorxaraq ondan amanda qalmaq istəyənlərdir.
  3. Üçüncü qism isə cənnət arzusunda olduğu, yaxud cəhənnəmdən qorxduğu üçün deyil, ibadətə yalnız Allahı layiq bildikləri üçün ibadət edənlərdir.
Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi