4-ci ayə 7-dən
Dinləmək
Əsli
مَالِكِ يَوْمِ الدِّينِ
Transliterasiya
Māliki Yawmi A‍‍d-D‍‍ī‍‍n‍‍i
Mirzə Əli Meşkini
Cəza gününün sahib və hökmdarına.
Əltafur-Rəhman

«Malik, məlik və din» sözləri

Qeyd etməliyəm ki, «Fatihə» surəsinin «əl-hamdu lilləhi Rabbil-aləmin» ayəsindən sonra «ər-Rahmanir-Rahim» ayəsinə toxunmadan birbaşa «Məliki yaumid-din» cümləsinə keçməyimizin səbəbi, bu surənin ilk ayəsi olan «bismilləhir-rahmənir-rahim»-in təfsirində «ər-Rahmənir-Rahim» kəlməsi haqqında geniş şəkildə məlumat verməyimizdir. Bu haqda «bismillahir-rəhmanir-rəhim» ayəsinin təfsirinə (səh. 42) müraciət edə bilərsiniz!

«Malik» kəlməsinin mənasını camaatımızın çoxu bilir. Yəni bir mülkün sahibi, maliki; mülkün hüququ və ixtiyarı əlində olan kəs.

Qurani-Kərimin bəzi ayələrinə və bəzi hədislərə istinad edilərək bu ayə həm «maliki yaumid-din», həm də «məliki yaumid-din» şəklində oxunmuşdur. «Məlik» kəlməsi cəmiyyətin şahı — insanların hüquqlarını qoruyan şəxs mənasında, həmçinin onların haqqını zay edən şəxslərin qarşısını alan kəs mənasında işlənir.

Baxmayaraq ki, qeyd etdiyimiz mənaların hər ikisi Mütəal Allahda mövcuddur (çünki, O, həm bütün şəxslərin və əşyaların, həm də fərdi və ictimai hüquqların malikidir), «malik» kəlməsinin mənası aləmləri yaradan Rəbbimiz barəsində daha münasibdir. Bir evin və ya torpağın malikinin öz mülkünə olan ixtiyarı o əsrdə yaşayan şahın həmin mülkə olan ixtiyarından artıqdır. Belə ki, əgər şah ədalətli olsa, həmin mülkün malikindən icazə almayana qədər ora daxil olmaz. Çünki «məlik» (yəni şah) həmin ərazinin yalnız şahıdır, maliki deyil. Elə buna əsasən, həmin ayənin «Məliki yaumid-din» qiraəti «Məliki yaumid-din» qiraətindən daha üstün və məşhurdur. Məşhur qarilər (Quranı gözəl avazla oxuyanlar), həmçinin müctəhidlər və böyük alimlər namaz qıldıqda, yaxud Quran oxuduqda bu ayəni «məliki yaumid-din» deyil, «maliki yaumid-din» deyə oxuyublar.

Bu ayədə işlənən «din» kəlməsinə gəlincə, o, insanların yaxşılarına mükafat, pis olanlarına isə cəza verilməsi deməkdir. Amma «yaum» kəlməsinin Quranın bəzi ayələrində gecənin əksi olan gündüz mənasında işlənməsinə baxmayaraq, bu ayədə gündüz mənasını deyil, vaxt, zaman mənasını daşıyır.

Elə buna əsasən, «Məliki yaumid-din» ayəsinin mənası insanların əməli-saleh olanlarına mükafat, günahkarlarına isə cəza verilən vaxtın (yəni qiyamət gününün, insanların qəbrlərdən duracaqları vaxtın) sahibi deməkdir.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi