-
Meisam Vahid Tammar
-
19:1
كهيعصKāf-Hā-Yā-`Ayn-ṣādKaf Ha Ya Ayn Sad. (Mən kifayət edən, hidayət edən, ixtiyar sahibi, alim və vədi doğru olanam. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında rəmzlərdir. Bu kitab həmin həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.) -
19:2
ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّاḏikru Raḥmati Rabbika `Abdahu Zakarīyā(Bu surə) Sənin Rəbbinin bəndəsi Zəkəriyyaya (olan) mərhəmətinin xatırlanmasıdır. -
19:3
إِذْ نَادَىٰ رَبَّهُ نِدَاءً خَفِيًّا'Iḏ Nādá Rabbahu Nidā'an ḫafīyāanO, gizli səslə Öz Rəbbini səsləyən zaman. -
19:4
قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُن بِدُعَائِكَ رَبِّ شَقِيًّاQāla Rabbi 'Innī Wahana Al-`Aẓmu Minnī Wa Ašta`ala Ar-Ra'su šaybāan Wa Lam 'Akun Bidu`ā'ika Rabbi šaqīyāanDedi: Ey Rəbbim, həqiqətən, (bədənimdəki) sümüklərim süstləşib və baş da (başımın tükü də) qocalıqdan (ağarıb) parıldayır. Ey Rəbbim, duamda heç vaxt Səndən (dilədiyimi almaqdan) məhrum olmamışam [və ya: Ey Rəbbim heç vaxt Sənin dəvət və əmrində itaətsiz olmamışam]. -
19:5
وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِن وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّاWa 'Innī ḫiftu Al-Mawāliya Min Warā'ī Wa Kānati Amra'atī `Āqirāan Fahab Lī Min Ladunka WalīyāanMən özümdən sonra əmim uşaqlarından (onların mənim üçün pis canişin olacaqlarından) qorxuram və zövcəm də əvvəldən qısır olub. Buna görə də mənə Öz dərgahından varis olacaq bir övlad əta et. -
19:6
يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ ۖ وَاجْعَلْهُ رَبِّ رَضِيًّاYariṯunī Wa Yariṯu Min 'Āli Ya`qūba Wa Aj`alhu Rabbi Raḍīyāan(Övlad əta et) ki, mənim və Yəqub övladlarının varisi olsun. Və ey mənim Rəbbim, onu (mənəvi kamilliklər baxımından) bəyənilən et! -
19:7
يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَىٰ لَمْ نَجْعَل لَّهُ مِن قَبْلُ سَمِيًّاYā Zakarīyā 'Innā Nubašširuka Biġulāmin Asmuhu Yaḥyá Lam Naj`al Lahu Min Qablu Samīyāan(Ona xitab etdik ki:) Ey Zəkəriyya, Biz sənə adı Yəhya olan bir oğlanın müjdəsini veririk ki, bundan öncə (heç kəsi) ona adaş (və ya insani kamilliklər baxımından ona bənzər) etməmişik. -
19:8
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّاQāla Rabbi 'Anná Yakūnu Lī ġulāmun Wa Kānat Amra'atī `Āqirāan Wa Qad Balaġtu Mina Al-Kibari `Itīyāan(Zəkəriyya) dedi: Ey Rəbbim, zövcəm əvvəldən qısır olduğu və özüm də qocalıb əldən düşdüyüm halda mənim necə övladım ola bilər? -
19:9
قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْئًاQāla Kaḏālika Qāla Rabbuka Huwa `Alayya Hayyinun Wa Qad ḫalaqtuka Min Qablu Wa Lam Taku šay'āan(Vəhy mələyi) dedi: «Elədir, (lakin) Rəbbin «bu iş Mənim üçün asandır və həqiqətən, səni bundan əvvəl (heç) bir şey olmadığın halda yaratdım» buyurmuşdur. -
19:10
قَالَ رَبِّ اجْعَل لِّي آيَةً ۚ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّاQāla Rabbi Aj`al Lī 'Āyatan Qāla 'Āyatuka 'Allā Tukallima An-Nāsa ṯalāṯa Layālin Sawīyāan(Zəkəriyya) dedi: «Ey Rəbbim! (Bu müjdənin gerçəkləşəcəyi barəsində) mənə bir nişanə ver». Buyurdu: «Nişanən budur ki, sağlam olmağına baxmayaraq üç (gün üç) gecə (dalbadal) insanlarla danışa bilməyəcəksən». (Dilin Allahla danışmaq üçün açıq, insanlarla danışmaq üçün isə bağlı olacaqdır.) -
19:11
فَخَرَجَ عَلَىٰ قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَىٰ إِلَيْهِمْ أَن سَبِّحُوا بُكْرَةً وَعَشِيًّاFaḫaraja `Alá Qawmihi Mina Al-Miḥrābi Fa'awḥá 'Ilayhim 'An Sabbiḥū Bukratan Wa `AšīyāanBeləliklə o, mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin (və ya namaz qılın. Və onlar bu işarədən başa düşdülər ki, övlad vədinin həyata keçməsi yaxınlaşıb). -
19:12
يَا يَحْيَىٰ خُذِ الْكِتَابَ بِقُوَّةٍ ۖ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّاYā Yaḥyá ḫuḏi Al-Kitāba Biqūwatin Wa 'Ātaynāhu Al-ḥukma ṣabīyāan(Beləliklə, ona Yəhyanı əta etdik və dedik:) Ey Yəhya, kitabı (Tövratı və ya bütün keçmiş səma kitablarını) qüvvətlə (və onların mənalarını başa düşmək qüdrəti ilə) tut! Və Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və peyğəmbərlik) əta etdik. -
19:13
وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَاةً ۖ وَكَانَ تَقِيًّاWa ḥanānāan Min Ladunnā Wa Zakāatan Wa Kāna Taqīyāan(Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. Və o, pərhizkar (öz yaşı çərçivəsində bütün bihudə və puç işlərdən çəkinən) idi. -
19:14
وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّاWa Barrāan Biwālidayhi Wa Lam Yakun Jabbārāan `AṣīyāanHəmçinin ata-anasına yaxşılıq edən idi və əsla təkəbbürlü, məğrur və itaətsiz deyildi. -
19:15
وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّاWa Salāmun `Alayhi Yawma Wulida Wa Yawma Yamūtu Wa Yawma Yub`aṯu ḥayyāanSalam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq. -
19:16
وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّاWa Aḏkur Fī Al-Kitābi Maryama 'Iḏ Antabaḏat Min 'Ahlihā Makānāan šarqīyāan(Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal. -
19:17
فَاتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّاFāttaḫaḏat Min Dūnihim ḥijābāan Fa'arsalnā 'Ilayhā Rūḥanā Fatamattala Lahā Bašarāan SawīyāanBeləliklə, onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü. -
19:18
قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَـٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّاQālat 'Innī 'A`ūḏu Bir-Raḥmani Minka 'In Kunta TaqīyāanMəryəm dedi: Əgər pərhizkarsansa, mən səndən Rəhman olan Allaha pənah aparıram. -
19:19
قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّاQāla 'Innamā 'Anā Rasūlu Rabbiki Li'haba Laki ġulāmāan ZakīyāanDedi: Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm. -
19:20
قَالَتْ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّاQālat 'Anná Yakūnu Lī ġulāmun Wa Lam Yamsasnī Bašarun Wa Lam 'Aku BaġīyāanDedi: Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər?
Bağışlayan və mehriban Allahın adı ilə.
Передаётся, что каждый, кто будет постоянно читать эту суру, не умрёт прежде, чем Аллах даст ему в полной мере насладиться годами земной жизни, обзаведясь богатством и потомством. И, конечно же, человеку, следующему наставлениям этой суры, не понадобится помощь других людей (Ат-Табарси, «Маджма аль-байан»).