-
Meisam Vahid Tammar
-
18:1
الْحَمْدُ لِلَّهِ الَّذِي أَنزَلَ عَلَىٰ عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَل لَّهُ عِوَجًا ۜAl-ḥamdu Lillahi Al-Laḏī 'Anzala `Alá `Abdihi Al-Kitāba Wa Lam Yaj`al Llahu `IwajāHəmd bu kitabı Öz bəndəsinə nazil etmiş və on(un kəlmə və mənasın)da heç bir xəta və əyrilik qoymayan Allaha məxsusdur. -
18:2
قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا مِّن لَّدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًاQayyimāan Liyunḏira Ba'sāan šadīdāan Min Ladunhu Wa Yubaššira Al-Mu'uminīna Al-Laḏīna Ya`malūna Aṣ-ṣāliḥāti 'Anna Lahum 'Ajrāan ḥasanāan(Allah düzgün imana və ya saleh əmələ sahib olmayan kəsləri) Öz tərəfindən şiddətli əzabla qorxutmaq və yaxşı işlər görən möminləri onlar üçün mütləq gözəl bir mükafatın olacağı ilə müjdələmək üçün düzgün, gözətçi və (keçmiş səma kitablarına və gələcək bəşər cəmiyyətinin xeyirinə) nəzarətçi olaraq (nazil etmişdir). -
18:3
مَّاكِثِينَ فِيهِ أَبَدًاMākiṯīna Fīhi 'AbadāanOrada (onlar gözəl mükafat kimi verilmiş Cənnətdə) həmişəlik qalacaqlar. -
18:4
وَيُنذِرَ الَّذِينَ قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًاWa Yunḏira Al-Laḏīna Qālū Attaḫaḏa Al-Lahu WaladāanVə «Allah övlad götürmüşdür» deyən kəsləri (müşrikləri, yəhudiləri və xristianları) qorxutmaq üçün! -
18:5
مَّا لَهُم بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ ۚ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ ۚ إِن يَقُولُونَ إِلَّا كَذِبًاMmā Lahum Bihi Min `Ilmin Wa Lā Li'ābā'ihim Kaburat Kalimatan Taḫruju Min 'Afwāhihim 'In Yaqūlūna 'Illā KaḏibāanNə onların və nə də atalarının bu (iddia) barə(sin)də bir biliyi yoxdur. (Şirk, cism olmaq, müxtəlif ünsürlərdən təşkil olunmaq, evlənmək və köməyə möhtaclıq kimi şeyləri Allaha nisbət vermək) onların ağızlarından çıxan çox böyük bir sözdür. Onlar yalnız yalan söyləyirlər. -
18:6
فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلَىٰ آثَارِهِمْ إِن لَّمْ يُؤْمِنُوا بِهَـٰذَا الْحَدِيثِ أَسَفًاFala`allaka Bāḫi`un Nafsaka `Alá 'Āṯārihim 'In Lam Yu'uminū Bihaḏā Al-ḥadīṯi 'AsafāanBəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?! -
18:7
إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا'Innā Ja`alnā Mā `Alá Al-'Arḍi Zīnatan Lahā Linabluwahum 'Ayyuhum 'Aḥsanu `AmalāanƏlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik. -
18:8
وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًاWa 'Innā Lajā`ilūna Mā `Alayhā ṣa`īdāan JuruzāanŞübhəsiz, Biz (bir gün) onun üzərində olanları (məhv edəcək və yeri) otsuz-susuz bir çölə çevirəcəyik. -
18:9
أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا'Am ḥasibta 'Anna 'Aṣḥāba Al-Kahfi Wa Ar-Raqīmi Kānū Min 'Āyātinā `AjabāanYoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır.) -
18:10
إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا'Iḏ 'Awá Al-Fityatu 'Ilá Al-Kahfi Faqālū Rabbanā 'Ātinā Min Ladunka Raḥmatan Wa Hayyi' Lanā Min 'Amrinā Rašadāan(Yada sal) o zaman(ı) ki, həmin cavanlar o böyük mağaraya sığınaraq dedilər: «Ey Rəbbimiz, Öz tərəfindən bizə bir rəhmət bəxş et və işimizdə bizim üçün bir hidayət və nicat hazırlığı gör». -
18:11
فَضَرَبْنَا عَلَىٰ آذَانِهِمْ فِي الْكَهْفِ سِنِينَ عَدَدًاFaḍarabnā `Alá 'Āḏānihim Fī Al-Kahfi Sinīna `AdadāanBeləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik. -
18:12
ثُمَّ بَعَثْنَاهُمْ لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوا أَمَدًاṯumma Ba`aṯnāhum Lina`lama 'Ayyu Al-ḥizbayni 'Aḥṣá Limā Labiṯū 'AmadāanSonra o iki (müxtəlif) dəstədən hansının (mağarada) qaldıqları müddəti daha düzgün hesablamalarını bilmək (və Bizim əzəli elmimizin gerçəkləşməsi) üçün onları (yuxudan) oyatdıq. -
18:13
نَّحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِالْحَقِّ ۚ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًىNaḥnu Naquṣṣu `Alayka Naba'ahum Bil-ḥaqqi 'Innahum Fityatun 'Āmanū Birabbihim Wa Zidnāhum HudáanBiz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən, onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər». -
18:14
وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَن نَّدْعُوَ مِن دُونِهِ إِلَـٰهًا ۖ لَّقَدْ قُلْنَا إِذًا شَطَطًاWa Rabaṭnā `Alá Qulūbihim 'Iḏ Qāmū Faqālū Rabbunā Rabbu As-Samāwāti Wa Al-'Arḍi Lan Nad`uwa Min Dūnihi 'Ilahāan Laqad Qulnā 'Iḏāan šaṭaṭāanOnlar (dövrün diktatorunun qarşısında) qiyam edib «bizim Rəbbimiz göylərin və yerin Rəbbidir; biz Ondan savayı əsla başqa bir məbud çağırmayacağıq ki, (əgər elə etsək) onda həddi aşmış bir söz söyləmiş olarıq» deyən zaman, onların qəlblərini möhkəmləndirdik. -
18:15
هَـٰؤُلَاءِ قَوْمُنَا اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً ۖ لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَانٍ بَيِّنٍ ۖ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًاHā'uulā' Qawmunā Attaḫaḏū Min Dūnihi 'Ālihatan Lawlā Ya'tūna `Alayhim Bisulṭānin Bayyinin Faman 'Aẓlamu Mimmani Aftará `Alá Al-Lahi Kaḏibāan«Bizim bu qövmümüz Allahın yerinə (başqa) məbudlar götürüblər. Nə üçün onlar(ın tanrı olmalarının sübutu) üçün aydın bir dəlil-sübut gətirmirlər? Belə isə, kim Allaha qarşı yalan uydurandan daha zalımdır?!» -
18:16
وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِ وَيُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًاWa 'Iḏ A`tazaltumūhum Wa Mā Ya`budūna 'Illā Al-Laha Fa'wū 'Ilá Al-Kahfi Yanšur Lakum Rabbukum Min Raḥmatihi Wa Yuhayyi' Lakum Min 'Amrikum MirfaqāanVə (bir-birlərinə dedilər): «İndi ki, onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşmısınız, onda bu böyük mağarada yerləşin ki, Rəbbiniz Öz rəhmətini sizə şamil etsin və işinizdə sizin üçün asanlıq və əmin-amanlıq hazırlığı görsün». -
18:17
۞ وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَت تَّزَاوَرُ عَن كَهْفِهِمْ ذَاتَ الْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِي فَجْوَةٍ مِّنْهُ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ ۗ مَن يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُ وَلِيًّا مُّرْشِدًاWa Tará Aš-šamsa 'Iḏā ṭala`at Tazāwaru `An Kahfihim ḏāta Al-Yamīni Wa 'Iḏā ġarabat Taqriḍuhum ḏāta Aš-šimāli Wa Hum Fī Fajwatin Minhu ḏālika Min 'Āyāti Al-Lahi Man Yahdi Al-Lahu Fahuwa Al-Muhtadi Wa Man Yuḍlil Falan Tajida Lahu Walīyāan MuršidāanVə (mağaraları ekvator xəttinin şimalında, mağaranın ağızı isə cənub qütbünə tərəf olduğu üçün) günəş çıx(ıb yuxarı qalxmağa başlay)an zaman onu onların mağaralarından (onun önündən) sağ tərəfə meyl edən (və şüasını mağaraya saçan), batanda isə (şüasını) onların sol tərəfindən kəsərək əyilən görərsən və onlar həmin mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanə və möcüzələrindəndir. Allah kimi hidayət etsə o, həqiqi yolu tapmışdır və kimi öz zəlalətində boşlasa, onda onun üçün əsla doğru yol göstərən bir köməkçi və başçı tapmazsan. -
18:18
وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ ۚ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ ۖ وَكَلْبُهُم بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ ۚ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًاWa Taḥsabuhum 'Ayqāẓāan Wa Hum Ruqūdun Wa Nuqallibuhum ḏāta Al-Yamīni Wa ḏāta Aš-šimāli Wa Kalbuhum Bāsiṭun ḏirā`ayhi Bil-Waṣīdi Lawi Aṭṭala`ta `Alayhim Lawallayta Minhum Firārāan Wa Lamuli'ta Minhum Ru`bāanVə (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik. Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı. Əgər onlardan xəbərin olsaydı (və bu səhnəni yaxından görsəydin), şübhəsiz, qaçaraq onlara arxa çevirərdin və bütün vücudun onlardan qorxu ilə dolardı. -
18:19
وَكَذَٰلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءَلُوا بَيْنَهُمْ ۚ قَالَ قَائِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۚ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُم بِوَرِقِكُمْ هَـٰذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَا أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًاWa Kaḏalika Ba`aṯnāhum Liyatasā'alū Baynahum Qāla Qā'ilun Minhum Kam Labiṯtum Qālū Labiṯnā Yawmāan 'Aw Ba`ḍa Yawmin Qālū Rabbukum 'A`lamu Bimā Labiṯtum Fāb`aṯū 'Aḥadakum Biwariqikum Haḏihi 'Ilá Al-Madīnati Falyanẓur 'Ayyuhā 'Azká ṭa`āmāan Falya'tikum Birizqin Minhu Wa Līatalaṭṭaf Wa Lā Yuš`iranna Bikum 'AḥadāanVə onları bir-birlərini sorğu-suala tutmaları (işlərinin həqiqəti və Diqyanusun taxtdan düşməsinin onlara məlum olması) üçün (möcüzəvi şəkildə yatızdırdığımız kimi yenidən) elə (möcüzəvi şəkildə) də oyatdıq. Onlardan biri dedi: «(Burada, yuxuda) nə qədər qalmısınız?» Dedilər: «Bir gün, ya günün bir hissəsini qalmışıq». (Digərləri bədənlərinin tüklərinin və dırnaqlarının qeyri-adi olmasını görüb) dedilər: «Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. İndi aranızdan birini bu gümüş (pul) ilə (qaçdığımız) şəhərə tərəf göndərin və o, gərək onlardan (əhalidən) kimin təamının daha pak olmasına yaxşı baxsın ki, sizə ondan bir ruzi (alıb) gətirsin. Və əlbəttə gərək mülayim və mehriban davransın və heç kəsi sizin vəziyyətinizdən xəbərdar etməsin». -
18:20
إِنَّهُمْ إِن يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَن تُفْلِحُوا إِذًا أَبَدًا'Innahum 'In Yaẓharū `Alaykum Yarjumūkum 'Aw Yu`īdūkum Fī Millatihim Wa Lan Tufliḥū 'Iḏāan 'Abadāan«Şübhəsiz, əgər onlar sizin vəziyyətinizdənn xəbərdar olsalar və sizi ələ keçirsələr, sizi daşqalaq edəcək, yaxud (necə olur-olsun) öz dinlərinə qaytaracaqlar və onda əsla nicat tapmayacaqsınız».
Bağışlayan və mehriban Allahın adı ilə.
В хадисах говорится о том, что грехи того, кто читает эту суру в ночь на пятницу, будут прощены, и ему будет дарована милость Всевышнего.