-
Meisam Vahid Tammar
-
16:1
أَتَىٰ أَمْرُ اللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ'Atá 'Amru Al-Lahi Falā Tasta`jilūhu Subḥānahu Wa Ta`ālá `Ammā Yušrikūna(İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır. -
16:2
يُنَزِّلُ الْمَلَائِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَىٰ مَن يَشَاءُ مِنْ عِبَادِهِ أَنْ أَنذِرُوا أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا أَنَا فَاتَّقُونِYunazzilu Al-Malā'ikata Bir-Rūḥi Min 'Amrihi `Alá Man Yašā'u Min `Ibādihi 'An 'Anḏirū 'Annahu Lā 'Ilāha 'Illā 'Anā Fa AttaqūniMələkləri Öz əmri ilə ruhla (vəhy və Quranla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!» -
16:3
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ تَعَالَىٰ عَمَّا يُشْرِكُونَḫalaqa As-Samāwāti Wa Al-'Arḍa Bil-ḥaqqi Ta`ālá `Ammā YušrikūnaGöyləri və yeri (və bu ikisinin arasında olanları) haqq olaraq (və uca və əqli əsasları olan bir məqsəd üçün) yaratdı. O, onların şərik qoşduqlarından uca və üstündür. -
16:4
خَلَقَ الْإِنسَانَ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌḫalaqa Al-'Insāna Min Nuṭfatin Fa'iḏā Huwa ḫaṣīmun Mubīnunİnsanı (onun ilk ata-anası istisna olmaqla) nütfədən (valideyinlərin bir-birinə qarışmış dəyərsiz nütfəsindən) yaratdı. Amma (bununla belə) o, birdən-birə açıq-aşkar düşmən(ə çevrilmiş)dir (ki, hətta öz yaradanına qarşı çıxır). -
16:5
وَالْأَنْعَامَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَWa Al-'An`āma ḫalaqahā Lakum Fīhā Dif'un Wa Manāfi`u Wa Minhā Ta'kulūnaVə dördayaqlıları (dəvə, inək və qoyunu) yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi və (digər) xeyirlər vardır. Və siz onlardan (onların südündən və ətindən) yeyirsiniz. -
16:6
وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَWa Lakum Fīhā Jamālun ḥīna Turīḥūna Wa ḥīna TasraḥūnaVə onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda və səhərlər otlağa göndərəndə bir gözəllik və zinət vardır. -
16:7
وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَّمْ تَكُونُوا بَالِغِيهِ إِلَّا بِشِقِّ الْأَنفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌWa Taḥmilu 'Aṯqālakum 'Ilá Baladin Lam Takūnū Bāliġīhi 'Illā Bišiqqi Al-'Anfusi 'Inna Rabbakum Lara'ūfun RaḥīmunOnlar sizin ağır yüklərinizi yalnız çox çətinlik bahasına yetişə biləcəyiniz şəhərə daşıyırlar. Həqiqətən, sizin Rəbbiniz çox şəfqətli və mehribandır. -
16:8
وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَWa Al-ḫayla Wa Al-Biġāla Wa Al-ḥamīra Litarkabūhā Wa Zīnatan Wa Yaḫluqu Mā Lā Ta`lamūnaAtları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq və sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri də yaradacaqdır. -
16:9
وَعَلَى اللَّهِ قَصْدُ السَّبِيلِ وَمِنْهَا جَائِرٌ ۚ وَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَWa `Alá Al-Lahi Qaṣdu As-Sabīli Wa Minhā Jā'irun Wa Law šā'a Lahadākum 'Ajma`īnaVə (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur). -
16:10
هُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً ۖ لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَHuwa Al-Laḏī 'Anzala Mina As-Samā'i Mā'an Lakum Minhu šarābun Wa Minhu šajarun Fīhi TusīmūnaGöydən sizin üçün (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Sizin (istər yerin altından, istər üstündən götürdüyünüz) içməli suyunuz ondandır və heyvanları otardığınız ağac və ot ondan bitir. -
16:11
يُنبِتُ لَكُم بِهِ الزَّرْعَ وَالزَّيْتُونَ وَالنَّخِيلَ وَالْأَعْنَابَ وَمِن كُلِّ الثَّمَرَاتِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَYunbitu Lakum Bihi Az-Zar`a Wa Az-Zaytūna Wa An-Naḫīla Wa Al-'A`nāba Wa Min Kulli Aṯ-ṯamarāti 'Inna Fī ḏālika La'āyatan Liqawmin YatafakkarūnaOnun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır. -
16:12
وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ وَالنُّجُومُ مُسَخَّرَاتٌ بِأَمْرِهِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَWa Saḫḫara Lakumu Al-Layla Wa An-Nahāra Wa Aš-šamsa Wa Al-Qamara Wa An-Nujūmu Musaḫḫarātun Bi'amrihi 'Inna Fī ḏālika La'āyātin Liqawmin Ya`qilūnaGecəni və gündüzü və günəş ilə ayı sizə ram etdi və bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda (bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır. -
16:13
وَمَا ذَرَأَ لَكُمْ فِي الْأَرْضِ مُخْتَلِفًا أَلْوَانُهُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَذَّكَّرُونَWa Mā ḏara'a Lakum Fī Al-'Arḍi Muḫtalifāan 'Alwānuhu 'Inna Fī ḏālika La'āyatan Liqawmin YaddakkarūnaHəmçinin bu yerdə sizin üçün müxtəlif növlərdə və müxtəlif rənglərdə yaratdığı şeyləri (dağları, fəzaları, səhraları və heyvanları ram etdi). Həqiqətən, bunda (bu məxluqlarda və onların təsir və xüsusiyyətlərində) ibrət alan dəstə üçün bir nişanə vardır. -
16:14
وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ لِتَأْكُلُوا مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُوا مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَWa Huwa Al-Laḏī Saḫḫara Al-Baḥra Lita'kulū Minhu Laḥmāan ṭarīyāan Wa Tastaḫrijū Minhu ḥilyatan Talbasūnahā Wa Tará Al-Fulka Mawāḫira Fīhi Wa Litabtaġū Min Faḍlihi Wa La`allakum TaškurūnaVə təzə ət yeməyiniz və geyindiyiniz (ləl və mərcan kimi) zinətləri çıxarmağınız üçün dənizi ram edən Odur. Və gəmiləri onda (dənizin sinəsini) yaran görərsən (sizin müxtəlif ehtiyaclarınızı təmin etmək üçün) və (ticarət və digər yollarla) Allahın lütfündən axtarasınız deyə! Və bəlkə şükr etdiniz. -
16:15
وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَWa 'Alqá Fī Al-'Arḍi Rawāsiya 'An Tamīda Bikum Wa 'Anhārāan Wa Subulāan Lla`allakum TahtadūnaVə yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu). -
16:16
وَعَلَامَاتٍ ۚ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَWa `Alāmātin Wa Bin-Najmi Hum YahtadūnaVə həmçinin (yerdə, insanları öz məqsədlərinə doğru istiqamətləndirmək üçün) əlamətlər (qoydu) və onlar (axşam) (qütb və sairə) ulduz(unun) vasitəsilə yolu tapırlar. -
16:17
أَفَمَن يَخْلُقُ كَمَن لَّا يَخْلُقُ ۗ أَفَلَا تَذَكَّرُونَ'Afaman Yaḫluqu Kaman Lā Yaḫluqu 'Afalā TaḏakkarūnaBelə isə, heç yaradan kəs (yuxarıdakı işləri yoxdan var edə bilən kəs, heç bir şey) yaratmayan kəs kimidir? Heç öyüd-nəsihət almırsınız?! -
16:18
وَإِن تَعُدُّوا نِعْمَةَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ اللَّهَ لَغَفُورٌ رَّحِيمٌWa 'In Ta`uddū Ni`mata Al-Lahi Lā Tuḥṣūhā 'Inna Al-Laha Laġafūrun RaḥīmunVə əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz (o ki, qaldı hamısının şükrünü yerinə yetirəsiniz). Şübhəsiz, Allah çox bağışlayan və mehribandır. -
16:19
وَاللَّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَWa Allāhu Ya`lamu Mā Tusirrūna Wa Mā Tu`linūnaAllah gizlətdiklərinizi də (qəlbinizin sirlərini və camaatdan gizlətdiyiniz əməl və mallarınızı da) və (danışıq, əməl və mallarınızdan) aşkar etdiklərinizi də bilir. -
16:20
وَالَّذِينَ يَدْعُونَ مِن دُونِ اللَّهِ لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَWa Al-Laḏīna Yad`ūna Min Dūni Al-Lahi Lā Yaḫluqūna šay'āan Wa Hum YuḫlaqūnaOnların Allahın yerinə çağırdıqları kəslər bir şey yaratmırlar və onların özləri yaradılırlar.
Bağışlayan və mehriban Allahın adı ilə.
Первые 40 аятов были явлены Пророку Мухаммаду, да благословит Аллах его и его род, на заключительном этапе мекканского периода его жизни, а остальные 88 — вскоре после его переселения в Медину, так что эту суру можно считать как мекканской, так и мединской.
С того, кто читает эту суру, Аллах не станет спрашивать отчёта за милости, которыми Он одарил его в этой жизни. Ему будет дано всё, что необходимо для вступления в рай (Аль-Бахрани, «Аль-Бурхан»).